FHN rəsmisi yanğınlara görə, “Sədərək”in rəhbərini İTTİHAM ETDİ
““Sədərək” Ticarət Mərkəzində baş verən yanğının genişlənməsinə səbəb mağazalar arasında arakəsmələrin olmamasıdır”.

Bunu Modern.az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) şöbə rəisi Elnur Babayev bildirib.

“İri obyektlərdə avtomatik siqnalizasiya sistemi quraşdırılmalıdır”

E.Babayev qeyd edib ki, Dövlət Yanğın Nəzarəti Xidmətinin prosedur qaydalarına uyğun olaraq layihə sənədlərinin razılaşdırılması vacibdir:

“Eləcə də obyektin tikintisi başa çatdırıldıqdan sonra tikintinin razılaşdırılmış formada tikildiyini təsdiq etmək üçün əraziyə baxış keçirilir və obyektin yanğın təhlükəsizliyinə davamlılığına dair akt tərtib edilir. Yanğına qarşı tələblər icra olunduğu təqdirdə sənəd müraciət edənə təqdim olunur.

Bugünkü yanğın hadisəsinin başlıca səbəbləri təhqiqatlardan sonra bəlli olacaq və hüquqi qiymət veriləcək.

Amma təcrübə göstərir ki, bu cür yanğın hadisələrinin əsas səbəbi elektrik qurğularının düzgün quraşdırılmaması, avtomatik yanğınxəbərverici siqnalizasiyanın tələb olunan bütün sahələri əhatə etməməsi, eləcə də siqnalizasiya qurğusunun avtomatik rejimdə çalışmamasıdır. Siqnalizasiyanın nazirliyin “112” xidmətini təmin edən Mərkəzi Monitorinq Xidmətinə qoşulması, eləcə də belə iri ticarət mərkəzlərində avomatik yanğınsöndürmə qurğularının quraşdırılması zəruridir.

Bu imkan verir ki, yanğın baş verən hissədə, istiliyin təsirindən avtomatik olaraq yanğınsöndürmə qurğusunun açarının dağılması nəticəsində su şırnağı vasitəsilə suyun səpələnməsi insan müdaxiləsi olmadan həyata keçirilsin. Bu qurğuların quraşdırılması normativ sənədlərdə öz əksini tapıb. Həmçinin satış mallarının təyinatına görə qruplaşdırılmaması, malların təxliyə yoluna yığılması ilə məhdudlaşdırılması, yanğının baş verəndən sonra söndürülməsinə, insanların təxliyəsinə maneədir. Şükürlər olsun ki, bugünkü hadisə səhər saatlarında baş verdiyindən insan tələfatı olmadı. Bu cür hallarda insan panikaya düşə bilir. Hadisənin tezdən qeydə alınması və insan sayının az olması, böyük tələfatın qarşısını aldı”.

“Ticarət Mərkəzinin yanğın xidmətinin fəaliyyəti yartmazdır”

FHN rəsmisinin sözlərinə görə. Ticarət mərkəzinə məxsus yanğınsöndürə xidmətinin fəaliyyəti yarıtmaz səviyyədədir:

““Sədərək” Ticarət Mərkəzinə məxsus Yanğından Mühafizə Hissəsi var ki, onlar da 2 yanğınsödnürmə maşını ilə təchiz edilib. Bu yanğın bir daha göstərdi ki, həmin idarənin əməkdaşları qeyri-peşəkardırlar. Yanğın baş verdiyi an onların əməkdaşları müdaxilə etməli idilər. Qeyd edim ki, həmin idarənin FHN-lə əlaqəsi yoxdur”.

Sədərək rəhbərliyi xəbərdarlığa məhəl qoymayıb”

E.Babayev qeyd edib ki, nazirlik tərəfindən dəfələrlə “Sədərək” Ticarət Mərkəzinə xəbərdarlıq olunub:

