Merkelə şok ittiham: Süleymaninin ölümündə onun əli var
Almaniyanın Sol Partiyası İran generalı Qasım Süleymaninin öldürülməsindən dolayı Angela Merkel və nazirlərə qarşı ittiham irəli sürüb.

Axar.az xəbər verir ki, sözügedən partiyadan olan 8 deputat Merkel hökumətinin Süleymaninin ölümündə əli olduğunu iddia edir.

Belə ki, ittihamda Süleymanini hədəf alan PUA-ların Almaniyaya məxsus Ramstein aviabazasından havaya qalxdığı və elə məhz buradan yönləndirildiyi bildirilir.

Almaniya hökumətindən ittihamla bağlı hələ ki, hər hansı açıqlama verilməyib.
Bartində Xocalı soyqırımı anılıb - FotolarFevralın 25-də Bartın Ülkü Ocaqlarının və Bartində fəaliyyət göstərən Azərbaycan Gənclik Təşkilatı ilə birgə Xocalı soyqırımının 28-ci ildönümü həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirdə çıxış edən Bartın Ülkü Ocaqlarının rəhbəri Duran Iğıl və Azərbaycan Gənclik Təşkilatının rəhbəri, Bartin Universitetinin tələbəsi Fərid Allahverdiyev Xocalı soyqırımın dəhşətlərindən danışıblar. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin 366-cı motoatıcı diviziyanın zirehli texnikası və hərbçilərinin köməyilə Xocalıya hücum nəticəsində dinc azərbaycanlılara qarşı kütləvi qırğın törətdilib 613 nəfər mülki əhali vəhşisinə qətlə yetirilib. Soyqrımın ağır nəticələri ilə bağlı dünya ictimaiyyətinin məlumatlarılması istiqamətində hər il olduğu kimi bu ildə Türkiyənin bütün bölgələrində Azərbaycan və türk gəncləri hər iki ölkənin gənclər təşkilatları və digər QHT-lə birgə müxtəlif silsilə tədbirlər həyata keçirilir.
Bartində Xocalı soyqırımı anılıb - Fotolar
Xocalı soyqırımının yalnız Azərbaycan xalıqna qarşı deyil bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayət olduğu qeyd edən natiqlər, erməni vandalizminin bundan sonra da dünya ictimaiyyətinə şatdırılması istiqamətində tədbirlərin həyata keçiriləcəyi bildiriblər.

Tarixin bütün dövrlərində olduğu kimi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı gündən-günə möhkəmləndiyi və dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci belə dövlətlərin olmadığı diqqətə çatdırılıb. Gənclərimizin ölkəmizin ərazi bütövlüyü uğrunda hər zaman mübarizə aparmağa hazır olduğunu və işğal olunmuş torpaqlarımızın düşmən tapdağından ən yaxın zamanda azad ediləcəyinə əminliyini bildiriblər.
Bartində Xocalı soyqırımı anılıb - Fotolar
Tədbir çərçivəsində fevralın 26-da isə Bartinin mərkəzi prostpeklərindən birində “Xocalı Soyqırımı” adlı rəsm sərgisi keçirildi. Bartin şəhərin mərkəzi prospektlərindən olan Hükumet Caddesində təşkil olunmuş sərgiya tamaş edənlər dəhşətlərini gizlədə bilmədilər.

Tədbirdə Bartin Universitetinin nümayəndəsi Melih Bal və digər çıxış edənlər sərginin Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, böyüməkdə olan gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, gənclər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə keçirildiyini söyləyib.
Bartində Xocalı soyqırımı anılıb - Fotolar
Yeni Açıq Hökumət  Milli Fəaliyyət Planı nə vəd edir?
Əliməmməd Nuriyev
“Konstitusiya” Araşdırmalar Fondunun Prezidenti

Vətəndaş cəmiyyətinin təkliflərinin nəzərə alındığı Planının icrası dövlət orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılığın artması, dövlət xidmətlərinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin fəaliyyətinin dəstəklənməsi, informasiya açıqlığının təmin olunmasına əhəmiyyətli töhfə verəcəkdir.

Bu gün “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalandı. Azərbaycan Açıq Hökumət Platforması Milli Fəaliyyət Planında dövlət orqanlarının fəaliyyətində şəffaflıq, hesabatlılığın təmin olunması, maliyyə şəffaflığı, yaxşı idarəetmə, elektron xidmətlərin inkişafı, informasiya açıqlığı, ictimai iştirakçılığın genişləndirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və xüsusilə vətəndaş cəmiyyəti üçün əlverişli mühit yaradılmasıyla bağlı vətəndaş cəmiyyətinin, müstəqil ekspertlərin, ümumiyyətlə bütün maraqlı tərəflərin təkliflərlərinin nəzərə alınması üçün maksimum səy göstərdi. Müstəqil ekspertlər, üzv olmayan QHT-lər də Platformaya dəstək verdilər. Azərbaycan Açıq Hökumət Platforması olaraq Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın yeni Milli Fəaliyyət Planının hazırlanmasıya bağlı, bu prosesdə Açıq Hökumət Platforması və vətəndaş cəmiyyətinin iştirakçılığının təmin edilməsi, əməkdaşlıq edilməsində maksimum səy göstərdiyini vurğulayırıq. Bütün bu proses Açıq Hökumət Platforması, bütövlükdə vətəndaş cəmiyyəti, müstəqil eskpertlərlə birgə həyata keçirilib.

Azərbaycan Açıq Hökumət Platformasının təşəbbüsü ilə vətəndaş cəmiyyəti təşkilatları tərəfindən Açıq Hökumət Planının hazırlanması üzrə “Yol xəritəsi” işləndi və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya təqdim olundu. Fəaliyyətlər bu “Yol xəritəsi”nə uyğun həyata keçirildi.

Bu vaxta qədər Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın, dövlət orqanları, Azərbaycan Açıq Hökumət Platforması üzvlərinin və digər vətəndaş cəmiyyəti təşkilatlarının da təmsil olundğu İşçi Qrup son toplantı daxil olmalq 8 dəfə toplantı keçirdi. Bu toplantılarda Fəaliyyət Planının əsas istiqamətləri, nəzərdə tutlan tədbilər, vətəndaş cəmiyəti və dövlət orqanlarının təklifləri müzakirə olundu. Azərbaycan Açıq Hökumət Platformasının təklifləri təqdim olundu. Bütün iclaslar, müzkairə mövzuları, yer, tarix barədə əvvəlcədən Açıq Hökumət Platformasının saytında və sosial şəbəkələrdə elan verildi. Müzakirələrin bütün maraq göstərən vətəndaş cəmiyyəti təşkilatları və digər maraqlı tərəflər üçün açıq olduğu qeyd edildi. Bütün iclaslara vətəndaş cəmiyyəti təşkilatları iştirak etdilər.

Cəmiyyətin, vətəndaşların Açıq hökumət islahatları barədə daha çox məlumatlanması, rəy və təkliflərin səslənməsi üçün avqust ayından başlayaraq QHT-lər Açıq Hökumət Platforması ilə əməkdaşlıqda bir neçə layihə həyata keçirdilər. İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri İB tərəfindən “Açıq Hökumət Təşəbbüsləri” layihəsi çərçivəsində Açıq Hökumət Onayn TV yaradılıb. Açıq hökumət islshatları mövzusunda 4 debat və 10 canlı yayım edilib. Bu yayaınlar Açıq Hökumət Platformasinin Feysbuk səhifəsi üzərindən həyata keçirilib. Bu yayınalrı 15 mindən çox izlənilib.

“Priroritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB tərəfindən “2020-2022-ci illər Açıq Hökumət Milli Fəaliyyət Planının hazırlanmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi həyata keçirilib. Layihə çərçivəsində Litva, Estoniya, gürücstan, Niderlandın Açıq Hökumət Planları öyərnilib, yerli təcrübə üçün təkliflər hazırlanıb. Layihə çərçivəsində iki dəfə dövlət orqanları, QHT-lər və KİV nümayəndələrinin iştirakıyla dəyirmi masa keçirilib. Vətəndaş cəmiyyətinin təklifləri təqdim edilib.
Bütün ölkəyə yayaımlanan dövlət televiziyasında və bir özəl TV kanalda Açıq Hökumət Milli Fəaliyyət Planı ilə bağlı verilişdə müzakirələr aparılıb.

Aİ Şərq Tərəfdaşlığı prorqamının Azərbaycan Millli Platforması adından vətəndaş cəmiyyəti tərəfindən hazırlanmış “Yol xəritəsində” vətəndaş cəmiyyəti ilə bağlı təkliflərin Yeni Milli Fəaliyyət Planına daxil edilməsi üçün Azərbaycan Prezidentinə müraciət edilib. Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı” bu platformada keçirilən müzakirələrin nəticəsi kimi meydana çıxdı. Vətəndaş cəmiyyətinin təkliflərinin əskəriyyəti qəbul olundu. Bır sıra məsələlərin Planda necə təsbit olunasıyla bağlı fərqli baxışlar varıydı. Platforma bununla bağlı öz mövqeyini hökumət və Beynəlxalq Şəffaflıq Tərəfdaşlığı Təşəbbüsünün diqqətinə çatdırıb.
Fəaliyyət Planında nəzərdə tutulan tədbilərin icarsı dövlət orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, dövlət xidmətlərinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin fəaliyyətinin dəstəklənməsi, ictimai iştirirakçılıq mexanizmlərinin təkmilləşdirilməsi, korrupsiyanın qarşısının alınması, maliyyə şəffaflığının artırılması, həmçinin informasiya əldə edilməsinin təmin olunması sahələrində töhfə verəcəkdir.

