Koronavirusla bağlı ŞOK PROQNOZLAR - Böyük BƏLALAR GƏLİR
Neft erasının sonu gəlir, bazarlar alt-üst olacaq, “fövqəladə vəziyyət” uzun müddət davam edəcək, yeni miqrasiya böhranı və ərzaq qıtlığı yaşanacaq.

Publika.az xəbər verir ki, bu proqnozlarla amerikalı ekspertlər çıxış edib.

Geopolitiklər Paraq Hanna və Karan Khemkanın “Fast Company” dərgisində dərc olunan birgə müəllifi olduqları məqalədə deyilir: “Koronavirus növbəti altı ay ərzində dünyada pik həddə çatacaq. Amma iqtisadiyyatlara, hökumətlərə və sosial institutlara bərpa olunmaq üçün illər lazım olacaq. Növbəti 3-5 il COVID-19 haqda ildırımdan əvvəl və ildırımdan sonra kimi bəhs olunacaq”.

Geopolitiklər postkorona dövrü haqda müxtəlif ssenarilər irəli sürür.

Uzunmüddətli fövqəladə vəziyyət

Vaksinin axtarışı və tapılması 12-18 ay davam edəcək. Karantin rejimini tətbiq edən ölkələr bunun köməyi ilə yoluxmanın maksimallaşmasının qarşısını ala biləcəklər, amma kasıb və sıx məskunlaşmanın olduğu ölkələr çətin günlər yaşayacaq. Ümumi ölümlərin sayı 100 mindən azdır, amma bu, milyon və daha çox saya qədər davam edəcək. Ölkələr sərhədləri bağlı saxlayacaq, amma daxili siyasətdə əhalinin xəstələnməsi və iqtisadi dirçəliş arasında ağrılı seçim qarşısında qalacaqlar. Çoxsaylı amillər prosesə sakit baxmağa mane olur. Ən vacib məqamlardan biri budur ki, inkişaf edən bazarlar və ölkələrin “həlak olması” dünya iqtisadiyyatını zəiflədir.

Daxili işsizlik “Böyük depressiya” dövründə mövcud olan səviyyəyə yüksələcək və yardım paketləri kifayət etməyəcək. Böyük firmalar dağılacaq, ticarətdən aviasiyaya, ofis və ticarət mərkəzlərindən hava limanlarına qədər hər şey zərər görəcək. ABŞ-ın vahid bazarı ilə müqayisədə Avropa bazarı daha çox ziyan görəcək, çünki ölkələr arasında fikir ayrılığı qaçılmaz olacaq.

“Süveyş ssenarisi”

1956-cı ildə ABŞ Böyük Britaniyanı qoşunlarını Süveyş kanalından çıxarmayacağı halda funtsterlinqə dəstəyi dayandırmaqla hədələdi. Eyni ssenarinin təkrarlanması mümkündür. Neft ölkələri valyuta ehtiyatlarını ABŞ dollarında saxlamağı azaldacaq, əvəzində Çin yuanla neft ticarətini aparmağa çalışacaq. Doğrudur, Çinin daxili vəziyyəti hələki ürəkaçan deyil, amma “Süveyş ssenarisi”nin təkrarlanması ehtimalı qalır.

Növbəti miqrasiya böhranı

İnsanlar kasıb ölkələrdən qaçaraq qurtulmaq istəyəcək. Türkiyə anlamağa imkan verdi ki, nə həmişəlik 4 milyon suriyalı qaçqını saxlamaq, nə də virusun kütləvi partlayışına dözmək istəyir. Körfəz ölkələri tərəfindən Misir və Sudana dəstəyin azalması bu ölkələrin əhalisinin də miqrasiya yolunu tutmasına səbəb ola bilər. İnsanlar Meksikadan, Mərkəzi Amerikadan və Yaxın Şərqdən Avropaya axın etməyə çalışacaqlar. Bununla yanaşı, virusun yayılması dünyada “qırmızı” və “yaşıl” zonalar yaradacaq, “qırmızı” zonalardakı insanlar qaçacaqlar. Ölkələr həmçinin, işçi qüvvəsini doldurmaq üçün də miqrantları qəbul edə bilər. Böyük şəhərlərdən əyalətlərə axın sürətlənəcək.

Millətçiliyin güclənməsi

Lakin çox ölkələr hər şeydən əvvəl öz ərzaq və tibbi ehtiyatlarının yığımına başlayacaqlar. Bu, “ərzaq millətçiliyidir”, misal üçün, Rusiya dən məhsullarının ixracını, Vyetnam isə düyünün ixracını məhdudlaşdırdı. BMT mövqelərini itirəcək, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı da həmçinin. Regional təşkilatların dirçəlişi müşahidə olunacaq.
Azərbaycanda daha 2 siyasi partiya QEYDİYYATA ALINDI
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş demokratik, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin əsaslarından olan çoxpartiyalılığın formalaşması və inkişafı istiqamətində mühüm addımlar atılıb.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, ötən dövrdə bu sahədə fəaliyyəti tənzimləyən qanunvericiliyə əsasən müxtəlif yönümlü, məram və məqsədləri ilə fərqlənən 55 siyasi partiya dövlət qeydiyyatına alınıb.

Bu gün respublikamızda müxtəlif siyasi partiyalar qanunvericilik hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında təmsil olunmaqla ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bütün sahələrdə, o cümlədən siyasi sistemin inkişafı yolunda genişmiqyaslı məqsədyönlü islahatlar həyata keçirilir.

Altıncı çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı dövlət başçısının irəli sürdüyü partiyalararası geniş dialoqun aparılmasının vacibliyi ilə bağlı tövsiyəsi, artıq Prezident Administrasiyasında partiya rəhbərləri ilə müzakirələrin keçirilməsi, müxtəlif partiyaların nümayəndələrinin Milli Məclisin və komitələrinin rəhbərliyində təmsil olunması ölkədə çoxpartiyalı sistemin təkmilləşdirilməsinə xidmət edir.

Ölkə başçısı xüsusi vurğulamışdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olmalıdır, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır.

Bu günlərdə Ədliyyə Nazirliyində Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının qeydiyyat ilə bağlı müraciətlərinə əsasən təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu məsələsi öyrənilmiş və onların dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilib.

Bununla bağlı, aprel ayının 16-da Ədliyyə Nazirliyinin rəhbərliyi ilə qeydiyyata alınmış partiyaların sədrləri Sülhəddin Əkbər və Musa Ağayev arasında görüş keçirilmiş və onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim edilib. Partiya rəhbərləri ölkə başçısının iradəsi ilə çoxpartiyalı sistemin inkişafı sahəsində başlanmış prosesi dəstəklədiklərini vurğulayaraq, görülən işlərlə bağlı razılıqlarını ifadə etmiş və bu istiqamətdə atılan addımların dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər.
"Dövlətimiz 2020-ci ilin birinci rübündə əmələ gəlmiş çağırışın öhdəsindən layiqincə gəlir"Şahin Seyidzadə
Milli Məclisin deputatı


Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi nəticələrinə həsr olunmuş video konfrans şəklində müşavirəsi keçirildi. Müşavirədə hesabat dövrünün yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Prezidentin sədrlik etdiyi ənənəvi rüblük və illik yığıncaqlarından fərqli olaraq, bu müşavirə, Azərbaycanın da qarşılaşdığı qlobal çağırış, koronavirus pandemiyası fonunda keçirildi.

Bu gün statistikaya görə, dünyada 2 000 000-na yaxın insan bu xəstəliyə yoluxmuş (orta hesabla 1 milyon nəfərə 260 nəfərdən çox yoluxmuş insan), təxminən 125 000 insan xəstəlikdən vəfat etmişdir (yoluxmuşların ümumi sayının 6.25%-i). Azərbaycanda isə 1200-dən çox insan (orta hesabla 1 milyon nəfərə təxminlə 120 nəfər yoluxmuş insan), bu xəstəliyə yoluxmuş 15 nəfər (yoluxmuşların ümumi sayının 1,25% -i) xəstəlikdən vəfat etmişdir. Göstəricilərdəki fərq göz qabağındadır.

Sözsüz, video konfrans şəklində keçirilən müşavirə zamanı koronavirus mövzusuna toxunmamaq mümkün deyildi. Təəssüf ki, bu mövzu son vaxtlar ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatının bir hissəsinə çevrildi. Son 3 ay ərzində hökümət tərəfindən çox işlər görüldü, addımlar atıldı. Prezident İlham Əliyev çıxışı zamanı görülən tədbirlər, xüsusən də koronavirus ilə mübarizə sahəsində aparılan işlər barəsində vacib məqəmları diqqətə çatdırdı.

Beləliklə, koronavirusun yayılması ilə mübarizə sahəsində təqdim olunan əsas məqamlara diqqət çəkmək istərdim.

“Azərbaycanda qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyət nəzarətdə saxlanıldı”

Prezident vəziyyəti şəxsi nəzarəti altına alıb. Funksional və ixtisaslaşmış sahələrinə görə müvafiq dövlət qurumları tam olaraq səfərbər olunub.

"Koronavirusla mübarizə üçün bütün addımlar düzgün istiqamətdə atıldı"

Alınan qərarlar mütərəqqi, əsaslandırılmış, adekvat, vaxtında və ən əsası kommunikasiya baxımından insanlara aydın, çevik bir şəkildə çatdırılır.

“Azərbaycan hakimiyyəti üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır”

Qəbul edilmiş qərarlarla razılaşmaq və ya razılaşmamaq mümkündür. Adi halda hər bir qərar ayrıca müzakirə mövzusu ola bilər. Ancaq, krizis idarəetməsi və qlobal bir pandemiya dövründə prioritet daha başqadır - insanların sağlamlığı və həyatı. Prezident hər kəsi özünə və başqalarına qayğı göstərməyə çağırır. "Oyunun qaydaları" çox sadədir - qərarlara əməl etmək, özünüzə, başqalarına, həkimlərə və dövlətə kömək etmək. Əgər qaydalar pozulursa, cəzalanacaqsınız. Bütün bunlar hər bir insanın həyatı və sağlamlığı naminədir!

“Koronavirusla mübarizə üçün növbəti addımlar vəziyyətdən asılı olaraq atılacaq"

Karantin qaydalarını süni şəkildə sərtləşdirmək kimi planlar yoxdur, lakin, hər şeyin ən qısa müddətdə tamamlanacağı da dəqiq deyil. Qərarlar alınan məlumat və statistik göstəricilərdən asılı olaraq qəbul ediləcək. Hadisələrin necə dəyişəcəyini bizə zaman göstərəcək.

“Koronavirus pandemiyasının artıq təhlükə törətmədiyinə əminlik yarandıqdan sonra yumşalma addımlarının atılması mümkündür”

Prezident açıq şəkildə bildirdi ki, hökumət yumşalma addımlarının atılmasında maraqlıdır. Lakin, bunun üçün müvafiq əsaslar olmalıdır. Sevindirici haldır ki ...

"Son günlərin rəqəmləri ruhlandırır"

Hazırki rəqəmlər vəziyyətin nəzarətə götürüldüyünün və düzgün qərarların verildiyinin bir daha sübut edir. Son günlərdəki rəqəmlər bizi ruhlandırır. Lakin, bu insanları arxayın salmamalıdır. Hələ ki, ilkin göstəricilər müsbətdir və bunun bir tendensiya halına çevrilməsi vacibdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz 2020-ci ilin birinci rübündə əmələ gəlmiş çağırışın öhdəsindən layiqincə gəlir. Birinci mərhələdə, “dövlət təhlükəsizliyinin təmin edilməsinə, milli genofond, insanların sağlamlığının və həyatının qorunmasına” yönəlmiş tədbirlər mərhələsi uğurla həyata keçirilir.

İndi isə, ikinci mərhələ - “qısamüddətli zərərlərin təhlili, uzunmüddətli itkilərin minimuma endirilməsi və əhalinin müəyyən qruplarının diqqətdə saxlanılması və dəstək olunması” mərhələsi başlanıb.
Karantinin uzadılması ilə bağlı hazırlıq gedir - Rəsmi
Karantin rejiminin uzadılması istiqamətində hazırlıq aparılır.

Avrasiya.net xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bu qərarın ölkədəki vəziyyətlə əlaqədar veriləcəyini bildirib:

"Koronavirusun geniş yayıldığı digər ölkələrdə də karantin rejiminin uzadılması barədə hazırlıqlar görülür".
Azərbaycanda daha 30 nəfər koronavirusa yoluxub, 56-sı sağalıb,  2-si ölüb
Azərbaycanda koronavirusa 30 yeni yoluxma halı qeydə alınıb.

Avrasiya.net xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, 56 nəfər evə buraxılıb və 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1 283 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 460 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər isə ölüb.
Daha 20 min işsizə 190 manat ÖDƏNİLDİ
İşsiz kimi qeydiyyata alınan daha 20 min şəxsin birdəfəlik ödəmə ilə təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vəsait bank filiallarına və poçt şöbələrinə köçürüldü.

Nazirlikdən Avrasiya.net-ə verilən məlumata görə, onların qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək.

Mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, bank göstərilibsə, həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.

Aprelin 9-dan işsizlərə birdəfəlik ödəmələrin verilməsinə başlanıb və ödənişlər gündəlik əsasda davam edir. Artıq 140 min işsiz üçün birdəfəlik ödənişin aidiyyəti üzrə köçürülməsi təmin edilib.

"Əli Kərimli dövlətə qarşı düşmən kimi koronavirusdan da istifadə edir"Niyaməddin Orduxanlı: “Bu marginal qüvvələr yaranmış situasiyadan sui-istifadə edərək öz çirkin siyasi məqsədlərinə çatmaq istəyirlər, ona görə də çalışırlar ki, ölkədə süni şəkildə sosial gərginlik yaratsınlar”

Azərbaycanın dünyanı ağuşuna alan koronavirusla uğurla mübarizə aparır. Vaxtında, operativ şəkildə, peşəkarcasına görülən bütün işlərin nəticəsində virus Azərbaycanda elə də güclü təsir etməyib. Halbuki dünyanın super gücləri sayılan ABŞ, Fransa, Almaniya kimi ölkələr hazırda virusla mübarizədə acizlik nümayiş etdirirlər.

Azərbaycan hökumətinin bu istiqamətdə gördüyü işlərin nəticəsidir ki, ölkəmizdə pandemiyaya qarşı aparılan mübarizə dünya miqyasında da yüksık qiymətləndirilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu istiqamətdə Azərbaycanın atdığı addımları yüksək qiymətləndirib. Belə bir zamanda, ölkə daxilində və xaricdəki Azərbaycanı sevməyən marginal qüvvələr xəstəliyə qarşı mübarizəyə dəstək olmaq əvəzinə, yenə də əvvəlki tək çirkin kampaniya aparmaqda davam edirlər.

