Hərbi xidmətə çağırış müddəti UZADILIR
Azərbaycanda həqiqi hərbi xidmətə çağırış müddəti uzadılır.

Avrasiya.net-in məlumatına görə, bu barədə “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında” qanun layihəsi Milli Məclisin gündəliyində öz əksini tapıb.

Müddətin uzadılmasına səbəb koronavirus pandemiyasidir.

Layihə Milli Məclisin martın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Pirallahıda dezinfeksiya işləri aparılıb Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən
koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə aparılmış dezinfeksiya işləri barədə məlumat yayıb.

İcra Hakimiyyətindən Avrasiya.net-ə daxil olan məlumatda bildirilir ki, Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən verilən məlumata əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, eləcə də koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması istiqamətində Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq tapşırıqlarına əsasən profilaktik tədbirlərin görülməsi məqsədilə Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayon ərazisində çoxmərtəbəli binaların girişi və ümumi istifadə olunan yerləri, eyni zamanda həyət evlərinin həyətyanı sahələri benzal (20%), quru xlor, kreolin və deltathrin maddələrinin qarışığından alınmış dezinfeksiya məhlulu ilə dezinfeksiya işləri aparılmışdır.

Rayonumuzun qəsəbələrində dezinfeksiya işlərini aparan şəxslər lazımi texnika, ləvazimatlar, xüsusi geyimlər ilə təmin edilmiş və onlardan istifadə şərtlərinə ciddi əməl olunmuşdur. Qəsəbələrdə fəaliyyət göstərən ictimai-iaşə, kommersiya obyektləri və digər obyektlərdə koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə istiqamətində maarifləndirici bukletlər vurulmuşdur.
Pirallahıda dezinfeksiya işləri aparılıb
Koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının "Sanitariya-epidemioloji salamatlıq haqqında" Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək elan edilmiş xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən ticarət, ictimai-iaşə obyektlərinin müəyyən edilmiş iş qrafikinə əməl olunmaları ilə bağlı monitorinqlərin aparılması və nəzarətdə saxlanılması tərəfimizdən təmin edilir. Rayon ərazisindəki parklar, küçələr daim təmiz saxlanılır və həftədə 3-4 dəfə təşkil edilmiş dezinfeksiya işləri barədə aidiyyəti üzrə məlumat verilir. Rayonun Neft Daşları qəsəbəsində xüsusi Qərargah yaradılmışdır.

Qəsəbədə bütün yataqxanalar, parklar, yollar, ictimai-iaşə obyektləri dezinfeksiya olunur. Qəsəbə ərazisində fəaliyyət göstərən obyektlərin giriş və çıxışları hərarəti ölçən cihazlar və xüsusi məhlulla təmin olunmuşdur. Lazımi yerlərə maarifləndirici bukletlərin vurulması ilə yanaşı Qərargah tərəfindən işçilər arasında gündəlik maarifləndirmə işləri aparılır.

Rayonun Çilov qəsəbəsinə giriş və çıxışa bir ay müddətinə məhdudiyyət qoyulmuşdur. Küçələrdə antisanitariya qaydalarına əməl olunmaqla yanaşı dezinfeksiya işləri görülür.

Ümumilikdə 12919 sakinin yaşadığı Pirallahı və Gürgən qəsəbələrində yerləşən 432 bina və 1188 giriş qapıları koronavirus (COVİD-19) virusunun yayılmasının qarşısının alınması məqsədilə tərəfimizdən dezinfeksiya işləri aparılmışdır.
Pirallahıda dezinfeksiya işləri aparılıb
Elan olunmuş karantin rejimi çərçivəsində yaşı 65-dən yuxarı olan insanlara evdən çıxmamaq şərtlərinə əməl olunması istiqamətində rayonun Polis Şöbəsinin əməkdaşları tərəfindən maarifləndirmə işləri aparılır.
Qeyd edək ki, rayonumuzda koronavirus (COVİD-19) virusuna bu günə qədər yoluxma faktı qeydə alınmamışdır.
Pirallahıda dezinfeksiya işləri aparılıb
ABŞ-da koronavirusdan 4 ayda 81 min adam öləcək – Araşdırma
ABŞ-da yaxın dörd ay ərzində koronavirusdan 81 min nəfər dünyasını dəyişəcək.

