40 GÜNLÜK KÖRPƏYƏ AÇIQ MƏKTUB
Əziz körpə balamız!

Bu gün adi gün deyil – bazar günüdür! Bu gün heç adi ay da deyil – Martdır, əziz Novruz bayramının ilk günüdür, torpağa yeni nəfəs, yeni can gələn bir gündür! Hansı ildi – onu yazmayacam! Fərq eləməz mənimçün, amma nə sən, nə də bütün dünya bu ili xatırlamaq, bu illə öyünmək istəməz. Çünkü hamı, bütün aləm məşum bir səssizlik içindədi; bəşər qorxu və kədərlə içinə qapılıb, hər səhərin açılmasını həyəcan dolu bir ümidlə gözləyir. Səninsə bundan xəbərin yoxdu, hələ dünya sənin üçün qaranlıq, həyat isə sonsuz və dərkolunmaz bir varlıqdır. Sənin sağlamlığın və gələcək həyatın da bizim həyəcan və gərginliklə dolu anlarımızın əlindədir: sən nə qədər köməksiz və məsumsan, balaca! Sən nə qədər zərif və ümidsizsən, balaca! Hələ 40 günün tamam olmamış bu gün atan, anan sənin gələcək taleyini düşünürdü, sevimli körpələrinin həyatını xilas etmək üçün o ümid dolu kədərli baxışlarını biz həkimlərə tuşlamışdı. Biz sənin ağır xəstəliyin barədə doğmalarınla danışırdıq, o körpə ürəyində olan çox mürəkkəb qüsurları müzakirə edirdik. Beyin damarlarının ətrafı da həddən artıq zədəliydi…
40 GÜNLÜK KÖRPƏYƏ AÇIQ MƏKTUB
Və…nəhayət, qərar verdik: əməliyyat olunmalısan! Təhlükəli və riskli bir qərar! Axı əməliyyatda vəya əməliyyatdan sonra reanimasiyada səni itirmək ehtimalı vardı! İnan, balaca, bu təhlükə sadəcə sənin doğulduğun ölkənin deyil, bütün dünyamızın başında dolanır. Amma əməliyyat olunmasan da, əfsuslar olsun, yaşamaq şansın heç...

Əziz balamız!

Bütün bu risklərə və ehtimallara baxmayaraq, valideyinlərinlə ortaq bir qərarımız oldu: sənin üçün əlimizdən gələn hər şeyin ən yaxşısını etmək! Nəticəsindən asılı olmadan bu dünyada və ya axirətdə sənə alnıaçıq cavab verə bilmək üçün əl sıxışdıq, həmrəy olub ortaq qərar ilə əməliyyata girdik. Ürəkdəki bütün problemlər, beyinə gedən damarların (arkus aorta, isthmus) hipoplastik olan bütün hissələri rekonstruksiya olundu. Şükürlər olsun! Əməliyyat gözlədiyimizdən və planladığımızdan da uğurlu keçdi. İndi sən reanimasıyadasan. Səssiz-səmirsiz şirin bir yuxudasan, heç nədən xəbərin yox! Sənin məsum həyatın uğrunda mübarizəmiz hələ bitməyib. Bu ağır günlərdə səni sağ qalmaq və yaşamaq uğrunda uzunmüddətli mübarizə yolu gözləyir. Bu çətin yolda sənə uğurlar arzulayırıq. Yolun açıq, ömrün uzun olsun, balaca! Sağlam və təhlükəsiz böyü, körpə balamız!
40 GÜNLÜK KÖRPƏYƏ AÇIQ MƏKTUB
Qoy sənə bir sir də açım: sənin kimi minlərlə uşaq əməliyyat etmişik. Adətən biz həkimlər çətin və təhlükəli əməliyyat aparandan sonra həyəcanla gözləyirik; gözləyirik ki, hər şey yaxşı sonluqla bitsin, daha sonra açıq məktub yazırıq. Amma biz bu dəfə tələsdik. Bilirsən niyə? Düşünürük ki, sənin o balaca dünyan ilə yanaşı bizim böyük dünyamız bu gün sabahına olan inam sınağından keçir. İnan ki, biz də ilk dəfədir duyuruq bunu! Ailən olaraq, həkimlər olaraq, böyüklərimiz və dövlət olaraq, insanlıq olaraq dünyada olan bütün problem və təlaşlara baxmayaraq, sənin üçün və gələcəyə inam üçün əlimizdən gələn hər şeyin ən yaxşısını etməyə çalışırıq.
Əmin ol ki, qalib gəlsən, biz də qazanacaq və qalib olacağıq! Biz də gələcəyimizə, açılan hər səhərimizə olan inamı və ümidi qazanacağıq, balaca! Və əmin ol ki, əgər bu həyat və ölüm savaşından qalib çıxsan, səni çox gözəl bir dünya gözləyir, balaca! Hətta ata-ananın və bizlərin yaşadığı dünyadan da gözəl bir dünya səni qucağına alacaq! Sən hələ bilmirsən ki, bu gün Covid 19 adlı təhlükəli bir canlı bizimlə mübarizəyə başlayıb. Onun sayəsində biz öz aramızda olan kin, nifrət, öldürmə hisslərimizi unutmağa başladıq; biri birimizi daha çox sevməyə başladıq. Artıq öpüşüb, biri-birimizə sarıla da bilmirik. İnan ki, sən yaşasan daha çox və daha içdən sarılacayıq biri birimizə, balaca! Səndən əvvəl dinlər, dillər, rənglər, bəzən məhəllələr belə ayırırdı bizi. İnan ki, sən yaşasan hamı səni daha çox sevəcək. Hətta dilini bilməsələr də, səni daha çox başa düşəcəklər, balaca!

