Şəmkirdə direktor qəzaya düşdü: ölənlər varŞəmkirdə VAZ markalı avtomobil yük maşını ilə toqquşub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sabirkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı VAZ zərbənin gücündən yoldan çıxaraq aşıb. İlkin məlumata görə, hadisə zamanı 2 nəfər ölüb. Onlardan biri Şəmkir rayonu, Dəllər qəsəbəsi Z.Abbasov adına tam orta məktəbin direktoru Vəliyev Eyvaz Nurqələm oğludur. O, avtomobilə sərnişin qismində əyləşib.

Hadisə zamanı habelə daha bir nəfər - Xaqani (soyadı dəqiqləşdirilir - red) adlı şəxs ölüb.
Vüqar Səfərlinin fəaliyyəti təftiş olunur - Ciddi çatışmazlıqlar, qanun pozuntuları aşkarlanıbKütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş İcraçı direktoru Vüqar Səfərlinin fəaliyyəti təftiş olunur.

BakuPost-a verilən məlumata görə, yeni icraçı direktor Əhməd İsmayılov təhvil-təslim apararkən ciddi çatışmazlıqların, qanun pozuntularının olduğunu aşkarlayıb və bundan sonra araşdırmalara başlanılıb.

Bundan ötrü fondun əməkdaşlıq etdiyi mətbuat orqanları, ayrı-ayrı qurumların siyahısı hazırlanıb.
Fondun əməkdaşları ilə söhbətlər aparılıb, müəyyən informasiyalar əldə edilib.

İlkin nəticələrə görə, V.Səfərli fondda özünə yaxın bir neçə nəfər, eləcə də kənardakı dostlarının Qeyri-Hökumət Təşkilatları və mətbu orqanları ilə əməkdaşlıq edib, əsasən onlara layihə ayırıb. Məlumata görə, araşdırmalar bitəndən sonra yeni sədr “yuxarılara” məruzə edəcək. Bundan sonra V.Səfərli haqqında aparılan araşdırmaların nəticələri barədə mətbuata məlumat veriləcək.

Onu da qeyd edək ki, artıq yeni sədr fondda kadr islahatlarına da başlayıb. Keçmiş sədrə yaxın olan bir neçə nəfərin müqavilələrinə xitam verilib.

V.Səfərli KİVDF-yə 2009-cu ildən rəhbərlik edirdi. Bu illər ərzində daha çox vəsait ayrılan təşkilatlardan biri də Milli Televiziya və Radio Şurasının keçmiş sədrinə aiddir.
Nazir sevindirici xəbəri Putinə açıqladı: Dərmanı tapdıqRusiyanın elm adamları koronavirusu müalicə etmək üçün dərman tapıb.

Publika.az-ın xəbərinə görə, bu barədə Səhiyyə naziri Mixail Muraşko açıqlama verib. O prezident Vladimir Putinin sədrliyi ilə keçirilən toplantıda bildirib ki, dərmanlar artıq istehsal edilib. İstehsal edilən dərman kliniki sınaqlardan keçiriləcək.

Testlər uğurlu alınarsa dərmanın geniş istehsalına başlanacaq.
Savaşdan qaçdım, gəlib Amerikada... - İrfan Sapmaz Vaşinqtondakı durumdan danışırTeleqraf.com-un suallarını məşhur hərbi jurnalist, bir zamanlar Azərbaycanda rəhbəri olduğu “Avrasiya” qəzeti ilə tanınan İrfan Sapmaz cavablandırıb. Hazırda Vaşinqtonda yaşayan İrfan Sapmaz koronavirus pandemiyası ilə əlaqədar ABŞ-dakı son durumdan danışıb.

- Ötən gün Prezident Donald Tramp ABŞ tarixində ilk dəfə olaraq genişmiqyaslı fəlakət rejimi elan etdi. Hazırda Vaşinqtondasınız, ümumi vəziyyət necədir, bu qərarı necə qiymətləndirirsiniz?