“2019-cu il ərzində bir neçə məktubumuz göndərilib. Hətta ticarət mərkəzində Dövlət Yanğından Mühafizə Xidmətinin Dövlət Yanğın Nəzarəti Xidmətilə birgə şərti yanğın təlimi də keçirilib. Mövcud nöqsanlar barədə aktlar tərtib olunaraq, yenidən rəsmi məktubla obyektin rəhbərliyinə müraciət edilib. Amma görünən odur ki, mövcud yanğınla bağlı dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, müsbətə doğru dəyişiklik qeydə alınmayıb. Eləcə də belə iri ticarət mərkəzlərində vacib və normativ sənədlərin tələbi olan odur ki, tikinti zamanı bina yanğına qarşı sədlərə bölünməlidir. Mağazalar bir-birindən arakəsmə sədlərlə, divarlarla ayrılmalıdır. Təəssüf ki, mağazaların böyük əksəriyyətinin divarları bitişikdir. Bu da yanğının tez bir zamanda yayılmasına təkan verir. Vacib olanı mağazalar yanğına qarşı arakəsmə divarla ayrılmalıdır ki, digər hissəyə keçməsin. Sədlər olduğu halda, 3 saat ərzində yanğının digər ərazilərə keçməsinin qarşısı alına bilər. Amma təəssüf ki, dəfələrlə edilən xəbərdalığa baxmayaraq, “Sədərək” Ticarət Mərkəzində müvafq tdbirlər həyata keçirilməyib”.
13 əsgər öldü, "nazir" İSTEFA VERDİQondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri Karen Abramyan istefa verib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan mediası Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, nazirin istefasına səbəb 2020-ci ildə orduda döyüş getməyən ərazilərdə verilən itkilərdir. Qeyd olunur ki, Ermənistan ordusu bu il 13 əsgər itirib. Naməlum səbəbdən əsgər ölümlərinin artması Karen Abramyanın vəzifəsindən getməsinə kifayət edib. Bu barədə ötən gün silahlı qüvvələrdə əsgər ölümləri ilə əlaqədar Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra qərar verilib.
Zərgərlik fəaliyyətilə bağlı İşçi Qrupu yaradılırAzərbaycanda zərgərlik sahəsində fəaliyyət göstərən və hökumət nümayəndələrindən ibarət İşçi Qrupunun yaradılması təklif edilir.

Avrasiya.net xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla keçirilən görüşdə deyib.

Nazir qeyd edib ki, bu sahədə sahibkarların işinin asanlaşdırılması istiqamətində assosiasiyanın yaradılması xüsusi əhəmiyyət kəsb edə bilər.

Xatırladaq ki, bu gün Bakıda “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla görüş keçirilir. Tədbirdə Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və digər rəsmi şəxslər iştirak edirlər.
Əliyev Münhendə ermənilərə səsləndi - Tarixi nüansMünhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən debatdan aldığımız təəssürat artıq medianın və sosial şəbəkələrin bütün seqmentlərini əhatələyib. Bu görüş Prezident İlham Əliyevin daha bir diplomatik uğuru olmaqla yanaşı, Azərbaycan həqiqətinin və Azərbaycan insanının mühüm tribunadan təqdimatı baxımından tarixə keçdi.

Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransında baş tutan panel müzakirələrini şərh edərkən deyib.

A.Camalqızı bildirib ki, bu görüşdə də Prezident İlham Əliyevin ənənəvi strategiyası özünü göstərdi:

“45 dəqiqə davam edən debatla bağlı həddən artıq geniş danışmaq mümkündür, çünki Azərbaycan liderinin əminliyi, tarixi bilgiləri, nitqini beynəlxalq hüquq dili üzərində qurması, təmkini, jestləri və bütövlükdə atmacaları ilə bütünləşən çıxışı zəngin təəssürat yaradırdı.

Hər şeydən öncə diqqət etmək istədiyim məqam Prezidentin nitqinin əvvəlində belə bir debat üçün vaxtilə təşəbbüs göstərdiyini, Davosda bu təklifi səsləndirdiyini, son anda Sərkisyanın debatdan imtina etdiyini xatırlatması idi. Bu xatırlatma təsadüfi deyildi, özündə “yalnız Paşinyanla deyil, bütün erməni siyasi elitası və ermənilərin istənilən lideri ilə debata çıxmağa hazıram” mesajını daşıyırdı.

Burda həmçinin daha bir anons vardı: Prezident sanki Ermənistanın siyasi liderlərinin meydandan qaçdığını bildirdi, Paşinyanın simasında debata çıxanların isə aqibətinə diqqət edilməsini istədi”.

A.Camalqızının sözlərinə görə, bu debat yalnız İlham Əliyev və Paşinyan adına deyildi:

“Ermənilər özlərini dünyada məzlum, əzabkeş, eyni zamanda intellektli, mədəni xalq kimi tanıtmağa çalışıb və yaxud dünyanın bəzi gücləri onlardan belə bir obraz formalaşdırıb; bu “yüksək dəyərlərə malik xalqın” “vəhşi”, “barbarların” hücumuna məruz qalmasından ah-zar edilib.

Bu debatda İlham Əliyevin simasında Azərbaycan xalqı ilə Paşinyanın simasında erməni xalqı üz-üzə idi. Bu xüsusi məqamdan İlham Əliyev məharətlə bəhrələndi və Azərbaycan insanının intellektini, savadını, mədəniyyətini, ziyalılığını öz simasında ifadə etdi. İlham Əliyev həm tarixi həqiqətləri ortaya qoydu, həm də Xocalı soyqırımını xatırlatmaqla ermənilərin əslində uşaqlara, qocalara və qadınlara qarşı dəhşətli qətliam həyata keçirən vəhşilər olduğunu nümayiş etdirməklə, həqiqəti, erməni aqressiyasının mahiyyətini canlandırmağa və onu beynəlxalq ictimaiyyətin anlayacağı dildə təqdim etməyə nail oldu”.

