Türkiyə bu ölkəni fəth etmək niyyətindədir - Nazir
Türkiyə yenidən Liviyanı fəth etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu sözləri Liviya müvəqqəti hökumətinin Xarici İşlər naziri Əbdülhadi Hüveyj deyib.

“Liviya və digər ərəb dövlətləri əsrlərlə Osmanlı İmperatorluğunun tərkibində olub və bu səbəbdən inkişafdan geri qalıb. Bizi özlərinə tabe etməyə çalışan digər xarici müdaxilələrə müqavimət göstərdiyimiz kimi, Türkiyənin də müdaxiləsinə icazə verməyəcəyik. Liviya xalqını hərəkətə keçirəcəyik”, – deyə XİN rəhbəri bildirib.
Koronavirusu müalicə edən həkim də öldü
Çinin Uxan şəhərinin müvəqqəti xəstəxanalarından birinin baş həkimi koronavirusdan ölüb.

“RİA Novosti” xəbər verir ki, bu barədə “Jenmin Jibao” qəzeti məlumat yayıb:

«COVID19-a yoluxmuş Uçan xəstəxanasının direktoru Lyu Çjimin fevralın 17-də ölüb. O, koronavirusan ölən ilk tibb müəssisəsi rəhbəridirir”.

Qeyd edək ki, Çinin hakimiyyət orqanları Ümumdünya Səhiyyə Təşkilatını 2019-cu ilin dekabrın 31-də ölkədə yeni virusun yayılması barədə məlumatlandırıb. Mütəxəssislər bunun 2019-nCoV koronavirus olduğunu müəyyənləşdiriblər.
Çində koronavirusdan ölənlərin sayı 1868 nəfərə çatıb
Materik Çində koronavirusla yoluxmanın təsdiqlənmiş hallarının sayı 72,4 min nəfəri keçib.

Avrasiya.net-in məlumatına görə, bu barədə Çinin səhiyyə məsələləri üzrə dövlət komitəsi bildirib.

Qeyd edilib ki, onlardan 1,8 mindən çox insan həlak olub, 12,5 min nəfər müalicə olunub və xəstəxanalardan buraxılıb.

Ötən gün ərzində ölkə üzrə ümumilikdə 1886 təsdiq olunmuş yoluxma hadisəsi aşkar edilib, 98 ölüm hadisəsi qeydə alınıb, 1701 xəstə evə buraxılıb.

Ən son məlumatlara görə, materik Çində koronavirusla yoluxma hallarının sayı 72,436 nəfər təşkil edib, onlardan 1868 nəfər ölüb, 12,552 nəfər xəstəxanalardan evə buraxılıb.
“Sədərək” ticarət mərkəzi YANIR
Bakıda ticarət mərkəzində yanğın baş verib.

Avrasiya.net xəbər verir ki, hadisə Lökbatan qəsəbəsindəki “Sədərək” ticarət mərkəzində qeydə alınıb.

Ticarət mərkəzinin birinci zonasında cərgənin tavanında başlanan yanğın qısa müddətdə mağazalara keçib.

Hadisə yerinə FHN-nin yanğından mühafizə xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub.

Yanğının qarşısının alınması istiqamətində işlər görülür.