Üç generala “Rəşadət” ordeni verildi - SərəncamPrezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilsinlər:

Cəbrayılov Asif Mikayıl oğlu – general-leytenant

Xəlilov Əsgər Sabir oğlu – general-leytenant

Tağı-zadə Fərhad Sabir oğlu – general-leytenant.
Koronavirus müayinəsi üçün Astarada saxlanılan şəxslərin VİDEOsu araşdırılırİrandan Azərbaycana qayıdan və koronavirus şübhəsilə saxlanan vətəndaşlar tərəfindən Astarada çəkilən video geniş müzakirələrə səbəb olub. Videoda danışan vətəndaş bildirir ki, onlara 1 saatlıq müayinədən sonra buraxılacaqları deyilsə də 6-7 saatdır gözləyirlər. Şəxs onların müayinə üçün gətirildiyi xəstəxanada müayinə üçün heç bir şərait olmadığını, gigiyenik qaydalara riayət edilmədiyini bildirir.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat katibi Aynurə Əhmədova Modern.az-a bildirib ki, hazırda həmin video qurum tərəfindən araşdırılır:

“Videonun harada çəkildiyi müəyyənləşdikdən sonra ictimaiyyətə geniş açıqlama veriləcək”.
Kəmaləddin Heydərov Fərəc Quliyevin oğlunu işdən çıxardı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin oğlunu işdən çıxarıb.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, K.Heydərovun müvafiq əmri ilə Mətin Fərəc oğlu Quliyev FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik xidmətinin rəis müavini vəzifəsindən azad edilib.
Yardımlıda silahlı insident: ata və oğlu öldürüldüYardımlı rayonunda odlu silahdan açılan atəş nəticəsində iki nəfər ölüb.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Eçara kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin ərazisində odlu silahdan açılan atəş nəticəsində hələlik şəxsiyyəti məlum olmayan iki nəfər ölüb. Onların ata və oğul olduğu bildirilir.

Hadisənin torpaq mülkiyyətinin bölünməsi üstündə yaranan münaqişə zəmində baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırmalara başlanılıb.
Koronavirusa yoluxmuş bələdiyyə sədri sağaldıİranın paytaxtı Tehran şəhərinin 13-cü bölgəsinin koronavirusa yoluxmuş bələdiyyə sədri Murtəza Rəhmanzadə sağalıb.

“Report” xəbər verir ki, onun vəziyyətinin yaxşı olduğu və evə buraxıldığı bildirilib.

İran Səhiyyə Nazirliyi ölkənin 20 əyalətində koronavirusa yoluxma halının qeydə alındığını, indiyədək 22 nəfərin öldüyünü, 54 nəfərin sağaldığını, 141 nəfərə isə koronavirus diaqnozunun qoyulduğunu təsdiqləyib.
Azərbaycana gələn koronaviruslu şəxsin görüntüləri yayıldı - VİDEODövlət Gömrük Komitəsi İran İslam Respublikasından Azərbaycandan tranzit keçməklə Gürcüstana gedən Gürcüstan vətəndaşında koronavirus aşkarlanması ilə bağlı məlumat yayıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Avrasiya.net-ə verilən məlumata görə, həmin şəxs fevralın 25-də saat 06:50-də Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük-keçid məntəqəsi vasitəsilə ölkə ərazisinə gəlib və təlimata uyğun şəkildə inzibati binaya daxilolmadan və binanın içərisində portativ termometrlərlə, daha sonra isə stasionar termovizorla yoxlanılıb.

“Yoxlama zamanı onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlər qeydə alınmayıb. Həmin vətəndaş fevralın 25-də saat 17:09-da Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postu vasitəsilə ölkəni tərk edib. Onu da qeyd edək ki, Gürcüstan kütləvi informasiya vasitələrində yayılan məlumatlardan da aydın görünür ki, xüsusi laboratoriyada aparılan müayinə və analizlərdən sonra həmin şəxsin virus daşıyıcısı olduğu müəyyən edilib. Hazırda həmin şəxslə təmasda olan əməkdaşlar müəyyənləşdirilərək müşahidə altına alınıb”, - deyə məlumatda qeyd olunub
Ərdoğanla Putin razılaşır, Qarabağa qoşun yeridilir və...“Türkiyə Suriyada olduğu kimi Cənubi Qafqaza da diqqəti artıracaq. Bu siyasətini xüsusilə Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək həyata keçirəcək”.

Publika.az xəbər verir ki, bu iddia ilə erməni ekspert Ayk Qabrielyan çıxış edib.

Qabrielyan hesab edir ki, Türkiyə bu məsələlərdə Rusiya ilə danışıqlar aparmağın lazım olduğunu bilir: “Buna görə də Rusiyanı öz planlarına daxil etmək istiqamətində sistematik olaraq işləyir. Mən Ərdoğan və Çavuşoğlunun bəyanatlarını nəzərdə tuturam. Onlarda qeyd edilir ki, Moskvanın istəyindən asılı olaraq, Qarabağ münaqişəsi həll edilə bilər. Cənubi Qafqazda Rusiya və Türkiyənin əməkdaşlıq ssenariləri müxtəlifdir: münaqişə ocağını alovlayıb, ərazilərin Azərbaycana qaytarılmasını təmin edə və bölgəyə birgə sülhməramlı qüvvələr yerləşdirə bilərlər. Ərdoğan və Putin bu ssenarini həyata keçirmək üçün tələsirlər. Çünki onların hakimiyyətdən getməsindən sonra Türkiyə və Rusiya münasibətlərinin necə olacağı dəqiq deyil”.

Erməni ekspert qeyd edir ki, İrəvan Cənubi Qafqazda Rusiya və Türkiyənin “Astana prosesi”ni yaratmasına hazır olmalıdır: “Bu Minsk qrupu formatına zidd olacaq və onlar göstərəcəklər ki, Suriyada olduğu kimi müxtəlif regionlarda münaqişələri yalnız region ölkələri həll edə bilər”.
İnsanların arasında atəş açan şəxs Mingəçevirdə məhv edildi
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) Mingəçevirdə baş verən hadisə ilə bağlı birgə məlumat yayıb.

Avrasiya.net-ə daxil olan məlumatda deyilir:

"Bu il yanvarın 11-də Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Ağayev paytaxtın Sabunçu rayonu ərazisində əhalinin sıx toplaşdığı ictimai yerdə üzərində qanunsuz gəzdirdiyi odlu silahdan xuliqanlıq zəminində havaya 3 dəfə atəş açaraq hadisə yerindən qaçıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılaraq A.Ağayev barəsində axtarış elan olunub.

Fevralın 26-da onun Mingəçevir şəhərindəki gizləndiyi ünvan müəyyən edilib və saxlanılaraq istintaqa cəlb edilməsi məqsədi ilə xüsusi əməliyyat tədbiri keçirilib. Polis əməkdaşlarının təslim olma barədə etdiyi xəbərdarlığa baxmayaraq A.Ağayev silahlı müqavimət göstərməklə onların və ətrafdakı insanların həyat və sağlamlıqları üçün böyük təhlükə yaradıb. Əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbiri ilə Anar Ağayev məhv edilib.

Meyitin üzərinə və yaşadığı evə keçirilmiş baxış zamanı 1 ədəd “PSM” markalı tapança, ona aid səsboğucu, 6 ədəd patron, 1 ədəd “RQD-5” əl qumbarası və 1 ədəd qaz tapançası aşkar olunaraq götürülüb.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda müvafiq araşdırmalar aparılır.
15 min türk əsgəri ilə döyüşə bilməzdik – ABŞ generalı
Bildiyim qədəri ilə Suriyada vətəndaş müharibəsinə yenidən müdaxilə etmək və bu ölkənin Türkiyə ilə sərhədinə ABŞ hərbçilərini yerləşdirməklə bağlı bir plan yoxdur.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Baş Qərargah rəisi Mark Milley deyib.

“Türkiyənin Suriyada hərbi əməliyyata başlamamışdan öncə bölgədən hərbçiləmizi çıxarmağımız düzgün qərar idi. Çünki əməliyyata hazırlaşan 15 min türk əsgərinə qarşı az sayda hərbçilərimiz var idi. Əsgərlərimizi bölgədən çıxarmaqdan başqa seçimimiz yox idi. Əks halda, əsgərlərimizin həyatını lazımsız yerə təhlükəyə atmış olardıq”, – M.Milley bildirib.
Rusiya ordusu daha bir analoqu olmayan silahını işə saldı - ABŞ-ın sistemlərini geridə qoyur
“S-350 Vityaz” hava hücumundan müdafiə sistemlərinin batareyaları Rusiya Hərbi Aviasiya Qüvvələrinin arsenalına daxil edilib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, batareyalar Sankt-Peterburqun Qatçina bölgəsindəki hava hücumundan müdafiə alaylarının təlim mərkəzinə göndərilib. Burada batareyalar ilə düşməni təsbit və məhv etmək əmrləri yerinə yetirilib.

Qeyd edək ki, “S-350 Vityaz” batareyaları hücum raketlərinin dəf edilməsində Rusiya Hərbi Aviasiya Qüvvələrinin faydalılığını 2-2,5 qat artıracaq.

“S-350 Vityaz” qurudakı mülki hədəfləri, sənaye müəssisələri və strateji hərbi nöqtələri hücumlara qarşı əhəmiyyətli dərəcədə qorumaq potensialına malikdir.

“Almaz-Antey” şirkəti tərəfindən istehsal edilən şaquli raket borusu və son dərəcə güclü funksiyalara sahib çoxistiqamətli radiolakasiya sistemi ilə təchiz edilmiş “S-350” ABŞ-ın “Patriot” raketlərinin də daxil olduğu bir çox hava hücumundan sistemlərdən fərqlənir.