Bakıda villaları, İsveçdə mülkü olan KİVDF üzvü - Foto
Ötən gün KİVDF-də yeni icraçı direktorun sələfi Vüqar Səfərlinin kadrlarını təmizlədiyi və onların böyük əksəriyyətini işdən azad etdiyi haqda məlumat yayıldı.

Axar.az xəbər verir ki, işdən azad edilənlərin sırasında (Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun müavini Tahir Süleymanovun qızı Aygün Süleymanova, Əli Həsənovun digər müavini Ərəstun Mehdiyevin qardaşı qızı Gülgün Zahidli, Vüqar Səfərlinin bacısı oğlu Ramin Kərimli, Vüqar Səfərlinin qohumu, kəndçisi Elşad Tağıyev və s.) olanlardan milyonçu Mehrac Babayevin adı xüsusilə diqqəti cəlb etdi.

M.Babayevin qeyri-rəsmi olaraq Prezidentin sərəncamı və ayırdığı pulla “Jurnalistlərin binası”nı tikən şəxs olduğu da bildirildi. Bəs niyə qeyri-rəsmi? Ümumiyyətlə,

Mehrac Babayev kimdir?

Hazırda Rusiyada yaşayan və tikinti maqnatı kimi tanınan “Verso-M” tikinti şirkətinin rəhbəri Merac Babayev haqda olduqca maraqlı məlumatlar var:

Orta məktəbi qızıl medalla, Moskvada mühəndislik ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1985-ci ildə Azərbaycana dönüb və az müddət sonra başlayan xalq hərəkatına qoşulub.

Qarabağ döyüşlərində iştirak edib, ilk özünümüdafiə batalyonu yaradanlardan biridir. Qeyri-dəqiq məlumatda hətta onun AXC-nin “Şıxov batalyonu” kimi tanınan xüsusi təyinatlı qüvvələrinin bir müddət komandiri də olduğu iddia edilir.

Daha sonra Moskvaya gedib. Əvvəlcə “LUKoil”un tikinti üzrə aparıcı mütəxəssisi kimi işləyib, sonra öz tikinti şirkətini yaradıb və Rusiyada böyük tikinti layihələrinin icraçısı olub.

Onun Bütöv Azərbaycan ideyasını dəstəkləyən şəxslərdən biri olduğu da deyilir. Mehrac Babayev BAB-ın yaradılması və fəaliyyətinə maddi- mənəvi dəstək verib.

Rusiyada diaspor fəaliyyətindən də kənarda qalmır, deyilənə görə, soydaşlarımıza gücü çatdıqca qayğı göstərir.

Yeri gəlmişkən, bu qeydləri mediaya M.Babayevin vaxtilə bir yerdə olduğu cəbhəçi dostları danışıb.

Mehrac Babayevin Bakıda nələri var?

Mehrac Babayev Rusiyada yaşasa da, Bakıda da mülkləri və villaları var.

Qız Qalasının arxasında altımərtəbəli villası və ofisi yerləşir.

Novxanıda olan villası isə Azərbaycanda nadir tikintilərdən sayılır. Bildirilir ki, M.Babayev bu villanın layihəsini Rusiya qubernatorlarının birindən çox baha qiymətə alıb. Qubernatorun şərti isə bu olub ki, bu layihə əsasında tikiləcək ev Rusiyada yerləşməsin.

M.Babayev verdiyi sözü tutub və sözügedən layihə əsasında villanı Rusiyada deyil, Bakıda - Novxanıda tikib. Villa xüsusi əzəməti ilə fərqlənir.

Onun İsveçrədə də mülk və danışmaz əmlaklarının olduğu bildirilir.

Beləliklə, gəlib çatdıq Avropaya.

Bahalı maşınlarla məşhur qəza

M.Babayevin adı bir neçə il öncə oğlanlarının Cenevrədə çox bahalı maşınlarla düşdüyü qəza ilə gündəmə gəlmişdi.

M.Babayevin oğlu Ziya Babayev Moskva Dövlət Universitetinin Cenevrədəki Beynəlxalq Mərkəzinin hüquq fakültəsində təhsil aldığı illərdə (2009-cu il) avtoşluq etmişdi.

Həmin ilin noyabrında Cenevrə yollarında üç yoldaşı ilə bərabər maşın yarışı təşkil edir. Yarışda Ziya Babayevin “Lamborgini” markalı avtomobili “Volksvagen Qolf” markalı avtomobillə toqquşur. Nəticədə 70 yaşlı alman təqaüdçü ağır xəsarət alır və Ziya Babayev təqaüdçünün bütün xərclərini üzərinə götürərək, onun müalicəsinə yardım edir.

Məhkəmədə ifadə verən gənc aylıq gəlirinin 30 min, əmlakının isə 5 milyon dollar olduğunu deyir.

Məhkəmə ona 2015-ci ildə iki il şərti cəza və 10 min dollar cərimə kəsmişdi.

Z.Babayevin təhsil aldığı Moskva Dövlət Universitetinin Cenevrədəki Beynəlxalq Mərkəzinin rəhbəri Tamerlan Həsənovun Rəsul Quliyevin yaxın adamı olduğu da məlumatlar sırasındadır. Azərbaycan adı çəkilən şəxsi beynəlxalq axtarışa verib.

İki il öncə isə M.Babayev oğluna Monako krallığında dəbdəbəli toy etməsi ilə gündəmə gəldi.

Beləliklə, bu cür irimiqyaslı maqnatın KİVDF-nin əməkdaşı olması əlbəttə sual doğurmaya bilməz...
Bakıda villaları, İsveçdə mülkü olan KİVDF üzvü - Foto

Prezidentin icra başçısını cəzalandırmasının səbəbi bilindi
Prezident İlham Əliyevin İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova töhmət verməsinin səbəbi açıqlanıb.

Pravda.az-ın məlumatına görə, N.Bağırov bir neçə gün öncə karantin qaydalarını pozaraq bir qrup sahibkarla İsmayıllının Qalacıq kәndindә yerləşən Qovğadar dağına sәyahәt edib.

Məlumatda qeyd olunub ki, mәqsәd rayonun turizm potensialının tәdqiqi çərçivəsində “haykinq” kimi tanınan dağda piyada turist marşrutu və onunla əlaqədar turizmin digər imkanlarını yerində dəyərləndirmək olub. Yeni ekoturizm layihəsinin reallaşdırılması hündürlüyü 2214 metr olan dağın eyni adlı yaylağında nәzәrdә tutulur. N.Bağırov yaylaqda haykinq marşrutunu şəxsən özü sınaqdan keçirib. Qrup haykinqə 1480 metr yüksəklidən başlayıb və 2030 metr yüksəkliyə qədər irəliləyib. Yaylaqda qlampinq tipli hotelin də təşkili nəzərdə tutulur. Bu, heç bir növ infrastrukturu olmayan və tam təbii mühitdən ibarət meşədə daşına bilən, düşərgə tipli, beşulduzlu sığınacaqdır. Həmin hoteldən müxtəlif istiqamətlərdə haykinq marşrutların pasport layihəsi hazırlanır, GPS ilə coğrafi göstəriciləri müəyyən olunur. Yaylağın coğrafi movqeyi buradan Qəbələnin Laza, Qubanın Xınalıq və Haput kəndlərinə bu cür marşrutların təşkilini mümkün edir.

İsmayıllı RİH-lə əlaqə saxlasaq da, zənglərə cavab verən olmayıb.

Qeyd: Dövlət başçısının aprelin 21-də imzaladığı sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.

Karantin qaydalarını pozan icra başçısı deputatların zənginə cavab vermir
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.

Modern.az saytı İsmayıllı rayonundan olan deputatlarla əlaqə saxlamağa çalışıb.

87 saylı Ağsu - İsmayıllı seçki dairəsinin deputatı Tahir Kərimli saytımıza açıqlamasında icra başçısının tam olaraq karantin qaydalarını hansı formada pozmasından xəbərsiz olduğunu bildirib:

"Həm rayonun deputatı Novruz Aslan, həm də mən icra başçısı Nahid Bağırovla əlaqə saxlamağa çalışdıq ki, detalları öz dilindən eşidək.Təəssüf ki, telefonlarımıza cavab vermədi. Təbii ki, icra başçısının karantin qaydalarını necə pozması barədə bəzi iddialar da var. Ancaq iddiaları səsləndirmək doğru olmaz".

Qeyd edək ki, 41 yaşlı Nahid Bağırov bu il martın 5-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. İcra başçısı təyinatına qədər o, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında yaradılan İctimai Şuranın sədr müavini işləyib.
Nazir polkovniki təqaüdə göndərd
Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gədəbəy Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi polis polkovnik-leytenantı Hüseynov Vüqar Paşa oğlu təqaüdə göndərilib.

Hələlik onun yerinə təyinat yoxdur.
Azərbaycanda daha 44 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü
Azərbaycan Respublikasında 44 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 74 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet, hipotireoz və xronik böyrək xəstəliyi olan 1963-cü il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1480 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 865 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib, 595 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 20 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 102.764 test aparılıb.
İlham Əliyev icra başçısına töhmət verdi
Prezident İlham Əliyev Nahid Bağırova töhmət elan edilməsi haqqında Sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, Sərəncama əsasən, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilir.
Jurnalistlər sabah qan verəcəklər
“Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən çoxsaylı vətəndaşlarımız, əsasən də uşaqlar var. Koronavirus təhlükəsinin qaldığı hazırkı şəraitdə qan tədarükünün sabit saxlanmasına ciddi ehtiyac duyulur. Bu baxımdan ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü qanvermə təşəbbüsü olduqca aktualdır, nəciblik və humanizm nümunəsidir”.

Avrasiya.net xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Ə.Amaşov qeyd edib ki, paytaxtda və ölkənin müxtəlif bölgələrində qanvermə aksiyasına start verilib: “Azərbaycan Mətbuat Şurası da Mehriban xanımın nəcib təşəbbüsünə qoşulur. Qurumun İdarə Heyətinin üzvləri, bir qrup KİV rəhbəri və jurnalist aprelin 22-də saat 12.00-da Hematologiya və Qanköçürmə Elmi Tədqiqat İnstitutunda qan verəcəklər.”.

Mətbuat Şurasının sədri media nümayəndələrini aksiyada iştirak etməyə səsləyib.
Valideynləri işsiz kimi qeydiyyatdan keçən tələbələrin nəzərinə!
“Valideynləri işsiz kimi qeydiyyata alınan tələbələrin bu barədə arayış almasına ehtiyac yoxdur”.

Avrasiya.net bildirir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkədəki hesabında qeyd edib.

Onun sözlərinə görə, hər hansı tələbənin valideynlərinin işsiz statusu barədə məlumatları Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemi vasitəsilə elektron şəkildə əldə edəcək:

“Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün tələbələrin məşğulluq orqanlarından valideynlərinin işsiz kimi qeydiyyatda olmasına dair arayış alaraq təhsil müəssisələrinə təqdim etmələrinə ehtiyac yoxdur.

Bununla yanaşı, e-sosial.az portalında 15 növdə e-arayış xidməti göstərilir.

İşsiz kimi qeydiyyatdan keçən şəxslər də portal vasitəsilə bu barədə e-arayışı əldə edə bilərlər. Bunun üçün e-sosial.az portalında qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyatdan keçdikdən sonra “Şəxsi kabinet”də e-arayış bölməsinə daxil olmaqla, müvafiq elektron arayışı əldə etmək olar”.
Qadının boğazını kəsib su kanalına atdı – Təfərrüat
Yevlax rayonu ərazisində tamah məqsədi ilə gənc qızı qətlə yetirən taksi sürücüsünün məhkəməsi başlayır.

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə) və 181.3.3-cü ( quldurluq) maddəsi ilə təqsirləndirilən Fərmanov Əhliman İbiş oğlunun məhkəmə prosesinə Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Nahid Mirzəyev sədrlik edəcək.

Xatırladaq ki, 2019-cu il mayın 25-də Yevlax rayonunun Varvara kəndi ərazisindən keçən su kanalının kənarında boğaz nahiyəsində xəsarəti olan 25-30 yaşlı qadın meyitinin tapılması barədə DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gələrək, müvafiq tədbirlər həyata keçiriblər. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə onun Bakı şəhər sakini Alyona Yanqarova olması müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə A.Yanqarovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən taksi sürücüsü, Qaramanlı kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Fərmanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

İstintaq zamanı məlum olub ki, icarəyə götürdüyü avtomobillə Bakı şəhəri Yevlax-Mingəçevir istiqamətində taksi fəaliyyəti göstərən Ə.Fərmanov gənc qıza hücum edərək onun üzərindəki pulları və digər qiymətli əşyaları götürüb. Hadisə vaxtı maşında onlardan başqa heç kim olmayıb. Ə.Fərmanov daha sonra qızın boğazını kəsərək onun öldüyünə əmin olmaq istəyib və meyitini su kanalına ataraq uzaqlaşıb.

Qeyd edək ki, hadisəni törədən şəxs Yevlaxın Qaramanlı kənd ərazi dairəsinə daxil olan Nəmərli kəndində doğulub. Lakin sonradan o, ailəsindən boşanıb və dələduzluq əməlinə görə həbs edilib. Əvvəllər məhkum olunmuş Ə.Fərmanov artıq polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qarabağla bağlı bu sənəd masadadır - Lavrov
Hazırda danışıqlar masasında Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini təklif edən bir sənəd var.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə Qorçakov Fondunun təşkil etdiyi onlayn "dəyirmi masa" zamanı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı qətnamələri barədə danışarkən bildirib.

“Qəbul edilmiş qətnamələr məlum sənədlərdir. Onlar hərbi əməliyyatların qızğın dövründə qəbul edilib və hər şeydən əvvəl hərbi əməliyyatların tamamilə dayandırılmasını və danışıqlara keçilməsini nəzərdə tutub. Qətnamələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiqini tapıb. Eyni zamanda, sənədlərdə müharbəni dayandırmaq və danışıqlara keçmək çağırışı da olub.

O vaxtdan bəri biz dəfələrlə danışıqlara başlamışıq, özü də müxtəlif formatlarda. Amma indi danışıqların Bakı-Yerevan, ATƏT-in Minsk qrupunun üç həmsədri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi formatı müəyyən edilib. Bu, BMT Təhlükəsizlik Şurasının müharibəni dayandırmaq və razılığa gəlmək tələbini təcəssüm etdirən faydalı və yaxşı formatdır”, - S.Lavrov deyib.