Koronavirusla bağlı daha bir kəşfiyyat məlumatı üzə çıxdı
ABŞ kəşfiyyatının əməkdaşları hələ ötən ilin noyabr ayında ölkə rəhbərliyini Çinin Uhan şəhərində koronavirusun yayılması və bunun alovlana biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Avrasiya.net “Report”a istinadən xəbər verir ki, Uhanda koronavirus alovlanmasına dair ətraflı məlumatlar Milli Səhiyyə Kəşfiyyatı Mərkəzinin (MSKM) hesabatında yer alıb.

Hesabat ələ keçirilmiş bilgi və peyk görüntülərinə əsaslanıb. Qeyd edilib ki, bu alovlanma ABŞ-ın Asiyadakı hərbi qüvvələrinə ciddi təhdid ola bilər.

Mənbənin bildirdiyinə görə, hesabatın müəllifləri bunun dəhşətli hadisələrə yol aça biləcəyi nəticəsinə gəliblər və bu barədə dəfələrlə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi, Pentaqonun Qərargah rəisləri Komitəsi və Ağ Ev məlumatlandırılıblar.

Telekanalın bilgisinə görə, bu mövzuda yüksək vəzifəli siyasətçilərin mütəmadi brifinqi dekabrda da keçib. Yanvardan başlayaraq ABŞ prezidenti Donald Tramp durumun inkişafı barədə gündəlik məlumat alıb.

Qeyd edək ki, ABŞ-da koronavirusdan ölənlərin sayı 13 minə çatır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 452 000-i ötüb. Bunların 309 743 nəfəri sağalıb, 83 567 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Azərbaycanlı diaspor rəhbəri koronavirusa yoluxdu
Birləşmiş Ukrayna (BUAK) Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev koronavirusa yoluxub.

Avrasiya.net xəbər verir ki, bu barədə BUAK "Facebook" səhifəsində məlumat yayılıb.

Məlumata görə, Rövşən Tağıyev xəstəxanada koronavirus testindən keçib, testin nəticəsi pozitiv çıxıb.

Bildirilib ki, R.Tağıyevin vəziyyəti ağır deyil. Yoxlanışdan sonra onun evdə və ya xəstəxanada müalicəsini davam etdirəcəyi məlum olacaq.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumatı APA-ya təsdiqləyiblər.
Millət vəkilindən vətəndaşlara yardım
52 saylı Quba Seçki Dairəsindən millət vəkili seçilmiş Vahid Əhmədovun təşübbüsü ilə Quba rayonunda karonavirus pandemiyası ilə əlaqədər iş yerlərini itirmiş, muzdlu işlərdən kənarda qalmış aztəminatlı və həssas əhali qrupundan olan bir çox sakinə ərzaq yardımı edilmişdir. Gündəlik tələbat malları ilə təmin edilən sakinlər millət vəkilinin bu nəcib təşəbbüsünə görə təşəkkürlərini bildirmişlər.
Millət vəkilindən vətəndaşlara yardım
Millət vəkilindən vətəndaşlara yardım
Millət vəkilindən vətəndaşlara yardım
Millət vəkilindən vətəndaşlara yardım
Millət vəkilindən vətəndaşlara yardım
Azərbsaycanda 82 yaşlı şəxs koronavirusdan sağalıb
Azərbaycanda koronavirusdan sağalan xəstələr arasında 82 yaşlı şəxs də var. Sağalma insanın immun vəziyyətinin xəstəliyə verdiyi cavabla bağlıdır.

Avrasiya.net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

TƏBİB sədri qeyd edib ki, Azərbaycanda koronavirusdan ölən insanların hamısı yanaşı gedən xəstəlikləri olan şəxslər olub.

R.Bayramlı qeyd edib ki, bu gün bir çox xəstələr xəstəliyin gecikmiş mərhələsində müraciət edirlər:

“Ona görə də, onların vəziyyətinin ağırlaşdığını görürük. Antivirus müalicəsinə nə qədər tez başlanılsa, o qədər yaxşı olur. Lakin insanlar evdə müalicəyə cəhd edirlər. Fikirləşirlər ki, təcili yardıma müraciət etsələr, onları karantinə cəlb edəcəklər. Gecikmə olduqda biz xəstələri daha ağır vəziyyətdə izolyasiya etməyə məcbur oluruq. Erkən diaqnoz bizim üçün çox vacibdir. Təcili yardım xidmətindən mütləq şəkildə çəkinməmək lazımdır”.

Azərbaycanda koronaya məruz qalan rayonların - Siyahısı
Azərbaycanda yeni növ koronavirus pandemiyasına məruz qalan rayonların statistikası açıqlanıb.

Avrasiya.net xəbər verir ki, Bakı şəhəri və Azərbaycanın 26 şəhər və rayonunda virusa yoluxma faktı qeydə alınıb. Ən çox yoluxma Bakıda (149 nəfər) olub.

