Ərdoğandan Əliyevə xüsusi hədiyyə - Video
Prezident İlham Əliyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Zuğulbadakı sarayında qarşılayıb.

Avrasiya.net xəbər verir ki, qarşılanma mərasimindən sonra Azərbaycan və Türkiyə liderləri təkbətək görüşüblər.

Görüş başlamadan öncə Prezident Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə xüsusi təsbeh hədiyyə etdiyi kameralarda görünür.
Səhiyyə nazirinin müavini koronavirusa TUTULDU
İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini və koronavirusla mübarizə komitəsinin katibi İrəc Hərirçi yeni koronavirusa yoluxub.

Bu barədə nazir müavini özü videomüraciətlə elan edib.

İ.Hərirçinin sözlərinə görə, ötən gün bədəninin temperaturu qalxıb və analiz verib.

Nazir əlavə edib ki, bu gün analizlərin nəticəsinə əsasən yeni koronavirus təsdiqlənib:



“Mən özümü hazırda təcrid etmişəm. Ümumilikdə vəziyyətim yaxşıdır. İşləri telefon vasitəsi ilə idarə edirəm” (trend).
Bakıda 4 nəfər yüksək hərarətlə xəstəxanaya yerləşdirildi
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Axar.az xəbər verir ki, 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün daha 4 nəfər yerləşdirilib. Həkim müşahidəsinə götürülənlər İran İslam Respublikası vətəndaşlarıdır. 19-21 yaş arası olan gənclər Bakıya bir neçə gün əvvəl gəliblər. Bədənlərinin hərarəti normadan yüksək olduğu üçün xəstəxanaya müraciət ediblər.

Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda yoluxucu xəstəliklər şöbəsində 6 nəfər var. Onlardan biri Azərbaycan digərləri isə İran İslam Respublikası vətəndaşlarıdır. Həkim müşahidəsinə götürülənlərdən 3-nün vəziyyəti normaldır səhətlərində hər hansı bir problem aşkarlanmayıb. Digər 3 nəfərdə zökəm əlamətləri var. Həkim müşahidələri davam edir.

Məlumatda bildirilib ki, həmin insanlar İranın xəstəlik qeydə alınmayan ərazisindən gəliblər. Xəstə insanlarla ünsiyyətdə olmayıblar.

Səhiyyə Nazirliyi ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir.
Hüsnü Mübarək öldü
Misirin eks-prezidenti Hüsnü Mübarək vəfat edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Skay Nyus Arabia” öz mənbələrinə istinadən yayıb.

Qeyd edək ki, Mübarək 2011-ci ildə ərəb baharı zamanı devrilib. O, 1975-1981-ci illərdə Misirin vitse-prezidenti, 1981-2011-ci illərdə isə prezidenti olub.
Qorxmaz Hüseynov Şabranda 69 nəfəri qəbul etdi
Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Şabran şəhərində Şabran və Siyəzən rayonlarının sakinlərini qəbul edib.

Avrasiya.net-in xəbər verir ki, Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Şabran və Siyəzən rayonlarından olan 69 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və kanalizasiya xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub.

Hər bir vətəndaşı dinləyən “Azərsu” ASC-nin sədri müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.



Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

zərbaycanda ərinin dostu ilə qaçdığı deyilən qadın DANIŞDIİsmayıllıda həyat yoldaşının dostu ilə qaçdığı deyilən qadın şərləndiyini iddia edir.

“Oxu.az”a açıqlama verən Məlahət Hacıyeva bildirib ki, 27 ildir evli olduğu Sərvan Hacıyevlə daim problemi olub:

“Sərvan həmişə içirdi, evdə dava salırdı. Məni hamının yanında təhqir edirdi. Son olaraq deyirdi ki, səni şərləyib, tutduracağam. Buna görə ondan boşanmaq qərarına gəldim”.

