Prezident tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır - VİDEO
Yerli icra orqanlarında aparılan kadr islahatları, xüsusilə, xoşagəlməz hallara qarşı ciddi mübarizə də göz qabağındadır. Bu, bizim şüurlu seçimimizdir.

Avrasiya.net xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədəki çıxışında deyib.

"Bütün xoşagəlməz hallara qarşı bundan sonra da ciddi mübarizə aparılacaq. Hesab edirəm ki, Prezident tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır. Əgər kimsə bundan ibrət götürməsə, günah onun özündə olacaq", - Prezident qeyd edib.
Türkiyədə koronavirus qurbanlarının sayı 1518-ə çatdı
Türkiyədə son sutka ərzində daha 115 nəfər koronavirusdan ölüb.

Avrasiya.net xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1518 nəfərə çatıb:

"Bu gün 34090 test keçirilib, 4281 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 69392 nəfərdir. Onlardan 1820 nəfəri reanimasiyadadır. 5674 nəfərin isə müalicəsi müsbət nəticə verib. Müalicə olunan 842 xəstə bu gün evə buraxılıb".

F.Qoca, həmçinin Türkiyədə indiyə qədər 477716 nəfərin testdən keçdiyini qeyd edib".

“Azərbaycanın COVİD-19 ilə mübarizədə atdığı addımlar uğur modelinə çevrilir”
“Dünyada çox az ölkə var ki, yeni növ koronavirus pandemiyasından minimum iqtisadi sıxıntılar və insan itkiləri ilə çıxacaq. Bu bəla bütün dövlətlərə bu və ya digər formada zərər verir, istehsal sahələri dayanıb, dövlətin sosial və səhiyyə xərcləri artıb, büdcəyə daxilolmalar minimum həddə düşüb. Bu fonda Azərbaycan həm virusla mübarizədə, həm də iqtisadi çətinliklərin minimallaşdırılması prosesində ciddi uğurlara nail olub”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

Millət vəkilinin sözlərinə görə, hökumətin çevik və təxirəsalınmaz tədbirləri nəticəsində pandemiyanın törətdiyi fəsadların dövlətimizdən yan keçməsi mümkün olub. “Əhalinin vaxtında izolyasiyası, dövlət sərhədlərinin qapadılması bizə imkan verdi ki, təhlükəli tendensiyanı cilovlaya bilək”, - deyən E.Allahverdiyev diqqəti olduqca mühüm bir məqama yönəltməyi vacib sayır: “Hamımız şahidik ki, iqtisadiyyat böyük ölçüdə dayanıb. Əgər bu vəziyyətdən vətəndaş, sahibkar əziyyət çəkirsə, deməli, dövlət lap çox zərər görür. Hətta belə bir şəraitdə dövlət aztəminatlı təbəqənin qayğısına qalır, özəl sferanın ehtiyaclarını öz üzərinə götürürsə, deməli, birincisi, bunun üçün maddi imkanları var, ikincisi isə, həmin maddi imkanların mənbəyi olan iqtisadi siyasət düzgündür”.

Millət vəkili Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklindəki müşavirədə dövlət başçısının nitqinin ciddi analiz edilib, nəticələr çıxarılmasını vacib sayır: “Cənab Prezidentin çıxışında ölkənin iqtisadi durumu, pandemiya nəticəsində yaranan problemlərdən çıxış yolları, habelə postpandemiya dövrünün çağırışları barədə dedikləri olduqca ibrətamizdir. Bir məqama xüsusi diqqət yetirməmiz lazımdır: dövlət başçısı qeyd etdi ki, virusun bütün dünyanı iflic etməsi nəticəsində 150-dən çox ölkə Beynəlxalq Valyuta Fondu və Dünya Bankına yardım üçün müraciət edib. Bu, dünyanın təqribən dörddəüçünü təşkil edir. Bu ölkələrin içində Azərbaycan yoxdur. Məncə, hər bir vətəndaş bu reallıqla fəxr etməlidir. Azərbaycanın COVİD-19 ilə mübarizədə atdığı addımlar uğur modelinə çevrilir. Bu, bizim bir tərəfdən iqtisadi qüdrətimiz və müstəqilliyimizdirsə, digər tərəfdən də siyasi suverenliyimizin bariz göstəricisidir”.

"Azərbaycan bir daha Türk Şurasının lokomotov dövləti olduğunu nümayiş etdirdi”“Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti, Türk Dövlətləri Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü Türk Şurasına üzv ölkələrin başçılarının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Hazırda COVİD-19 pandemiyasının dünyanı cənginə aldığı, ölkələrin öz sərhədləri içinə çəkilərək bu qlobal təhlükə ilə mübarizə apardığı bir vaxtda türk ölkələri başçılarının bir araya gələrək mövcud vəziyyəti birgə qiymətləndirməsi, müzakirə apararaq yekdil bəyanatla çıxış etməsinin tarixi əhəmiyyəti var”.

Bu fikirləri Turkustan.info-ya açıqlamasında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri, “Demokratik Azərbaycan Naminə” İctimai Birliyin sədri Elməddin Behbud bildirib.

E.Behbudun sözlərinə görə videokonfransda əsas vurğulanan məsələ koronavirusla mübarizə və ondan sonrakı dövrdə əməkdaşlığın daha da gücləndirilməsi, xüsusilə tranzit xəttlərinin aktiv saxlanılması ilə bağlı olsa da, bu, bütövlükdə əməkdaşlığın bütün sahələri əhatə etməsinə bir işarə idi: “Cənab prezident İlham Əliyev də konfransdakı çıxışında bildirdi ki, Zirvə görüşünün qısa müddətdə təşkil olunması onu göstərir ki, Türk Şurası dostluq və qardaşlıq təməlləri əsasında qurulub. Bu gün Azərbaycan türk dünyasını yalnız mənəvi tellərlə bağlamır. Həm də, Türkiyə ilə Mərkəzi Asiya arasında etibarlı tranzit logistika mərkəzi rolunu oynayır. Cənab Prezidentin qeyd etdiyi kimi pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türk ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur”.

“Hazırda türk öllkələri arasında koronavirusla mübarizədə qarşılıqlı dəstəklərlə bağlı çoxsaylı informasiyalar alırıq” deyən E.Behbud bildirir ki, bu dəstəkləri mənəvi tellərlərlə gücləndirən nümunələr də az deyil: “Türkiyənin koronavirusla mübarizəsinə dəstək məqsədilə Bakıda Heydər Əliyev Mərkəzinin üzərində qardaş ölkənin bayrağının sərgilənməsi, ardınca, Ankaranın simvolu sayılan Atakuledə “Bir millət, iki dövlət” şüarı ilə Azərbaycan bayrağının əksinin dalğalandırılması milyonlarla insanın qürur və rəğbət hissi ilə izləndi. Bütün bunlar onu deməyə əsas verir ki, pandemiyadan sonrakı dövrdə, xüsusən, dünyanı gözləyən iqtisadi böhran risklərinin minimuma endirilməsində qardaş türk dövlətləri birgə və effektiv addımlar atacaqlar. Azərbaycan bir daha Türk Şurasının lokomotov dövləti və ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün effektiv koordinasiyanı təmin etmək gücündə olduğunu nümayiş etdirdi”.
Səudiyyə Ərəbistanından Dağlıq Qarabağ açıqlaması
BMT Təhlükəsizlik Şurasının və İslam Əməkdaşlıq Təşkilatının qətnamələrinə uyğun olaraq, Səudiyyə Ərəbistanı Azərbaycanın beynəlxalq miqyasda tanınan sərhədləri daxilində Dağlıq Qarabağ münaqişəsinin həllini dəstəkləyir.

Avrasiya.net Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevaya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisində qondarma “seçkilər”in ikinci turu ilə bağlı Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyindən daxil olmuş notada bildirilir.

Xatırladaq ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında martın 31-də təşkil edilmiş “seçki” oyunu beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb və qətiyyətlə pislənib.
Azərbaycan İran tərəfinə narahatlığını çatdırdı
Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfovun İran Xarici işlər nazirinin müavini Abbas Əraqçı və səfir Cavad Cahangirzadə ilə telefon danışıqları baş tutub.

Avrasiya.net xəbər verir ki, danışıq zamanı X.Xələfov Azərbaycanın tərəfinin yüksək səviyyədə olan Azərbaycan İran əlaqələrini qorumaq üçün səylərini əsirgəmədiyini bildirərək pandemiya dövründə sərhədlərimizin bağlı olmasına baxmayaraq, ölkələrimiz arasında tranzit daşımalarını və ticarət əlaqələrini qoruduğunu bildirib.

Nazir müavini eyni zamanda son günlər Ermənistan mətbuatında İran dövlət nömrə nişanlı yük avtomobillərinin Azərbaycanın işğal olunmuş ərazilərinə yanacaq, xammal və ərzaq daşımaları barədə məlumat və videogörüntülərin Azərbaycan hökumətinin ciddi narahatlığına və ictimaiyyətin dərin narazılığına səbəb olduğunu vurğulayıb. Belə halların baş verməsinin işğalçı Ermənistana dəstəyə və münaqişənin şiddətlənməsinə xidmət etdiyini qeyd edib.

Sözügedən məsələ ilə bağlı İranın Bakıdakı səfirliyinin təkzib bəyanatına istinad edən X.Xələfov İran tərəfinin Azərbaycan-İran ikitərəfli münasibətlərinin prinsiplərinə uyğun olaraq bu yayılan məlumatı və videogörüntüləri araşdıraraq Azərbaycan tərəfinə aydınlıq gətirəcəyinə ümidvar olduğunu bildirib.

İran Xarici İşlər nazirinin müavini İranın Azərbaycan ilə münasibətlərinə önəm verdiyini bildirərək dost və qardaş münasibətlərin davam etdiriləcəyini qeyd edib.

O, İran-Azərbaycan mehriban dost münasibətlərinin düşmənlərinin mövcudluğunu qeyd edərək həmin qüvvələrin mütəmadi olaraq bu cür məlumatları ortaya ataraq iki tərəfli münasibətlərimizə xələl gətirməyə çalışdıqlarını vurğulayıb.

A.Əraqçı videogörüntələrin ortaya çıxmasından dərhal sonra Bakıdakı səfirliyə məlumatın yalan olduğuna və təkzib olunmasına dair təlimatın verildiyini söyəyib.

İranın Xarici İşlər nazirinin müavini, həmçinin pandemiya ilə mübarizəyə Azərbaycan hökumətinin etdiyi yardıma və pandemiya dövründə ölkə sərhədlərinin tranzit və yük daşımalar üçün açıq saxladığına görə təşəkkürünü bildirib.

Öz növbəsində, səfir Cavad Cahangirzadə Azərbaycan və İran prezidentlərinin dostluq münasibətlərini qeyd edərək ikitərəfli münasibətlərə önəm verdiklərini qeyd edib.

Eyni zamanda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan-İran münasibətlərinə daim qayğı göstərdiyinə və İslam Respublikasına pandemiya ilə əlaqədar göstərilən köməyə, tranzit daşımalarına imkan yaradılmasına görə İran tərəfinin dərin minnətdarlığını ifadə edib.
Azay Quliyev seçiciləri ilə onlayn görüş keçirib
Bu gün deputat Azay Quliyev seçiciləri ilə onlayn görüş keçirib.

Avrasiya.net xəbər verir ki, görüş zamanı 8 saylı Binəqədi birinci Seçki dairəsinin sakinlərinin qaldırdığı sosial və kommunal xarakterli problemlər deputatın diqqətinə çatdırılıb.

Qaldırılan məsələlərin bir qismi dərhal həll olunub, digərləri isə araşdırılması üçün müvafiq qurumlara göndərilib.

