Mehdiabad qəsəbəsində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Mehdiabad qəsəbə bələdiyyəsinin təşkilatçılığı ilə Mehdiabad qəsəbəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Şəhidlərin ruhuna dua oxunduqdan sonra Abşeron Rayon İcra Hakimiyyətinin rəsmiləri, idarə, müəssisə, təşkilatlarının kollektivləri və qəsəbə ictimaiyyətinin nümayəndələri Mehdiabad qəsəbəsinin mərkəzində yerləşən Şəhidlər Xiyabanın önünə gül dəstələri qoyub, Vətənin azadlığı uğrunda canından keçmiş oğul və qızlarımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Mehdiabad qəsəbəsində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Sonra qəsəbədəki mərasim evində anım tədbiri keçirilib.

Anım mərasimi şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra Xocalı həqiqətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.

Qəsəbə ərazisində yerləşən ümumtəhsil məktəblərinin şagirdlərinin Xocalı faciəsinə həsr etdikləri ədəbi-bədii kompozisiyalar, səhnəciklər nümayiş olunub, Vətənə, şəhidlərə həsr olunmuş şeirlər dinlənilib.

Sonda isə Xocalı soyqırımı zamanı həlak olanlar üçün ehsan süfrəsi təşkil olunub.
Mehdiabad qəsəbəsində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Mehdiabad qəsəbəsində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Mehdiabad qəsəbəsində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Mehdiabad qəsəbəsində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Azərbaycanın təhlükəsizliyi İranın təhlükəsizliyidir - Pakayin
Azərbaycanın təhlükəsizliyi İranın, İranın təhlükəsizliyi isə Azərbaycanın təhlükəsizliyidir.

Avrasiya.net xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin deyib.

O bildirib ki, İran ilə Azərbaycan dost və qardaş dövlətlərdir. Xalqlarımızın eyni milli dəyərlərə, tarixə, mədəniyyətə, adət-ənənəyə və dini dəyərlərə malik olması dövlətlərin yaxın əməkdaşlıq əlaqələrini şərtləndirir. Hər iki ölkənin prezidentinin siyasi iradəsi nəticəsində münasibətlərimiz yüksələn xətlə inkişaf edir. Birgə iqtisadi layihələrin həyata keçirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq onu deməyə əsas verir ki, perspektivdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri xalqlarımızın mənafeyi naminə daha da inkişaf edəcək.

Keçmiş səfir diqqətə çatdırıb ki, İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və suverenliyinə hörmətlə yanaşır. Onun sözlərinə görə, İran Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına tərəfdardır.

Xocalı soyqırımı haqqında fikirlərini bildirən keçmiş səfir qeyd edib ki, Ermənistan silahlılarının Azərbaycanın Xocalı şəhərində törətdikləri qətliam soyqırımıdır. Beynəlxalq ictimaiyyət Xocalıda törədilənləri soyqırımı kimi tanımalıdır.

Vilayət Eyvazovdan yeni rəis təyinatı
Daxili İşlər aziri, general-polkovnik Vilayət Eyvazov Gəncə şəhərinin dəmir yolu nəqliyyatına rəis təyin edib.

Nazirin əmri ilə Mingəçevir şəhər polis şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Babayev Rövşən Əli oğlu vəzifəsindən azad edilərək Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə şəhər Dəmir yolu Xətt Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.



Qeyd edək ki, bir müddət öncə şöbənin rəisi, polis polkovnik-leytenantı Şadəm Hüseynov xidmətdə olmanın son yaş həddi ilə bağlı vəzifəsindən azad olunaraq təqaüdə göndərilmişdi (qafqazinfo).
Belçika və makedoniyalı deputatlar Xocalı soyqırımından danışdılar
“Xocalıda yaşanan insanlıq faciəsi, qətliamın dərdini hər zaman ürəyimizdə hiss edir, azərbaycanlı qardaş və bacılarımızın acılarını bölüşürük. Xocalı qətliamı insanlıq tarixinə yazılan bir ləkədir. Bütün bəşəriyyət bundan dərs çıxarmalıdır. Yaşanan qətliam insanların yaddaşına ağır formada həkk olunub”.

Bu sözləri Belçika parlamentinin millət vəkili Şevket Temiz bildirib.

