Sumqayıtda yol polisi əməkdaşı qəza törətdi, özü və həyat yoldaşı xəstəxanalıq oldu - FOTO
Sumqayıtda yol polisi əməkdaşı idarə etdiyi avtomobili yol kənarındakı ağaclara çırpıb.

APA-nın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, sürücü 1985-ci il təvəllüdlü İsa Hüseynov idarə etdiyi “Priora” markalı avtomobilin idarəetməsini itirərək nəqliyyat vasitəsini yol kənarındakı ağaclara çırpıb. Qəza nəticəsində sürücü və həyat yoldaşı 1987-ci il təvəllüdlü Fərqiyyə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. F.Hüseynovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, İ.Hüseynov Sumqayıt Dövlət Yol Polisi Şöbəsinin əməkdaşıdır.
QHT Şurası yanında İctimai Qərargahın üzvlərinin siyahısı açıqlandı
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yanında Koronavirusla mübarizə üzrə İctimai Qərargah üzvlərinin siyahısını açıqlayıb.

Avrasiya.net həmin siyahını təqdim edir:

1. Fərasət Qurbanov
Şura Katibliyinin icraçı direktoru. Sədr

2. Əliməmməd Nuriyev
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti. Üzv

3. Sahib Məmmədov
Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri. Üzv

4. Rufiz Qonaqov
Beynəlxalq Münasibətlərin Araşdırılması İctimai Birliyinin sədri. Üzv

5. Emin Həsənli
Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri. Üzv

6. Şahin İsmayılov
Gələcəyə Doğru Təşəbbüskar Tələbələr Birliyinin İdarə Heyətinin üzvü. Üzv

7. Nərgiz Eyvazova
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının İdarə Heyətinin üzvü. Üzv

8. Anar Xəlilov
“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri. Üzv

9. Rauf Zeyni
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti. Üzv

10. Qalib Nəbiyev
“Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyinin sədri. Üzv

11. Fuad Bədəlov
Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri. Üzv

12. Əli Mirzəyev
Şirvan Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri. Üzv