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Avrasiya.net-ə açıqlamasında qeyd etdi ki, Azərbaycan hökuməti koronavirusla apardığı ardıcıl və operativ mübarizə sayəsində xalqını və dövlətin təhlükəsizliyini tam olaraq qorumaq gücündə olduğunu bir daha əyani şəkildə təsdiqlədi:

“Görürük ki, dünyanı bürümüş pandemiya fonunda ən inkişaf etmiş ölkələr, hətta dünya super gücü sayılan Amerika belə koronavirus qarşısında aciz qalıblar. Faktiki olaraq, ABŞ, İtaliya, İspaniya, Fransa, Böyük Britaniya və Almaniya kimi güclü dövlətlər pandemiyanın öhdəsindən lazımınca gələ bilmirlər. Bu cür dövlətlərlə müqayisədə, Azərbaycan hakimiyyəti böyük itkilər deyil, həddən artıq az itkilə koronavirusla ciddi mübarizə aparır, xalqını və dövlətin təhlükəsizliyini qoruya bilir. Bütün bu siyasətin önündə dayanan da məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Məhz onun çevik siyasəti, düzgün verdiyi qərarlar sayəsində koronavirusla mübarizə uğurla aparılır. Hətta yaxın MDB ölkələrinə baxanda da, Azərbaycanın prosesdə daha çevik olduğunun şahidi oluruq, hökumətimiz vətəndaşını müdafiə etmək istiqamətində ardıcıl və operativ addımlar atır. Pandemiyadan ziyan çəkmiş biznes strukturlarına, habelə zərər görən fərdlərə hökumətimiz tərəfindən ardıcıl yardımlar edilir, maliyyə dəstəyi göstərilir. Bu istiqamətdə təxminən 3 milyard manata yaxın vəsait ayrılıb. Açıq şəkildə görünür ki, ölkə rəhbərliyi vətəndaşının müdafiəsi istiqamətində bütün istiqamətlər üzrə mühüm addımlar atır”.

Belə bir vəziyyətdə daxildəki və xaricdəki marginal qüvvələr isə çirkin kampaniya aparmağa girişib ki, həmsöhbətimizin fikrincə, onların bunda məqsədləri Azərbaycanda xaos, panika, narazılıq yaratmaqdan ibarətdir: “Belə bir vəziyyətdə ölkədə mövcud olan və xaricdən gələn sifarişlə idarə olunan radikal müxalifət, marginal qüvvələr, Əli Kərimli, İlqar Məmmədov, Qənimət Zahid, Sevinc Osmanqızı və digər bir qrup şəxslər yenə də Azərbaycanda xaosun, narazılıq mühitinin yaranmasına cəhdlər edirlər. Əli Kərimli dövlətə qarşı düşmən kimi koronavirusdan da istifadə edir.

Dünya gözə görünməyən xəstəliklə müharibə vəziyyətindədir. Belə bir çətin dövrdə kimliyindən, hansı siyasi mövqeyə malik olmasından asılı olmayaraq hər kəs çəkici bir yerə vurmalı, xəstəliyə qarşı mübarizədə birlik nümayiş etdirməlidirlər. Ancaq Azərbaycandakı milli xəyanətkarlar, satqınlar təəssüf ki, yaranmış bu ağır durumdan da öz çirkin məqsədləri üçün istifadə etməyə çalışır. Onlar aranı qatmağa çalışır, ölkədə anarxiyanın hökm sürməsi istiqamətində fəaliyyət göstərirlər. Bütün imkanlarını bu çətin gündə xalqa dəstək olmaq istiqamətinə yönəltmək əvəzinə, bu qüvvələr məhz bu çirkin əməllərini həyata keçirməyə yönəldiblər.

Bunu hər kəs görür. Onlar ölkənin düşdüyü vəziyyətdən yararlanaraq fürsətçilik əldə etmək istəyir. Guya Azərbaycanda vəziyyət dəhşətli dərəcədə ağırdır və guya hökumət problemin aradan qaldırılması istiqamətində heç nə etmir. Yəni yaranmış situasiyadan sui-istifadə edərək öz çirkin siyasi məqsədlərini həyata keçirmək istəyirlər. Çalışırlar ki, ölkədə süni şəkildə sosial gərginlik yaratsınlar və belə bir vəziyyətdə özlərinin siyasi ambissiyalarını həyata keçirsinlər. Ölkə gözə görünməyən virusla müharibə apardığı bir vəziyyətdə onlar hakimiyyətə gəlmək məqsədi, niyyəti güdür. Ölkənin maraqlarını müdafiə edən, vəziyyətlə bağlı doğru məlumat verən siyasətçiləri, deputatları, partiya sədrlərini, ictimai fəallara hücum edərək onları təhqir edirlər.