Bundan başqa Azay Quliyev son bir ayda seçki kampaniyası dövründə seçicilərin qaldırdığı məsələlərin, o cümlədən onların koronavirusla bağlı tətbiq edilən xüsusi karantin rejimi dövründə üzləşdikləri problemlərin həlli istiqamətində gördüyü işlər barədə məlumat verib.

Deputat onu da qeyd edib ki, "seçicilərin elektron kabineti xidməti" vasitəsilə daxıl olan müraciətlər də diqqətdə saxlanılır və onların həlli üçün aidiyyatı qurumlara sorğular göndərilir.

Onlayn görüşdə Binəqədi rayon icra hakimiyyətinin başçısının 1-ci müavını İlqar Əliyev də iştirak edib.
Azay Quliyev seçiciləri ilə onlayn görüş keçirib
Azərbaycanda 1 il müddətinə xüsusi qaydalar tətbiq olunacaq - RƏSMİ
Azərbaycanda karantin rejiminin uzadılması baş verə bilər.

Avrasiya.net xəbər verir ki, bu barədə Operativ Qərərgahın bu gün keçirilən mətbuat konfransında TƏBİB-in sədri Ramil Bayramlı məlumat verib.

Məlumata görə, bununla bağlı Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən Nazirlər Kabinetinə müraciət hazırlanıb.

Qeyd olunub ki, karantin rejimindən çıxdıqdan sonra belə xüsusi qaydalar hazırlanacaq.

TƏBİB sədrinin sözlərinə görə, Azərbaycanda yaxın 1 il müddətində həyat tərzi dəyişəcək və xüsusi qaydalar tətbiq olunacaq.

Bu qaydalar Nazirlər Kabineti tərəfindən hazırlanacaq.

Ramin Bayramlı bildirib ki, burada məqsəd koronavirusun yenidən şiddətlənməsinin qarşısını almaqdır.

ABŞ-da şok araşdırma: Korona ilə bağlı 2022-ci ilə qədər...
ABŞ-da 2022-ci il qədər insanlar arasında sosial məsafə tələb oluna bilər.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın elm adamları Harvard Universitetində araşdırma aparıb.

Universitetdə epidemiya zamanı kompüter simulyasiyasından istifadə edən alimlərin modelləşdirmə işinin təfərrüatı "Sayəns" jurnalında yayımlanıb.

Qeyd olunur ki, xəstəxanaların təkrar dolmaması üçün sosial məsafə 2022-ci ilə qədər vaxtaşırı tətbiq olunmalıdır.
Şahin Seyidzadə seçiciləri ilə onlayn görüşlər keçirib#EvdəQal təlimatına əməl edən Abşeron-Qobustan seçki dairəsinin vətəndaşları ilə onlayn görüşlər həyata keçirilib.

Milli Məclisin deputatı Şahin Seyidzadə bu gün, Abşeron rayonu üzrə Qobu, Saray, Hökməli və Ceyranbatan kənd və qəsəbələri, Qobustan rayonu üzrə isə Qobustan şəhəri və Sədəf kəndindən olan seçicilərimizlə onlayn video görüşlər keçirib.

Deputat bildirib ki, fərdi olaraq baş tutan görüşlərdə məşğulluq sahəsi üzrə iş müraciətləri, hüquq sahəsi üzrə məhkəmə və aliment prosesləri, mədəniyyət sahəsi üzrə tarixi abidələrin restavrasiyası və təmiri ilə bağlı, sosial məsələlər üzrə sosial yardımlar, ev növbəsi mövzuları, həmçinin tibb və təhsil sahələri ilə bağlı ilkin müraciətlər ətraflı dinlənilib:

"Qeyd edim ki, hazırda qüvvədə olan karantin rejimi ilə bağlı bu tipli görüşlər bizə daxil olan müraciətlər əsasında seçicilərimizlə davamlı olaraq keçiriləcəkdir".

Azərbaycan Respublikasının Milli Məclisi
#covid19 #koronavirus #MilliMəclis #seyidzade50