13. Eynulla Xeyrullayev
Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri. Üzv

14. Füzuli Əsədov
Mingəçevir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri. Üzv

15. Sahib Fərzəliyev
“Potensial” Sumqayıt Mütəxəssislər İctimai Birliyinin sədri. Üzv

16. Vamiq Babayev
“Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri. Üzv

17. Umud Rəhimoğlu
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti.Üzv

18. Niyaməddin Orduxanlı
Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyinin sədri. Üzv

19. Mehriban Zeynalova
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri. Üzv

20. Yeganə Sultanova
Azərbaycan Diabet Liqası İctimai Birliyinin sədri. Üzv

21. Cəsarət Hüseynzadə
"İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri. Üzv

22. Ziba Nəbiyeva
"İnkişafa Doğru Qadın Təşəbbüsü" İctimai Birliyinin sədri. Üzv

23. Ceyhun Musaoğlu
Jurnalist Ekspert Mərkəzi İctimai Birliyinin sədri. Üzv

24. Elşad Eyvazov
Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri. Üzv

25. Aynur Camal
"Qadın Konsensus Mərkəzi" İctimai Birliyinin sədri. Üzv

26. Qabil Abbasoğlu
Media İnkişaf Mərkəzi İctimai Birliyinin sədri. Üzv

27. Telman Mamedov
“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini. Üzv

28. Aqil Camal
“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri. Üzv

29. Zülfüqar Hüseynzadə
Beynəlxalq Liberal Maarifçilik İctimai Birliyinin sədri.Üzv

30. Aqil Fərəcov
“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri. Üzv

31. Ruslan Atakişiyev
İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri.Üzv

32. Mayis Əliyev
Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri.Üzv

33. Təranə Məmmədova
Psixoloji Xidmət və Tədiqatlar İctimai Birliyinin sədri.Üzv

34. Elşad Məmmədli
“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin icraçı direktoru. Üzv

35. Rauf Məcidbəyli
Şura Katibliyinin baş məsləhətçisi. Üzv

36. Emin Məmmədov
Şura Katibliyi baş mühasib. Üzv

37. Elməddin Behbud
Şura Katibliyinin aparıcı məsləhətçisi. Üzv

38. Nədimə Rəhimli
Şura Katibliyinin məsləhətçisi. Üzv

39. Elnur Bağırlı
Şura Katibliyinin məsləhətçisi. Üzv

40. Sənan Nəcəfov
Qhtxeber.az saytının baş redaktoru. Üzv
Gəncədə həyat yoldaşını yandıran şəxs saxlanıldı - TƏFƏRRÜAT
Gəncədə həyat yoldaşının üzərinə benzin töküb yandıran şəxs saxlanılıb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, saxlanılan şəxs Daşkəsən rayon sakini 1985-ci il təvəllüdlü Abbasov Simon Yaşar oğludur.

Həmin şəxs Gəncə şəhər Baş Polis idarəsinin əməkdaşların keçirdikləri əməliyyat nəticəsində tutulub.

Qeyd edək ki, hadisə ötən gecə şəhərin Zərdabi küçəsindəki yaşayış evlərinin birində qeydə alınıb.

1986-cı il təvəllüdlü Abbasova Könül Vaqif qızı bədəninin 40-50 faiz yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadını həyat yoldaşı üstünə benzin tökərək yandırıb. Səbəb isə onların boşanması olub.

Faktla bağlı araşdırma aparılır.



Azərbaycanda koronavirusdan daha 2 şəxs vəfat etdi
Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata əsasən, 1931-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı şəkərli diabet xəstəsi olmuş, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib.

Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Qeyd edək ki, bununla da, Azərbaycanda koronavirusdan həyatını itirənlərin sayı 7 nəfərə yüksəlib.

Xatırladaq ki, ölkəmizdə 584 şəxsdə koronavirus aşkarlanıb, onlardan 32 nəfəri sağalıb. Hazırda 545 xəstənin müalicəsi davam etdirilir.
İcazə üçün 456 min SMS göndərildi
Qısa müddətdə yaradılan “Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması və monitorinqi sistemi” vasitəsilə aprelin 5-dən etibarən vətəndaşların sorğuları cavablandırılmağa başlanılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün 8103 qısa nömrəsinə 223 min telefon nömrəsindən 456 min SMS göndərilib. Bunlardan da təqribən 284 mini, yəni, 62 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb.

Qeyri-ciddi, aidiyyəti olmayan SMS-lərin göndərilməsi yaşayış yerini zəruri olaraq tərk etmək istəyən vətəndaşlara SMS-in vaxtında çatmasına maneə törədir. Hər kəsi belə hallardan çəkinməyə çağırır və bildiririk ki, əks halda bu cür hallar karantin rejimi tələblərinin pozulmasi kimi qiymətləndirilə bilər.

Agentlik vətəndaşlara tövsiyə edir ki, SMS müraciətlərini 30 dəqiqə və ya 1 saat öncədən həyata keçirsinlər. Cavab mesajı ən geci 1 saat ərzində gələcək. Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir. Təsdiq mesajı aşağıdakı məzmundadır:

Nümunə: 2-ci indeks üzrə bu SMS-i aldığınız vaxtdan etibarən 2 saat müddətinə yaşayış yerinizi tərk edə bilərsiniz.

Təsdiq cavabı gəldikdən sonra müraciət edən vətəndaş olduğu yeri tərk edə bilər. Vətəndaşlar SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar “ASAN xidmət”in 9108 Çağrı Mərkəzi və ya müvafiq mobil operatorların Çağrı Mərkəzlərinə müraciət edə bilərlər:

- Azercell - *1111; şəhər nömrələrindən 012 490 49 49

- Bakcell - 555; şəhər nömrələrindən 012 498 89 89

- Nar - 777⁩; digər mobil operatorlardan və şəhər nömrələrindən 012 444 07 77

SMS müraciətlərində gecikmələrlə bağlı müxtəlif səbəblər ola bilər. Misal üçün, müxtəlif yeni və köhnə nəsil telefon modellərinin tənzimləmə məhdudiyyətləri, bəzi şəxslərin lüzumsuz yerə dəfələrlə sistemə müraciət etməsi nəticəsində şəbəkənin yüklənməsi və mobil qurğularla bağlı digər bu kimi texniki səbəblər.

