Xocalı soyqırımı bütün bəşəriyyətə tarixi bir cinayətdir - Professor
Azərbaycanlılara qarşı xüsusi amansızlıqla hazırlanmış və törədilmiş Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə terrorist erməni qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edilərək, sakinlərə qarşı amansızcasına soyqırım törədildi. Xocalıya hücumdan əvvəl, fevralın 25-i axşamdan toplardan və ağır zirehli texnikadan şəhəri şiddətli atəşə tutulmağa başlamışdılar. Nəticədə şəhərdə güclü yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür.

Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış 2500 nəfərə qədər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdular. Lakin, Xocalı sakinlərinin yaşamaq, düşmənin zülümündən qaçmaq üçün etdikləri bu cəhd baş tutmadı. Şəhəri yandırmış, yerlə yeksan etmiş azğınlaşmış erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə xüsusi amansızlıqla divan tutdular. Diri-diri dərisi soyulmuş, orqanları çıxarılmış, hamilə qadınların bətnindən körpəsi çıxarılıb qətlə yetirilmiş, qız və gəlinlərin cəsədləri üzərində zorakılıq əlamətləri və digər tükürpədici vəşiliklərə məruz qalmış cəsədlərlə dolu olan Xocalı “o gün” tarixinin ən dəhşətli gününü yaşadı. Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan: 63-ü uşaq, 106-sı qadın, 70-i qoca digərləri isə kişilər idi.

Bu qətlam nəticəsində 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 487 nəfər yaralanmış, onlardan 76-sı uşaq olmuşdur. Qətliamda 1275 nəfər əsir götürülmüşdür, 150 nəfər isə itkin düşmüşdür. 1992-ci ilin pul vahidinə görə qətliamda dövlətin və əhalinin əmlakına 5 milyard rubl dəyərində ziyan vurulmuşdur.

Xocalı soyqırımı haqqında dünyaya səs salmaq, bu amansız qətliamı, erməni vəşiliyinı dünya xalqlarına çatdırmaq üçün dövlət xeyli işlər görmüşdür. Ulu öndər Heydər Əliyev dövlət başçısı olduğu dövürlərdə Xocalı soyqırmının dünyaya çatdırılması üçün bütün gücündən istifadə etmişdir. Ulu öndər faciə ilə əlaqədar dünya ictimaiyyətinə və Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".

Artıq neçə ildir Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və bu vəşiliyi dünyaya çatdırmaq üçün “Xocalıya ədalət!” kampaniyası çərçivəsində də xeyli işlər görülmüşdür. Ölkə Prezidenti Cənab İlham Əliyevin məqsədyönlü xarici siyasəti sayəsində Xocalı həqiqətləri Azərbaycan xalqının başına gətirilən soyqırım daima dünya ictimayyətinin diqqətinə çatdırılır. Bu qətliam real qiymətin alacağı günə qədər biz əlimizdən gələni edəcəyik. Əsirlər boyu etnik təmizləmə və soyqırım cinayətləri baş vermişdir, lakin, onlardan ən dəhşətlisi məhz Xocalı soyqırımı oldu. Ona görədə bu vəhşilik, cinayət cəzasız qalmamalı, soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar.

ADBTİA-nın prorektoru,
prof. Yusif Babanlı
Xırdalanda 15 yaşlı oğlan özünü 12-ci mərtəbədən atdı - Foto
Xırdalan şəhərində intihar hadisəsi baş verib.

15 yaşlı Ülvi Ruslan oğlu Cəfərli özünü 12-ci mərtəbədən ataraq intihar edib.

İlkin məlumata görə, Ü.Cəfərli həmin binada müəllim yanına gedirmiş. Onun sevdiyi qızla mübahisə etdiyi, sonradan özünü binadan atdığı bildirilir.

Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, intihar edən Ü.Cəfərli bir neçə il əvvəl itkin düşməsi ilə mətbuatın diqqət mərkəzində olub.

