230 min şəxsə 190 manat ödənildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlıların daha 30 min nəfəri üçün birdəfəlik vəsaiti (190 manat) aidiyyəti üzrə köçürdü.

Avrasiya.net xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb və proqram 600 min şəxsi əhatə edəcək. Aprelin 9-dan gündəlik olaraq ödəniş prosesi həyata keçirilir.

Bununla 230 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib.

Birdəfəlik ödəmə vəsaiti köçürüldükdən sonra onların telefon nömrəsinə bu barədə SMS göndərilir.

İşsiz şəxslər bu mesajı aldıqdan sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edirlər.

Ödənişlər qarşıdakı günlərdə də davam edəcək.
Lənkəranskini bıçaqlayan qanuni oğru həbsdən çıxdı - Video
Aprelin 17-də qanuni oğru, "Levan Suxumski" kimi tanan Levan Abuladze Moskvanın “Vladimirski Sentral” həbsxanasından azadlığa çıxıb.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, 44 yaşlı qanuni oğrunu həbsxana qapısı bağlanan kimi onun Rusiya Federal Miqrasiya Xidmətinin və Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları qarşılayıblar.

Qanuni oğruya bildirilib ki, Rusiya Daxili İşlər nazirinin müavini, general-polkovnik Vançikin əmri ilə Rusiyaya ömürlük gəlməsi qadağan olub. Bildirilib ki, bununla bağlı DİN generalı fevralın 19-da müvafiq əmr imzalayıb.

Bu qərardan sonra bu dəfə qanuni oğruya Oktyabrski Rayon Məhkəməsinin qərarı oxunub. Qərarda bildirilir ki, o, iki ay müddətinə həbs edilir və miqrantlar üçün xüsusi təcridxanaya yerləşdiriləcək. Rusiyadan deportasiya olunanadək isə təcridxanada qalacaq.

Qeyd edək ki, ötən il Rusiya Prezidenti Vladimir Putin kriminal avtoritetlər üçün cəzaları sərtləşdirib.

Belə ki, kriminal ierarxiyaya mənsub olan (qanuni oğrular) şəxslər 8 ildən 15 ilə qədər azadlıqdan məhrum ediləcək. Həmçinin 5 milyon rubla qədər cərimə ödəyəcəklər. Bu səbəbdən kriminal aləmin bir çox tanınmış nümayəndəsi üçün Rusiyada yaşamaq indi olduqca çətinləşib.

Artıq bəzi kriminal avtoritetlər Rusiyanı tərk edərək Yunanıstanda, İspaniyada, BƏƏ-də və Türkiyədə məskunlaşmağı üstün tuturlar. Həbsdə olanların isə azadlığa çıxandan dərhal sonra ölkəni tərk etmələri əsas şərtdir.

Amma hazırda pandemiya ilə bağlı Rusiya sərhədləri də bağlıdır. Bu qadağanın isə yaxın 2 ayda da qüvvədə qalacağı gözlənilir. Levan Abuladzenin bu səbəbdən də bəxti gətirməyib və dərhal yenidən nəzarətə götürülüb.

Levan 1975-ci ildə Suxumidə doğulub. Onun vətəni Gürcüstana gedəcəyi təqdirdə də gül-çiçəkli qəbul gözləmir. Çünki qanuni oğrularla bağlı eyni qanun Gürcüstanda hələ Saakaşvilinin prezidentliyi dövründə qəbul edilib.

Levan Suxumski Orenburq vilayətindəki xüsusi rejimli “Qara Delfin” həbsxanasından başqa Rusiyanın demək olar ki, bütün həbsxanalarında olub. Qanuni oğru hətta 2011-ci ildə istintaq müddətində təcridxananın qadınlar saxlanılan bölməsinə yerləşdirilib. Buna səbəb isə onun nüfuzunu zədələmək deyil, əksinə qorumaq olub. Belə ki, həmin vaxt təcridxanada olanlar Levan Suxumskinin “ideoloji düşmənləri” imiş və bu səbəbdən onun qadınlar üçün nəzərdə tutulan korpusda saxlamaq zərurəti ortaya çıxıb.