Politoloq qeyd edib ki, 45 dəqiqə müddətində İlham Əliyev dünyaya ciddi bir müqayisə fürsəti verdi:

“Bir tərəfdə yüksək nitq və özünüifadə qabiliyyətinə malik, beynəlxalq nizamı incəliyinə qədər bilən və yaşam tərzini də buna uyğunlaşdıran Azərbaycan insanı, digər tərəfdə isə nitqi kimi, savadı da yarımçıq, aqressor, uşaq qatili, işğalçı, dünyanın ən mötəbər təşkilatı olan BMT TŞ-nin (İlham Əliyev təsadüfən demədi ki, dünyanın bundan mötəbər başqa təşkilatı yoxdur) 4 qətnaməsini heçə sayan Ermənistan insanı! Bu müqayisədə beynəlxalq ictimaiyyətin hansı nəticə çıxardığını bilmək üçün erməni mediasına baxmaq kifayətdir. Erməni politoloqları Paşinyana qarşı həddən artıq ağır ifadələr işlətməkdədirlər. Bu isə Paşinyanın simasında ermənilərin dünyada hansı vəziyyətə düşdüklərini anlamalarının nəticəsidir”.

A.Camalqızı qeyd edib ki, Prezident İlham Əliyevin ünvanına sonsuz sevgi və qürurlu mesajların ünvanlanmasının səbəbi də budur:

“İlham Əliyev bütün debatlarda, bütün qarşılaşmalarda qarşı tərəfə ən ağır zərbələr endirməkdədir: 2010-cu ildə Mübariz İbrahimovun nəşinin geri alınmasından, Ramil Səfərovun ölkəyə qaytarılmasından tutmuş 2016-cı ildəki Aprel savaşına, Soçi, Daşkənd görüşlərinə, Valday Diskussiya Klubundakı çevik siyasi qərarlarına qədər, İlham Əliyev bütün istiqamətlərdə yüksək səviyyəli peşəkar olduğunu göstərməkdədir. İlham Əliyev diplomatik zəmin hazırlayır, beynəlxalq rəyi formalaşdırır və hər keçən gün bu mövqeyi daha da dərinləşdirir. Yəni Prezident həm hərbi, həm siyasi-diplomatik, həm də iqtisadi baxımdan Ermənistana qarşı mübarizədə böyük uğurlar əldə edib və bunu hər gün artırır”.

Aynur Camalqızı onu da vurğulayıb ki, Prezidentin bu debatda səsləndirdiyi sərrast fikirlər Ermənistan təbliğat maşınının illərdir qurub-yaratdığı “Böyük Ermənistan” mifini də darmadağın etdi:

“Paşinyanın çətinə düşən uşaq kimi “Böyük Tiqran”ın “üstünə qaçması” zalda gülüş doğurdu. Hətta erməni politoloqları da onun bu addımının rüsvayçı olduğunu bildirdilər. Məlum olduğu kimi, Paşinyanın “Böyük Tiqran” dediyi tarixi şəxsiyyətin və “Armeniya krallığı” deyilən bir dövlətin indiki ermənilərlə, yəni haylarla heç bir əlaqəsi yoxdur. Tiqran etnik olaraq hay deyildi. Amma Paşinyanın bu addımı başadüşüləndir, çünki ermənilər illərdir Azərbaycan və digər qonşu dövlətlərin mədəni sərvətlərini öz adlarına çıxmaqla məşğuldurlar”.

Politoloq qeyd edib ki, Prezident çıxışında erməni ictimaiyyətinə də çox ciddi mesaj göndərdi:

“Prezident qeyd etdi ki, monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycanda müxtəlif millətlərin nümayəndələri sülh şəraitində rahat şəkildə yaşayırlar, ərazi bütövlüyümüz tam bərpa olunarsa, ermənilər milli azlıq kimi, ölkəmizdə istənilən digər millətin nümayəndəsi kimi, bütün hüquqlara və imtiyazlara malik olacaqlar. Bu, debatın ən önəmli nüanslarından biri idi.

Həmçinin Prezident erməni və azərbaycanlı icmaları arasında ünsiyyət təşəbbüsünə də toxundu və qeyd etdi ki, ermənilər birgəyaşayışdan başqa yol olmadığını anlamalı, Azərbaycanın ərazi bütövlüyünü qəbul etməlidirlər. Bu sözlər xüsusilə dağlıq Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olan ermənilərə ünvanlanmışdı”.

