“Böyüklərimizi qoruyaq!” aksiyasiyası Qobustanda fəaliyyətdə - FOTOLAR
“Böyüklərimizi qoruyaq!” adlı sosial aksiya Bakı şəhəri və Abşeron rayonunun ardından 50 saylı Abşeron-Qobustan seçki dairə üzrə millət vəkili Şahin Seyidzadənin təşəbbüsü və Qobustan rayon İcra Hakimiyyətinin dəstəyi ilə artıq Qobustan rayonunda da fəaliyyətə başlayıb.

Bununla bağlı, “Könüllü qərargahı” artıq öz işinə başlayıb. Qərargahın yaradılmasında əsas məqsəd Qobustan rayonu ərazisində yaşayan və yaşı 65-dən yuxarı olan tənha vətəndaşları sosial qayğı ilə əhatə etmək, onlara sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas təlabat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə lazimi köməklik göstərilməsidir. Könüllülərin və Dövlət Sosial Müdafiə Fondu Qobustan şöbəsinin Sosial xidmət sektorunun birgə dəstəyi ilə vətəndaşlara sosial xidmətlər göstərilib.
“Böyüklərimizi qoruyaq!” aksiyasiyası Qobustanda fəaliyyətdə - FOTOLAR
Həmçinin qeyd edək ki, artıq Qobustan rayonu üzrə İcra Hakimiyyətinin təşəbbüsü ilə 100-dən çox 65 yaşdan yuxarı şəxslərə qida məhsulları yardımı çatdırılıb.

Məlumat üçün bildirək ki, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və “Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə həyata keçirilən “Böyüklərimizi qoruyaq!” sosial aksiyası xüsusi karantin dövründə yaşı 65-dən yuxarı olan tənhalar üçün nəzərdə tutulub. Sosial xidmətçi və Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının tələbə-könüllüləri çağrı mərkəzinə edilən müraciətlər əsasında ünvanlara daha tez, rahat getmək və kömək göstərilməsi işlərini operativ icra etmək üçün ödənişsiz taksi xidmətindən istifadə olunur.

“Böyüklərimizi qoruyaq!” aksiyasiyası Qobustanda fəaliyyətdə - FOTOLAR
“Böyüklərimizi qoruyaq!” aksiyasiyası Qobustanda fəaliyyətdə - FOTOLAR
“Böyüklərimizi qoruyaq!” aksiyasiyası Qobustanda fəaliyyətdə - FOTOLAR
Müraciət üçün: 142 Çağrı mərkəzi (İş saatı həftə içi hər gün 10:00 - 16:00)
Qobustan rayonu üzrə: (020) 2452230
#böyüklərimiziqoruyaq #covid19 #coronavirus #koronavirus #evdəqal #birkönüllü[/b]
Azərbaycanda vətəndaşların küçəyə çıxışı məhdudlaşdırılır - YENİ QAYDALAR
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti Yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilir:

Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.

İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə aşağıdakı iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilir:

• Bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (supermarketlər, ərzaq mağazaları və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla);

• İstirahət və əyləncə məkanları üzrə xidmətlər;

• Mədəniyyət obyektləri, eləcə də muzey və sərgi zalları, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti;

• Bərbərxanalar, gözəllik salonları, massaj, hamam və kosmetik xidmətlər (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət);

• Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri;

• Dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);

• Fotoatelye/fotostudiyalar (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);

• Tədbirlərin təşkili üzrə xidmətlər (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili);

• İdman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

• Fərdi mənzillərdə təmizlik xidmətləri;

• Fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət).

Bu müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir:

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən siyahısı müəyyənləşdirilən icra hakimiyyəti orqanları və təşkilatlar.

2. Səhiyyə və sosial sahə üzrə:

• Elmi-tədqiqat və laborator xidmətləri

• Xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər

• Baytarlıq xidmətləri

• Tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı

• Sosial xidmətlər

• Əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti

3. İnfrastruktur sahəsi üzrə:

• Kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması)

• Elektrik enerjisinin istehsalı və təchizatı

• Su təchizatı və meliorasiya

• Telekommunikasiya və rabitə xidmətləri

4. Nəqliyyat və logistika sahəsi üzrə:

• Hava, dəniz, dəmiryolu və avtomobil nəqliyyatı ilə yük daşımaları

• Dəmiryolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri

• Logistika xidmətləri

• İctimai nəqliyyat və taksi xidmətləri

5. Əsas istehsalat növləri:

• Müdafiə sənayesi məhsullarının istehsalı

• Neft avadanlıqları və qurğularının istehsalı

• Qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanılması və topdan satışı

• Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı

• Kimyəvi məhsulların istehsalı

• Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti

• Əkinçilik və məhsul yığımı

• Neft və qazın hasilatı, emalı, saxlanması və satışı

• Neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi

• Metallurgiya sənayesi üzrə fəaliyyət

• Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri

• Mühəndislik və layihələndirmə xidmətləri

• Mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri

• Qablaşdırma məhsullarının istehsalı

• Daş, metal və taxta məhsullarının istehsalı

• Mebel istehsalı və təmiri

• Diri heyvanların kəsimi

6. Pərakəndə və topdan satış üzrə:

• Ərzaq məhsullarının satış məntəqələri

• Apteklər

• Yanacaqdoldurma məntəqələri

• Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satışı məntəqələri

• Tikinti materialları və məişət xırdavatlarının satışı məntəqələri

7. Məişət xidmətləri üzrə

• Məişət tullantılarının yığılması və utilizasiyası

• Poçt xidmətləri

• Kimyəvi təmizləmə

• Mənzillər istisna olmaqla yaşayış binalarının təmizlənməsi

• Avtomobillərin təmiri

• Avtomobil yuyulma məntəqələri

• Tərcümə xidmətləri

• Heyvan sığınacaqları

• Dizayn xidmətləri

8. Kütləvi informasiya vasitələri

9. Maliyyə təşkilatları üzrə

• Banklar və valyuta mübadiləsi məntəqələri

• Sığorta təşkilatları

• Ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar

10. Xüsusi xidmət növləri üzrə

• Çatdırılma xidmətləri

• Məişət avadanlıqlarının təmiri

• Dezinfeksiya xidmətləri

Karantin dövründə hər bir şəxs və təşkilat tərəfindən elektron ticarətdən istifadəyə üstünlük verilməlidir.

Xüsusi rejim dövründə fəaliyyət göstərəcək dövlət və özəl təşkilatların siyahısı və iş rejimi əlavə olaraq müəyyən ediləcəkdir.

COVID-19 virusunun uzun inkubasiya dövrünün olmasını, yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızdan bir daha Ümumdünya Səhiyyə Təşkilatının, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdən çıxmaq zərurəti yarandığı hallarda tibbi-profilaktik qaydalara əməl etmək və insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tələb olunur. Koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103, 113 təcili tibbi yardım xidmətinə, 1542 nömrəli qaynar xəttə zəng etmək ciddi tövsiyə edilir.
 Rektorun oğlundan örnək addım
ADAU-nun rektoru İbrahim Cəfərovun oğlu Cavid Cəfərov ölkəmizdə koronavirus səbəbi ilə karantin rejimi elan olunduqdan sonra işsiz qalan bir ailənin yardım çağırışına səs verib.

Avrasiya.net xəbər verir ki, ailə sosial şəbəkə vasitəsilə yardıma ehtiyacları olduqları barədə jurnalist Ləman Ələşrəfqızına məlumat verib.

Jurnalistin sözügedən məsələni Facebook səhifəsində yazmasından dərhal sonra C.Cəfərov ailəyə yardımı üzərinə götürüb.

Qeyd edək ki, Cavid Cəfərovun atası İbrahim Cəfərov ölkədə gənclər tərəfindən çox sevilən rektordur və dəfələrlə “İlin ən yaxşı rektoru” müsabiqəsində böyük səs çoxluğu ilə birinci olub.
BAK rəhbəri Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edibBenelüks Azərbaycanlıları Konqresinin (BAK) prezidenti Elsevər Məmmədov Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

E.Məmmədov Avrasiya.net-ə bildirib ki, hər bir azərbaycanlı dünyanı cənginə alan koronavirusla mübarizədə həmrəylik nümayiş etfirməlidir: "Azərbaycan hökumətinin virusla mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək olmalıyıq, tövsiyələrə riayət etməklə sağlamlığımızı qorumalıyıq".

Diaspor təşkilatının fikrincə, imkanı çatan hər bir azərbaycanlı cənab prezidentin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonda ianə etməlidir: "Birlik nümayiş etdirməliyik, həm maddi, həm mənəvi müstəvidə".
BAK rəhbəri Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
Əsəd ordusunda koronanı muzdlular yayıb - Gizli danışıq
Suriyada Əsəd rejiminə bağlı hərbçilərin gizli telefon danışığı ortaya çıxıb.

Axar.az xəbər verir ki, gizli telefon danışığında İrandan gələn döyüşçülərin rejim ordusunda pandemiyanı yaydığı bildirilir.

Məlumata görə, rejimə aid orduda 11 hərbçi koronavirusa yoluxub. Hərbçilərdən bəziləri İdlib yaxınlığındakı Xan Şeyxun kəndinə, digərləri isə Həma şəhərinə aparılıb.
Gələn həftədən koronavirus bu yolla müalicə ediləcəkTürkiyədə koronavirus xəstələri qan köçürülməsi ilə müalicə ediləcək.

Publika.az xəbər verir ki, bunu Qızıl Aypara Cəmiyyətinin sədri Kərəm Kınık açıqlayıb.

Belə ki, reanimasiyada yatan xəstələrə virusa qalib gəlmiş şəxslərdən götürülən qan köçürüləcək.

“Koronavirus Çində ortaya çıxdığı gündən bəri müşahidələr aparırıq. Bir fövqəladə vəziyyət mərkəzi qurmuşuq. Koronavirus pandemiyası bioloji təbii fəlakətdir. Biz isə bunun öhdəsindən sağalan xəstələrlə birlikdə gələcəyik. Hacettepe Universiteti, Qızıl Aypara Cəmiyyəti və Səhiyyə Nazirliyinin Elmi Qurumu ilə birlikdə layihələr həyata keçiririk. Əslində, bu 50 ildir həkimlərimizin bildiyi bir metoddur. Xəstəliyi keçirmiş və sağalmış, son 2 həftədə qanında virus olmayan könüllü qanverənlərdən plazmalar götürürük. Maye hissəsini alınb digər qismini geri veririk. Plazma immunoqlobin var. Bu da ölümün uçurumunda olan, tənəffüs çatışmazlığı yaşayan vətəndaşlarımızı sağaldacaq. Prosesə gələn həftədən başlayacağıq”, - Kınık bildirib.
Payızda koronavirus yenidən aktivləşə bilərmi? - Epidemioloq danışdı“Yaya qədər əhalini qorumaq üçün tədbirlər görülməzsə, koronavirus pandemiyası geri dönə, izolyasiyanın ləğvi ilə yeni dalğa yarana bilər”.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu fikri serbiyalı epidemioloq, doktor Zoran Radovanoviç “RİA Novosti”yə açıqlamasında deyib. O, hesab edir ki, fərqli dövlətlərdə görülən məhdudlaşdırıcı tədbirlər yoluxma hallarının və ölənlərin sayının azalmasına kömək edəcək.

“Vaxtında tədbir görülməsəydi, bir çox ölkədə virusa yoluxanların sayı daha çox ola bilərdi. Sosial məsafə, təcrid və xəstələrlə təmasda olanların axtarışı səhiyyə sisteminin hazırlıqlı olmasına xidmət edir. Beləliklə, bütün ağır xəstələr mexaniki ventilyasiya aparatlarına və reanimasiya şöbələrinə aparıla bilər. Əks təqdirdə hazırda xəstələr xəstəxana dəhlizi boyu uzanardı” deyə ekspert qeyd edib.

Epidemioloq əmindir ki, pandemiyanı dayandırmaq tamamilə mümkün deyil, ancaq onu ləngitmək olar. O etiraf edir ki, koronavirusdan ölənlərin sayının azalması ilə ölkələr məhdudlaşdırıcı tədbirləri yumşaltmağa başlaya bilər. Lakin Radovanoviç yumşaldıcı qərarların payızda yeni pandemiya sürətinə səbəb olacağını istisna etmir.

O, Qərbi Balkanlarda izolyasiyanın aprel ayının sonuna qədər davam edəcəyini proqnozlaşdırır: “Sonra dövlətlər sayıqlığını itirə bilər. Bu vəziyyətdə pandemiyanın may-iyun aylarında yenidən yüksələcəyini və ya payıza qədər təxirə salınacağını söyləmək çətindir. Məsələn, SARS epidemiyası 2003-cü ilin iyul ayına qədər davam etdi, lakin yeni tip koronavirusda da eyni halın baş verə biləcəyi dəqiq deyil” deyə ekspert sözlərinə əlavə edib.

