Koronavirus hava ilə yayıla bilir - VİDEOKoronavirusun hava yolu ilə yayılması ilə bağlı iddilar təsdiqini tapır.

Bu Yaponiyanın İnfeksiya Xəstəlikləri Dərnəyinin hazırladığı video-çarxda öz əksini tapıb.

Koronavirusun asqırma və öskürmə zamanı hava yolu ilə yayılmasını əks-etdirən video-çarxda bildirilir ki, virus havada 20 dəqiqəyədək qala bilir.
Türkiyədə 600-dən çox tibb işçisi koronaya yoluxduTürkiyədə 601 tibb işçisi yeni növ koronavirusa yoluxub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

"Bunu demək ürəyimcə olmasa da, ölkəmizdə 601 tibb işçisi koronavirusa yoluxub. Onları qorumaq üçün əlimizdən gələni edirik", - Qoca söyləyib.

Qeyd edək ki, Türkiyədə 15 min 679 nəfər koronavirusa yoluxub, 277 nəfər isə dünyasını dəyişib.
Koronavirusla əlaqədar bu şəxslərə əlavə, könüllülərə isə 250 manat ödəniləcəkNazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin və könüllülərin əməyinin ödənilməsi barədə” sərəncam verib.

Avrasiya.net xəbər verir ki, sərəncama əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsini təmin etmək məqsədilə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl və təsərrüfathesablı tibb müəssisələri işçilərinə dövlət tibb müəssisələrində çalışan müvafiq vəzifəyə və staja malik işçilər üçün “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli qərarı ilə müəyyən edilmiş məbləğlərdə 2020-ci il aprelin 1-dən müddətli əlavə ödəniləcək.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən könüllülərə 2020-ci il aprelin 1-dən aylıq 250 manat məbləğində mükafat ödəniləcək.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
"​Sizdən bir Heydər Əliyev davamçısı olaraq xahiş edirəm ki, mənə köməklik edəsiniz"Azərbaycan Respublikasının Prezidenti ​​cənab İlham Əliyevə Azərbaycan Respublikasının Daxili işlər Naziri cənab Vilayət Eyvazova

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi, ev 29, mənzil 29-da müvəqqəti yaşayan, İsmayılov Vuqar Səyyub oğlu tərəfindən
(tel: 050-555-72-80)

(təkrar müraciət)

Ş İ K A Y Ə T

Hörmətli cənab Prezident!

Əvvəlcə Sizə dövlət və dövlətçiliyimizin keşiyində layiqincə durduğunuza, göstərdiyiniz əvəzsiz xidmətlərinizə görə bir vətəndaş kimi dərin minnətdarlığımı bildirirəm və bu sahədə daha əhmiyyətli işlər apardığınız bir vaxtda narahat etdiyimə görə Sizdən dönə-dönə üzr istəyirəm. Sizin humanistliyinizə və ədalətinizə sığınaraq üzləşdiyim haqsizlığı bildirmək istəyirəm.

Ökədə ağır iş rejimi ilə məşğul olduğunuz bir dönəmdə mənə süni yaradılmış bu problemimlə Sizi narahat edirəm.

Nəzərinizə çatdırmaq istəyirəm ki, mən Qazaxıstan Respublikasının vətəndaşı milliyətcə azərbayanlı İsmayılov Vüqar Səyyub oğluna 3 aydır ki, Azərbaycan Respublikasından çıxmağa qadağa qoyulub. Bu qadağanı qoyduran qüvvələri və səbəbi tapa bilmirəm. Sizdən xahiş edirəm mənə köməklik edəsiniz.

Dəfələrə ölkə Sizə və aidiyyatı qurumlara vurduğum teleqramlara və məktublara heç bir əhəmiyyət və cavab verilmir.

Cənab Prezident mən bir azərbaycanlı olaraq millətimi, öz vətənimi başqa bir dövlətin səfirliyinə, orqanlarına və mətbuatına şikayət etməmi özümə utanc bilirəm. Məqsədlərini bilmədiyim üçün Sizdən xahiş edirəm, 3 aydır bu vəziyyətdə məni ailəmdən ayrı salıblar. Özüm ağır şəkər xəstəsiyəm, 4 aydan bir Türkiyədə müalicə almalıyam. Artıq məni sui-qəsd dərəcəsinə gətiriblər.

