Azərbaycan-İran sərhədinin açılacağı tarix məlum olduAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, bununla əlaqədar Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılır.
ABŞ şokda: Sutkada 4 minə yaxın insan öldü
ABŞ-da yeni tip koronavirusdan sutkada 3 min 800 nəfər ölüb.

Axar.az xəbər verir ki, bununla ölkə üzrə pandemiyadan həyatını itirənlərin sayı 37 min 86-ya çatıb.

Eyni zamanda, ABŞ-da son 24 saatda 35 min 354 nəfər virusa yoluxub. Ümumilikdə, yoluxanların sayı 706 min 779 nəfərə yüksəlib. İndiyə kimi 59 min 672 xəstə isə sağalaraq evə buraxılıb.
Qan ver, həyat xilas et! - Komitə sədri qan verdi - FotoMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə təşkil olunan qanvermə aksiyasında iştirak edib.

S.Qurbanov Avrasiya.net-ə açıqlamasında səhhəti qaydasında olan hər kəsi qanvermə aksiyasında fəal iştirak etməyə səsləyib.

Komitə sədri bildirib ki, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulmaq vacibdir: "Müxtəlif yaşlarda olan irsi qan xəstəlikləri daşıyan vətəndaşlarımızın daha sağlam yaşamaları üçün müntəzəm olaraq təzə qan əldə etmələri zəruridir. Hər kəsi bu humanist aksiyada iştirak etməyə və irsi qan xəstəliyi daşıyan vətəndaşlarımıza dəstək olmağa çağırıram. Qan ver, həyat xilas et"

Qeyd edək ki, sözgedən aksiya Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilir.
"İlham Əliyevin həyata keçirdiyi sosial islahatlar dövlətin və xalqın maraqlarına xidmət edir" Anar Məmmədov
Milli Məclisin deputatı

Dünyanı lərzəyə salan koronavirus pandemiyası ilə mübarizədə cənab Prezident İlham Əliyevin atdığı mükəmməl addımlar, müəyyən etdiyi məqsədyönlü qabaqlayıcı tədbirlərin nəticəsidir ki, hazırda ölkəmiz pandemiyanın geniş yayılmasının qarşısının alınması və insan itkilərinin az olması baxımından dünyanın ən inkişaf etmiş dövlətlərinə bir nümunədir. Belə bir həssas məqamda dövlət başçısının sosial sahədə imzaladığı fərmanlar əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımdır və irəli sürülmüş sosial paketlər əhalinin bütün təbəqələrini əhatə edir.

Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir öz əksini tapmışdı. Bu gün o tədbirlər həm əhalinin sağlamlığına, iş yerlərinin saxlanmasına, həm də sosial təminatının qorunmasına xidmət edir. Eyni zamanda bu tədbirlər planı Prezidentin ölkədə əhalini narahat edən bütün sosial-iqtisadi məsələlərdən hərtərəfli xəbərdar olduğunu və onları daim diqqət mərkəzində saxladığını, həmçinin qarşılaşılan problemlərin həlli istiqamətində ciddi tapşırıqlar verdiyini, nəticəsi ilə şəxsən maraqlandığını göstərir.

Belə çətin günlərdə insanların sosial müdafiəsinin gücləndirilməsi üçün pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən vətəndaşların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır və bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün də dövlət böyük maliyyə vəsaiti ayırıb. Ümumilikdə isə 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib.
17 aprel 2020-ci il tarixində Prezident İlham Əliyev tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətində 600 milyon manat vəsait ayrılıb. Bununla yanaşı ölkə başçısı tərəfindən vətəndaşların sosial rifahına təsir edən digər bir neçə məqamı da yada sala bilərik. 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb və bu tədbir 14 min nəfəri əhatə edir, bunun üçün isə 2.6 milyon manat ayrılıb. Eləcə də, kommunal xidmətlərdən istifadəyə görə güzəştli elektrik enerjisi limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb və 10 milyon manat ayrılıb.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi nəzərdə tutulub ki, buna da 40 milyon manat ayrılıb.
Göründüyü kimi, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial islahatlar məhz dövlətin və xalqın maraqlarına xidmət edir. Ən əsası dövlət hər addımda öz vətəndaşının yanında olduğunu diqqətə çatdırır. Cənab Prezidentin elan etdiyi yeni islahatlar isə vətəndaşlarda sosial sahələrdə bundan sonra mühüm dəyişikliklərə yol açacağı, vətəndaş məmnunluğunu daha da möhkəmləndirəcəyi əminliyini möhkəmləndirir. Cənab Prezidentin də söylədiyi kimi, Azərbaycan dövlətinin siyasətinin mərkəzində xalqımız, onların sosial rifah halının daha da yaxşılaşması dayanır. Azərbaycanın iqtisadi gücü artdıqca, əhalinin sosial müdafiəsinin artırılması tədbirləri də ardıcıl olaraq həyata keçiriləcək, çünki bu Azərbaycan dövlətinin sosial mahiyyətindən irəli gələn bir siyasətdir.
Azərbaycanda karantin rejimi uzadıldı - Rəsmi
Hazırda dünya ölkələri bütün səylərini yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizəyə və profilaktika tədbirlərinə yönəldib. 2020-ci il mart ayından etibarən COVİD-19 xəstəliyi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunaraq virusun qarşısının alınması istiqamətində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bütün bunlara baxmayaraq, hazırda dünyada 2 milyon 160 min 207 nəfər COVID-19 virusuna yoluxub, 146 min 88 nəfər vəfat edib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, COVİD-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2020-ci il yanvar ayından zəruri qabaqlayıcı tədbirlər görülüb, profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılıb.

Virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin davamı olaraq 2020-ci il 14 mart tarixindən sosial izolyasiya qaydaları tətbiq olunub, 2020-ci il 20 aprel tarixinədək isə xüsusi karantin rejimi elan edilib.

COVİD-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, ölkə ərazisində 18 laboratoriyanın fəaliyyəti təmin edilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradılıb. Respublika ərazisində bir çox 4 və 5 ulduzlu mehmanxanalar, sanatoriyalar və digər infrastruktur obyektləri karantin məqsədilə ayrılıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 10 modul tipli yeni xəstəxananın tikintisinə başlanılıb, eləcə də mart ayının sonunda istifadəyə verilmiş “Yeni klinika” müasir tibb müəssisəsi koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb. Eyni zamanda, virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədi ilə qoruyucu maska və digər zəruri tibbi ləvazimatların istehsalına başlanılıb.

Xüsusi rejimli xəstəxanalar müvafiq dərman və qoruyucu vasitələrlə təmin olunub, hər bir karantin zonalarına tibb müəssisələrinin rəhbərləri, həkim və orta tibb heyəti ezam edilib, burada müalicə-profilaktika işləri həyata keçirilib, virusla mübarizədə digər dövlətlərdəki həkim-ekspertlərlə təcrübə mübadiləsi aparılıb. Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlarla COVİD-19 virusu ilə mübarizə çərçivəsində sıx əməkdaşlıq qurulub. Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi və Heydər Əliyev Fondunun dəstəyi ilə 20 nəfər mütəxəssis Türkiyədə təlim keçərək ölkədəki xüsusi rejimli xəstəxanalarda fəaliyyətə başlayıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli Sərəncamı ilə COVİD-19 infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına aylıq vəzifə maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilib.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat vəsait ayrılıb. Əhali və ayrı-ayrı təşkilatlar bu təşəbbüs ətrafında səfərbər olaraq həmrəylik nümayiş etdirib və koronavirusla mübarizə istiqamətindəki işlərə öz vətəndaş töhfəsini verib. Ölkəmiz üçün bu həssas məqamdakı birlik sayəsində Koronavirusla Mübarizəyə Dəstək Fonduna qısa müddət ərzində ianələr hesabına 112 milyon manatdan çox vəsait toplanıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən, COVİD-19 pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə dəyəri 3 milyard manatı ötən sosial-iqtisadi dəstək paketi qəbul olunub.