Ü.Cəfərli hazırda 10-cu sinifdə oxuyurmuş. /APA
Müəllimi özünü dənizə atan qızdan yazdı: "Nə bilərdim ki..."
"Nə bilərdim ki, bir vaxtlar xəyallarının suya düşməsini istəmədiyim bir qızcığaz su çərşənbəsində özünü suya atacaq".

Bunu təhsil eksperti Elçin Əfəndi ötən gecə Bulvarda intihar edən 22 yaşlı Nəzakət Rzazadə barəsində şəxsu feysbuk hesabında yazıb.

Azərbaycan Tibb Universitetinin tələbəsi mərhumla bağlı 3 il əvvəlki xatirəsini bölüşüb:

"2017-ci ildə Dövlət İmtahan Mərkəzi Yaz və Yay qəbul imtahan modelinə keçmişdi. Həmin vaxt Nəzakət Yaz qəbul imtahanında iştirak etdi. Və 637 bal topladı. Həmin ərəfədə Azərbaycan Tibb Universiteti Müalicə işi ixtisası üzrə dövlət sifarişinə keçid balı 635 idi. Nəzakət sevinirdi ki, ödənişsizə düşəcək. Ona görə də imtahandan bir-iki gün sonra rayona-Sabirabada getdi. Amma mən bilirdim ki, yay imtahanında abituriyentlərin böyük əksəriyyəti ballarını qaldıracaqlar. Ona görə də getməmişdən əvvəl hazırlığını davam etdirməsini məsləhət gördüm. Dedi ki, bəsimdi. Qəbul olaram bu balla. Dedim, qızım ödənişliyə düşəcəksən. Özün də rayon uşağısan. İldə 4000 AZN ödənişi çatdırıb vermək var. Gəl əziyyətdən keçib, 1 ay yarım da hazırlaş və balını artır. Ödənişsizə düş və atangilə də dəstək ol. Atasıgil rayonda olurdular. Burada dayısıgildə qalırdı. Və bizim bu danışıqlarımızdan nəticə çıxarmadı və dedi ki, rayona gedirəm. O zaman təklif etdim ki, hazırlıq üzrə təhsil haqqını qarşılayacağıq. Əgər buna görə narahatsansa, getmə. Qüruruna sığdırmadı. Dedi gedirəm. Və getdi.

Bir həftə sonra yay imtahanına qeydiyyatdan keçənlərin sayına baxdım və bildim ki, bu qızın xəyalları suya düşəcək. Pulsuza qəbul ola bilməyəcək. Telefonu götürüb atasına-Muğdət bəyə zəng etdim. Dedim övladınızı göndərin gəlsin, hazırlaşsın. Mən əlimdən gələni edəcəm ki, o artıq bal toplasın. Və atası ilə razılaşdıq. Nəzakət geri qayıtdı. Mən işə gələndə mənlə gəldi, mən gedəndə mənlə birgə çıxdı. Bütün imtahan vaxtına qədər hər gün mənim otağımın arxasında olan otaqda hazırlaşdı. Bütün günü oxudu. Və imtahan ərəfəsi gəldi. Xeyir-dua verib, imtahana yola saldıq. Nəticələr elan olundu. Balı 663 ya 667 idi. Dəqiq xatırlaya bilmirəm. Bircə onu bilirəm ki, həmin il Müalicə işi üzrə keçid balı 661 bal oldu. Və Nəzakət öz fikri ilə qalsaydı, ödənişliyə düşəcəkdi. Amma 663 balla ödənişsiz ixtisası qazandı. Həmin il biz 650 balı keçən hər bir abituriyentə 1000 AZN mükafat verirdik. Həmin mükafatı Nəzakət Rzazadə də qazandı. Mən onu indi də örnək kimi abituriyentlərə misal göstərirdim. Nümunə idi mənim üçün ki, rayon uşağı, atadan-anadan uzaq bu nəticəni qazandı.

Amma indi çox pisəm. Nə bilərdim ki, bir vaxtlar xəyallarının suya düşməsini istəmədiyim bir qızcığaz su çərşənbəsində özünü suya atacaq.

Az öncə atası ilə danışdım. Atası deyir dünən gecə saat 11-dən sonra zəng etdi xeyli danışdıq. Bizdən sonra sevgili olduqları oğlanla danışıb və ondan sonra da özünü atıb. Atasının dediyinə görə axtarış fayda vermədiyi üçün dayandırıblar. Və onlar rayona gedirlər. Sabah axtarış yenidən davam edəcək. Ümidimi üzmürəm. Ona görə də Allah rəhmət etsin sözünü yazmağıma rəğmən deyə bilmirəm".

Xatırladaq ki, Sabirabad rayonunun Qardaşlı kənd sakinləri olan Balahüseyn Məmmədov Zöhrab oğlu və Nəzakət Rzazadə Müğdət qızı bir-birlərini seviblər. Lakin ailələr onların birlikdə olmasına razı olmayıb. Buna görə də cütlük Bakıda bulvarda görüşüb. İlk olaraq Nəzakət Rzazadə intihar etmək məqsədilə özünü dənizə atıb. Sevgilisini xilas etmək istəyən Balahüseyn Məmmədov da onun arxasınca özünü suya atıb. Hava şəraiti ilə bağlı Xəzər dənizinin kəskin dalğalı olması səbəbindən Nəzakətin meyitinin axtarışı mümkün olmayıb, B. Məmmədov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti kafidir.
Ərdoğanın Azərbaycana səfəri başa çatdı
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına səfəri fevralın 25-də başa çatıb.

Avrasiya.net xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.
Masazır sakini güllələnərək öldürülüb
Sumqayıtda ağır cinayət törədilib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Orta yaşlı kişi əvvəlcə döyülüb, daha sonra güllələnərək öldürülüb. Hadisəni törədən şəxslər meyiti Masazıra apararaq orada basdırıblar.

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb. Qətlə yetirilən şəxsin meyiti basdırıldığı yerdən çıxarılaraq tibbi ekspertizaya təhvil verilib.

Araşdırmalar zamanı qətlə yetirilən şəxsin Abşeron rayonu Masazır qəsəbə sakini, 1977-ci il təvəllüdlü Mircəfərov Zaur Mirdadaş oğlu olması müəyyən edilib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
"İşlədiyimiz yerlərdə dürüst və sədaqətlə çalışmaqla Vətənə xidmət etməliyik"24 fevral 2020-ci il, saat 19:00-da Progress Club və İMSİ İctimai Birliyinin ortaq təşkilatçılığı ilə Gənclərin İnkişaf və Karyera Mərkəzində "Xocalı Soyqırımının Anım tədbiri" təşkil olundu.

Tədbir ənənəvi qorxu və nifrət motivli çıxışlarla yox, daha rasional və real analizlərlə yadda qaldı.

Açılışdan sonra İMSİ İctimai Birliyinin sədri Araz Əhmədova söz verildi. O, öz çıxışında gənclərin maarifləndirilməsindəki çatışmazlıqlardan, qorxu və nifrət aspektli maarifləndirmənin gənclərdə erməni fobiyası yaratdığından, bunun da xüsusən xarici ölkələrdə ermənilərlə qarşılaşan həmvətənlərimizə mənfi təsir etməsindən danışdı. Ölkəmizin həssas regionda yerləşdiyinə diqqət çəkərək, gənclərin daha diqqətli və ayıq-sayıq davranmalı olduğunu vurğuladı. O öz çıxışında xüsusi olaraq “Aprel qələbəsi” haqqında danışaraq bildirdi ki, artıq düşmən tərəf özü qorxu və xof içərisindədir. Bu xof və qorxu daim artmalı, düşməni psixoloji olaraq əzməlidir.
"İşlədiyimiz yerlərdə dürüst və sədaqətlə çalışmaqla Vətənə xidmət etməliyik"
Daha sonra Progress Club-un Media və İctimaiyyətlə Əlaqələr (PR) üzrə koordinatoru Yusif Nəbiyev söz aldı. O, öz çıxışında vətənpərvərlik anlayışı haqqında fikirlərini bölüşdükdən sonra, klubun layihələrinin vətənpərvərlik ideyalarına xidmət etdiyini vurğuladı. Eyni zamanda Progress Club barədə danışaraq əsas ideyası insanlara fayda vermək, bütün insanları faydalandırmaq və eyni zamanda da faydalanmaq olan klubun bu cür tədbirlərin bundan sonra da təşkil edilməsində və milli dəyərlərimizin, vətənpərvərlik anlayışının təbliğ edilməsində aktiv olacağını bildirdi.

Sonda isə Progress Club-un üzvü, ictimai fəal Emin Əliyev kürsüyə dəvət edildi.
"İşlədiyimiz yerlərdə dürüst və sədaqətlə çalışmaqla Vətənə xidmət etməliyik"
E.Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin ilk dəfə ortaya çıxdığı dövrdən günümüzə qədər olan tarixi xronologiya barədə təfsilatlı şəkildə məlumat verdi. Çıxışında tarixi rəqəmlər və statistik məlumatlara deyil, daha çox yeni və daha effektiv metodun mənimsənilməsinə ehtiyac olduğunu qeyd etdi. Qorxu və xofun aşılanmasının bu terror və soyqırımı həyata keçirənlərin əsas məqsədi olduğunu qeyd edən E.Əliyev bu prosesin xüsusən azyaşlı uşaqlar üzərində sarsıdıcı təsirinin olduğunu bildirdi. Bu formada aparılan maarifləndirmə işinin insanlara vətənpərvərlik aşılamadığını, əksinə, qorxu və fobiyanı dərinləşdirdiyini vurğuladı. Natiq üzünü gəncliyə tutaraq onlara Vətənə bağlılığın hər bir davranışımızda büruzə verilməli olduğunu bildirdi. O dedi ki, işlədiyimiz yerlərdə dürüst və sədaqətlə çalışmaqla Vətənə xidmət etməliyik. Hər kəs öz çalışdığı məqamda səngərdə növbə çəkən əsgər kimi davranmalıdır. Bu cür olarsa biz öz ölkəmizin ərazi bütövlüyünü tezliklə təmin etmiş olarıq.
"İşlədiyimiz yerlərdə dürüst və sədaqətlə çalışmaqla Vətənə xidmət etməliyik"
Çıxışlardan sonra dinləyicilərin sualları səsləndirildi və cavablandırıldı. Müzakirəli formada davam edən tədbir aparıcının təşəkkür nitqi ilə sonlandırıldı.

"Əməkdaşlıq etdiyi üçün İMSİ İctimai Birliyinə, yer ayırdığı üçün Gənclərin İnkişafı və Karyera Mərkəzinə və dinlədiyi üçün bütün dinləyicilərə Progress Club adından təşəkkür edirik".
İlham Əliyev Ərdoğanın şərəfinə şam yeməyi verdi - FOTO
Prezident İlham Əliyev tərəfindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafət verilib

Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafət verilib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.
MSK 24 saat müddətində sənədləri Konstitusiya Məhkəməsinə göndərəcək
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün Milli Məclisə seçkilərlə əlaqədar müraciətlərə baxma mərhələsini yekunlaşdırır.

Belə ki, bu gün MSK iclasda seçkilərin ümumi yekunlarına dair protokolları təsdiqləyəcək.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, MSK nəticələr təsdiqləndikdən sonra 24 saat müddətində sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Avrasiya.net xəbər verir ki, yenə Seçki Məcəlləsinin 171.1, 171.3, 171.4-cü maddələrinə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində Milli Məclisə seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq etməlidir.

Belə ki, Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin bu Qanuna uyğunluğunu yoxlayır.

Dairə seçki komissiyalarının protokolları və onlara əlavə edilən sənədlər, Mərkəzi Seçki Komissiyasının müvafiq protokolu bu Qanunun tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir.

Seçkilərin yekunları bütövlükdə təsdiq edilmədikdə, bu Qanunun 5-ci maddəsinə uyğun olaraq yeni seçkilər təyin edilir.

Vahid çoxmandatlı seçki dairəsi üzrə seçkilərin yekunları və ya birmandatlı seçki dairələrinin 1/4 hissəsindən çoxunda seçkilərin yekunları və ya birmandatlı seçki dairəsi üzrə seçkilərin yekunları təsdiq edilmədikdə, bu Qanunun 76-cı maddəsinə uyğun olaraq təkrar seçkilər keçirilir.
"Üzdə prezidentin ayağını öpüb arxada belə şərəfsiz işlərlə məşğul olmağın axırı yoxdur"
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi

- Qüdrət bəy, seçkilərdən sonrakı dövrü necə proqnozlaşdırmaq olar? İddia olunduğu kimi Milli Şura ilə iqtidar daxilindəki hansısa qüvvələrin iş birliyi mümkündürmü?

- Mənim müşahidələrimə görə, belə bir işbirliyi artıq mövcuddur. Bu gün Azərbaycanda klassik mənada iqtidar-müxalifət münasibətləri mövcud deyil. Hər iki düşərgədə islahatları dəstəkləyənlər və ona qarşı bütün gücü ilə müqavimət göstərmək istəyənlər var. Bəzi hadisələri bildiyimdən deyə bilərəm ki, son illər xaricə qaçıb, hazırda özlərini çox ədəbsiz aparan insanların bəzilərinə onların, ailə üzvülərinin xahişi ilə, insanlara ikinci bir şans verilməsinin tərəfdarı kimi kömək etmişəm. Onların bəziləri nələrinsə qarşılığında nəinki radikallıqdan imtina etməyə, hətta Prezidentin iti olmağa razı idilər. Amma onlar sonradan iqtidar daxilindəki bəzi əxlaqsız mafiozlar tərəfindən ələ alınaraq məsədyönlü şəkildə narazı salındılar, Prezidentə təzyiq edib islahatları dayandırmaq məqsədilə onu, ailə üzvülərini və islahatları müdafiə edən şəxsləri söydürmək üçün xaricə göndərildılər. İndi həmin adamlar hərdən mənə də hürməklə keçmişlərini unutdura biləcəklərini düşünürlər. Amma onlara sifariş verən namussuzlar anlamırlar ki, üzdə prezidentin ayağını öpüb arxada belə şərəfsiz işlərlə məşğul olmağın axırı yoxdur. Cidanı çuvalda gizlətmək olmaz və hər kəs gec- tez ifşa olunaraq layiq olduğu cəzanı alacaq. Milli Şuranın "lideri" isə başının dəstəsi ilə nahaq yerə "fit müxalifəti" adını qazanmayıb. Hamı bilir ki, o tapşırıqla 19 oktyabrda razılaşdırılmamış aksiya keçirdi. Çünki orta sıviyyədən aşağı siyasətçi də seçkilərə 10 aydan az qalmış bir dövrdə polislə toqquşmaya getməzdi. Aranı qarışdırmaq istəyən daxili və xarici qüvvələr ondan istifadə etmək istədi, amma iqtdar sifarişçilərdən daha qabiliyyətli olduğundan Əli Kərimlidən daha çox faydalandı. Artıq hər kəs kluarlarda danışır ki, o saxlanılarkən sonradan təsvir etdiyi "polisin vanna otağında", seçkilərə qatılmayacağı barədə öhdəlik götürüb. Ona görə də hətta seçkiləri müşahidə də etmədi.

-Bu cür alverçi və dələduz təfəkkürlü, eyni zamanda qorxaq insanların birləşməsi nəyi dəyişə bilər ki?

