Əsəd ölkədən qaçırdı, Süleymani imkan vermədi
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının komandiri general Qasim Süleymani Suriya problemi ilə tək mübarizə apararaq bu ölkəni xilas etdi.

Axar.az xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun sabiq komandirlərindən Həsən Plarek deyib.

“Hətta Suriya Prezidenti Bəşər Əsəd mühacir kimi Rusiyaya sığınacaqdı. O vaxt general Qasim Süleymani bunun qarşısını aldı”, - H.Plarek bildirib.
Hafiz Hacıyev koronovirusa yoluxub?
Ötən gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətində problem yaranması ilə bağlı məlumat vermişdik.

Partiya sədrinin özü saytımıza bildirmişdi ki, səhhətində bir neçə gündür ki, problem yaranıb.

Bunun ardından cəmiyyət arasında Hafiz Hacıyevin koronovirusa yoluxması ilə bağlı məlumat yayılıb.

Məlumatın doğruluğunu dəqiqləşdirmək üçün Modern.az partiya sədri ilə əlaqə saxlayıb. H. Hacıyev səhhətinin yaxşı olduğunu bildirərək, iddiaların əsassız olduğunu deyib:

“İndi özümü yaxşı hiss edirəm. Dünən xəstəxanadan çıxmışam, gün ərzində bir neçə dəfə həkimə yoxlanmalı oluram.



Həkimlər deyir ki, əsəb xəstəliyim var. Koronovirusa yoluxmağım barədə xəbər isə tamamilə yalandır, onu kim deyirsə, qələt edir”.
DİN polisin qətli ilə bağlı məlumat YAYDI
Daxili İşlər Nazirliyi (DİN) Bakıda polis əməkdaşının qətli ilə bağlı məlumat yayıb.

DİN-dən Avrasiya.net-ə verilən məlumata görə, fevralın 24-də Bakı şəhər sakini Anar Ramazanovun qətlə yetirilməsi barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlinərək müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Anarın ailə-məişət münaqişəsi zəminində qardaşı tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib.


Əməliyyat tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən qardaşı - A.Ramazanov saxlanılıb.



Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.
İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açdı Yeni Azərbaycan Partiyası ( YAP ) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov

Azərbaycanın beynəlxalq müstəvidə nüfuz dairəsinin genişlənməsi, ölkəmizin artan iqtisadi imkanları ikitərəfli münasibətlərə də müsbət təsirini göstərir. Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayan respublikamızın xarici tərəfdaşları sırasında İtaliyanın xüsusi yeri var. İtaliya Respublikası iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin siyahısında yer alır. Avropada iqtisadi cəhətdən 3-сü, dünyada isə 7-ci yerdə olmaqla İtaliya 10 ən böyük məhsul ixracatçısından biri kimi də tanınır. Ən böyük turizm regionlarından olan ölkə Avropada həm də 5-ci ən çox avtomobil istehsalçısıdır. Avropa İttifaqının yaradıcı ölkələrindən biri olan İtaliya müasir dövrdə Avropanın aparıcı dövlətləri ilə yanaşı, dünyanın güclü siyasi-iqtisadi mərkəzlərindən biri kimi mövqeyinin möhkənləndirilməsində də mühüm rol oynayır.

