İŞİD ABŞ-ın xüsusi təyinatlılarını PUSQUYA SALDI: 11 ölü, 9 yaralıÖtən gün İraqda 2 amerikalı hərbçinin öldürülməsi barədə məlumat yayılmışdı.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin maraqlı detalları üzə çıxıb. Belə ki, həmin hərbçilər İraqın şimalında yerləşən Naynava vilayətinin Cabal-Mahul rayonunun Ar-Riş qəsəbəsində antiterror əməliyyatında iştirak ediblər.

İraqın şimal-qərbində dağlıq bölgədə yerləşən bu vilayət “İslam dövləti” qruplaşmasının əsas mərkəzi sayılır. Bir neçə gün önəc yerli sakinlər Cabal-Mahulun dağlıq hissəsindəki mağaralarda İŞİD üzvlərinin mövqe qurması barədə yerli komandanlığa məlumat ötürüblər.

Hərbçilər əraziyə gələn zaman pusquya düşüblər. İŞİD üzvləri öncədən mağarada partlayıcı qurğular yerləşdiriblər və hərbçilər içəri keçən zaman onları işə salıblar.

Silahlı toqquşma zamanı 9 İraq hərbçisi həlak olub, 6-sı isə yaralanıb. Onları müşaiyət edən 2 amerikalı hərbçi də partlayış və atışmanın qurbanı olub, 3-ü isə yaralanıb. Mağaranın dərinliklərində qalan amerikalı hərbçilərin cəsədlərini çıxarmaq üçün 6 saat vaxt və kran cəılb olunub.

Rəsmi Pentaqon hadisə ilə bağlı rəsmi açıqlama yaymasa da, ölənlərin və yaralananların xüsusi əməliyyatlar üzrə ixtisaslaşan elit “Delta” qrupunun üzvləri – kapitan Mozes Navas və çavuş Dieqo Ponqo olduğu vurğulanıb.

Dünya təhlükədə: ÜST koronavirusu pandemiya elan etdiÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib.

"RİA Novosti" xəbər verir ki, bu barədə qurumun baş katibi Tedros Adanom Gebreisus açıqlama verib.

Cenevrədə keçirdiyi brifinqdə Tedros Adanom Gebreisus bildirib:

"Yaxın günlər və həftələr ərzində yoluxma hallarının, ölümlərin, infeksiyanın yayılacağı ölkələrin artacağını gözləyirik. Bu baxımdan COVİD-19-un pandemiya olaraq dəyərləndirilə biləcəyi qənaətinə gəldik".

Qeyd edək ki, dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 122 235-ə çatıb. Bunların 66 993 nəfəri sağalıb, 4 391 nəfəri isə ölüb.
Azərbaycanda sahibkar özünü asdı — Atasına məxsus evə gedərək...Göyçay rayonunda intihar hadisəsi baş verib.

Avrasiya.net APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Çərəkə kəndində qeydə alınıb.

Göyçay şəhərində yaşayan 1973-cü il təvəllüdlü İsrafilov Siyavuş Kamal oğlu Çərəkə kəndinə, atasına məxsus evə gedərək özünü asaraq öldürüb. S.İsrafilov intihar edərkən onun ailə üzvləri şəhərdəki evində olub və hadisədən gec xəbər tutublar.

Uzun illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan S.İsrafilovun mal-qara ferması və yağ-pendir istehsalı sexi var. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Murad Dadaşov bəzi müğənnilərə efir qadağası qoyubXəzər TV-yə yeni rəhbər təyin olunmuş Murad Dadaşov bəzi müğənnilərə efir qadağası qoyub.

“Ölkə.Az” xəbər verir ki, bu siyahıda, son zamanlar adları qalmaqallarda hallanan müğənnilər Şəbnəm Tovuzlu, Damla, Manaf Ağayev və Mətanət Əsədovanın adı var.

Məsələ ilə bağlı əvvəl müğənni Manaf Ağayevlə əlaqə saxladıq. O, bu barədə xəbəri yeni eşitdiyini bildirib.

“Bu xəbəri yeni eşitdim, düzü hər şey yazırlar deyə inanıb, inanmamaqda qərarsız qaldım. Ancaq həqiqətən də belə bir məsələ varsa, düşünürəm ki, Murad Dadaşov işinin peşakarıdır. Onun atdığı hər bir addım doğrudur”,- deyə o, fikrini tamamlayıb.

Müğənni Mətanət Əsədova isə bu kanalın rəhbərinin qərarıdırsa, onun deməyə heç bir sözü olmadığını deyib.
“Qadağadan xəbərim var. Rəhbər özü bilər. Murad müəllim özü bilər”,- deyə bildirib. Daha sonra isə o, “Hər zaman gözəl ifalarımla çıxış edirəm, heç zaman jurnalistlər bu barədə yazmırlar, ancaq məni bu cür qalmaqallı məsələlərdə axtarırlar”,- deyə ifaçı vurğulayıb.

Daha sonra müğənni Damla ilə əlaqə yaratmağa çalışdıq. Telefona cavab verən ifaçının köməkçisi Şəhriyar isə bildirib ki, “Məsələdən xəbərimiz var, ancaq Damla xanımın işləri çox olduğuna görə, suallarınızı cavablandıra bilməyəcək. Mən də Damla xanımın əvəzinə fikir bildirə bilmərəm”.

Müğənni Şəbnəm Tovuzlu telefonlarını söndürdüyü üçün onunla əlaqə yaratmaq cəhdlərimiz alınmadı.

