İrandan gələn 4 nəfər xəstəxanaya yerləşdirildi
Koronavirus şübhəsi ilə 1 saylı Kliniki Mərkəzə daha iki nəfər gətirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, həmin şəxslər bu gün səhər saatlarında Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Həmin şəxslərdən biri İranın Astara rayonunda işləyən Azərbaycan vətəndaşı, digəri isə Azərbaycana səfər edən İran vətəndaşıdır:

"Hər iki şəxs mərkəzə qəbul olunaraq müayinə edilib, koronavirus əlamətləri aşkar edilməyib. Gətirilən şəxslərdən birinin hərarəti 37,1 , digərində isə 37,3 dərəcə olub. Hər iki şəxs karantin nəzarətinə götürülüb".

***

İrandan Azərbaycanın Astara rayonuna gələn daha iki nəfər xüsusi ayırılmış tibb müəssəsinə yerləşdirilib.

Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Bu dairənin 13 məntəqəsinin nəticəsi ləğv edildi
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizəd Anar Əsədlinin müraciətinə baxılıb.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, məsələ ilə bağlı MSK Ramiz İbrahimov məlumat verib. Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu, dairə üzrə nəticələrin ləğv edilməsini qeyd edib:

“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Ekspert qrupu tərəfindən müraciət hərtərəfli araşdırılıb. Ərizəçi dairə üzrə 1-59-a qədər olan pozuntularla bağlı mülahizələrini qeyd edib. Şikayətçi tərəfindən təqdim olunan iki protokolla rəsmi protokollar arasında ciddi fərq aşkar edilib. MSK-da araşdırma zamanı dairə üzrə iki seçki məntəqəsində pozuntu aşkar edilib”.

MSK sədri Məzahir Pənahov çıxışında qeyd edib ki, seçki dairəsi protokolları nəzərə almadığına görə cəzalandırılmalıdır.

İclasda iştirak edən namizəd Anar Əsədli çıxışında bildirib ki, MSK-ya dairə üzrə 31 məntəqəni əhatə edən 109 videofakt təqdim edilib:

“Məntəqə sədrləri protokol verməkdən imtina ediblər. Biz bununla bağlı görüntüləri sizə təqdim etmişik. Məntəqə sədrləri tərəfindən dairəyə protokolları möhürsüz, ağzı açıq şəkildə kisələrdə gətiriblər. Biz ümumilikdə 8 məntəqədən protokol əldə edə bilmişik, digərlərindən isə bizə protokol təqdim edilməyib. Bununla bağlı MSK-nın “Qaynar xətti”nə də müraciət etmişik.

İclasda daha sonra həmin dairənin 2 seçki (48 və 50 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, fevralın 20-də MSK 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində 11 məntəqənin nəticələrini ləğv etmişdi. Bu dairənin lider namizədi İmamverdi İsmayılovdur.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 94 saylı Bərdə kənd seçki dairəsindən namizəd Dadaş Əhmədlinin müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib:

“Müraciətlə əlaqədar hərtərəfli araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 1 seçki məntəqəsində pozuntu halları aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 1 seçki (1 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 108 saylı Ağstafa seçki dairəsindən namizəd Başxanım Abbasovanın müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Validə Kazımova məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 1 seçki məntəqəsində pozuntu halları aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 1 seçki (26 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 29 saylı Səbail seçki dairəsindən namizəd Elçin Rəhimov və digərlərinin müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

Onun sözlərinə görə, namizədlər müraciətində səsvermə günü bütün seçki məntəqlərində qanun pozuntularının olduğunu iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız bir seçki məntəqəsində pozuntu halları aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 1 seçki (23 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd Şaiq Piriyevin müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız bir seçki məntəqəsində pozuntu halları aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 1 seçki (36 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.
Yeni baş direktor Əkbər Hacıyevin kadırını işdən çıxardı
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin fevralın 24-də imzaladığı əmr ilə Birliyin İnsan resursları şöbəsinin rəisi Narxanım Həmid qızı Səmədova yaşa görə təqaüdə çıxıb.

Avrasiya.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, N.Səmədova öz ərizəsi ilə işdən ayrılıb.

Qeyd edək ki, Narxanım Həmid qızı Səmədova “Azəriqaz” İstehsalat Birliyinin İnsan resursları şöbəsində rəis vəzifəsində 2009-cu ildən çalışırdı.
Bakıda sevgililər dəm qazından boğularaq öldü
Bakıda iki nəfər dəm qazından boğulub.

Hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon ərazisindəki evlərdən birində kirayədə yaşayanlar - 1960-cı il təvəllüdlü Qulamov Bəşir Əbülfəz oğlu və 1982-ci il təvəllüdlü (M.Z) dəm qazından boğularaq ölüblər.

Onlar qeyri-rəsmi nikah münasibətlərində olublar.



