Ermənidtan İranla sərhədi bağladı
Ermənistan İranla quru sərhədi iki həftəliyə bağlayır.

Ermənistan mediası xəbər verir ki, bu barədə Baş Nazir Nikol Paşinyan “Facebook” səhifəsində yazıb.

Paşinyan qeyd edib ki, qərar İranda koronavirus epidemiyasının yayılması səbəbindən qəbul edilib.
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Avrasiya.net xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident, Əziz Qardaşım,

Bu gün baş vermiş zəlzələnin Vanda insan tələfatına və dağıntılara səbəb olmasından çox kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"
MSK 60 saylı Salyan-Neftçala dairəsi ilə bağlı QƏRAR VERDİ
Fəzail Ağamalının lider olduğu dairənin 11 məntəqəsində nəticələr ləğv edildi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 60 saylı Salyan-Neftçala seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Avrasiya.net-in məlumatına görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə namizədlər Aytən Qurbanova və Kamil Musəvi bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu iddia edilib.

MSK üzvü Baxşeys Əsgərov bildirib ki araşdırmalar zamanı qeyd olunan pozuntu halları 4, 5, 8 və 13, 15, 23, 27, 32, 35, 37 və 39 saylı seçki məntəqələrində öz əksini tapıb. B.Əsgərov qeyd edib ki, həmin seçki məntəqələrində seçicilərin iradəsinə təsir edəcək hallar müşahidə olunub. B.Əsgərov həmin məntəqələrdə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Fəzail Ağamalıdır.

Azərbaycanlı avtoritet Ukraynada öldürüldü - Foto
Ukraynanın Zaporojye vilayətində “Sarvan” ləqəbli azərbaycanlı kriminal avtoritet öldürülüb.

Publika.az xəbər verir ki, 1968-ci ildə anadan olmuş şəxs ötən gün fevralın 22-də axşam sinəsindən bıçaq zərbəsi alıb və təcili yardım avtomobilində keçinib.

“Qətlin bütün təfərrüatını araşdırmaq üçün təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir”, - yerli polis bildirib.

Xəbərə görə öldürülən şəxs Zaporojyedə narkobiznesə rəhbərlik edənlərdən biri olub, habelə o, mütəşəkkil cinayətkar qruplaşma təşkil edib və regionda tanınan digər kriminal avtoritet “Qriqori” ilə sıx ünsiyyət saxlayıb. “Sarvan”ın habelə vətəni Azərbaycanda da qanuni oğrularla əlaqələri olub.
Azərbaycanlı avtoritet Ukraynada öldürüldü - Foto
Bu dairənin 11 məntəqəsində seçkilərin nəticəsi LƏĞV OLUNDU
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Avrasiya.net-in məlumatına görə, iclasda bildirilib ki, həmin dairə üzrə namizədlər Natiq Cəfərlinin və Elman Quliyevin müraciətində dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.

MSK katibi Arifə Muxtarova bildirib ki, araşdrmalar zamanı qeyd olunan hallar 8 seçki məntəqəsində öz təsdiqini tapıb.

A.Muxtarova təklif edib ki, həmin dairə üzrə 6, 9, 10, 23, 25, 27, 28, 29 və 31 saylı məntəqələrdə səsvermənin nəticəsi ləğv edilməlidir.

Daha sonra çıxış edən MSK sədrinin müavini Rövzət Qasımov 13, 14 və 31 saylı məntələrdə də qanun pozuntularının olduğunu qeyd edərək həmin məntəqələrdə də seçkinin nəticələrinin ləğv edilməsini təklif edib.

Hər iki təklif səsə qoyularaq qəbul edilib və həmin dairə üzrə 11 məntəqədə səsvermənin nəticələri ləğv edilib. Bu dairədən Səbinə Xasayeva olub.



Aysel Aslan
Fərəc Quliyev qayıdır - Təkrar seçkiyə qatılacaq
"Mehman Hüseynovun haqqımda hazırladığı materialın montaj olduğunu etiraf etməsindən sonra ictimai rəydə imicimi zədələyən məsələlər aradan qalxdı. İndi daha ciddi şəkildə, hətta bir qədər üstün vəziyyətdə seçkiyə girmək imkanlarım yaranıb və bundan istifadə edəcəyəm".

Bunu 32 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin hazırki deputatı Fərəc Quliyev deyib.

O bildirib ki, Mərkəzi Seçki Komissiyası tərəfindən nəticələri etibarsız hesab olunan 4 dairədən birində təkrar seçkilərə qatılacaq:

"Təkrar seçkiyə özümün də, partiyamızın digər üzvlərinin də qatılmasında maraqlıyam. Əhval-ruhiyyəmiz bundan ibarətdir. Hələlik hansı dairədən namizədliyimi irəli sürəcəyimi müəyyənləşdirməmişəm. Ancaq nəticələri etibarsız hesab olunan dairələrdə çox güclü rayon təşkilatlarımız mövcuddur. Bu məsələni partiyada müzakirə etdikdən sonra müvafiq qərarımızı elan edəcəyik. O zaman hansı dairədən namizədliyimi irəli sürəcəyim bəlli olacaq".

Qeyd edək ki, Fərəc Quliyev 9 fevral tarixində keçirilmiş növbədənkənar parlament seçkilərində 32 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd olub. Həmin dairənin lider namizədi təhsil eksperti Etibar Əliyevdir. /Azvision.az
 İran Azərbaycanla sərhəddə nəzarəti gücləndirdi
İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Biləsuvar rayonunda, Azərbaycanla sərhəddə Biləsuvar sərhəd keçid məntəqəsində yeni koronavirusla mübarizə məqsədilə səhiyyə tədbirləri gücləndirilib.

Trend-in məlumatına görə, bunu İranın Ərdəbil vilayətinin yol nəqliyyat idarəsinin baş direktoru Əli Rəhməti deyib.

Ə.Rəhmətinin sözlərinə görə, Ərdəbil vilayətinin Tibb Elmləri Universiteti ilə razılaşma nəticəsində sərhəddə 24 saatlıq müayinələr tətbiq olunacaq.

Rəhməti əlavə edib ki, Biləsuvar sərhəd keçid məntəqəsinin bütün zalları dezinfeksiya olunur və işçilərə maskalar paylanılıb.

İdarə rəsmisi deyib ki, gündəlik 4,5 min nəfər əcnəbi vətəndaş bu sərhəd keçid məntəqəsi vasitəsi ilə İrana daxil olur.
Trampın Hindistan səfərinə 1,3 milyard dollar xərclənib
ABŞ Prezidenti Donald Trampın Hindistana planlaşdırılan səfəri ilə əlaqədar ölkədə hazırlıqlar başlanılıb.

Teleqraf.com xəbər verir ki, Hindistanın Trampın 2 günlük səfəri üçün təxminən 1,3 milyard dollar vəsait xərclədiyi məlum olub.

Səfər çərçivəsində Trampın məşhur Tac Mahal kompleksini ziyarət etməsi, eləcə də Hindistanın Baş naziri Narendra Modinin doğulduğu Əhmədabadda 100 min nəfər qarşısında çıxış etməsi nəzərdə tutulub.

Trampın konvoyunun keçəcəyi yolda 800 ailənin yaşadığı gecəqondunu gizlətmək üçün 500 metrlik divar hörüldüyü iddia edilir. Məlumatlara görə, bu addım əhali arasında narazılığa səbəb olub. Eləcə də küçə heyvanları yığışdılıb.

ABŞ prezidentinin Əhmədabaddakı təhlükəsizliyinin təmin edilməsi məqsədilə təxminən 12 min personalın iş başında olacağı bildirilir.
Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsi özünü asdı
Sumqayıtda intihar hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, əslən İmişlidən olan 1998-ci il təvəllüdlü Qurbanov Müzəffər Qəzənfər oğlu dəniz sahilində özünü ağacdan asıb. Onun hansı səbəbdən intihar etdiyi hələlik bəlli deyil.

Qeyd edək ki, intihar edən şəxs Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsininin 4-cü kurs tələbəsi olub.

Faktla bağlı araşdırma aparılır.
Tehrandakı Ermənistan səfirliyi fəaliyyətini dayandırdı
Ermənistanın Tehrandakı səfirliyinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Bu barədə İran KİV-ləri məlumat yayıb.

Məlumata görə, 23 fevraldan etibarən Ermənistanın Tehrandakı səfirliyi və konsulluq idarəsi fəaliyyət göstərməyəcək və qəbul olmayacaq.

İran mediaları Ermənistan səfirliyinin fəaliyyətini dayandırması səbəbini açıqlamayıblar.

Qeyd edək ki, İranda yeni koronavirusun yayılması səbəbi ilə bir neçə ölkə İrana uçuşları dayandırıb. İranda koronavirusa yoluxanların sayı 43 nəfərə, ölənlərin sayı isə 8 nəfərə çatıb.