SON DƏQİQƏ: Şok açıqlama - Rusiya ordusu onlarla türk hərbçisini öldürdü
“Rusiya ordusu Suriyada onlarla türkiyəli hərbçini öldürdü”.

Publika.az xəbər verir ki, Türkiyənin NTV televiziyasının Vaşinqtona ezam olunmuş nümayəndəsinin sözlərinə görə, ABŞ-ın Dövlət katibi Mayk Pompeo belə açıqlama verib. Diplomatın sözlərinə görə, Suriyadakı vəziyyət Türkiyəyə ciddi təsir göstərir. “Buna görə də ABŞ Türkiyəyə əlavə hərbi yardımlar etməyi düşünür” - deyə Pompeo bildirib.

Qeyd edək ki, Suriya ordusunun İdlibə son hücumu nəticəsində 34 türkiyəli hərbçi həlak olub. Hərbi toqquşmalardan sonra Ankara və Moskvanın vasitəçiliyi ilə İdlibdə atəşkəs elan olunub.

Anar Türkeş

İspaniyada koronadan 500 nəfər öldü
İspaniyada koronavirusdan (KOVİD-19) ölənlərin sayı 500-ü ötüb.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Yeni virusa yoluxanların sayı isə artıq 11 min 178-ə çatıb.

Son rəqəmlər bu ölkədə vəziyyətin hər keçən gün ağırlaşdığını göstərir.

Qeyd edək ki, İspaniyada da nəzarət buraxılış məntəqələrinin qapadıldığı, səfər məhdudiyyətlərinin tətbiq edildiyi məlumdur.
İranda Novruz bayramı qeyd edilməyəcək
Koronavirusun geniş yayılmasını nəzərə alaraq, İran hökuməti Novruz bayramı günlərində tətil etməyəcək və adi rejimdə işləyəcək.

Axar.az xəbər verir ki, bu barədə Prezident Həsən Ruhani televiziya vasitəsilə çıxışında məlumat verib.

Prezident xalqa müraciət edərək, Novruz bayramı günlərində vətəndaşlara evdə qalmağı tövsiyə edib.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif isə sosial şəbəkə vasitəsilə dünya dövlətlərinə müraciət edib. O, dünya dövlətlərini günahsız insanların ölməsinə göz yummamağa və ABŞ-ın sanksiyalarına qarşı çıxmağa çağırıb.

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur bildirib ki, yoluxanların sayı 16 min 169 nəfər, ölənlərin sayı isə 988 nəfərə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 5389 nəfər isə sağalaraq evə buraxılıb.

İranın Gilan vilayəti koronavirusun ən çox yayıldığı bölgədir. Bu vilayətdən olan məşhur futbolçular Əli Kərimi və Cəlal Hüseyni həmyerlilərinə tibbi ləvazimatlardan ibarət yardım göndəriblər.

Bu arada Pakistanın Baş Naziri İmran Xan sanksiyaların koronavirusla mübarizədə İrana maneə olduğunu bildirib və Vaşinqtonu sanksiyaları aradan qaldırmağa çağırıb.

Qətər, Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, UNICEF də iranlı uşaqlar üçün tibbi ləvazimatlardan ibarət yardım göndərib.
Azərbaycanda daha 6 nəfər koronaya yoluxdu
Azərbaycan Respublikasında 6 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər KAbineti yanında operativ qərargah məlumat yayıb.

"Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir. Hazırda Azərbaycanda 27 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq", - deyə bildirilib.
Göyçayda kişi arvadını və oğlunu bıçaqladı
Göyçay rayonunda ailə münaqişəsi qanla nəticələnib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 17:00 radələrində rayonun Bığır kəndində qeydə alınıb. Kənd sakini, 1962-ci il təvəllüdlü Seyidov Qəfər Sadıq oğlu ailə münaqişəsi zəminindı arvadı, 1967-ci il təvəllüdlü Seyidova Dürdanə Ələddin qızı və oğlu, 1987-ci il təvəllüdlü Seyidov Qəzənfər Qəfər oğlunu bıçaqlayıb. Q.Seyidov bud, çənə və qarın, D.Seyidova isə döş qəfəsi, qol və qarın nahiyəsindən bıçaq xəsarəti ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Azay Quliyev seçicilərilə görüşünü təxirə saldıDeputat Azay Quliyev koronovirus pandemiyası ilə əlaqədar seçicilərilə görüşünü təxirə saldı

"Koronavirusla əlaqədar seçicilərimlə martın 30-na təyin olunmuş görüş təxirə salınır. Qəbula yazılan və elana əsasən görüşə gəlmək istəyən seçicilərimdən "Seçicinin e-Kabineti" vasitəsilə aşağıdakı video təlimata uyğun müraciət etmələrini xahiş edirəm". Azay Quliyev bu barədə tvitter hesabında açıqlama yayıb.
Azay Quliyev seçicilərilə görüşünü təxirə saldı
Əfqan Muxtarlı azadlığa buraxıldı
Jurnalist Əfqan Muxtarlı azadlığa çıxıb.