Axar.az xəbər verir ki, bu nəticəyə ABŞ-ın Vaşinqton Universitetinin araşdırmaçıları gəliblər. Araşdırmaya əsasən, aprelin ikinci həftəsindən etibarən epidemiyanın həcmi həddən artıq genişlənəcək. Bundan sonra ölkədə ölümlərin sayının sutkalıq 2300 nəfərə qədər çatacağı bildirilib.

İnstitutun direktoru Kristofer Murrey sosial izolyasiya tədbirlərinin zəifləyəcəyi təqdirdə situasiyanın təxmin ediləndən daha pis olacağını söyləyib.

Qeyd edək ki, bu virusa yoluxanların sayına görə ABŞ ötən gün dünya üzrə birinci yerə çıxıb. Hazırda ölkədə 82 min koronavirus xəstəsi var.

Bu gün deputatlar yenidən koronavirus testindən keçəcəklər
Bu gün Milli Məclisin deputatları koronavirusa görə testdən keçəcək.

Bu barədə Avrasiya.net-ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 30-da Milli Məclisin (MM) növbəti plenar iclası keçiriləcək:

"Ona görə də əvvəlcədən hər bir deputat testdən keçməlidir" Qeyd edək ki, plenar iclas martın 30-da səhər saat 11-də öz işinə başlayacaq.
Şəkidə 11 yaşlı qızı sahibsiz it dişləyibAvrasiya.net APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında rayonun Kiçik Dəhnə kənd sakini, 2009-cu il təvəllüdlü Sunay Tural qızı Sərinli it dişləməsi xəsarəti ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı 11 yaşlı Sunay Sərinliyə yaşadığı kəndin ərazisində sahibsiz itin hücum etdiyi, sol aşağı ətrafın bud nahiyəsindən dişləyərək ona xəsarət yetirdiyi məlum olub.

Sunay Sərinliyə lazımı tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra evə buraxılıb.
ABŞ koronavirusa yoluxma sayına görə Çin və İtaliyanı keçib birinci oldu
ABŞ koronavirusa yoluxma hallarının sayına görə dünyanın bütün dövlətlərini qabaqlayıb.

Bu barədə məlumat Oxu.Az-ın onlayn koronavirus statistikasında qeyd olunub.

Göstəricilərə görə, son yoluxma halları ilə birlikdə ABŞ-da xəstələrin sayı 82 min 179 nəfərə yüksəlib.

Bu göstərici həm virusun mənbəyi olan Çin, həm də Avropada ən çox yoluxmanın qeydə alındığı İtaliyadan çoxdur.

ABŞ-da ölənlərin sayı isə son göstəricilərə görə, 1177 nəfərdir.
Koronavirusa görə intiqam: Peruda insanlar yarasaları məhv edir
Peruda yerli əhali yarasalara qarşı amansız ov təşkil edib.

“National Geographic” xəbər verir ki, hökümətin koronavirusun təbii olması barədə mütəmadi olaraq bəyanat verməsinə baxmayaraq əhali bütün günahları məhz yarasalarda görür.

Vəhşi meşələr və faunanın Milli xidmətinin əməkdaşları ölkənin şimalında yerləşən Kahamarka bölgəsində 200 yarasanı insanların əlindən xilas ediblər.

Xilas edilən heyvanlar həmin yaşayış məntəqəsindən uzaqda yerləşən mağaralardan birində azadlığıa buraxılıb.

Qeyd etmək lazımdır ki, yarasalar insanlar üçün xeyir verir, çünki onlar əsasən kənd təsərrüfatı üçün təhlükə törədən həşəratlarla qidalanır.
Baş məşqçi aylıq 8-10 min manat maaş alacaq
Azərbaycan millisinin yeni baş məşqçisinin yerli olması ehtimalı güclənib.

Avrasiya.net xəbər verir ki, bu barədə sportinfo.az məlumatı AFFA-dan əldə edib.

Belə ki, həm dünyanı bürüyən xəstəlik, həm də neftin qiymətinin kəskin aşağı düşməsi ciddi problemlər əmələ gətirib. Bu, özünü əsasən maliyyə çatışmazlığında göstərir.