O, azərbaycanlı qanuni oğru, rəhmətlik Rövşən Canıyev (Lənkəranski) nəslinə aid qanuni oğrulardan hesab olunur. “Qanuni oğru” adını Merab Suxumski kimi tanınan (bəzi mənbələrdə onlar qardaş kimi göstərilib) Merab Canqveladzenin xeyir-duası ilə alıb.

2012-ci ilin noyabrında Artyom Lipetsk, Gizo Kardava, azərbaycanlı qanuni oğru Vaqif Bakinski (Diplomat), Timur Sverdlovski və digərləri Levanın “oğru” statusunu tanımamaq barədə “proqon” yaymışdılar. Amma hələ də bir sıra qanuni oğrular onu kriminal aləmin ən tanınmış simalarlından hesab edirlər.

Gürcü qanuni oğrularla yaxşı münasibəti olan Lənkəranski ilə yaxınlığı da güman ki, bu zəmində yaranıb. Kriminal aləmdə ən tanınmış simalardan olan Merab Canqveladze Rövşən Lənkəranskiyə yaxın adam kimi tanınıb. Levan isə Suxumi klanının “beyini” hesab olunurdu.

Amma iddia olunurdu ki, onlar son illər Lənkəranski ilə yaxınlıq etməyiblər. 2013-cü ildə Aslan Usoyanın (Ded Xasanın) öldürülməsindən sonra isə Suxumskilər Lənkəranskiyə dönük çıxıblar.

Hətta Merab Ded Xasan klanı ilə anlaşmağa çalışıb. Levanın isə Moskva bazarlarına nəzarətlə bağlı “razborka”ların birində Lənkəranskini bıçaqlaması barədə də iddialar vardı.

Rusiyanın "Rosbalt" saytı o zaman yazmışdı ki, hadisə Dubayda baş verib və nəticədə Lənkəranski ağır yara alıb. Amma bu iddiaların nə qədər doğru olduğu bu günədək də bilinmir.
Ona məktub göndərməmişik – Tramp yalan danışıb?
Yaxın günlərdə ABŞ Prezidenti Donald Trampa Kim Çen İn tərəfindən heç bir yeni məktub göndərilməyib.

Axar.az xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp mətbuata açıqlamasında yaxın günlərdə Şimali Koreya lideri Kim Çen İndən xoş bir məktub aldığını demişdi.
Son sutkada 25 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb
Azərbaycan Respublikasında koronavirus infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 122 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, ürəyin işemik xəstəliyi, arterial hipertenziya, postinfarkt kardiosklerozu olan 1940-cı il təvəllüdlü vətəndaş vəfat edib.

Məlumatda bildirilir ki, hazırkı dövrədək ölkəmizdə 1398 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 712 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib, 667 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 95.747 test aparılıb.
"Dayanıqlı iqtisadiyyatı olan ölkə, dövlət zamanın istənilən sınağına cavab verməyə qadirdir"
Bu gün yer kürəsi COVID-19 pandemiyasının yaratdığı dərin böhran və çətinliklərlə üz-üzədir. Qısa bir zaman ərzində dünyanın iqtisadi-siyasi mənzərəsinə qara bulud kimi çökən pandemiya dövlətlərin sağlamlıq sistemləri ilə yanaşı iqtisadiyyatını da sınağa çəkir. XXI əsrin bəlası insanların sağlamlığına, həyatına, qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına mənfi təsiri təəssüflər olsun ki, hələ də davam edir.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib. Millət vəkili qeyd edib ki, dünyanı qəfil yaxalayan koronavirus təhlükəsi Azərbaycandan da yan keçmədi. Ölkəmizdə bu qorxunc epidemiyanın geniş yayılmasının qarşısının alınması istiqamətində ilk gündən Prezident İlham Əliyevin uzaqgörən, məqsədyönlü siyasəti sayəsində mühüm addımlar atıldı, insanların sağlamlığının qorunması ilə bağlı təxirəsalınmaz, qərarlar verildi. Məhz ən yüksək səviyyədə görülən qabaqlayıcı tədbirlərin, ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunması, əhalinin sağlamlığının mühafizəsi, sosial izoliyasiyası nəticəsində hazırda Azərbaycanda pandemik şərait müşahidə olunmur.