Evdən çıxarkən vətəndaşın şəxsiyyət vəsiqəsinin üzərində olması mütləqdir.

SMS sistemi hazırda tam dayanıqlı və təhlükəsiz vəziyyətdə çalışır. Hər hansı problem yaranacağı təqdirdə vətəndaşlar dərhal bu barədə və hansı addımların atılmalı olduğu haqda məlumatlandırılacaqlar.

Agentlik bir daha vətəndaşların diqqətinə çatdırır ki, yalnız zərurət yarandığı halda xidmətdən istifadə etmək tövsiyə olunur. SMS sistemi vasitəsilə icazə alınması zamanı sui-istifadə halları daim araşdırılacaq. Belə hallara yol verən vətəndaşlar barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.

Bununla yanaşı, aprelin 3-dən etibarən əməkdaşlar üçün icazənin alınması ilə bağlı 32 min 112 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsilə 494 min 307 icazə qeydiyyata alınıb.
Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN
Çin epidemiyanın ikinci dalğasını elan edərək, yenidən sərhədləri bağlayıb. Yerli hökumət Xenyan Çzya əyalətinin rayonlarını total karantinə alıb. Orda yarım milyon insanın yaşadığı bildirilir.

Avrasiya.net Sfera.az-a istinadən bildirir ki, Çin virusun yayılmasının dayandığını bəyan edərək, karantini qaldırsa da, yenidən yoluxma aşkarlanıb.

Regionda bu dəfə heç bir simptomu olmayan virus daşıyıcıları peyda olub. Onların bir çoxunun xəstəliyi birinci dəfə keçirib sağaldığı güman edilir.

Dünəndən etibarən rəsmi Pekin insanlara simptomsuz COVID 2019 barədə xəbərdarlıq edir. Bir sutkada 35 yeni yoluxma, 6 ölüm qeydə alınıb.
Türkiyə vaksinin ilk sınağını keçirdi – Nəticə
Türkiyənin koronavirusun müalicəsi ilə bağlı hazırladığı vaksinin sınağı uğurla keçib.

Axar.az xəbər verir ki, bu barədə danışan Türkiyə Elm Qurumunun üzvü, professor Atəş Qara vaksini ilk dəfə heyvanlar üzərində sınaqdan keçirdiklərini və müsbət nəticə əldə etdiklərini bildirib.

“Xoş xəbər! Vaksin heyvanlar üzərində uğurla sınaqdan keçirildi, indi bu, xəstəliyi müalicə edəcək, ya yox, ona baxacağıq”, - Qara bildirib.
Şeyx Əbdül “SOCAR”-“PALMALI” qarşıdurmasının əsil mahiyyətini açdı
Xalq artisti və bir qrup ziyalılarımız Mübariz Mənsimova görə Prezidentə müraciət etdi
Aktualxeber.az-ın redaksiyasına Xalq artisti Şeyx Əbdül Mahmudbəyov və bir qrup ziyalılarımızın adından yazılmış və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına ünvanlanmış müraciət daxil olmuşdur. Müraciəti olduğu kimi veririk.

“Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev cənablarına
Açıq məktub
Möhtərəm cənab Prezidentimiz!
Allah rizası ilə mən, bu gün, ömrümün 77-ci baharını yaşayan vətənpərvər, milli ruhlu ağsaqqal bir ziyalı və xalq sənətkarıyam. Bütün varlığımla xalqımıza, vətənimizə, müstəqil Azərbaycanımıza və daimi seçicisi olduğum möhtərəm Prezidentimə, tam təmənnasız olaraq bağlı olan xalis azərbaycanlı və Azərbaycan vətəndaşıyam. Məni yaxından, uzaqdan tanıyanlar yaxşı bilirlər ki, mən qətiyyən xoşa gəlmək xatirinə, gəlişi gözəl sözlər demirəm və bəy tərifi də etmirəm. Müqəddəs söz insanlara verilən İlahi payıdır və mənim də qismətimə söz adamı olmaq düşüb. Bütün ömrüm boyu müqəddəs və doğru sözə xidmət etmişəm və qismət olarsa, ömrümün axırına kimi də xidmət edəcəyəm İnşaallah!
Möhtərəm cənab Prezidentimiz!
Axır vaxtlar, gözlənilmədən yaradılan və gündəmə çıxarılan, hətta lənətə gəlmiş koronavirusu da kölgədə qoyan, ictimaiyyətdə son dərəcə arzu olunmaz, şər söhbətlər, yol verilməz qarşıdurmalar və sosial gərginliklər yaradan, “SOCAR”-“PALMALI” qarşıdurmasına, ARDNŞ rəhbərinin günahı ucbatından həm Ağsaqqal bir xalq sənətkarı və həm də adi bir vətəndaş kimi çox ciddi surətdə narahatlığımı bildirmək istəyirəm. Əslində qərəzli surətdə ortaya atılan bu arzuolunmaz və yol verilməz qondarma təxribata münasibət bildirmək hər bir sağlam düşüncəli vətəndaşlarımızın mənəvi haqqı və vətəndaşlıq borcudur. O cümlədən də mənim…
Artıq günü-gündən, qızışdırılan, alovlandırılan, çox ciddi surətdə qarşısı alınmaz söz-söhbətlərə, ictimai-siyasi narazılıqlara, qarşıdurmalara və bütünlükdə isə birbaşa aşkar düşmənçiliyə aparan bu təhlükəli hadisəyə vaxt itirilmədən, həm möhtərəm Prezidentimiz özü şəxsən, həm xeyirxah, vətənpərvər, qərəzsiz Ağsaqqallarımız və həm də sağlam düşüncəli vətəndaşlarımız birlikdə münasibət bildirməli, təhlükəli və yol verilməz olayın qarşısı vaxtında alınmalıdır. Şəxsən mən bugünkü sabitliyimizin, əmin-amanlığımızın, ümummilli birliyimizin sürətlə vüsət aldığı, həm ölkə daxilində və həm də Beynəlxalq aləmdə günü-gündən artan, çoxalan nüfuzumuzun, iqtisadi, siyasi, sosial və ideoloji nailiyyətlərimizin, geniş və əhatəli şəkildə çox böyük uğurlarla inkişaf etdiyi bir vaxtda, ortaya atılmış bu qarşıdurmaya, qara piar kompaniyasına, aşkar düşmənçiliyə, şər-böhtanlara, ittihamlara və s. qətiyyən təsadüfü bir hal kimi, qərəzli məqsədlərlə təşkil olunan kimi baxmıram, düşünmürəm və inanmıram. Bu gün dünya şöhrətli iki nəhəng və nüfuzlu şirkətin və şirkət rəhbərinin düşmənçilik etmələrinə əslində heç bir əlahiddə səbəb, gərək və ehtiyac yoxdur. Fikir verin, hər iki rəhbər və şirkət də xalqımıza məxsusdur. Amma gözə görünməz kimsələrin sırf şəxsi və qərəzli maraqları zənnində, düzülüb-qoşulub, təşkil olunub meydana atılması və hər iki tərəfin münasibətlərinin qızışdırılaraq