Şabran və Siyəzən rayonlarında aktiv mübarizə tədbirləri aparılırƏziz dostlar, dəyərli vətəndaşlar!

Müraciətimə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın: "Bu gün biz hamımız çətin günlər yaşayırıq. Yeni, bugünədək elmə məlum olmayan təhlükəli xəstəlik - koronavirus epidemiyası gündəlik həyatımızı alt-üst edib. Müasir dünya hələ belə böhranla qarşılaşmamış və bu miqyasda karantin tədbirləri tətbiq etmək zərurəti ilə üzləşməmişdir" fikirləri ilə başlamaq istəyirəm.

Doğurdan da bütün dünyada bəlaya çevrilmiş koronovirusla- (COVİD-19) mubarizə həyatımızın bugünkü mahiyyətini kəsb edir. Respublikamızın hər yerində, o cümlədən də Şabran və Siyəzən rayonlarında aktiv mübarizə tədbirləri aparılır.

Cənab prezidentimiz İlham Əliyevin "Biz birlikdə güclüyük" şüarına qoşulan cəsur həkim və polislərimizlə yanaşı rayon icra hakimiyyətlərinin işçiləri, YAP rayon təşkilatlarnın fəalları, eyni zamanda içtimai fəallardan ibarət yaradılmış 146 təbliğat qrupu da fəaliyyət göstərir.

Mən də sizdən xahiş edirəm ki, hər an bu məsələdə diqqətli olasınız. Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın hər bir göstərişinə əməl edəsiniz. Bununla siz həm özünüzü, həm də yaxınlarınızı, atanızı, ananızı, bacı-qardaşlarınızı, övladlarınızı qoruya bilərsiniz. Sadəcə çox məsuliyyətli olmalıyıq. İnandırım ki, görülən tədbirlərə və göstərişlərə əməl etsək çox müsbət nəticə ala bilərik.

Məsələn, gəlin müqayisəli təhlil aparaq. Belə ki, hazırda dünyada koronavirusa yoluxanların ümumi sayı 701 min 560 nəfər, ölənlərin ümumi sayı isə 33 min 175 nəfərdir, bu günə İtaliyada koronavirusa yoluxanların sayı 97 min 689 nəfər, ölənlərin ümumi sayı isə 10 min 779 nəfərdir. İspaniya və Almaniyada yoluxanların sayı sürətlə artmaqda davam edir. Belə ki, son saatlarda İspaniyada bu virusa 5 min 564 nəfər yoluxub, 624 nəfər ölüb. Eləcə də Almaniyada son saatlarda 2 min 586 nəfər yoluxub, 48 nəfər ölüb. Ciddi rejimə əməl edən Çində isə gün ərzində cəmi 45 nəfər yoluxub, 5 nəfər ölüb.

Deməli, problemə ciddi yanaşmaq və dövlət tərəfindən görülən tədbirlərə qoşulmaq öz müsbət nəticəsini verir.

Dostlar, yuxarıda yazılanlardan nəticə çıxardaraq, problemin aradan qaldırılması üçün və sağlam gələcəyimiz naminə gəlin birlik göstərək!

Biz birlikdə güclüyük!

Sadiq Qurbanov

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputat

Şabran və Siyəzən rayonlarında aktiv mübarizə tədbirləri aparılır
Şabran və Siyəzən rayonlarında aktiv mübarizə tədbirləri aparılır
Şabran və Siyəzən rayonlarında aktiv mübarizə tədbirləri aparılır
#evdəqal
#bizbirlikdegucluyuk
#prezident
#ilhamaliyev
#mehribanaliyeva
#millimeclis
#parlament
Bu, Çinin bioloji silahıdır - ABŞ-dan 20 trilyonluq şok ittihamABŞ-da Çinin səlahiyyətli şəxslərinə və rəsmi qurumlarına qarşı 20 trilyon dollarlıq iddia qaldırılıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Biznes Tudey” nəşri yayıb. Məlumata görə, amerikalı hüquqşünas Lerri Kleymənin vəkillik xidmətləri təqdim edən “Fridom Voç” şirkəti və onun vəkilliyini etdiyi Texasın “Bazz Fotos” qrupu Çin hökuməti, Çin ordusu, Uhan Virusoloji İnstitutu, Uhan Virusoloji İnstitutunun direktoru Şi Zengli və Çin ordusunun general-mayoru Çen Veyə qarşı məhkəmə davası açıb.