M.Hacıyeva onlarının ailələrində baş verən münaqişələri S.Hacıyevin bacısının yaratdığını deyir:

“Birlikdə aldığımız və yaşadığımız ev mənim adıma idi. Buna görə də dəfələrlə məni şərləyirdilər, incidirdilər ki, evi onların adına keçirim”.

M.Hacıyeva qoşularaq qaçdığı deyilən, həyat yoldaşının dostu Raqub Əhmədovla dostluq münasibətlərinin olduğunu bildirib:

“Raqubgillə ailəvi dost olmuşuq. Mən Raqubla bir yerdə işləmişəm. Ona qardaş demişəm, o da mənə bacı deyib”.

M.Hacıyeva hazırda İsmayıllının Sumağallı kəndində atasının evində qaldığını vurğulayıb:

“Məni və Raqubu şərlədiyi üçün məhkəməyə də müraciət edəcəyik”.

Qeyd edək ki, mətbuatda İsmayıllıda yaşlı qadının ərinin dostu ilə qaçması ilə bağlı məlumat yayılıb.
Koronavirus erməni ordusunu vurdu
Ermənistan ordusunda yeni insident qeydə alınıb.

Bu məlumat sosial şəbəkələrdə yayılıb. Belə ki, Qafandakı hərbi hissələrdən birində xidmət edən hərbçi İqor Sərkisyanın koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildiyi qeyd edilib.

Sosial şəbəkə istifadəçiləri bu faktın ictimaiyyətdən və hətta Sərkisyanın qohumlarından gizlədildiyini bildiriblər.

Xatırladaq ki, İranda koronavirusun yayılmasından sonra Baş nazir Paşinyan bu ölkə ilə sərhəd-keçid məntəqəsinin bağlanacağını bildirmişdi. Ermənistanın əsas iqtisadi partnyoru olan İranla əlaqələri müvəqqəti dayandırma barədə anons birmənalı qarşılanmamışdı. İddia edilirdi ki, artıq koronavirus İrandan Ermənistana adladığı üçün Paşinyan belə bir qərar veriləcəyini anons etmək məcburiyyətində qalıb.

Buna baxmayaraq, İranla əlaqələr hələ dayandırılmayıb.

Qeyd edək ki, Qafan rayonu İranla sərhəddə yerləşir.
Ərdoğan Bakıya gəldi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfəri başlayıb.

Report xəbər verir ki, dövlət başçısının təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

R.T.Ərdoğanı Azərbaycan rəsmiləri və Türkiyənin Bakıdakı səfiri Erkan Özoral qarşılayıb.

O, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak edəcək.

İki ölkə prezidentləri - İlham Əliyev və R.T.Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda ikitərəfli əlaqələrin bütün cəhətləri, əməkdaşlığın daha da inkişafı müzakirə olunacaq, bununla yanaşı, region və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.

İclasda iki ölkə arasındakı əlaqələrə mühüm töhfə verəcək bəzi saziş və razılaşma sənədlərinin imzalanacağı da bildirilir.
Bakıda fənn olimpiadasında nəzarətçi rüsvayçılığı
Təhsil Nazirliyinin Bakıda məktəblilər arasında təşkil etdiyi ingilis dili olimpiadasında biabırçı olay yaşanıb.

Axar.az xəbər verir ki, 229 saylı məktəbdə keçirilən olimpiadaya təyin edilmiş nəzarətçilərdən biri yalnız rus dilində danışdığı üçün məktəblilərlə dialoq qura bilməyib.

Bu olimpiadaya qatılan Azərbaycan bölməsinin şagirdləri nəzarətçiyə sual verdikdə, o, azərbaycanca bilmədiyini deyib və rusca danışmağı tələb edib.

Məktəblilərlə nəzarətçi arasında dialoq qurmaq üçün şagirdlərdən biri tərcüməçilik edib.

Azərbaycanda dərs deyən müəllimin dövlət dilini ümumiyyətlə bilməməsi isə narazılıq yaradıb.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanlanıb.