İcra başçısına  qarşı böhtan kampaniyası fiaskoya uğradı
Son vaxtlar bəzi saytlarda Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə qarşı həqiqəti əks etdirməyən, böhtan xarakterli materiallar dərc olunmaqdadır.

İcra Hakimiyyətindən Avrasiya.net-ə verilən məlumata görə, məqsəd bu yazıların konkret olaraq kimlər tərəfindən sifariş olunmasını araşdırmaq deyil: "Əsas məqsədimiz bu yazıların həqiqəti əks etdirməməsini oxuculara çatdırmaq və faklara söykənərək, sübut etmək ki, bu yazılanlar böhtandan başqa bir şey deyil və bunların arxasında dayananların əsas məqsədi sadəcə rayon ictimaiyyəti arasında düzgün istiqamətdə formalaşdırılmış ictimai fikri çaşdırmaq, Rayon İcra Hakimiyyətinin mövcud ictimai - siyasi nüfuzuna xələl gətirməkdir".

O da vurğulanıb ki, bu həm də cənab Prezidentimiz İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi strategiyasına və sosial - iqtisadi islahatlarına uyğun olaraq rayonda məqsədyönlü surətdə aparılan genişmiqyaslı yenidənqurma və abadlıq işlərinə kölgə salmaq kimi məkrli məqsədə və hansısa şəxsi qərəzçilik mövqeyinə düşünülmüş surətdə xidmət göstərən bir qarayaxma kampaniyasıdır.

"Bir daha belə bir məqamı xüsusi olaraq vurğulamaq istərdik ki, Prezident Administrasiyasında məsul vəzifədə, həmçinin Rayon İcra Hakimiyyətinin başçısı kimi yüksək dövlət qulluğunda çalışan insanın tərcümeyi-halının müvafiq orqanlar tərəfindən bütün incəliklərinə qədər araşdırılmadığını düşünmək ən azından sadəlövhlükdür. Ona görə də bu cür qarayaxma kampaniyasının arxasında duran rayondakı maraqlı qüvvələrin əslində kimlərə xidmət etdiyini təxmin etmək elə də çətin deyil.

Çünki Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev hər zaman dövlətimizin və dövlətçiliyimizin yanında olub və bu, bundan sonra da belə olacaq".
QHT sədri Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları İctimai Birliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Birliyin sədri Emin Əliyev bildirib ki, ölkə başçısı tərəfindən ümummilli maraqlar naminə təsis edildiyini hesab etdiyim Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu gün mən də sahibkar, ictimai fəal və QHT sədri olaraq imkanlarım çərçivəsində vəsait köçürdüm: "Bilsəm ki, ödədiyim vəsait bir insanımızın sağalmasına, bu virusa yoluxmamasına, insanlarımızın panikaya düşməməsinə, millətimizin və dövlətimizin xoşbəxt gələcəyinə uzanmış bir əlin kəsilməsinə xidmət edəcək özümü dünyanın ən xoşbəxti hesab edərəm!"
QHT sədri Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
Abbasovun erməni generalla görüşü... - Xəyanət
Azərbaycan dövlətinə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Avrasiya.net xəbər verir ki, Musavat.com Fəxrəddin Abbasovun DTX-da və məhkəmədə dindirilən zaman verdiyi ifadələri tirajlayıb.

Fəxrəddin Abbasov DTX-da nələr danışıb?

Fəxrəddin Abbasov DTX-da dindirilən zaman deyib ki, Rusiyanın Moskva şəhərində yaşamaqla elmi və analitik fəaliyyətlə məşğul olub. Rusiyada fəaliyyət göstərən müxtəlif xəbər portalları üçün Cənubi Qafqaz, İran, Türkiyə və Yaxın Şərq ölkələrindəki geosiyasi proseslərlə yanaşı, Azərbaycanda gedən siyasi proseslər, Azərbaycanda yaşayan talışların hüquqları, problemləri, tarixi, öz müqəddaratını təyin etmək haqqı barədə məqalələr yazıb.

2002-2005-ci illərdə Sankt-Peterburq şəhərində “Toliş” qəzetinin baş redaktoru olub. Həmin qəzetin 25 buraxılışı olub və ancaq talışların tarixi, mədəniyyəti, folkloru, dili, adətləri, mətbəxi haqda məqalələr çap edib.

Abbasov ifadəsində Azərbaycan dövlətini özünə düşmən bildiyini və hazırda da həmin fikirdə olduğunu bildirib.

