Bu şəxslər mağazaya SMS-icazəsiz gedə bilər – Rəsmi
Nazirlər Kabinetinin 124 saylı qərarının bir nömrəli əlavəsinə görə, həyati əhəmiyyətli qurumlarda işləyənlərin – bura Prezident Administrasiyası, Nazirlər Kabineti, DİN, DTX və s. fasiləsiz iş rejimində çalışmalı olan qurumlar, o cümlədən, vəkillər, jurnalistlər, həkimlər daxildir - işə gedib-gəlməsinə icazə var. Sualın biri belədir ki, zəruri obyektlər - ərzaq mağazaları, aptek, bank və poçt xidmətlərindən istifadə zamanı yuxarıda adı keçən qurumlarda çalışanlar SMS-icazə almalıdırmı?

Avrasiya.net xəbər verir ki, bu sözləri Real TV-nin efirində Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

O, suala cavab olaraq bildirib ki, həmin şəxslərin iş prosesi ərzində mağaza və aptekə gedərkən SMS-icazə almalarına ehtiyac yoxdur:

“Ona görə ki, 124 saylı qərarın 1 saylı əlavəsində nəzərdə tutulan qurumların fəaliyyəti 24 saatlıqdır: həkimlər də, jurnalistlər də, polislər də, PA və NK və s. yuxarıda göstərilən qurumların əməkdaşlarının fəaliyyətinə 24 saat sərbəstlik verilib. Ona görə də onların bu xidmətlərdən istifadəsi zamanı SMS-icazə almalarına ehtiyac yoxdur".

Qeyd edək ki, sərtləşdirilmiş qadağalar 5 aprel saat 00:00-dan qüvvəyə minəcək.
Bakı, Sumqayıt və Abşeronda koronavirusa yoluxanların sayı açıqlandı
Abşeron yarımadasında koronavirusa yoluxanların sayı məlum olub.

Avrasiya.net "Koronainfo.az" istinadən xəbər verir ki, infeksiya daşıyıcılarının 149 nəfəri (40,2%) Bakı şəhərindədir.

Bildirilib ki, onların əksəriyyəti paytaxtın Yasamal (27), Binəqədi (23), Nəsimi (23) və Nərimanov (19) rayonlarındandır.

Koronavirus paytaxtın Xətai (13), Səbail (10), Qaradağ (9), Sabunçu (7), Suraxanı (5), Xəzər (3), Pirallahı (2) və Nizami (2) rayonlarında da qeydə alınıb.

Eyni zamanda Bakıda daha 6 yoluxma faktı var. Ancaq onların qeydiyyatı qeyri-müəyyəndir.

Bundan başqa, Sumqayıt şəhərində 7, Abeşron rayonunda isə 9 koronavirusa yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, indiyədək Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir.
“Vətəndaşı əlcək və maska taxmamağa görə cərimələmək hüquqa ziddir”
Müvəkkil Hüuq Mərkəzinin sədri, tanınmış hüquqşünas Səməd Vəkilov Avrasiya.net-ə açqılamasında əlcək və maska taxmamağa görə cərimələrin tətbiq edilməsi ilə bağlı diqqətçəkən şərh verib.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklər edilməyibsə, vətəndaşı əlcək və maska taxmamağa görə cərimələmək hüquqa ziddir.

Günün əsas və aktual sualı: Polis sizi əlcək və maska taxmamağa görə cərimə edə bilərmi? sualını cavablandıran Səməd Vəkilov məsələni belə şərh edir:

Öncə mövcud qanunvericiliyə diqqət edək:

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi.

Maddə 211. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması[104] pidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə – fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Göründüyü kimi İXM-nin 211-maddəsində Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması-inzibati pozuntu sayılır.

Bəs Azərbaycan Respublikası Nazirlər Kabinetinin Operativ Qərargahının tövsiyyələri bu maddənin təsiri altına düşürmü? Tanınmış hüquqşünası Səməd Vəkilov hesab edir ki,bu tövsiyyələrə uyğun İnzibati Xətalar Məcəlləsinə dəyişiklər edilməyibsə bu maddə ilə vətəndaşları cəriməlmək hüquqa ziddir.

Maddə 3. İnzibati məsuliyyətin əsasları Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

Maddə 12. İnzibati xəta anlayışı

12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın.

Göründüyü kimi inzibati xəta hökmən məcəllədə nəzərdə tutulmalıdır. Əgər şəxsin əlcək və maska taxmaması epidemiyanın yayılmasına səbəb olmursa həmin şəxsi bu pozuntu ilə cərmələmək olmaz.Xüsusən də,əgər Apteklərdə maska və əlcək yoxdursa.
Vətəndaşlar maska və əlcəkdən istifadə etməməyə görə cərimə olunmur
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların tibbi maska və əlcəkdən istifadə etməməsinə görə cərimə olunması barədə yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun Report-a bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

O qeyd edib ki, vətəndaşlar tibbi maska və əlcəkdən istifadə etməməyə görə cərimə olunmur: "Polis əməkdaşları həmin şəxsləri saxlayıb, onlara tövsiyə edir ki, özlərinin və yaxınlarının sağlamlığı üçün maska və əlcəkdən istifadə etsinlər. Əlcək və maskadan istifadə etməməyə görə cərimə yoxdur.

E.Zahidov deyib ki, vətəndaşlar yalnız karantin qaydalarını pozduğuna görə, zərurət olmadan evdən çıxdığına görə cərimə olunur: "Məişət tullantılarını atarkən icazə almaq lazım deyil. Vətəndaş zibili atıb geri qayıtmalıdır".
Aprel döyüşləri ordumuzun şanlı tarixi qələbəsidirAnar Məmmədov
Milli Məclisin deputatı


Azərbaycan əsgərinin şücaəti, şanlı zəfəri sayəsində tarix yazan dördgünlük aprel döyüşlərindən dörd il ötür. Xalqımız bu tarixi qürurla anır, qəhrəman oğullarımızı fərəhlə yad edir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel döyüşlərinə xüsusi önəm verərək, onu şanlı tariximiz adlandırdı. “Dördgünlük müharibə” zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu şəhid oldu, 1 helikopteri vuruldu və 1 tank mina partlayışı zamanı sıradan çıxdı. Amma Azərbaycan ordusu düşmən tərəfinə çox ağır zərbələr endirərək, düşmən ordusunu darmadağın etdi. Döyüşlərdə düşmənə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, 300-dən artıq döyüşçü öldürüldü və 500-dən artıq döyüşçü yaralandı.

Ordumuz tərəfindən ümumilikdə 2000 hektardan artıq ərazi işğaldan azad edildi və daha çox ərazi əməliyyat baxımından Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçdi. Xüsusilə erməni işğalçıları tərəfindən işğal olunmuş torpaqlarımızın 2000 hektar ərazisi Azərbaycan Ordusu tərəfindən azad edildikdən sonra ölkə başçısının cəbhəyanı bölgələrə səfər etməsi və əsgərlərimizlə, zabitlərimizlə görüşməsi, orada yaşayan əhalinin yaşayış şəraiti ilə yaxından tanış olması bir daha xalqımızın mənfur düşmən üzərində əldə edəcəyi növbəti qələbələrə inamını artırdı. Bu baxımdan, dövlət başçısının aprel döyüşlərinin bizim şanlı qələbəmiz olduğunu vurğulaması bu qələbələrin davamlı olacağına, bir qarış torpağımızın belə düşməndə qalmayacağına dair verdiyi mesaj kimi qiymətləndirilməlidir.

Aprel döyüşləri dünya ictimaiyyətinə Azərbaycan Ordusunun nə qədər qüdrətli ordu olduğunu bir daha nümayiş etdirdi. Bütün dünya şahidi oldu ki, Azərbaycan Ordusu bu döyüşlərdə necə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərdi. Aprel döyüşləri öz ordusu haqqında yalanlar, miflər uyduran Ermənistanın təbliğatına ciddi zərbə vurdu, erməni cəmiyyətini sarsıtdı.

Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və modern ordusuna sahibdir. Cənab İlham Əliyev sistemli şəkildə təmas xəttində, səngərlərdə olur, əsgərlərlə görüşür, onları təltif edir, durumları ilə maraqlanır, onlarla birgə əsgər yeməyi yeyir. Bunlar həm orduda böyük ruh yüksəkliyi doğurur, həm də onun daxilində olan məsələləri öyrənib problemlərin dərhal həll olunmasına şərait yaradır. Bütövlükdə ordu-rəhbər birliyi, ordu-xalq vəhdəti özünün yüksək səviyyədə həllini tapmışdır!

Bu vəhdətin sübutunu biz dörd il əvvəl aprel döyüşlərində də gördük. Həmin vaxt həyata keçirilən hərbi əməliyyatlar Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi. Gördük ki, bu ordu çox qısa müddətdə qarşısına qoyulan vəzifələri yüksək səviyyədə həyata keçirmək iqtidarındadır. Aprel döyüşləri başlayanda yüzlərlə Azərbaycan gənci hərbi xidmətə çağırış vərəqəsini gözləmədən döyüşmək istəyi ilə səfərbərlik orqanlarına müraciət etdi. Əməliyyat gedən əraziyə bu gəncləri buraxmamaq üçün bir sədd yaratmışdılar. Ermənistan tərəfdə isə Azərbaycan əsgərindən, Azərbaycan silahından qorxub qaçan erməni əsgərlərini saxlamaq üçün sədd çəkmişdilər, hətta onları geriyə qaytarmaq üçün güllə ilə vururdular da!

Bərkə düşən kimi erməni hərbçiləri qaçmağa başladılar. Çünki bilirdilər ki, Qarabağ onların deyil və bu ərazidə müvəqqətidirlər! Azərbaycanın Ermənistana tərs silləsi olan aprel müharibəsi həm Dağlıq Qarabağ münaqişəsində indiyədək yaranmış vəziyyəti ərazi baxımından qismən dəyişdi, həm qüvvələr nisbətində baş vermiş ciddi dəyişiklikləri nümayiş etdirdi, həm də çox ciddi psixoloji dönüşə səbəb oldu! Cəmi dörd gün çəkən aprel müharibəsi göstərdi ki, Azərbaycan iqtisadi, siyasi, mənəvi-psixoloji və hərbi cəhətdən düşməndən qat-qat güclü və üstün mövqedədir!

Uğurlu Aprel qələbəsindən daha da ruhlanan Azərbaycan Ordusu iki il sonra daha bir böyük zəfər qazandı. Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir. İstər şanlı Aprel döyüşləri və Günnüt zəfəri bütün dünya ölkələrinə bir daha göstərdi ki, Azərbaycan hər an öz torpaqlarını düşmən tapdağından azad etməyə qadir ölkədir.

Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan xalqı vətənpərvər, qorxmaz, igid, qəhrəman və mərddir. Onlar son damla qanınacan döyüşərək doğma vətənini gözbəbəyi kimi qorumağı özünə müqəddəs borc bilir.
Daha bir körpədə koronavirus aşkarlandı
İranda iki həftəlik körpədə koronavirus aşkarlanıb.

Publika.az xəbər verir ki, məlumatı Yəzd əyalətindəki Şəhid Saduki Tibb Elmləri Universitetinin prorektoru Mahmud Nuri Şadkam IRNA agentliyinə verib.

O bildirib ki, universitetin xəstəxanasında doğuş edən və koronavirus simptomları daşıyan qadının körpəsində də virusa rast gəlinib. O, körpəsini 800 qr çəkidə dünyaya gətirib.

Körpə xəstəxanada nəzarətə götürülüb.
Rusiya koronavirusun məhv edilməsi üsulunu tapdı
Rusiya alimləri bakteriya, göbələk və viruslara qarşı effektiv mübarizə aparmaq üsulu tapıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası məlumat yayıb.

Bildirilib ki, mütəxəssislər soyuq plazma ilə emal edilən suyun hətta koronavirusa qarşı öldürücü silah ola biləcəyini müəyyənləşdiriblər.

İnfeksiyanın yayılması fonunda hava ilə yanaşı, virusun yerləşə biləcəyi səthlərin də dezinfeksiya olunması əhəmiyyətlidir.

Mütəxəssislər tərəfindən hazırlanmış maye orqanizm üçün tamamilə təhlükəsizdir. “Maqnaril” adlandırılan mayedə zülallar məhv olur və maye quruduqdan sonra səthdə heç bir virus qalmır.

Belə mayedən maskaların və müxtəlif əşyaların təmizlənməsi üçün istifadə etmək olar. O, istehsal üçün kifayət qədər sərfəlidir.
İqtisadi fəallıq bərpa ediləcək – İlham Əliyev
Onlarla körpü, yol qovşaqları, yeni yolların çəkilişi, yolların genişləndirilməsi, yol çəkilişində nəzərdə tutulan standartlar. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanda yol təsərrüfatının keyfiyyətini ən yüksək qiymətlərlə fərqləndirir və yolların keyfiyyətinə görə biz dünyada 30-cu yerlərdəyik. Ancaq əhali artır, fəallıq artır. Baxmayaraq ki, indi koronavirus dövründə iqtisadi fəallıq aşağı düşüb, amma bu, müvəqqəti məsələdir. Bu xəstəliyə qarşı mübarizə yekunlaşandan sonra iqtisadi fəallıq bərpa ediləcək.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olan zaman deyib.

“Nəzərə alsaq ki, Bakı-Sumqayıt yolu artıq mövcud olan nəqliyyatı götürə bilmir və hərəkət çox intensiv xarakter daşıyır, əlbəttə, bu yolun genişləndirilməsi zəruri idi. Çünki indi Bakı ilə Sumqayıt elə bil ki, birləşib, bir çox adamlar Bakıda işləyib Sumqayıtda yaşayırlar və əksinə. Ona görə bu yolun strateji xarakterini nəzərə alaraq, - eyni zamanda, bu, şimal istiqamətə gedən yoldur, - biz bu layihəni icra edirik. Bu, əlbəttə, texniki cəhətdən asan layihə deyil. Çünki çoxlu köçürülmələr, yeni körpülərin tikintisi, bəzi obyektlərin köçürülməsi nəzərdə tutulur. Bu nəqliyyat layihəsinin icrası Dövlət İnvestisiya Proqramında da nəzərdə tutulur. Ona görə piyada keçidlərinin tikintisi, - bu istiqamətdə də son illər böyük işlər görülüb və vətəndaşların təhlükəsizliyi üçün bunun çox böyük əhəmiyyəti var, - yol infrastrukturunun müasirləşdirilməsi, tıxacların azalması və aradan qaldırılması istiqamətində əlavə addımlar atılacaqdır. Əlbəttə, Azəravtoyol, Bakı Nəqliyyat Agentliyi, nəqliyyatla məşğul olan digər qurumlar həm yolların genişləndirilməsi, həm də keyfiyyəti ilə bağlı bütün bu işləri əlaqəli şəkildə aparmalıdırlar. Eyni zamanda, yollarda tənzimləyici qaydaların tətbiq edilməsi nəticəsində “yaşıl dəhlizlər”in yaradılması da nəzərdə tutulur və bu istiqamətdə işlər aparılır. Ona görə bu işləri davam etdirmək lazımdır. Yol və bütün qovşaqlar nəzərdə tutulmuş vaxtda, yəni, təqribən iki aya və maksimum üç ay ərzində istifadəyə verilməlidir. Bu, insanlara rahatlıq gətirəcək və bu yolda tıxacların yaranmasına imkan verməyəcək, - İlham Əliyev bildirib.