"Bütün bu naliyyətlər qüdrətli Azərbaycanın gələcək uğurları üçün güclü zəmin yaradır"Azərbaycan Respublikasının müstəqillik qazandığı ilk illərdə, iqtisadi böhranın təsiri bütün sahələrlə yanaşı idmana da təsir etmiş və idman siyasəti diqqətdən kənarda qalmışdı.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrin çiçəklənməsi dövrü başladı. Ölkədə bədən tərbiyəsi və idmana münasibət xüsusi nəzarətdə oldu. İdmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi və bununlada idman sahədə yüksəlişin bünövrəsi qoyuldu. O dövürdə olimpiya hərəkatına qoşulmaq da Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və nüfuznun artmasına səbəb oldu. Ulu öndər Heydər Əliyev idmançıların cəmiyyətdə rolunun və nüfuznun artması, özlərinə layiqli pillələrdə təmsil olunmaları üçün əlindən gələni əsirgəməmişdir.

1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. Məhz həmin ildən hər il martın ayının 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi ilə bağlı 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.

Bu gün Azərbaycanın dünyada güclü idman ölkəsi kimi öz mövqeyinin qoruyub saxlaması əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş idmana yüksək diqqət və qayğı siyasətinin Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində əldə olunur. Məhz bu uğurlu idman siyasətinin nəticəsidir ki, ölkəmiz beynəlxalq idman tədbirlərində yüksək səviyyədə təmsil olunmaqla yanaşı, öz sözünü ev sahibliyi etdiyi möhtəşəm beynəlxalq tədbirlərdə də demişdir. Bütün bu naliyyətlər qüdrətli Azərbaycanın gələcək uğurları üçün güclü zəmin yaradır.

Məndə öz növbəmdə 5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Azərbaycan idmanına tövhə vermiş hər bir idmançı başda olmaqla, bütün xalqımızı ürəkdən təbrik edirəm. Azərbaycanın güclü inkişafı naminə yeni-yeni qələbələr arzulayıram.

Yusif Babanlı
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və
İdman Akademiyasını prorektoru,
professor
Türkiyədə deputatlar arasında əlbəyaxa dava - Video
Türkiyə Böyük Millət Məclisində AKP və CHP deputatları arasında dava baş verib.

Axar.az xəbər verir ki, CHP millət vəkili Engin Özkoç TBMM-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ağır sözlərlə təhqir edib.

AKP-çilər isə Özkoçun çıxışına etirazlarını bildiriblər, daha sonra söz davası əlbəyaxa davaya çevrilib.
Ramiz Mehdiyev direktoru işdən ÇIXARDI
Martın 4-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən iclasda AMEA-nın Dendrologiya İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi ilə bağlı müvafiq qərar qəbul edilib.

Digər qərar doktorant və dissertantların AMEA-nın elmi müəssisələrinə köçürülməsi haqqında olub. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ləğv olunmuş Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin, Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun, Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin bir qrup doktorant və dissertantlarının fəlsəfə doktoru hazırlığı üzrə təhsillərini davam etdirmək üçün AMEA-nın müvafiq institutlarının doktorantura və dissertanturasına köçürülməsi ilə bağlı qərar qəbul olunub.

İclasda digər bir qərarla AMEA-da ödənişli əsaslarla fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə, habelə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün doktorantura və dissertanturada müvafiq ixtisaslar üzrə təhsil haqqının illik məbləği təsdiqlənib.


Sonda kadr məsələlərinə baxılıb. AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova vəzifəsindən azad olunub. Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinin icrası müvəqqəti olaraq MEK-in direktor müavini Elnur Hüseynova həvalə edilib.
Azay Quliyev Rufiz Qonaqovu Fəxri Fərmanla təltif efibBu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Şura üzvü və BMAM sədri, tanınmış politoloq Rufiz Qonaqovu yubileyi və səmərəli içtimai fəaliyyəti münasibəti ilə Fəxri Fərmanla təltif edib, fəaliyyətində uğurlar arzulayıb.

R. Qonaqov sosial səhifəsində başda Şura sədri Azay Quliyev olmaqla bu mükafata layiq görüldüyünə görə, hər bir Şura üzvünə dərin təşəkkürünü və minnətdarlığını bildirib.
DGK-nin sədri Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr ilə görüşüb.

DGK-dən Avrasiya.net-ə verilən məlumata görə, Səfər Mehdiyev Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, əməkdaşlığın yüksək səviyyədə olduğunu, iki ölkənin dövlət başçılarının dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.
DGK-nin sədri Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gömrük sistemində aparılan islahatlar gömrük prosedurlarının sadələşdirilməsinə, ölkənin ixrac və tranzit potensialının artmasına, şəffaflığın təmin olunmasına, beynəlxalq ticarətin asanlaşdırılmasına, gömrük işinin müasir tələblərə uyğun qurulmasına şərait yaradıb.