Bu adamların bacardıqları yalnız təhqir və böhtandır. Milli Şuranın başında duranlara həmişə müraciət etmişəm ki, öz gədələrinizi təhqirdən çəkindirin. Bunu etmirsinizsə deməli həmin təhqirlərin 10 qat artığını eşitmək istəyirsiniz. Milli Şuranın təbliğatı ilə məşğul olan, xaricə qaçmış Əli Kərimlinin şöbə müdiri, vaxtilə Əli Kərimlini təhqir etmiş , özü kimi korlanmış bir şizofrenniklə öz kanalında həvəslə başqalarını təhqir edirsə, deməli bu ləyaqətsizlər əmin olsalar ki, Əli Kərimlini alçatmaqla Parlamentdən didərgin salan adam da bu iqtidar əleyhinə nəsə deyə bilər, onu da hər gün efirə çağırıb eyni qaydada söhbət edərlər.Həm də Əli Kərimlinin xeyir duası ilə.. Budur bu adamların əxlaqı, mənəviyyatı. Xalqımız artıq onları yaxşı tanıdığından belələrinin birləşməsi heç nəyi dəyişməz.

-Qüdrət bəy iqtidar tərəfindən siyasi mühacirlərə müraciət olunarsa ki,vətənə qayıdın və təqib olunmayacaqsınız .Bu halda onların geri qayıtma ehtimalı nə qədərdir? Siz beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus hesab olunan şəxslərin azad olunmasına necə baxırsınız?

-Siyasi motivlərlə mühacirətə getdiyini bəyan edənlərin geri qayıtmasının təminatı kimi Milli Məclis aministiya haqqında qərar qəbul edə bilər. Amma böyük pullar qarşılığında söyüş üçün mühacirətə göndərilənlər geri dönməz. Əvvala, başa düşürlər ki, dövlət onları bağışlasa da, çoxları heç vaxt o ağır təhqirləri onlara bağışlamayacaq .

Siyasi məhbusların azad olunmasına gəldikdə isə biz bilirik ki, beynəlxalq insan hüquqlarını müdafiə təşkilatlarına onları maliyyələşdirən dövlətlər tərəfindən tapşırıq gəldikdə bu və ya digər ölkəyə "xüsusi diqqət" göstərirlər. Biz bu acı reallığı öz siyasətimizdə və fəalyyətimizdə mütləq nəzərə alıb, şəxsiyyət əleyhinə ağır cinayətlər törətmiş səxslər istisna olmaqla, beynəlxalq insan hüquqlarını müdafiə təşkilatları tərəfindən siyasi məhbus hesab olunan şəxsləri azad etməliyik. Çünki ölkələrin insan haqları ilə bağlı beynəlxalq imicini həmin təşkilatlar öz rəyləri ilə formalaşdırır. Həm də onların çoxu təyin olunmuş cəzalarının əhəmiyyətli hissəsini çəkib və düşünüb nəticə çıxarmaları üçün də kifayət qədər vaxtları olub.

- Qüdrət bəy, Lənkəranda DSK-ya namizədliyi BAXCP tərəfindən irəli sürülmüş Mübariz bəyin Qubad İbadoğlunun qızı ilə bağlı məsələyə münasibət bildirərkən öz etnik mənsubiyyətini qabartmasını necə qarşıladınız?

- Çox məyus oldum. Mən öz türk milli kimliyimlə fəxr etdiyim kimi hər kəs öz milli kimliyi ilə, o cümlədən Mübariz bəy də talış olması ilə fəxr edə bilər. Amma bunu siyasi və hüquqi məsələlərə qatmaq olmaz. Mübariz bəy öz səhvini başa düşüb üzr istədi. Digər məsələlərlə bağlı BAXCP-nin mövqeyini isə sədr müavini Niyaməddin bəy açıqlayıb və mən təkrar o məsələlərə qayıtmaq istəmirəm.
Nazir Əhəd Abıyevin qardaşına vəzifə verdi
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Report xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Zəfər Abıyev Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə müdirinin müavini vəzifəsinə təyin olunub.

DİN-in Mətbuat Xidmətfaktı təsdiqləyib.

Z.Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşıdır.