Rus hərbi gəmisi İstanbulda: Ağır silahlarla... - Foto
Rusiyanın hərbi gəmisi "Novoçerkassk" İstanbul boğazından keçib.

Axar.az xəbər verir ki, gəminin boğazdan keçidi zamanı əsgərlərin göyərtədə olması, ağır silahlarla təchiz olunmuş əsgərlərin isə gəminin arxasında növbə çəkməsi müşahidə edilib.

Bu gün günorta saatlarında boğazdan keçən hərbi gəmi 1.5 saat ərzində keçidi tamamlayıb və Şərqi Aralıq dənizinə istiqamət alıb.
Ermənilər təşvişdə: Ərdoğanın Qarabağla bağlı - Planı
ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Türkiyəyə səfəri erməniləri qorxuya salıb.

Avrasiya.net Teleqraf.com-a istinadən xəbər verir ki, Ermənistanda rezonans doğuran səfər Azərbaycanın işğal edilmiş bölgələrinin qaytarılması ilə bağlı müzakirələri qızışdırıb.

İşğalçı ölkənin mediası xüsusən həmsədrlərin Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşünə diqqət çəkir. Görüş zamanı Çavuşoğlunun “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir” tələbi də ermənilərin tarım çəkilən əsəblərini bir qədər də gərib.

Qarabağın öz gerçək sahibinə - Azərbaycana qaytarılacağı ehtimalı üzərində baş sındıran erməni mediası bir az da irəli gedərək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məsələni rusiyalı həmkarı ilə müzakirə etməyə hazırlaşdığını da dilə gətirir. Həmin iddiaya görə, martın 6-da Moskvaya səfər edəcək Ərdoğanın qovluğunda Qarabağla bağlı yeni planı da var.

Erməni ekspertləri isə Ərdoğanın Bakıya səfəri zamanı səsləndirdiyi fikirlərin üzərində çox dayanır. Ekspertlər xatırladır ki, Ərdoğan səfər zamanı “Qarabağ təkcə Azərbaycanın deyil, Türkiyənin də məsələsidir və bu, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll edilməlidir”, fikri təsadüf deyil.

Erməni politoloq Ayk Qabriyelyan hesab edir ki, Qarabağla bağlı yekun planını müəyyən edən Türkiyə Prezidenti indi də Vladimir Putini yola gətirməyin yollarını axtarır.

O, istisna etmir ki, İdlib məsələsi ilə bağlı Rusiyanı razı sala bilən Ərdoğan, Qarabağ məsələsində də buna nail olacaq.
Şabran idmançılarının növbəti qələbəsi - Rustavidə28-29 fevral 2020-ci il tarixlərdə Gürcüstanın Rustavi şəhərində WJF Liqasının 8-ci seriyası üzrə Beynəlxalq Çempionat keçirilib.

Avrasiya.net xəbər verir ki, çempionatda Şabran rayon idmançıları da iştirak edib.

Belə ki, Sahib Abasov MMA döyüş növü üzrə 70 kq çəki dərəcəsində kəmər uğrunda döyüşdə öz rəqibinə qalib gələrək liqanın kəmərinə sahib olub.

İntiqam Dəmirov isə BJJ (Brazilian Jiu Jitsu) idman növü üzrə 90 kq çəki dərəcəsində I yeri qazanmış və yarışın qalibi olub.
"Kino evi" ndə Leyla Bədəlbəylinin xatirəsi yad edildi
Zahiri gözəlliyin ağıl, istedad, bacarıq və insani keyfiyyətlərlə haşiyələnməsi yaradılışın mükəmməllik məqamıdır. Xalqımızın tarixində belə məqamların simaları az deyil.

Azərbaycan Kinematoqrafçılar İttifaqı Leyla Bədirbəylinin 100 illik yubileyini qeyd etməklə o məqamlardan birini bir daha canlandırdı.
"Kino evi" ndə Leyla Bədəlbəylinin xatirəsi yad edildi
İncəsənət xadimlərinin iştirak etdiyi tədbirdə sənədli filmlər rejissoru, əməkdar incəsənət xadimi Ziya Şıxlinski çıxışında vurğuladı ki, Leyla xanım gözəlliyi və sənəti ilə Azərbaycan qadınının rəmzidir.

Xalq artisti Həmidə Ömərova Leyla xanımla bağlı xatirələrini, təəssüratlarını bölüşərək dedi ki, Leyla xanımın “insan nə qədər yüksəlsə də insaniyyətliyini, sadəliyini itirməməlidir” sözü hər zaman onun yadındadır. Aktrisa Leyla xanımın davranışının mükəmməlliyindən, Kinoaktyor teatrının bədii rəhbəri olduğu dövrdə gənclərə qayğıkeş münasibətindən söz açdı.
"Kino evi" ndə Leyla Bədəlbəylinin xatirəsi yad edildi
Tanınmış teleaparıcı, əməkdar artist Nərgiz Cəlilova qeyd etdi ki, Leyla Bədirbəyli müxtəlif yaş nəslinə mənsub sənətsevərlərində rəğbət, heyranlıq və ehtiram hissi doğuran nadir sənətkarlardandır. Misal olaraq N.Cəlilova Leyla xanımın həm onun anası, həm özü və həm də qızı tərəfindən sevildiyini qeyd etdi.

Kinematoqrafçılar İttifaqının Kino Evində Rahib Azərinin təqdimatında baş tutan tədbirdə Leyla Bədirbəyliyə həsr olunmuş və tədbir iştirakçılarını biganə buraxmayan verilişi də nümayiş olundu.
"Kino evi" ndə Leyla Bədəlbəylinin xatirəsi yad edildi
İlhamə Quliyevanın ölüm səbəbi bu imiş - İlk dəfə açıqlandı"İlhamə xanım o vaxt ayaqlarını estetik əməliyyat etdirdi. Keyfiyyətsiz gel vurdular, o da ayağına çürümə verdi. Vəziyyəti ondan sonra ağırlaşdı".

Bu sözləri aparıcı Elgiz Əkbər ARB-nin "Səhər-səhər" verilişində mərhum Xalq artisti İlhamə Quliyeva haqqında danışarkən deyib.

Avrasiya.net xəbər verir ki, teleaparıcı Rövşanə Ağasəfqızı da həmkarını təsdiqləyib. O, İ.Quliyevanı xəstəxanada son ziyarətini belə xatırlayıb:

"Mən onu xəstəxanada ziyarət etdim. Ayağını açıb bir hissəsini göstərdi. Dəhşətli mənzərə idi, bütün əti çürümüşdü, sümüyü qalmışdı. Bir ayağı tamam çürümüşdü Çox dəhşətli idi, qırmızı, irinli idi".

Həmin görüntüləri təqdim edirik:
Türk ordusu inanılmazı bacardı: Əsədin itkiləri açıqlandı - RƏSMİ
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimal-qərbində gerçəkləşdirdiyi “Bahar qalxanı” əməliyyatı planlaşdırıldığı şəkildə davam edir.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

Nazir bildirib ki, bu günə qədər rejimə aid 2 döyüş təyyarəsi, 2 Silahlı Uçuş Aparatı, 8 helikopter, 135 tank, 5 hava hücumundan müdafiə sistemi, 86 top/ÇNRA, 16 tank əleyhinə top, 77 zirehli piyada döyüş maşını, 12 tank əleyhinə raket, 4 səhra topu, 44 raket atıcısı, 73, hərbi avtomobil, 24 zirehli avtomobil, 9 silah anbarı, 2 idarəetmə mərkəzi, 29 ədəd təyyarə əleyhinə raket quraşdırılmış yük maşını, 2 min 557 rejim əsgəri məhv edilib.

Bununla yanaşı, Suriya müxalifləri 3 kəndi rejim qüvvələrindən azad edib, strateji Cəbəl Zaviyə bölgəsində nəzarəti ələ keçirib.