İfadəsinin F.Abbasov erməni Qarnik Asatryanla tanışlığı haqda danışıb.

Bildirib ki, 2001-ci ildə internetdə Asatryanın talışlar haqqında yazdığı arayışı oxuyub və həmin arayışda talışlar haqqında bir çox səhv məlumatların, yəni talışların işlətdikləri sözlərin bəzilərinin erməni sözü olduğunu bildirdiyini görüb.

Abbasovun sözlərinə görə, Asatryan özünü İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri kimi təqdim edib.

“Mən həmin yazıya kəskin bir cavab yazdım. Bu söhbətlər 2004-cü ildə baş verib. Həmin yazıdan sonra Asatryan mənə zəng elədi”, - deyə Abbasov ifadəsində bildirib.

Fəxrəddin Abbasov deyib ki, Asatryan onun ev telefonunun nömrəsini haradan tapdığını deməyib.

“İlk zəngində dedi ki, cavab yazımı yenicə oxuyub. Mənimlə tanış olmaq, yazdığı arayışa görə üzr istəmək üçün zəng etdiyini bildirdi. Bundan sonra mənə bir neçə dəfə zəng elədi. Bütün zənglər də onun tərəfindən İrəvandan edilirdi. Hər zəng edəndə ümumi söhbətlər edirdik.

Asatryan İran ermənisi olduğunu, valideynlərinin evdə ermənicə yox, farsca danışdıqlarını demişdi.

2005-ci ilin fevralında zəng edərək mayın 19-21 tarixlərində Ermənistanda “Beynəlxalq talışşünaslıq” konfransının keçiriləcəyini dedi. Məndən həmin konfransda talışların iştirak etmək istəyinin olub-olmamasını soruşdu. Mən ondan konfransın siyasi, yoxsa elmi xarakter daşıdığını soruşdum. Dedi ki, elmi xarakter daşıyır. Mən talış hərəkatının beynəlxalq aləmə çıxışının həmin vaxt çox zəif olduğunu, ermənilərin beynəlxalq əlaqələrindən, informasiya vasitələrindən istifadə etməyin vacibliyini nəzərə alaraq, konfransda iştirak etmək istədiyimi dedim.

Sonra konfransın proqramına daxil etməsi üçün [email protected] elektron poçt ünvanımdan [email protected] elektron poçt ünvanına “Тalış ədəbi dilinin formalaşmasının bəzi problemləri” başlığını göndərdim.

Talışların internetdə ünsiyyət qurduqları forumda məlumat verdim və konfransda kimin iştirak etmək istədiyini soruşdum. Həmin vaxt forumda olan Lənkəran rayonunun Şağlaser kənd orta məktəbində tarix müəllimi işləmiş, 1990-cı illərin əvvəllərində Rusiya Federasiyasının Yekaterinburq şəhərinə köçərək ailəsi ilə orada yaşayan Zahirəddin İbrahimov mənimlə gəlmək istədiyini dedi. Biz birlikdə İrəvana getdik.

Həmin konfransa İrandan, Avropa ölkələrindən, Gürcüstandan, Rusiyadan iştirakçılar gəlmişdi.

Konfrans 3 gün davam etdi, amma vaxt məhdudiyyəti olduğu üçün məruzə edə bilmədim. Lakin çıxışlar etdim.

Çıxışlar yalnız elmi mövzuda, yəni talışların dili, tarixi, mədəniyyəti, demoqrafiyası və sair mövzuda idi.

Konfrans bitdikdən sonra Zahirəddin İbrahimov Rusiyaya qayıtdı. Mənim pasportumda problem yarandığı üçün 3 gün İrəvan şəhərində qaldım. Sonra problem həll edilmədi və 18 gün orada qaldım”.

Fəxrəddin Abbasov həmin ərəfədə görüşlərini də davam etdirib.

O, Ermənistan Milli Elmlər Akademiyasının nümayəndələri ilə görüşüb, Ermənistanın 2 televiziya kanalına müsahibələr verib.

