Dövlət nə zaman böyük olur - Sənan Nəcəfovun yazısı
Pandemiya gündəliklərini vərəqləyərkən görürük ki, dövlət xəstəliklə mübarizədə gücünü səfərbər edir, konkret ixtisaslaşmış xəstəxanalar açır, bu müəssələri tibbi ləvazimatlarla təmin edir, ölkədə olmayanları alır, milyardlarla vəsait xərcləyir. Dövlət vətəndaşına yardım paketini təqdim edir, sahibkarlara dəstək olur, sosial-iqtisadi situasiyanı nizamda saxlayır, xaricdə qalmış vətəndaşını ölkəyə gətirir.

Dövlət eyni zamanda, neft bazarının təlatümlərilə mübarizə aparır, iqtisadiyyatın çökməməsi üçün mücadilə edir, milli valyutanın məzənnəsini qorumağa çalışır. Və paralel olaraq, işğal altındakı ərazilərin azad olunması üçün diplomtik və hərbi gücünü tətikdə saxlayır, düşmən hücumlarının qarşısını alır.

Qondarma-separatçı rejim seçki keçirir, atəşkəsi pozur, “5-ci kolon”dan istifadə edir, “mühacir”ləri maliyyələşdirir, Azərbaycana qarşı iş aparır. Üstəlik, ölkəmizə qarşı fasiləsiz informasiya və hibrid müharibəsini davam etdirir.

Azərbaycana qarşı “Hibrid müharibəsi” aparılır

“Adi gözlə onu müəyyənləşdirmək xeyli çətindir. Əksinə, məlumatsız insan özü də bilmədən həmin müharibənin iştirakçısına çevrilir. Özü də əksər hallarda düşmənin xeyrinə işləyir. Bunun üçün onun şüuruna əvvəlcədən müəyyən olunmuş və xüsusi məqsədlərə xidmət edən informasiyaları yeritmək kifayətdir. Sonrakı mərhələdə həmin informasiya tələsinin qurbanı kimi öz ölkəsinin, vətəninin və dövlətinin əleyhinə fəaliyyət göstərəcək. Hibrid müharibənin ən təhlükəli cəhəti də məhz bundadır (bax: məs., Георгий Почепцов. Гибридно-информационная война: основные характеристики / "Media Sapiens", 19 iyun 2016).

Koronavirus susqunluğu dövründə Azərbaycana qarşı bütün cəbhələrdə hibrid müharibəsinin aparıldığının şahidi oluruq. Bu qənaətimizi misallarla izah edəcəyik. Hələliksə bu müharibənin aparılma texnikasına, mütəxəssilər tərəfindən qeyd olunan məqamlara qısa nəzər yetirək ki, fikilərimizi tam izah edə bilək.

Hibrid - “iki müxtəlif elementin birləşməsi” deməkdir. Buna əsaslanaraq demək olar ki, hibrid müharibədə ən azı iki müxtəlif müharibə tipi olmalıdır. Yəni, həm fiziki, həm də informasiya mühraibələri eyni zamanda aparılır. Daha geniş izaha ehtiyac varsa, deyək ki, hibrid təhdid isə vəziyyətdən asılı olaraq qarşı tərəfin əməliyyat meydanında ənənəvi, qeyri-nizami, terror və cinayət xarakterli vasitə və fəaliyyətləri eyni anda və uyğun şəkildə tətbiq etməsidir.

V.S. Kotlyar hibrid müharibə ifadəsinin iki əsas kontekstini izah edir:
- Qeyri-müntəzəm hərbi qurumların, təhlükəsizlik xidmətlərinin imkanlarından istifadə edərək, təxribat, sabotaj, diversiya, informasiya, maliyyə, iqtisadi əməliyyatlar, kiberhücumlar, insanların davranışına psixoloji təsir göstərmək və s. kimi pozucu fəaliyyətlərin yerinə yetirilməsi;
- Hücum edən ölkənin nizami silahlı qüvvələrdən istifadə etmədən onun maraqlarını ölkənin daxili siyasi gücünə dəstək verərək, mövcud rejimi və ya onun siyasətini radikal şəkildə dəyişdirmək üçün irimiqyaslı təxribat əməliyyatlarının həyata keçirilməsi.

Və bir də, dəfələrlə danışdığımız İnformasiya müharibəsi haqda qısaca deyək ki, informasiya müharibəsi
- Konkret məsələ ətrafında mənfi psixoloji fonun yaradılması;
- Cəmiyyətdə emosional gərginliyin yaranması;
- Yaradılmış (əkilmiş) informasiyanın siyasət, mədəniyyət, biznes, təhsil kimi sahələrə təsiri və s. formalarında aparılır.

* * *

“Soutvest Airlines” şirkətinin idarə heyətinin fəxri sədri və yaradıcısı Herb Kelleher deyirdi ki, istənilən uğurlu təşkilat, şirkət, hətta insan üçün özündən həddindən artıq razı olmaq çox böyük təhlükədir. Şirkət yüksəliş dövründə olarkən ona hər şeydən çox işçilərinin özündənrazılığı və arxayınlığı təhlükə törədir. Yəqin ki, dünyanın ən böyük batan əfsanəsi “Titanik” haqda məqalələr, kitablar oxumusunuz, haqqında gözəl film də çəkilib, izləmisiniz. Fərdi inkişaf kitablarında bu fenomen çox araşdırılır. Mütəxəsislərin qənaətinə görə, bu gəmini idarə edənlər gəminin batmaması üçün əslinə baxanda hər şeyi etmişdilər, güc və vəsaitlərini əsirgəməmişdilər. Yalnız bir şeydə səhvə yol vermişdilər və bu da həlledici oldu. Belə ki, gəmi istehsalçıları və sifariş verənlər mümkün ola biləcək təhlükə haqda informasiya alınması üçün hər hansı bir iş görmək, sxem hazırlamaq, plan qurmaq haqda düşünməmişdilər. Axı gəminin təhlükəsizliyi üçün hər şey edilib, misal üçün, adi binokl nəyə lazımdır? Bu gəminin irəlini görmək üçün iki qurğusu quraşdırılsa da, uzağı yaxın edən sadə binokllar da götürməmişdilər. Görmə uzaqlığı kifayət qədər deyildi. Nəticə isə bəlli.

İndi koronavirus pandemiyası ilə bağlı bir küncə sıxışdırılmış dünyanı göz önünə gətirin. O dünyanı (oxu, “Titanik” gəmisi) ki, özündənrazı, baş verə biləcək təhlükəni qulaqardına vuran acgöz, tənbəl, laqeyid, xırdaçı, bürokrat, öcəşkən “kapitanlar” idarə edirdilər. Mikron ölçülü virus (aysberq) dünyanı (gəmini) bir küncə sıxaraq, meydan oxudu. İtkilər saya-hesaba gəlmir.

Azərbaycanda nə baş verir?

Azərbaycanda anti-koronavirus tədbirlərini, görülən işləri 3 bloka bölmək olar. Birincisi, pandemiyanın geniş yayılmasının qarşısının alınması və prosesin nəzarətdən çıxmaması üçün görülən təsirli tədbirlər, xüsusilə operativ qərargahın yaradılması, ağıllı və mərhələli karantin rejimi, tibbi infrastrukturun vəziyyətə adekvat hazırlanması.

İkincisi, əhalinin sosial vəziyyətinin ağırlaşmaması üçün görülən tədbirlər, ən vacibi isə aztəminatlı vətəndaşlara birdəfəlik maliyyə yardımlarının edilməsi və sahibkarlıq subyektlərinə dəyən zərəri qarşılamaq üçün maliyyə dəstəyinin verilməsi.

Üçüncüyə isə iqtisadi və sosial yanaşma modeli daxildir. Prezident İlham Əliyev onun üçün Azərbaycan vətəndaşının sağlamlığının hər şeydən önəmli olduğunu əməllərilə sübuta yetirdi. Azərbaycan Prezidentinin pandemiyanın dərinləşməsinin qarşısının alınması və risklərin idarəedilməsi üzrə hazırladığı strategiyanın xüsusi qeyd etmək lazımdır.

