Prezident Mustafayevə yeni vəzifə tapşırdı
Mənə verilən məlumata görə, bəzi yerlərdə suyun itkisi 40-50 faizə çatır. Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük investisiya qoyulub. Amma vaxtilə tikilmiş qurğuların, infrastrukturun bir çoxu çürüyüb və həm suyun çatdırılmasına imkan vermir, həm də ki, o sızmalar torpağın şoranlaşmasına gətirib çıxarır. Ona görə biz burada iki ziyan görürük.

Avrasiya.net xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədəki çıxışında deyib.

“Onu da bilməliyik ki, bizim su ehtiyatlarımız o qədər də geniş deyil və əsas su mənbələrimiz sərhədlərimizin kənarında formalaşır. Ona görə hər damcı su bizim üçün önəmlidir. Bu məsələ ilə ciddi məşğul olmaq lazımdır. Sovet vaxtında tikilmiş su kanallarımızın demək olar ki, hamısı torpaq kanallardır. Son vaxtlar biz ancaq beton kanallar tikirik və vaxtilə tikilmiş torpaq kanalları betona alırıq. Beləliklə, su itkisinin qarşısını alırıq. Ancaq hesab edirəm ki, daha irəli baxmalıyıq. İndi dünyanın inkişaf etmiş ölkələrində, xüsusilə, bizim iqlimimizə oxşar iqlimi olan ölkələrdə təcrübə var, orada məhsuldarlıq da çox yüksəkdir və bu təcrübə Azərbaycanda tətbiq edilməlidir.

Ona görə hesab edirəm ki, bu sahədə ciddi irəliləyişə nail olmaq üçün xüsusi komissiya yaradılmalıdır. Su ehtiyatlarından səmərəli istifadə etmək üçün komissiya yaradılacaq. Hesab edirəm ki, komissiyaya Baş nazirin müavini Şahin Mustafayev rəhbərlik etməlidir. Çünki Şahin Mustafayev İqtisadiyyat naziri işlədiyi dövrdə bu məsələ ilə fəal məşğul olub və mənə müntəzəm olaraq məruzələr edib. Komissiyada aidiyyəti qurumların rəhbərləri - Kənd Təsərüfatı naziri, İqtisadiyyat naziri, Ekologiya və Təbii Sərvətlər naziri, "Meliorasiya və Su Təsərrüfatı" Səhmdar Cəmiyyətinin, "Azərsu" Səhmdar Cəmiyyətinin rəhbərləri və digər aidiyyəti qurumların rəhbərləri təmsil olunmalıdırlar ki, konkret tədbirlər planı hazırlansın. Demək olar ki, indi təhlillə bağlı materiallar və belə məlumatlar var. Əsas məsələ odur ki, nə etməliyik, hansı addımlar atmalıyıq. Yəqin, xarici mütəxəssisləri də cəlb etməliyik ki, bizə yaxşı məsləhətlər versinlər. Biz suyun hər bir damcısının qədrini bilməliyik”.
Şura sorğunun nəticəsini elan edib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yanında yaradılmış İctimai Qərargahın növbəti iclası keçirilib.

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov gündəlikdəki “Sosial şəbəkələrdə aparılan monitorinqin nəticələri” və “İctimai Qərargahın fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsi” mövzuları barədə ətraflı məlumat verib. Fərasət Qurbanov Şuranın “evdə qal, cəmiyyəti qoru” ictimai monitorinq və maarifləndirmə və “evdə qalaq,bilgi qalaq” onlayn ictimai dəstək və maarifləndirmə kampaniyaları çərçivəsində görülən işlər barədə danışıb. İcraçı direktor İctimai Qərargahda irəli sürülən bütün təkliflərin ümumiləşdirilərək Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunduğunu bildirib.

