Dezinfeksiya məqsədilə paytaxt küçələri yuyulacaq
Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə gündəlik olaraq səhər saat 06:00-dan 08:00-dək, axşam saatlarında isə saat 21:00-dan 23:00-dək xüsusi kommunal texnikalar vasitəsi ilə şəhərin küçələri yuyulacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, bundan əlavə gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, lift kabinlərində, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə dezinfeksiyaedici tədbirlər aparılacaq.
ABŞ Qarabağ separatçılarına yardımı dayandırdı
Son aylarda erməni lobbi təşkilatlarının və konqresmenlərin fəal səylərinə baxmayaraq, ABŞ Qarabağ separatçılarına göstərdiyi birbaşa yardımı dayandırıb.

Ermənistan mediasında, bununla bağlı Amerika Tədqiqatları Erməni Mərkəzi məlumat yayıb.

“Tramp administrasiyası Qarabağda reallaşdırılan minalardan təmizlənmə proqramına ayrılan vəsaitin ixtisarı barədə qərar qəbul edib. Amerika Tədqiqatları Erməni Mərkəzi dəfələrlə Azərbaycan hakimiyyətinin aktiv fəaliyyəti, o cümlədən ABŞ Milli Təhlükəsizlik Şurasında öz maraqlarının təmini üçün xərclədiyi pullar barədə məlumat təqdim edib.

Məhz ABŞ Milli Təhlükəsizlik Şurası bu proqramın gələcəyini müəyyən edəcək.

Qeyd etmək lazımdır ki, ABŞ, Ermənistan istisna olmaqla, Qarabağın müstəqilliyini tanımadan ona birbaşa maddi yardım göstərən yeganə dövlət idi”, - deyə mərkəzin açıqlamasında bildirilib.
Daha bir deputat Prezidentin çağırışına qoşuldu
Avrasiya.net yazır ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Anar Məmmədov öz şəxsi facebook hesabında yazıb ki, Azərbaycan vətəndaşının təhlükəsizliyinin qorunması, rifah halı və rahatlığı Azərbaycan hökuməti üçün prioritet məsələdir.

Millət vəkili qeyd edib ki, buna görə də koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, xəstəliyin ölkədə yayılmaması üçün təxirəsalınmaz tədbirlər davam etdirilir, sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanır.

Hazırda Azərbaycan hökuməti ÜST-ün tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirmişdir.

Bu məsələdə hər kəs öz vətəndaşlıq borcunu yerinə yetirib, milli həmrəylik və təhlükəsizliyimiz naminə tətbiq olunan qaydalara anlaşıqlı, dözümlü yanaşmalı, bu virusla mübarizədə dövlətlə birgə, hər bir vətəndaş da fərdi qaydada mübarizə aparmalıdır.

Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Prezident İlham Əliyev Azərbaycanda əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Sərəncamda qeyd olunduğu kimi ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı.

#Sağlamlığımızhəmrəyliyimizdədir deyib, Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım məqsədi ilə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bir üzvü kimi aylıq maaşımın bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcəm. Uca Tanrı xalqımızı və dövlətimizi qorusun ".
ABŞ-da koronaya 22 min yoluxma, 278 ölü..
ABŞ-da koronavirusa yoluxanların sayı 22 177 nəfərə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti federal və yerli statistikaya istinadla məlumat yayıb.

Bildirilib ki, indiyə qədər 278 nəfər koronavirusdan ölüb.

Qeyd edək ki, dünən ABŞ-da koronavirusa yoluxanların sayı 15 min idi.
Rusiyada koronaya yoluxanların sayı artdı
Rusiyada 53 nəfər koronavirusa yoluxub.

Axar.az xəbər verir ki, bu barədə koronavirusla bağlı yaradılmış Operativ Qərargah məlumat yayıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 306-ya çatıb.

Məlumata görə, Rusiyanın 18 regionunda koronavirusa yoluxma halı qeydə alınıb.

Sadiq Qurbanov: "Xəstəlikdən əziyyət çəkənlərə yardımçı olmaq vətəndaşlıq və vicdan  borcumuzdur"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Prezidentin nümunəvi addımından sonra ölkənin müxtəlif müəssisələri tərəfindən adıçəkilən fonda vəsaitlərin köçürülməsi prosesi başlanıb.

Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya komitəsi də bu ağır gündə xalqa, dövlətə öz yardımını əsirgəməyib. Komitənin sədri Sadiq Qurbanov bildirib ki, sosial məsuliyyət strategiyasına uyğun olaraq, bu gün bütün heyətlə online toplantı keçirdik:

"Ölkəmizdə və bütün dünyada tüğyan edən bəlaya qarşı mübarizə çərçivəsində Cənab Prezidentimiz İlham Əliyev tərəfindən 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılan "Koronavirusla Mübarizəyə Dəstək Fondu"na əməkhaqqı vəsaitimizlə qoşulmağı qərara aldıq.

Bu günlərdə bu xəstəlikdən əziyyət çəkən bütün insanlara yardımçı olmaq bizim vətəndaşlıq və vicdan borcumuzdur".

Qeyd edək ki, koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirə bilər.

Fondun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.


"Qarabag" yaşlı insanlara könullü yardım göstərəcəkGələn həftədən etibarən Niderlandda fəaliyyət göstərən "Qarabag" İdman Klubu və DOCK tərəfindən Rotterdam şəhərində koronsvirusla əlaqədar olaraq, evlərində qalan və bayıra cıxa bilməyən yaşlı insanlara könullü yardım göstəriləcəkdir.

Onlara marketlərdən aliş-verişlərinə və ev heyvanlarının bayıra cıxarılıb gəzdirilməsinə kömək olunacaqdır.
Hazırda DOCK tərəfindən ehtiyacı olan insanların siyahısı hazırlanır. Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Elsəvər Məmmədov bildirib ki, əgər bu işdə bizə könullü dəstək vermək istəyən gəncləriə olsa, biz cox məmnun olarıq.

Vanaf volgende week gaat Qarabag Sport Club in Nederland en DOCK oudere mensen helpen die niet naar buiten kunnen door de coronavirus.Wij gaan voor ze bodschappen doen en huis dieren naar buiten uitlaten. Op dit moment is DOCK bezig met de lijst van oudere bewoners. Als de jongeren ons vrijwilligwillen helpen, kan zich melden. Dock en de ouderen zouden deze echt goed waarderen echt hier mee blij zijn
İranda məhbuslar qiyam qaldırdı: ölən və yaralanan var
İranın Loristan əyalətinin Əligudərz şəhər həbsxanasından kütləvi şəkildə qaçmaq istəyən məhkumlar qiyam qaldırıblar.

Axar.az xəbər verir ki, qiyam zamanı məhbuslarla həbsxana gözətçiləri və polislər arasında qarşıdurma yaşanıb.

Hadisə nəticəsində bir məhkumun öldüyü, birinin isə yaralandığı deyilir. Rəsmilər heç bir məhbusun qaçmağa müvəffəq olmadığını iddia ediblər.

Qeyd edək ki, martın 19-da da Loristanın Xürrəmabad bölgəsində yerləşən Parsillon həbsxanasında baş verən oxşar hadisədə 1 məhkum ölüb, 1-i yaralanıb. 23 məhbus isə cəzaçəkmə müəssisəsindən qaçıb.
Prezident bir illik maaşını Fonda bağışladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir illik əmək haqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb.

Qeyd edək ki, koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirə bilər.

Fondun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.
İlham Əliyev 3 fərman imzaladı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1379-VQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 284 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 407 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Avrasiya.net fərmanın mətnini təqdim edir:

“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1379-VQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 284 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 407 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2564) 3-cü hissəsinə “Xarici Kəşfiyyat Xidmətinə” sözlərindən sonra “, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə” sözləri əlavə edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi on beş gün müddətində:

2.1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bu Fərmanla təsdiq edilmiş Qaydanın 2.0.7-ci yarımbəndində nəzərdə tutulan operatoru seçsin;

2.2. bu Fərmanla təsdiq edilmiş Qaydanın 2.1.4-cü yarımbəndində nəzərdə tutulan müvəkkil bankı (bankları) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən etsin;

2.3. fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı maarifləndirmə (təbliğat) işi aparılmasını təmin etsin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

3.1. istehlakçı tərəfindən ödənilmiş ƏDV-nin, bu Fərmanla təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan ƏDV üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasını təmin etsin;

3.2. bu Fərmanla təsdiq edilmiş Qaydanın 5.9-cu bəndində nəzərdə tutulan rəyin formasını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin.

4. Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına tapşırılsın ki, bu Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və digər səlahiyyətli dövlət qurumlarına kömək göstərilməsini təmin etsinlər.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 793 nömrəli Fərmanının ləğv edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 793 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 589; 2016, № 8, maddə 1372) ləğv edilsin".