Faktla bağlı araşdırma aparılır.
Moskvadan təhdidlər gəlir: Türkiyə geri çəkiləcəkmi?
Türkiyə və Rusiya arasında gərginliyin, qarşıdurmanın yaranmasını istəyən qüvvələr hazırkı vəziyyətdən maksimum şəkildə istifadə etməyə çalışacaq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Türkiyə-Rusiya arasında yaranmış gərginliyi şərh edərkən deyib. O bildirib ki, Türkiyə-Rusiya qarşıdurmasında maraqlı olan əsas tərəf ABŞ-dır:

“Suriya ilə bağlı məsələdə Rusiya Türkiyə ilə müttəfiq kimi görünsə də, zaman-zaman rəsmi Ankaraya zidd addımlar atır. Təbii ki, ABŞ da bundan hər zaman öz xeyrinə istifadə etməyə çalışır. Məhz buna görə də Tramp Ərdoğana zəng edərək onu dəstəklədiyini bildirib. Amma rəsmi Ankara yaxşı başa düşür ki, ABŞ-ın məqsədi dostluq deyil, sadəcə olaraq Türkiyə və Rusiya münasibətlərini zəiflətməkdir. Buna görə də Türkiyə vəziyyəti nizamlamağa çalışır”.

Politoloq bildirib ki, Rusiya-Türkiyə əməkdaşlığında Qərb maraqlı deyil:

“Böyük güclər - ABŞ, Qərbi Avropa bu əməkdaşlıqda maraqlı deyillər. Eyni zamanda Yaxın Şərqdə həm Türkiyə, həm də Rusiya ilə xoş münasibətdə olan dövlətlərin heç biri bu münasibətin yaxınlığını istəmir. Ona görə də bu iki ölkə arasında gərginliyin artması üçün əllərindən gələni edirlər. Təbii ki, bir çoxlarının üzərində ABŞ-ın təsiri böyükdür”.

Q.Hüseynlinin sözlərinə görə, Rusiya Türkiyə ilə Suriya məsələsində razılığa gəlmişdi:

“Təəssüf ki, rəsmi Moskva birdən-birə mövqeyini dəyişdi və razılaşmaları pozdu. Artıq Rusiya tərəfindən Türkiyəyə qarşı təhdidlər də gəlməyə başlayıb. Amma bu məsələ uzun çəkməyəcək. Türkiyə Suriyada öz istəyinə çatmadan onu heç bir ölkə geri çəkilməyə vadar edə bilməz. Rusiya isə Türkiyə ilə razılaşmaya əməl etməyə məcburdur. Çünki Rusiyanın Türkiyəni itirməsi ABŞ-ın bölgədə güclənməsinə səbəb olacaq. Rusiya isə buna hazır deyil. Rusiya Türkiyə ilə münasibətləri nizamlamaq üçün əvvəlcə Bəşər Əsədin hücumlarına dəstəyini dayandırmalıdır”.
İranda parlament seçkisi: neçə azərbaycanlı deputat seçildi?
İranda 11-ci parlament seçkilərinin ilkin nəticələri bəlli olub.

Bu barədə Güney Azərbaycan və İrandakı gündəm məsələləri üzrə ekspert Mehdi Nəimi Axar.az-a seçkinin nəticələri barədə danışarkən deyib.

“İran parlamentində 290 millət vəkili var idi. Onlardan ikisi vəfat etdi, ikisi istefaya getdi, biri isə İranın Rusiyadakı səfiri təyin edildi. Demək, 285 millət vəkili qalmışdı. Bu 285 millət vəkilindən 37-si 11-ci Məclis seçkilərində namizədliyini irəli sürmədi. 248 millət vəkili isə yenidən namizəd oldu. Onlardan yalnız 173-ü rəqabət apara bildi. 173 millət vəkilindən də yalnız 56-sı qələbə qazandı”, - M.Nəimi bildirib.

O qeyd edib ki, Güney Azərbaycan bölgəsindən namizədliyini irəli sürənlərdən 60-ı deputat seçilib:

“Ərdəbil əyalətindən 7, Qərbi Azərbaycandan 8, Şərqi Azərbaycandan 18, Zəncan və Qəzvindən hər biri 4, Qumdan 8, Həmədandan 9, Əlbürzdən isə 2 azərbaycanlı namizəd deputat mandatı alıb. Bu əyalətlərdən 6 namizəd isə 2-ci mərhələyə qalıb.

Güney Azərbaycandan kənarda seçilən azərbaycanlı millət vəkilləri də var, lakin bunların dəqiq statistikası hələlik məlum deyil”.

M.Nəimi vurğulayıb ki, seçkidə səsvermə hüququndan istifadə edən seçicilərin sayında azalma olub:

“İranda 31 əyalət var. Bu əyalət vətəndaşlarından yalnız 42 faizi səsvermə hüququndan istiadə edib. Əvvəlki illərdə bu göstərici 62 faiz təşkil edib. Ən az fəallıq isə Tehran, Əlbürz, Kürdüstan, İsfahan əyalətlərində olub”.