- ABŞ-da koronavirus pandemiyası ilə əlaqədar vəziyyət olduqca kritikdir. Söhbət 329 milyonluq əhalisi, dünyanın ən güclü iqtisadiyyatı olan bir ölkədən gedir. Donald Tramp çıxışında da ikinci dünya müharibəsindən sonra ilk dəfə bütövlükdə ABŞ xalqının bu cür mübarizəyə başladığını söylədi. Tramp çıxışlarında xalqa ümid verir, deyir ki, virusa qalib gəlib bu vəziyyətdən çıxacağıq. Lider kimi onun bu cür çıxışı normaldır. Həyatın əvvəlki axarı ilə davam etməsi üçün müvafiq qabaqlayıcı tədbirləri artırıb, Covid-19-a yoluxanların sayı 600 min nəfərə yaxınlaşır, ölənlərin sayı isə 22 mini keçib.

Tramp ilk növbədə virusun yayılmasının qarşısını almağa çalışır, insanları evdə qalmağa səsləyir, düşünür ki, bu müddətdə vaksin, dərman tapılacaq. Hər gün Ağ Evdə mətbuat kofransı keçirir, səhiyyə işçilərindən ibarət qrup də xalqı təlimatlandırır, görülən işlər barədə məlumatlar verilir. Nyu-York ştatında vəziyyət daha mürəkkəbdir, 20 milyon insan küçəyə çıxmır, xəstəxanalar doludur, son 1-2 gündür xəstəxanalara müraciətlərin sayında azalma müşahidə olunduğu açıqlanıb. Ölüm sayında isə azalma yoxdur. Digər tərəfdən iqtisadiyyatın dirçəldilməsinə çalışırlar. Ölkədə iş yerləri bağlıdır, kiçik və orta sahibkarlar daha çox zərər çəkib, eləcə də böyük şirkətlər ziyandadır. Büdcədən ayrılan 2,9 trilyon dollar vəsait iqtisadiyyatın vəziyyətinin düzəldilməsinə yönəldilib.

Yenidən 3 trilyon dollarlıq büdcə ayrılacağı bildirilir. Bir sözlə, Tramp sürətlə yayılan virusun qarşısını alıb ölkəni yenidən əvvəlki vəziyyətə gətirməyə çalışır. Çünki noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Tramp koronavirus təhdidini azaltmağı və buna son qoymağı hədəfləyir.

- Neçə müddətdir Vaşinqtondasınız? ABŞ-a köçmə səbəbi nədir, vəziyyətiniz necədir?

- Bilirsiniz, hərbi jurnalistəm, savaşdan qaçım dedim, özümü tamam başqa savaşın, virus müharibəsinin içində tapdım. ABŞ-a yanvarın 1-də gəlmişəm, bu ölkədə akademik karyerama başlamışam. Allah qismət edərsə, burada yaşayacağam, uzun zamandır Birləşmiş Ştatlara köçməklə bağlı planım vardı, bundan sonra həm akademik karyeramı, həm də jurnalist kimi fəaliyyətimi Vaşinqtonda davam etdirəcəyəm.

- Covid-19-la necə mübarizə aparırsınız?

- Çölə çıxmıram, 3-4 gündən bir ərzaq almaq üçün yaxınlıqdakı marketə gedirəm. Marketə gedəndə maska və əlcək taxıram, insanlarla ən azı 2 metrlik sosial məsafəni saxlayıram. Marketə məhdud sayda insanın daxil olmasına icazə verilir, maskası olmayanları buraxmırlar, alış-verişdən sonra kassada da yenə sosial məsafə saxlanılmalıdır. Evə gələndə istifadə etdiyim maska və əlcəkləri atıram. Yuyula bilən maska sifariş etmişdim, burda maska, əlcək tapmaq çox çətindir. Hərbi jurnalist kimi savaş meydanında gördüyümüz heç bir tədbir burada köməyimizə çatmır. Bu savaşın forması, yönü tamam başqadır. Bu da əslində virusa qarşı savaş müxbirliyi sayılır. Bunun da öz şərtləri var, bunun xüsusiyyətlərinə diqqət edərək özümüzü qorumağa çalışırıq.

- Virusa bir çox ölkələrdə ciddi yanaşılmadı. Hazırda ABŞ İtaliya və İspaniyanı da qabaqlayıb. Böyük güc sayılan ABŞ niyə virusa birdən-birə təslim oldu?

- Təəssüflər olsun ki, belə oldu. Koronavirus xəritəsinə baxanda görürük ki, Avropanın hər yeri qıpqırmızıdır. İtaliya, İspaniya ABŞ-dan sonrakı yerdədirlər. Onlar da qeyri-ciddi mövqe sərgilədilər. İngiltərə isə məsələyə başqa cür - bütün insanlar virusa yoluxsunlar, ölən ölsün, qalan qalsın tipli məntiqlə yanaşdılar. Baş nazir Boris Conson və bir sıra rəsmilər infeksiyaya yoluxandan sonra bu mövqedən imtina etdilər. İtaliya və İspaniyada vəziyyət olduqca mürəkkəbdir. Bütün bu ölkələrdə virusun sürətlə yayılmasının səbəbi sosial məsafənin saxlanılmaması ilə bağlıdır. Nyu-Yorkda da bu cür baş verdi. Nyu-York ştatının meri Endryu Kuomonun açıqlamasına görə virus ABŞ-da ilk dəfə bu ştatdan yayılıb, 34 milyona yaxın insan Nyu-Yorka gəldi, metro vasitəsilə digər ştatlara yayılmağa başladı. İkinci bir tərəfdən Nyu-York meri sosial məsafənin qorunmadığı açıqladı. Araşdırmalara görə, koronavirusa yoluxanların 65 faizinə infeksiya metro vasitəsilə yayılıb. Virusa yoluxanların sayı və yayılma sürətinə görə Avropa ölkələri ilk 10-luqda yer alır, Türkiyə də 9-cu yerdədir. Azərbaycandakı vəziyyəti yaxından izləyirəm. Azərbaycanda koronavirusla mübarizə çərçivəsində operativ qərarlar verildi, koronavirusun geniş yayıldığı İran və digər ölkələrlə sərhədlərini bağladı. Azərbaycanda verilən qərarlar son dərəcə vacibdir, insanlar karantin rejiminin qaydalarına əməl etməlidirlər. Yalnız evdə qalmaqla virusa qalib gəlmək mümkündür. Hələlik dərman və vaksin tapılmadığı üçün başda ABŞ olmaqla digər ölkələrdəki insanlar sosial məsafəni qorumalıdır. Ona görə də “evdə qal” mesajı önəmlidir. Azərbaycanlılar da bu mesaja və çağırışlara əməl edərsə, yaxın zamanda vəziyyət düzələcək.

- Koronavirusun həqiqətən təhlükəli virus olmaqla yanaşı bioloji silah olduğu barədə iddialar da irəli sürülür. Sizin fikirləriniz nədən ibarətdir?

- Bununla bağlı müxtəlif versiyalar səslənir. Bu virus adi qip xəstəliyindən 10 qat daha güclüdür. ABŞ-ın açıqlamalarına görə, Covid-19 təhlükəlidir, sürətlə yayılır, mutasiyaya uğrayır, Amerikada A, Çində B, bəzi yerlərdə C tipi var. Virus tez-tez xassələrini dəyişir. Vyetnamda, Çində laboratoriyada yaradıldığı iddia olunur. Hətta bu gün çıxan informasiyalara görə, mağarada yarasalar üzərində sınaqdan keçirilib, bioloji silah kimi yayılıb. Bu fərziyyələrin həqiqətə uyğun olub-olmadığını heç kəs bilmir. Qısaca, ABŞ-da da alimlər, rəsmilər, Ağ Ev koronavirus bəlasını dəf etdikdən sonra bu tip bioloji hücumlara qarşı mübarizə tədbirlərinin gücləndiriləcəyini bəyan edir. Dünya yeni dönəmə qədəm qoyur, artıq Amerikada bunlar müzakirə olunur.

- Dünyanın yeni dönəmi necə olacaq? Postkorona dövrü ilə bağlı təsəvvürləriniz nələrdir?

- Dünyada çox şey dəyişəcək. ABŞ-da şirkətlər çox böyükdür. Bunlara qlobal tədarük zəncirləri deyirlər. Məsələn, tanıdığımız Apple şirkətinin “software”, yəni yazılışı ABŞ-da edilir, 36 ölkədə istehsalı ilə əlaqədar iş görülür, Çində fabrikləri var, ayrı-ayrı hissələri müxtəlif ölkədə istehsal olunur, sonra tamamlanır və paylanır. ABŞ özünü təcrid siyasəti yürüdə bilər, çünki Çinə olan etimadı zədələndi və inamı azaldı. Çin koronavirusla bağlı informasiyaları gizlətdi, dekabrın sonunda infeksiya Uhanda çıxıb, lakin məlumatlar yanvarın 19-20-də açıqlandı. Ona görə də ABŞ iqtisadi sahədə yeni siyasət yürüdə bilər. Çinlə iqtisadi əlaqələrinin həcmini azalda, kəsə bilər. ABŞ-ın böyük şirkətləri, məsələn Amazon minlərlə məhsulunu Çindən almağı dayandırıb. Tramp və komandası Çinə qarşı iqtisadi sanksiyalar da tətbiq edə bilər. Çin Covid-19-la bağlı bilgiləri gizlətdiyi üçn, dünya ölkələri, o cümlədən ABŞ çox böyük iqtisadi ziyan çəkdi, minlərlə insan həyatını itirdi. Bir qrup vəkil 20 trilyon dollarlıq təzminat üçün Çinə qarşı iddia qaldırıb. İngiltərə də bu yöndə açıqlamalar irəli sürür. Mənim təxminlərimə görə, bu bəladan xilas olandan sonra Tramp Çinə qarşı böyük sanksiyalar tətbiq edəcək, bu ziyanları Çin vasitəsilə geri qaytaracaq. Dünya yeni dönəmə keçir, neft qiymətləri aşağı enib. Tramp Rusiya Prezidenti Vladimir Putin, Sədudiyyə Ərəbistanı kralı Salman, vəliəhd şahzadə Məhəmməd bin Salman, Meksika prezidenti ilə müzakirələr apardı. Neft istehsalının azaldılması istiqamətində çağırış edib. İnsanlar küçəyə çıxıb avtomobildən istifadə edə bilmir deyə benzin, dizelə olan ehtiyac azaldığından qiymətlər aşağı endi. 3,7 litrlik bir qallonun qiyməti 2 dollar 50 sent idisə, Tramp bəyan elədi ki, bəzi əyalətlərdə 80 sentə endi. Neft istehsal edən ölkələr ziyana düşdü. Tramp deyir neft istehsalını azaldın ki, insanlar neftə ehtiyac duysun, almağa başlasın və qiymətlər qalxsın. İqtisadiyyatı bu yolla bərpa etməyə çalışır. Turizm ölmüş vəziyyətdədir, ən azı 1 illik insanların ölkələrə turizm məqsədilə səyahət etməyəcəkləri proqnozlaşdırılır. 3,7 trilyonluq zərərdən söz açılır. “Microsoft” korporasiyasının əsasını qoyan Bill Qeyts payızda vaksinin tapılacağına dair açıqlama verib. Çox güman özünüz də oxumusunuz, Qeyts daha əvvəl belə bir virusdan danışıb, lakin qabaqlayıcı tədbirlər görülməyib. Bu mənada təbii ki, tədbirlərin gec görüldüyü üçün Trampa yönəlik də ciddi ittihamlar irəli sürülür.

- Yeri gəlmişkən, Bill Qeytsin koronavirusun patenini hələ 2015-ci ildə aldığına dair xəbərlər yayılıb. Bu barədə nə deyə bilərsiniz?

- Bu barədə geniş məlumatım yoxdur.

- Eləcə də virusun ayrı-ayrı laboratoriyalarda hazırlandığı, Rodşildlərin, Rokvellerlərin adları da çəkilir. Nə dərəcədə inandırıcı görünür?

- Çoxlu versiya və iddialar irəli sürülür. Bunlar dərin məsələlərdir. Bir virus hazırlandı, hökumətlər çökdü, dünyanın tək dövlətli düzənə doğru gedəcəyinə dair çoxçeşidli spekulyasiyalar var. Amma bunlarla bağlı dəqiq informasiyalar, dəlil və sübutlar yoxdur. ABŞ-da da çox şeylər yazılır və müzakirə edilir. Amma bu iddialarla bağlı indi nə isə demək tezdir. Bir gün mütləq virusun harada və kim tərəfindən hazırlandığı və sair üzə çıxacaq. ABŞ-da belə xəbər də yayılıb ki, Federal Təhqiqatlar Bürosu (FBİ) və Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Çindən gələn bir şəxsi saxlayıb, həmin adamın çantasında bəzi bioloji viruslar varmış. Detallı açıqlama verilmədi. Bu cür xəbərlər də dolaşır. Covid-19-un laboratoriyalarda hazırlandığı barədə fikirlər var, amma ABŞ-da bu istiqamətdə sənədli-sübutlu açıqlama görmədim.

