Azərbaycanda daha 3 nəfərdə  koronavirus aşkarlandı - RƏSMİ
Azərbaycanda daha 3 nəfərdə koronavirus aşkarlandı.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının üç vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Onlardan biri, 1938-ci il təvəllüdlü vətəndaş İrandan qayıtdıqdan bir müddət sonra səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət edib. Müayinə zamanı onda pnevmoniya müəyyən edilib, laborator analiz isə koronavirus infeksiyasına yoluxma faktını təsdiqləyib. Hazırda pasiyentin vəziyyəti kafidir.

Digər iki şəxs – 1993-cü və 1994-cü il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan tələbələr İran-Azərbaycan sərhədini keçərkən karantinə alınıb və müayinə zamanı onlarda da koronavirus infeksiyası aşkarlanıb. Onların səhhəti normaldır, hərarətləri yoxdur, vəziyyətləri kafidir.

Xüsusi rejimli xəstəxanalara yerləşdirilən hər üç pasiyentin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, operativ qərargah bundan əvvəl Azərbaycanda 6 nəfərdə koronavirus aşkarlandığını açıqlamışdı. Beləliklə, ölkədə koronavirusa yoluxmuş şəxslərin sayı 9-a çatıb.
Putin Əsədə məlumat verdi: Ərdoğanla razılaşma...
Rusiya Prezidenti Vladimir Putinlə suriyalı həmkarı Bəşər Əsədin telefon söhbəti olub.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin Ərdoğanla əldə edilən razılaşmalar barədə Əsədə məlumat verib və bildirib ki, bunların tətbiqi İdlibdə sabitliyin əldə edilməsində mühüm rol oynayacaq.

Əsəd də öz növbəsində rus-türk razılaşmasına müsbət yanaşdığını və terrorla mübarizə, Suriyanın ərazi bütövlüyünün qorunmasına yönəlik səylərinə görə Putinə təşəkkürünü çatdırıb.
“Putin mövqeyini qəflətən niyə dəyişdi, anlamadım” 12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya ilə münasibətlərimiz 5 il idi yaxşı davam edirdi. Hər kəs də bundan razı idi. Sonra sanki aramızdan qara pişik keçdi.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Putinlə görüşü barədə mediaya açıqlamasında deyib. O bildirib ki, Türkiyə Rusiya ilə münasibətlərdən həm iqtisadi, həm də siyasi mənada qazanc əldə edib:

“Əslində hazırki münasibətlərdə çox da fərqlilik yoxdur. Zaman-zaman beynəlxalq münasibətlərdə belə fikir ayrılığı ola bilər, bu normaldır. Lakin biz Rusiya ilə belə fikir ayrılıqlarının, gərginliyin olmasını istəmərik. Çünki bizim hazırda Rusiya ilə çox yaxşı planlarımız var. Müdafiə sənayesində, nüvə enerjisi ilə bağlı layihələr, Türk Axını və turizm sahəsində olan layihələr bizim üçün çox önəmlidir. Hətta biz Rusiya ilə ikitərəfli münasibətlərlə yanaşı, birlikdə üçüncü ölkələrlə olan əlaqələri də müzakirə edirik”.
İrana səhiyyə vasitələrindən ibarət yardım göndərilib
İrana səhiyyə vasitələrindən ibarət yardım göndərilib
Azərbaycanın Nizami Gəncəvi Mərkəzi koronavirus (COVID-19) epidemiyası ilə mübarizəyə dəstək məqsədilə İran İslam Respublikasına səhiyyə vasitələrindən ibarət olan dörd bağlama humanitar yardım göndərib.

Bu barədə Avrasiya.net-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.





Bu günXəbərlər
Baxış sayı: 362
Şuranın 26 qurumla birgə keçirdiyi qrant müsabiqələrinin nəticələri - SİYAHI
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 26 tərəfdaş qurumla birgə təşkil etdiyi qrant müsabiqələrinin nəticələrini açıqlayıb.

Avrasiya.net xəbər verir ki, qalib olan 423 QHT-nin siyahısı cssn.gov.az və qhtxeber.az saytlarında yerləşdirilib:

"Müsabiqə qaliblərinin nəzərinə çatdırırıq ki, Şuranın qərarına uyğun olaraq layihə sənədlərində (layihə, icra planı, xərclər smetası və s.) müvafiq düzəlişlərin aparılması və müqavilə layihəsinin razılaşdırılması selis.az saytı üzərindən e-növbə proqramı ilə icra olunacaq.