Koronavirus pandemiyasına qarşı mübarizə sahəsində elan edilmiş xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmət göstərilməsi və müvafiq yardım edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Yük daşımaları istisna olmaqla dövlət sərhədləri müvəqqəti bağlanıb, Azərbaycan tərəfindən ayrılmış çarter reysləri ilə ölkəyə gətirilən vətəndaşlarımız karantin zonalarında yerləşdirilib, xaricdən xəstəliyin idxalının qarşısı alınıb.

Həyata keçirilən tədbirlər nəticəsində ölkədə pandemiya vəziyyəti nəzarət altına alınıb, insanların COVİD-19 virusuna kütləvi yoluxma hallarının azaldılmasına nail olunub.

Azərbaycanda COVİD-19 virusuna ilk yoluxma faktının qeydə alındığı 2020-ci il 28 fevral tarixindən bu günədək 1373 nəfər bu xəstəliyə tutulub, 590 nəfər müalicə olunaraq sağalıb, 18 nəfər vəfat edib. Hazırda 765 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, 3000-dək şəxs karantin zonalarında müşahidə altındadır. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 86 min 607 test aparılıb.

Ölkə üzrə xüsusi rejimli xəstəxanalarda olan xəstələrin səhhəti, karantinə yerləşdirilən şəxslərdən götürülmüş test nümunələri, eləcə də karantin rejimi müddətində paytaxt və regionlarda xəstəlik fonundakı sanitar-epidemioloji vəziyyət təhlil edilib, insanların həyat və sağlamlıqlarının daha səmərəli qorunması, virusun yayılması sürətinin kəskin azaldılması məqsədi ilə Azərbaycan ərazisində tətbiq olunan karantin rejiminin uzadılması məqsədəuyğun sayılıb.

Bu baxımdan xüsusi karantin rejiminin 2020-ci il 20 aprel saat 00:00-dan 2020-ci il 4 may saat 00:00-dək uzadılmasına qərar verilib. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 saylı qərarında qeyd olunan bütün tədbirlər, o cümlədən yük daşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq olunan məhdudiyyətlər, eləcə də bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması 2020-ci il 4 may saat 00:00-dək uzadılır. Bununla belə, uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanaraq, növbəti həftə ərzində ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda, ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna edilmir.

COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət təhlil edilərək zərurət olduqda karantin rejiminin yenidən sərtləşdirilməsi də mümkündür.

COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.

COVID-19 pandemiyası zəminində dünyada yaşanan hazırkı fövqəladə vəziyyətdə və dövlətimiz üçün həssas vaxtda ölkə əhalisinə xüsusi karantin rejimi müddətində göstərdikləri əzm və vətəndaş məsuliyyətinə görə bir daha təşəkkür edir, qarşıdakı müddətdə virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir şəxsi karantin rejimi qaydalarına və Operativ Qərargahın tələblərinə əməl etməyə çağırırıq. Müvafiq dövlət qurumlarına, o cümlədən COVID-19 ilə mübarizə aparan səhiyyə işçilərinə göstərdikləri yüksək peşəkarlığa görə təşəkkür edirik.
Axar.azAZRUENآذ
Məktəblərdə dərslər bu tarixdən başlayır - Sərəncam
Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə qərar verib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il aprelin 20-dən mayın 2-dək (ilk tədris günü mayın 4-ü müəyyən edilir) Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etmək tapşırılıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 15 mini ötdü
Böyük Britaniyada yeni növ koronavirusdan daha 888 nəfər dünyasını dəyişib, ölənlərin ümumi sayı 15 mini ötüb.

Modern.az "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, son sutka ərzində koronavirusa daha 5,5 min nəfər yoluxub, yoluxanların ümumi sayı 114 mini ötüb: "Analiz götürülən 357 023 nəfərdən 114 217 nəfərdə koronavirus aşkarlanıb. Aprelin 17-si saat 17:00 üçün 15 464 nəfər koronavirusdan dünyasını dəyişib".
Tanınmış iş adamının ardınca həyat yoldaşı da koronavirusdan öldü
Türkiyənin tanınmış iş adamı Besalet Küçükərin həyat yoldaşı Nezahat Küçükər də koronovirusdan vəfat edib.

Yenisabah.az xəbər verir ki, 80 yaşlı qadının həm də ürək çatışmazlığı olub. Həyat yoldaşı Dənizlidə iş adamı olaraq tanınan 82 yaşlı Besalet Küçükər isə 4 gün öncə virus səbəbilə dünyasını dəyişib.

Qeyd edək ki, Küçükər ailəsinin kürəkəni, tanınmış iş adamı Taştan Kardaşlar da iki həftə öncə eyni səbəbdən ölüb.
Rusiyada 7 həkim koronaya görə xəstəxanadan qaçdı
Ufada koronavirus xəstələrinin olduğu xəstəxanadan 7 həkim və tibb işçisi qaçıb.

Axar.az xəbər verir ki, bu məlumatı RİA yayıb.

Xəstəxanadan qaçan həkimlər yaxalanıb və onların 6-sı məcburi müalicəyə göndərilib.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 36.793-ə çatıb, ölənlərin sayı isə 313 nəfərdir.

"Abşeron rayon icra başçısı İradə Gülməmmədova 7000 ailəyə ərzaq yardımı edib"“Azərbaycanda koronavirus pandemiyasına qarşı aparılan mübarizə çərçivəsində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın apardığı siyasət doğru istiqamətdədir”.

Koronavirus pandemiyası dönəmində Azərbaycanda sosial sahədə görülən işlər barədə Teleqraf.com-a danışan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, tanınmış QHT sədri , politoloq Niyaməddin Orduxanlı belə deyib.

Partiya rəsmisinin sözlərinə görə, Azərbaycanı Avropanın ən inkişaf etmiş ölkələri və ABŞ-la müqayisə edəndə, hansı üstünlüyümüzün olduğunu görürük:

“İstər itkilərin, istərsə də yoluxma hallarının az olması bu uğurlu siyasətin davamının nəticəsidir. Bunlar dövlətin mühafizəsi, vətəndaş və xalqın qorunması istiqamətində atılan addımlardır. İlk gündən Prezident İlham Əliyev bu prosesi öz üzərinə götürdü, onun rəhbərliyi ilə bu istiqamətdə aparılan işlər bu gün də davam etdirilir. Yardıma ehtiycı olan hər bir vətəndaş sosial sahədə görülən bu işlərdən kənarda qalmır. Söhbət 600 min insandan gedir. Burada həm sahibkarların, həm vətəndaşların, həm də aztəminatlı ailələrin müdafiəsi istiqamətində dövlət öz üzərinə düşən öhdəliyi kifayət qədər həyata keçirir.

Paralel olaraq, maddi imkanları yüksək olan şəxslərin də aztəminatlı ailələrə yardımı reallaşdırılır. Bura icra hakimiyyətlərinin atdığı addımları da əlavə etmək istəyirəm. Məsələn, Abşeron rayonu icra hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonda yeddi min aztəminatlı ailəyə ərzaq yardımı edib. Yəni həm dövlət strukturları, həm sahibkarlar, həm də böyük şirkətlər insanlara yardım əllərini uzadırlar. Bu gün xarici ölkələrdən gələrək, karantinə alınan insanlar bahalı otellərdə yerləşdirilib, ərzaqla təmin olunub. Kompleks baxanda, Azərbaycan dövlətinin uğurlu mübarizə sisteminin ortada olduğunu görürük”.

Niyaməddin Orduxanlı qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində fondun qurulması, qısa vaxtda bura böyük həcmdə maddi vəsaitlərin köçürülməsi nəzərdə tutulan işlərin yüksək səviyyədə həyata keçirilməsinin nəticəsidir:

“Bunun nəticəsidir ki, ölkədə 1400 virusa yoluxan şəxsin 600 nəfəri sağaldılaraq evlərinə buraxılıb. Bunun fonunda ölüm faktorlarının az olması da, bura daxildir. Azərbaycan digər ölkələrlə müqayisədə ölçülüb-biçilmiş bir siyasət həyata keçirir. İstər Avropa, istər ABŞ, istərsə də MDB ölkələri ilə müqayisədə öncül olduğumuzu göstərə bilirik. Təsadüfi deyil ki, dünyanın ən nüfuzlu media qurumlarında Azərbaycan bir örnək olaraq göstərilir”.