Parlamentin Komitə sədri jurnalistlərə minnətdarlığını bildiribSadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


Müasir dövrü mediasız, jurnalistikasız təsəvvür etmək çətindir. Media mənsubları, jurnalistlər ictimai həyatın bütün sferalarını əhatə edən informasiyaya, geniş kütləyə təsir etmək, onları maarifləndirmək gücünə malikdir. Xüsusilə bu ağır və məsuliyyətli günlərdə peşəsini sənət səviyyəsinə yüksəlmiş, çevik və operativ, cəsarərli və qərəzsiz, dəqiq və vicdanlı jurnalistlərə ehtiyac böyükdür.

Danılmaz fakdır ki, onlar dünyada tüğyan edən Covid-19 virusu haqqında düzgün maarifləndirmə işləri apararaq, çoxlu insan həyatının xilas olunmasına səbəb olurlar.
Bütün dünya dövlətləri bu problemlə mübarizədə müxtəlif tədbirlər həyata keçirirlər. Bizim prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü mükəmməl tədbirlərin xalqa doğru çatdırılmağının,onların düzgün maarifləndirilməyinin nəticəsidir ki, bu günə qədər ölkəmiz virusa qarşı mübarizədə yoluxma hallarının aşağı səviyyədə olması və ölüm sayının az olması ilə dünya ölkələri arasında ön sıralarda yer tutur. Heç şübhəsiz ki, günün qəhrəmanları sırasında həkim və polislərlə yanaşı jurnalistlərin(KİV əməkdaşları) də əməyi mütləq qeyd olunmalıdır.

Hörmətli media mənsubları, sağ olun ki, Həsən bəy Zərdabi məktəbinin davamçıları olaraq, peşənizi şərəflə icra edib, daim zirvədə tutursunuz!

Mən sizə öz minnətdarlığımı bildirərək, bu ağır günlərdə sizə möhkəm can sağlığı və yorulmaz fəaliyyət arzulayıram. Ulu Tanrı sizi qorusun!
Heydər Əliyev Mərkəzindən İrana dəstək
Aprelin 7-də Heydər Əliyev Mərkəzinin binası üzərində İran İslam Respublikasının bayrağı videoproyeksiya olunub.

Bu barədə Avrasiya.net-ə Heydər Əliyev Mərkəzindən məlumat verilib.

COVID-19 pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir. Ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq hər gün bir dövlətin bayrağı bina üzərində təqdim olunur.

Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.
“İşsiz övladların birdəfəlik ödəniş üçün müraciət hüququ var” - Nazir
“Ər və ya həyat yoldaşı əmək müqaviləsi üzrə işləyirsə, dövlət artıq onlara yardım edir. Eyni ailəyə ikinci yardımın edilməsi hər halda düzgün olmazdı. Ancaq həmin ailənin övladlarına bu hal şamil edilmir. Çünki hər bir övlad ayrıca ailə hesab olunur.”.

Avrasiya.net xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, ailələrdəki işsiz olan övladların birdəfəlik ödəniş almaq üçün ayrıca müraciət etmək hüququ var: "Dörd nəfərlik ailədə ata, ana və 18 yaşı keçən əmək qabiliyyətli iki övlad varsa, ata və ananın biri hər hansı yardım alırsa, o zaman digərinə vəsait ödənilmir. Amma övladların ayrıca müraciət etmək hüququ var”.
"Heydər Əliyev Fondu vətəndaşların müraciətlərinə heç bir zaman biganə qalmayıb"Cəlal Qurbanov
Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar şair

Son zamanlar ölkədə hökm sürən ciddi karantin rejimində vətəndaş həmrəyliyinin bir daha şahidi oluram.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) bu çətin günlərdə aztəminatlı ailələrə sosial yardım göstərmək istəyən şəxləri vahid virtual məkanda birləşdirən portal yaradıb. Bu xəttlə ehtiyacı olan insanlara kömək etmək istəyən, bacardığı maliyyə yardımını əsirgəməyən neçə-neçə millət vəkillərinin, sənət adamlarının, imkanlı şəxslərin, tanıdığım və tanımadığım dəyərli insanların müraciətlərinin şahidi oldum və bu məni çox qürurlandırdı.

RİİB köməyə ehtiyacı olan aztəminatlı ailələrin müraciətlərini 150 çağrı mərkəzindən qəbul edir və onlara hazırda yardım çatdırmaqda davam edir. Aksiya başladığı gündən Fond hər gün yüzlərlə aztəminatlı ailəyə yardım göndərir, onların ehtiyaclarını qarşılayır. Bu günə qədər yardım edilən ailələrin sayı minlərlədir.