barışmaz düşmən həddinə çatdırılması, hələlik çox qaranlıq məqamların aydın həlli olmadığının əyani sübutudur. Qondarma ittihamlar qaldırıb, bunu arzu olunmaz hadisəyə çevirib tələm-tələsik şişirdib, siyasiləşdirib beynəlxalq səviyyəyə çıxarıb haylı-küylü sou düzəltmək stəkan-nəlbəkidə tufan yaratmaqdır. Bu bizə əsas verir düşünək ki, bu birbaşa qərəzli surətdə təşkil olunan qondarma və rüsvayçı bir təxribatdır. Məharətlə təşkil olunmuş bu təxribatın mən əminəm ki, əsas təhlükəsi “şou” maskası düzəldib ictimailəşdirib gözdən pərdə asıb görüntü yaratmaqda yox, daha ciddisi və təhlükəlisi onun hələlik görünməyən tərəfindədir.
Bəli nə qədər ki, biz özümüz zaman-zaman sıramızı və nizam-intizamımızı pozanları, səmtimizi və istiqamətimizi dəyişib bizi çaş-baş salan, südləri və qanları bizdən olmayanları, ayırd edib, tanıyıb içimizi təmizləməmişik nəinki bu, hələ bundan betər təhlükələrlə çox üzləşməli olacağıq. Heç bir şübhəm filanım yoxdur ki, biz hələ ağrımaz başımıza çox dəsmallar bağlayacaq, isti aşımıza çox soyuq sular qatılacaq və dup-duru sularımız da çox bulandırılacaq… Bunun əyani sübutu sırf şəxsi və gərəzli münasibətlər və maraqlar zəminində, az qala bütün gündəmi zəbt edən, daha doğrusu zəbt etdirilən, qondarma və rüsvayçı “SOCAR”-“PALMALI” (SOCAR rəhbərinin günahı və gərəzi ucbatından) kimi adlı-sanlı, nəhəng və dünya şöhrətli doğmaca şirkətlərimizin düşmən kimi qarşıdurmalarıdır.
Sual olunur, ilin-günün bu vaxtında Mübariz Mənsimov kimi, xeyirxah, zəhmətkeş, imanı-kamil, əməli-saleh, əl-ayağı tər-təmiz, şərəfli, ləyaqətli, vətənpərvər və ailəcanlı bir Eloğlumuzu, öz halal zəhməti, min-bir əzab-əziyyəti bahasına qazandığı şəxsi vəsaiti ki uf demədən neçə-neçə imkansız ailələrimizə, əlsiz- ayaqsız vətəndaşlarımıza, yüzlərlə balalarımızın (gələcəyimizin!) elminə, təhsilinə maariflənməsinə və s. sərf edən bir vətən oğlumuzdan gərəzli surətdə, düzüb-qoşub, şərləyib, qorxulu və təhlükəli bir düşmən obrazı yaratmağa nə ehtiyac vardır axı?! Görəsən baş verənlər hansı gərəzli və təşkil olunmuş zərurətdən yaranır və ya qaynaqlanır? Onsuz da əlahəzrət zaman hər şeyi öz yerinə qoyacağdır və kimin əsl həqiqətdə kim olduğu da bəlli olacaqdır inşallah! Amma hələlik bizə bəlli olan budur ki, özümüz öz əlimizlə mərdlərimizi qovub namərd edirik. Bəlkə də bizə düz- əməlli bəlli olmayan və məharətlə ört-basdır edilən elə təhlükəli, gizlinlər, təxribatlar, xəyanətlər vardır ki, qondarma “SOCAR”-“PALMALI” oyunu oynamaqla, baş qatıb, əsas məsələlərdən yayındırırlar bizi!