Qeyd edək ki, Xalq artisti Murad Dadaşov ictimaiyyət arasında bayağı adlandırılan müğənniləri tez-tez iki proqramında ( “5-də 5” və “Ay zaur”) qonaq edən aparıcı Zaur Kamala xəbərdarlıq edib. O, müğənnilər Şəbnəm Tovuzlu, Damla, Manaf Ağayev və Mətanət Əsədovaya efir qadağası qoyub.
Daha iki vətəndaşımızda koronavirus aşkarlandı
Azərbaycanın iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib.

Bildirilib ki, İran İslam Respublikasında müalicə olunduqdan sonra Azərbaycana qayıdan 1969-cu il təvəllüdlü qadının səhhətində problemlər yarandığından xəstəxanaya müraciət edib. Müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi, 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının olduğu müəyyən edilib. Eyni zamanda müayinələr zamanı həmin şəxsin koronavirus infeksiyasına yoluxduğu aşkarlanıb. Hazırda xüsusi rejimli xəstəxanaya yerləşdirlən xəstənin səhhəti orta ağır qiymətləndirilir, onun müalicəsi ilə bağlı müvafiq tədbirlər görülür.

İtaliyadan qayıdan 1997-ci il təvəllüdlü tələbədə isə yüksək bədən hərarəti müşahidə olunub, müayinə zamanı onun koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib, həmin şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyəti stabildir.

Bundan əvvəl koronavirus infeksiyasına yoluxma faktı qeydə alındıqdan sonra xüsusi rejimli xəstəxanaya yerləşdirilən 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının səhhəti stabil ağırdır. Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilir.

Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam edir, onların səhhətləri hazırda stabil normaldır.
Qalmaqallı sabiq polis rəisi vəfat etdi -FOTO
2016-cı ildə arvadının dələduzluğa görə həbs edilməsi ilə gündəmə gələn polis mayoru Mahir Əkbərov vəfat edib.

Avrasiya.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, M.Əkbərovun arvadı Leyla Əkbərova tanışlarını işə düzəltmək adı ilə onlardan 100 min manatdan çox pul almışdı. Lakin vədinə əməl edə bilməyəndə həmin adamlara saxta sənədlər təqdim etmişdi. Zərərçəkmiş tərəf isə bu işdə Binəqədi RPİ-nin Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsini tutan Mahir Əkbərovu ittiham edirdi. Bu məsələ araşdırılmağa başlayandan sonra M.Əkbərov polis orqanlarından xaric edilmişdi, arvadı Leyla Əkbərova isə 2017-ci ildə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Bir neçə ay öncə L.Əkbərova azadlığa çıxıb. Mahir Əkbərov isə dünən şəkər təzyiqinin yüksəlməsi nəticəsində vəfat edib.

M.Əkbərovun digər qardaşı Elçin Əkbərov isə uzun müddət Bakıda cəzaçəkmə müəssisəsi rəisi olub. Daha sonra Almaniyadan sığınacaq alaraq orada yaşayırdı. Ötən ilin sonunda isə mühacir alverinə görə Almaniyada saxlanılması barədə məlumatlar yayılmışdı. E.Əkbərov da qardaşının yasında iştirak edir.
İlham Əliyevdən generallarla bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

“Vətən uğrunda” medalı ilə

Hüseynov Tofiq Vaqif oğlu – general-mayor

Muradov İnqilab Heydər oğlu – general-mayor

“Hərbi xidmətlərə görə” medalı ilə

Babayev Elxan Eyyub oğlu – polkovnik-leytenant

Həsənov Ayaz Şərif oğlu – polkovnik-leytenant

Xanbabayev Vahid Qəzənfər oğlu – polkovnik-leytenant

Kazımov Elbəy Cəfər oğlu – polkovnik-leytenant

Kərimov Oqtay Nəbi oğlu – polkovnik-leytenant

Kərimov Təbriz Vidadi oğlu – polkovnik-leytenant

Məmmədov Kamil İsmət oğlu – polkovnik-leytenant

Murğuzov İlqar Bəhram oğlu – polkovnik-leytenant

Mustafayev Urfan Lətif oğlu – tibb xidməti polkovnik-leytenantı

Zeynalov Namiq Qafar oğlu – polkovnik-leytenant

Əliyev Hüseyn Ağasəf oğlu – mayor

İsmayılov Ceyhun Təbriz oğlu – mayor

Məmmədov Kamran Kamil oğlu – mayor

Quliyev Qəşəm Qalib oğlu – kapitan

Yusifov Məmməd Ələkbər oğlu – kapitan

Məmmədov Cavanşir Əlsəddar oğlu – baş gizir.
Daha iki partiya sədri PA-ya çağırıldı
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin müdiri Ədalət Vəliyevin partiya rəhbərləri görüşləri davam edir.

Avrasiya.net məlumatına görə, Ədalət Vəliyev daha iki partiyanın sədri ilə görüşüb.

Ədalət Vəliyev bu dəfə ayrı-ayrılıqda Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə və “Azərbaycan Mübarizləri” Partiyasının sədri Ağadur Müslümov ilə görüşərək müzakirələr aparıb.

Görüşdə siyasi dialoq və əməkdaşlıq perspektivləri, ictimai-siyasi vəziyyət, partiyaların ictimai-siyasi proseslərdə rolu və s. məsələlərin müzakirə edildiyi bildirilir.
Ağcabədidə 4 uşaq anası intihar edib - FotoAzərbaycanda 4 uşaq anası intihar etdi.

Avrasiya.net “Qafqazinfo”ya istinadən məlumat verir ki, hadisə rayonun Şahsevən kəndində baş verib.

Belə ki, rayon sakini 27 yaşlı 4 uşaq anası Quluyeva Günay Sahib qızı özünü yaşadığı evdə asıb.

G.Quluyevanın valideynləri qızlarının intihar etdiyini təkzib edir, onun qətlə yetirildiyini iddia edirlər.



Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.