H.Akar bildirib ki, Türkiyənin Rusiyadan yeganə tələbi öhdəliklərini yerinə yetirməsidir: “Rusiya rejimin hücumlarını dayandırması, Soçi memorandumu çərçivəsində müəyyən edilmiş sərhədlərə geri çəkilməsi üçün təsir imkanlarından istifadə edə bilər. Rusiya ilə müzakirələr davam edir. Dəfələrlə ifadə etdiyimiz kimi, Rusiya ordusu ilə qarşı-qarşıya gəlmək kimi düşüncəmiz yoxdur. Bizim tək istəyimiz Suriyada qətliama son verilməsi, radikallaşma və kütləvi məcburi miqrasiyanın qarşısının alınmasıdır. Bildiyiniz ki, 27 fevraldakı mənfur hücumlardan sonra “Bahar qalxanı” hərəkatı başlayıb”.

Qeyd edək ki, İdlibin cənubu, Həma ətrafı və Hələbin qərbində şiddətli döyüşlər davam edir.

Zümrüd
“Türkiyənin Suriyada nə işi var” deyənlərə - Cavab
Son günlər Rusiya, Türkiyə və Suriya münasibətlərində yaranmış gərginlik, İdlib yaxınlığında türk əsgərlərinin hücuma məruz qalması məsələni olduqca mürəkkəbləşdirdi. Bu məsələdə Türkiyəni müdafiə edənlər də oldu, ittiham edənlər də.

“Türkiyənin Suriyada nə işi vardı ki, bu hadisə də baş versin?” söyləyənlər də az deyil. Eyni zamanda Türkiyəni Rusiyaya inandığı və ona güvəndiyi üçün qınadılar. Bütün bunlara aydınlıq gətirmək üçün bir neçə məsələyə diqqət yetirmək və hadisələri beynəlxalq hüquqi baxımdan dəyərləndirmək lazımdır. Elmi və hüquqi əsası olmayan hər hansı yanaşma və izah hər bir halda uğursuzdur.

İlk olaraq Türkiyənin Suriyaya müdaxiləsinin hansı zərurətdən yaranmasına diqqət yetirmək lazımdır. Bəlkə bunun üçün bir zərurət olmayıb? Daha öncədən Türkiyənin Suriya ilə çox normal əlaqələri olub. Eyni zamanda Türkiyə Suriya ilə ən uzun ortaq sərhəddi bölüşür, müxtəlif coğrafi və tarixi əlaqələr də iki qonşu ölkəni bir-birinə bağlayır. Hər iki ölkənin yüksək səviyyədə iqtisadi razılaşması olub. 2009-cu ildə Türkiyə Prezidenti Abdulla Gülün Suriyaya, Bəşər Əsədin isə Ankaraya səfəri bu əlaqələri daha da genişləndirdi. 2011-ci ilin yanvar ayında Türkiyənin nüfuzlu “Hürriyyət” qəzeti Türkiyə-Suriya münasibətlərini “Yaxın Şərqdə nümunəvi tərəfdaşlıq” adlandırmışdı. Bir sözlə, Suriya Türkiyə üçün geniş iqtisadi əməkdaşlığı olan etibarlı tərəfdaş idi. Bu mənada iki ölkə arasında münasibətlərin gərginləşməsi Türkiyə üçün maraqlı deyildi. Ardıcıl olaraq bu gərginlik Əsəd rejiminə qarşı ölkədə üsyanın baş verməsindən sonra başladı və bir sözlə, diktaturanın tüğyan etdiyi bir ölkədə vətəndaş müharibəsi start götürdü. O zaman Türkiyənin baş nazir olmuş Ərdoğan Əsəd rejimini ciddi tənqid etdi və ona qarşı sanksiyaların tərəfdarı olduğunu açıq söylədi və bu, dünya ictimaiyyətinə məlumdur. Ərdoğan dedi ki, “9 il əvvəl başlayan bir dostluğumuz var idi, amma Suriya bunu qiymətləndirə bilmədi. Xəbərdarlıqlarımıza əhəmiyyət vermədi... təəssüf ki, insanları qırğına məruz qoyur, onları işgəncələrlə məhv edir... Suriya xalqının möhtəşəm müqavimətində uğur qazanacağına inanıram”.

