Xəstəxanaya getmək üçün evdən çıxdı - Yolda avtomibildə öldü
Saray sakini öz avtomobilində dünyasını dəyişib.

Bu barədə Publika.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Abşeron rayon, Saray qəsəbə sakini 1950-ci il təvəllüdlü M. Abbasov "VAZ 2107" markalı 10 EC 666 dövlət nömrəli avtomobildə Saray qəsəbəsindən Sumqayıt şəhəri istiqamətində hərəkət edirmiş.

Saray qəsəbəsi ilə Sumqayıt şəhəri arasında qurulmuş buraxılış məntəqəsinin yaxınlığında sürücünün halı pisləşib və o sükan arxasında dünyasını dəyişib.

Avtomobildə M.Abbasov ilə bərabər onun 1979-cu il təvəllüdlü oğlu Z.Abbasov da olub.

İlkin məlumata görə, M.Abbasov qaraciyər çatışmazlığından əziyyət çəkib, uzun illər dializ xəstəsi olub.

O evdən 1 saylı Sumqayıt Şəhər Xəstəxanasına getmək üçün çıxıbmış.

Faktla bağlı Abşeron prokurorluğunda araşdırma aparılır.
Su kanalında batan ata və oğlunun meyiti tapılıb
Neftçala rayonunun Astanlı kəndində, “Baş Mil-Muğan” kollektorunda batdığı ehtimal olunan 1989-cu il təvəllüdlü Əsgərov Nurlan Aslan oğlu və 2015-ci il təvəllüdlü Əsgərov Aslan Nurlan oğlunun axtarışları başa çatıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, hər iki şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Beşinci kolon siyasi mübarizə adı altında milli maraqlara xəyanət edir Anar Məmmədov
Milli Məclisin deputatı


Bu gün dünyada, eləcə də ölkəmizdə koronavirusla bağlı vəziyyət olduqca gərgindir. Əsas diqqət problemin qarşısının alınmasına yönəlib. Azərbaycan hökuməti tərəfindən pandemiyaya qarşı mübarizə tədbirləri görüldüyü halda bütün bunların müqabilində bir sıra destruktiv qüvvələr - xüsusilə ölkədəki sabitliyi pozmaq istəyən sözdə müxalifət öz rüsvayçılıqlarını gizlətməkdən ötrü uğursuz cəhdlərə əl atıb, heç bir əsası olmayan bəyanat yayırlar. Fəaliyyəti daha çox Azərbaycanda xaotik bir durumun formalaşmasına köklənmiş köhnə təfəkküründən əl çəkə bilməyən radikal müxalifətin istək və əməli bunun real təcəssümüdür.

Adını müxalifət qoysa da, əməlləri daha çox xalqa və onun formalaşdırdığı müstəqil dövlətə qarşı yönələn, beləliklə də əsl mahiyyətini istər - istəməz ifşa edən radikal qüvvələrin Azərbaycanda nədən hər vəchlə sabitliyin pozulmasına, anarxiyanın yaranmasına çalışmasının səbəbi əslində heç kimə sirr deyil. Bu gün müəyyən marginal qrupların fəaliyyəti müstəqil Azərbaycana zidd çıxan qüvvələrin əməlləri ilə faktiki olaraq eyni bir şəbəkəyə bağlıdır. Digər tərəfdən müxalifətin sözügedən qanadına elə antiazərbaycançı mövqedə dayananlar tərəfindən vəsait ayrılması, bunun əvəzində müxalifət təmsilçilərinin, onların rəhbərlərinin həmin qüvvələr qarşısında müəyyən öhdəliklər götürməsi, vədlər verməsi elə radikalların öz düşərgəsində tez - tez etiraf edilən həqiqət, bəzən isə bir - birlərinə qarşı səslənən ittihamdır.

Bir neçə gün bundan öncə Milli Şuranın Azərbaycan hakimiyyətinin pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə ölkədə tətbiq olunan rejimdən sui - istifadə ilə bağlı yaydıqları bəyanatın məzmunundan açıq şəkildə görmək olar ki, bu şəxslər yenidən antiazərbaycançı mövqedə dayanaraq ölkədə çaxnaşma yaratmaq niyyətindədirlər. Belə bir həssas məqamda bütün dünya ölkələri, eyni zamanda Azərbaycan hökuməti virusla mübarizə apardığı halda Milli Şura cinayətkarların və hansısa psixoloji problemi olan şəxslərin müdafiəsinə qalxıb, qərbdəki ermənipərəst dairələrin əli ilə ölkəmizin beynəlxalq imicinə xələl gətirməyə çalışır. Lakin bir məqamı unudurlar ki, Azərbaycan dövləti hüquqi dövlətdir və kimliyindən asılı olmuyaraq hər kəs qanun qarşısında bərabərdir və etdiyi əmələ görə məsuliyyət daşıyır. Həbs olunanlar konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunub.

Çünki ölkəmizdə bütün hüquq və azadlıqlar qorunur buna görə də heç kimi öz siyasi fəaliyyətinə görə təqib etmirlər. Azərbaycan hökuməti bu gün tam müstəqil siyasət yürüdür və bəzi təşkilatların da bu gün kimlərinsə diktəsi ilə ölkəmizin daxili məsələlərinə qarışmağa ixtiyarı yoxdur. Bəyanatın məzmunundan açıq şəkildə anlamaq olur ki, kimlərinsə həbsini siyasiləşdirib divident qazanmaq istəyənlər yenidən öz əməlləri ilə xalqın iradəsinə qarşı çıxırlar. Cəmiyyətimizdə isə belə dağıdıcı, eləcə də öz ambisiyalarına müxtəlif don geyindirənlərə yer yoxdur və olmayacaq. Çünki xalq qanuni yolla seçdiyi iqtidarına sadiqdir və onun siyasətini dəstəkləyir. Bir sözlə, xalq kimin kim olduğunu yaxşı bilir. Ona görə də Azərbaycan ictimaiyyəti radikal müxalifətin milli maraqlara zidd mövqeyini və təxribatçı hərəkətlərini qınayır, ciddi etiraz və narazılıqla qarşılayır.
Dövlətimizin əsas məqsədi əhalinin sağlamlığını qorumaqdır
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə müxtəlif istiqamətlərdə genişmiqyaslı islahatlar aparılır. Təbii ki, bu islahatların içərisində iqtisadiyyatın inkişaf etdirilməsi çox mühüm yer tutur. Belə ki, Dünya Bankının “Doing Business” hesabatlarında ölkəmiz biznes mühitinin yaxşılaşdığı qabaqcıl ölkələr sırasında yer alır. Lakin son dövrlər dünyada geniş yayılmış koronavirus (COVİD-19) infeksiyası, təəssüflər olsun ki, görülən bütün qabaqlayıcı tədbirlərə baxmayaraq, ölkəmizdən də yan keçməyib. Hazırda fövqəldövlətlər qeyd olunan xəstəliyin əlində acizdir, yoluxanların və ölənlərin sayı narahatedicidir. Bunlara baxmayaraq, Prezident İlham Əliyev tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi, vəziyyətə uyğun şəkildə zəruri addımların atılması nəticəsində xəstəliyin Azərbaycanda geniş vüsət almasına imkan verilmədi və hazırda bu siyasətin nəticəsi kimi vəziyyət nəzarət altındadır.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.

Adil Əliyev deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus dünya liderlərinə ünvanlandığı məktubda koronavirus pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və görülən işləri təqdir edərək ölkəmizin təcrübəsini örnək göstərib.

Əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşıldığı üçün hələ iki həftə əvvəl ölkəmizdə tibbi maska istehsalına başlanılması üçün dövlətimizin başçısı tərəfindən birbaşa göstəriş verilmişdir. Bu məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumları qısa müddətdə sahibkarlara kreditlər vermiş, nəticədə tibbi maska istehsalı ilə bağlı avadanlığın və xammalın Azərbaycana çox qısa zamanda gətirilməsinə nail olunmuşdur.

Uzaqgörən siyasətin və aparılan iqtisadi islahatların məntiqi davamı olaraq, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak etdilər. Beləliklə, koronavirusla mübarizədə dünyanın bir çox ölkələrində tibbi ləvazimatlarla bağlı yaranan problemlər artıq ölkəmizdə öz müsbət həllini tapır.

Yeni açılan müəssisədə ISO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal edilməsi nəzərdə tutulub. Yaxın günlərdə isə istehsal həcminin 2 dəfə artırılaraq, gündəlik istehsalın 200-250 min tibbi maskaya çatdırılması nəzərdə tutulur. Bu, o deməkdir ki, artıq ölkəmiz tibbi ləvazimatları idxal edən yox, istehsal edən ölkəyə çevrilir. Yeni yaradılan müəssisə həm steril maskaların, həmçinin N95 və digər xüsusi növlərdən olan maskaların istehsal edilməsi üçün nəzərdə tutulub.

İki həftə ərzində günlük 250 min tibbi maska hazırlaya biləcək müəssisənin qurulması və istehsala başlanılması ölkəmizin iqtisadi qüdrətinin əyani sübutudur.

“Sevindirici haldır ki, maskaların hazırlanmasında, istifadə olunacaq spirt və digər dezinfeksiyaedici mayelərin istehsalı ilə hazırda ölkəmizdə müxtəlif istehsalat müəssisələri məşğul olur. Bu gün ölkəmizdə yaradılmış şərait imkan verir ki, tibbi maska və dezinfeksiya vasitələrinin istehsal sahələrinin təşkilində çox qısa zamanda uğur qazanaq. Bu, həm də dövlətin özəl sektora qayğısının, dövlət və özəl sektorun tərəfdaşlığının, dövlətin özəl sektorun inkişafı istiqamətində atmış olduğu addımların məntiqi nəticəsidir.

Xatırlatmaq istərdim ki, Sumqayıt Kimya Sənaye Parkı da cənab Prezidentin təşəbbüsü ilə yaradılıb. Məqsəd qeyri-neft sektorunun inkişaf etdirilməsi, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, sahibkarlığın inkişafına şərait yaradılmasıdır.

Dövlətimizin əsas məqsədi ondan ibarətdir ki, insanlar xəstəliyə yoluxmasın, onların sağlamlığı təmin edilsin və buna nail olmaq üçün bütün tədbirlər görülür. Eyni zamanda, vətəndaşlar daha da məsuliyyətli olmalı və şəxsi gigiyenalarına fikir verməli, özlərini və yaxınlarını bu xəstəliyə yoluxmaqdan qorumalıdırlar”, - deyə Milli Məclis Sədrinin müavini bildirib.
Operativ Qərargahdan XƏBƏRDARLIQ
Azərbaycan Respublikasında tətbiq olunmuş xüsusi karantin rejimi əhalinin sağlamlığının qorunması və ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, tədbiq olunmuş qaydaların, o cümlədən hərəkət məhdudiyyətinin vətəndaşlar tərəfindən icra olunması təqdirəlayiq hal kimi qiymətləndirilir.

Buna baxmayaraq, xüsusi karantin rejimi qaydalarının pozulmasına cəhdlər də müşahidə olunur.

Fəaliyyətinə icazə verilən bəzi hüquqi və fiziki şəxslər kənar vətəndaşların adlarını icaze.gov.az portalına daxil etməklə, həmçinin bir sıra kütləvi informasiya vasitələri əməkdaşları olmayan ayrı-ayrı şəxslərə saxta vəsiqələr verməklə onların maneəsiz hərəkətinə şərait yaradır və xüsusi karantin rejiminin tələblərini kobud şəkildə pozurlar.
Operativ Qərargah xəbərdarlıq edir ki, xüsusi karantin rejiminin tətbiqinə nəzarət edən aidiyyəti qurumlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” elektron sisteminə müraciət etməklə istənilən şəxsin əmək fəaliyyəti barədə müvafiq məlumat əldə etmək imkanına malikdirlər.

Vətəndaşın elektron sistemdə əmək müqaviləsinin olmadığı təqdirdə, yanlış məlumatı icaze.gov.az portalına daxil edən və ya saxta sənədi verən qurum və ondan istifadə edərək xüsusi karantin rejimini pozan şəxslər barədə qanunvericiliyə uyğun olaraq ölçü götürüləcəkdir.
Neftçalada 2 nəfər su kanalına düşübNeftçala rayonunun Astanlı kəndində 2 nəfərin su kanalına düşüb.

Fövqəladə Hallar Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.
Milli Teleradio Şurasının yeni sədri kimdir? - DOSYE
Aprelin 5-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

MTRŞ-dan erilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb.

“Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.

Nuşirəvan Məhərrəmli isə MTRŞ-nin sədri vəzifəsindən kənarlaşdırılıb.

Milli Teleradio Şurasının yeni sədrinin tərcümeyi-halını təqdim edirik:

İsmət Rəcəb oğlu Səttarov 1983-cü ildə Bakı şəhərində anadan olub.

O, 1998-ci ildə Bakı şəhəri, Səbail rayonu 160 saylı orta məktəbi bitirib, 2002-ci ildə Bakı Dövlət Universitetinin “İqtisadi kibernetika və tətbiqi riyaziyyat” fakültəsində bakalavr, 2004-cü ildə həmin fakültənin magistr dərəcəsi, 2008-ci ildə isə Texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2000 - 2004-cü illərdə bank sektorunda çalışıb, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondunun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib.

2011-ci ildən yeni yaradılmış “Region TV” adlı prodüser qrupunun direktoru vəzifəsini icra edib, 2014-cu ildən həmin prodüser qrupunun əsasında yaradılmış “Region TV” telekanalının direktoru olub. 19.09.2016-cı il tarixindən ARB Media Qrupun rəhbəri olub, “ARB24” MMC-nin direktoru vəzifəsini icra edib.

Azərbaycan Prezidentinin 4 aprel 2020-ci il tarixli sərəncamı ilə İsmət Səttarov 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.

Milli Televiziya və Radio Şurasının 6 aprel 2020-ci il tarixli iclasında Şuranın sədri seçilib.

Evlidir, bir övladı var.
Nuşirəvan Məhərrəmli vəzifədən getdi
Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

MTRŞ-dan Avrasiya.net-ə bildirilib ki, iclasda təşkilati məsələlərə baxılıb.

“Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.

Qeyd edək ki, bu günə qədər MTRŞ rəhbəri vəzifəsini Nuşirəvan Məhərrəmli icra edirdi.
İlham Əliyev Akif Çovdarovu ƏFV ETDİ
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb.

Avrasiya.net-in məlumatına görə, əfv olunanlar arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov da var.

Sərəndamda bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Hərbi Məhkəməsinin 2017-ci il 30 oktyabr tarixli hökmü ilə məhkum edilib.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.