“Münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır” -  İlham Əliyev
"Bu gün həm təkbətək görüş zamanı, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda bir daha əmin oldum ki, İtaliya və Azərbaycan bir-birinə çox yaxın olan dost ölkələrdir".

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də geniş tərkibdə görüşdən sonra İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

"Sizin Azərbaycana rəsmi səfərinizi məmnuniyyətlə xatırlayıram. Həmin səfər ölkələrimizin gələcək əməkdaşlığına çox güclü təkan vermişdir və səfər zamanı əldə edilmiş bütün razılaşmalar bu gün həyatda öz əksini tapır. Bu gün çoxsaylı ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulur. Onların hər biri çox önəmlidir, bir çox sahələri əhatə edir. Ancaq mən xüsusilə strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni qeyd etmək istərdim. Çünki bu bəyannamədə, əslində, bizim strateji tərəfdaşlığımızın gələcək istiqamətləri müəyyən edilir. Bu, çox dərin və müfəssəl sənəddir və həm siyasi, həm iqtisadi, mədəni, humanitar, bütün sahələri əhatə edən bir sənəddir. Eyni zamanda İtaliya və Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərməsi haqqında da müddəa var. Bu da yaxın, dost ölkələr, müttəfiqlər arasında olan bir məsələdir. İqtisadi sahədə əməkdaşlığımızın gələcək inkişafı çox müsbət olacaqdır. Əminəm ki, bundan sonra biz İtaliya şirkətlərinin qeyri-neft sektorunda əməkdaşlıq etmələrini görəcəyik. Bu günə qədər də bir çox İtaliya şirkətləri Azərbaycanda müxtəlif layihələrdə iştirak etmişlər. Ticarət dövriyyəsinə gəldikdə, İtaliya bizim üçün dünya miqyasında bir nömrəli tərəfdaşdır. Keçən il ticarət dövriyyəmiz 6 milyard dollara çatıb. Düzdür, bunun böyük hissəsi neft sektoruna aiddir. Ona görə biz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq",- dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycandır: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cənab Prezident dediyi kimi, biz məsələni müzakirə etdik. Bu məsələnin həlli yolları imzalanmış Birgə Bəyannamədə də göstərilir. Orada göstərilir ki, İtaliya və Azərbaycan bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşır və bunu dəstəkləyir. Eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsiplər əsasında, Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarların əsasında həll olunması göstərilir. Hesab edirəm ki, bu, çox ədalətli və beynəlxalq hüquqa əsaslanmış mövqedir və bu mövqeyə görə biz İtaliya tərəfinə minnətdarıq. O ki qaldı, məsələnin konkret həlli ilə bağlı addımlara, Ermənistan tərəfindən çox məyusedici və bir-birini inkar edən və ziddiyyətli bəyanatlar səslənir. Ermənistan rəhbəri bir dəfə demişdi ki, Dağlıq Qarabağ Ermənistandır. Ondan sonra demişdir ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Hər ikisi həqiqəti əks etdirmir. Dağlıq Qarabağ Azərbaycandır. Bunu tarix, beynəlxalq hüququn norma və prinsipləri göstərir. Azərbaycanın ərazi bütövlüyü, o cümlədən Dağlıq Qarabağ daxil olmaq şərtilə bütün dünya tərəfindən tanınır və qəbul edilir. Ona görə münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır".
İmamverdi İsmayılovun lider olduğu dairənin nəticəsi ləğv olundu?
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 125 saylı seçki dairəsi Zəngilan Qubadlı seçki dairəsindən qeydə alınmış deputatlığa namizədlərin şikayətinə baxılıb.

Avrasiya.net xəbər verir ki, müraciət barədə məlumatı MSK üzvü Tofiq Həsənov səsləndirib.

O, qeyd edib ki, deputatlığa namizədlər Faiq Kərimov və Nazim Azadoğlu seçki məntəqələrindəki qanun pozuntularından şikayətçidir.