Qeyd edək ki, İranda keçirilən 11-ci parlament seçkilərində ümumilikdə 16 min nəfər namizədliyini irəli sürmüşdü.
Heydər Əliyev Fondu aktyorun müalicəsini üzərinə götürdü
Heydər Əliyev Fondu Əməkdar artist Rəhman Rəhmanovun müalicəsi ilə bağlı xərcləri öz üzərinə götürüb.

Avrasiya.net xəbər verir ki, bu barədə "Report"a Əməkdar artist özü məlumat verib.

R.Rəhmanov Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib:

"Bir saat bundan öncə xoş xəbər aldım. Fond mənim müalicəmi nəzarətə götürüb. Buna görə Abdulla Şaiq adına Dövlət Kukla Teatrı, kollektivimiz və ailəmiz adından dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımızı bildirirəm. Bu, təkcə mənə deyil, bu, həm də bizim kollektivə verilən dəyərdir".

R.Rəhmanov bildirib ki, hazırda növbəti əməliyyata hazırlaşır:


"Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunmuşam. Növbəti əməliyyata hazırlaşıram. İkinci əməliyyat həkimlər üçün çətinlik yaradır. Hazırda növbəti əməliyyat üçün bədənim və orqanizmimdə bərpa işləri aparılır. Səhhətimdəki problemlərlə bağlı bir neçə diaqnoz qoyulub. Neçə vaxtdır ki, öd kisəmdə daş olub. Bundan xəbərsiz olmuşam. Bundan sonra qanla qarışma olub və zəhərlənmə verib. Bununla da qaraciyər sıradan çıxıb. İndi o daşı çıxarıblar".
Qubalı gənclər Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Yurd Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi və Quba Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə iştirakı ilə gənclərlə Quba Soyqırımı Memorial Kompleksinə ziyarət təşkil olunub.

Gənclər burada təşkil olunan muzeylə tanış olub, 2007-ci ilin aprel ayında üzə çıxarılan məzarlığın üzərində ucaldılmış xatirə abidəsini ziyarət ediblər.

Tədbir Yurd Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin Xocalı soyqırımının gənclər arasında təbliği məqsədilə elan etdiyi "Xocalı həftəliyi" adlı tədbirlər planına əsasən təşkil olunub.
Qubalı gənclər Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
Qubalı gənclər Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
Qubalı gənclər Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
Qubalı gənclər Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
Dünyanın ƏN QORXUNC xüsusi təyinatlıları - Görün siyahıda hansı ÖLKƏLƏR VARDünyada elə ordular və ya qoşunlar var ki, onların adı gələndə düşmənləri istər-istəməz təşviş içində qalır.

Publika.az dünyaya şöhrətini yayan xüsusi təyinatlı dəstələrin siyahısını təqdim edir:

1. Tayvan Xüsusi Təyinatlı Qüvvələri

2. Peru Ordusu Xüsusi Təyinatlı Qüvvələri

3. Kanada Anti-Terror Hücum Qüvvələri

4. Alman Sualtı Komandoları

5. ABŞ Xüsusi Təyinatlı Qüvvələri

6. Danimarka Xüsusi Təyinatlı Qüvvələri

7. Böyük Britanya Xüsusi Təyinatlı Qüvvələri

8. Fransa Xüsusi Təyinatlı Qüvvələri

9. ABŞ Xüsusi Əməliyyat Komandoları

10. Alman ordusu Xüsusi Təyinatlı Qüvvələri

11. ABŞ Hərbi Dəniz Qüvvələri

12. Serbiya Jandarm Qüvvələri

13. Norveç Xüsusi Təyinatlı Qüvvələri

14. Fransa Hərbi Dəniz Qoşunu

15. Koreya Xüsusi Təyinatlı Qüvvələri

16. Rusiya Xüsusi Təyinatlı Qüvvələri

17. Kanada Xüsusi Əməliyyat Komandası

18. İrlandiya Ordu Keşikçiləri

19. Yeni Zelandiya Xüsusi Təyinatlı Qüvvələri

20. “Jaqdkommando” - Avstirya Xüsusi Təyinatlı Qüvvələri

21. Norveç Ordusu Xüsusi Təyinatlı Qüvvələri

22. İraq Xüsusi Təyinatlı Qüvvələri

23. Fransa Xüsusi Təyinatlı Qüvvələri

24. İsrail Xüsusi Təyinatlı Qüvvələri

25. Türkiyə Xüsusi Təyinatlı Qüvvələri – “Bordo Beretlilər”
Cəlilabadda koronavirus şübhələri... - Rəsmi açıqlamaTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İranın Məşhəd şəhərindən ziyarətdən gələn iki nəfərin koronavirusa yoluxma şübhəsi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

TƏBİB-dən Avrasiya.net-ə bildirilib ki, ötən gün və əvvəlki günlərdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına koronavirus şübhəsi ilə xəstə gətirilməyib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır.

Məlumat üçün bildirək ki, İranda koronavirusdan 12 nəfər (bəzi məlumatlara görə isə 50 nəfər) dünyasını dəyişib.