Bir sözlə, Türkiyənin israrla qeyd etdiyi bir məqam var idi. Türkiyənin sərhədləri möhkəmləndirilməli və ərazisinə yaranan biləcək təhdid önlənməli, terror hadisələrinin qarşısı alınmalı və ən nəhayət, Suriyada qırğına məruz qalan insanların müdafiəsinə dəstək verilməlidir. Unutmaq olmaz ki, PKK məhz Suriya tərəfində dəstəklənirdi, orada kifayət qədər gücə malik idilər. Suriya 1980-90-cı illərdə PKK-ya öz torpaqlarında hərbi düşərgə salmağa və Türkiyəyə terror hücumları etməyə icazə vermişdi. Türkiyə bu təhlükənin qarşısını almaq üçün davamlı olaraq danışıqlara üstünlük versə də, bir nəticə əldə edə bilmədiyi üçün 1998-ci ildə öz sərhədində hərbi əməliyyatlara başlamışdı. Hələ bu, 1980-90-cı illərdə baş vermişdisə, kim zəmanət verə bilərdi ki, heç bir norma və sərhəd tanımayan qəddar Əsəd rejimi fürsətdən istifadə edərək, Türkiyə sərhədlərində terror dalğasını genişləndirməyəcək?!

Ərdoğanı Suriyada üsyançılara dəstək verməyə görə ittiham edən və “Türkiyə Suriyadan nə istəyir” sualını verənlərin də cavabı məhz bu olmalıdır. Türkiyə sərhədində baş verən vətəndaş müharibəsinə, bu müharibədə qırğına məruz qalan dinc əhaliyə, ərazisinə ola biləcək təhdid və terror hadisələrinə biganə qala bilməz və əli xalqının qanına bulaşmış cinayətkar Əsəd rejimi ilə əlaqələrini davam etdirə bilməzdi. Demək ki, Türkiyənin Suriyaya müdaxiləsi zərurətdən meydana gəlib. Türkiyə Əsəd rejiminə qarşı hadisələrin əvvəlində hansı mövqedə olmuşdusa, indi də həmin mövqedədir.

Əslində bir həqiqət var ki, Ankara digərlərindən fərqli olaraq o zamandan indiyə qədər ardıcıl və praktik olaraq Əsəd rejiminə qarşı çıxdı və münasibətini dəyişmədi. Reallıq budur ki, Ərdoğan münaqişənin əvvəlində söylədiyi fikirləri ardıcıl olaraq müdafiə etməklə bərabər, həm də həyata keçirir. Məsələn, Ərdoğanla eyni zamanda məsələyə münasibət bildirərək vətəndaşların hüquqlarının qorunmasının vacib olduğunu bildirən Rusiya, ABŞ prezidentləri nə hadisələrin gərgin vaxtında, nə də indi real mövqe nümayiş etdirirlər, atdıqları addım da yalnız dağıdıcılığı və terrora dəstəyi ifadə edir. Danılmaz faktdır ki, vətəndaş müharibəsinin yaratdığı qorxudan can qurtarmaq üçün Suriya əhalisi nə Rusiyaya, nə də ABŞ-a üz tutdular, üz tutsaydılar belə, onlara qapı açılmayacaqdı.

Nəhayət, Ankaranın proqnozu özünü doğrultdu, Suriyada vətəndaşların müdafiəsinə ehtiyac yarandı, mülki əhalinin Türkiyə sərhəddinə axını başladı. İdliblə eyni sərhədi bölüşən Türkiyə 3,6 milyon suriyalını qəbul etdi və onları Türkiyədə yerləşdirdi. Baxmayaraq ki, günbəgün Türkiyənin müxalifət partiyaları Ərdoğanı bu addımına görə narazılıqla qarşıladı, bir daha suriyalıların bu ölkəyə gəlmələrini istəmədiklərini bildirdilər. Hesab edirəm ki, bu məsələyə daha geniş çevrədən, Türkiyənin maraqları səviyyəsindən yanaşmaq lazımdır. Ərdoğandan daha böyük Türkiyə var, Türkiyə maraqları var. Bu baxımdan məsələni kiçildib prezidentin - bir şəxsin üzərinə yönəldərək tənqidi yanaşmaq doğru olmaz. Bəli, Türkiyənin bu mövqeyi doğrudur. Əgər Ankara Rusiyanın onun sərhədləri çərçivəsində güc nümayişinə şans, ABŞ-ın isə hər yerdə münaqişə ocaqları yaratmasına imkan versəydi, Türkiyə bu gün daha böyük təhlükələrlə üz-üzə qalacaqdı.