Səfər Mehdiyev Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsinin inkişaf etdiyini, lakin hər iki dövlətin idxal-ixrac əməliyyatlarının həcminin artırılması ilə bağlı daha böyük imkana malik olduğunu bildirib və bu imkanlardan maksimum yararlanmağın vacibliyini diqqətə çatdırıb.
DGK-nin sədri Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Səfər Mehdiyev daha sonra hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərinə toxunaraq gömrük işinin təşkili istiqamətində əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanla əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb.

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirən səfir iqtisadi-ticari, investisiya, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.

Səfir eyni zamanda, iki ölkənin gömrük orqanları arasındakı əlaqələrin daha da gücləndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının zəruriliyini bildirib. O, ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Koronavirusa qarşı #maskamkitabolsun aksiyası başladılıb
Son günlərdə dünyada və ölkəmizdə gündəm mövzuya çevrilmiş koronavirus mövzusu sosial şəbəkələrdə müxtəlif müzakirələrə səbəb olub.

Virusdan qorunmaq üçün maskalara üstünlük verənlərin sayının birdən-birə artması apteklərdə maska qıtlığı yaradıb. Bunu əczaçıların özləri də təsdiqləyir. Hətta maskalara bu qədər tələbatın olması onun qiymətindən də yan keçməyib. Maska ilə bərabər spirtlərin də qiymətləri dəyişib. Əczaçılar bildirirlər ki, tələbatın artmasına görə depolarda maskalara limit tətbiq edilib. Bir nəfərə 1-2 ədəddən artıq maska satılmır.

İslahat.az xəbər verir ki, sosial şəbəkələrdə koronavirusa qarşı #maskamkitabolsun çağırışı ilə aksiya başladılıb. "KVAN”, "Ubuntu”, "Alamo13”, "Onqaku”, "Lamartin” kitablarının müəllifi, yazıçı, təlimçi Coşqun Kərimov və "İnsan Mühəndisliyi” proqramının rəhbəri, təlimçi Rövşən Nəcəfov tərəfindən mövzuya uyğun sosial şəbəkələrdə paylaşım edilib.

Coşqun Kərimov:

"Hansı üz maskasını taxaq?

Virusların ən sevdiyi məkan immuniteti zəif olan insanın canıdır. Bizim immun sistemi zəiflədən başlıca amil stress və onun fəsadlarıdır. Stressin ana vətənində yaşayırıq. Deməli viruslar üçün münbit şərait var. Bəs indi özümüzü necə qoruyaq? Üzümüzə nə taxaq?

Qan təzyiqini, ürək döyüntüsünü, stressi və depressiyanı tənzimləmək üçün gündə 10-15 dəqiqə kitab vərəqləyin. Qarşıda gələn 15-20 gündə özünüzə 2-3 kitabdan "maska" düzəldin. Qarışdırın. Şəxsiinkişaf, ədəbiyyat, memuar və ya elmi əsər olsun. İmmuniteti çox zəif olanlar 30+ dəqiqə oxusun.

Fəsildən fəsilə keçəndə isti su için.
Xoş qiraət arzu edirəm!"

Rövşən Nəcəfov:

"Sizin üzünüzdə hansı "maska" var?

Zaman anlayışı arxamızda əqrəblərin bir-birini müşahidə etməsi kimidir. Həyat isə bizim özümüzü dərk edib, sonra tərk edəcəyimiz anların müşahidəsidir.

İnsanın orqanizmi zəif olduğu kimi, fikri də zəif ola bilir. Orqanizm zəif olanda həkimə müraciət edilir. Həkim bizə immunitetimizin gücləndirilməsi üçün tövsiyyələr verir.

Fikrimiz zəif olanda nə etməliyik? Bizi güclü edən fikrimizdə olan immunitetdir. Fikrimizin "xəstə" olmaması üçün kitabı (kitabları) üzümüzə "maska" olaraq tutmalıyıq.

Virus hər zaman immunitetimizin zəif olduğu ünvana qonaq gəlir. Fikrimizi virusdan qorumalıyıq!

Biz, #maskamkitabolsun deyirik!

Çünki...

Bilik elə bir "xəstə"likdir ki, ona yoluxmaq üçün çox çalışmaq lazımdır. Heç bir xəstəlik onun qədər dəyərli deyil. O "xəstə"liyi istəsələr də müalicə edə bilməzlər. Bəzən, cəmiyyət bu "xəstə"liyin müalicəsinə çalışır. Nəticədə, cəmiyyət özünü xəstələndirir.

Sizin "sağlam"lığınız xəstədir! "Xəstə"liyiniz sağlam deyil!

İnsanlara SEVGİ verin, SU verin!"

Qeyd edək ki, #maskamkitabolsun aksiyasının məqsədi insanları kitab oxumağa istiqamətləndirmək və şəxsi inkişafının vacib olduğunu aktuallaşdırmaqdır.
Stalinin oğurlatdırdığı azərbaycanlı milyonçu - Faktlar
Bu gün Azərbaycanın məşhur milyonçusularından olan Ağa Musa Nağıyevin (1848-1919) anım günüdür.

Kult.az Ağa Musa Nağıyevlə bağlı 9 faktı təqdim edir:

1. Sonralar məşhur milyonçuya çevrilən Musa Nağıyev saman satan kişinin övladı olub.

2. Musa Nağıyev gənc yaşlarında böyük zəhmət hesabına pul yığıb və Balaxanıda neft təbəqələri dayazda yerləşən, quyu qazdırmaq nisbətən asan olan yerdə balaca sahə alıb. Bəzən özü də fəhlələrlə birlikdə işləyib. Həmin sahədə neftin fontan vurmasından sonra varlanıb.

3. Rus çarı II Nikolay Musa Nağıyevi “Neftin kralı” adlandırıb.

4. Əzəmətli İsmailiyyə binasının, Bakı Realni məktəbinin, indiki Ağa Musa Nağıyev xəstəxanasının, Bakı su kəmərinin, uşaq sığınacağının və başqa əhəmiyyətli tikililərin inşasında onun böyük rolu olub.

5. İosif Stalin gənc ikən milyonçu Musa Nağıyevi oğurlatdırıb və ondan 100 min tələb edib. M.Nağıyev isə “10 min verə bilərəm, amma məni öldürsəniz, heç bunu da ala bilməyəcəksiniz” deyib.

6. O, çoxlu xeyriyyə işləri görməsinə baxmayaraq, xəsis kimi tanınıb.

7. Ağa Musa Nağıyev bəhai məzhəbini qəbul etmiş, İsmailiyyə binasının əsas fasadında Şeyx Bəhanın qranitdən böyük bir heykəlini qoydurmuşdu.

8. Milyonçunun sağlığında 690 milyon rubl sərvəti olduğu bildirilir.

9. Deyilənə görə, M.Nağıyevin oğlu İsmayıl ağır durumda olanda həkimlər müalicənin İsveçrədə mümkün olduğunu deyiblər. Bunun üçün isə 50 min rubl tələb olunub. Milyonçu buna razı olmayıb. Sonradan İsmayılın vəziyyətinin daha da ağırlaşdığını görüb onu İsveçrəyə göndərsə də, həyatını xilas etmək mümkün olmayıb.
Azərbaycanın İspaniyadakı fəxri - Şamo EyvazovŞamo Eyvazov 20 aprel 1992-ci ildə Neftçala rayonu Qaçaqkənd kəndində anadan olub. 2009-cu ildə Neftçala rayonunun Qaçaqkənd kəndində Nəriman Bəşirov adına tam orta məktəbi bitirib. Uzun müddətdir ki, ailəsi ilə birlikdə İspaniya Kantabriya vilayətinin Torrelaveqa şəhərində yaşayır.

8 may 2017-ci il tarixində İspaniyada keçirilmiş Muay tay idman növü üzrə çempionatın qalibi olub. Həmin çempionatda Şamo Eyvazov bütün rəqiblərinə qalib gələrək birinci pilləyə yüksəlib.

2018-ci ildə İspaniyada 70 kq çəki dərəcəsində “MMA” (Qarışıq Döyüş Sənətləri) üzrə İspaniya çempionu olub.

27 avqust 2019-cu ildə İspaniyada “Qarabağ” İdman Klubunu açıb. Olduqca vətənpərvər olan gənc Şamo Eyvazovun “Qarabağ” klubunu yaratmaqda məqsədi bu ad altında beynəlxalq yarışlara idmançılar çıxarmaq və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu sübut etməkdir.

Qeyd edək ki, Şamo Eyvazov bu günə qədər 64 döyüş keçirib. Onun 51-i Şamo Eyvazovun qələbəsi ilə başa çatıb.
Ağstafada polis maşını polisi vurdu: ölən var
Bu gün Ağstafada yerləşən Peyntbol və Atıcılıq mərkəzinin yaxınlığında, Həsənsu körpüsünün üzərində BMV markalı polis avtomobili Çevik Polis Alayının əməkdaşını vurub.

Bu barədə Axar.az-a daxil olan məlumatda bildirilir ki, Bakı-Qazax magistralında xidmət edən polis maşını hərəkətdə olan zaman avtobusdan düşən digər polis əməkdaşını vurub. Hadisə nəticəsində 1982-ci il təvəllüdlü Fərhad adlı polis əməkdaşı dünyasını dəyişib.

Məlumatı saytımıza Daxili İşlər Nazirliyi (DİN) təsdiqləyib:

“Hadisə ehtiyatsızlıq səbəbindən baş verib. Prokurorluqda bununla bağlı araşdırma aparılır”.
Nazirin nazir qızı vəzifəsindən azad edildi
Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Moskva vilayətinin mədəniyyət naziri vəzifəsindən azad olunub.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, N.Şirəliyeva yenidən Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postuna təyin edilib.

Moskva vilayətinin mədəniyyət naziri isə Xarlamova Elena Mixayılovna təyin olunub.