Dünyanın ən çox inkişaf etmiş ölkələri bu sınaq qarşısında aciz qaldığı halda ölkəmizdə aparılan koronavirusa qarşı mübarizə tədbirləri bir çox ölkələrə nümunədir. Sözsüz ki, həyata keçirilən bütün qabaqlayıcı tədbirlər ölkədə işgüzar fəallığı zəiflədə və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsirlər göstərməyə bilməzdi. Hər zaman xalqın yanında olan Azərbaycan Prezidenti əhalinin sağlamlığının qorunması ilə yanaşı, mövcud vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərinin həllini də önə çəkdi. Dövlət Başçımızın siyasi iradəsi, ölkəmizin son illərdə qazandığı iqtisadi gücü sayəsində belə ağır məqamda əhalinin sosial rifahının gücləndirilməsi ilə bağlı sosial dəstək tədbirləri həyata keçirildi.

Günümüzün reallığı Azərbaycan dövlətinin neqativ tendensiyaları layiqli qarşılamaq, zamanın istənilən çağırışına cavab vermək iqtidarında və əzmində olduğunu bir daha nümayiş etdirdi. Koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə həyata keçirilən tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur. Ölkə Başçısının 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapdı.

Dövlətimizin zəruri iqtisadi və maliyyə imkanlarına arxalanaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən aprelin 17-də yeni dəstək tədbirləri elan edildi və 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrıldı. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılandı. Eyni zamanda, 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırdı. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir. Bu, dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha göstəricisi oldu.

Koronavirus pandemiyası ilə əlaqədar dünyanın bir çox ölkələrində iş yerlərinin bağlanmasına, əhalinin məşğulluq imkanları ilə bağlı ciddi problemlərin yarandığı halda, ölkəmizdə məşğulluq orqanlarının fəaliyyəti gücləndirildi. DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıldı. Bunun üçün 30 milyon manat vəsait ayrıldı.

İşsizlərə və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsi əhalinin sosial rifahı qorunmasına, iqtisadi inkişafın davamlığına hesablanan addımlardandır. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, mövcud vəziyyətdən daha az ziyanla çıxılması hər zaman olduğu kimi bu gün də müstəqil dövlətimizin prioritet istiqamətlərində ön sıradadır. İqtisadi mexanizmlərin dinamik inkişafına nail olmaq üçün işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub.

Belə ki, bu proses təkcə pandemiya dövrünü deyil, həm də pospandemiya dövrünü əhatə edəcək. Eyni zamanda, əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil ediləcək. Bütövlükdə 2020-ci ildə bu növ ödənişlər 20 min nəfəri əhatə edəcək. Azərbaycan dövlətinin öz vətəndaşlarına olan münasibəti özünü tənha yaşlılara göstərilən sosial xidmətlərdə də büruzə verir. Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılır. 15 mindən çox tənha yaşlıya sosial xidmətlər göstərilir. Sosial tərəfdaşlar vasitəsilə artıq 14100 tənha ahıla və əlilliyi olan şəxsə ərzaq payları evlərinə aparılıb verilib. Bu proses davam edir. Hazırda 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlər təmin olunur.

Aztəminatı ailələrin ünvanlı sosial yardım proqramları, sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılması, güzəştli işıq limitinin aprel-may ayları üçün 100 kvts. həcmində artırılması.