Ümid ediirk ki, vətəndaş cəmiyyəti də bu tədbilərin həyata keçirilməsində yaxından iştirak edəcək, Planın icarsını diqqətdə saxlayacaq və müvafiq dövlət qurumlarının cavabdeh saxlanılması üçün zəruri təşəbbüslər edəcəklər
Fəaliyyət Planını bu linkdən yükləyə bilərsiniz.

https://azertag.az/store/files/2020/fevral/27/MILLI%20FEALIYYET%20PLANI.pdf
TƏBİB Astara Mərkəzi Xəstəxanasındakı biabırçılığı etiraf etdi
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi (TƏBİB) Astara Rayon Mərkəzi Xəstəxanası ilə bağlı sosial şəbəkələrdə yayılan videomateriallara münasibət bildirib.

TƏBİB-dən verilən məlumata görə, çatışmazlıqlar aradan qaldırılır:

“İrandan gələn Azərbaycan vətəndaşlarının Astara Rayon Mərkəzi Xəstəxanasındakı şəraitlə bağlı sosial şəbəkələrdə yaydığı videomateriallarla bağlı bildiririk ki, çatışmazlıqlar aradan qaldırılır. Videomaterialdan da göründüyü kimi, çəkiliş palatalarda yataq dəstlərinin dəyişdirilməsi zamanı aparılıb. Məlumat üçün bildiririk ki, 26 fevral tarixində TƏBİB-in rəhbərliyi Astara Rayon Mərkəzi Xəstəxanasında mövcud şəraitlə yerində tanış olub və işində yol verdiyi nöqsanlara görə xəstəxananın baş həkimi Əlövsət Əliyev işindən azad edilib”.

Qurumdan bildirilib ki, xəstəxana gömrük-keçid məntəqəsinə yaxın ərazidə yerləşdiyindən, karantin bölgəsi kimi istifadə olunması qərara alınıb.

"Bu baxımdan, xəstəxananın mövcud şəraitinin yaxşılaşdırılması və lazımi vasitələrlə təmin olunması istiqamətində işlər davam etdirilir. Günün sonunadək karantində olan vətəndaşların ehtiyacları təmin ediləcək. Bir daha İrandan ölkəyə qayıdan vətəndaşlarımızdan xəstəliyin qeydə alındığı bölgələrdən gəldiklərini nəzərə alaraq anlayışlı olmalarını və prosedur qaydalarına əməl etmələrini xahiş edirik”, - deyə qeyd edilib.

Qeyd edək ki, Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev fevralın 24-də Əlövsət Əliyev vəzifədən kənarlaşdırılıb.

Onun yerinə Elnur Azadxanov təyin olunub.

Xatırladaq ki, İrandan Azərbaycana qayıdan və koronavirus şübhəsilə saxlanan vətəndaşlar tərəfindən Astarada çəkilən video geniş müzakirələrə səbəb olub. Videoda danışan vətəndaş bildirir ki, onlara 1 saatlıq müayinədən sonra buraxılacaqları deyilsə də, 6-7 saatdır gözləyirlər. Şəxs onların müayinə üçün gətirildiyi xəstəxanada müayinə üçün heç bir şərait olmadığını, gigiyenik qaydalara riayət edilmədiyini bildirir.
Xocalıda soyqırımı ilə bağlı İsveçrədə aksiya keçirilib
İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Humanistika İnstitutunun və İsveçrə-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımı ilə bağlı təbdir keçirilib.

Bu barədə İsveçrə-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəhim Sulduzlu məlumat verib.

“Xocalı soyqırımı bizim qan yaramızdır. Soyqırımı unuda bilmərik. Tədbirdə İsveçrə cəmiyyətinə müxtəlif xarici dillərdə məlumatlar verildi. Beynəlxalq Humanistika İnstitutunun sədri Elmira xanım Məhəddinli Xocalı soyqırımı ilə bağlı yerli insanları məlumatlandırırdı”.
Xocalıda soyqırımı ilə bağlı İsveçrədə aksiya keçirilib
Xocalıda soyqırımı ilə bağlı İsveçrədə aksiya keçirilib
Xocalıda soyqırımı ilə bağlı İsveçrədə aksiya keçirilib
Elnur Eltürk
Şura hesabat konfransı keçirdi və 2020-ci ilin prioritetlərini açıqladı
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “2019-cu ildəki fəaliyyətinin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirib.

Avrasiya.net xəbər verir ki, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov təmsil etdiyi qurumun 2019-cu ildəki fəaliyyətinin bütün sahələrini əhatə edən geniş təqdimatla çıxış edib. F. Qurbanov SƏLİS- Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin tətbiqinin və 26 qurumla birgə qrant müsabiqəsi keçirilməsinin 2019-cu ildə Şuranın fəaliyyətində ən mühüm hadisə olduğunu vurğulayıb.
Şura hesabat konfransı keçirdi və 2020-ci ilin prioritetlərini açıqladı
İcraçı direktor Şuranın ən innovativ tətbiqlərindın olan e-vətəndaş xidməti çərçivəsində 2020-ci il qrant müsabiqələrinə təqdim olunan layihələrin qiymətləndirilməsində 15 minə yaxın vətəndaşın iştirak etdiyini və 40 mindən çox rəy verildiyini deyib.

F. Qurbanov 2019-cu ildə Şuranın maliyyələşdirdiyi və icrası başa çatmış bütün layihələr üzrə QHT-lərdən hesabatların qəbul edildiyini qeyd edib: “Şura 2019-cu ildə müxtəlif sahələr üzrə ictimai aktuallıq kəsb edən 568 QHT layihəsini maliyyələşdirib. Bu layihələrin icrasına 688 nəfər daimi, 1251 nəfər müvəqqəti işçi olmaqla ümumilikdə 1939 nəfər cəlb olunub. 459 təlim və 1264 müxtəlif formatlı tədbir keçirilib. 38 adda kitab, 30 adda kitabça və 230 adda digər növ çap məhsulu nəşr olunub. 55 televiziya verilişi, 62 sosial çarx, 38 film hazırlanıb. 18 sayt yaradılıb”.

Fərasət Qurbanov Şuranın 2020-ci ildə bir sıra dövlət qurumları ilə birgə qrant müsabiqəsi elan etməyi planlaşdırdığını bildirib.

F. Qurbanov həmçinin, 2020-ci ildə könüllülük fəaliyyətinin təbliğinə dair ayrıca qrant müsabiqəsi elan olunacağını da deyib.

O, bildirib ki, 26 dövlət və digər qurumlarla birgə keçirilən qrant müsabiqəsinin nəticələrini mart ayında açıqlanacaq.
Şura hesabat konfransı keçirdi və 2020-ci ilin prioritetlərini açıqladı
Şura Katibliyinin məsləhətçisi Sima Cabbarova Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 2020-ci ilin “Könüllülər ili” elan olunduğunu xatırladaraq Şuranın bu istiqamətdə görəcəyi işlər barədə məlumat verib. S. Cabbarova Şuranın təşəbbüsü ilə “SƏLİS Könüllü” İctimai Birliyinin yaradıldığını bildirib. O, “SƏLİS Könüllü” İctimai Birliyinə üzv olmaq istəyənləri innobank.az saytında qeydiyyatdan keçməyə dəvət edib. S. Cabbarova həmçinin, “İnnobank” ideya və elektron resurslar xidmətinə daxil olan Ekspert və kadr, Təlim, İdeya, Hesabat bankları haqqında da ətraflı məlumat verib.
Şura hesabat konfransı keçirdi və 2020-ci ilin prioritetlərini açıqladı
Şura Katibliyinin elektron xidmətlər bölməsinin rəhbəri Nədimə Rəhimli 2020-ci ildə QHT-lərin istifadəsinə veriləcək yeni proqram təminatları barədə təqdimatla çıxış edib. N. Rəhimli həmçinin, elektron resurslarla bağlı qarşıda duran vəzifələr, cari ildə təkmilləşdiriləcək elektron xidmətlər, keçiriləcək təlim və digər tədbirlər barədə də məlumat verib.
Şura hesabat konfransı keçirdi və 2020-ci ilin prioritetlərini açıqladı
Tədbirdə çıxış edən QHT sədrləri Ziba Nəbiyeva, Cavad Qasımov, Bəxtimşah Tağıyeva, Təhmasib Novruzov, Muğan Əliyev, Fəridə Hicran, Şaban Nəsirov, Mətanət Əsgərqızı və digər şəxslər Şuranın 2019-cu ildəki fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər.
Şura hesabat konfransı keçirdi və 2020-ci ilin prioritetlərini açıqladı
Prezident generalları istefaya göndərdiPrezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinin ikinci hissəsinə əsasən sərəncam imzalayıb.

Sərəncama əsasən aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılsınlar.

1. General-leytenant Cəbrayılov Asif Mikayıl oğlu

2. General-leytenant Xəlilov Əsgər Sabir oğlu

3. General-leytenant Tağı-zadə Fərhad Sabir oğlu.