Qeyd etməyi özümə borc bilirəm ki, Heydər Əliyev Fondu vətəndaşların müraciətlərinə heç bir zaman biganə qalmayıb, daima xalqın yanında olub, kasıbına, xəstəsinə, qocasına, cavanına hər zaman əl tutub, ehtiyacı olanlar üçün əlindən gələni edib və etməkdə də davam edir. Bütün bu xeyirxah işlərin başında duran Heydər Əliyev Fondu bu sosial layihədə də əsas təşəbbüskardır! Gün ərzində həm sosial şəbəkələrdə, həm televiziya ekranlarında izlədiyiniz bu sosial çarxlar xüsusi karantin rejimində vətəndaşlarımızın evdə qalması, evdən çıxmaması üçün hazırlanan SOSİAL ÇAĞIRIŞLARDIR!

Xalqın daima yanında olan dəyərli sənət adamlarımız bu karantin günlərində yaşlı insanlarımız öz doğmalarıyla daim ünsiyyətdə olsun deyə, öz kiçik hədiyyələrini də həmvətənlərimizə çatdırmağı özlərinə borc biliblər. Heydər Əliyev Fondu başda olmaqla, RİİB nin əməkdaşlarına, Dəyər ver komandasına və "dəstək qutusuna" yardım edən bütün dəyərli, xeyirxah insanlarımızın hər birinə minnətdaram! Bu sosial layihəyə başqa don geyindirməyə çalışan insanlar isə yalnız bu xalqı sevməyən insanlar ola bilər...

Hamımız bu VƏTƏNİN övladlarıyıq! Gəlin, belə çətin günlərdə bir birinə dəstək olaq, dəstək olaq ki, xoş günlər daha tez gəlsin! Sevgilərlə...
 Baş nazirdən işsiz vətəndaşlarla bağlı - Qərar
Nazirlər Kabineti Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edib.

Avrasiya.net xəbər verir ki, qərarda deyilir:

"Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.5-ci bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı tədbirlər planı”nın II hissəsinin 4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi 2 karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilsin.

2. “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” təsdiq edilsin (əlavə olunur).

3. Bu Qərar 2020-ci il 1 aprel tarixindən tətbiq olunur".
Korona ilə mübarizə: Azərbaycan liderlər sırasındadır
Ümumdünya Səhiyyə Təşkilatının rəyinə əsasən, koronavirus (COVİD - 19) pandemiyası ilə mübarizədə əsas şərtlərdən biri müayinələrin aparılması və xəstəlik hallarının vaxtında müəyyənləşdirilməsidir. Mütəxəssislər bu xəstəliyin sürətlə və geniş yayıldığını nəzərə alaraq, COVID-19-la bağlı testlərin keçirilməsinə daha çox diqqət yetirilməsinin vacibliyini qeyd edirlər. Yalnız bundan sonra yoluxan insanları təcrid etmək və onarın kontaktda olduğu şəxsləri müəyyənləşdirmək mümkündür.

Axar.az xəbər verir ki, hazırda Azərbaycan Respublikasında həyata keçirilən qabaqlayıcı tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa və sanitar-epidemoloji vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün bütün imkanlar mövcuddur, o cümlədən diaqnostik alətlər və tibbi ləvazimatlar vaxtında ölkəyə gətirilərək, tibb müəssisələrinə təhvil verilib.

Virusun laborator diaqnostikası üçün tibb müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir laboratoriya sistemləri qurulmuş, onlar həmçinin Avropa ölkələrinin buraxdığı testlərlə təchiz edilib.

Aprelin 7-nə olan məlumata əsasən, ölkədə COVID-19-la bağlı 53 300 müayinə həyata keçirilib. Əhalinin hər bir milyon nəfərinə düşən müayinənin sayı 5262 nəfər təşkil edir. Bu rəqəm müayinələrin sayına görə Azərbaycanın MDB və Cənubi Qafqazda birinci yerdə olduğunu və bir çox Avropa ölkələrini qabaqladığını göstərir.

Müayinələrin vaxtında və əhatəli şəkildə aparılması xüsusilə həssas risk qrupları-yaşlılar, immunosupresiv xəstələr arasında COVID-19 infeksiyasının yayılmasının qarşısının vaxtında alınmasında mühüm rol oynayır. Hazırda ölkədə əhalinin COVID-19-a dair müayinələrinin keçirilməsi ilə bağlı işlər davam etdirilir, müvafiq laboratoriyalar qurulur, habelə tibb müəssisələri zəruri ləvazimat və preparatlarla təchiz edilir. Bu da onu deməyə əsas verir ki, qısa zaman ərzində müayinə dinamikasnın artması müşahidə ediləcək.