Bildiyimiz kimi, bənzəri olmayan iqtisadi və maliyyə böhranı ilə üz-üzəyik. Azərbaycan üçün ikiqat sınaq dövrü yaşanır, bir tərəfdən koronavirusa görə iqtisadi subyektlərin işində ciddi məhdidiyyətlətin tətbiqi, digər tərəfdən büdcədə əhəmiyyətli rol oynayan neft qiymətlərinin maya dəyərindən aşağı düşməsi və gəlirlərin sıfıra enməsidir.

Belə bir durumda Azərbaycan prezidentinin qəbul etdiyi qərarların və həyata keçirdiyi siyasətin mərkəzində duran amil Azərbaycan vətəndaşıdı. Diqqət yetirək, pandemiyadan əvvəl nəzərdə tutulmuş bütün sosial layihələr olduğu kimi davam edir. İşsiz və ya böhrana görə işini itirmiş qeyri-məşğul əhaliyə 190 manat məbləğində birdəfəlik yardım edilir (İlkin hesablamalarda 200, prezidentin müdaxilsəindən sonra 600 min nəfərə iki aylıq ödəniş). 300 min muzdlu işçinin əmək haqqının bir hissəsinin maliyyələşdirilməsi, 90 min adamın ödənişli ictimai işlərə cəlb edilməsi, sahibkarlıq subyektlərinə dəyən zərərin əhəmiyyətli hisəsinin kampemsasiya olunması və ümumilikdə 3 milyard manat maliyyə paketinin ayrılması dediklərimizin sübutudur. Və diqqət: bütün bunlar heç kimə, heç bir beynəlxalq təşkilata, maliyyə qurumuna ağız açmadan, kredit, borc istəmədən reallaşır. Daha doğrusu, AzVision-da gedən bir araşdırmanın rezumesində deyildiyi kimi, Azərbaycan BVF və DB-siz də virusun öhdəsindən gəlir. Ölkəmizin adı Beynəlxalq Valyuta Fondu (BFV) və Dünya Bankına (DB) müraciət edənlərin sırasında yoxdur, olacağı da gözlənilmir. Çünki bizdə mövcud makroiqtisadi göstəricilər və maliyyə vəziyyəti kifayət qədər dayanıqlıdır.
Və nəticə göz önündədir.

Bu gün Azərbaycanın adı koronavirusla mübarizədə nümunəvi ölkələr sırasında çəkilir. İnsan itkisi az, sağalanların sayı çox, vəziyyət isə tam nəzarət altındadır. Böhranın dərinləşməsini önləyən və riskləri doğru şəkildə idarə edən dünyanın 10 ən uğurlu ölkəsi sırasındadı.

Mən əminliklə və eyni zamanda mübaliğəsiz deyə bilərəm ki, zaman gələcək, Azərbaycan prezidenti İlham Əliyevin risklərin qarşısının alınması və idarəedilməsi strategiyası ən yaxşı təcrübə kimi qeyd olunacaq, ölkəmizin yaratdığı yeni standartlar gələcəkdə meydana çıxa biləcək bu kimi xəstəlikərin vaxtında qarşısını alınması üçün nümunə kimi tətbiq olunacaq.

Son günlərdə Azərbaycanın öz vətəndaşlarının həm sağlamlığını, həm də təhlükəsizliyini düşünərək etdiyi fədakarlığı izlədikcə fərdi inkişaf kitablarında rast gəlinən bir rəvayəti xatırlamalı oluram.