- Çinin virusu gizlətdiyinə dair məsələyə toxundunuz, xatırlayırsınızsa, ilk dönəmdə Çin ABŞ- ittiham edirdi. Tramp isə bu virusun adını Çin virusu kimi xarakterizə elədi. Qarşılıqlı ittihamları necə şərh edərdiniz?

- Tramp bütün açıqlamalarında Çini hədəf aldı, buna Çin virusu dedi. Çinin koronavirusu gizlətdiyi açıq və aydındır. Dekabrın sonunda Uhanda üzə çıxıb, heyvanlar və dəniz məhsulları satan bazarda iki qadın yoluxmuşdu, "Nyu York Tayms" qəzeti bununla bağlı gözəl xəbər hazırlamışdı. Qadınlardan metrolar vasitəsilə 11 milyonluq əhalisi olan Uhanda yayılmış, sonra Çinə və bütün dünyaya ayaq açıb. Bu, sirr deyil. Əsas günahkar Çindir. Buna görə də ABŞ Çinə qarşı ciddi ittihamlar səsləndirir.

- Sonda ümumi ab-havaya toxunmanızı da istərdim. Dükanlarda qiymət artımı varmı?

- Əlbəttə, nə isə tapılmırsa, avtomatik olaraq qiymətlər qalxır. Maska tapmaq çətinləşib. Adi vaxtlarda qiyməti 1 dollar olan maska sifariş vermişdim, vergilərlə birgə 21 dollara gəlib çıxdı. Eləcə də əlcək, təmizlik vasitələri, tualet kağızı tapmaq olmur. Hələ vəziyyət bu həddə çatmazdan əvvəl böyük marketlərdə məhdud sayda satış həyata keçirilirdi, təmizlik vasitələrinin iki paketdən artıq alınmaması üçün marketlərdə polis keşik çəkirdi. Bunlardan başqa demək olar istənilən hər şeyi almaq mümkündür. Dünən marketdə duru yağ tapa bilmədim, sonra kiçik marketdən aldım. Amerikalılar fırtına və tufana öyrəncəli olduğu üçün insanlar əvvəldən alış-veriş edib evlərinə qapanırlar, ətraf aləmdən təcrid olunurlar. Onu da qeyd edim ki, onlayn sifarişlərdə də bir az uzun fasilələr yaranıb. Məsələn, Bolmart kimi böyük marketdə 2,2 milyon insan çalışır. Sifarişlər 1 ay fasilə göstərir, əvvəllər bəzən bir neçə saat içində çatdırma mümkün olurdusa, indi sifariş etdiyim maska 11 gün sonra gəldi.

- Xəstəxanalarda vəziyyət necədir? Orada da oksigen aparatı çatışmazlığı yaşanır?

- Bəli, əvvəl belə problem vardı. Trampın müdafiə qanunu çərçivəsində təlimatına əsasən oksigen aparatının istehsalına başlanıldı. 1 ədəd aparatın qiyməti 50 min dollara başa gəlir. Trampın açıqlamalarna görə, bu problem geridə qalıb. İlk növbədə Nyu-Yorkda virusun kökünün kəsilməsinə hədəfləniblər, düşünürlər ki, orada tamamilə aradan qaldırılsa, yayılmanın da qarşısını almaq mümkün olacaq. Amma təbii hər yerə yayılıb. Səhiyyə işçiləri yoluxma və ölüm sayına görə rəqəmlər Nyu-Yorkda yüksək olduğu üçün oraya göndərildi. Əlcək və maskalar tapılmırdı, Çin və başqa ölkələrdən sifariş edildi. ABŞ anladı ki, təkcə silaha, texnoloji vasitələrə investisiya qoymaq lazım deyilmiş. Tibbi sığorta ABŞ-da olduqca bahadır, koronavirusa yoluxan bir qadın 5-6 gün müalicə olunandan sonra sağalıb və ona mülalicə ilə bağlı 35 min dollarlıq müalicə qəbzi verilib, o isə qəbzi görəndə şoka düşüb. Bundan sonra ABŞ-ın səhiyyə sisteminə ciddi investisiyalar qoyacağını düşünürəm. Çünki koronavirus pandemiyası dövründə Amerikanın səhiyyə sisteminin çökdüyü məlum oldu.

- Kimsə özündə koronavirus simptomları hiss edirsə, səhiyyə ocaqları ilə necə əlaqə qurulur?

- Öskürək və yüksək temperaturun varsa, Apple, Google vasitəsilə onlayn müraciət olunur. Yaxınlıqdakı xəstəxanaya da getmək olar. Həkim və tibbi personal çatışmazlığı olduğu üçün evdə müraciət qeyri-mümkündür. ABŞ Dövlət Departamenti dünyadan həkimlərə Amerikaya gəlməsi üçün çağırış etdi, başqa bir ölkədə çalışan həkimlərin ABŞ-da işə başlaması üçün şərtlər çox ağır idi, indi yumşaldıblar. Türkiyə və Azərbaycan bu prosesdə sürətli addım atıb, evdə yoxlanış ABŞ-da yoxdur.
Bakıda Masallı sakini əmisi oğlunun arvadını qaçırdıBakıda Koroğlu Rəhimov küçəsində kirayə mənzildə yaşayan 1992-ci il təvəllüdlü F.A. aprelin 10-da saat 20:00-da Nərimanov rayon 18-ci Polis Bölməsinə müraciət edib.

O, 1996-cı il təvəllüdlü həyat yoldaşı A.M.-nın 1999-cu il təvəllüdlü əmisi oğlu E.B. tərəfindən qaçırıldığını bildirib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Zərərçəkən əmisi oğlunun onun arvadını evlənmək məqsədilə qaçırdığını deyib.

Hazırda polislər sevgililərin harada olduğunu müəyyənləşdirməyə çalışırlar. Əgər qadının öz istəyi ilə ərinin qohumu ilə birlikdə qaçdığı ortaya çıxsa, sonuncunun hərəkətlərində cinayət əməli yoxdur.

Çünki ərini tərk edən qadın yetkinlik yaşındadır. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları onları xüsusi karantin rejimini pozduğuna görə cərimə edə bilərlər.
Koronavirus qurbanları 2 milyona yaxınlaşır - ABŞ-da dəhşətli durum
Dünya miqyasında koronavirusa yoluxma faktı 1 milyon 867 min 554 olub.

Publika.az xəbər verir ki, 115 min 287 nəfər infeksiya səbəbilə dünyasını dəyişib.

434 min 298 nəfər sağalıb.

1 milyon 317 min 969 nəfərin müalicəsi davam edir. Onlardan 1 milyon 267 min 175-nin vəziyyəti stabil, 50 min 794 nəfərinki kritikdir.

Son sutka ərzində 15 min 297 yeni yoluxma, 1 093 ölüm qeydə alınıb.

Ölkələr sıralamasına ABŞ başçılıq edir. Burada 560 min 433 yoluxma faktı var. 22 min 115 nəfər dünyasını dəyişib. 32 min 634 nəfər sağalıb.

İkinci yerdə İspaniya qərarlaşıb: 169 min 496 yoluxma, 17 min 489 ölüm, 64 min 727 sağalma.

Üçüncü yerdə isə İtaliyadır: 156 min 363 yoluxma, 19 min 899 ölüm, 34 min 211 sağalma.

Virusun ortaya çıxdığı Çin siyahıda 7-ci pillədə qərarlaşıb: 82 min 160 yoluxma, 3 min 341 ölüm, 77 min 663 sağalma.
KİVDF-də kadr islahatları aparılıb
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Əhməd İsmayılov fondda kadr islahatı aparıb.

Çıxarılan işçilərdən birinin Avrasiya.net-ə verdiyi məlumata görə, 7 əməkdaş işdən çıxarılıb.

İcraçı direktorun müvafiq əmri ilə işdən çıxarılanların yerinə təyinat olub.
Azərbaycanda koronavirusa yoluxanların sayı 1148-ə çatdı - daha 1 nəfər vəfat etdi
Azərbaycanda 50 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, bir nəfər vəfat edib, 39 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 289 nəfəri müalicə olunaraq sağalıb, 12 nəfər vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 2373 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Yəhudi professor bu yolla koronavirusu MƏHV ETDİ - VİDEO
“Antibiotiklər və peyvəndlər sayəsində mikroblarla mübarizə aparmağı öyrəndik. Ancaq viruslar daha mürəkkəbdir. Virus müstəqil orqanizm deyil, hüceyrəyə daxil olduqda canlanan DNT və ya RNT parçasıdır. Kompüterə qoşulmadan heç bir fəaliyyət göstərməyən, amma qoşulduqda ona virus salan fləşkart kimidir”.

Publika.az xəbər verir ki, bu sözləri 25 ildir ki, psixosomatika problemləri ilə məşğul olan İsrail Universitetinin professoru Rav Eli Talberq koronavirus pandemiyasından danışarkən deyib. Onun sözlərinə görə, virusların ştammlarının sayı mikroblardan çoxdur və daha sürətli mutasiya edirlər:

“Odur ki, qripə qarşı peyvənd yalnız mövsümdə ən populyar olan bir neçə ştamma qarşı təsirli olur. Peyvənd sağlam insana xəstəliyi asan keçirməyə kömək edir, amma digər ştammların xəstələnməsinin qarşısını almır”.

Talberqin fikrincə, koronavirus ağciyər fibrozu və sətəlcəmə səbəb olduğu üçün təhlükəlidir:

“Fibroz zamanı ağciyərin içərisində bir-birindən fərqli yerlərə nüfuz edən birləşdirici toxuma bağları meydana gəlir. İçəridən bağlanan belə bağlar ağciyərlərin açılmasına imkan vermir, odur ki, qaz mübadiləsi kəskin azalır. Bundan əvvəl bədəndə yaşayan bakteriyalar ağciyərlərin ikinci iltihabına səbəb olur, insan boğulmağa başlayır. Bədənin virusu öldürməsi, sətəlcəm xəstəliyini məğlub etməsi, fibroz iplərin tədricən qırılması üçün temperatur yüksəlir. Problem ondadır ki, koronavirusda temperatur fibroz artıq əmələ gəldikdə yüksəlir. Süni tənəffüs aparatına qoşulma əvvəlki gücünü qaytarmaq ümidilə həyat mübarizəsinin mərhələsini uzadır”.

Talberqin təklif etdiyi həll yolu professor Zalmanov və onun davamçılarının fiziologiya, patologiya haqqında məlumatlarına, eyni zamanda klinik təcrübəsinə söykənən dərin biliyə əsaslanır. Onun məqsədi temperaturu süni şəkildə qaldıraraq bədənin qalib gəlməsinə yardım etməkdir. Söhbət döş qəfəsinin sarınmasından gedir. Dərin isitmə təkcə hüceyrələrarası məkanda olan virusları məhv etmir, həm də alveollarda qaz mübadiləsini gücləndirir və fibroz yapışmaları məhv edir. Professor Zalmanov isti sarğılarla bronxit, sətəlcəm, traxeit, hətta ağciyər vərəmini müalicə edirdi.

“Kiyevdəki hərbi klinikada işlədiyim zaman professor Zalmanovun kapilyar terapiyası ilə tanış oldum. Bu metod mənə və çox sayda insana sətəlcəmdən sağalmağa kömək etdi”, - deyə yəhudi həkim açıqlamasında qeyd edib.

Proseduru həkim ətraflı izah edib:

- Bir yorğan götürün, üç-dörd qat qatlayın.

- Böyük dəsmalı qatlayıb yorğanın üstünə qoyun.

- Kiçik dəsmalı da qatlayın. Uzunluğu elə olmalıdır ki, döş qəfəsini tamamilə örtsün (qoltuqdan aşağı qabırğaya qədər).

- Kiçik dəsmal qatlayın, 60 dərəcəlik temperaturda suya batırın, bir az sıxın, sərin və tez şəkildə xəstəni bürüyün.

- Bürüyün və tək buraxın.

Yoluxmuş şəxsin müalicə rejimi: 20 dəqiqə nəm isti, sonra yorğan və dəsmal alınır, 40 dəqiqə yataq rejimində istirahət. Bu prosedur üç gün, gündə bir dəfə həyata keçirilir. Üç günlük fasilədən sonra kursu təkrarlayın.

Ağır xəstə üçün sxem: 30 dəqiqə, gündə iki dəfə və həkim nəzarəti altında.

İsitmə sarğılar hamilə qadınlar və dəri xəsarətləri olan insanlar üçün tövsiyə edilmir.