Bu, Azərbaycan dövlətinin koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirdiyini əyani şəkildə təsdiq edir
Nazirdən ödənişlə bağlı açıqlama: Ailənin bir üzvü işləyirsə...
Bəzən əmək müqaviləsi ilə işləyən şəxslər belə birdəfəlik ödəniş almaq üçün müraciət edirlər. Birmənalı şəkildə bilməliyik ki, dəstək sosial cəhətdən həssas təbəqəyə aiddir. Əgər ailənin bir üzvü əmək müqaviləsi ilə işləyirsə, ailə üzvlərinin başqa nümayəndəsi əlavə dəstək ala bilməz.

Avrasiya.net xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, gəlir mənbəyi olanların işsizliklə bağlı müraciət etməsi sadəcə işi ləngidir.

S.Babayev qeyd edib ki, məhz işsiz hesab edilən şəxslər üçün birdəfəlik ödəniş ediləcək:

"Son iki gün ərzində 10 minlərlə müraciət emal edilib. Qeydiyyata düşən və haqqı olan hər kəsə ödəniş olunacaq".

Komitə müəllimindən hamilə qalan şagird barədə açıqlama YAYDI
Aprelin 6-da kütləvi informasiya vasitələrində yayılan məlumatda Lerik rayonunun Kirəvud kəndinin 11-ci sinif şagirdinin (təvəllüd: 2003-cü il) kəndin rus dili müəllimindən (təvəllüd: 1961-ci il) 5 aylıq hamilə olduğu və kənd icra nümayəndəsi Şəfiq Əliyevin də bu məlumatı təsdiqlədiyi bildirilirdi.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Lerik rayon İcra Hakimiyəti başçısının müavini Arzu Vəliməmmədova ilə əlaqə saxlayaraq hadisə ilə bağlı ətraflı məlumat alıb. A.Vəliməmmədova hadisənin rayon hüquq - mühafizə orqanları tərəfindən araşdırıldığını, uşağın psixoloji vəziyyətinin qiymətləndirilməsi üçün aprelin 6-da kənd icra nümayəndəsi və psixoloqla birgə ailəyə səfər etdiklərini bildirib. Məlumatda məktəbli və anasının Rayon polis şöbəsində yerli icra nümayəndələrinin iştirakı ilə dindirildiyi qeyd olunub. Dindirilmə zamanı məlum olub ki, məktəbli ailəsi tərəfindən də mütəmadi olaraq təzyiqlərə məruz qalıb. Eyni zamanda, ailə fərdlərinin psixoloji durumunun normal olmadığı diqqətə çatdırılıb. Mütəxəssislər, azyaşlının ailəsinin yanında qalmasının təhlükəli olduğunu nəzərə alaraq, onu Bakıdakı sığınacaqlardan birinə yerləşdirilməsini məqsədəuyğun hesab ediblər.

Hazırda məktəblinin “Təmiz Dünya” sığınacağına yerləşdirilməsi istiqamətində işlər aparılır.

“Son olaraq bildirmək istəyirik ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi azyaşlılara qarşı cinsi zorakılıq və qısnama hallarını kəskin şəkildə pisləyir, dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə aparılan çətin bir zamanda valideynləri övladlarına qarşı diqqətli və həssas davranmağa çağırır. Karantin günlərini uşaqlara bir qədər də yaxın olub, dost mühitinin yaradılması üçün bir fürsət kimi dəyərləndirməyi və onları belə hallardan qorumaq üçün məlumatlandırıcı söhbətlər etməyi tövsiyyə edir. Bu qayğılı günlərdə bir-birimizlə münasibətdə tolerant, sayğılı olaq, məsələlərə daha həssas və məsuliyyətlə yanaşaq”.
"Resurslardan düzgün şəkildə istifadə etməliyik"“Dövlətin dəstəyi pandemiya dövründə sosial cəhətdən zəif kontingentə yönəlib. Bəzən əmək müqaviləsi ilə işləyənlər də birdəfəlik ödəmə üçün müraciət edirlər".

Avrasiya.net-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir bildirib ki, ailənin bir üzvü işləyirsə, əmək haqqı alırsa, digər üzvünə bu məbləğin verilməsinə ehtiyac yoxdur:

“Əgər ailənin hər hansı üzvü dövlətdən hansısas dəstək alırsa (müavinət, sosial yardım, pensiya və s.) ona birdəfəlik ödəmə verilməyəcək. Resurslardan düzgün şəkildə istifadə etməliyik. Son 2 gündə on minlərlə müraciət emal edilib. Bunların 60 faizi haqqı olmadan birdəfəlik ödəməni almaq istəyən iş yeri,müqaviləsi olan, pensiya alan və s. şəxslər tərəfindən edilir. Bu sayın çox olması bizim işlərimizi gecikdirir”.