Qalx ayağa, balaca, sənin qalib gəlməni istəyirik! Bilirsən niyə? Çünkü ürəyin o qədər sağlam oldu ki, mən atana demək istəyirdim ki, daha bir igid əsgərimiz savaşa hazırdır! Amma yox, sənin savaşa getmənə ehtiyac olmaz daha, balaca! Sənin zamanında artıq ölkələr biri biriylə savaşmaz! Səndən bir istəyim də var, balaca! Böyüyəndə həkim ol! Bizim kimi yox, bizdən də yaxşı həkim ol! Sənin zamanında ölkəmiz, şəhərimiz daha möhtəşəm olacaq, daha əzəmətli olacaq, balaca! Sən də elə bir vətəndaş, elə bir həkim olmalısan ki, dünyamızda heç kim heç bir şeydən heç zaman bu günkü kimi qorxmasın!

Niyə yaşamalı olduğunu anladınmı, balaca? Axı bu gün sənin ailən, sənin ölkən və sənin dünyan daha çox inanmaq, daha çox yaşamaq istəyir!..

Hörmətlə,
Sənin həkimlərin
"Xalqın sağlamlığı və rifahı Prezidentimiz üçün ən vacib bir məsələdir"Yusif Babanlı
professor

Son aylar dünya gündəmini zəbt edən koronovirus təhlükəsi ölkəmizdəndə yan keçməmişdir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Koronavirusun ölkəmizdə yayılmasının qarşısını almaqdan ötrü gördüyü qabaqlayıcı tədbirlər birmənalı olaraq hər bir azərbaycanlının sağlamlığına yönəldilmişdir. Cənab Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Yaradılmış fonda ölkə Prezidentinin bir illik əməkhaqqını ianə etməsi bir daha sübut etdi ki, xalqın sağlamlığı və rifahı Prezidentimiz üçün bu gün ən vacib bir məsələdir.

Məlumdur ki, Fondun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, səhiyyə sahəsində xüsusi rejimdə çalışan tibb işçilərinin əmək haqqına və tibb müəssisələrində infrastrukturunun daha da yaxşılaşdırılmasına yönəldiləcək. Biz də xalqımızın bu bəladan xilası naminə ölkə başçısına var gücümüzlə dəstək olmalı, bu dünyəvi problemi fəsadsız atlatmaq üçün hamılıqla sıx birləşib tövsiyələrə, göstərişlərə əməl etməliyik.
Azərbaycanda bütün iri ticarət mərkəzləri və “Mall”lar bağlandı - RƏSMİ
Koronavirus (COVİD-19) infeksiyası dünya ölkələri arasında sürətlə yayılmaqda davam etdiyindən ciddi preventiv tədbirlər tətbiq olunmaqdadır. Bu məqsədlə bir çox ölkələr arasında sərhədlər müvəqqəti bağlanıb, aviauçuşlar dayandırılıb, insanların kütləvi toplaşdığı məkanlar üzrə məhdudlaşdırıcı tədbirlər həyata keçirilib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək qlobal pandemiya elan olunan koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində bir sıra qaydalar tətbiq olunub, o cümlədən, sosial məhdudlaşdırma tədbirləri həyata keçirilir.