Azərbaycan vətəndaşının həyatını, onun sağlamlığı və rifahını qorumaq üçün atılan addımları, həyata keçirilən tədbirləri sadalamaqla bitmir. Koronavirus pandemiyası bir daha göstərdi ki, dayanıqlı iqtisadiyyatı olan ölkə, dövlət zamanın istənilən sınağına, çağırışına cavab verməyə qadirdir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsində dövlətimiz məhz zəruri iqtisadi və maliyyə imkanlarına arxalanaraq xalqın, sağlamlığının və maddi rifahının qorunması uğrunda dünyanı ağuşuna alan koronavirus bəlasına qarşı əzimlə mübarizə aparır.
Çindən koronavirusla bağlı SENSASİON ADDIM: günlərlə hər şey gizlədilib - Sənədlər ÜZƏ ÇIXDI/VİDEO
Çin hökuməti yeni tip koronavirusun ciddi epidemiyaya çevrilə biləcəyinə dair güclü əlamətlər görməsinə rəğmən, 6 gün boyunca səssiz qalıb və virus bu müddətdə daha çox yayılıb.

Publika.az xəbər verir ki, bu barədə “Assoşieyted Press” İnformasiya Agentliyi adının çəkilməyini istəməyən mənbənin təqdim etdiyi sənədlərə istinadən məlumat yayıb.

Məqalədə bildirilib ki, vəzifəli şəxslər 14 yanvarda virusun pandemiyaya çevrilə biləcəyini xəbərdarlıq edib. Lakin ölkə rəhbəri Si Çinpin xalqa xəbərdarlıq etmək üçün 20 yanvara qədər gözləyib. Bildirilib ki, sənədlər və tarixi müşahidələr Çin hökumətinin 1 həftə səssiz qaldığını, bu müddət ərzində 3 min nəfərin virusa yoluxduğunu sübut edir. Virusun yayılmasında Çində Yeni il bayramının bu dövrə düşməsinin də böyük payı var. Agentliyə göndərilən sənədlərdə 5-17 yanvar tarixlərində sadəcə Uhan şəhərində deyil, Çin miqyasında yüzlərlə insanın virus daşıyıcısına çevrildiyinə dair faktlar əks olunub.

Mütəxəssislər Çin hökumətinin bəzi həkimlərə “dedi-qodu yaymaq” ittihamı ilə cəza kəsməsindən sonra Uhandakı həkimlərin danışmaqdan çəkinmiş ola biləcəyinə diqqət çəkir.

Si Çinpin hökumətini xəbərdarlıq verməyə məcbur edən şey isə Tailand olub. Belə ki, 13 yanvar tarixində Çindən xaricdə ilk koronavirusa yoluxma faktı burada qeydə alınıb. Tailand epidemiya ehtimalına ciddi yanaşaraq xəbərdarlıqlar edib. Məhz bundan sonra Çin hərəkətə keçib. Yenə də xalqa xəbərdarlıq verilməyib. Amma tibb işçilərinə xəstələri təsbit etmək tapşırığı gedib.

Mediaya Çin Milli Səhiyyə Komissiyasının Prezidenti Ma Xiaoveinin 14 yanvarda tibb işçiləri ilə telekonfransının qeydləri sızıb. Qeydlərdə prezidentin 2003-cü ildəki SARS epidemiyasından bəri ən ciddi və qarışıq vəziyyətlə qarşı-qarşıya qaldıqlarını dediyi barədə məlumat yer alıb.

Agentliyin xəbərində qeyd olunub ki, sosial məsafənin gözlənilməsi, maska taxmaq, səyahət qadağası kimi qaydalar 1 həftə əvvəl tətbiq olunsaydı, virusa yoluxma faktı 3 qat daha az olacaqmış.