“Sonra İrəvan Dövlət Universitetinin Şərqşünaslıq kafedrasının dekanı Manukyan soyadlı şəxs məni və Asatryanı İrəvan şəhərində dördmərtəbəli bir imarətə apardı. Orada Samvel Andranikoviç Babayan adlı erməni generalla tanış olduq. Samvel Babayan dedi ki, Azərbaycan ordusunda xidmət edən talışlar vasitəsilə onlara ordu haqqında məlumat toplayım. Bunu edəcəyim təqdirdə talışların azadlıq hərəkatında bizə maddi dəstək verəcəklərini dedi. Amma mən həmin təklifdən imtina etdim. Həmin görüşdən sonra Moskvaya qayıtdım”, - deyə F.Ababsov ifadəsinə əlavə edib.

2005-ci ilin iyul ayında Moskvadan Bakıya gələn Fəxrəddin Abbasov 2008-ci ilin oktyabr ayınadək Binə qəsəbəsində yaşayıb.

Həmin dövrdə fərdi qaydada həyət evlərinin dam örtüklərinin vurulması ilə məşğul olub, eyni zamanda 2006-cı ilin mart ayından talışların qədim adətlərinin adı ilə bağlı olan “Şəvnışt” (Gecə qonaqlığı) qəzetini çap etdirib. Sonra Moskvaya köçərək orada yaşamağa başlayıb.

Abbasov ifadəsində 2009-cu ildən etibarən “müstəqil Talışıstan” ideyası ilə çıxışlar etməyə başladığını bildirib. O, talış xanlığının indiki Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının ərazisində yaradılmalı olduğunu öz çıxışlarında söyləyib:

“Mən talışlara müraciət edərək birləşib öz haqlarını tələb etmələri üçün çağırışlar etmişəm. Lənkəranın “Talış Respublikası”nın paytaxtı olacağını, həmin vaxt çatdıqda isə Azərbaycan adlı dövlətin olmayacağını demişəm”.

2010-cu ildən etibarən Rusiyada yaşamaq icazəsi alan Fəxrəddin Abbasov ifadəsinin davamında ermənilərlə növbəti danışığının 2015-ci ildə baş tutduğunu deyib:

“Xatırlamadığım nömrədən zəng gəldi. Mənə Asatryandan salam gətirdiyini, biznesmen olaraq tikinti işi ilə məşğul olduğunu, öz işlərinə görə Rusiyaya gəldiyini və mənimlə görüşüb tanış olmaq istədiyini bildirdi. Onu evə dəvət etdim.

Həmin şəxs özünü Aleksandr kimi təqdim etdi. Söhbətin istiqamətini talış mövzusuna yönləndirdi. Onun Ermənistan xüsusi xidmət orqanının əməkdaşı olduğunu hiss etdim. Lakin evimə qonaq gəldiyi üçün birbaşa bunu onun üzünə demədim. Ümumi söhbətdən sonra mənimlə yenə görüşmək istədiyini dedi, amma mən imtina etdim”.

F.Abbasov ifadəsinin davamında kütləvi informasiya vasitələrində yazdığı bir çox məqalələrində, eləcə də video-görüntülü çıxışlarında Dağlıq Qarabağın orada yaşayan ermənilərin torpağı olması və ermənilərə məxsus olması haqda fikirlər səsləndirdiyini də etiraf edib.

O, bu fikrini belə əsaslandırıb. Deyib ki, bu mövqeyi ilə ermənilərin talış hərəkatına dəstəyini qazanmaq istəyib:

“Bunun nəticəsi kimi ABŞ-da yaşayan erməni varlı iş adamlarından birinin İrəvanda ofis binası alaraq, orada “Talışıstan milli televiziyası”nı yaratmasına və maliyyələşdirməsinə nail oldum.

Mən də çıxışlar hazırlayıb həmin kanala göndərirdim. Televiziyanın yaradıcı və rəhbəri Asatryan idi.

Bundan əvvəl 2013-cü ildə “Talışıstanın səsi” radio kanalı fəaliyyətə başlamışdı. Radio Şuşa şəhərindəki ötürücü qurğu vasitəsilə yayımlanırdı. Bu layihənin də rəhbəri Asatryan idi. Amma həmin layihə uğurlu olmamışdı.

Radio yaradılan ərəfədə Qarnik Asatryan məni ora dəvət etdi. Amma sənədlərdə problem olduğu üçün gedə bilmədim.

2014-cü ildə Asatryan mənə zəng edərək azərbaycanlı Zabil Məhərrəmovun İrəvanda onun yanında olduğunu dedi.

Asatryan Zabil Məhərrəmovu təxminən 2013-cü ildə fəaliyyət göstərən “Zabil TV” internet televiziya kanalında işlədiyi dövrdən tanıdığını bildirdi.

Həmin ərəfədə bir neçə dəfə Zabillə görüşdük. Sonra bildim ki, Zabil həmin televiziya kanalında işləməyə başlayıb.

Kanal yeni yaradılanda məndən veriliş aparmaq üçün Azərbaycan talışı tapmağımı istədi. Mən isə özümün yaratmadığım işə qol qoymayacağımı dedim. Amma onların ikisi ilə də mütəmadi olaraq danışırdım.

Zabil 500 dollar maaş alırdı. Maaşının azlığından şikayət edirdi. Mən də Asatryana zəng edib Zabilin maaşını qaldırmasını istədim. O da maaşı 1000 dollar elədi.

Kanal işə başlayanda iki-üç dəfə rus dilində mətnlərin titrlərini talış dilinə tərcümə edilməsində Zabil Məhərrəmova kömək etmişəm. Asatryanın xahişi ilə isə cənubi Qafqaz regionunun geosiyasi prosesləri ilə bağlı analitik video-çıxışlar hazırlamışam. Çıxışlarıma görə pul almamışam”.

Abbasov ermənilərə bu və digər formada göstərdiyi dəstəyin səbəbin belə izah edib: “Məqsədim gələcəkdə dünyada yaşayan bütün ermənilərin də talış hərəkatına dəstəyini qazanmaq idi”.

Fəxrəddin Abbasov ifadəsində göstərib ki, bir müddət sonra Zabillə Asatryan arasında problemlər yaranıb:

“Zabil Qarnik Asatryan üçün başağrısı olmuşdu. Çünki Zabil teleulduz olub artıq heç nəyi bəyənmirdi. Zabil Məhərrəmova İrəvanda birotaqlı mənzil, yeməyini bişirən, paltarını yuyan dul qadın verilmişdi. Bir gün Asatryan zəng edərək Zabilin pul üçün hay-küy saldığını dedi. Bildirdi ki, Zabil oğlunun sənəd işləri üçün 2 min dollar istəyir. Zabil belə bəhanələrlə Asatryandan dəfələrlə pul alıb. Uzun müddət Zabil televiziyaya tək nəzarət etmək üçün mübarizə apardı. Deyirdi ki, kanala rəhbərliyi özü etməlidir. Bir müddət sonra Zabil dedi ki, Asatryanın yerinə elmlər namizədi, dosent Vardan Voskanyan rəhbər olub. Vardan Voskanyanla da danışığımız oldu. Mən ondan Zabilə 3 min dollar aylıq maaş verməsini istəmişdim. Mənə məlumat verəcəyini dedi. Sonra məlum oldu ki, onlar Zabili kanaldan uzaqlaşdırıblar. Zabili işə buraxmadılar, 3 gün ərzində də ölkəni tərk etməsini tələb etdilər. Zabil Moskvaya qayıtdı. Onunla görüşəndə Ermənistanın ortasında oturub ermənilərlə dava etdiyi üçün tənbeh etdim.

Zabil Məhərrəmov 10 gün mənim evimdə qaldı. Onun yeməyini bişirdim, paltarını yudum, çimizdirdim ki, sonra “qulluğumda durmadı” deməsin. Amma Zabil Feysbukda “Fəxrəddin Abbasov mənim evimi yıxdı” yazırdı. Yazırdı ki, guya Ermənistanda ona çatacaq pulu kəsib mənə verirmişlər”.

İfadəsinin davamında Abbasov İlhamə Cəfərzadə adlı aparıcı haqda da danışıb. Bildirib ki, “Talışıstan milli televiziyası”nın “türk verilişləri” redaksiyasının aparıcılarından biri olan İlhamə Cəfərzadə adlı şəxs erməni aktrisa Marietta Vartanyan olub.

“O, hicab geyinərək gözünə eynək taxıb veriliş aparırdı. Həmin kanalda heç vaxt talışlar işləməyib. Yalnız Zabil idi.

Asatryan verilişlər üçün türk tapa bilmirdi. Deyirdi ki, türk dilində, Azərbaycan dilində bilən çoxsaylı ermənilər var, amma onlar erməni ləhcəsi ilə danışdıqları üçün istəmir. Ona İrəvanda ərləri erməni olan xeyli azərbaycanlı qadının olduğunu dedim. Asatryan isə bir nəfərin olduğunu, amma çirkin olduğunu söylədi. Həmin qadının gözünə eynək taxmasını, başına da hicab bağlamasını məsləhət verdim ki, beləcə türkə oxşayacaq. Eynəklə normal intelligent insana oxşayacağını dedim. Həmin qadını İradə kimi təqdim elədi”, - deyə Abbasov söyləyib.

İfadəsinin sonunda Moskvada saxlanılması haqda danışan Fəxrəddin Abbasov bildirib ki, kirayədə yaşadığı mənzilə gələn polis əməkdaşı onun axtarışda olduğunu deyib.

Abbasov Rusiya Federasiyasının miqrasiya qanunvericiliyin tələblərini pozduğu üçün məhkəmə tərəfindən 5000 rubl cərimələnməklə ölkəni tərk etməli olması barədə qərar qəbul edilib.

Fəxrəddin Abbasov məhkəmədəki ifadəsində özünü qətiyyən təqsirli bilmədiyini deyib.
Azərbaycanda 200 məhbus azadlığa BURAXILDI - RƏSMİ
Ölkəmizdə qlobal pandemiyanın qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən zəruri qabaqlayıcı tədbirlər, o cümlədən dezinfeksiya işləri davam etdirilir.

Bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçərək, məhkum və təqsirləndirilən şəxslərin yaxınları ilə görüşləri və sovqatların ötürülməsi məhdudlaşdırılıb, bütün əməkdaşların və məhbusların sağlamlığı daim nəzarətdə saxlanılmaqla gündəlik tibbi müayinəsi, termometriyası aparılır. Hazırda onların səhhəti normaldır və heç bir ciddi xəstəlik müəyyən edilməyib.

Bu sahədə vəziyyət nazirliyin aidiyyəti məsul işçilərindən və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət monitorinq qrupu tərəfindən mütəmadi öyrənilir, habelə məhkum və həbs olunmuş şəxslərin qidalanmasına, ərzaqla təminatına, onların çeşidinə və keyfiyyətinə gündəlik nəzarət olunur.

Eyni zamanda, dövlətimizin humanizm siyasətinin təzahürü olaraq məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi diqqətdə saxlanılaraq bu məqsədlə yaradılmış nazirliyin xüsusi Komissiyası bayram günlərində də fəaliyyətini davam etdirib, video-konfrans vasitəsilə virtual qaydada keçirilən iclaslarda məhkumların işləri öyrənilib, özləri ilə söhbətlər aparılıb və qanunvericiliyin tələblərinə cavab verən şəxslər barədə materiallar dərhal məhkəməyə təqdim olunub.

Məhkumların hüquqlarının qorunması məqsədilə növbətçi hakimlər tərəfindən həmin işlərə təxirəsalınmadan baxılaraq 200 məhkum azadlığa buraxılıb.

Bayram günlərində öz ailələrinə qovuşan məhkumlar və onların yaxınları tərəfindən bu humanist institutun tətbiqi böyük sevinclə və dövlətə minnətdarlıq hissi ilə qarşılanıb. Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.

QHT rəhbəri koronavirusa yoluxduAzərbaycanın Fransadakı Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva koronavirusa yoluxub.

Bu barədə Fransada yaşayan azərbaycanlı Mirvari Fətəliyevanın özü məlumat verib.

O bildirib ki, özündə bir neçə gün əvvəl halsızlıq və mədə ağrısı hiss edib. Bundan sonra o, həyat yoldaşının baş həkim işlədiyi Parisdəki xəstəxanada test verib. Onun verdiyi testin nəticəsi müsbət çıxıb.

Hazırda M.Fətəliyevada yalnız təngnəfəslik müşahidə edilir. Hərarəti yüksək dərəcədə olmadığından həmyerlimizin səhhəti normaldır və özünü yaxşı hiss edir.

Qeyd edək ki, Fransa Avropada İtaliya, İspaniya və Almaniyadan sonra ən çox koronavirusun yayıldığı ölkədir. Son məlumata görə, bu ölkədə 25 233 adamda koronavirus aşkarlanıb. Bunlardan 3900 adam sağalıb, 1331 nəfər ölüb.

Oxu.az
ALDP əhalini ehtiyatlı olmağa çağırıbAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Skype vasitəsilə Sədr Aparatının on-line iclasını keçirib.

On-line iclasda respublikada koronavirusla bağlı yaranan vəziyyət müzakirə olunub. Bir daha qeyd olunub ki, vətəndaşlar özlərini qorumalı və #“Evdə qal” kampaniyanın qaydalarına, Qərargahın tövsiyələrinə ciddi riayət etməlidirlər. “Karantin tətbiq edilməsi bəzi vətəndaşlar tərəfindən qeyri-ciddi qəbul olunur. Onlar özünütədric etmək əvəzinə ailə üzvləri ilə birlikdə şəhəri gəzməyə çıxırlar. Bu hərəkətlə həm ailə üzvlərini, həm də digər vətəndaşları virusa yoluxma təhlükəsinə atırlar.”- Fuad Əliyev qeyd edib.

Daha sonra Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməklə bu nəcib təşəbbüsə qoşulmaq təklif olunub.
Koronanı kim və necə yaradıb? – Sensasion faktlar
Britaniyanın məşhur “Nature Medicine” yurnalının 9 noyabr 2015-ci il buraxılışında hazırda dünyanı bürüyən və qorxulu kabusa çevrilən koronovirus pandemiyası ilə bağlı sensasion faktlar öz əksini tapıb.

Axar.az xəbər verir ki, jurnal Amerika laboratoriyalarından sızan məlumatlara əsasən hələ 2015-ci ildə bəşəriyyət üçün ən təhlükəli virus üzərində işlər aparıldığını yazıb.

Sitat: “Amerikalı bioloqlar yarasalar üzərində təcrübələr aparmaqla SARS yarada bilən güclü virus xitira ediblər. Bu eksperimentlər nəticəsində alimlər koronavirusun hibrid formasını tapıb, hansı ki, insanlarda ağır respirator sindromlar olmaqla, pnevmaniya yaradır”.

İkinci maraqlı fakt da 2015-ci ilə aiddir, amma bu dəfə koronavirus barədə faktlar Rusiyanın tanınmış “Rossiyskaya qazeta” dərgisində yer alıb. Qəzet qeyd edir ki, amerikalı alimlər ABŞ hərbi-bioloji bazasında süni yolla “himer virus” yarada bilib.

“Bu ölümcül virusu zülalların səthi SHC014 ilə SARS-ın üzərində aparılan təcrübələrlə yaratmaq mümkün olub. Əsas ideya yarasaların ölçülərinin böyüdülməsi olub. Amma sonda insan hüceyrələrinə nüfuz edə bilən ölümcül virus ortaya çıxıb”.

Qeyd edək ki, hər iki faktla bağlı nüfuzlu media qurumları və yutuberlərin araşdırmaları davam edir.
Koronanı kim və necə yaradıb? – Sensasion faktlar
Əməkdar rəssam Rəşid Şerif vəfat edib
Azərbaycan Dövlət “YUĞ” Teatrının baş rəssamı, Əməkdar rəssam Rəşid Şerif (Həsənov) vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Dövlət “YUĞ” Teatrının ədəbi-hissə müdiri Elçin Cəfərov məlumat verib.

Onun sözlərinə görə, R.Şerif martın 26-da vəfat edib.

R.Şerif Yuğ teatrı yarandığı gündən bu teatrda çalışıb. Bu illər ərzində teatrda hazırlanmış 50-yə qədər tamaşaya, o cümlədən bir sıra xarici ölkələrin teatrlarında hazırlanmış tamaşalara tərtibat verib.

Allah rəhmət eləsin
Şabranın küçə və prospektləri dezinfeksiya olunurŞabran rayonunda koronavirus (COVİD-19) əleyhinə qabaqlayıcı tədbirlər həyata keçirilir.

Avrasiya.net xəbər verir ki, bu məqsədlə rayonun bütün küçə və prospektlərində dezinfeksiya işlərinə başlanılıb.

Səhər saatlarından başlayaraq şəhərin küçə və prospektləri xüsusi ayrılmış texnikalar vasitəsilə dezinfeksiya xassəli vasitələrlə yuyulub. Aparılan təxirəsalınmaz tədbirlər Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq həyata keçirilir.

Profilaktik və dezinfeksiyaedici tədbirlər gündəlik olaraq davam etdirilir. Bundan əlavə, rayonda yaradılmış operativ qərargah tərəfindən mütəmadi olaraq əhali arasında maarifləndirmə işləri aparılır.
Şabranın küçə və prospektləri dezinfeksiya olunur
Şabranın küçə və prospektləri dezinfeksiya olunur