Böyük məmnuniyyətlə onu da bildirmək istəyirik ki, ilk dəfə olaraq Şura ilə QHT-lər arasında qrant müqavilələrinin bağlanması "ASAN imza" vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Şuranın qərarından narazı qalan QHT-lər martın 16-dək selis.az saytı üzərindən e-apelyasiya proqramı vasitəsi ilə müraciət edə bilər".

Avrasiya.net həmin siyahını təqdim edir:

http://www.cssn.gov.az/news.php?id=3887&lang=az
“Sabah həmişə var” dedik və birlikdə təsdiqlədikCeyhun Musaoğlu

“Sabah həmişə var” kitabını təqdim etdik. Martın 5-i həm də doğulduğum gündür. 45 yaşını da kitabın bir səhifəsinə çevirdik. Hamı orda idi, gələ bilməyənləri də olanların sırasında görürdüm.

Sabahı dünənindən açılan şeirli, musiqili, teatrlı bir gecə yaşadıq. Dostlar şərəf verdilər. Onların hər biri illərin sınağından alnı açıq, üzü ağ çıxanlardır. Həqiqətən hamı orda idi. Məhəllə dostlarım, tələbə yoldaşlarım, əsgər sirdaşlarım, həmkarlarım, deputatlarım, şairlərim, yazıçılarım... Hər birinin oxucusu, tamaşaçısı, əqidədaşıyam.
Ənənəvi olaraq, əvvəldən sona qədər kitabları imzalamaq ləzzətini heç nə ilə əvəz etmək olmaz. Sizi indi anlayıram, neçə-neçə kitabı olanlar, nə ləzzətli anlar yaşamısız, çox yaşamısız, əla yaşamısız.

Əlim qələmdə, gözüm kitabın titul vərəqində... Fikrim hər oxucuya adına layiq sözlər yazmaqdır. Yazıram, çətin olduğu üçün gecikirəm, amma yazıram.
Hələ az yazmışam, gərək hər birinizə yazdığım fikirləri təşkil edən bütün sözlər fərqli olardı. Vallah olardı, onda gərək gecə bitməzdi, onda səhər açılmazdı. Səhərə dəyməyin, qoy parlaq açsın...

Dəyərli həmkarım Nicat Dağlar tədbiri füsünkarcasına apardı. Eşidirdim, monitorlardan görürdüm, arada zala keçib, dostlarıma bolluca minnətdarlığımı bildirirdım.
Gecənin süjeti minnətdarlıq idi. Zəncirvari davam edən proses, kitabın ərsəyə gəlməsində əməyi olanlara, ardından gecəni təşkil edənlərə, gecəyə quş qanadında gələnlərin hər birinə, musiqiçilərə, aktyorlara, xidmət göstərərnlərə həzin-həzin minnətdarlıq ünvanlanırdı bütün davranışlarda.

Hələ də sizi xatırlayıram, dəyərli dostlar. Tədbirlərin təxirə salınmasının dəb halı haldığı günlərdə hər şeyin fövqünə qalxıb, kitab adlı məlhəmə inanan insanlar elə sabahı quranlardır. Boynuma alıram, təxirlər silsiləsi tərəddüdə saldı məni, ani oldu, tez çıxdım, illərin sınağından alnı açıq, üzü ağ çıxanların dostu olmaq elə səadətdir, qələbədir, özü bir əsrarəngiz gecəyə düşməkdir, hər dəfə sabahı işıqlı açılan gecəyə düşmək.
“Sabah həmişə var” dedik və birlikdə təsdiqlədik
Bax belə, səmimiyyət, inam və ancaq xoş hadisələri təsəvvürümüzdə canlandırmaqla, var olduğumuzu tarixə həkk edən bir günü qırmızı hərflərlə yazdım ömür dəftərimin onun üçün ayırdığım fəslinə.

Hələ də Aybəniz xanımın səsini eşidir, Fəxri bəyi dinləyir, Səbinə xanımın fortepiano ifasından həzz alır, Şəhriyar bəyin, Cəlil bəyin, Kənan bəyin, Rəşad bəyin, Xəyal bəyin, Aydın bəyin, Fuad bəyin, Nurəddin bəyin, Sənan bəyin, İlqar bəyin, Əyyub bəyin ruhu oxşayan fikirlərinin səslənmə ahənginə düşürəm.
Abşeron rayon İcra başçısı İradə Gülməmmədovanın imzasıyla fəxri fərmana layiq görülməyimi 45-in payına düşən qızıl hadisələrdən sayıram. Sakini olduğun rayonun təltifi başucalığıdır.

Xatırlatmağa nə qədər xoş günün varsa, bol həyat yaşamış sayılırsan. Həyatımızı bol-bol, dolu-dolu yaşayaq.
Bu da nəticə: kitab bütün virusları məhv edir.
“Sabah həmişə var” dedik və birlikdə təsdiqlədik
“Sabah həmişə var” dedik və birlikdə təsdiqlədik
“Sabah həmişə var” dedik və birlikdə təsdiqlədik
“Sabah həmişə var” dedik və birlikdə təsdiqlədik
“Sabah həmişə var” dedik və birlikdə təsdiqlədik
“Sabah həmişə var” dedik və birlikdə təsdiqlədik
“Sabah həmişə var” dedik və birlikdə təsdiqlədik
Mənim Yalançı Pəhləvanlarım
Dünən dostlarımdan ikisi mənimlə bir “YouTube” linki paylaşdı və baxmağımı məsləhət gördülər. Video dünənki yazımın qəhrəmanları olan “uğursuz xəyalpərəstlər”in mənim və tanınmış jurnalist Aidə Eyvazlının millət vəkili Cavanşir Feyziyevə atılan böhtanlara qarşı etirazımızı bildirməyimizə təşviş dolu bir reaksiyadan ibarət idi. 1 saata yaxın yalançı pəhləvana tamaşa etmək nə qədər cansıxıcı olarsa, bir o qədər ürəyim sıxıldı. 1 saata yaxın nə qədər nadan və riyakara qulaq asıb əziyyət çəkmək olarsa, bir o qədər də əziyyət çəkdim. Amma peşiman olmadım. Ən azı ona görə ki, əvvəlki yazımda bu iki virtual varlığa qoyduğum diaqnozun (şizofreniya) nə qədər dəqiq olduğuna bir daha əmin oldum.

Mən Adəm övladının yalnız təkamül etdiyi müddətcə yaşadığına inanan birisiyəm. Başqa sözlə, əgər insan bu gün dünənindən daha ağıllıdırsa, deməli yaşayır. Hər gün əvvəlki gündən daha yaxşı və vicdanlı yaşamağa çalışırsa, deməli şəxsiyyətdir. Şəxsiyyəti şəxsdən fərqləndirən əsas meyar isə onun etdiyi hərəkətlər və verdiyi qərarlarla bağlı həm cəmiyyətə, həm də özünə hesab verə bilmə qabiliyyətidir. Bu qabiliyyətdən məhrum olanlar nadandır. Ümumiyyətlə, vicdan qarşısında hesabat anlayışından uzaq olanlara isə heç insan da demək olmaz. Onlar məncə, insanabənzər məxluqlardır.

Dünən axşam internet məkanında “YouTube” üzərindən yayımlanan Reaksiya TV-də Əvəz Zeynallı və Zaur Qəriboğlunun təşkil etdikləri şou-da səsləndirdikləri sərsəm fikirlər məni yenidən bu mövzuya qayıtmağa vadar etdi. Bu insanabənzər məxluqlara baxdıqca aşağıdakı hekayəni xatırladım.

Mən bunun harasını düzəldim axı?!

Heyakə qısaca belədir: Günlərin bir günü bir gənc bir alimə Qurbanlıq haqqında cavabını tapa bilmədiyi suallarının olduğunu deyir və cavablandırmaqda alimin kömək etməsini xahiş edir. Alimin razılığından sonra gənc deyir: “Bilirik ki, uşağı olmayan Həzrəti Davud Allaha dua edib ki, ona bir qız uşağı versin, o da bu qız uşağını Allahın yolunda qurban edəcək. Sonra dua qəbul olunub və Davud peyğəmbərin qızı olub, qızın adını Ayşə qoyub. Ayşəni qurban vermək vaxtı gələndə Əzrail göydən bir keçi gətirib və Ayşənin əvəzinə bu keçini qurban etməyi deyib”. Söhbəti kənardan dinləyənlərdən biri gəncin sözün kəsib, alimə gəncin hər şeyi səhv dediyini və onu niyə düzəltmədiyini sorğu edib. Alim də “mən bunun harasını düzəldim axı?! Hər şeyi səhv deyir, Həzrəti Davud deyildi, Həzrəti İbrahim idi, qız deyildi, oğlan idi, Ayşə deyildi, İsmayıl idi, Əzrayıl deyildi, Cəbrayıl idi, keçi deyildi, qoyun idi”.

Dünən Əvəz Zeynallı və Zaur Qəriboğlunu dinlədikcə özümdə qeydlər aparmağa başladım ki, bəs bunu düz demirlər, digər bir məqamı da, başqa birini də, sonra birini də, daha sonra daha birini də və sair. Sonda yuxarıdaki hekayəni xatırlayıb, qeyd aparmaqdan vaz keçdim. Doğrudan da, axı hansı birinə reaksiya verib, hansı birini düzəldəsən.

İndi cəmi iki-üç gün öncə dediklərini inkar edirlər. Deyirlər ki, “...biz demirik ki, tibbi maskaların və spirtin qeybə çəkilməsini Cavanşir Feyziyev edib, aptekdə satıcı deyir”. Bərəkallah! Kimliyi bəlli olmayan bir aptek işçisinin sözü ilə başqa bir insana təhqir (tənqid deyil, məhz təhqir!) söyləmək nə vaxtdan söz azadlığı sayılmağa başlayıb? Mən küçədə birindən sizin haqqınızda eşitdiklərim əsasında sizə istənilən təhqiri edə, böhtanı ata və sonra bunu “söz azadlığı” donu altında müdafiə edə bilərəmmi?! – Əlbəttə, heç bir şüurlu insan bunu etməz, amma zaur Qəriboğlu və Əvəz Zeynallı edər.

Və yaxud da deyirsiz ki, “biz dedik dedik də, gərək Cavanşir Feyziyev bizimlə bir şəkildə əlaqəyə girəydi, deyəydi ki, bu belə deyil” və sair. Nadanlığın dərəcəsini görürsünüzmü? Məgər jurnalistikada belə bir qayda var? Siz harada və hansı mütəxəssisdən bu təhsili almışınız. Ümumiyyətlə, siz heç ali təhsil almısınızmı, bunu hələ araşdırmaq lazımdır. Jurnalist eşitdiyi hal və hadisə haqqında heç bir araşdırma aparmadan və faktları yoxlamadan insanlar haqqında ağlına və ağzına gələn hər yalanı və böhtanı atmalı, sonra da bu yalana, təhqirə və böhtana məruz qalan insanların sizinlə əlaqəyə çıxmalarını və özlərinə haqq qazandırmalı olduğunu düşünürsünüz? Bu dələduzluq və şantaj deyilmi?

Guya ədalətsizliklərə qarşı mübarizə apardığını iddia edən Əvəz Zeynallı və Zaur Qəbiroğlu deyirlər ki, “...bəlkə də biz səhv etmişik, zəng edib, bizə sübut edə idi ki, onun bu işlərlə heç bir əlaqəsi yoxdur”. Hüquq təhsili aldığını iddia edən Əvəz Zeynallıya və heç bir ali təhsili olmayan Zaur Qəriboğluna “yurisprudensiya” sözünü necə anladacağımı bilmirəm. Amma onların şousundan onu başa düşdüm ki, bunların nəinki hüquqi terminlərdən, hətta hələ uşaq bağçasında öyrənməli olduqları adi ədəb qaydalarından belə xəbərləri yoxdur.

Digər bir sıra ağıla və məntiqə sığmayan iddialar: “türkçü olan adamın övladlarının bahalı maşınları ola bilməz”; və ya “Cavanşir Feyziyevin varidatı bütün türk dünyasının türkçülərinin sərvətindən çoxdur”; yaxud da “məhz Cavanşir Feyziyev kimilərinə görə türk dünyası bu günə düşüb, bir araya gələ bilmir” və s. buna bənzər sayıqlamalar. Ağılsızlıqlarına güləsən, yoxsa düşdükləri hala ağlayasan, ədalətsizliklərinə etiraz edəsən, yoxsa düçar olduqları xəstəliyə görə dua edəsən, vallah bilmirəm. Millətini, milli kimliyini sevmək, türkçü kökü ilə fəxarət hissi duymaq, türk dünyasının yaxın və ya orta gələcəkdə yenidən qovuşması üçün (inşallah yaxın gələcəkdə) dəridən-qabıqdan çıxmaq üçün Cavanşir Feyziyevin və ya başqa türkçülərin mütləq səfalət içindəmi olması gərəkir? Sərvət sahibi olan insanın qəlbinin Turan məfkurəsi ilə döyünməsi mümkün deyil deyə bir qaydamı var? Deməli, siz maddi zənginliyi olan birisinin mənəvi zənginliyini qoruyub saxlaya bilməyəcəyinə dair bir aksioma ortaya qoyursunuz, eləmi? Axı belə bir qafilliyin içinə düşüb, sonra normal ağıla sahib olduğunu iddia etmək nə qədər doğrudur, Əvəz Zeynallı?! Efirdə dedin ki, sən onun kitablarını oxumamısan. Mən əminəm ki, oxusaydın belə sən nümayiş etdirdiyin ağlınla heç bir şey anlamazdın.

Bu yalançı pəhləvanlar deyirlər ki, Cavanşir Feyziyevi heç vaxt tanımayıblar. Guya hansısa aptekdə onun adını eşidiblər və dərhal onunla bağlı “siyasət meydanı” qurmaq haqqını özlərinə tanıyıblar. Sizdən fərqli olaraq onu 10 ildən çox yaxından tanıyan, şəxsiyyəti və ideyalarına görə, ölkəsi, milləti və Turançılıq idealı üçün döyünən ürəyinə görə onunla fəxr edən bir dostu olaraq mənim Cavanşir Feyziyevə edilmiş haqsızlığa qarşı öz fikirlərimi yazmaq haqqımı niyə tanımaq istəmirsiniz? Niyə saytlara zəng vurub bu yazını vermələrini tələb edirsiniz? Siz ağlınıza gələni danışmalısız və heç kim sizə cavab verməməlidir? Budurmu sizin söz azadlığı haqqında dünyagörüşünüz?

Vallah sözüm yoxdur. Amma ona görə yox ki, danışmağa sözüm qurtarıb. Mən həm ana dilimi, həm Azərbaycan dili qədər doğma saydığım Türk dilini, həm də daha bir neçə dili sərbəst danışıram, lakin bu qədər fərqli dillərdə sahib olduğum söz lügətimdə sizdəki həya yoxsulluğunu ifadə edəcək söz tapa bilmirəm. Yaradan sizi islah etsin, görünən odur ki, Yaradanın yaratdığı biz yaradılanlar bunu bacarmayacağıq.

Ümid edirəm ki, bu yazımda Zaur Qəriboğluya çox diqqət ayırmadığım üçün məndən küsməz. Çünki dünən sahibi olduğu internet televiziyasının “YouTube” kanalına baxış sayını artırmaq üçün etdiyi çağırışlardan və verilişə “su” olaraq qatılan Əvəz Zeynallını “od”a çevirmək üçün eyni sualları təkrar-təkrar verməkdən başqa ondan bir şey eşidə bilmədim. Hə, az qala unutmuşdum, bir də dünənki yazımı dərc edən mətbu orqanlarından birinin Baş redaktoruna etdiyi təhdidlərdən başqa. Dünənki verilişdə virtual qəhramanlarımız ekrandan ona-buna demokratiya dərsi keçməyə çalışsalar da, özlüklərinin demokratiya anlayışına çox uzaq olduqlarını çox açıq göstərdilər. Adamlar öz yanaşmalarını, faktiki olaraq, “ya bizimləsən, ya da bizə qarşı” prinsipi əsasında qururlar. Dolayısı ilə məqsədləri, eyni ilə xarakterləri kimi, çox bəsitdir və aydındır: qorxu psixologiyası yaratmaqla, təhdidlər yolu ilə onlardan fərqli düşünən çoxluğu neytrallığa, neytral qalanları isə onlara tərəf olan azlığa doğru sürükləmək. Orta əsrlərdən qalma makiavelizmin ən bəsit siyasi ideyalarından qaynaqlanan və müasir dünyanın demokratik dəyərləri ilə heç cür ayaqlaşmayan abdal bir yanaşma. Axı buna nə gərək var?! Gəlin, Dədəm Qorqud demişkən: “Doğru yolu görürkən, əyri yoldan gəlməyəlim”.

Son olaraq, bugün dahi siyasi xadim, AXC-nin ən görkəmli simalarından biri olan, dünyada ilk türk respublikasının qurucusu Məmməd Əmin Rəsulzadənin əbədi dünyaya köçməsindən 65 il ötür.

Dünən videonun sonunda mənim uğursuz xəyalpərəstlərim - Əvəz Zeynallı və Zaur Qəriboğlu bunu da qeyd etdilər. Əvəz bəy, madam ki, ruhu qarşısında hər zaman fəxrlə baş əyəcəyimiz şəxsiyyətin məzarı başına çox gedirsiniz və virtuallıqdan reallığa qayıdaraq onun məzarı ilə dərdləşirsiniz (əgər doğrudan da belədirsə), o zaman növbəti gedişinizdə bir dəyərli insana atdığınız böhtanın və etdiyiniz təhqirin də mühasibatlığını aparın özünüzlə. Bəlkə o uca dəyərlə dərdləşmək sizə virtuallıqdakı səhvlərinizi və real həyatdakı doğruları göstərər.

P.S. “Ən böyük türkçü mənəm” deyib videoda bağıran Əvəz bilməlidir ki, Rəsulzadə adını dilə gətirməyə heç kimin cürət etmədiyi bir vaxtda Cavanşir Feyziyevin “Bir kərə yüksələn bayraq...” məqaləsi çap olunmuşdu. Görəsən, virtual dünyanın “ən böyük türkçüsü” – yalançı pəhləvan bu məqaləni oxuyubmu? Özünün dediyi kimi, türkçü olsaydı oxumalı idi və oxumuşdusa o da bizim kimi Cavanşir Feyziyevi o vaxtdan tanımalı idi. Mənim yalançı pəhləvanlarım, şər-böhtan uydurmaqdan boş vaxtınız olarsa, məhz elə bugün Cavanşir Feyziyevin şəxsi veb-səhifəsinə girib, onun dahi insan Məmməd Əmin Rəsulzadə ilə bağlı digər yazısını - “İstiqlalımızın Bayraqdarı” yazısını da oxuyun.

Babək Ağayev
AzTV-də yeni təyinat - Foto"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətində yeni kadr təyinatı olub.

Bununla bağlı AzTV-nin sədri Rövşən Məmmədov əmr imzalayıb.

Əmrə əsasən, Xalid Əliyev AzTV-nin yeni yaradılan Beynəlxalq müxbir postları və xarici xəbərlər studiyasının direktoru təyin olunub.

Qeyd edək ki, X.Əliyev bundan əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq və Kommunikasiya Departamentinin direktoru vəzifəsində çalışıb. O, daha əvvəl uzun müddət "Lider" televiziyasında müxtəlif vəzifələrdə işləyib. (report)



Cəmil Quliyev vəzifəsindən azad olundu
Cəfər Cabbarlı adına Azərbaycan Kinostudiyasının direktoru Cəmil Quliyev vəzifəsindən azad olunub.

Avrasiya.net Apa-ya istinadən xəbər verir ki, Mədəniyyət naziri Əbülfəs Qarayev əmr imzalayıb.

Əmrə əsasən, Azərbaycan Kinostudiyasının direktoru vəzifəsinin icrası Salnamə Film Studiyasının direktoru Nazim Hüseynova həvalə olunub.

Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib.
Soros da Türkiyənin müdafiəsinə qoşuldu
Avropa Türkiyəni müdafiə etməlidir.

Axar.az xəbər verir ki, bu sözlər amerikalı milyarder Corc Sorosun “Blumberq” agentliyindəki məqaləsində yer alıb. Soros Rusiya və Əsədin dinc vətəndaşlara qarşı hücumunun qarşısını yalnız Türkiyə ordusunun aldığını bildirib.

O, Türkiyənin Avropanın dəstəyini haqq etdiyini söyləyib:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda tutduğu mövqeyi dəstəkləməliyik. Bu mövqe İdlibdə atəşkəsin əldə olunması və Suriya qaçqınlarının təhlükəsizliyini qorumaqdan ibarətdir”.

Sorosun sözlərinə görə, Rusiya Suriyadakı fəaliyyətləri ilə özünün regional və qlobal təsirini geri qaytarmaq istəyir.

O, Suriyada humanitar fəlakətin əsas günahının Rusiyanın Suriyadakı strategiyasının olduğunu bildirib.

Soros Əsədin Stalin zamanından bu yana “ən vəhşi rəhbər” olduğunu qeyd edib.