Binəqədi qəsəbə Bələdiyyəsi şəhid və aztəminatlı ailələri ziyarət etdi - Fotolar
Bu gün Binəqədi Qəsəbə Bələdiyyəsi tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qəsəbə ərazisində yaşayan şəhid və aztəminatlı ailələr və ahıl sakinlər ziyarət olunub.

Bələdiyyə üzvləri ilk növbədə qəsəbənin müxtəlif ərazilərində təmizlik işləri həyata keçirən qadınları bayram münasibətilə təbrik ediblər.

Bələdiyyə üzvləri Yeni Azərbaycan Partiyası Binəqədi rayon Gənclər Təşkilatı ilə birgə Aprel döyüşlərində şəhid olmuş Emin Bağırov və Fəxrəddin Qurbanlının ailələrini ziyarət ediblər.
Binəqədi qəsəbə Bələdiyyəsi şəhid və aztəminatlı ailələri ziyarət etdi - Fotolar
Binəqədi Qəsəbə Bələdiyyəsinin üzvləri eyni zamanda UNEC Xeyriyyə Təşkilatının könüllüləri ilə birgə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Birinci Qarabağ savaşının şəhidləri - Rövşən Səfərov, Məsim Ələkbərov, Səyyəddin Abbasov və Rövşən İmanovun ailələri yaşayan unvanlara gedərək xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik ediblər.

Bayram münasibətilə həmçinin Binəqədi qəsəbəsində yaşayan ahıl insanlar da diqqətdən kənarda qalmayıb.

Bələdiyyə üzvləri Mədinə Zohrabova və Əminə Rzayevanın yaşadıqları ünvanlara baş çəkərək, onları təbrik ediblər.
Binəqədi qəsəbə Bələdiyyəsi şəhid və aztəminatlı ailələri ziyarət etdi - Fotolar
Binəqədi qəsəbə Bələdiyyəsi şəhid və aztəminatlı ailələri ziyarət etdi - Fotolar
Binəqədi qəsəbə Bələdiyyəsi şəhid və aztəminatlı ailələri ziyarət etdi - Fotolar
Binəqədi qəsəbə Bələdiyyəsi şəhid və aztəminatlı ailələri ziyarət etdi - Fotolar
Binəqədi qəsəbə Bələdiyyəsi şəhid və aztəminatlı ailələri ziyarət etdi - Fotolar
Binəqədi qəsəbə Bələdiyyəsi şəhid və aztəminatlı ailələri ziyarət etdi - Fotolar
Ölüm xəbəri yayılan Kral Salman üzə çıxdı
Bir qədər əvvəl ölüm xəbəri yayılan Səudiyyə Ərəbistanı Kralı Salman bin Abduləziz bu məlumatlardan sonra ilk dəfə mediada görünüb.

Axar.az xəbər verir ki, kralın fotolarını SPA xəbər agentliyi paylaşıb.

Fotonun səfirlərlə görüş əsnasında çəkildiyi bildirilib.

Qeyd edək ki, mətbuatda Kral Salmanın ölüm ayağında olması və ölməsi haqda məlumatlar yayılmışdı.
İranlılar koronavirusdan qorunmaq üçün görün nə edirlər - DƏHŞƏTLİ FACİƏ
İranın Əhvaz şəhərində etanol spirti qəbul edən 10-a qədər insan həyatını itirib. Çox sayda insan ağır xəsarətlər alıb.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, yerli sakinlər arasında etanolun koronavirusla mübarizədə olduqca effektli olduğu barədə iddialar yayılıb.

Sakinlər məhz buna görə spirt qəbul ediblər. Yerli mənbələr ölənlərin sayının artacağından narahatdır.
Qadınların aksiyası ilə bağlı DİN-dən açıqlama
Özlərini feminist adlandıran bir qrup qadının şəhərin mərkəzində, əhalinin istirahət etdiyi, çoxsaylı iaşə və ticarət mərkəzlərinin olduğu ərazidə belə bir yürüş keçirməyə cəhd göstərmələri tamamilə qanunsuz hərəkət idi.

Avrasiya.net xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

E.Zahidov bildirib ki, aksiya keçirmək üçün uyğun yer təklif edilsə də, onlar qəsdən həmin yerdən imtina edərək Fəvvarələr Meydanını seçiblər:

"Ona görə də asayiş keşikçiləri bu aksiyanı keçirməyə cəhd edənləri ərazidən uzaqlaşdırdı və bununla da ictimai asayişin pozulmasına imkan vermədi. Hətta, Fəvvarələr Meydanında bayramla əlaqədar istirahət edən, ticarət obyektlərində alış-verişə gələn insanlar da qanunsuz aksiyanın iştirakçılarına öz kəskin etirazlarını bildirirdilər.