F. Qurbanov deyib ki, Şuranın koronavirus (COVİD-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması üçün dövlətin həyata keçirdiyi tədbirlərə ictimai dəstəyin göstərilməsi məqsədilə qeyri-hökumət təşkilatları üzvlərinin könüllü olaraq iştirak etmək imkanlarının öyrənilməsi məqsədi ilə keçirdiyi onlayn sorğuda 100 QHT nümayəndəsi iştirak edib. Dörd mövzu üzrə keçirilən sorğuda tibbi maarifləndirmə və tibbi ləvazimatların paylanması ilə bağlı 43, tibbi xidmət sahəsində dəstəyin göstərilməsi ilə bağlı 3, psixoloji xidmət sahəsində dəstəyin göstərilməsi ilə bağlı 18, ahıl və tənha insanlara xidmətlərin göstərilməsi istiqamətində isə 36 QHT nümayəndəsi könüllü olaraq iştirak etmək istədiyini bildirib.

İclasda Qəbələ Regional Qeyri-hökumət Təşkilatlarının Resur və Təlim Mərkəzinin rəhbəri Qalib Nəbiyev, Şirvan Regional Qeyri-hökumət Təşkilatlarının Resur və Təlim Mərkəzinin rəhbəri Əli Mirzəyev, Mingəçevir Regional Qeyri-hökumət Təşkilatlarının Resur və Təlim Mərkəzinin rəhbəri Füzuli Əsədov, Şəmkir Regional Qeyri-hökumət Təşkilatlarının Resur və Təlim Mərkəzinin rəhbəri Fuad Bədəlov və Quba Regional Qeyri-hökumət Təşkilatlarının Resur və Təlim Mərkəzinin rəhbəri Eynulla Xeyrullayevin təmsil etdikləri regionda vətəndaşların COVİD-19 pandemiyası ilə bağlı hazırda davam edən karantin rejiminə əməletmə vəziyyəti və digər məsələlərlə bağlı monitorinqin nəticələri barədə məruzələri dinlənilib.

İclasda həmçinin, İctimai Qərargahın üzvü olan “Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri Sahib Fərzəliyev və Vamiq Babayev də fəaliyyət göstərdikləri regionda koronavirusla bağlı müşahidələrini bölüşüb.

Şura Katibliyinin ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud koronavirus pandemiyasıyla bağlı sosial şəbəkələrdə aparılan müzakirələr və antiazərbaycan dairələrin, marginal siyasi qrupların dövlətimizin əlehinə apardığı fəaliyyət barədə məruzə edib. E.Behbud QHT-lərin sosial mediada dövlətin həyata keçirdiyi siyasətin müdafiəsi ilə bağlı apardığı fəaliyyətin təqdirəlayiq olduğunu və bu fəallığın daha da artırılmasının vacibliyini vurğulayıb.

İclasda çıxış edən digər Şura üzvü Nərgiz Xələf, Anar Xəlilov, QHT rəhbərləri Aynur Məmmədova, Elşad Məmmədli, Telman İsa, Ruslan Atakişiyev və digər şəxslər vətəndaşların hazırkı karantin rejiminə ciddi qaydada əməl etməsinin vacibliyini bildirib və təkliflərini səsləndiriblər.
"Azərbaycan xalqı onları 27 il bundan əvvəl tarixin zibilxanasına atıbdır"“Struktur islahatları aparılıb və hesab edirəm ki, struktur islahatlarının davam etdirilməsi məsələlərinə yenə də baxmalıyıq. Siyasi islahatlar göz qabağındadır, kadr islahatları aparılıb. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, parlamentdə böyük kadr dəyişiklikləri edilib. Bütün hakimiyyət qollarında aparılan islahatlar bir məqsədi güdür ki, idarəetmə mexanizmi daha da təkmilləşsin, təbii olaraq, gəncləşmə siyasəti aparılsın və peşəkar kadrlar önəmli vəzifələrə gətirilsin. Hesab edirəm ki, bizim sözümüzlə əməlimiz arasında hər zaman olduğu kimi, bu dəfə də vəhdət var və nəyi bəyan etmişəmsə biz onu da təmin edirik. Hesab edirəm ki, Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur və idarəetmədə təkmilləşmə göz qabağındadır. Eyni zamanda, yerli icra orqanlarında aparılan kadr islahatları, xüsusilə, xoşagəlməz hallara qarşı ciddi mübarizə də göz qabağındadır. Bu, bizim şüurlu seçimimizdir. Bütün xoşagəlməz hallara qarşı bundan sonra da ciddi mübarizə aparılacaq. Hesab edirəm ki, Prezident tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır. Əgər kimsə bundan ibrət götürməsə, günah onun özündə olacaq”.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə deyib.

Prezident qeyd edib ki, bu islahatların məntiqi davamı parlament seçkiləri idi və bu ilin fevral ayında keçirildi: "Parlament seçkiləri bir daha xalqımızın iradəsini ifadə etdi, bir daha göstərdi ki, apardığımız siyasət Azərbaycan vətəndaşları tərəfindən bəyənilir, dəstəklənir və parlament seçkiləri demokratik inkişaf istiqamətində atılmış növbəti addımdır. Seçkilərdən sonra parlamentin tərkibi böyük dərəcədə, rəhbər orqanları isə tam dəyişdirildi. Tarixdə ilk dəfə olaraq, müxalifət nümayəndəsi Milli Məclisin Sədrinin müavini vəzifəsinə seçildi. Hesab edirəm ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır. Eyni zamanda, tarixdə ilk dəfə olaraq, parlament komitələrinə müxalifət nümayəndələri başçılıq edirlər, həm sədr, həm müavin vəzifələrində. Hesab edirəm ki, bu da çox önəmli addımdır və ilk növbədə, siyasi sistemin yeni konfiqurasiyasına yol açan bir addımdır, eyni zamanda, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərəcək. İndiki şəraitdə biz açıq-aydın görürük ki, siyasi qüvvələrin mütləq əksəriyyəti dövlətçilik prinsiplərini hər şeydən üstün tutur və bu da əslində, bizim əsas məqsədimizdir. Çünki əsas məqsədimiz elə siyasi sistem yaratmaqdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olsun, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır. Belə olan halda həm siyasi müstəvidə işlər müsbət istiqamətdə gedəcək, eyni zamanda, ölkədə mövcud olan problemlər daha tezliklə həll olunacaq. Çünki müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.

Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır. Müstəqillik dövründə bu sahədə heç vaxt belə müsbət mənzərə müşahidə edilmirdi.

Əlbəttə, bəlkə mən hadisələri bir qədər qabaqlayıram. Çünki bu proses hələ təzə-təzə başlayır. Ancaq bəlkə ona görə qabaqlayıram ki, mən bu prosesin sürətlə getməsini arzulayıram. Şadam ki, bizim dialoq təklifinə müxalifət partiyalarının hamısı müsbət cavab verib və artıq siyasi dialoq başlayır. Əminəm ki, bu, ölkəmizə böyük fayda gətirəcəkdir".


Dövlət başçıcı bildirib ki, bu dialoqdan imtina edənlərə, onları siyasi qüvvə adlandırmaq düzgün olmaz: "Çünki bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Onların fəaliyyətinin tarixi də bunu göstərir. Biz bu tarixi yaddan çıxarmamışıq. Həmin bu qüvvələr Azərbaycanı 1990-cı illərin əvvəllərində ağır vəziyyətə salıblar, xəyanət ediblər, torpaqlarımızın işğalını şərtləndiriblər. Ondan sonra qorxaqcasına qaçıb gizləndilər. Həmin bu adamlar Azərbaycana böyük zərbə vurmuşlar, vətəndaş müharibəsinə start vermişlər. Torpaqlarımız işğala düşən zaman burada qardaş qanı axıdıldı. Bu qruplaşma ölkəmizdə xaos, anarxiya yaratdı, korrupsiya dövlət siyasətinə çevrildi və səriştəsizlik, tərbiyəsizlik, mədəniyyətsizlik artıq AXC-Müsavat hakimiyyətinin rəmzinə çevrildi. O hakimiyyəti təmsil edən adamların yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində ölkə faktiki olaraq dağılma ərəfəsində idi.

Ona görə bu qruplaşmanı indiki şəraitdə siyasi qüvvə adlandırmaq olmaz. Onu bildirməliyəm ki, həmişə nəyisə gözləyirlər və həmişə xarici amilə ümid edirlər. Yadınıza salın, 2005-ci ildə postsovet məkanında inqilablar baş verdiyi zaman onlar da bundan ruhlanıb “narıncı inqilab” etmək fikrinə düşmüşdülər. Hətta özləri üçün ayrı bir rəng də seçməkdə çətinlik çəkdilər, Ukraynadan o vaxt narıncı rəngi götürüb burada tətbiq etmək istədilər. Narıncı rəngdə maykalar, bantlar sifariş edib ölkəmizə gətirdilər. Ancaq bir şeyi nəzərə almadılar ki, o vaxt, 2005-ci ildə parlament seçkiləri noyabr ayında keçirilmişdi. Noyabrda artıq soyuqlar başlayır. O gülməli mənzərə yadımdadır ki, bunlar pencəyin, paltonun üstündən narıncı maykaları geyib küçələrə çıxmışdılar. Bəziləri isə boyunlarına salmış, bəziləri başlarına bağlamışdılar. Bu, bir komediya mənzərəsi yaradırdı. Bax, budur bunların qabiliyyəti. O da alınmadı. Ondan sonra “ərəb baharı” başlayanda yenə də ruhlandılar ki, bunların əlinə bir fürsət düşəcək. 2011-2012-ci illərdə Azərbaycanda “ərəb baharı”nın təkrarlanmasını istəmişdilər. O da alınmadı. 2013-cü ildə prezident seçkiləri ərəfəsində hansı eybəcər addımlar atmışdılar, onu hər kəs xatırlayır. İndi isə koronavirus bunlar üçün sanki, göydəndüşmə bir hədiyyədir. Bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmadır. Mən təbii ki, baş verən hadisələrdən xəbərdaram və bilirəm ki, bunların bu çirkin niyyətləri dəhşətli bir mənzərə yaradır. Ölənlərin sayının artmasını arzulayırlar, xəstələrin sayının artmasını istəyirlər, sevinirlər ki, insanlar vəfat edir. Yəni, bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir. Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır. Bunların indiki arzuları da gözlərində qalacaq. Sözüm onda deyil, sözüm ondadır ki, siyasi islahatlar bu gün tam yeni bir konfiqurasiya yaradır. Əminəm ki, marginal qruplaşmaya yeni konfiqurasiyada yer yoxdur və olmamalıdır. Azərbaycan xalqı onları 27 il bundan əvvəl tarixin zibilxanasına atıbdır".
Prezident daha dərin islahat anonsu verdiƏlbəttə ki, həyat yerində durmur, həyat davam edir və mən əminəm ki, 2020-ci il də çox dərin və geniş islahatlar ili olacaq, necə ki, 2019-cu ildə islahatların böyük hissəsi icra edilmişdir.

Avrasiya.net xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədəi çıxışında deyib.

“Əslində, islahatların yeni mərhələsinə start 2018-ci ilin Prezident seçkilərindən sonra verilmişdir. Mənim andiçmə mərasimindəki çıxışımda inkişafımızın və islahatların bütün istiqamətləri açıq-aydın göstərilmişdir. Ondan sonra biz bu islahatların ardıcıllıqla həyata keçirilməsi ilə məşğuluq və bu gün deyə bilərəm ki, ölkəmizdə daha yaxşı vəziyyət yaranmışdır - həm siyasi müstəvidə, iqtisadi sahədə, həm də sosial problemlərin həllində. Əlbəttə, əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük həcmli olardı. Ancaq əminəm ki, biz bu ağır vəziyyətdən də çıxacağıq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcək”, - Prezident qeyd edib.

Dövlət başçısı bildirib ki, pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır:

“Buna nail olmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır - həm iqtisadi - sosial sahədə, eyni zamanda, siyasi sahədə. Mən hesab edirəm ki, siyasi islahatların aparılması bundan sonra da bizim imkanlarımızı daha da genişləndirəcək. Biz bu islahatların gözəl nəticələrini görürük. Azərbaycan bundan sonra da demokratik inkişaf istiqamətində önəmli addımlar atacaq. Bizim kifayət qədər güclü siyasi iradəmiz var. Biz görürük ki, siyasi və iqtisadi islahatlar paralel aparılarkən doğrudan da böyük uğurlara imza ata bilərik.