Rayonlar üzrə statistika isə belədir: Abşeron 11, Cəlilabad 15, Astara 3, Quba 2, Xaçmaz 3, Masallı 1, Ağdam 2, Ağdaş 2, Biləsuvar 1, Qusar 9, Tovuz 5, Naftalan 3, Füzuli 3, Zaqatala 3, Xızı 1, Qazax 1, Qax 1, Lənkəran 18, Sumqayıt 6, Neftçala 4, Daşkəsən 3, Salyan 12, Siyəzən 1, Qəbələ 1, Tərtər 1, Ucar 3 nəfər.

Ümumilikdə ölkə üzrə hazırda 822 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 8 nəfər dünyasını dəyişib, 63 nəfər sağalıb, 751 nəfər müalicə olunur.
QHT Şurasında növbəti ictimai müzakirə "Koronavirusla bağlı tibbi maarifləndirmə" mövzusuna həsr olunacaq
"Evdə qalaq, bilgi alaq” kampaniyası çərçivəsində növbəti ictimai müzakirə "Koronavirusla bağlı tibbi maarifləndirmə" mövzusuna həsr olunacaq

Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Real TV ilə birlikdə keçirdiyi “Evdə qalaq, bilgi alaq” onlayn ictimai dəstək və maarifləndirmə kampaniyası çərçivəsində canlı yayımda növbəti ictimai müzakirə təşkil olunacaq.

Cərrah, onkoloq, psixoloq İbrahim Əsədlinin moderatorluğu ilə "Koronavirusla bağlı tibbi maarifləndirmə" mövzusunda keçiriləcək ictimai müzakirədə Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin sədri Sveta Rafiyeva, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgul Abdiyeva və Yoluxucu Xəstəliklərlə Mübarizə İctimai Birliyinin sədri Fikrət Xəlilov çıxış edərək fikirlərini bildirəcək həmçinin, vətəndaşların suallarını cavablandıracaqlar. Canlı yayımda tibb sahəsinin mütəxəssisi olan digər şəxslər də iştirak edəcək.
https://us04web.zoom.us/j/237308479
İngiltərədə gündə 3 min insan koronadan öləcək - Şok iddia
İngiltərədə yeni tip koronavirus aprel ayının 3-cü həftəsində pik səviyyəyə çatacaq.

Axar.az xəbər verir ki, bu barədə Vaşinqton Universiteti Tibb fakültəsinin Sağlamlığın Dəyərləndirilməsi Mərkəzi məlumat yayıb.

Mərkəz ölkələrdəki sosial məsafə qaydalarını, bu günə qədər görülən tədbirlərə nə dərəcədə əməl olunmasını və ölüm nisbətləri kimi meyarları nəzərə alaraq hesabat hazırlayıb.

Mərkəzin iddiasına əsasən pandemiya İngiltərədə aprel ayının üçüncü həftəsində pik həddə çatacaq və bu tarixlərdə ölüm sayı gündə 3 min olacaq.

Belə olarsa, ölkə üzrə avqust ayına kimi 66 min insanın həyatını itirəcəyi deyilir.
Azərbaycanda həkimlər də koronaya tutuldu
Bizim tibbi işçiləri arasında yoluxma halları mövcuddur.

Avrasiya.net xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın mətbuat konfransında deyib.

"Pandemiya ilə bağlı xəstəxanada cəmi bir hal qeydə alınıb. Tibb işçilərinin yoluxma halları digər xəstəxanalarda baş verib. Tibb işçilərinin özlərini qoruması üçün təlimatlar hazırlanıb. Lakin aralarında qaydalara riayət etməyənlər olur və belə hallar baş verir.

Dünya səhiyyəsi, inkişaf etmiş ölkələrlə müqayisədə ölkəmizdə belə hallar azdır. Bütün tibb müəssisələrimizin tibbi cihaz, avadanlıq və dərman vasitələri ilə təmin edilməsi davam edir", - R.Bayramlı qeyd edib.
Prezident elan edib, fövqəladə vəziyyət ola bilər - Rəsmi
Bu gün dövlət tərəfindən lazımi və zəruri addımlar atılır. Proseslərin özünəməxsus dinamikası var.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı ehtimalı dəyərləndirən Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, bütün hadisələr izlənir və hadisələrin inkişaf tendensiyasına uyğun addımlar atılır:

“Görülən işlərin nəticəsində Azərbaycanın vəziyyəti digər ölkələrlə müqayisədə yaxşıdır. Azərbaycanın təcrübəsini öyrənmək istəyən dövlətlər də var. Dövlət üzərinə düşən bütün addımları atır. Qaydalardan kənara çıxmaq istəyən vətəndaşlara münasibətdə də müvafiq addımlar atılır”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə bildirib ki, ölkə Prezidenti lazım olduqda bütün gərəkən tədbirləri görəcək:

“Dövlət başçısı fövqəladə vəziyyət elan edilməsini istisna etməyib. Dövlət zəruri bildiyi bütün tədbirləri görəcək”.