İddiaçılar koronavirus infeksiyasının Çin səlahiyyətliləri tərəfindən hazırlanmış bioloji silah olduğunu iddia edərək, sözügedən cavabdehlərə Çinin ümumi daxili məhsulundan daha çox - 20 trilyon dollarlıq təzminat tələbi qoyub. Onlar Çini dünya vətəndaşlarının ölümünə vasitəçi olmaqda, terrorçulara maddi dəstək verməkdə, ABŞ vətəndaşlarının yaralanmasına və ölümünə səbəb olan sui-qəsd hazırlamaqda və səhlənkarlıqda ittiham edib.

İddiaçılar virusun Uhan Virusologiya İnstitutundan yayıldığını iddia edirlər və bildirirlər ki, COVID-19 virusu Çin tərəfindən dünya əhalisini kütləvi şəkildə öldürmək üçün hazırlanıb. İddiaçı tərəf bioloji silahların 1925-ci ildən qadağan edildiyini xatırladaraq, belə bir bioloji silahın hazırlanmasını terrorla birbaşa əlaqəsi olan kütləvi qırğın silahı adlandırıb.

İddiaçılar müxtəlif media hesabatlarına əsasən bildiriblər ki, Uhanda yeni növ koronavirusu saxlayacaq sadəcə bir mikrobiologiya laboratoriyası var.

Kleymən və iddiaçılar, həmçinin koronavirus haqqında danışan və "beynəlxalq aləmdə həyəcan siqnalını qaldıran" Çin həkimləri və tədqiqatçılarının susdurulduğunu da iddia ediblər. Onlar əlavə ediblər ki, bu, general-mayor Çenin özünə və komandasının altı üzvünə hələ sınaqdan keçirilməmiş bir peyvəndi vurduqdan sonra meydana gələn bir virusdur.

Şikayətçilər bütün müttəhimlərin beynəlxalq terrorizmi davam etdirmək üçün birlikdə çalışdıqlarını iddia edib.

Koronavirusun Çində daha asta sürətlə yayıldığı da ittihamda qeyd edilib və Çinin ABŞ kimi düşmən qəbul edilən bir və ya bir neçə ölkənin əhalisinə qarşı istifadə edilmək üçün bu virusun xüsusi hazırlandığı bildirilib.
Türkiyədə koronavirusdan ölənlərin sayı 131-ə çatdıTürkiyədə yeni növ koronavirusdan (COVID-19) ölüm sayı 131 olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib.

Nazir qeyd ki, son bir sutkada koronavirusa yoluxan 2 nəfər dünyasını dəyişib.

Bu müddətdə 9982 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 1815-nin cavabı pozitiv çıxıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 9217-ə çatıb.

Ölkədə indiyədək yoluxanlardan 568 xəstə ağır vəziyyətdədir, 105 xəstə isə sağalıb.
Moskvada küçəyə çıxmaq tam qadağan edildiMoskvada küçəyə yalnız xüsusi icazə sənədi ilə çıxmaq mümkün olacaq.

Axar.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

Sənəd Moskva meriyası tərəfindən müəyyən edilmiş qaydada veriləcək.

