"Səviyyəsi, tərbiyyəsi olmayan insan...” – Deputat Tolikin verilişinin bağlanmasından danışdı
“Təkcə Tolikin deyil, o tip verilişlərin hamısı bağlanmalıdır”.

Bunu VI Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat qeyd edib ki, küçə mədəniyyətini televiziyaya gətirmək düzgün deyil: “Həmin verilişlərdə ağızlarına gələni danışırlar. Nə ədəbi dil normaları, nə əxlaq, nə də tərbiyə gözlənilir. Verilişə çıxanlar da bir-birilərinə hörmət etmirlər. Elə bilirlər, dövlət siyasəti bundan ibarətdir. Televiziyaların daxilində bədii şuralar fəaliyyət göstərir, amma bu məsələlərə nəzarət zəifdir. Pul qazanmaq istəyi o qədər güclüdür ki... Etiraf edək ki, insanlarda da maraq var, elə həvəslə baxırlar ki. İşsiz-gücsüz, qeybəti sevən adamlar həmin verilişlərə baxırlar. Bəzən görürsən, səviyyəsi, tərbiyəsi olmayan bir insan millətə öyüd-nəsihət verir. Hesab edirəm ki, belə verilişlər bağlanmalıdır. Mən o verilişlərə baxmıram, iyrənirəm.

Bu cür proqramlarla bağlı dəfələrlə Milli Məclisdə və mətbuatda çıxış etmişəm. Biz bu yolla milləti hara aparırıq? Sovet dövründə televiziyada xanım müğənni oxuyarkən yüngül rəqs etsəydi, boynu-boğazı görünsəydi, aləmi qatardılar bir-birinə... Teleməkan ictimai yerdir, nəzarət olunmalıdır”. / Pravda.az
Verilişi bağlanan Tolik danışdı - Yeni layihəmlə sizin qarşınızda olacam"Əziz dostlar, bu açıqlamanı verməklə 2 gündür medianı zəbt edən məsələyə aydınlıq gətirmək istəyirəm. Mən Xəzər TV-də 3 ilə yaxındır "Hər şey daxil" layihəsinin həm rəhbəri, həm də aparıcısıyam. Bu müddət ərzində məni sevən də, sevməyən də qəbul edib. Düzdür, insanların gözü bir şey görməyə öyrəşsə də, düşünürəm ki, dəyişmək, yenilənmək lazımdır. Gərək göz yorulmasın”.

Avrasiya.net xəbər verir ki, bu sözləri Xəzər televiziyasında yayımlanan "Hər şey daxil" verilişinin aparıcısı Tarix Əliyev "İnstaqram" səhifəsində yazıb.

Verilişinin bağlanması xəbərlərinə aydınlıq gətirən prodüser 2013-cü ildə Murad Dadaşovla birgə çəkilən fotosunu yayımlayaraq bu sözləri qeyd edib: “Xəzər TV-yə yeni gələn rəhbərim Murad Dadaşov məni bu gün deyil, dünən deyil, 10 ildir tanıyır. Mən məhz onun sayəsində 3 dəfə ölkənin ən reytinqli realiti şousu olan "Maşın" şounun iştirakçısı olmuşam. M. Dadaşovun əməyi ilə geniş kütləyə təqdim olunmuşam. O ki qaldı "Hər şey daxil"in bağlanmasına, bu son deyil. İnşallah yaxın zamanda Xəzər TV-də yeni layihəmlə sizin qarşınızda olacam. Murad Dadaşov istəsəydi, məni kanaldan uzaqlaşdıra bilərdi, amma o, potensialımı yüksək qiymətləndirərək, mənə etimad göstərir... Təşəkkür edirəm. Sonda deyim ki, məni dəstəkləyən də, dəstəkləməyən də sağ olsun. Hər kəsə uğurlar".
Kəbə ziyarətə yenidən açıldı
Kəbə ziyarət üçün yenidən müsəlamanların üzünə açılıb.

Avrasiya.net xəbər verir ki, koronavirus səbəbindən bir müddətdir ki, qapıları bağlanan müqəddəs ziyarətgah bu gündən etibarən ziyarətə açıqdır. Səudiyyə Ərəbistanının Daxili İşlər nazirliyindən bildirilmişdi ki, ziyarətgah virus təhlükəsindən dolayı yerli camaat və qonaqlara bir müddət bağlı olacaq.

Qeyd edək ki, Kəbə sonuncu dəfə 1979-cu ildə bura edilən basqınlardan dolayı qısamüddətli olaraq ibadətə bağlı elan olunub.
Ağcabədidə gənc kanalda batdı
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndi ərazisindən keçən hissəsində 1997-ci il təvəllüdlü Bayramov Muxtar Namiq oğlunun batması barədə məlumat daxil olub.

FHN-dən Avrasiya.net-ə verilən məlumaat görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.
Koronavirusa görə Azərbaycanda məktəb və universitetlərdə tətil martın 27-dək uzadıldı
Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Nazirlər Kabinetinin yanında operativ qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.



Aidiyyəti dövlət orqanları və qurumlarına təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsini təmin etmək tapşırılıb.

Yeni İcra başçısı ilk işgüzar görüşünü ağsaqqallarla keçirib - Fotolar
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov ilk işgüzar görüşünü ağsaqqallarla keçirib.

Avrasiya.net-in xəbərinə görə, İcra başçısı qeyd edib ki, ilk görüşümü sizinlə keçirməkdə istəyim sizdən xeyir-dua alıb, cənab Prezident İlham Əliyevin icra hakimiyyətinin başçısı təyin olunmağım barədə Sərəncamı, böyük etimadı sizin məsləhətlərinizlə, təkliflərinizlə layiqincə doğrultmaq, rayonumuzun daha sürətli inkişafına nail olumaqdır. Artıq mən bu potensialı İsmayıllıda görürəm. Onun reallığa çevrilməsi üçün mövcud bütün qüvvələrlə birgə çalışmağa üstünlük verirəm.
Yeni İcra başçısı ilk işgüzar görüşünü ağsaqqallarla keçirib - Fotolar
Səmimi, mehriban, hörmət və ehtiram şəraitində keçən görüşdə rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, əməkdar müəllim Şəfaqət Rəsulov, rayon Veteranlar Şurasının sədri Əlalət Babayev, pensiyaçı-müəllimlər Hacıməmməd Məmmədov, Şahmalı Salmanov, Rafiq Orucov,Tofiq Mahmudov, Ağasəfər Qafarov,Lahıcdan Hüseynağa Kamilov, İvanovka kəndindən Simirnov Qriqori Vasilyeviç, Mollaisaqlıdan İldırım Məsimov, Laçından məcburi köçkün düşüb Zərgəran kəndində müvəqqəti məskunlaşmış Ramiz Ağayev və başqa ağsaqqallar çıxış edib, təklif və istəklərini,ictimai həyatda daha fəal olacaqlarını bildiriblər. Təklif olunub ki, rayon Ağsaqqallar Şurası bütün hüquqi prosedurları keçib, ictimai qurum kimi fəaliyyətini daha da genişləndirsin.
Yeni İcra başçısı ilk işgüzar görüşünü ağsaqqallarla keçirib - Fotolar
Ağsaqqallar RİH-nin başçısı Nahid Bağırovu bu yeni məsul vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona uğurlar arzulayıblar.
Yeni İcra başçısı ilk işgüzar görüşünü ağsaqqallarla keçirib - Fotolar
Daha bir İran generalı öldürüldü İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriyadakı ali vəzifəli mənsublarından olan general Fərhad Dəbiriyan öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.

Bildirilib ki, paytaxt Dəməşqin Zeynəbiyyə bölgəsindən məsul olan Dəbiriyan ötən gecə qətlə yetirilib.

Komandanın ölümü ilə bağlı detallar açıqlanmayıb.

Qeyd edək ki, Dəbiriyan İŞİD terror təşkilatının antik Palmira şəhərini işğal etdiyi 2015-ci ildə bu şəhərin komandanı vəzifəsinə gətirilmişdi.

Xatırladaq ki, daha əvvəl SEPAH-ın "Qüds gücü" xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymani ABŞ ordusu tərəfindən öldürülmüşdü. Bu hadisədən sonra İranın bir neçə generalı qətlə yetirilmişdi.
Azərbaycan İrana 5 milyon dollar yardım etdi
Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası hökuməti tərəfindən humanitar əsaslarla İran İslam Respublikasına 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edilib.

Bu bardə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Nazirlər Kabineti tərəfindən 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan bu vəsaitin ayrılmasına dair Sərəncam qəbul olunub.

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur. COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə iki ölkənin aidiyyəti nazirlik və dövlət qurumları sıx əməkdaşlıq edir.

Azərbaycan Respublikası COVİD-19 virusuna qarşı mübarizə çərçivəsində beynəlxalq birliyin səylərini dəstəkləyir, Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlığını davam etdirir.
Baş infeksionistinin oğlu koronavirusa yoluxdu
Gürcüstanda koronavirusa yoluxanların sayı 12-yə çatıb.

Axar.az xəbər verir ki, bu məlumatı Gürcüstan Səhiyyə Nazirliyi yayıb.

Koronavirusa yoluxanların arasında Gürcüstanda Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzinin rəhbəri, baş infeksionist Amiran Qamkrelidzenin oğlu Nikoloz Qamkrelidze də yer alıb.