Azərbaycan ilə İtaliya arasında münasibətlərin tarixi çox qədimdir. İtaliya Azərbaycanın Avropada ən qədim dövrlərdən diplomatik əlaqələr saxladığı ölkələrdən biridir. Hələ orta əsrlərdə Səfəvilər sarayında Venesiya və Genuya respublikalarının daimi elçiləri fəaliyyət göstərmişlər. İtaliya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ötən dövrdə ölkələrimiz arasında bütün sahələrdə inkişaf nəzərə çarpır. İki ölkə arasında rəsmi münasibətlərin 1992-ci ilin yanvar ayından başlanması və uzun müddət ərzində uğurla inkişaf etməsi tərəflərin bir-birinə verdiyi böyük dəyər və hörmətin nəticəsidir. Ölkələr arasında həm iqtisadi, həm də siyasi baxımdan çox yaxşı münasibətlər var. İki ölkənin parlamentlərarası əlaqələri də yüksək səviyyədədir. Bir sözlə, İtaliya da digər Avropa ölkələri kimi, Azərbaycanın şaxələndirmə siyasətini dəstəkləyərək, regionda iri yanacaq-kommunikasiya dəhlizlərinin yaradılmasına təşəbbüs göstərən əsas dövlətlərdən biridir. Bütün bunlar onu deməyə əsas verir ki, iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasından ötən müddət ərzində münasibətlərin güclənməsinə istiqamətlənmiş strateji tərəfdaşlıq siyasəti Azərbaycan və İtaliya xalqlarının dostluq əlaqələrini möhkəmləndirməyə imkan verir. Tərəflər arasında qarşılıqlı-faydalı əməkdaşlığın mövcudluğu, eyni zamanda, bir çox sahələrdə intensiv əlaqələrin inkişafı Azərbaycan – İtaliya münasibətlərinin xarakterinə müsbət təsir göstərir. İtaliya ölkəmizin Avropada əsas ticari-iqtisadi partnyoru, ölkəmizdən ən böyük neft idxalatçısıdır. Eyni zamanda, siyasi müstəvidə ölkəmizlə sıx əməkdaşlıq edir, Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bir sözlə, Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında iqtisadi əlaqələr sürətlə inkişaf edir, iki ölkə arasında ticarət dövriyyəsi gündən günə artır.

Bugünlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına uğurlu dövlət səfəri tarixi olmaqla yanaşı, iki ölkə arasında münasibətlərdə yeni səhifənin açılmasına da şərait yaratdı. Səfər çərçivəsində aparılan danışıqlarda və keçirilən görüşlərdə regional inkişaf və regional təhlükəsizlik məsələləri, Avropa İttifaqı – Azərbaycan əlaqələri, siyasi, iqtisadi ikitərəfli əlaqələrimiz və digər məsələlər müzakirə olundu. Azərbaycan Prezidenti və İtaliyanın Baş Naziri tərəfindən “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” imzalandı. Bu sənəd digərlərindən əhəmiyyətinə görə fərqlənir. Əsas məqam odur ki, Birgə Bəyannamə Azərbaycanın xarici ölkələrlə bu adda imzaladığı ilk sənəddir və “Böyük Yeddiliyin” üzvü olan ilk ölkə ilə imzalanıb. Müxtəlif sahələrdə fəaliyyət göstərən İtaliya şirkətlərinin nümayəndələri ilə keçirilən görüşlər, iki dövlət arasında ümumilikdə 28 sənədin imzalanması, Azərbaycan-İtaliya biznes forumu kənd təsərrüfatı, sənaye avadanlıqlarının istehsalı, nəqliyyat və infrastruktur, İKT, energetika və ekoloji təmiz texnologiyalar kimi sahələrdə əlaqələrin inkişafına yeni baxış oldu. Həm İtaliya Prezidenti Sercio Mattarella, həm də Azərbaycan Prezidenti İlham Əliyev keçirdikləri görüşlərdə və mətbuata bəyanatlarında ölkələrimiz arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə etdilər.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülməsi iki ölkə arasındakı münasibətlərin gücləndirilməsinə böyük töhfəsinə verilən qiymətdir.
Yardımlı ziyalıları Rövnəq Abdullayevə müraciət etdi
“Yardımlı Xeyriyyə Cəmiyyəti”nin professor və tanınmış ziyalılardan ibarət İdarə Heyətinin adından SOCAR prezidenti Rövnəq Abdullayevə müraciət ünvanlanıb. Bu barədə Avrasiya.net-ə “Yardımlı Xeyriyyə Cəmiyyəti”ndən məlumat verilib.