Uhandan şok görüntülər - koronavirus buzxanadan yayılıb
Çinin Uhan şəhərindəki Virusologiya İnstitutuna aid buzxanada aralarında koronavirusun da olduğu 1500 fərqli virusun saxlanıldığını göstərən görüntülər ortaya çıxıb.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, fotoların 2018-ci ildə Çinin xəbər agentliyi tərəfindən Tvitter vasitəsilə yayımlandığı və daha sonra silindiyi məlum olub.

İngilis mətbuatı həmin virusların qorunduğu buzxananın qapılarından birinin sınıq olduğunu yazıb.

ABŞ-ın CNN telekanalı da ABŞ kəşfiyyatının COVİD-19 virusunun Uhanda yarasa viruslarında araşdırma aparan laboratoriyaların birindən yayıldığı iddalarını araşdırdığını bildirib.

Qeyd olunub ki, Uhandakı Virusologiya İnstitutunda olan iki diplomat 2018-ci ilin yanvar ayında laboratoriyadakı təhlükəsizlik tədbirlərinin az olduğunu və burada aparılan işlərin SARS virusuna bənzər xəstəliyə yol açacağına səbəb olacağı ilə bağlı Xarici İşlər Nazirliyini xəbərdar edib.

Onu da qeyd edək ki, həmin laboratoriya vəhşi heyvanların satıldığı bazarın yaxınlığında yerləşir.

CNN kəşfiyyat orqanlarına istinadla bildirir ki, ABŞ rəsmiləri virusun bioloji silah olduğuna inanmır, amma COVİD-19-un buradan təsadüfən yayılması ehtimalını araşdırırlar.

ABŞ Baş Qərargah rəisi Mark Milli bununla bağlı açıqlamasında kəşfiyyatın bu iddiaları ciddi şəkildə araşdırdığını, virusun təbii yolllarla ortaya çıxdığına dair önəmli sübutların olmasına baxmayaraq heç bir nəticə əldə edə bilmədiyini bildirmişdi.

ABŞ dövlət katibi Mayk Pompeo da ABŞ-ın koronavirusun kökünü anlamaq üçün ciddi şəkildə işlədiklərini demişdi.
Aqil Acalov xristianları təbrik edibİqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai xadim Aqil Acalov
xristianların müqəddəs Pasxa bayramını təbrik edib.

Təbrikdə deyilir:

Azərbaycan müxtəlif din nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı ölkədir. Ölkəmizdə yaşayan müxtəlif dinlərin nümayəndələrinin öz yeri, öz ibadət tərzi var.

Tarix boyu ölkəmizdə ayrı-ayrı dini etiqad və inanclara malik qrupların əmin-amanlıq şəraitində yaşaması, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında xalqımızın humanizm və çoxmillətlilik dəyərlərinin əvəzedilməz rolu vardır. Bir keyfiyyət olmaqla yanaşı, həm də həyat tərzi olan tolerantlıq bizim dövlət olaraq, cəmiyyət olaraq fərqliliyimiz və zənginliyimizin təzahürüdür.

Tarixən formalaşmış tolerantlıq və dözümlülük cəmiyyətimizi səciyyələndirən gözəl bir ənənə olmaqla ölkəmizin dini, etnik, mədəni, siyasi, elmi sahələrdə tolerantlıq baxımından dünya üçün nümunəyə çevrilməsinə zəmin yaratmışdır.

Beləki, Azərbaycanın tolerantlıq modelinin əsasında xalqın dərin tarixə əsaslanan milli mədəni xüsusiyyətləri və unikal tolerantlıq modelinin formalaşdırılması istiqamətində aparılan məqsədyönlü siyasət dayanır.

Əsrlərə dayanan bu milli xüsusiyyətimizə əsaslanaraq sizi - Azərbaycanın pravoslav-xristian icması, dəyərli həmvətənlərim, xristianların müqəddəs Pasxa bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və bayram əhval-ruhiyyəsi arzulayıram.

Multikultural,tolerant Azərbaycanımızın rifah və xoşbəxt gələcəyi naminə daima birlik və bərabərlik içərisidə yaşamağınızı diləyirəm.