Rəvayətə görə, iki qəbiilə arasında qızğın müharibə gedirmiş. Onlardan biri dağlıq ərazidə, digəri isə düzənlikdə yaşayırmışlar. Bir gün dağlıq ərazidə yaşayan qəbilə düzənlikdə yaşayan qəbilə üzərinə növbəti dəfə hücuma keçir. Kəndləri, evləri qarət edir, yandırdıqlarını yandırır, mal-heyvan, qiymətli əşyalar və bir uşağı da özləri ilə götürüb geri çəkilirlər. Bu harınlıqdan qəzəblənmiş yerli sakinlər əks-hücum üçün plan cızır, cinayətkarların tapılması, onlarla haqq-hesab çəkilməsi üçün dayanmadan danışırlar. Hətta uşaqları və qənimətləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum planı da həyata keçirilir. Lakin bütün cəhdlər puça çıxır. Növbəti həmlələrin birində, say-seçmə cəngavərlərdən hazırlanmış qrup dağlıq ərazidə yaşayan qəbilənin bir neçə yüz metrliyinə qədər gedib çıxa bilir. Lakin gündüz vaxtdı bütün cəhdləri boşa çıxır deyə, hücum planını gecəyə saxlayırlar. Sübh tezdən növbəti həmləyə hazırlaşdıqları, əməliyyatı bütün detallarına qədər müzakirə etdikləri vaxt bir qadının qarşı tərəfdən onlara tərəf gəldiyini görürlər. Qucağında uşaq olan qadın övladı qaçırılan qadın idi. Axı bu necə ola bilər? Bu qədər kişi, cəngavər, döyüşçü plan qurur, əməliyyat keçirir, heç bir nəticə olmur, əvəzində bir əliyalın qadın gedib uşağı düşmənlərin əlindən alıb gətirir? Bu. necə mümkündür? Suala qadının özü belə cavab verir:
- Axı o, sizin uşağınız deyil!

Bax, dövlətin vətəndaşı üçün son iki ayda etdiklərini gördükcə öz övladını əsirlikdən qaytaran həmin o qəhrəman ana yada düşür. Onsuz da bütün müqayisələr qüsurludur. Amma situativ olaraq bu mənzərəni düşünəriksə, oxşarlıqlar tapmaq mümkündür. Əgər düşünə biliriksə.

Sənan Nəcəfov
Azvision.az üçün



Rusiyada yaşayan soydaşlarımıza AMOR dəstək olur
Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) bu ölkədə gücləndirilmiş karantin rejimi şəraitində yaşayan soydaşlarımızı diqqətdə saxlayır, onların problemləri ilə maraqlanır, hər cür dəstək olur.

Avrasiya.net xəbər verir ki, bu haqda Rusiyada yaşayan soydaşımız, Moskva Dəmir Yol Universitetinin azərbaycanlı gəncər icmasının rəhbəri Emin Həmzəyev məlumat verib.

O bildirib ki, AMOR Rusiyada yaşayan və maddi imkanı zəif olub-olmamasından asılı olmayaraq soydaşlarımızın ailələrinə evbəev baş çəkir, minimal tələbatları ödəyən ərzaq yardımı edir və digər problemləri ilə maraqlanır.

“AMOR-un hazırki icraçı direktoru Ceyhun Hüseynov özü şəxsən bu evlərə baş çəkir, soydaşlarımızla maraqlanır.”-deyən Emin Həmzəyev bildirib ki, bir azərbaycanlı kimi Rusiyada fəaliyyət göstərən diaspor təşkilatımızın bu addımından çox qürur duyur.
Rusiyada yaşayan soydaşlarımıza AMOR dəstək olur
“Bilirsiniz, pandemiyanın fəlsəfəsində yəqin ki, insanların bir-birinə əl tutuması, ümumi bəlaya qarşı birgə mübarizə aparmaq, həmrəy olmaq var. AMOR-un bu addımı təkcə 15 gün üçün nəzərdə tutulan ərzaq təminatı ilə yekunlaşmır. Burada əsas Vətənimizin bizi diqqətdə saxlamağı, başqa ölkədə yaşayan soydaşlara arxa olması, qayğısıdır. Bu sözlələr ifadə olunacaq hiss deyil.”- deyən gənc fəal bu fəxr hisslərini onlara yaşadan AMOR sədri Leyla Əliyeva başda olmaqla hər kəsə təşəkkür edib.