​Sizdən bir Heydər Əliyev davamçısı olaraq xahiş edirəm ki, mənə köməklik edəsiniz, mənim kimi bir çox azərbayanlı olan xarici ölkə vətəndaşlarını bu vəziyyətə gətirib vətənindən didərgin salmasınlar. Biz xaricdə yaşasaqda çox azərbaycanlılara kömək edirik, çörək veririk, əl tuturuq.

Sizə etimadımız tamdır və bu məsələni araşdıraraq nəticəsi barədə bizə məlumat verməyinizi, bu işimin nəzarətə götürülməsində bizə yardım əlinizi əsirgəməyəsiniz.

Hörmətlə,​​​​​​Vuqar İsmayilov
​​​​​ ​​​30.03.2020-ci il
Pandemiya ABŞ-ı bürüyüb - Yoluxanların sayı 200 mini ötdüABŞ-da yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 200 min nəfəri ötüb.

Modern.az xəbər verir ki, hazırda bu ölkədə qeydə alınan xəstələrin sayı 205,035-ə çatıb.

Bu saata olan məlumata görə, bu gün ABŞ-da 16,506 nəfərdə virus aşkarlanıb, 463 nəfər isə ölüb. Beləliklə, virusdan həyatını itirənlərin ümimi sayı 4,516-ya yüksəlib. Sağalanların sayı isə 8,745 nəfərdir.

Qeyd edək ki, dünyada COVİD-19-a yoluxanların sayı 912,098, ölənlərin sayı 45,539, sağalanların sayı isə 190,933-dür.
Uzunmüddətli və davamlı inkişafa yönəlik effektiv böhran idarəçiliyi Məzahir Əfəndiyev,
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı


İstər fərdi, istərsə də institusional səviyyələrdə hansısa bir yanaşmanı daha dərindən və yaxşı anlaya bilmək üçün onu baş verdiyi konteksə mütəşəkkil şəkildə təhlil etmək tələb olunur. Bu gün dünyanı bürüyərək həyatın bütün istiqamətlərində durğunluğa səbəb olmuş koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirinin azaldılması ilə bağlı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yüzlərlə qərarlar qəbul edilir və tədbirlər görülür. Bu tədbirlərin səmərəliyin proqnozlaşdırıla bilinməsi üçün onların arxa fonundakı vizyona nəzər yetirmək lazımdır. Bu məcrada, bu mübarizəyə Azərbaycan Respublikasının hökümətinin yanaşmasını təhlil etmək yetərincə maarifləndirici olardı.

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə koronavirus pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək və iqtisadi sektorlara və sahibkarlara dövlət dəstəyini göstərilməsi üçün yaradılmış İşçi Qrupunun rəhbəri, İqtisadiyyat naziri Mikayıl Cabbarovun təqdim etdiyi doqquz proqram onu göstərir ki bu gün dövlətimiz iqtisadiyyatda baş verə biləcək bütün mənfi tendensiyalara layiqli cavab vermək üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir. Hazırlanmış proqramların əsas məqsədi iş yerlərinin azaldılmaması, sahibkarlıq subyektlərində çalışan işçilərin əmək haqqlarının ödənilməsinin təmin edilməsi, mikro və fərdi sahibkarların çəkə biləcəyi zərərin qarşısının alınması, maliyyə və bank sektorunun qorunmasıdır. Nəticə etibarilə, həyata keçiriləcək sistemli tədbirlər nəticəsində hazırki “dondurulma” və post-pandemiya dövründə əhalinin sosial rifahının və həyat səviyyəsinin qorunması təmin ediləcəkdir.
Lakin, burada diqqətəlayiq əsas məqam ondan ibarətdir ki, qlobal səviyyədə baş verən neqativ tendensiyalara baxmayaraq, dövlətimiz özünün əsas, dayanıqlılığa yönəlik sosial-iqtisadi inkişaf modelindən üz döndərmir, əksinə fürsətdən maksimum şəkildə istifadə edərək daha da səmərəliyi artırır. Buna bariz nümunə kimi elə cənab Prezidentin pandemiyadan sonrakı dövr üçün orta və uzunmüddətli inkişafa yönəlik vizyonunu vurğulamaq kifayətdir.

Hazırki vəziyyət bizi daha bir mühüm məsələdə əmin edir – cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında, ölkəmiz davamlı inkişafın əsas sütununu təşkil edən səmərəli idarəçilik aparatına malikdir. İnkişaf ədəbiyyatında səmərəli idarəçiliyin beş əsas prinsipi vurğulanır. Bunlar cavabdehlik, şəffaflıq, iştirakçılıq, qarşılıqlı məsuliyyət və öhdəçilikdir. Son bir ay ərzində biz sadalanan beş prinsipin hər birisini ölkəmizdə xüsusilə qabarıq şəkildə gördük. Bunun üçün sadəcə aşağıda sadalayacağım misallara diqqət yetirmək kifayətdir. Məsələn, operativ şəkildə əhalinin məlumatlılığının təmin edilməsi və dövlətin vaxt itirmədən bütün lazımi tədbirlərə start verməsi - əhali qarşısında cavabdehliyin; cənab Prezidentin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslərin ianələrinin açıq şəkildə göstərilməsi – şəffaflığın; bu mubarizəyə əhalinin və özəl sektorun qoşulması – iştirakçılığın, müxtəlif tərəflər arasında qarşılıqlı etimadın və məsuliyyətin; iqtisadiyyata və digər sahələrə sistemli dəstək proqramlarının hazırlanması isə hökümətin davamlı inkişafa öhdəçiliyinin bariz nümunəsidir. Xüsusilə, bu vəziyyətdə ən ümidverici aspektlərdən biri, bu prosesdə müxtəlif tərəflərin həmrəylik göstərərək birlikdə çalışmasıdır, bu isə 17-ci Davamlı İnkişaf Məqsədinin əsas çağırışı olan “məqsədlər üçün tərəfdaşlıq” çağırışa ölkəmizinin hazırlılığını göstərir.

Lakin, buda son deyil. Azərbaycanın davamlı inkişafa yönəlik idarəçilik modelinin əsas prinsiplərinə daha ikisini əlavə edə bilərik. Çeviklik, xüsusilə böhran zamanında, və əhatəlik, inkişaf terminologiyasına uyğunlaşdırsaq inklüzivlik prinsipi. Buna bariz nümunə kimi Cənab Prezidentin birbaşa nəzarəti altında çox qısa zaman ərzində belə sistemli sosial-iqtisadi dəstək proqramının ərsəyə gəlməsi və onda əhalinin bütün həssas qruplarının ehtiyaclarının nəzərə alınmasını vurğulamaq olar.
Beləliklə, bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, hazırki dövrdən əldə olunmuş nəticələr sayəsində, ölkəmizin davamlılığa yönəlik inkişaf modeli daha da gücləndiriləcəkdir.


Abşeronda “Böyüklərimizi qoruyaq!” askiyası davam edir - Fotolar
Abşeron rayonunda həyata keçirilən “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiya bu gün də uğurla davam etdirilib.

Sözügedən aksiya ilə əlaqədar RİH-də yaradılan qərargaha 50 çağırış edilib. Yaşı 65-dən yuxarı olan sakinlər gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınıb verilməsini, kommunal xidmət haqqlarının ödənilməsini və digər sosial xidmətlərin göstərilməsini xahiş ediblər. Onların hər birinin yaşadığı ünvana gedilərək lazimi xidmətlərlə təmin edilib. Beləliklə, sosial aksiyanın başladığı müddətdən bəri xidmət göstərilən ahılların ümumi sayı 79-a çatıb.
Abşeronda “Böyüklərimizi qoruyaq!” askiyası davam edir - Fotolar
Qeyd edək ki, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və “Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə başlanan sözügedən aksiya ilə əlaqədar olaraq Abşeron rayon İcra Hakimiyyətinin və 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə millət vəkili Şahin Seyidzadənin birgə təşkilatçılığı ilə “Könüllü qərargahı” yaradılıb. Qərargahın yaradılmasında əsas məqsəd Abşeron rayonu ərazisində yaşayan və yaşı 65-dən yuxarı olan tənha vətəndaşları sosial qayğı ilə əhatə etmək, onlara sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas təlabat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə lazimi köməklik göstərilməsidir.
Abşeronda “Böyüklərimizi qoruyaq!” askiyası davam edir - Fotolar
Sosial xidmətçi və Təhsil Nazirliyinin “Bir Tələbə-Könüllü” proqramının könüllüləri çağrı mərkəzinə edilən müraciətlər əsasında ünvanlara daha tez, rahat getmək və kömək göstərmələri, işlərini operativ icra etmək üçün ödənişsiz taksi xidməti ilə təmin olunur.

Müraciət üçün: 142 Çağrı mərkəzi (İş saatı həftə içi hər gün 10:00 - 16:00)

#böyüklərimiziqoruyaq #Covid19 #coronavirus #koronavirus #evdəqal #birkönüllü
Abşeronda “Böyüklərimizi qoruyaq!” askiyası davam edir - Fotolar
Millət vəkili əhalini hökumətin tövsiyə və sərəncamlarına əməl etməyə çağırıbBu gün Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, ilk dəfə tətbiq edilən onlayn iclasda 8 məsələyə baxılıb.

Milli Məclisin deputatı Məzahir Əfəndiyev iclasın gedişatında Covid19, koronavirusla mübarizə tədbirlərinin daha da gücləndirmək məqsədi ilə vətəndaşları yalnız Nazirlər Kabinetinin yaratdığı Operativ Qərərgahın rəsmi məlumat və tövsiyələrinə əməl etməyə çağırıb.

M.Əfəndiyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cənablarının dünyanı lərzəyə gətirən korona virusuna qarşı qəti tədbirləri, sərəncam, fərmanları və vətəndaşları evdə qalaraq özlərini, ailələrini qorumaq, xalqımızı birlik nümayiş etdirməyə dəvət etməsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir ana kimi sakinlərdən Operativ Qərərgahın yaydığı məlumatlara əməl etmələrini, evdə qalaraq həyat xilas etməyə çağırışını yüksək qiymətləndirib. Deputat ölkə başçısının Azərbaycan həkimini alqışlaması, onların əmək haqqının qaldırılmasını diqqətə çatdırıb.

O, xalqın dezinformasiya xarakterli məlumatlara inanmamağının, evdə qalaraq bu xəstəlikdən qorunmağın, gigiyenik qaydalara, spirt məhlulundan, qoruyucu maskalardan istifadə edərək, canlı təmasdan uzaq durmağın vacibliyini bildirib. M.Əfəndiyev bu gün bəzi apteklərdə spirt, qoruyucu maskaların çatışmamazlığını bildirərək, təcili olaraq bu ləvazimatların apteklərdə olmasının vacibliyini, bu vəziyyətdə bu ləvazimatları baha satan və ya satışına mane olan işbazlara qarşı cinayət məcəlləsinə uyğun iş aparılmasını vurğulayıb. Əlaqədar təşkilatların məsələylə əlaqədar təcili hərəkətə keçməsini təklif edib.

Regionlarda, o cümlədən kəndlərdə dizenfeksiya işlərinin zəifliyini, rayon icra hakimiyyətləri tərəfindən təcili olaraq məsuliyyətlə bu işlərə yanaşması məsələsini gündəmə gətirən deputat həyəcan təbilinin çalınmasını diqqətə çatdırıb. 65 yaşlı insanların çölə çıxmamasının vacib olduğunu yalnız onlara qarşı birazda diqqətli olsaq görərik ki, bu aylar təqaüdçülərin pensiyalarını alınması günlərinə təsadüf edildiyindən, kəndlərin bəzisində bankomatların olmamasını vurğulayan M. Əfəndiyev ərazilərdə təqaüdlərin evlərə çatdırılmasını bu dönəm üçün vacib olduğunu bildirib. Belə bir proqram keçmiş dövrlərdə olduğu üçün bu günlərdə yaşlı nəsil nümayəndələrinin evdə qalmasını və onların pensiyalarının evə çatdırılmasının bərpasının lazım olduğunu təklif edib.

Çıxışının sonunda deputat bir daha vətəndaşlardan evdə qalmağı, evdən çıxmamağı, gigiyenik qaydalara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin tövsiyə və sərəncamlarına əməl etməyə çağırıb.

Qeyd edək ki, layihələr plenar iclasa tövsiyə edilib.
Azərbaycanda koronavirusa yoluxan vəzifəli şəxs və oğlu ilə bağlı RƏSMİ AÇIQLAMA
Cəlilabad Rayon İcra Hakimiyyəti icra başçısının müavini Alıcı Dilavərovun koronavirusa yoluxması ilə əlaqədar yayılan məlumat barədə açıqlama yayıb.

Avrasiya.net xəbər verir ki, məlumatda bildirilir:

“Sosial şəbəkələrdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərovun koronavirusa yoluxması ilə əlaqədar qarayaxma kampaniyasına başlanılıb.

Məsələnin mahiyyətindən xəbəri olmayanlar guya Alıcı Dilavərovun Türkiyədən gəlmiş oğlunu karantindən çıxararaq, ad günü keçirdiyini və bunun nəticəsində çoxlu insanın koronavirusa yoluxduğunu iddia edirlər.

Tam məsuliyyətlə bildiririk ki, bütün bunlar reallıqdan uzaq, qərəzli və böhtan xarakterlidir.

Belə ki, Alıcı Dilavərovun iki oğlundan heç biri nəinki Türkiyə Respublikasına, hətta digər xarici ölkələrə heç vaxt getməyiblər. Araşdırma zamanı onların xarici pasportlarının belə olmadığı müəyyənləşdirilib.

Əslində, Alıcı Dilavərov öz vəzifə funksiyasını yerinə yetirərək, karantin rejimi dövründə əhali ilə sıx təmasda olub, onları maarifləndirib və karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırıb.

Həmçinin o, xarici ölkələrdən gətirilərək, rayon mərkəzi xəstəxanasında karantinə alınan vətəndaşların problemləri ilə tanış olmaq üçün mütamadi şəkildə onlarla görüşüb və problemlərinin aradan qaldırılmasına müvafiq kömək göstərib. Ola bilsin ki, onun koronavirus xəstəliyinə yoluxması həmin proseslə əlaqədardır.

Əlavə olaraq bildiririk ki, rayon icra hakimiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq koronavirusa qarşı mübarizənin gücləndirilməsi üçün bütün zəruri tədbirləri görür, əhali arasında izahat işlərinin aparılmasına, yaşayış məntəqələrinin dezinfeksiya olunmasına, karantin tədbirlərinin tələblərinə əməl olunmasına prioritet məsələ kimi baxır”.
Azərbaycan millisinin sabiq üzvləri ev dustaqlığına buraxıldı
Danışılmış oyunlarda ittiham olunan Azərbaycan millisinin sabiq futbolçusu Cəmşid Məhərrəmov və yığmanın sabiq basketbolçusu Amil Həmzəyev həbsxanadan ev dustaqlığına buraxılıb.

Avrasiya.net bildirir ki, bu barədə "Report"a basketbolçunun vəkili Zaur Niftəliyev məlumat verib.

O bildirib ki, Nərimanov Rayon Məhkəməsində Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hər iki idmançının ev dustağı olması ilə bağlı qərar qəbul olunub.

Qeyd edək ki, idmançıların koronavirusla bağlı ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb. Sonra isə dələduzluq maddəsi 192-2 (idman yarışlarının manipulyasiyası) maddəsinə tövsif edilib. İstintaq zamanı hər iki şəxsin danışılmış oyunlarda iştirakı aşkarlanıb.