Aksiyanın qarşısı alınarkən bir neçə nəfər saxlanıldı və izahedici söhbətlərdən sonra xəbərdarlıq edilərək sərbəst buraxıldılar".

Nazirlik rəsmisi, həmçinin qeyd edib ki, saxlanılanlar arasında qadınlar olmayıb.
İranda atışma: Naruyi öldürüldü
İranın Sistan-Bəlucistan əyalətində polis və silahlı qruplaşma üzvləri arasında atışma baş verib.

Axar.az xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Əfqanıstan-İran sərhədində baş verən insident zamanı Ceyş ül-Adl qruplaşmasının üzvü olduğu iddia edilən İlyas Naruyi öldürülüb.

Sözügedən şəxs bir neçə ay əvvəl İran hərbçilərinə qarşı sui-qəsd əmri vermişdi.

Qeyd edək ki, Ceyş ül-Adl İranda terror təşkilatı elan edilib.
İranda virusdan 194 nəfər ölübİranda koronavirusa yoluxanların sayı 6500-ü ötdü

İranda koronavirusdan ölənlərin sayı 190 nəfəri ötüb.

TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyinin və Tibbi təhsilin ictimaiyyətlə əlaqələr üzrə departamentinin rəhbəri Kiyanuş Cahanpur bildirib.

O, qeyd dib ki, ölkədə koronavirusa yoluxanların sayı 6,5 min nəfəri ötüb.

"Dünəndən koronavirusa 743 yeni yoluxma hadisəsi aşkarlanıb. Bununla da virusa yoluxanların ümumi sayı 6 566 nəfərə çatıb", - deyə Kiyanuş Cahanpur bildirib.

Nazirlik rəsmisi əlavə edib ki, virusdan 194 nəfər ölüb.

Daha əvvəl ölkədə 5 823 nəfərin virusa yoluxduğu, 145 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 100-dən çox ölkədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVİD-19 qoyub.
İtaliyada qubernator da koronavirusa yoluxdu
İtaliyanın Pyemont regionunun qubernatoru Alberto Çirio koronavirusa yoluxub.

Axar.az xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

“Mən fasiləsiz olaraq uzaqdan işləməyə davam edəcəyəm”, - Çirio bildirib.

Məlumata görə, qubernator evində karantinə alınıb və özünü yaxşı hiss edir.
Köçəryan xəstəxanaya yerləşdirildi
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan xəstəxanaya yerləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə Köçəryanın ofisinin rəhbəri Viktor Soqomonyan məlumat yayıb.

“Köçəryan təzyiqinin düşməsi səbəbindən “Nairi” tibb mərkəzinə yerləşdirilib. Hazırda həkimlər onun burada nə qədər qalacağı ilə bağlı konsilium aparırlar”, - Soqomoyan bildirib.
Verilişi bağlanan Tolik: “Tərbiyəsizliyin qurbanı oldum”
Prodüser Tarix Əliyev (Tolik) “Hər şey daxil” verilişinin bağlanmasından danışıb.

“Ölkə.Az” xəbər verir ki, o, Ruhi Əliyevanın təşəbbüsü ilə çəkilən “Ağır Romantik” filminin qala gecəsində jurnalistlərin suallarını cavablandırıb.

“Elza xanım canlı yayıma bağlanmaq istədi və mən bunu təşkil etdim. O, Mətanət Əsədovanın oxuduğu mahnıdan bir sitat gətirdi - “at ilə ulaq məsələsi”. O, “Mətanət xanım at ola-ola, özünü ulaq yerinə qoyub” ifadəsini işlətdi, bu da Mətanət xanımın xoşuna gəlmədi. Qarşılığında o da Elza Seyidcahana qarşı qeyri-etik söz istifadə etdi. Buna görə də Murad müəllim veriliş bitən kimi böyük bir iclas keçirdi. İclasda verilişin bağlanmasına qərar verildi. Əsas hər şey yaxşı bitdi. Çox xoşbəxtəm ki, mən yenə də “Xəzər” ailəsinin üzvüyəm”,- deyə Tolik bildirib.
Vilayət Eyvazov mayora vəzifə verdi
Azərbaycanın Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Eldar Həsənov Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol-nəqliyyat hadisələri üzrə inspektoru vəzifəsinə təyin edilib.

O, bundan əvvəl Sumqayıt Şəhər Polisi İdarəsinin Dövlət Yol Polisi şöbəsinin yol-nəqliyyat hadisələri üzrə inspektoru vəzifəsində çalışıb.