Bu məqsədlə kütləvi tədbirlər ləğv edilib, insanların sıx toplaşdığı sosial-mədəni obyektlərin fəaliyyəti müvəqqəti dayandırılıb, restoran və kafelərin iş rejimi qısaldılıb.

Bunlarla yanaşı, virusun geniş yayılma sürətini nəzərə alaraq insanların kütləvi toplaşdığı məkanlar üzrə əlavə tədbirlərin görülməsi zərurəti yaranıb.

Bu baxımdan nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən bir ay müddətinə dayandırılır.

İrandan ABŞ-a sərt cavab: “Siz əvvəlcə öz dərdinizə çarə tapın”İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyi dövlət televiziyası ilə xalqa müraciətində əhaliyə tibb işçilərinin və koronovirusla mübarizə üçün yaradılan operativ qərargahın tövsiyələrinə ciddi şəkildə əməl etməyə çağırıb.

Ali Rəhbər ABŞ-ın İrana yardın etmək təklifinə də toxunub. O bildirib ki, ABŞ-ın İranı iqtisadi blokadada saxlaması ilə yardım təklif etməsi bir araya sığmır.

İranın yardımdan imtina etməsinə gəlincə isə qeyd edib ki, ABŞ yardımı öz vətəndaşlarına etsin. Çünki ABŞ-da virusa yoluxanların və yardıma ehtiyacı olanların sayı İrandan daha çoxdur. Ali Rəhbər ABŞ-ın yardım təklifinə “Siz əvvəlcə öz dərdinizə çarə tapın” cavabını verərək, Ağ Ev administrasiyasını riyakarlıqda və yalan danışmaqda ittiham edib.

Qeyd edək ki, İranda koronavirusa yoluxanların sayı 21 min 638-ə, ölənlərin sayı isə 1685-ə çatıb.

İranın Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələr isə rekord həddə antibiotik istehsal ediblər. Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxanların müalicəsi üçün istifadə edilən antibiotiklər İranda istehsal olunur. Müəssisələr adi vaxtlardan fərqli olaraq 2,5 dəfə çox antibiotik istehsal edib və xəstəxanalara veriblər.

Prezident Həsən Ruhani də televiziya ilə xalqa müraciət edib. O bildirib ki, ölkədə virusa yoluxma halları azalmaqdadır və bu, İran səhiyyəsinin virusun öhdəsindən gələcəyini deməyə əsas verir. Prezident bir daha əhaliyə imkan daxilində evdən çıxmamağı tövsiyə edib. Nəzərə çatdırıb ki, hökumət bu ağır günlərdə vətəndaşlara və iş adamlarına yardım edəcək. Artıq yardım haqqında proqram hazırdır. Əhalinin aztəminatlı təbəqəsi və virusun yayılmasından zərər çəkən iş adamlarına, həmçinin kiçik şirkətlərə dövlət maddi yardım göstəriləcək.

modern.az
165 azərbaycanlı Naxçıvandan Lənkərana gətirildiAzərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” QSC Hökumətin tapşırığı əsasında dünyanın müxtəlif ölkələrindən azərbaycanlıların Vətənə qaytarılması üçün uçuşları davam etdirməkdədir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Avrasiya.net-ə bildiriblər ki, martın 21-nə keçən gecə AZAL Naxçıvandan Lənkərana xüsusi reys yerinə yetirib. Həmin reyslə Lənkərana Türkiyədən avtobuslarla Naxçıvana gəlmiş 165 Azərbaycan vətəndaşı çatdırılıb. Lənkərana enişdən sonra bütün sərnişinlər karantinə yerləşdirilib.

Mart ayının 22-də Minsk, Moskva, London və Nyu-York şəhərlərindən müvafiq reyslər həyata keçirilib və ümumilikdə, 333 vətəndaş ölkəyə gətirilib.

Bu gün Azərbaycanın 95 vətəndaşını daşıyan Yekaterinburq reysinin gəlişi gözlənilir.

Martın 23-də Moskva, Sankt-Peterburq, Kiyev, Xarkov və Lvovdan əlavə reyslərin həyata keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, ölkəyə qayıdan hər bir vətəndaşın tibbi müayinədən keçməsi və karantinə yerləşdirilməsi ilə əlaqədar həmin şəxslərin ölkəyə qaytarılması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış operativ qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.

Qeyd edək ki, mart ayının 15-dən etibarən hava yolu ilə bütün dünyadan 10 minə yaxın sərnişin Azərbaycana geri qaytarılıb.
Fransada həkim koronadan öldüFransada koronavirusa yoluxan 68 yaşlı həkim vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Fransa Səhiyyə naziri Olivye Veran verib. O bildirib ki, ölkədə ilk dəfədir ki, həkim koronavirusdan ölür.

Qeyd edək ki, Fransada 14 min 459 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 562-i həyatını itirib. Virusa yoluxanlardan 345 nəfəri isə səhiyyə işçisidir.
Elza Seyidcahan koronavirus duası OXUDU — VİDEOƏməkdar artist Elza Seyidcahanın sosial şəbəkədə maraqlı videosu yayılıb.

Videoda ifaçının koronavirusdan qorunmaq üçün dua oxuduğu görüntüləri yer alıb. Video "İnstagram" səhifələrinin birində paylaşılıb. O, bu xəstəlikdən qorunmaq üçün koronavirus qüsulu vermək lazım olduğunu bildirib.

Ətraflı videoda izləyə bilərsiz:
İtaliyadan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: tabutlarla dolu olan krematoriyalar... - VİDEO“Ruptly” video agentliyi İtaliyanın Piaçenza şəhərinin krematoriyasını ziyarət edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, krematoriyada çəkilən videonu "Telegram" kanalında "Rossiya Today"in baş redaktoru Marqarita Simonya paylaşılıb. O bildirib ki, krematoriya dazxil olan cəsədlərin sayının öhdəsindən gələ bilmir.

Baş redaktorun sözlərinə görə, krematoriya tabutlarla doludur. Orta hesabla, hər gün 25 tabut İtaliyanın bütün mərkəzi və şimalından bir müəssisəyə çatdırılır, ancaq krematoriya yalnız 12 cəsəd qəbul edə bilir. Hazırda müəssisədə bütün tabutları yerləşdirmək üçün yer yoxdur. Vidalaşma salonu müvəqqəti anbar kimi ayrılıb.

Krematoriyanın direktoru bildirib ki, yaranmış vəziyyət imkanları bərpa etmək və məkanı genişləndirmək üçün bir neçə gün səbr etməyə məcbur edəcək.

Onun sözlərinə görə, oxşar vəziyyət Milan yaxınlığında yerləşən Berqamo şəhərində də müşahidə olunur, artıq tabutların müvəqqəti saxlanması üçün yer yoxdur.

Son məlumatlara görə, İtaliyada 53,5 mindən çox insan koronavirusa yoluxub, 4,8 mindən çox insan ölüb, altı mindən çoxu sağalıb. Ölkə Çindən sonra (81,3 min nəfər) yoluxanların sayına görə ikinci yeri tutur. Dünyada isə yoluxanların sayı 300 mindən çoxdur.
Yevlaxda koronovirus əleyinə tədbirlər gücləndirilibYeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə və profilaktika tədbirləri çərçivəsində paytaxt və regionlarda dezinfeksiya tədbirləri davam etdirilir.

Yevlax Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, yeni koronavirus (COVİD - 19) infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə şəhərin kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib. Xidmətin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq Yevlaxda dezinfeksiya tədbirlərinin həyata keçirilməsi gücləndirilib.

Məlumata görə, mütəmadi olaraq şəhərin Heydər Əliyev, Nizami, Bakı prospektləri, Ceyhun Mustafayev, Füzuli, Səməd Vurğun küçələri xüsusi maddələrlə yuyulur.
Bundan başqa şəhərin Qanboy Quliyev, Cəfər Cabbarlı, Hüsü Hacıyev küçələrindəki, Nizami prospektindəki binaların ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında, məhəllələrdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər, eləcə də əhali arasında maarifləndirmə işləri aparılır.
Yevlaxda koronovirus əleyinə tədbirlər gücləndirilib