Burada da məqsəd odur ki, təzyiqlər nəticəsində həmin insanlar pandemiyaya qarşı mübarizədə aparılan və görülən işlər barədə ictimaiyyətə həqiqi məlumatları çatdıra bilməsinlər. Bütün imkanlardan istifadə edərək həyata keçirmək istədikləri bu çirkin əməlləri Azərbaycanda qarşıdurma yaratmağa yönəlib. Onların məqsədləri məhz bundan ibarətdir”.
İmkansız ailə imkanlı şəxsi özündən uzaqlaşdırmamalıdır - Nazilə SəfərliTanınmış şairə Nazilə Səfərlinin efirdə imkansız ailələrə yardımla bağlı söylədiyi fikr ictimaiyyət arasında birmənalı qarşılanmadığından müxtəlif aspektlərdən izah olundu.

Məsələ ilə bağlı Avrasiya.net N.Səfərlinin özü ilə əlaqə saxladı.

N.Səfərli fikrinin mahiyyətini belə açıqlayıb: “Koronavirus məsələsindən dolayı imkanlı şəxslərimiz də imkansız ailələrə öz dəstəklərini göstərirlər. Bunu təqdir edirəm. Amma mənim fikrimcə, bu məsələdə elə bir addım atılmalıdır ki, bundan imkan daxilində imkansız ailələrin hamısı yararlana bilsin.

Baxın, hansısa bir ailəyə yardım aparılır, o ailə yardım aparan şəxsdən soyuducu, televizora ehtiyac olduğunu söyləyir. Əksər hallarda, həmin imkanlı da bunu alıb vermək məcburiyyətində qalır. Hansı ki, həmin əşyalara verilən pulla on, iyirmi ailənin hər birinə yardım etmiş olardı”.

Şairənin sözlərinə görə, imkansızlara yardım kampaniyası müvəqqəti xarakter daşımır. Söhbət təkcə koronavirusun mövcudluğundan getmir: “Bu pandemiyanın nə zaman bitəcəyini bilmirik, 6 ay çəkəcək, 1 il çəkəcək. Ancaq yardım kampaniyasını həmişə həyata keçirmək lazım olduğundan, imkansız ailələr onların qapılarını döyən imkanlılardan daha vacib, ehtiyac olan yardımı götürməlidirlər.

Digər qiymətli əşyalara ehtiyac olduqlarını bildirməklə və çox hallarda onlardan bunu tələb etməklə imkanlıları özlərindən uzaqlaşdırmamalıdırlar. Belə hallar baş verdikdə, sabah həmin imkanlı bir daha o ailənin qapısını açmayacaq”.
QHT sədri məcburi köçkün ailələrinə yardım edib - FOTOLARÖlkəmizdə elan edilmiş xüsusi karantin rejimi müddətində əhalimizin xeyirsevər insanlarının fəallığı hər bir Azərbaycan vətəndaşını sevindirir. Xeyirsevər insanlarımız bu ağır günlərdə bütün qüvvələrini səfərbər edərək imkansız ailələrə ərzaqla, pulla, tibbi ləvazimatlarla dəstək olmağa çalışdılar. Bir fəaliyyətlər qısa bir müddətdə o qədər sürətlə geniş vüsət almağa başladı ki, artıq vasitəçi təşkilatlar, xeyriyyə icmaları və ayrı-ayrı şəxslər bu işlərin əlaqələndirilməsini həyata keçirməyə başladı. Bu işin ən gözəl tərəflərindən biri də odur ki, yardım edən, ianə verən şəxslər bu yardımları alan şəxsləri tanımış olmur, görmür və dolayısı ilə də imkansız şəxslər narahatçılıq keçirtmir. Bir sözlə sağ əlin verdiyini sol əl görmür! Onu da qeyd edək ki, Ölkə başçısı cənab İlham Əliyev də öz çıxışlarında bu cür fəaliyyətləri təqdir və təşviq etdiyini bildirdi və xoşniyyətli, yardımsevər, fədakar vətəndaşlara təşəkkür etdi.
QHT sədri məcburi köçkün ailələrinə yardım edib - FOTOLAR
Ölkəmizdə fəal QHT sədrlərindən olan Emin Əliyev də ümumrespublika səviyyəli bütün çağırışlarda ön sıralarda olub və bu gün də bu aktiv fəaliyyətini davam etdirməkdədir. O, Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait yatırdı, daha sonra dövlətin 190 manatlıq sosial yardımını almaq üçün elektron qeydiyyatdan keçməkdə çətinlik çəkən bütün şəxslərə (xüsusilə Zəngilan və Qubadlıdan olan məcburi köçkünlərə) müraciət edərək öz yardımını təklif etdi və yüzə qədər insan onun köməyindən faydalandı.
QHT sədri məcburi köçkün ailələrinə yardım edib - FOTOLAR
Bundan başqa QHT-lərə Dövlət Dəstəyi Şurası ilə REAL TV-nin “Evdə qal, cəmiyyəti qoru” birgə layihəsi çərçivəsində Bakı şəhərində monitorinqlərdə fəal iştirak etdi. O, həmkarları olan kənd təsərrüfatı adamlarına, fermerlərə videomüraciət edərək postpandemiya dövründə əhalimizin sağlam məhsullarla qidalanmaları ilə bağlı daha çox səylə çalışmaları və bol məhsul yetişdirmələri üçün çağırış etdi və özü də hazırda aktiv olaraq əkin işləri ilə məşğuldur.
Emin Əliyev bu gün Yasamal və Binəqədi rayonlarında, eyni zamanda Masazırda yerləşən məcburi köçkün şəhərciyində yaşayan Zəngilandan olan imkansız məcburi köçkün ailələrinə ərzaq yardımı edib.
QHT sədri məcburi köçkün ailələrinə yardım edib - FOTOLAR
O Avrasiya.net-ə bildirib ki, bundan sonra da bu cür fəaliyyətlərə davam edəcəkdir. “Qədirbilən xalqımızın bizə olan zənglərində, mesajlarında bizə xeyir-dualar, alqışlar etməsi bizim doğru yolda olduğumuzu göstərir. Hər bir insanın bizə olan xoş sözləri bizim dövlətimizə, millətimizə sevgimizi daha da artırır və dövlətə, dövlətçiliyə xidmət yolunda daha da səylə çalışmağımız üçün motivasiya edir. Bir də üzümü xeyirsevər qardaş və bacılarımıza tutaraq xahiş edirəm ki, gözəl əməllərinizi davam etdirin, sayını artırın və digər imkanlı vətəndaşlarımızı, soydaşlarımızı bu işlərə cəlb etmək üçün işıqlandırın, mətbuatda, sosial mediada paylaşın. Amma imkansız insanlarımızın heysiyyatının əzilməməsinə də diqqət edin!”
QHT sədri məcburi köçkün ailələrinə yardım edib - FOTOLAR
Qeyd edək ki, Emin Əliyev Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları İctimai Birliyinin sədridir. O, bu il fevralın 9-da keçirilmiş növbədənkənar Parlament seçkilərində 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən millət vəkilliyinə namizəd olub.
QHT sədri məcburi köçkün ailələrinə yardım edib - FOTOLAR