Müraciətdə deyilir: “Hörmətli Rövnəq müəllim!
Sizə “Yardımlı Xeyriyyə Cəmiyyəti”nin professor və tanınmış ziyalılardan ibarət İdarə Heyətinin adından müraciət edirik. Müraciətimiz sərhəd rayonu olan Yardımlının təbii qazla təmin olunması problemi ilə bağlıdır. Bildiyiniz kimi, ölkə rəhbəri, möhtərəm Prezident İlham Əliyev 2019-cu ildə respublika ərazisinin təxminən 95 %-nin qazlaşdırılması ilə bağlı müvafiq qurumlara xüsusi tapşırıqlar verib, bu layihənin icra vəziyyəti barədə hökumətin rüblük və illik hesabatlarında məlumatlar dinlənilib. Ölkə əhalisi regionların inkişafı ilə bağlı çoxsaylı prezident sərəncamları ilə təsdiqlənən və dövlətimizin başçısının birbaşa nəzarəti altında reallaşan bu cür həyat əhəmiyyətli layihələrin uğurla yerinə yetirilməsini iqtisadiyyatımızın, bölgələrdəki infrastrukturun, fermer təsərrüfatlarının, kiçik və orta biznesin davamlı və dayanaqlı inkişafı üçün önəmli hesab edir.

Respublikamızın paytaxtdankənar müxtəlif bölgələrinin sənaye, kənd təsərrüfatı, turizm, mədəniyyət və təhsil mərkəzlərinə çevrilməsini atılan addımların bəhrəsi kimi qiymətləndirilir.

Ölkəmizin sərhəd bölgəsində, digər rayonlarımızla müqayisədə coğrafi cəhətdən qeyri-əlverişli mövqedə yerləşən Yardımlı rayonunun iqtisadi dirçəlişinə, tanıdılmasına, ehtiyacı olan insanlara qayğı və yardım göstərilməsinə, bu bölgə insanları arasında sosial münasibərlərin dəstəklənməsinə çalışan xeyriyyə cəmiyyətimiz rayonun iqtisadi inkişafı, əhalinin ən zəruri ehtiyaclarının ödənilməsi, insanların sosial-məişət şəraitinin və ekoloji mühitin yaxşılaşdırılması üçün rayon kəndlərinin qazlaşdırılması prosesinin ləngiməsinin bölgə ziyalılarını, rayon ictimaiyyətini narahat etdiyini diqqətinizə çatdırır. Rayonun 80-dən çox kəndindən bu günədək cəmi 12-nin qazlaşdırılması Yardımlıda müvafiq dövlət proqramlarının icra vəziyyətinin real göstəricisidir. Belə bir şəraitsizlik vəziyyətində rayon əhalisinin kütləvi şəkildə Bakı və Sumqayıta, şəhərlərətrafı kəndlərə axışması, çoxəsrlik tarixə, maddi-mənəvi dəyərlərə, unikal həyat tərzinə, mifik-folklor yaddaşına malik tarixi ərazilərimizin kimsəsizləşməsinə səbəb olur və bu proses səngimir. Respublikamızın strateji sərhəd bölgəsi üzrə belə bir statistikanın gətirilməsi və işıqlandırılması nə qədər ağır olsa da, fakt faktlığında qalır.

Qazlaşdırma prosesinin dayandırılması ərazi, coğrafi, iqlim və əhalinin həyat tərzinə görə bizə yaxın olan qonşu Lerik rayonu ilə müqayisədə Yardımlının geridə qalmasına səbəb ən ciddi məsələdir.

İki yüz əlli mindən çox Yardımlı əsilli soydaşlarımızı təmsil edən bir ictimai təşkilat kimi Sizə olunan bu müraciətimizə diqqətlə və həssaslıqla yanaşılacağına, Yardımlı kəndlərinin qazlaşdırılması prosesinin tezliklə davam etdirilməsinə, qazlaşdırma səviyyəsinin digər dağ rayonları səviyyəsində həyata keçiriləcəyinə göstəriş verməyinizə inanırıq.
Hörmətlə,
“Yardımlı Xeyriyyə Cəmiyyəti”nin sədri,
Elman Eldaroğlu”.
AFFA rəhbərliyi "AZE NAKHCHIVAN-KÖLN" klubunu təbrik etdi
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse prezidenti Elxan Məmmədov bugünlərdə Almaniyada təsis edilmiş "AZE NAKHCHIVAN-KÖLN SK" futbol klubunun fəaliyyətə başlaması münasibəti ilə klub prezidenti Aydın Karacaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Hörmətli Aydın Karaca, "AZE NAKHCHIVAN-KÖLN SK" futbol klubunun rəsmi fəaliyyətə başlaması münasibət ilə sizi və kollektivinizi təbrik edirəm. Klubun gələcək fəaliyyətində uğurlar və bol qələbə sevinci arzu edirəm".
Qeyd edək ki, "AZE NAKHCHIVAN-KÖLN SK" futbol klubu 2017-ci ildə təsis edilsə də klub 2019-cu il noyabrın 5-də qeydiyyata alınıb. 2020-ci il fevralın 9-da isə klub rəsmi fəaliyyətə başladığını elan edib. Klubun idarə heyətini alman futbol mütəxxəsisləri ilə yanaşı, Almaniyada yaşayan türkiyəlilər və digər xalqların nümayəndələri təşkil edirlər.
Qisas yerdə qalmayacaq!Sadiq Qurbanov
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti

Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi.
Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

26 fevral 1992-ci il. Quşbaşı qar yağan sərt qış gecəsi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi.

Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir.

Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, 487 dinc Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

Tanrı bütün şəhidlərimizə rəhmət eləsin! Qisas yerdə qalmayacaq!
DƏHŞƏTLİ PROQNOZ: Ölümcül virus bütün Avropaya yayılacaq
“Koronavirus Avropanın bütün ölkələrinə yayıla bilər”.

Publika.az xəbər verir ki, İtaliyanın Baş naziri Cuzeppe Konte belə açıqlama verib. O bildirib ki, tibbi ləvazimatlar və canlı qüvvə hələki virusun yayılmasının qarşısını almaqda acizdir. Hökumət başçısının sözlərinə İtaliyada ölümcül virusun yayılma sürəti ölkə iqtisadiyyatına ciddi təsir göstərəcək.

Qeyd edək ki, İtaliyada virusdan 7 nəfər həyatını itirib. 200 nəfər virusa yoluxub.

Anar Türkeş
Rayon sakini olan 2 sevgili BUNA GÖRƏ ÖZLƏRİNİ DƏNİZƏ ATDILAR
Bu gün səhər saatlarında Bakı Bulvarında dəhşətli hadisə baş verib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb. Hazırda onun meyitinin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

İlkin araşdırmalar zamanı məlum olub ki, bir-birini sevən gənclər ailələrinin razılığa gəlməmsi səbəbindən evlənə bilməyiblər. Bundan sonra onlar Bakıya gələrək görüşüblər və Bulvar ərazisində olarkən əvvəlcə N.Rzazadə, daha sonra isə B.Məmmədov özünü dənizə atıb.

****

10:03

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Publika.az xəbər verir ki, hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

20 Yanvarın qatillərindən biri öldüSSRİ-nin son marşalı Dmitri Yazov ölüb.

Avrasiya.net xəbər verir ki, 96 yaşlı Yazov bu gün ölüb.

Qeyd edək ki, Dmitri Yazov 1987-1991-ci illərdə SSRİ Müdafiə naziri olub. Bakıda 20 Yanvar qırğınının törədilməsində Yazov birbaşa günahkarlardan sayılır.

Yazov həm də məşhur QKÇP-nin təşkilatçılarından idi və həmin hadisələrdən dərhal sonra - 22 avqust 1991-ci ildə vəzifədən çıxarılmışdı.