“Prezident İlham Əliyevin “biz birlikdə güclüyük” ifadəsi özünü bu məqamlarda daha qabarıq büruzə verir və bu dönəmdə dövlətimizin nə qədər güclü olduğunu görmək ayrı bir xoşbəxtlikdir”-deyə gənc fəal fikirlərini çatdırıb.
İran ABŞ-a nota göndərdi: Trampın bəyanatı...
İsveçrənin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.

Axar.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Abass Musəvi məlumat verib.

O bildirib ki, prezident Donald Trampın İran hərbi gəmilərinin Fars körfəzində qanunazidd manevrlər etməsi haqqında bəyanatı absurddur və rəsmi Tehran bu kimi bəyanatlara qəti etirazını bildirir.

İranın dəniz sərhədlərini mühafizə edən hərbi katerlər xidməti vəzifələrini yerinə yetiriblər. A.Musəvi nəzərə çatdırıb ki, ABŞ-ın Fars körfəzindəki hərbi gəmiləri beynəlxalq qanunları pozaraq təhrikedici hərəkətlərə yol verirlər. Bu gəmilər İranın təhlükəsizliyi üçün təhrikedici hərəkətlərə yol versələr ağır cavab alacaqlar.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif də Tvitter hesabından məsələyə münasibət bildirib. O yazıb ki, ABŞ gəmilərinin 700 mil uzaqlığa gələrək İran sərhədlərinin yaxınlığında manevr etmələri və bundan sonra qanundan danışmaları heç bir məntiqə sığmır. Nazir yazısını sualla bitirir: ABŞ-ın hərbi gəmilərinin İranın dəniz sərhədində nə işi var?

Qeyd edək ki, İranın hərbi katerləri ABŞ-ın Fars körfəzindəki gəmilərinə yaxınlaşıb ki, bu da Vaşinqtonda etirazla qarşılanıb. Bundan sonra prezident D.Tramp Tvitter hesabında yazıb ki, İran katerlərini vurmaq əmri verib.

Onu da nəzərə çatdıraq ki, İran ilə ABŞ-ın diplomatik əlaqələri olmadığı üçün qarşılıqlı razılıq əsasında ABŞ səfirliyinin funksiyalarını İsveçrənin Tehrandakı səfirliyi yerinə yetirir.

Türkiyənin siyasi elitasına daxil olan Ağaoğlu ailəsi  -  Könül Quliyevanın araşdırması - FOTOLARKönül Quliyeva
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri


Bu gün Türkiyənin könlündə onun dövlət müstəqilliyinin sarsılmaz ifadəsi kimi ən önəmli yeri tutan 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı günüdür.

Belə bir gündə kimsəsiz uşaqlara sahib çıxan, sağlıqlı və bilgili böyümələrinə şərait yaradan, qaranlıqdan aydınlıqlara daşıyan, həm də onlara “Ana” sözünü öyrədən və ən böyük sevgini yaşadan Sürayyə Ağaoğlunu anmamaq haqsızlıq olardı.

Çünki Ağaoğlu 23 Apreli həm dünya uşaqlarına bayram hədiyyəsi edən, həm də Uşaq Bayramını beynəlxalq aləmdə bölüşən ilk və yeganə olan ölkənin ilk uşaq evinin yaradıcısıdır. Türkiyə hər il ölkə daxili və xaricindəki nümayəndəliklərdə, qurumlarda, məktəblərdə müxtəlif tədbirlərlə bu günü qeyd edərək, milli birliyin birləşmiş ruhunu təmsil edir. Bizim də borcumuz Türkiyəni ilk uşaq evinin yaradıcısı kimi təmsil edən müqəddəs və unudulmaz qadının ruhunu şükranla anmaqdır. Həmçinin “Bugünün küçükleri yarının büyükleridir.” deyən, bu günü uşaqlara ərmağan edən böyük öndər Mustafa Kamal Atatürkün ruhunu sayğı və rəhmətlə yad edirik. Hər il Türkiyə 23 apreli bütün dünya uşaqları arasında sevgi, dostluq, qardaşlıq, bağlarının daha da güclənməsi, eyni zamanda Türkiyə Böyük Millət Məclisinin yarandığı bir tarix kimi qeyd edir. Bu gün isə 100 illik yubileyini qutlayır. Bayramın qutlu olsun Türkiyəm!
Türkiyənin siyasi elitasına daxil olan Ağaoğlu ailəsi  -  Könül Quliyevanın araşdırması - FOTOLAR
Türkiyə Cümhuriyyətinin siyasi elitasına daxil olan Ağaoğlu ailəsi həm də ölkədə bir sıra ilklərə imza atıb. Türkiyənin ilk qadın vəkili kimi hüquq tarixinə adı qızıl həriflərlə yazılan Sürayyə Ağaoğlu eyni zamanda Türkiyədə ilk uşaq evinin yaradıcısıdır. Onun üçün həyatda ən böyük arzulardan biri məhz sahibsiz uşaqlar üçün uşaq evi yaxud internat açmaq idi.

Sürayyə Ağaoğlu dostu Lord Kinrossun tövsiyyəsi ilə qələmə aldığı “Bir ömürde böyle keçdi” adlı bioqrafik memuarında bu barədə maraqlı fikirləri yer alır. 1949-cu ildə həyatımda ən çox ürəyimcə olan bir işin ilk addımlarını atdım. İngiltərədə və Amerikada sahibsiz qalan uşaqlara dövlət və xüsusi təşkilatlar tərəfindən göstərilən münasibəti xeyli araşdırdım, bu uşaqlar üçün qurulan müəssisələri gəzdim. Bu arada Çikaqoda, Ceyn Adams adlı bir xanımın, cinayətə meyilli uşaqlar üçün yaratdığı evdə bir neçə gecə qalaraq araşdırma apardım. İngiltərədə də kasıb məhəllələrdə yaşayan uşaqlarla maraqlanan təşkilatları tədqiq etdim. Onlar arasında tanınmış uşaq məhkəməsi hakiminin bu uşaqlara təsis etdiyi böyük evə heyran qalmışdım.

Araşdırmalarımı apararkən gözümün önünə bizim körpü altında böyüyən uşaqları, onların səfaləti, sahibsizliyi gəlirdi. Türkiyəyə qayıdıb dostlarıma bu cür uşaqlarla maraqlanacaq bir dərnəyin qurulması fikrimin olduğunu bildirdim. İki illik danışıqlar və razılıq mərhələsindən sonra 1948-ci ildə İstanbuldakı evimə tanınmış iş adamlarımızı, bir çox peşə sahibi olan xanımları dəvət edərək bu məsələnin müzakirəsini istədim. Fikir böyük bir zövq və həyacanla qarşılandı.
Türkiyənin siyasi elitasına daxil olan Ağaoğlu ailəsi  -  Könül Quliyevanın araşdırması - FOTOLAR
İkinci yığıncaqda iştirakçıların sayı yarıya endi. Üçüncü yığıncaqda isə 10-15 nəfər qalmışdıq. Bax bu 10-15 nəfərlə 1949-cu ilin may ayında “Uşaq Dostları Dərnəyinin” ilk nüvəsini yaratdıq. O, zamanlar narkomanların qərargahı olan Topxanıdakı Qılıncəlipaşa və Qübbəli hamamlarında yanımızda Qalata qəza müdiri və bir polis ilə birlikdə gecələr axtarışa çıxırdıq. Mənzərə qorxunc idi: Kiçik üşaqlar hər cür səfalət və əxlaqsızlığa qarşı müdafiəsiz halda hamam daşlarına uzanmış narkomanların arasında yaşayırdılar. Bir hissəsi bizə həqiqətən kömək etdikləri halda digərləri ”kürklə xeyir işinə çıxıblar” deyə ələ saldılar. Müxtəlif çətinliklərdən sonra Gül bazarında “Uşaq Müdafiə Fondun” əmlakı olan köhnə mədrəsə binasında uşaq evi açdıq. Bu işdə ən böyük köməkçim gündüzləri “Mobil Oyl”da işləyən və gecələri də on ikiyə qədər internatda bu uşaqları qarşısına alıb onlarla məşğul olan Nemət Selen xanım idi. İlk vaxtlar uşaqlar bizdən qaçırdılar. Böyük səy nəticəsində internatdakı uşaqları nizama sala bildik, məktəbə və ya işə düzəldə bildik. Uşaqlarımız arasından Almaniyada avtomobil zavodlarında baş usta və elektirik xidmətinin rəisi olanlar belə çıxdı. Uşaqlardan Nevzat adlı bir gənc Koreya müharibəsində iştirak etdi. Getməmişdən qabaq və oradan mənə “ana” xitabı ilə yolladığı məktublar məni həm də dərin iztirabla boğurdu . Ana həsrəti ilə böyüyən bu gənci Koreyadan qayıtdıqdan sonra Dəniz yollarında işə düzəltdik. Təəssüf ki, Nevzat İzmit körfəzində baş verən dəniz faciəsində vəzifə başında həyatını itirdi.

Deyə bilərəm ki, internat məsələsində məni və dostlarımı ən çox sarsıdan bu hadisə olmuşdur. Sahibsiz, kimsəsiz, pis yola düşmüş bir çox uşağı böyüdüb onları mənəvi, maddi cəhətdən özlərinə və cəmiyyətə xeyirli insanlar etmək mənə olduğu qədər dostlarıma da hədsiz bir həzz və sevinc hissi verirdi. Uşaq evini əvvəl Fənər yoluna, sonra isə Ayazağada Xəzinənin ihalə ilə satdığı bir ərazidə tikilən binasına köçürtdük. Çevrilişdən sonra məni bu məsələ ilə əlaqədar hələ istintaqa da cəlb etdilər və ərazini dostlarımla bölüşməkdə ittiham etdilər. Daşınmaz Əmlak haqqında şəhadətnaməyə baxılmasını istədim və əlbəttə bu əsassız ittihamın qeyri-sabit olması kiçik bir araşdırma ilə ortaya çıxdı.
Türkiyənin siyasi elitasına daxil olan Ağaoğlu ailəsi  -  Könül Quliyevanın araşdırması - FOTOLAR
Virus yayıldı, ardınca yadplanetlilərin hücumu olacaq... – Planeti gözləyən DƏHŞƏTLİ GƏLƏCƏK
Koronavirusun dünyanı gözümüzün önündə dəyişdirdiyi vaxt Eynşteyndən sonra ən dahi fizik hesab olunan, 2018-ci ildə vəfat etmiş Stiven Hokinqin sözləri gündəmə gəlir.

Publika.az xəbər verir ki, Hokinq süni intellektin, yəni robotların bəşəriyyətin sonunu gətirəcəyini düşünürdü.

Bu gün koronavirusdan sonrakı dünyada süni intellektin insan əməyini əvəz edəcəyi, insanların tədricən robotlarla əvəz ediləcəyi haqda danışılır.

Hokinqə görə, dünyanın sonunu atroidlərin düşməsi, iqlim dəyişikliyi, nüvə müharibəsi və geni dəyişdirilmiş viruslar gətirə bilər. O, qarşıdakı 100 ilin dünyanın taleyi üçün vacib dövr olduğunu hesab edirdi. Amma ölümündən cəmi iki il sonra virusun yayılması “dünyanın sonunun başlanğıcı” kimi görünür.

“Yadplanetlilər Yerdəki sərvətləri ələ keçirmək üçün dünyamızı talan edə bilərlər. Əgər yadplanetlilər bizi ziyarətə gələrsə, Kolumbun Amerikaya ayaq basması kimi olacaq. Bu, yerli amerikalılar üçün heç də yaxşı olmamışdı”, - Hokinq bildirirdi.
Bakıda minik avtomobili ilə sərnişin avtobusu toqquşdu: ölən var
Sabunçu rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobil “Azvirit” şirkətinə məxsus “İkarus” markalı sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır
İcra Hakimiyyətindən özünü güllələyən məmurla bağlı AÇIQLAMA - FOTO
Lerik rayonunda 43 yaşlı şəxs ov tüfəngi ilə özünü güllələyib. 1977-ci il təvəllüdlü Qalib Naib oğlu Quliyev yaşadığı evin həyətində odlu silahla özünü vurub. Hadisəyə səbəb kimi isə şəxsin külli miqdarda borcu olduğu bildirilir.