Qeyd edək ki, qadağalar sabahdan (30 mart) qüvvəyə minir və ən azı bir həftə davam edəcək.
Gəlin, təhlükədən qorunmaq üçün evdə qalaq - QHT sədrindən çağırışEmin Əliyev
Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları İctimai Birliyinin sədri


Dünyanın ən bahalı məhsulu informasiya hesab edilir. İnformasiya kimdədirsə əsl güc də ondadır. Bu gün koronavirusla “müharibə” şəraitində informasiyanın nə dərəcədə vacib olduğunun bir daha şahidi oluruq. Məsələlərə konspiroloji nöqteyi nəzərdən yanaşdıqda görürük ki, əgər bu virus laboratoriya şəraitində hazırlanaraq bioloji müharibə aləti kimi istifadə edilirsə bununla paralel olaraq bütün informasiya məkanı da məqsədyönlü istiqamətləndirilir və idarə edilir. Bu istiqamətləndirmə əsasən cəmiyyət arasında təşvişin yaranması, həyəcan və emosianal hallarda yalnış qərarların verilməsi və bu “virus hücumu”nun fəsadlarının daha da çox artmasına xidmət edir. Bu cür yanaşmalar adətən ehtimallar üzərində qurulur və ciddi dəlillər olmadan müəyyən versiyalar və təsadüfi informasiyalar üzərində ortaya atılır.

Koronavirus peyda olan gündən ortalığa çıxan informasiyaların axışını və reallıqda onların tətbiqinə nəzər salarsaq görərik ki, ciddi nüfuzu olan konspiroloqların verdikləri proqnozlar belə tədricən reallıqda əksini tapmır və nəticədə həmin ekspertlər nüfuzdan düşürlər. Məsələyə real tibbi-infeksioloji yanaşma prizmasından baxdıqda isə məlum olur ki, bu virusun fəsadları əsasən yüksək yaşlı və sağlamlığında ciddi problemləri olan insanları sıradan çıxardır. Bunun üçün də ciddi tibbi araşdırmalar aparılmalı və bu virus əleyhinə olan dərman və peyvəndlər kəşf edilməlidir. Bundan başqa ölkənin administrativ rəhbərliyinin bu cür epidemiya (pandemiya) hadisələri üçün müəyyən edilmiş normativlərlə bağlı qərarlarına riayət olunmalıdır.

Bütün dünya hazırda bu virusla mübarizə aparır. Bunun ortalığa çıxma səbəbi ümumi nəticələr fonunda ikinci dərəcəli hesab edilir. İlk öncə bu virusun qarşısı alınmalı, insan tələfatı tamam dayandırılmalıdır. Bir daha deyirəm ki, əsas məqam insan tələfatının qarşısının alınmasıdır!

Artıq bu dəqiqdir ki, 21-ci əsr dünyası 20-ci əsr təfəkkürü ilə idarə edilməyəcək. Əsas amil bu virusun yayılması dövründəki fəsadlardan daha çox bundan sonrakı dövrdə dünyanın siyasi, iqtisadi, sosial, humanitar sistemlərindəki təzahürləridir. Biz buna hazır olmalıyıq! Bunun üçün isə iti zəkalı insanlar, analitiklər, sosioloqlar, psixoloqlar, bir sözlə yüksək ixtisaslı kadrlar olmalıdır. Dünya dövlətlərinin rəhbərlərinin müraciətlərində də açıq mətnlə bildirilir ki, dünya bundan sonra heç bir zaman əvvəlki kimi olmayacaq! Bu bəyanatlar ümumi ölüm göstəricisi 4,5-5% olan bir virusun nəticəsinə hesablanmış bəyənatlara oxşamır. Ölkə başçımız cənab İlham Əliyev də dünyada gedən prosesləri aydın müşahidə edərək Novruz bayramı ilə bağlı xalqa təbrikində açıq bildirdi ki, dünya əvvəlki dünya olmayacaq və biz bu çağırışlara hazırlıqlı olmalıyıq!

Tam konspiroloji düşünərək məsələni ciddiyə almamaq, bu virusun bir “oyun” olduğunu düşünərək “koronavirus mənə heç nə edə bilməz” deyərək məsul şəxslərin evlərdə qalmaqla bağlı çağırışlarını qulaqardına vurmaq qətiyyən yolverilməzdir! Ortada bir fakt vardır ki, bu virus öldürücüdür. Digər tərəfdən də ümidsizliyə, təlaşa qapılaraq da tam fəaliyyətsiz də olmaq, həyatını tamam “söndürmək” də yolverilməzdr! Bu bir virusdur və bununla ağıl, məntiq və elmi əsaslarla mübarizə aparılmalı və buna qalib gəlinməlidir.