Struktur islahatları aparılıb və hesab edirəm ki, struktur islahatlarının davam etdirilməsi məsələlərinə yenə də baxmalıyıq. Siyasi islahatlar göz qabağındadır, kadr islahatları aparılıb. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, parlamentdə böyük kadr dəyişiklikləri edilib. Bütün hakimiyyət qollarında aparılan islahatlar bir məqsədi güdür ki, idarəetmə mexanizmi daha da təkmilləşsin, təbii olaraq, gəncləşmə siyasəti aparılsın və peşəkar kadrlar önəmli vəzifələrə gətirilsin. Hesab edirəm ki, bizim sözümüzlə əməlimiz arasında hər zaman olduğu kimi, bu dəfə də vəhdət var və nəyi bəyan etmişəmsə biz onu da təmin edirik. Hesab edirəm ki, Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur və idarəetmədə təkmilləşmə göz qabağındadır. Eyni zamanda, yerli icra orqanlarında aparılan kadr islahatları, xüsusilə, xoşagəlməz hallara qarşı ciddi mübarizə də göz qabağındadır. Bu, bizim şüurlu seçimimizdir. Bütün xoşagəlməz hallara qarşı bundan sonra da ciddi mübarizə aparılacaq. Hesab edirəm ki, Prezident tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır. Əgər kimsə bundan ibrət götürməsə, günah onun özündə olacaq”.
İlham Əliyev: Vəziyyət nəzarət altındadır!Koronavirus böyük bəladır, 100 mindən çox insanın həyatına son qoyub. Demək olar ki, dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə deyib.

“Azərbaycan da dünyanın bir parçasıdır. Ancaq deyə bilərəm ki, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq. Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır.

Əgər bu addımlar vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də 10 min, bəlkə də 20 min ola bilərdi. Ən inkişaf etmiş ölkələrin təcrübəsi onun göstərir ki, heç bir ölkə özünü tam sığortalı hesab edə bilməz. Heç bir ölkənin səhiyyə sistemi bu xəstələrin artan dinamikasının qarşısında duruş gətirə bilməz.

Ona görə bu, bizim üçün də dərs olmalıdır və mən bunu artıq bildirmişəm, bir daha demək istəyirəm ki, ibrət götürməliyik. Bizim bütün addımlarımız ölçülüb-biçilmiş addımlardır və təsadüfi deyil ki, bir neçə ölkə bizim təcrübəmizdən yararlanıb oxşar addımlar atır. Biz bunu görürük”.
YAP könüllüləri aztəminatlı ailələrə yardım və dəstəyini davam etdirirDünyanı bürüyən koronavirus (COVİD-19) epidemiyasına yoluxma riskinin azaldılması və xalqımızın sağlamlığı naminə ölkə Prezidenti cənab İlham Əliyevin çağırışına qoşulan ilk təşkilatlardan biri olan Yeni Azərbaycan Partiyası aztəminatlı ailələrə yardım və dəstəyini davam etdirir.

YAP üzvü olan gənclərdən ibarət könüllülər bu ailələrə dezinfeksiyaedici məhlullar, tibbi maska və əlcəklər paylamaqla yanaşı sosial xidmətlər göstərmişlər.

14 aprel tarixində Yeni Azərbaycan Partiyasının könüllüləri Pirallahı rayonunda yaşayan aztəminatlı, tənha, köməyə ehtiyacı olan yaşlı, ahıl insanların yaşadığı 10 ailəyə baş çəkərək yardım paylarını təqdim etmiş, həmçinin, onların koronavirusdan qorunmasıməqsədilə maarifləndirici söhbətlər aparmışlar.
YAP könüllüləri aztəminatlı ailələrə yardım və dəstəyini davam etdirir
YAP könüllüləri aztəminatlı ailələrə yardım və dəstəyini davam etdirir
YAP könüllüləri aztəminatlı ailələrə yardım və dəstəyini davam etdirir
İstilik bu gecə kəsilməyə bilər – Təklif verildi
Mənzillərə istiliyin verilməsinin mayın 1-nə qədər uzadılması ilə bağlı təklif də daxil olmaqla, Azay Quliyevin İctimai Şuraların üzvləri ilə keçirdiyi görüşdə qaldırılan bütün məsələlər ümumiləşdirilərək Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunub.

Bunu açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin sədri Elməddin Behbud deyib. O bildirib ki, hələlik hökumətin bu məsələ ilə bağlı hansı qərar qəbul edəcəyi barədə hər hansı məlumat yoxdur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevlə keçirilən telekonfransda ictimai şuraların sədrləri evlərə verilən istiliyin mayın 1-nə qədər uzadılması barədə təkliflər ediblər. Təklifdə məqsəd insanların karantin rejimində evdə qalması səbəbindən istiliyə olan tələbat və kommunal xərclərin artmamasıdır.

Xatırladaq ki, qanunvericiliyə görə, Bakıda mənzillərə istiliyin verilməsinə noyabrın 15-də başlanılır və aprelin 15-də dayandırılır.

Övladını "otlamağa" məcbur edən şəxs həbs olundu - Foto
Uşaqları "otlamağa" məcbur edib videoya çəkən şəxs həbs edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

O, qeyd edib ki, araşdırmalar nəticəsində azyaşlı uşaqları həyətyanı sahədə "otlamağa" məcbur edən və videoya çəkərək sosial şəbəkədə paylaşan şəxsin Şamaxı rayon sakini İkram Xudiyev olması müəyyən edilib:

“Uşaqlarla bağlı görüntü sosial şəbəkədə yayılan kimi dərhal araşdırmalara başlandı. Araşdırmalar zamanı məlum oldu ki, bu adam Şamaxı rayon sakini İkram Xudiyevdir. Uşağın biri onun öz övladı, digəri isə qohumunun uşağıdır. İkram Xudiyev polis şöbəsinə dəvət edilərək izahatı alınıb. O etiraf edib ki, videonu zarafatla çəkib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə İkram Xudiyev 10 sutka inzibati həbs cəzasına məhkum edilib”.
Mətbuat Şurası jurnalistlərin siyahısını Operativ Qərargaha təqdim etdi
Mətbuat Şurasının (MŞ) Nazirlər Kabineti yanında Operativ Qərargahla apardığı müzakirələr nəticəsində əmək müqaviləsi olmayan, xidməti müqavilə ilə frilans kimi çalışan jurnalistlərin sərbəst fəaliyyətlərinə icazə verilməsi barədə razılıq əldə edilib.

MŞ-dan Avrasiya.net-ə verilən məlumata görə, Şuraya bununla bağlı müraciət edən kütləvi informasiya vasitələri və jurnalistlərin siyahısı Operativ Qərargaha təqdim olunub.

Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən fəaliyyətinə icazə verilən istiqamətlər sırasında kütləvi informasiya vasitələri də yer alıb.

“Bununla belə MŞ-yə mövcud istiqamətdəki sui-istifadələr barədə məlumatlar daxil olur. Belə hallar Şuranın Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupu tərəfindən diqqətdə saxlanılır.

Eyni zamanda real jurnalistlik fəaliyyəti ilə məşğul olan elə jurnalistlər də var ki, əmək müqaviləsi ilə çalışmadıqlarından problemlərlə üzləşirdilər. MŞ belə halların da nəzərə alınmasının tərəfdarıdır və qurumun Operativ Qərargahla əldə etdiyi razılıq bundan irəli gəlir.

Mətbuat Şurası bir daha bildirir ki, jurnalistika, fəaliyyəti cəmiyyət üçün zəruri sahə olduğundan, media təmsilçilərinin iş sərbəstliyinə icazə verilib. Ancaq bu o demək deyil ki, sərbəstlik tam məhdudiyyətsizlik kimi başa düşülsün. Ümumən karantin rejimində müəyyənləşdirilmiş tələb və tövsiyələrə əməl olunması şərtdir. “Evdə qal” prinsipinə riayət mütləqdir. Jurnalistlər, əgər bunun üçün imkanları varsa, mümkün qədər öz yaşayış yerlərində fəaliyyətlərini davam etdirməlidirlər. KİV rəhbərlərinin məsələyə həssas yanaşmaları tövsiyə olunur. Nəzərə alınmalıdır ki, bayırda, insanlarla daha çox təmas infeksiyaya yoluxma riskini artırır”, - deyə məlumatda qeyd olunub.
Prezident onların maaşını ikiqat artırdı
Prezident İlham Əliyev Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncama əsasən, Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 1 (bir) misli miqdarında müddətli əlavə müəyyən edilib.