Cinayətlə bağlı Modern.az-a danışan Lerik rayon İcra Hakimiyyətinin başçısının müavini Habil Məlikov deyib ki, intihar cəhdi hələ tam aydın deyil. Onun sözlərinə görə, istintaq hadisəni dəqiq müəyyənləşdirməyə imkan verəcək:

“İndi müxtəlif versiyalar irəli sürmək olar. Amma hazırda hüquq-mühafizə orqanları tərəfinən iş davam etdirilir və nəticələr bəlli deyil. Mərhum bizdə işçi, yaxşı yoldaş idi. Uzun illər bir yerdə çalışmışıq. Amma hansı səbəbdən dolayı bu hal baş verə bilər, onu deyə bilmərəm. Karantinlə əlaqədar olaraq işə gəlmirdi, ancaq ehtiyac yarananda onu işə dəvət edirdik. Son zamanlar hər hansı qəribə hal, ya narahatlıq hiss etməmişdik. 2 övladı var, ailəlidir”.

Qeyd edək ki, ölən şəxs Qalib Naib oğlu Quliyev Lerik Rayon İcra Hakimiyyəti aparatında humanitar şöbədə məsləhətçisi vəzifəsində çalışıb.
Azərbaycanda məmur özünü güllələdi
Lerik rayonunda 43 yaşlı şəxs ov tüfəngi ilə özünü güllələyib.

Avrasiya.net “Report”a istinadən xəbər verir ki, hadisə zamanı 1977-ci il təvəllüdlü Qalib Naib oğlu Quliyev yaşadığı evin həyətində odlu silahla özünü vurub.

Yaralı Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

İntihar edən şəxs ailəli olub və Lerik Rayon İcra Hakimiyyəti aparatında humanitar şöbəsində məsləhətçisi vəzifəsində çalışıb.

İlkin məlumata görə Q.Quliyevin intiharına xeyli miqdarda borclu olması səbəb ola bilər.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
İşsiz şəxslər may ayında 190 manatı almaq üçün bank hesabı açmalıdırlar
Aprel ayı ərzində 190 manat birdəfəlik vəsait almış işsiz şəxslərin may ayı üçün ödənişləri onların bank hesablarına köçürüləcək. Buna görə də apreldə bu vəsaiti alan şəxslərə bank hesabı açmağı tövsiyə edirik.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

Onun sözlərinə görə, aprel ayında birdəfəlik vəsaitlər üzrə bütün təyinatlar “Azərpoçt”un şöbələri tərəfindən ödənilir:

“Hazırda bunun üçün vətəndaşların hesab nömrəsi açmasına ehtiyac yoxdur. Bu da hazırkı mərhələdə onları mümkün ola biləcək xərclərdən sığortalamaq, eyni zamanda evdən çıxmağa ehtiyac yaratmamaq üçün edilir. Lakin aprel ayında vəsaiti almış hər bir vətəndaşın növbəti ay üçün ödənişi may ayında artıq onların bank hesablarına köçürüləcək. Buna görə də onlar istənilən bir bankda hesab açdırmalıdırlar. Hesab açdıqdan sonra həmin hesab nömrəsinin hər hansı bir yerə təqdim edilməsinə ehtiyac yoxdur. Sistem vasitəsilə ödəniş edilərkən onların bank hesablarının aktiv olduğu müyyən edilərsə, həmin vəsait bank hesablarına köçürüləcək. Vəsaitin köçürülməsi barədə vətəndaşın özünə SMS vasitəsilə də məlumat veriləcək” (trend).