Əslində məni başqa bir məqam da narahat edir. Bu virus ortalığa çıxdıqdan sonra ölkəmizin müxtəlif kateqoriyalarından olan insanlarının heç bir dəlilə əsaslanmayan fikirləri, yazıları insanlarımızı əsas hədəfdən yayındırılmasına xidmət edirdi. Sosial şəbəkələrdə olan postlar, mobil telefon proqramlarından yayılmış səs və foto materiallar gülüş doğurmaqla yanaşı insanların məsələyə düzgün qiymət verməsinə mane olurdu. Yuxarıda qeyd etdiyim kimi əsas alət informasiyadır. Bu informasiya düzgün istiqamətləndirilməlidir. Əks təqdirdə bu dezinformasiya olur və cəmiyyəti çaşdırır. Bu həssas dövrdə insanlarımızın bütün hallarda ciddi olmaları tələb olunur.

Bir daha deyirəm ki, bu virusun hansı məqsədlə ortalığa çıxmasından asılı olmayaraq buna qarşı mübarizədə boşluq buraxmaq olmaz. Çünki bu virusun fəsadlarının ağırlaşacağı və ya məhv olacağı ilə bağlı əlimizdə ciddi dəlil-sübut yoxdur. Buna görə də bu məqamda dövlətin idarəçilərinin əmr, tapşırıq və göstərişləri icra edilməlidir! Evdə qalmaq tələb edilirsə evdə qalınmalıdır, küçələrə çıxmaq tələb edilərsə küçələrə çıxılmalıdır!

QHT sədri olaraq ölkəmizdə bu virusla mübarizə tədbirlərinə diqqət edərkən müşahidə edirəm ki, məsələlər ciddi nəzarətə götürülmüşdür. Ardıcıl verilmiş qərarlar insanlarda təşviş yaratmamağa və rasional düşüncə ilə bu virusla mübarizəyə fokuslanmışdır. Ölkə başçısı tərəfindən təsis edilmiş Koronavirusla Mübarizəyə Dəstək Fondu və bu fonda xalqımızın göstərdiyi dəstək, daha sonra böyük bir klinikanın istifadəyə verilərək koronaviruslu xəstələrimizin müalicəsi üçün ayrılması, xalqımızda birlik və bərabərlik, eyni zamanda həm bizim dövlətimizin, həm də bütün dünyanın ümumi “düşmən”i olan koronavirusla mübarizədə “Biz birlikdə güclüyük!” şüarının irəli sürülməsi qürurverici addımlardır.

Təxminən on ildir ki, biz insanımızın sağlam qidalarla qidalanması və immun sisteminin gücləndirilməsi ilə bağlı apardığımız təbliğatın bu gün nə qədər aktual olduğunun şahidi oluruq. Artıq hər birimiz üçün aydındır ki, düzgün qidalanmamağın nəticəsində insan bədəninin immun sisteminin zəifləməsi ilə bu virus özü üçün münbit bir şərait əldə edir.

Nəticədə isə insanlarımız bunun ağır fəsadlarının qurbanına çevrilir. Həmişə qeyd etmişəm və bir daha təkrar etməyi özümə borc bilirəm ki, insan nə ilə qidalanırsa, odur! Bu günlərdə ən əsas məqam evdə oturarkən immun sistemimizi gücləndirən qidalarla-təbii qidalarla qidalanmalıyıq. Bu məqamda onu da qeyd edim ki, insanın immun sistemini zəiflədən amillərdən biri də təlaş, həyəcan və panikadır. Buna qətiyyən yol vermək olmaz. Bu insanda ruh düşkünlüyü və ümidsizlik yaradır və nəticədə o istənilən xəstəlik üçün “münbit bir məkan”a çevrilir. Ümid edirəm ki, bundan sonra ölkəmizdə ekoloji təmiz məhsul istehsalı daha da vüsət alacaq, həm yerli, həm də xarici bazarlara çıxara biləcəyimiz milli orqanik məhsullar istehsal ediləcəkdir!

Bizim birlikdə bu günə qədər hansı uğurları əldə etdiyimizi müəyyən etmək üçün üçrəngli bayrağımıza baxmağımız kifayət edər! Gəlin evdə qalaq! Evdə olmaq fürsətindən istifadə edərək ailəmizlə, valideynlərimizlə, övladlarımızla daha sıx ünsiyyətdə olaq, evdə qalaraq vaxtımızı televizor qarşısında “öldürməyək”, sosial şəbəkələrdə ömrümüzü “çürütməyək”, daha çox fərdi inkişafa diqqət edək, oxuyaq və bu “pandemiya” fəlakətindən həm fərd, həm cəmiyyət, həm dövlət kimi güclü çıxaq! Biz birlikdə güclüyük!
Çində koronavirus epidemiyasının sona çatdığı elan olunduÇində koronavirus epidemiyası sona çatıb.

Bunu ölkənin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Mi Fen brifinq zamanı elan edib.

O bildirib ki, martın 29-na olan vəziyyətə görə, koronavirusa yoluxanların sayı 3 min nəfərdən az olub.

Qeyd edək ki, bu günədək Çində 81 mindən çox şəxs koronavirusa yoluxub, 3 300 nəfər ölüb. Ötən gün yalnız 45 yeni yoluxma qeydə alınıb ki, onların hamısının ölkə xaricindən gəldiyi deyilir.

Çində 75 mindən çox koronavirus xəstəsi sağalıb, müalicəsini davam etdirənlərin sayı 2 691 nəfər təşkil edir.
Koronavirus bu yolla insana yoluxmur - AÇIQLAMAKoronavirus hava yolu ilə insana yoluxmur.

Avrasiya.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir.

Bildirilib ki, COVİD-19 virusu daşıyıcıların öskürməsi, asqırması və ya danışması zamanı saçılan damcılar yolu yayıla bilər.

Damcılar ağır olduğunda havada qalmır, dərhal düşür.
Pakistan Azərbaycana gələn milyardlarla çəyirtkəni belə dayandırdı - VİDEODünya koronavirusla mübarizə apardığı vaxtda, Pakistan da qüvvələrini çəyirtkə istilasına qarşı səfərbər edib. Ötən il çəyirtkələr Pakistanda pambıq tarlalarına hücum çəkib. Çin hökuməti Pakistana çəyirtkələrlə mübarizədə kömək üçün 100 min ördək göndərib. Region ölkələrində yaxşı başa düşürlər ki, Pakistan çəyirtkə istilasının qarşısını ala bilməsə, həşəratlar digər ölkələrə də yayılacaq.

Publika.az “Demədi demə” yutub kanalının mövzu ilə bağlı hazırladığı videonu təqdim edir.
Vətəndaşlara 250 manat məbləğində yardım edilməsi gözlənilirNazirlər Kabineti yanında operativ qərargah 29 mart saat 00:00-dan etibarən Azərbaycanda xüsusi karantin rejimini gücləndirilib.

Qərargahın #evdəqal çağırışına riayət edən vətəndaşlar isə hökumət tərəfindən maddi dəstək gözləyir.

Hökumətdəki mənbənin Modern.az-a verdiyi məlumata görə, yaxın günlərdə vətəndaşlara minimum əməkhaqqı (250 manat) məbləğində vəsait ayrılacaq.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Modern.az-a tezliklə bu barədə məlumat veriləcəyini bildirib: "Hazırda bir neçə təklif hazırlanıb və üzərində müzakirələr aparılır. Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”.
Azərbaycanda daha 27 nəfərdə korona tapıldı - Son məlumat
Azərbaycan Respublikasında 27 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmışdır. Həmin şəxslərdən 8 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti isə stabildir.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ qərargahdan məlumat verilib.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 190 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

İnfeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur.