Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görüldu - FOTO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülüb.

Avrasiya.net xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Ordeni Mehriban xanım Əliyevaya Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin təqdim edib.

Qeyd edək ki, IX Piy ordeni 1847-ci ildə təsis edilib. Bu ordenlə kilsə və cəmiyyət qarşısında xidmətlərə görə təltif olunurlar. Böyük Xaç – dövlət başçılarına və yüksəkvəzifəli dövlət xadimlərinə təqdim olunan xüsusi dərəcədir.

İtaliya Respublikasının hazırkı Prezidenti Sercio Mattarella, İtaliya dövlətinin bir sıra sabiq rəhbərləri, o cümlədən Corcio Napolitano, həmçinin tac qoyulmuş şəxslər – İsveç kralı XVI Qustav, Lüksemburqun Böyük Hersoqu Anri, İspaniya Kralı Xuan Karlos və Belçika Kralı II Albert bu ordenə layiq görülənlər sırasındadır.
Elza Seyidcahanın seçkilərdən şikayətinə BAXILMADI
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən şikayətə baxılıb.

Avrasiya.net xənbər verir ki, həmin dairədən qeydə alınmış namizəd Elza Qasımovanın (Seyidcahan) şikayəti haqqında MSK üzvü İlkin Şahbazov məlumat verib.

O, qeyd edib ki, müraciət qanunla müəyyən olunmuş vaxtda təqdim edilməyib.

MSK-nın ekspert qrupunun rəyi ilə qərara alınıb ki, buna görə də Elza Seyidcahanın şikayəti təmin edilməsin.
Orduxan Qarabağ mitinqini çəkdiyinə görə Meydan TV-yə qarşı çıxdı
Almaniyanın paytaxtı Berlində Brandenburq qapıları yaxınlığındakı Paris meydanında Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Avropada yaşayan azərbaycanlıların Ümumavropa Qarabağ mitinqi davam edir .

Dünyanın bir çox ölkəsində media aksiyaya geniş yer ayırıb.

Azərbaycanda radikal mövqeyi ilə tanınan Meydan TV də Avropadakı soydaşlarımızın Qarabağ aksiyasını canlı yayımlayıb.

Avrasiya.net xəbər verir ki, Niderlandda yaşayan blogger Orduxan Temirxan öz feysbuk səhifəsində bu mitinqə etirazını bildirib və Meydan TV-ni də qınayıb.

O, feysbuk hesabında “Meydan TV də Meydandadır” yazaraq, Meydan TV-də mitinqi canlı yayımlamasına eyham vurub.
Azərbaycan ərəbşünasları Səudiyyə Ərəbistanında olublar
Kral Abdulla ibn Əbdüləziz ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzin və Bakı Avrasiya Universitetinin birlikdə təsis etdiyi Səudiyyə Ərəbistanı mərkəzi - Ərəbşünaslıq Mərkəzinin təşkilatçılığı və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) media dəstəyi ilə Azərbaycanın müxtəlif müəssisələrində fəaliyyət göstərən ərəb dili mütəxəssislərindən ibarət nümayəndə heyəti Səudiyyə Ərəbistanında səfərdə olub.

Avrasiya.net yazır ki, səfər çərçivəsində azərbaycanlı mütəxəssislər Kral Əbdüləziz Universitetinin təşkil etdiyi "Ərəb dilinin tədrisində yeni metodlar" mövzusunda təlimlərə qatılaraq yerli mütəxəsislərlə öz təcrübələrini bölüşüblər. Bundan əlavə, Azərbaycanı təmsil edən nümayəndə heyəti Kral Əbdüləziz Universiteti ilə yaxından tanış olub, kitabxana və ayrı-ayrılıqda fakultələri ziyarət edib.
Azərbaycan ərəbşünasları Səudiyyə Ərəbistanında olublar
Təlimlərin sonunda Azərbaycan nümayəndə heyəti Kral Əbdüləziz Universitetinin rektoru ilə görüşərək gələcəkdə iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsi ilə bağlı təkliflər irəli sürülüb. Sonda Kral Əbdüləziz Universitetinin rektoru azərbaycanlı mütəxəssisləri sertifikatla təltif edib.
Azərbaycan ərəbşünasları Səudiyyə Ərəbistanında olublar

Qeyd edək ki, təlimdə Azərbaycan Dillər Universiteti və Bakı Avrasiya Universitetinin ərəb dili mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru, Səudiyyə Ərəbistanı Mərkəzinin direktoru Ülviyyə Hüseynova, tərcüməçi-jurnalist Həşim Məmmədov, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi ərəb filologiyası kafedrasının dosenti Heybət Heybətov və digər mütəxəssislər iştirak ediblər.
Qubada Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar turnir keçirilibQuba Asan Xidmət Təlim Mərkəzində Yurd Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı, Asan Könüllüləri Təşkilatının Quba nümayəndəliyi, Quba rayon Gənclər və İdman Idarəsi və Quba rayon Təhsil Şöbəsinin dəstəyi ilə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Xəmsə milli intellektual oyunu üzrə hərb tarixi və qəhrəmanlarımız mövzusunda turnir keçirilib.

Turnirdə Quba şəhər məktəblilərindən, ASAN xidmət könüllülərindən, Qəçrəş, Qam-qam, Alekseyevka kəndlərindən olan yeniyetmə və gənclərdən ibarət komandalar iştirak edib.

Müxtəlif məktəblərin 8-9-10-cu sinif şagirdlərindən ibarət QRİFFİNDOR komandası birinci, Quba şəhər 7 saylı tam orta məktəbinin EVRİKA biliciləri ikinci, Alekseyevka kənd təmsilçisi EDELVEYS komandası üçüncü mükafata layiq görülüb.
Qubada Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar turnir keçirilib
Qubada Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar turnir keçirilib
Qubada Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar turnir keçirilib
Qubada Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar turnir keçirilib
Qubada Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar turnir keçirilib
DTX-nın saxladığı sabiq icra başçısı və onunla birgə tutulan şəxslər məhkəməyə GƏTİRİLDİ
Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və onunla birgə saxlanılan digər şəxslər məhkəmə qarşısına çıxarılıb.

Avrasiya.net məlumatına görə, hazırda Səbail rayon Məhkəməsində istintaq orqanın onların barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatına baxılır.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb. Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.

Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

Aparılan araşdırmalarla İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyənləşib.

İstintaq araşdırmaları ilə həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyənləşib.

Qeyd olunan vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarının təhsil, səhiyyə və digər yerli dövlət orqan və müəssisələrində davamlı korrupsiya əməllərinin törədilməsinə yol açdığı təsbit edilib.

Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar.



Hazırda cinayət işi üzrə bütün halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Tutulan icra başçısı ilə bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI: eşşək biznesi və daha nələr - FOTO
Xəbər verildiyi kimi ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala rayonunun icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin və onun müavinlərinin, rayon təhsil şöbəsi müdirinin və yerli xəstəxananın baş həkiminin həbsinə dair əməliyyat görüntülərini yayıb. Məlum olub ki, icra başçısı büdcə vəsaitlərini talamaq, rüşvət almaq və sosial iş yerləri layihəsinə cəlb edilən vətəndaşların kartlarını cibinə doldurmaq kimi əməllərə yanaşı rayonu da özünün feodal mülkünə çevirib. İsmayıl Vəliyevin Neftçalanın Qoltuq qəsəbəsindəki heyvandarlıq təsərrüfatı (orada həm də cins keçilər saxlanılır), Neftçala şəhərindəki böyük bazarı, beton zavodu barədə də əməliyyat çəkilişində bəhs edilir.

Lakin İsmayıl Vəliyevin korrupsiya və talançılıq yolu ilə topladığı sərvət təkcə bunlarla yekunlaşmır. Yerli KİV-lər yazır ki, onun rayon mərkəzində “Yurdum” adlı restoranı və oteli də fəaliyyət göstərir. Habelə İsmayıl Vəliyevin aktivlərinə Neftçalada özəl uşaq bağçası, böyük əraziyə malik olan tədarük məntəqəsi, keçmiş yol idarəsinin hektarlarla ərazisi (özəlləşdirilib), min hektarlarla münbit əkin sahələri, “Xol yolu” deyilən ərazidə eşşək ferması da daxildir. Həmin fermada 200-dən çox cins eşşək saxlanılır, onların südü dərman vasitəsi kimi satılır.
Tutulan icra başçısı ilə bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI: eşşək biznesi və daha nələr - FOTO
Habelə İsmayıl Vəliyev rayonun Qaramanlı kəndində sovet dövründən qalan avtomobil zavodunun ərazisini də özəlləşdirib, rayonda qanunsuz balıq ovu biznesi də onun nəzarətində olub. İcra başçısı balıq ovlamaq üçün çoxsaylı motorlu qayıqlar və digər avadanıqlar saxlayıb, o cümlədən Vəliyevin çoxsaylı ağır texnikası, yük maşınları, traktorları da olub.

2011-ci ildən rayona rəhbərlik edən İ.Vəliyevin biznesi təkcə Neftçala ilə yekunlaşmayıb. Onun Dubayda müasir kərpic zavodu açdığı, habelə Türkiyədə tikinti biznesinin olduğu da deyilir. Bu biznesi Vəliyevin böyük oğlu idarə edir. Ümumiyyətlə, İ.Vəliyevin ölkə xaricində çoxsaylı aktivlərinin olduğu da bildirilir. (virtualorg.az)
Berlində ümumavropa Qarabağ mitinqi başladı
Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi başlayıb.

Report xəbər verir ki, aksiyaya Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibəti bəsləyən xalqların diasporlarının üzvlərinin qatılıb.

Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində keçiriləcək mitinqin iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Biz terrora yox deyirik!”, “Azərbaycan ədalət tələb edir!”, “Xocalıya biganə qalma!”, “Dinc və günahsızların qatillərinə ar olsun!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandırın!”, “Qarabağ haqqımızdır!” kimi şüarlarla beynəlxalq təşkilatlara çağırış edirlər.

Aksiya iştirakçıları 28 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırımına beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasını, münaqişə ilə bağlı məlum beynəlxalq sənədlərə Ermənistanın riayət etməsini tələb edirlər.

Mitinq zamanı yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanılır.

Mitinqdə mindən çox soydaşımızın iştirakı gözlənilir. Ümumavropa Qarabağ mitinqinin sonunda yekun sənədin qəbulu və bir sıra beynəlxalq təşkilatlara ünvanlanması planlaşdırılıb.
Məzahir Pənahov kim əvəzləyəcək? - Ad açıqlandı
Bir neçə aya Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşacaq.

Qanunvericiliyə əsasən, MSK-nın üzvlərini Milli Məclis seçir.

Tərkib 18 nəfər ibarətdir. Mərkəzi Seçki Komissiyasının 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə.

Hazırda MSK-nın 17 üzvü var. Məzahir Pənahov sədr, Rövzət Qasımov sədr müavini, Arifə Muxtarova, Mikayıl Rəhimov katib, Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev, İlkin Şahbazov isə üzvlərdir.

1951-ci il təvəllüdlü Məzahir Pənahov 20 ildir, MSK-ya sədrlik edir, bu dövr ərzində ölkədə 20-yə yaxın seçki keçirilib. Azərbaycan hökuməti M.Pənahovun əməyini yüksək qiymətləndirir, o, 2011-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Məlumata görə, islahatlar kursuna adekvat olaraq, VI çağırış Milli Məclisin qərarı ilə yeni formalaşan MSK-nın tərkibində də əhəmiyyətli dəyişikliklər ediləcək. Hətta quruma hazırki sədr müavini Rövzət Qasımovun rəhbərlik edəcəyi iddia olunur. Ona böyük etimad göstərilir.

1978-ci il təvəllüdlü R.Qasımov 22 ildir, MSK-da çalışır. İxtisasca ingilis dili üzrə tərcüməçi, dövlət və bələdiyyə idarəetməsi mütəxəssisidir. 1998-2011-ci illərdə Beynəlxalq əlaqələr şöbəsinin, 2011-ci ildən MSK Katibliyinin müdiri olub, 2019-cu ildən isə MSK sədrinin müavinidir. O, heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edir. (pravda.az)