Odur ki, B variantını təkrar gündəmə qaytarıb. Burada isə mövzu yığmanın 1 il müddətinə azərbaycanlı məşqçiyə tapşırmaqdır. Hansı ki, aylıq maaşı 8-10 min manatı keçməyəcək.
Fondun vəsaitləri 90 milyonu keçdi
Bu gün Koronavirusla mübarizəyə Dəstək Fondu daha 5 milyona yaxın artaraq, 90 milyon 155 min 635 manata qalxıb.

Avrasiya.net xəbər verir ki, Fonda dəstək aksiyasına indiyə qədər 1068 hüquqi, 2192 fiziki şəxs ianə edib.

Ötən gün Fonda ianə edən fiziki şəxslərin sayı 1464, hüquqi şəxslərin sayı isə 800 idi.

Qeyd edək ki, 19 martda Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fondu həmrəylik simvoluna və milli birlik nümunəsinə çevrilib.
Yadplanetlilərin qaçırdığı azərbaycanlı nələr danışdı?
Azərbaycanda yadplanetlilərlə görüşən insan yaşayır.

Avrasiya.net Baku.vs-ə istinadən xəbər verir ki, belə bir iddia ilə çıxış edən 69 yaşlı Salman Cavadov ixtisasca memardır. O, yadplanetlilərlə görüşdüyünü iddia edir.

Onun sözlərinə görə, ilk dəfə 1995-ci ildə UNO tərəfindən qaçırılıb. Amma bu, uzunmüddətli olmayıb. Hadisə 2002-ci ildə yenidən təkrarlanıb.

Salman Cavadovun sözlərinə görə, o, gecəyarı eyvanda hündür məsafədən işıq gəldiyini görüb. Eyvana çatanda həmin işıq qəfildən sönüb. Beləliklə, eyvana düşən şüa və keyləşmə vasitəsi ilə Salman özünü UNO-nun içərisində görüb.

UNO-nu təsvir edən Salman müəllim onun tərkibinin alüminuma bənzədiyini söyləyir. Sakinlərinin xarici görünüşünə gəldikdə isə başlarının üçbucaqlı formasında, barmaqlarının üç ədəd olduğunu qeyd edir.

Salman Cavadov iddia edir ki, onu hündür mərtəbəyə qaldırıb bir otağa salıblar. Onu tanımadığı bir cihazın üstünə uzadıb beyninə naqillər keçiriblər. 15 dəqiqə keçdikdən sonra onu həmin cihazdan ayırıblar və o, bədənin boşaldığını, zəiflədiyini hiss edib.

Telepatik yolla onlara "mənə nə etdiniz” sualı verən Salman müəllimə cavablarında ona yerdə aldığı elmin surətini çıxartdıqlarını söyləyiblər və beyinin sol yarımkürəsindəki epifiz vəzini gücləndirdiklərini deyiblər. Onun sözlərinə görə, beyninin işləmə qabiliyyəti onları qane etməsəydi, o zaman onu geri qaytarıb beynini pozacaqdılar və o, heç nəyi xatırlamayacaqdı.

Salman müəllimin iddialarına görə, Yer kürəsini onlar canlandırıb. O qeyd edir ki, onların məqsədi özlərini Yer insanlarına reklam etməkdir. Hətta Salman müəllim vurğulayıb ki, onlar yerdəki insanları öz planetlerinə aparmağı arzulayır.

Cavadov yerdəki insanlardan yad planetdə gördüyünü də qeyd edib. Hazırda da o, yadplanetlilərlə əlaqədə olduğunu, telepatik vasitə ilə onlarla söhbət etdiyini vurğulayıb. Salman Cavadov onlara aid olan məlumatları da kimsəylə bölüşmədiyini deyir.

Salman Cavadov ordan xoş əhval-ruhiyyə ilə qayıtdığını söyləyir. Onun sözlərinə görə, Günəş şüaları yenicə çıxan zaman həmin UNO onu götürdüyü eyvana geri gətirib.

Salman Cavadovun sözlərinə görə, növbəti görüş də gözlənilir və o, səbirsizliklə həmin günü gözləyir.