36 şəhid verib cavab olaraq gücünü göstərdisə, o zaman daha çox şəhid verəcəkdi və proseslərə təsir etmək gücünə malik olmayacaqdı. Necə ola bilərdi ki, demokratikləşmə uğrunda bir çox uğura imza atan Ankara, öz vətəndaşlarına zülm edən diktator rejimlə əlaqələrini davam etdirsin? Bu, Əsəd rejiminin Suriya xalqına qarşı qəddar müharibəsini ləyaqətlə təsdiqləmək demək olmazdımı?

Bu məsələyə bir qədər beynəlxalq hüquqi rakursdan baxmaq daha məqsədəuyğun olardı. Beynəlxalq hüquq normalarına görə Ankaranın mövqeyini izah etmək çox vacibdir. Normalda beynəlxalq hüququn “Humanitar müdaxilə” nəzəriyyəsi, birbaşa olmasa da, dolayı yolla rəsmi Ankaranın əməliyyatının qanuniliyini tanıyır. Daha dəqiq desək, beynəlxalq hüquqda “humanitar müdaxilə” anlayışı qəbul olunub və bundan istifadə edilib. Humanitar müdaxilənin mahiyyəti odur ki, əgər hər hansı dövlətdə diktatura rejimi tərəfindən insan hüquq və azadlıqları pozulursa, insanlar kütləvi şəkildə işgəncələrə məruz qalaraq öldürülürsə başqa dövlətlər (dövlət) hərbi güc tətbiq edərək bunun qarşısını ala bilər. Bu hərbi güc tətbiq etmədən daha yüngül formada humanitar yardım və beynəlxalq sanksiyalar formasında da baş verə bilər. Müdaxilə mütləq dövlətlərin strateji maraqlarına birbaşa təhlükə yaratmayan, əksinə humanitar məqsədlərə səbəb olan vəziyyətlərə cavab olaraq qəbul edilir.

Humanitar müdaxilə mövzusu, xüsusən NATO-nun 1999-cu ildə Kosovoya müdaxiləsindən sonra daha çox müzakirələr səbəb oldu. Bir çox hallarda dövlətlərin daxili işlərinə qarışmaq kimi dəyərləndirildi və tənqid olundu. Nəzərə alsaq ki, insan hüquqları məsələsi heç bir dövlətin daxili işi deyil (dövlətlər insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mövcud olan beynəlxlaq konvensiyalara qoşulur və onun təmin olunması sahəsində öhdəlik götürürlər. Bu halda insan hüquqlarını təmin etmək onun başlıca məqsədinə çevrilir və bu onun daxili işi ola bilməz) və tənqid bu aspektən doğru ola bilməz. Dövlətlər humanitar müdaxilə adı altında öz təcavüzkarlıq niyyətlərini reallaşdırmaları əsas tənqid mövzusu olmalıdır. Bu baxımdan humanitar müdaxiləni tam uğurlu hesab etmək olmaz. Uğurlu alınması üçün onu reallaşdıracaq universal beynəlxalq təşkilat olan BMT var. Bu BMT-nin xətti ilə həyata keçirilməlidir. BMT nizamnaməsinin 41-ci maddəsinə görə Təhlükəsizlik Şurası öz qərarlarının həyata keçirilməsi məqsədilə silahlı qüvvələrin istifadəsi ilə bağlı olmayan hansı tədbirlərin tətbiq olunması barədə qərar qəbul edə bilər və Birləşmiş Millətlərin üzvlərindən bu tədbirlərin tətbiq olunmasını tələb edə bilər. Həmin tədbirlər iqtisadi münasibətlərin və dəmiryol, dəniz, hava, poçt, teleqraf, radio və digər rabitə vasitələrinin tamamilə və ya qismən dayandınimasını və diplomatik münasibətlərin kəsilməsini özünə daxil edə bilər. 42-ci maddədə isə göstərilir ki, əgər Təhlükəsizlik Şurası hesab etsə ki, 41-ci maddədə nəzərdə tutulmuş tədbirlər kifayət olmaya bilər və ya artıq kifayət olmamışdır, o, hava, dəniz və ya quru qüvvələrinin vasitəsilə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması və ya bərpası üçün zəruri ola bilən tədbirlər görə bilər. Həmin tədbirlər Birləşmiş Millətlərin Üzvlərinin hava, dəniz və ya quru qüvvələrinin nümayişlərini, blokadasını və digər əməliyyatlarını özünə daxil edə bilər.

