Ruhani Ərdoğandan sonra Putinə zəng etdi: İdlib müzakirəsi
İran Prezidenti Həsən Ruhani ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb. Məlumata görə, İranın istəyi ilə baş tutan telefon danışığında tərəflər Suriya ilə əlaqədar Astana sazişinə tamamilə əməl edilməsinin lazım olduğunu bildiriblər.

Həmçinin o da qeyd edilib ki, Putin koronavirusla bağlı mübarizədə İrana dəstək olmağa hazır olduğunu söyləyib, virusdan dünyasını dəyişənlərə görə Ruhaniyə başsağlığı verib.
İranda koronavirusa görə xəstəxananı yandırdılar - Video
İranda əhali koronavirusa yoluxmuş xəstələrin saxlanıldığı iddia edilən xəstəxananı yandırıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "Habertürk" yayıb. Məlumata görə, İranın cənubunda yerləşən Bəndər-Abbas şəhərində koronavirusa yoluxanlar xəstəxanaya gətirilib, onların eyni otaqda saxlanıldığı iddia edilib. Bundan xəbər tutan iranlıların isə xəstəxananı yandırdığı qeyd edilib.

Məsələ ilə bağlı Hörmüzqan Universiteti sözügedən xəstəxanada koronavirusa yoluxanların olmadığını bildirərək xalqa əsassız məlumatlara inanmamağı tövsiyə edib.
Bavariya mətbəxi Əliyevi heyran etdi: Restoran sahibi Bakıya gəlir?
Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirəsi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanı susdurması yaddaşlara yazıldı.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, bugünlərdə isə Almaniyanın məşhur “Bild” nəşri İlham Əliyevin Münhenə səfəri ilə bağlı maraqlı bir xəbər yayıb. Xəbərdə yazıllb ki, prezident bir neçə dəfə öz xanımı və qızı (Leyla xanım) ilə Münhendəki məşhur restoranda olub.

“Andechser am Dom” uzun illərdir ki, fəaliyyət göstərir. 2014-cü ildə restoranın sahəsini daha da böyütmək lazım gəlib.

Almaniyanın və dünyanın ən tanınmış simaları dəfələrlə bu restoranda olublar. Restoranın divarlarından onların fotoları boylanır.

“Bild” yazır ki, restoranın sahibi Sepp Krätz prezident İlham Əliyevlə görüşündən məmnun qalıb. Belə ki, Azərbaycan prezidenti Bavariya mətbəxinə məftun olub və restoranın sahibini Bakiya dəvət edib. Prezident deyib ki, Azərbaycanın paytaxtında da “Andechser am Dom” restoranının filalını görmək istərdi: “Buna görə prezident mənə dedi: 'Sepp, bizə dəstəyiniz və yeni yanaşmanız lazımdır. Paytaxtımızda “Andechser am Dom” kimi bir məkana sahib olmaq istərdik”.

Nəşr bildirir ki, restoran sahibi prezidentin təklifinə ciddi maraq göstərib və yaxın gələcəkdə Bakıya gedərək bu təklifin reallaşması üçün araşdırma aparacaq.

Onu da qeyd edək ki, “Andechser am Dom” restoranda istifadə etdiyi ərzağın önəmli hissəsini, xüsusən əti özü şəxsi təsərrüfatından götürür. Ərzağın keyfiyyəti bu restoran üçün önəmlidir. Bu restoran dadlı yeməklərini keyfiyyətli ərzaqdan hazırlamağa üstünlük verir.

“Andechser am Dom” dünya çapında tanınan restoranlardan biridir. İllik gəliri milyon dollarlarla ölçülür. Belə bir restoranın Bakıda açılması turizm biznesi üçün xüsusi önəm daşıyır.
Əsəd ordusu İdlibdən qaçır
Türkiyə ordusu Suriyada Əsəd rejiminin mövqelərinə zərbələr vurmağa davam edir.

Publika.az xəbər verir ki, Türkiyə saatı ilə 15:20-dən etibarən türk ordusu Sarakib bölgəsində Əsəd rejiminə aid hədəfləri bombalamağa başlayıb.

Əməliyyat nəticəsində bu bölgədə rejimə aid 8 tank, 4 zirehli texnika, 5 raket və 2 raket sistemi məhv edilib.

Vurulan obyektlər arasında Kurin hərbi bazası da var.

Bu gün səhər saatlarından başlayan əməliyyatlar Əsəd ordusunun çoxsaylı texnikası ilə yanaşı, 200-dən çox əsgəri də məhv edilib.

Son məlumata görə, Əsəd rejiminin qüvvələri İdlibdən qaçmağa başlayıb.

BAXCP sədri Ədalət Vəliyevlə görüşüb
Prezident Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə görüşüb.

Bu barədə BAXCP-nin mətbuat xidmətinə Qüdrət Həsənquliyev məlumat verib.
BAXCP sədri görüşdə siyasi partiyaların ölkənin ictimai-siyasi həyatındakı yeri və rolu ilə bağlı fikir mübadiləsi aparıldığını bildirib.
İranda beş deputat koronavirusa yoluxub
İran parlamentinin beş deputatı koronavirusa yoluxub.

Bunu İran parlamenti Rəyasət Heyətinin nümayəndəsi Əsədulla Abbasi deyib.

O, bu gün vəfat etmiş deputatın bu virusdan öldüyünü təsdiq edib.

Ə.Abbasi bildirib ki, parlament koronavirusla bağlı vəziyyəti öyrənmək üçün qrup yaradıb. Bu vəziyyət Koronavirusla mübarizə Milli Komitəsi ilə müzakirə olunacaq.

Qeyd edək ki, İranda yayılan yeni koronavirus nəticəsində indiyədək 43 nəfər dünyasını dəyişib, 593 nəfər bu virusa yoluxub. (trend
Böyük itkilər verən Əsəd dünyaya yalvardı: Türkiyəni DAYANDIRIN
İdlibdə türk əsgərlərinin şəhid edilməsindən sonra Türkiyə Əsəd rejiminə ağır zərbələr endirməyə davam edir.

Publika.az xəbər verir ki, indiyə qədər Əsəd rejiminin 2 mindən çox əsgəri və 300-dən çox texnikası məhv edilib.

Türkiyə ordusunun qisas əməliyyatından qorxuya düşən Əsəd Avropa ölkələrindən kömək istəyib.

Suriyanın BMT-dəki daimi təmsilçisi Bəşər Cəfəri Avropa ölkələrinin Türkiyəni dayandırmasının vacib olduğunu bildirib.

BMT Təhlükəsizlik Şurasında danışan Cəfəri iddia edib ki, Türkiyə sülhsevər suriyalıları müharibəyə sürükləyir, NATO-nu özünün macəralarına alət edir və Avropa İttifaqına girişi asanlaşdırmaq üçün miqrantlardan istifadə edir. Avropa beynəlxalq hüquqa əməl etməli və öhdəliklərini yerinə yetirməlidir”.

Qeyd edək ki, Türkiyə ordusunun Əsəd rejiminə qarşı əməliyyatları davam edir.
“Həyat verən gənc donorlar” layihəsi çərçivəsində dəyirmi masa keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə XIII qrant müsabiqəsinin qalibi olan “Həyat verən gənc donorlar” layihəsi çərçivəsində Azərbaycan Qızıl Ayapara Cəmiyyətinin (AzQAC) Sumqayıt regional bölməsində dəyirmi masa təşkil olunub.
“Həyat verən gənc donorlar” layihəsi çərçivəsində dəyirmi masa keçirilib
Avrasiya.net xəbər verir ki, AzQAC-ın Sumqayıt Regional bölməsinin sədri Mətənət Məhərrəmova layihənin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Nəzərbəy Hacıağayevin qazandığı layihə həqiqətən də cəmiyyətimizə lazım olan, labüd məsələlərdəndir: “Bu gün insanların qanvermə aksiyalarına marağı mövcuddur. Ancaq bu prosesin ətrafında marağı daha da artırmaqdır. Mən inanıram ki, Nəzərbəy Hacıağayevin bu fərdi layihəsi bu missiyaya xidmət edəcək”.
“Həyat verən gənc donorlar” layihəsi çərçivəsində dəyirmi masa keçirilib
Layihə rəhbəri Nəzərbəy Hacıağayev çıxış edərək bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional bölməsinin gəncləri nəinki bu təşkilatın eyni zamanda da ölkəmizin ən fəal gəncləri sırasındadır: “Mən 13-14 yaşından bu qurumun könüllüsüyəm. Bu qurumda AzQAC-ın Prezidenti Novruz Aslanovun gənclərə xüsusi qayğısını hər zaman müşahidə etmişəm. Bu qayğını bir gənc olaraq o qurumda çalışmasamda öz üzərimdə hiss etmişəm. Qrant müsabiqəsi zamanı da Sumqayıtda belə layihənin reallaşdırılması ilə bağlı təklif mənim də ürəyimcə oldu. Atamın Beynəlxalq Qızıl Xaç Komitəsindən 1992-ci ildən fəaliyyət göstərməsi humanitar sahəyə olan marağımın formalaşmasına səbəb oldu.
“Həyat verən gənc donorlar” layihəsi çərçivəsində dəyirmi masa keçirilib
Məhz yeniyetmə yaşlarımdan AzQAC-a üz tutmağım bunun göstəricisi idi. Bu, mənim ilk fərdi layihəm idi. Ona görə mən qərara gəldim ki, bu layihə cəmiyyətə humanitar missiyaların təbliğinə xidmət göstərsin. Bu layihənin qəbul olunmasında, maliyə ayrılmasında Azərbaycan Respublikasının Gənclər Fonunduna minnətdarlığımı bildirirəm. Bu layihənin davamlı olması üçün əlimizdən gələni əsirgəməyəcəyik. İnşallah növbəti qrant müsabiqələrində bu layihə ilə müraciət etməyi düşünürük”.
Daha sonra AzQAC Sumqayıt-ın fəal könüllüləri çıxış edib.
Sonda tədbir diskussiya şəkilində davam etdirilib.
“Həyat verən gənc donorlar” layihəsi çərçivəsində dəyirmi masa keçirilib
Azərbaycan İranla sərhədi bağladıÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar 29 fevral 2020-ci il tarixindən saat 16:00-dan etibarən ikihəftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub.

Nazirlər Kabinetindən Avrasiya.net-ə verilən məlumata görə, yaranmış vəziyyət İran İslam Respublikasının aidiyyəti dövlət qurumları ilə müzakirə olunub və Azərbaycan Respublikasının bu qərarı barədə İran İslam Respublikasına məlumat verilib.

İran İslam Respublikası ilə əlaqələndirilmiş şəkildə Azərbaycan ərazisində olan İran vətəndaşlarının ölkədən çıxması, İran ərazisində olan Azərbaycan vətəndaşlarının müvafiq rejim tətbiq olunmaqla ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq.

Zəruri hallarda, İran İslam Respublikası vətəndaşlarına humanitar əsaslarla vizaların rəsmiləşdirilməsi həyata keçiriləcək.

Azərbaycan Respublikası Ümumdünya Səhiyyə Təşkilatı, dost və tərəfdaş dövlətlərlə koronavirus riski ilə əlaqədar təmasları və əməkdaşlığı davam etdirir.
Martda 15 gün iş olmayacaq
Mart ayında 15 gün iş olmayacaq.

Axar.az xəbər verir ki, 8 Mart Beynəlxalq Qadınlar günü həftənin bazar gününə təsadüf etdiyi üçün martın 9-u da qeyri-iş günüdür. Beş günlük iş həftəsi ilə işləyənlər martın 7-i, 8-i və 9-u istirahət edəcəklər.

Novruz bayramı ilə bağlı isə 7 gün iş olmayacaq. Nazirlər Kabinetinin qərarı ilə martın 20-dən 24-dək Azərbaycanda rəsmi olaraq bayram günləri hesab olunur.

Martın 21-i və 22-i həftəsonuna düşdüyü üçün qeyri-iş günləridir və bayram günləri ilə üst-üstə düşdüyünə görə martın 25-i və 26-sı da istirahət günləri olacaq.