“Təəssüf ki, Azərbaycan torpaqlarının 20 faizi hələ də Ermənistanın işğalı altındadır. Bir milyon azərbaycanlı qardaş və bacılarımız öz dədə-baba yurdundan didərgin salınıb. Hər zaman olduğu kimi bundan sonra da qardaşlarımızın haqlı mübarizəsində onların yanındayam. Xocalı qətliamında həyatlarını itirən azərbaycanlı qardaş və bacılarımıza Allahdan rəhmət, kədərli ailələrə, bütün Azərbaycan xalqına başsağlığı verirəm. Şəhidlərimizə Allah rəhmət eləsin”,-deyə millət vəkili qeyd edib.
Belçika və makedoniyalı deputatlar Xocalı soyqırımından danışdılar
Makedoniya Türk Hərəkat Partiyasının lideri, millət vəkili Enes İbrahim isə Xocalı soyqırımını unutmayacaqlarını bəyan edib.

“Acınız acımızdır. Xocalı soyqırımı insanlıq tarixi üçün bir qara ləkədir. Xocalıda müdafiəsiz 600-dən çox insan qətlə yetirildi. Heç bir zaman Xocalı soyqırımını unutmayacağıq”.

Elnur Eltürk


Öldürdüyü arvadını 6 yaşında zorlayıb - Masallıdakı qətlin təfərrüatı
Masallı rayonunda baş verən ailə faciəsi ilə bağlı dəhşətli faktlar üzə çıxıb.

Avrasiya.net “Qafqazinfo”ya istinadla zəbər verir ki, bu gün öldürdüyü keçmiş həyat yoldaşı Alimənin 6 yaşı olanda Sərvan onunla zorla intim əlaqədə olub. Buna görə Sərvan bir neçə il həbsdə yatıb və ailələr razılığa gəlib ki, Sərvan həbsdən çıxandan sonra Alimə ilə evlənəcək. Bu razılıq da reallaşıb və cütlüyün bu nikahdan iki uşağı dünyaya gəlib. Son vaxt ailələr arasında münaqişə böyüdüyü üçün onlar rəsmi olaraq boşanıblar. Lakin bu yaxınlarda ailələr Sarvan və Alimə üçün yeni ev tikiblər, cütlük bir müddət orada da yaşayıb. Bunun ardınca isə evə görə ailələr arasında münaqişə böyüyüb.

Alimənin anası Zemfiranın isə psixoloji problemləri olduğu bildirilir. Onun təzyiqi ilə cütlük növbəti dəfə ayrılıb. Sərvan cehiz əşyalarını aparmaq üçün həmin yeni tikilən evə gələn keçmiş arvadı Alimə, onun qardaşı Alim və anası Zemfiranı ov tüfəngi ilə vurduqdan sonra özünə də çənəsindən atəş açıb. Lakin Sərvan bundan sonra hadisə yerindən qaçaraq yaxınlıqdakı yarımtikilidə gizlənib, polis onu qan izlərini təqib edərək tapıb. Sərvan xəstəxanaya aparılsa da, vəfat edib. Hadisə nəticəsində Alimə və Alim də ölüb, Zemfiranın vəziyyəti ağırdır.

Sərvan kənddə ovçuluqla məşğul olub, dolanışığını da ovladığı quşları satmaqla təmin edib.
"Xocalı soyqırımı ermənilətin türk millətinə olan nifrətinin təzahürü idi"Tariximizin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bu gün minlərlə insan Xətai rayonundakı “Ana harayı” abidəsini ziyarət edir, ziyalılar, siyasət adamları, cəmiyyətimizin ayrı-ayrı təbəqəsini təmsil edənlər erməni vandalizminin ağır nəticələrindən olan bu faciə barədə sosial şəbəkələrdə, mətbuatda açıqlamalar verirlər.

Millət vəkili Adil Əliyev də Xocalı soyqırımı haqqında açıqlama verərək Ermənistanın işğalçı siyasətinin bariz nümunəsi olan bu faciə barədə fikirlərini bölüşüb. O deyib: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri yerlə-yeksan edildi. Rəsmi məlumata görə, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Hadisələr dünyanın gözü qarşısında baş verirdi və dünya birliyi Ermənistanın Qarabağda törətdiyi vəhşiliyə seyrçi mövqeyindən yanaşırdı. Nəticədə də yuxarıda qeyd olunan qüvvələr tərəfindən soyqırımı hadisəsi gerçəkləşdirildi. Soyqırımın üzərindən yüz illər keçsə də, o dəhşətli hadisə heç bir zaman xalqımızın qan yaddaşından silinməyəcək. Gələcək nəsillərin Xocalı soyqırımını unutmağa mənəvi haqları yoxdur. Unutqanlıq yeni faciələrə yola aça bilər. Xocalı soyqırımı həm də erməni millətçilərinin, daşnaklarının yüz illərdir ki, türk millətinə qarşı olan nifrətinin təzahürü idi.

Gerçəklik budur ki, XIX əsrin sonlarından başlayaraq heç bir tarixi, coğrafi, siyasi əsasları olmayan “Böyük Ermənistan” arzusu ilə yaşayan ermənilər, XXI əsrdə də bədbin, xəstə əməllərindən əl çəkmirlər. 30 ildir ki, Qarabağda işğalçılıq siyasətini və qardaş Türkiyəyə qarşı torpaq iddialarını davam etdirirlər. Təəssüf ki, hələ də dünya birliyi Ermənistanın işğalçılıq siyasətinə istənilən səviyyədə təpki vermir”.
"Qarabağa məktub" şeirinin müəllifi Abdurrahim Karakoç kimdir? -VİDEO
Xocalı soyqırımından sonra “Qarabağa məktub” adlı çox təsirli şeir yazan Türk dünyasının nəhəng şairlərindən olan Abdurrahim Karakoçun şeirdə səsləndirdiyi və şeirin leytmotivinə çevrilən bu fikirlər türk dünyasının ortaq dərdlərini ifadə edir.

Bahtına ağlayan Azeri kızı
Sen Karabağ dersin, ben karayazı
Boşlukta çırpınır Türk’ün avazı
Sanma ki dertlerin azı bizdedir
Sizdeki yaranın özü bizdedir

Xocalı soyqırımının ildönümündə bu şeirin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dilindən səslənməsi şeirə və şairə olan marağı artırmaya bilməzdi. Türkiyə Prezidentinin Abdurrahim Karakoç Abi deyə müraciət etdiyi bu parlaq şəxsiyyət kimdir?

Abdurrahim Karakoç şəxsiyyətinin bütövlüyü yaratdığı poeziya nümunələrinin məna çalarlarına, poetik semantikasına, mövzu zənginliyinə görə Türk dünyasında maraq doğuran şəxslərdən biridir. Şeirlərinin ana xəttini türkçülük və islam mövzusu təşkil edir.

Onun şəxsiyyətini xarakterizə etmək üçün təkcə bir fakta diqqəti çəkmək olar. Həyatı boyu heç kimi öyməyi sevməyən şair yalnız yaradıcılığı dövründə yalnız bir nəfərib - Çeçenistanın əfsanəvi lideri Cövhər Dudayevin şəxsiyyətini öymüşdür. Çeçenstanın milli lideri Dudayevin ölümünə həsr etdiyi şeirdə “Hüriyyətə könül vermiş aslandır” deyə Cövhər Dudayevə müraciət etmişdir.

Abdurrahim Karakoç rəsmi bioqrafiyası belədir. 7 aprel 1932-ci il tarixdə Türkiyənin Qəhrəmanmaraş vilayətinin Ekinözü (Cela) kəndində dünyaya gəlmişdir. Babası, atası, qardaşları şair olduğu üçün kiçik yaşlarından şeirə maraq göstərmişdir. İki kitab həcmində ilk şeirlərini bəyənmədiyi üçün yandırmışdır. 1958 ildən etibarən yazdıqları şeirlərini “Həsənə məktublar” adı ilə toplamış, 1964-ci ildə 10.000 tirajla nəşr olunmuşdur. “FEDAİ” nəşrniyyatda çap olunan kitab ən kısa zamanda geniş şöhrət qazandığından 2 dəfə yenidən 10 min tirajla cap edilmişdir. 1958-1981-ci illər ərzində yaşadığı qəsəbənin bələdiyyəsində mühasib kimi fəaliyyət göstərmişdir.

Serdengeçti, Töre-Devlet, Ocak, Yeni Düşünce, Yenisey, Alperen nəşriyyatları tərəfindən 12 şeir, həmçinin məqalələr toplusundan ibarət bir kitabı çap olunmuşdur. 1985-ci ildən sonra jurnalistika ilə məşğul olmağa başlamışdır. Kısa bir arada siyasətə qoşulan şair bunun səbəbini belə izah edib: “Allah rızası üçün girmişdim, Allah rızası üçün də ayrıldım!”

30 ilə yaxın bir müddətdə həddindən artıq sevilən şair kitaplarının çapına görə hər kəsi geridə qoymuşdur. Xüsusi ilə “Vur Emri” adlı kitabı heç bir şairə nəsib olmayan səviyyədə populyarlıq və sevgi qazanmışdır. Həyatı və yaradıcılığı ilə böyük bir örnək qoyan Abdurrahim Karakoç doğulduğu gündə 7 aprel 2012-ci il tarixdə dünyasını dəyişmişdir.

Öz dilində tərcümeyi-halını həyacansız oxumaq mümkün deyil.

“Əbədi qudrətin tək sahibindən alınan əmr üzrə dünyaya gəlmişəm. Uşaqlığım kasıblıqla, imkansızlıqla keçsə də hələ də o günlərin həsrətini çəkirəm. Bəlkə də çox insanlara o illərdən danışsam “Həsrət çəkiləcək nəyi var?” deyə bilərlər, amma mən uşaqlıq illərimi çox sevdim. Şeir yazmağa kiçik yaşlarımda başladım. Zatən bizim yerlərdə hər gənç şeir yazardı. Bəzən bu tutku başqa bir məşğuliyyətin olmamasından kaynaklandığını da düşünürəm. Mən də boşluğumu şeirlə doldurmağa çalışdım. Mənimlə şer yazmağa başlayan insanların əksəriyyəti köməksizlikdən imkansızlıqdan batıb getdilər.

Mənə gəlincə, sağ olsunlar, iqtidarların və muxalifətin irimiqyaslı siyasətçiləri, ixtilal xuntaçıları, , cübbeli “alimlər” peliler, intellektual zübbəlilər, millî soyğunçular, elitar parazitlər, sərmayə sülükleri, zulüm-işgəncə istehsalçıları, ədaləti öldürən hüquqçular, dalkavuklar, üçkağıtçılar v.s. həmişə mənə yardımçı oldular. Şeir malzememi verən onlar, öfkemi bileyen onlar oldular. Kömək etdiklərini inkar etmirəm, fəqət təşəkkür də etmirəm. Dinsizlərin deyil, din düşmənlərinin, yəni İslam düşmanlarının da köməyi az olmadı. Bir mənada dini duyğularımın qüvvətlənməsinə vəsilə oldular. Ən uyğun zamanda yaşadığıma inanıram. Köməkçilərim var olduqları sürəcə yazmağa davam edəcəm. Allah qismət edərsə”.

Şairdən yadigar qalan çox maraqlı fikirlər var. Bu fikirlərdən biri də başqalarının kölgəsində gizlənən insanlara münasibətdə dediyi “Kölgədə olanın kölgəsi olmaz” fikridir.

Şairim ən məhşur şeirlərindən biri də Qarabağa həsr olunub:

Karabağ'a Mektup

Bahtına ağlayan Azeri kızı
Sen Karabağ dersin, ben karayazı
Boşlukta çırpınır Türk’ün avazı
Sanma ki dertlerin azı bizdedir
Sizdeki yaranın özü bizdedir.

‘Gel gardaş’ diyorsun gelecek yol yok
Şehitler kabrine koyacak gül yok
Çilesiz saat yok, kavgasız yıl yok
Kurşunlar sizdedir, sızı bizdedir
Sizdeki yaranın özü bizdedir.

Türkmen’e mi, Kırgız’a mı yanmadım
Tatar’a mı, Çerkez’e mi yanmadım
İmdat diyen bir söze mi yanmadım
Uygur’un,Özbek’in gözü bizdedir
Sizdeki yaranın özü bizdedir.

Müslüman, Türk olmak suçumuz bizim
Öfkeyle doludur içimiz bizim
Bir günde ağarır saçımız bizim
Yüz iki belanın yüzü bizdedir
Sizdeki yaranın özü bizdedir

Kendimizden koptu kendi bağrımız
Zulüm girdabında yandı bağrımız
Hedef tahtasına döndü bağrımız
Alevler sizdeyse közü bizdedir
Sizdeki yaranın özü bizdedir.

Komünizm sağırdı, demokrasi kör
Batıdan beslenir her türlü terör
Haçlı mumyaları uyandı bak gör
Kaç asrın silinmez izi bizdedir
Sizdeki yaranın özü bizdedir.

Birleşmiş milletler benzedi sirk'e
Sadistler musallat edildi şarka
İsrail Arap’a, Ermeni Türk’e
Kısmet bazı sizde, bazı bizdedir
Sizdeki yaranın özü bizdedir.

Yeni bir oyun var burada şimdi
Üçüncü piyonda sırada şimdi
Mitterand, Bush, Yeltsin nerede şimdi
Katilin, kalleşin pozu bizdedir
Sizdeki yaranın özü bizdedir.

Böyle geldi, böyle gitmez bu oyun
Zalimleri iflah etmez bu oyun
Umdukları gibi bitmez bu oyun
Mazlumun ekmeği, tuzu bizdedir
Sizdeki yaranın özü bizdedir.

Müslüman’ız, Türk’üz haktan yanayız
Adaletle süt emziren anayız
Aşk harcıyla vücut bulmuş binayız
Âti bizde saklı, mâzi bizdedir
Sevginin, şefkatin özü bizdedir.

22.03.1992

Səməd Vəkilov
Hüquqşünas

Meriya razılıq verdi: Bakıda mitinq olacaq
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat və ReAL partiyaları, D18 hərəkatı və müstəqil namizədlərin mitinqlə bağlı müraciətini cavablandırıb.

Report xəbər verir ki, müraciətə BŞİH-də baxılıb və onlara fevralın 29-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsindəki “Neftçi" İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında mitinq keçirmək təklif edilib.

Qeyd edək ki, ReAL Partiyasının sədri İlqar Məmmədov, D18 hərəkatının rəhbəri Ruslan İzzətli, Müsavat Partiyasının başqan müavini Fərəc Kərimov və müstəqil namizəd Fərhad Mehdiyev fevralın 29-da Mərkəzi Seçki Komissiyasının qarşısında mitinq keçirmək üçün BŞİH-ə müraciət ediblər.

Azərbaycanda DƏHŞƏT: avtomatla 3 nəfəri GÜLLƏLƏDİ
Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Avrasiya.net baku.ws-ə istinadən xəbər verir ki, Masallı rayon, Təzəkənd sakini ailə münaqişəsi zəminində avtomatla həyat yoldaşını, qaynını və qayınanasını güllələyib.

Daha sonra əlindəki silahla özünə atəş açıb.

Hadisə zamanı hadisəni törədən şəxsin həyat yoldaşı və qayını yerindəcə keçinib. Qayınanasının vəziyyəti isə ağırdır.

Hadisəyə həyat yoldaşının ondan boşanmaq istəməsi olub.

Məlumata görə, qadının yaxınları evdən mebellərini aparmağa gəliblərmiş.
Ana və oğlunun müəmmalı ölümü: Əmisi intihara inanmır
Fevralın 22-də Kürdəmir rayon Şüşən kəndində yaşadığı evin həyətindəki quyudan meyiti tapılan Leyla Cavanşir qızı Qəmbərovanın və onun azyaşlı övladının ölümünün təfərrüatı məlum olub.

Hadisə barədə Axar.az-a açıqlama verən L.Qəmbərovanın əmisi Məhəmməd Cəfərov bildirib ki, Leylanın ölüm səbəbinin qətl və ya intihar olması barədə hələlik onlarda da məlumat yoxdur.

“Leylanın da, oğlunun da ölümü müəmmalıdır və hadisənin şahidləri yoxdur. Yəqin ki, ailəsində problem olduğu üçün ölümlə nəticələnib. Heç kim durduğu yerdə intihar etməz. Yəqin, buna təhrik olunub ki, intihar edib. Əgər buna da intihar demək olarsa. 3 il idi ailə həyatı qurmuşdu, həyat yoldaşı da öz xalası oğlu idi. Özünün razılığı ilə onunla evlənmişdi, qayınata, qayınana və baldızı ilə birlikdə yaşayırdı. Leylanın sağlamlığında heç bir problem yox idi. Mətbuatda onun 1977-ci il təvəllüdlü olduğu deyildi. Amma 24 yaşı var idi, 1996-ci ildə doğulub. Ailə qurduqdan sonra bizə heç vaxt ailəsində problem olub-olmaması barədə nəsə deməyib. Mən əmisi kimi onun intihar etməsinə inanmıram. Çünki bu qətl hadisəsinə daha çox bənzəyir. Leylanın meyitinə özüm baxmışdım, sol qolunda iti alətlə dərin kəsik var idi”.

Məhəmməd Cəfərov onu da bildirib ki, Leyla Qəmbərovanın quyudan tapılmasının şahidi yoxdur:

“Leylanın özünü quyuya atması inandırıcı deyil. Oğlanın ailəsindən başqa onun quyudan tapılmasını görən yoxdur. Biz hadisə yerinə gedəndə ananı da, uşağı da yerdə uzandırılmış formada gördük. Birinci Leylanın və ya oğlu Hilalın ölməsindən də, hadisənin gecə və ya səhər saatlarında baş verməsindən də məlumatsızıq. Leylanın yas mərasimi həyat yoldaşının evində keçirildi. Meyitlər ekspertiza edilib. Gələn həftə yəqin ki, nəticəsi bəlli olacaq”.

Qeyd edək ki, fevralın 22-də Kürdəmir rayon Şüşən kəndində yaşadığı evin həyətindəki quyudan Leyla Cavanşir qızı Qəmbərovanın, evdə isə onun yaş yarımlıq oğlu Hilalın meyiti tapılıb. Hadisə ilə bağlı Kürdəmir Rayon Prokurorluğunda cinayət işi başlanıb.