42-ci maddədə qeyd olunduğu kimi, bu əməliyyat bir dövlət deyil, BMT üzvlərinin hava, dəniz və ya quru qüvvələri tərəfindən həyata keçirilməlidir. Bunun üçün Təhlükəsizlik Şurasının 5 daimi üzvünün razılığı vacibdir. Məhz bu aspekti rəhbər tutaraq, rəsmi Ankaranın mövqeyini beynəlxalq hüquq normalarına və BMT-nin məqsəd və prinsiplərinə zidd hesab etməklə tənqid etmək olar. O zaman başqa sual meydana çıxır. BMT lazım olduğu təqdirdə qərar qəbul etmirsə və Türkiyə üçün real təhlükə varsa, nə üçün təhlükənin daha da yaxınlaşmasını gözləməlidir Türkiyə? Axı ABŞ və Rusiya Türkiyədən əvvəl çox pis bir təcrübənin əsasını qoydular (halbuki onlar üçün hər hansı təhlükə yox idi, ərazilərində terror olacağı mümkün deyildi, niyyətləri ancaq işğal idi). ABŞ-ın İraq, Liviya, Misir siyasəti, Rusiyanın Çeçenistan, Gürcüstan, Ukrayna və Suriya siyəsəti bunun bariz nümunəsidir. Həm ABŞ, həm də Rusiya bu əməliyyatların həyata keçirilməsini BMT Təhlükəsizlik Şurasının üzvləri ilə razılaşdırmamışdılar. Belə olan halda Türkiyə nə üçün tənqid olunmalıdır, qeyd etdiyimiz kimi, onlardan fərqli olaraq Türkiyənin buna haqqı çatır, mövqeyi ədalətlidir, hərbi əməliyyatlar onun sərhəddində aparılır. Digər tərəfədən Türkiyə NATO-nun üzvüdür, Türkiyəyə qarşı istənilən təhdidə NATO tərəfindən dərhal reaksiya verilməlidir. İdlibdə Türkiyə hərbiçilərinin hücuma məruz qalaraq öldürülməsi sükutla qarşılandı: nə Rusiya, nə də ABŞ tərəfindən açıq dəstəklənmədi, Türkiyə meydanda tək qaldı. Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda çoxları iddia etdi ki, bu, ABŞ üçün bir şans oldu ki, Türkiyəyə açıq dəstək versin və münasibətlər istiləşsin. NATO-nun üzvü olan Türkiyənin Rusiya ilə yaxınlaşması ABŞ tərəfindən çox böyük həyəcanla izlənilirdi. Bu məqamdə gözləntilər özünü doğrultmadı və ABŞ-ın mövqeyi bəlli olmadı. ABŞ-ın istəyi odur ki, Türkiyə S-400 hava hücumundan müdafiə sisteminin Rusiyadan alınmasından birbaşa imtina etsin. İki ölkənin münasibətlərinin gərginləşməsinə də səbəb olan amillərdən biri də məhz bu idi. Türkiyə isə bundan imtina etməyə hazır olduğunu bildirmədi, bu səbəbdən də ABŞ açıq mövqeyini ifadə etmədi.

Nəticə nə olacaq? Nəticənin Türkiyə üçün tam uğurlu alınması bir qədər mübahisəlidir. Nə Rusiya, nə də ABŞ regionda güclü, iqtisadi və siyasi baxımdan tam müstəqil olan Türkiyə görmək arzusunda deyil. Türkiyənin real gücə sahib olması onlardan asılı olmadan zamanın diktəsidir. Rusiyanın Türkiyəni meydanda tək qoyması (onu da hələ tam əminliklə söyləmək olmaz) həqiqət olacaqsa, bu, Türkiyə və iqtidar üçün çox ciddi bir imtahan olacaq. İndiki şəraitdə Rusiya Türkiyəni müdafiə etmir. Kremlin sözçüsü Dmitri Peskov bildirdi ki, Rusiya xaricində bütün ölkələrin əsgərləri Suriyada beynəlxalq hüquqa zidd olaraq yerləşdirilib. Rusiyanın təkbaşına verdiyi qərar nə zamandan beynəlxalq hüquq normalarına uyğun hesab olunur? Prezidentlərin Soçi görüşü Rusiyanın indiki mövqeyini inkar etmirmi? Məsələyə hansı prizmadan yanaşılsa, Türkiyənin daha çox haqlı olması görünür və onlar istəməsələr belə Türkiyə güc olaraq artıq meydandadır, mövqeyini müdafiə etməkdə qətiyyətlidir, danışıqlar üçün çəkisi olan bir tərəfdir. Bunu rusiyalı politoloqlar da bu günlərdə öz təhlillərində qeyd etdilər və Rusiya-Türkiyə əməkdaşlığının qısa bir zamanda bərpa olunacağına inandıqlarını söylədilər.

Əlövsət Allahverdiyev
Cəbhədə təxribat: Ermənilər silah-sursatı qoyub qaçdı - Foto
Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlərdən atəşkəs rejiminin mütəmadi və kobud şəkildə davamlı olaraq pozulması halları intensivləşib.

Avrasiya.net xəbər verir ki, Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğun Mətbuat mərkəzlərinin yaydığı birgə məlumatda bildirilir ki, 2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi döyüş itkiləri vermiş düşmən geri çəkilməyə məcbur olub. Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərrəd Xidmətinin əsgərinin qətlə yetirilməsi cinayətdir və bu qanlı cinayətin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir.

Hadisənin baş verdiyi sərhəd döyüş məntəqəsinin yaxınlığında düşmənin silahlı basqın zamanı istifadə etdiyi və geri qaçdığı zaman ərazidə atmaq məcburiyyətində qaldığı PK markalı pulemyot üçün 100 gülləlik lent, bir ədəd partlamamış RQ-42 əl qumbarası, 66 ədəd 7,62 mm-lik giliz, kəşfiyyat-diverisya qrupu üzvlərinin ərzaq çantası (içərisində konservlər, fərdi su ehtiyatı, çörək məmulatları) aşkar olunub.

Fakt üzrə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12, 29,120.2.4, 29,120.2.7 və 29,120.2.12-ci maddələri ilə cinayət işi başlanılaraq prosessual hərəkətlər həyata keçirilməklə düşmənin diversiya qrupunun hərbi qulluqçularımızı qəsdən öldürmək və döyüş postumuzu ələ keçirmək məqsədi ilə hücuma keçərək təxribat törətməsi müəyyən olunub və hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Düşmənin silahlı təxribatının qarşısını alarkən fərqlənmiş sərhəd-çilər Dövlət Sərhəd Xidməti rəisinin əmrləri ilə medal, qiymətli hədiyyə və fəxri fərmanlar ilə təltifləndiriliblər. Qəhrəmancasına həlak olmuş əsgər Vəliyev İbrahim Ələmşah oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınan və bu cəhdlər zamanı ciddi döyüş itkiləri verən Ermənistan Silahlı Qüvvələrinin bölmələri təmas xəttində təxribat xarakterli əməllərini davam etdirirlər. Martın 1-də DSX-nin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə dərhəd diviziyasının Qazax rayonunun Xanlıqlar və Quşçu Ayrım kəndləri yaxınlığında yerləşən sərhəd döyüş məntəqələri iri çaplı silahlardan intensiv atəşə tutulub, cavab atəşi ilə düşmənin döyüş mövqeləri susdurulub.

Ermənistan tərəfinin təmas xəttində təxribat xarakterli bütün əməllərinin qarşısının alınması və törədilmiş hər bir cinayətə görə təqsiri olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməklə cəzalandırılması üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcək
Azərbaycanda bağçalar və məktəblər bağlandı
Nazirlər Kabinetinin yanında operativ qərargahı bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.

Operativ qərargahdan Axar.az-a daxil olan məlumata görə, koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.