MSK üzvü müraciətin araşdırıldığını və 10, 32, 37, 38, 40 və 55 saylı seçki məntəqələrində qeydə alınmış və sosial şəbəkələrdə yerləşdirilən görüntülərdə pozuntuların qeydə alındığını deyib.

T. Həsənov araşdırmaların nəticəsində 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55, 59 saylı seçki məntəqələrində nəticələrin ləğvini təklif edib.

MSK-nın ekspert qrupunun rəyi əsasında şikayətçilərin müraciəti qismən təmin edilib. Yuxarıda səsləndirilən məntəqələr üzrə nəticələr ləğv edilib.

Qeyd edək ki, 11 məntəqənin ləğvi həmin dairə üzrə nəticələrin tamamilə ləğv edilməsi üçün tələb olunan 2/5 nisbətini ödəmir.

Xatırladaq ki, 125 saylı seçki dairəsində lider namizəd İmamverdi İsmayılovdur.
Emin Seyidov: "İdman termini ilə desək Paşinyan Münhendə nakaut vəziyyətinə düşdü"
Dünya birliyi bir daha şahid oldu ki, Azərbaycan Qarabağ məsələsindən geri çəkilən deyil və Ermənistanın işğalçılıq siyasətini beynəlxalq arenada ifşa edəcək.

Bu sözləri Avrasiya.net-ə ölkənin tanınmış idman fəalı Emin Seyidov bildirib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezindenti cənab İlham Əliyev Almaniyanın Münhen şəhərində sərrast, səlis ifadələrlə Ermənistan baş naziri Nikol Paşinyanı rəzil günə qoydu: "Paşinyan idman dili ilə desək nakaut vəziyyətə düşmüşdü. Bu gün mətbuatdan da görürük ki, Ermənistan mediası, siyasi ekspertləri Nikol Paşinyanı bərk tənqid edirlər. Həqiqətlərdən qaçmaq mümkün deyil. Bundan sonra hansı erməni siyasətçisi gəlsə, Nikol Paşinyanın aqibətini yaşacaq. Reallıq budur ki, Ermənistan rəhbərliyi faktlardan qaça bilmir. Beynəlxalq səviyyədə biabır olurlar”.
"Gənclər özlərini siyasi partiyalarda təsdiq etməlidirlər"Ölkədə yeni gənclər hərəkatı formalaşır?- iki rəy
Son günlər Azərbaycanın ictimai-siyasi həyatında gənclərin rolu artıb. Gənclər sosial şəbəkələrdə siyasi proseslərə reaksiya verir, müxtəlif formalarda təşkilatlanaraq hətta dinc aksiyalara da qoşulurlar. Xüsusilə də növbədənkənar parlament seçkiləri ərəfəsi və sonrası bu kimi halların şahidi oluruq.

Yada salaq ki, Azərbaycanda 2005-ci ildən etibarən gənclər hərəkatları yaranmağa başlamışdı. Həm müxalifətyönlü, həm də iqtidar tərəfdarı olan gənclər hərəkatı xeyli aktiv idi. Müxalifyönlü hərəkatın nümayəndələri ilə iqtidaryönlü gənclərin arasında debatlar təşkil olunur, fikir mübadilələri aparılırdı.

Eyni zamanda bu hərəkatın üzvləri müxtəlif sosial layihələr həyata keçirib, aktiv siyasətlə də məşğul olurdular. Nümunə kimi “Dalğa”, “NİDA”, “İrəli” hərəkatlarını, həmçinin müxtəlif partiyaların daxilində təşkilatlanan gəncləri göstərə bilərik. Bütün bu hərəkatlar da hansısa hadisələrin fonunda yaranmışdı. O zamanlarda da hansısa hadisə ətrafında fikir mübadiləsi aparıb, aksiyalar keçirən gənclər sonradan hərəkat formasında təşkilatlanmışdılar.

“Yeni Müsavat”a danışan AG Partiyanın sədri Tural Abbaslı bildirib ki, gənclər hərəkatı öz-özlüyündə yarana bilməz: “Bu, hansısa proseslər fonunda aktivləşir. 2010-cu ildə də ”Ərəb baharı" və parlament seçkiləri fonunda gənclər təşkilatları yaranmışdı. 2020-ci il seçkilərində də insanlar dəyişiklik istəyirdilər. Bu, siyasi tələbdən daha çox bioloji tələbə çevrilib. İnsanlar artıq 25-30 ildir eyni uğursuz və miskin adları deputat, nazir kimi görməkdən yorulublar. Onlar yeni adlar, siyasilər tələb edirlər. Bunu da hakimiyyət nəzərə almalıdır. Nəzərə almadıqda bu, siyasi qarşıdurmalara gətirib çıxara bilər. Hesab edirəm ki, hazırda təkcə gənclər deyil, bütün cəmiyyət aktivləşib. Artıq insanlar sosial şəbəkələrdə siyasi statuslar yazıb, baş verən proseslərə reaksiya verirlər. Əsasən də gənclər aktivdirlər. Adam var ki, 25 ildir deputat “seçilir”. Bu, doğru qəbul edilmir. Ona görə də hərəkatların yaranmaması, qarışıqlığın düşməməsi üçün dəyişikliklər labüddür".

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı “Yeni Müsavat”a söyləyib ki, sosial şəbəkələrdə də aktiv olan deputatlığa namizəd kimi hansısa gənc namizədlərin hərəkat yaratma istiqamətində addımlarını müşahidə etməyib: “Bu günə qədər belə bir prosesin şahidi olmamışam ki, narazı olan namizədlərin hansısa hərəkat yaratmaq niyyətləri var. Çünki bu prosesindən öncə həmin gənc özünü mətbuatda, siyasi meydanda ifadə etməlidir. Bu prosesin başlanmasının görüntüsü olmalıdır. Hazırda həmin görüntünün şahidi olmamışam. İkincisi də bir məsələni qeyd edim. Əgər sən gəncsənsə, bu, o demək deyil ki, müvafiq dövlət qurumlarına təyin edilməli, yaxud da mütləq şəkildə deputat olmalısan. Gənc ilk növbədə özünü ifadə etməlidir. İstər siyasi partiyalarda, istər vətəndaş cəmiyyətində özünü ifadə etməli və proses də bununla başlamalıdır. Gənclər bacarıqlarını ortaya qoymalı, önə çıxmalıdırlar. Mən çox gənc yaşından Abşeron rayonundan bələdiyyə üzvü seçilmişəm. Ancaq ona qədər də özümü ifadə etmə imkanım olub. Bu prosesə qədər parlament müxbiri kimi fəaliyyət göstərmişəm. Eyni zamanda Əbülfəz Elçibəyin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasında gənclər şöbəsində müdir olmuşam. Mütləqdir ki, bu fəaliyyət istiqamətində gənclər özünü ifadə etsin. Parlament kiminsə təmsilçiliyindən daha çox qanunverici orqandır. Burada peşəkarlıqla yanaşı siyasi fəaliyyət istiqaməti də olmalıdır. Sizin parlamentdə hansısa fəaliyyətiniz təkcə bir sahəni əhatə etməli deyil. Burada kifayət qədər siyasi təcrübə də olmalıdır. Çünki parlament qanunu yaradan bir orqandır. Deputat seçilən şəxs hər hansı bir qanunun yaranmasında vasitəçi olmalıdır. İstər məhkəmə-hüquq sisteminin qurulmasında, istər insan hüquqlarının müdafiəsində və digər fəaliyyət növünün seçilməsində iştirakın olmalıdır. Buna görə də sahələrlə bağlı mükəmməl bilgiyə sahiblənməlisən. Ona görə də düşünürəm ki, bu gün üçün həmin proses aparılmır”.

Orduxanlı bildirib ki, gənc olmaq kiməsə əsas vermir ki, o, parlamentdə təmsil olunsun: “20 ildən artıqdır ki, aktiv siyasətdəyəm və özüm də gəncəm. Ancaq parlament seçkilərində uğur əldə edə bilmədim. Yeni Azərbaycan Partiyasının namizədi qalib gəldi. Buna etiraz etmirəm. Eyni zamanda ölkədə gənclər hərəkatının başladığını da söyləmək olmaz”.
Kollec direktoru və müavini rüşvət alarkən YAXALANDI
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimləri barəsində cinayət işi başlanıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, kollecin direktoru və bir neçə müəllim korrupsiya faktı ilə bağlı saxlanılıblar.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
Bu dairələrdən şikayətləri DSK-lar ARAŞDIRACAQ
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərilə əlaqədar deputatlığa namizədlərin müraciətlərinə baxılır.

Avrasiya.net xəbər verir ki, ilkin olaraq, MSK katibi Arifə Muxtarovanın təqdimatı ilə 99 saylı Şəmkir kənd seçki dairəsindən daxil olan şikayətə baxılıb.

Ekspert qrupunun rəyi ilə şikayət Dairə Seçki Komissiyasına göndərilib.

Daha sonra müzakirələr zamanı 27 saylı Sabunçu ikinci və 121 saylı Laçın seçki dairələrindən edilən şikayətlərin də DSK-ya göndərilməsi qərara alınıb.



Qeyd edək ki, 99 saylı Şəmkir kənd seçki dairəsindən lider namizəd Nurlan Həsənov, 27 saylı Sabunçu ikinci seçki dairəsindən lider namizəd Əliabbas Salahzadə, 121 saylı Laçın seçki dairəsindən isə lider namizəd Mahir Abbaszadədir.
Azərbaycanda şok olay: nənə ərinin dostu ilə qaçdı
İsmayıllıda iki uşaq anası həyat yoldaşının dostu ilə qoşulub qaçıb.

Avrasiya.net publika.az-a istinadla xəbər verir ki, bir müddətdir, M.H. ilə əri arasında münasibətlər pozulub və onlar boşanma həddinə çatıblar. Qadın aralarındakı münaqişə səbəbindən bir dəfə ərindən küsüb ata evinə qayıdıb.

Sonradan əri ilə barışsa da, bu, uzun sürməyib. Qadın boşanmaq üçün məhkəməyə müraciət edib. Hazırda ərizəsi rayon məhkəməsinin icraatındadır. Buna baxmayaraq, M.H. ərini tərk edərək başqası ilə yaşamaq qərarına gəlib.
Qadının ailəsi ilə qoşulub qaçdığı kişinin ailəsinin uzunmüddətli dostluq münasibətləri olub.

Onların Türkiyəyə qaçdığı bildirilir.

M.H.-nın ailəsi uzun müddət Rusiyada yaşayıb, onlar bir müddətdir ki, İsmayıllıya qayıdıblar. İki övladları var. Qızları qoşulub qaçıb. Oğlanları isə rayondan olan qızla nişanlanıb, sonra onu tərk edərək Rusiyaya gedib. Orada ailə qurub və övlad sahibidir.
Türk ordusu hücuma keçdi: General öldürüldü
Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsində Bəşşar Əsədə sadiq qüvvələrə qarşı hərbi əməliyyatlara başlayıb.

Report xəbər verir ki, Türkiyə ordusu rejim qüvvələrinin Serakibdəki qərargahlarını reaktiv yaylım atəş sistemi vasitəsilə atəşə tutub.

Bundan başqa, sosial şəbəkələrin müxalifətə yaxın səhifələrində yayılan məlumata görə, müxalif qüvvələr Rusiyaya aid 2 kəşfiyyatçı PUA-sını və B.Əsəd qüvvələrinə məxsus 1 tankı məhv edib.

Hökumətə yaxın mənbələrin bildirdiyinə görə isə, Rusiya hərbçiləri Serakib, Neyrab və Maarat ən-Numan şəhərlərindən çəkilməyə başlayıblar.

Məlumata görə, Suriyanın Bilal Bakkour adlı generalı da öldürülüb.

“CNN Türk”ün xəbərinə görə, İdlibdə B.Əsəd qüvvələrinin hücumlarının qarşısını almaq üçün bölgəyə Türkiyə Silahlı Qüvvələrinin tankları və komandoları göndərilir.