Xatırladaq ki, COVID-19 pandemiyası kontekstində mart ayında Qərbi Balkanların hökumətləri vətəndaşların hərəkətini məhdudlaşdırdı, işçilərin əksəriyyəti evdən işləməyə başladı. Eləcə də beynəlxalq və nəqliyyat əlaqələri dayandırıldı.
Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxduQlobal problemə çevrilmiş yeni koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı bütün dünyada intensiv qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, hələ ki pandemiyanın qarşısını almaq və onun törətdiyi fəsadları minimuma endirmək səyləri nəticə vermir.

Ümumdünya Səhiyyə Təşkilatının 2020-ci il martın 30-na olan məlumatına görə, dünyanın 203 ölkəsində 640 minə yaxın şəxs infeksiyaya yoluxmuş, 30 mindən artıq insan vəfat etmişdir.

Azərbaycan Respublikasında son bir gündə 64 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmışdır. Həmin şəxslərdən 3 nəfərin vəziyyəti ağır, 11 nəfərinki isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 11 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Ümumilikdə, ölkəmizdə 273 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmışdır. Onlardan 26 nəfər müalicə olunaraq sağalmış, 4 nəfər vəfat etmiş, 243 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ölkədə müxtəlif karantin zonalarına yerləşdirilən 4085 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 30 minə yaxın test aparılmışdır.

Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artım dinamikası həm xaricdən qayıdan çoxlu sayda vətəndaşlarımızda virusun aşıaklanması, həm də ölkə daxilində bir-birini yoluxdurma hallarının artması ilə bağlıdır.

Bütün bunları nəzərə alaraq və infeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə, şəxsi gigiyena qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara, xüsusi karantin rejiminə ciddi əməl etmək tələb olunur.
İranda sutka ərzində 117 nəfər ölübİranda koronavirusa yoluxanların sayı 41495-ə çatıb.

Avrasiya.net xəbər verir ki, bu məlumatı İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kiyanuş Cahanpur yayıb.

Onun sözlərinə görə, son sutka ərzində ölkədə koronavirusa yoluxanların sayı 3186 olub. Bu, İranda bir gündə qeydə alınmış ən yüksək yoluxma faktıdır.

Son sutka ərzində ölənlərin sayı isə 117 (ümumi 2757) nəfər olub.
Ərdoğan Liviyaya ordu göndərir – Haftara böyük şokTürkiyə Yaxın Şərq və Şimali Afrikada maraqlarını fəal şəkildə həyata keçirir.

Avrasiya.net Teleqraf.com-a istinadla xəbər verir ki, bunu rusiyalı politoloq Boris Dolqov deyib.

Ekspert Ankaranın legitim Milli Razılıq Hökuməti (PNC) ilə Liviyada neft yataqlarının istismarı hüququnu əldə edən bir müqavilə bağladığını qeyd edib:

“Türkiyə hərbçilərinin Liviyada yerləşdirildiyi təsdiqlənmiş bir həqiqətdir. Bəli, Haftarın ordusu indi hərbi baxımdan üstündür. Ancaq güman etmək olar ki, Türkiyə Liviyada fəal şəkildə fəaliyyət göstərməyə və maraqlarını həyata keçirməyə davam edəcək. Məncə, daha mülayim bir seçim hələ gündəmdə deyil”.

Dolqov Türkiyənin qiyamçı Haftar ordusuna qarşı Liviyadakı hərbi qüvvələrinin sayını artıracağını da istisna etməyib.

Rus mediası xatırladır ki, Türkiyə yanvar ayında paytaxt Tripoliyə fəal şəkildə hücum edən general Xəlifə Haftarın komandanlığı altındakı qüvvələrə qarşı Milli Razılıq Hökumətinə verdiyi dəstəyini artırmağa başlayıb. Bu məqsədlə bölgəyə 2 mindən çox canlı qüvvənin göndərildiyinə diqqət çəkilib.

Liviyada yerləşdirilən türk qoşunlarının əsas bazası Liviyanın paytaxtı Tripolidəki beynəlxalq hava limanı yaxınlığında - Mitiqdə yerləşdirilib. Orada Pilotsuz Uçan Aparatları idarəetmə məntəqələri də mövcuddur. Üstəlik, yanvar ayında hücumların sayını artıran qiyamçı Haftar ordusuna qarşı hava hücumundan müdafiə sistemlərindən də istifadə olunduğu qeyd edilib.

Məlumatda vurğulanıb ki, hava limanı ərazisində “MİM-23 Havk” zenit-raket sistemi və “AN / MPQ-64 Sentinel 3D” radarı görünüb. Bu, Ankarada mövcud olan kompleksin ən müasir modifikasiyasıdır.