Report-un məlumatına görə, Suraxanı Rayon Məhkəməsində onun cəzasının qalan hissəsinin azad edilməsi ilə bağlı müraciətə baxılıb.

Məhkəmənin qərarı ilə Əfqan Muxtarlının cəzasının qalan hissəsi şərti hesab olunaraq azadlığa buraxılıb.

Qeyd edək ki, ittihama görə Ə.Muxtarlı 2017-ci il mayın 29-u saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə.Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.

Ona Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiqetmə) maddələri ilə ittiham irəli sürülüb.

Balakən Rayon Məhkəməsinin hökmü ilə Ə.Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.
Mənsimov cəza evindən açıqlama yaydı: Şərəfsiz yaşamaqdansa...
Azərbaycanlı milyarder, xeyriyyəçi, Palmali Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov bu gün İstanbul məhkəməsinin qərarı ilə həbs edilərək göndərildiyi cəza evindən vəkilləri vasitəsilə mediaya açıqlama ünvanlayıb.

Açıqlamada M.Mənsimov bir neçə aydır barəsində tərtib edilən kompramatlarla üz-üzə qaldığını bildirib:

“Məni FETÖ/PDY silahlı terror təşkilatı ilə əlaqələrdə ittiham edirlər. Bunu düzüb-qoşan şərəfsizlər 2017-ci ildə də eyni ittihamla məni vurmaq istədilər. 2017-ci ildə haqqımda başladılan istintaqda hər şeyi incələdilər və 2019-cu ildə DETÖ/PDY ilə heç bir əlaqəmin olmadığı sənədlərlə ortaya qoyularaq, haqqımda başladılan istintaqa xitam verildi.

Həyatım boyu Azərbaycan və türk xalqı üçün çalışdım. Türk milliyyətçiliyim hər şeydən öndə gəldi”, M.Mənsimov qeyd edib.

“Palmali” rəhbəri bildirib ki, bəzi neft şirkətlərinə qarşı başlatdığı və Londonda davam edən hüquqi proseslər var:

“O məhkəmə proseslərində qazanacağımı anladıqları üçün o oyunları quraraq məni çəkindirmək, qorxutmaq və məhkəmə çəkişmələrindən imtina etməyimə çalışırlar.

İş adamı olmağımı da bir yana qoyun, bir ailənin evinə səhər tezdən basqın edib, 18 yaşlı qızımın yatdığı otağına belə girməyi özlərinə rəva görürlər.

Mənim Allahdan başqa kimsədən qorxum yoxdur, bunu hər kəs bilsin. Mənə edilən, haqqımda düşmənçiliklə aparılan bu istintaq bütövlükdə əvvəlcədən qurulmuş oyundan ibarətdir. Bunu mənə edənlərin kim olduqlarını bilirəm və hamısının necə pis işlər içində olduqları sənədlərlə. bir-bir ortaya qoyulacaqdır, buna kimsənin şübhəsi olmasın.

Mənə qarşı edilən hüquqdankənar addımlara etiraz olaraq hazırda aclıq elan etmişəm, yemək yemirəm və su içmirəm, dərmanlarımı belə atmıram. Az öncə əməliyyat olunmama və hələ müalicəm davam etməsinə, doktorlarımın bu mövzuda məruzələrinə rəğmən, məni gözaltına alıb, iki gün saxladılar və indi heç bir dəlil-sübut olmadan həbs qərarı çıxarıb, cəzaçəkmə müəssisəsinə göndərirlər.

Belə çirkin bir ləkə ilə yaşamaqdansa, şərəfli bir ölümü seçib, özümü allaha təslim edirəm. Haqq və ədalət gec-tez yerini tapacaqdır. Allah hamınızın yar və yardımçısı olsun”.
Koronanın dərmanı tapıldı: Xəstələr sağalır
Avstraliya alimləri yeni tip koronavirus (Kovid-19) pandemiyasının vaksinini tapıblar.

Axar.az xəbər verir ki, bu barədə Kvinslenddəki Klinik Tədqiqat Mərkəzinin direktoru, professor Devid Paterson danışıb.

O bildirib ki, malyariya və HİV-in müalicəsində istifadə edilən iki dərmanın tərkibindəki maddələrin birləşməsi koronavirusu zərərsizləşdirib.

“Koronavirus daşıyıcısı olan xəstə həmin dərmanı qəbul edib və tamamilə sağalıb. Bu dərmanları virusun əlacı kimi qəbul etmək yanlış olmaz. Üstəlik, bu günə qədər hər hansı bir əks təsiri də görülməyib. Dərmanın 3 ay ərzində koronavirusun müalicəsində təsirli olub-olmadığını dəqiqliklə müəyyən edəcəyik”, - D.Paterson bildirib.