Gəlin etiraf edəyin ki, tarixin müxtəlif dönəmlərində, bir qayda olaraq daima pusquda durub, məgam gözləyən ayıq-sayıq düşmənlərimizin, öz günahımız ucbatından baş verən və yaxud qərəzli məqsədlərlə təşkil edilən, qarşıdurmalardan, parçalanmalardan, hərc mərcliklərdən, ayrı-seçkiliklərdən və s. dərhal sui-istifadə ediblər və öz çirkin,məkirli, təcavüzkar və xəyanətkar əməllərini həyata keçiriblər və yetərincə də bəhrələniblər. Bəs biz neynəmişik? Niyə axı dəfələrlə məruz qaldığımız bu qədər tarixi faciələrdən, qanlı-qadalı qırğınlardan, rüsvayçılıqdan, aşikar vandalçılıqdan və s. bir dəfə də olsa nəticə çıxarmışıqmı, ibrət dərsi almışıqmı? Xeyr…Sadəcə olaraq ara-sıra və kortəbii nələrsə etmişik, kimlərəsə güvənmişik, quru-boş and-amanlara, ağ yalanlara nəticəsi olmayan vədlərə filanlara inanıb, aldanıb oturub gözləmişik.Vəssalam!
Həzrəti Peyğəmbərimiz (S) buyurur – “Görülən işə qiymət, onun nəticəsinə görə verilməlidir.” İnanıb arxayın olub oturmuşuq və növbəti bəlaları gözləmişik. Atalar deyir – “Məni bir dəfə aldadana Allah qənim olsun. İkinci dəfə aldatsa qoy onda Allah mənə qənim olsun!”. Belə olmasaydı əgər, onda yüz illərdir ki, ətimizə yerikləyən, qanımıza susayan və dəfələrlə bizi amansız işğallara, zorən deportasiyalara, qeyri-insani soyqırımlara, vandalizə və s. məruz qoyanlar bəlli ola-ola, dura-dura, onları qoyub, əvəzində, bir-birimizə, kin-kudurət bəsləyib, barışmaz düşmən kimi qənim kəsilməyiniz vallahi-billahi başa düşüləsi mümkünsüz olan bir işdir. Acı və acınaqlı gülüş doğuran bir rüsvayçılıq və nadanlıqdır. Çox təəssüflər olsun bu belə olubdur və yenə də belədir. Bu gün məharətlə təşkil olunan, qərəzli şəkildə qızışdırılan, meydana atılan və surətlə ictimaiələşdirilən “SOCAR-PALMALI” qarşıdurması (ilk öncə rəhbərlər səviyyəsində və şəxsi müstəvidə…) həm də ənənəvi olaraq göz yumduğumuz, əhəmiyyət vermədiyimiz və unutduğumuz o tarixi səhvlərimizin növbəti təzahürü və təkrarıdır. Amma burada daha təhlükəli olan əsas məsələ isə, ilk olaraq ölkə daxili, iki şirkət rəhbəri səviyyəsində başlanan qarşıdurma, mənim fikrimcə daha geniş və məqsədyönlü şəkildə ortaya atılan və planlı surətdə həyata keçirilən, son dərəcə təhlükəli bir təxribatdır.
Möhtərəm cənab Prezidentimiz!
Bu səbəblərdən də, mənim qəti mövqeyim belədir ki, bir tərəfdən qısa bir vaxta, çox böyük məharətlə, uzaqgörənliklə və xüsusi bir canfəşanlıqla hazırlanıb və gündəmə çıxarılan “SOCAR”-“PALMALI” qarşıdurması (SOCAR-ın başladığı) cəmiyyətimizdə çox tez bir zamanda “siyasi bir şouya”, çevrildi və haqlı olaraq ictimaiyyət tərəfindən xoşa gəlməz söz-söhbətlər, arzu olunmaz gərginliklər son dərəcə təhlükəli parçalanmalar, ayrı seçkiliklər, kütləvi etirazlar, aşkar çağırışlar, hədə-qorxular, təhriklər səsləndirildi və bu qarşıdurmalar tələm-tələsik, ölkəmizdən kənara çıxarılıb siyasiləşdirildi… Digər tərəfdən isə, tələm-tələsik ölkəmizdən kənara çıxarılaraq siyasiləşdirilən, bu qarşıdurma, istər-istəməz həm əbədi və əzəli Türkiyə-Azərbaycan qardaşlığına, həm ümummilli birliyimizə, həm xalqımızın əmin-amanlığına, müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə günü-gündən vüsət alan nüfuzuna, həm də geniş-əhatəli, iqtisadi, siyasi, ideoloju və sosial uğurlarına qarşı tarixi düşmənlərimizin ənənəvi olaraq təşkil etdikləri və məharətlə həyata keçirdikləri növbəti təxribatlardan biridir.
Möhtərəm cənab Prezidentimiz!
Hər bir halda biz, bu günlərdə, məhz SOCAR rəhbərinin aşkar günahı və qərəzçiliyi ucbatından, iki nəhəng və dünya şöhrətli şirkətlərimizin arasında baş verən arzu olunmaz və yol verilməz “qarşıdurma” (düşmənçilik həddinə çatdırılmış) səbəbindən təbii ki, daha çox biz özümüz (yuxarıda qeyd etdiyim səbəblərdən) son dərəcə xoşagəlməz və ciddi problemlərlə üz-üzəyik. Bununla belə mən inanıram ki, hər bir halda bu məsələ, bizim öz daxili problemimizdir və onu öz daxilimizdə də, tezliklə həll edib, yoluna qoyacağıq inşallah! Şəxsən mənə görə, (daha doğrusu müşahidələrimə görə) daha təhlükəli olan məsələ isə, bir qayda olaraq tarixin bütün dönəmlərində xalqımıza qarşı, ən çirkin və alçaq vasitələrə əl atan, bu məqsədlərlə də daima məharətlə maskalanıb puskuda durub, fürsət gözləyən kəmfürsət, riyakar, məkirli və xəyanətkar düşmənlərimizin ənənəvi olaraq sui-istifadə etmək təhlükəsidir. Kaş ki, mən öz müşahidəmdə yanılmış olaydım. Atalarımız nahaq yerə deməyiblər ki, – “Ehtiyatlı igidin anası ağlar qalmaz. ”
Möhtərəm cənab Prezidentimiz!
Son olaraq bir qədər uzunçuluq edib, dəyərli vaxtınızı aldığım üçün, rica edirəm ki, məni bağışlayasınız və itirəcəyiniz vaxtınızı da mənə halal eləyəsiniz. Vallahi-billahi neynəmək olar, ürək dolu, deyiləsi-danışılası söz söhbətlər çox, müzakirə olunası ümumi narahatlıq, nigarançılıq və xoşa gəlməz müşkül məsələlər və olaylar isə daha çox. Əvvəla, sizi sevən yalnız sizə inanan, güvənən, etibar edən və yekdil etimad göstərən daima xidmətində durduğunuz xalqımıza xatir… Sonra günahsız balalarımızın şirin canları, qanları, bahasında bir daha əldə etdiyimiz təbərrük Azadlığımız, Müstəqil Dövlətimiz və Dövlətçiliyimizə xatir. Daha sonra müstəqil Azərbaycanımızın xilaskarı, şəksiz qurucusu və baş arxitektoru – dahi Dövlət və siyasət xadimimiz, Ulu Öndərimiz və Ümummilli liderimiz əbədi yaşar Heydər Əlirza oğlu Əliyevin ruhuna xatir… Və nəhayət ən sonda isə həm sizin müsəllah əsgəriniz və daimi seçiciniz, həm ziyalı və Ağsaqqal bir xalq sənətkarı, həm də canımla, qanımla, qəlbimlə, ruhumla təbərrük Azadlığımıza, Müstəqilliyimizə, qədim zəngin və möhtəşəm tariximizə, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə və s. bağlı olan, adi və sadə bir vətəndaşınız kimi Sizdən təkrar-təkrar, dönə-dönə rica edirəm və yalvarıram.
Möhtərəm və sevimli Prezidentimiz, bizim yeganə arzumuz və qəti istəyimiz, şəxsən sizin özünüz, ali mövqeyinizdən, səlahiyyətinizdən, dünya şöhrətli ad-sanınızdan, nüfuzunuzdan və böyüklüyünüzdən, çıxış edib, son dərəcə çirkin, gərəzli və məkirli məqsədlərlə təşkil olunan planlı və düşünülmüş surətdə (bəli bu belədir) şişirdilən, siyasiləşdirilən, ölkəmizin hüdudlarından kənara çıxarılan və az qala iki qardaş xalqı üz-üzə qoyub, aşikar təhlükəyə çevirən “SOCAR”-“PALMALI” şirkətlərinin səbəb olduqları çox ciddi qarşıdurmaları və s. tez bir zamanda, məhz ölkəmizin daxilində həll edəcəksiniz və artıq məşhuri-cahan olan hökümlü NIDA (!) İşarənizi də qoyacaqsınız inşallah! Biz əminik və inanırıq ki sizin bu tarixi xidmətiniz hər iki qardaş xalqın ürəyincədir!
Möhtərəm cənab Prezidentimiz!
Bir halda ki, uzunçuluq edirəm, onda icazənizlə, şəxsən sizin böyüklüyünüz, xeyirxahlığınız, alicənablığınız və əsl xalq Prezidenti olmağınızla bağlı, çox mühüm, əlamətdar və nümunə göstərdiyiniz tarixi bir fakta da münasibət bildirim. Möhtərəm cənab Prezidentimizin və çox hörmətli I-ci Vitse-Prezidentimiz Mehriban Xanım Əliyevanın “Xocalı” faciəsinin anım mərasimində (təbii ki sizin sayənizdə), uzun illərdən sonra, ilk dəfə xalq arasına çıxan və “Xocalı” faciə kompleksinə ziyarətə gələn ahıl və xəstə hal olan eks-prezident Ayar Mütəllibovla əl tutub görüşüb ona diqqət, qayğı və səmimiyyət göstərməyiniz və bunu Dövlət vasitəsi ilə gedən canlı yayımda bütün aləmin gözü qabağında etməyiniz, xalqımıza, vətənimizə, dövlətimizə və dövlətçiliyimizə verdiyiniz çox önəmli, ibrətamiz, nümunəvi bir dəyər idi. Bununla da siz, bütün zamanlar üçün müstəqil Dövlətimizin, ümummilli birliyimizin, böyük barış, xeyirxahlıq, humanistlik, əxlaq, mənəviyyat, milli-mənəvi dəyər və s. kimi nümunəvi və şərəfli bir tarix yazdınız! Bəli möhtərəm cənab Prezidentimiz, yazdınız və bu nümunəvi və şərəfli tarixlə də siz əsl xalq Prezidenti olduğunuzu əyani surətdə göstərib, təsdiq etdiniz!
P.S.”Biz bir millət, iki Dövlətik!” – H.Əliyev.
P.P.S. “Mübariz Mənsimovun həbs edilməsi bir Azərbaycan vətəndaşı kimi məni də məyus etdi. İnanıram və ümid edirəm ki, qardaş Türkiyə dövləti qısa zamanda Mübariz bəyin günahsız olduğunu və “FETÖ” terror təşkilatı ilə heç bir əlaqəsi olmamasına dair qərar verib Mübariz bəyin həbsinə xitam verəcəkdir.”
Dərin hörmət, izzət, ehtiram və qürur hissi ilə,
Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı və əməkdar incəsənət xadimi, kino rejissor, aktyor, ictimai xadim Şeyx Əbdül Mahmudbəyov və xeyirxah, vətənpərvər, milli ruhlu və ziyalı əqidədaşlarınız və daimi seçiciləriniz – Surxay Əliyev, Fərhad Kazımov, Vüsal Məmmədov, Oktay Əliyev, Ramiq Məmmədov və s.”
Qubada 18 yaşlı oğlan yanaraq öldü
Quba rayonunda bədbəxt hadisə baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qımıl kəndində qeydə alınıb.

Kənd sakini, 2002-ci il təvəllüdlü Musayev Bəşir Çərkəz oğlu həyətdə ocaq qalayarkən, üstünə yanacaq düşərək yanıb.

O, dərhal Qusarda yerləşən özəl tibb müəssisəsinə oradan isə Bakıya göndərilib. Həkimlərin səyinə baxmayaraq ağır yanıq xəsarətləri alan şəxsi xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.