Politoloq vurğulayıb ki, İlham Əliyev Qarabağın azadlığı istiqamətində bütün istiqamətlərdə paralel və sistemli addımlar atır:

“Prezidentin bu addımları Qarabağın azadlığını hər gün bir az da yaxınlaşdırır və inanıram ki, o gün uzaqda deyil”.
İsgəndər Həmidovun durumu ağır olaraq qalırİsgəndər Həmidovun durumu ağır olaraq qalır. Amma Adil Qeybullanın dediyinə görə, cüzi bir ümid yaranıb.

Bu sözləri Axar.az-a ötən aydan komada olan keçmiş nazirin qardaşı oğlu Şəhriyar Məcidov İsgəndər Həmidovun hazırki durumu ilə bağlı danışarkən deyib.

Ş.Məcidov bildirib ki, İ.Həmidov mütəmadi olaraq həkimlərin nəzarətindədir.

Tibb üzrə professor Adil Qeybulla isə bildirib ki, İ.Həmidovun səhhətindəki problemlərin aradan qaldırılması üçün təcrübəli həkimlər əllərindən gələni edir:

“İki gün öncə “City Hospital”ın və Türkiyədən olan həkimlərin birgə konsiliumu keçirildi. Hemodinamik göstəricilərin (qan təzyiqi, nəbz) tənəffüs sayının, qan saturasiyasının (oksigen təminatının) stabilləşməsini, xəstənin ağrı və səs qıcıqlarına zəif reaksiyasını, baş beyinin növbəti tomoqrafiyası zamanı ödemin azalma tendensiyasını nəzərə alaraq, xəstəyə traxeostomiya qoyulması qərara alındı və uğurla icra edildi. Hazırda vəziyyəti stabil-ağır olaraq qalır, koma vəziyyətindədir, hemodinamik göstəricilərini inotrop dəstəksiz (dərman preparatlarının köməyi olmadan) saxlaya bilir. Xəstə zondla qidalandırılır”.

Qeyd edək ki, İ.Həmidov 24 yanvardan komadadır və süni tənəffüs aparatına qoşulub.
PKK Əsədlə birləşdi: Hücumlar başladıYüz minlərlə dinc sakinin olduğu İdlib-Hələb xəttində Əsəd rejiminə bağlı qüvvələrlə müxaliflər arasında toqquşmalar şiddətlənib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Rejim qüvvələrinə PKK/YPG terror təşkilatının da dəstək verdiyi bildirilib.

Əvvəlcə Türkiyə Silahlı Qüvvələrinin müşahidə məntəqələrinin də olduğu Şeyx Aqil qəsəbəsinə hücum edən PKK/PYD müxaliflərlə döyüşdə uğursuzluğa düçar olduqdan sonra rejim və İran milisləri ilə əməkdaşlığa başlayıb. Terrorçular nəzarət etdikləri bölgədən rejim qüvvələri üçün Nəbul Zəhra qəsəbəsindən Bəşimraya keçmək üçün dəhliz açıblar.

Bildirilir ki, müxalif qüvvələrinin əlində sadəcə Etarip və Daret İzze qəsəbələri qalıb. Rejim qüvvələri son hücumlar nəticəsində Hələbin böyük bir hissəsini ələ keçirib.
Yüz minlərlə insan Türkiyəyə doğru gedir - Ordu mühasirəyə düşdüSuriyada yüz minlərlə dinc sakinin sığındığı İdlib-Hələb xəttində insident şiddətlənib.

Publika.az xəbər verir ki, son 48 saatda qarşıdurmanın mərkəzi Hələbin qərbi olub.

Buradakı atışmalarda PKK/YPG terror təşkilatı da Bəşər Əsəd rejimi ünsürlərinə dəstək verib. Əvvəlcə Türkiyə Silahlı Qüvvələrinin müşahidə məntəqələrinin yerləşdiyi Şeyx Aqilə hücum edən PKK/PYD müxalifləri əzib keçə bilməyincə rejim və İrana bağlı milislərlə əməkdaşlığa gedib. Təşkilat nəzarəti altındakı bölgədən Nəbul Zəhrada yerləşən rejim və İran milislərinə dəhliz açaraq Başhimraya getmələrini təmin edib.

Buradan hücum edən qüvvələr Şeyx Aqili alaraq müxaliflərin nəzarətindəki böyük bir bölgəni mühasirədə saxlayır. Bir neçə kənd və qəsəbə ələ keçirilib. Hücumlarda PKK/PYD-yə rejim və İranın topçu briqadası dəstək verib.

Türk məntəqələri mühasirədə


Atışmaların hədəfi Şeyx Aqil və Cəbəl Bərəkətdəki türk ordusunun müşahidə məntəqələri olub. Nəticələrlə bağlı açıqlama verilməyib. Müxaliflərin əlində sadəcə Ətarib və Darət İzzə qalıb. Anədandakı türk müşahidə məntəqəsi tamamilə mühasirədədir. Rejimin ələ keçirdiyi 3 qəsəbədən 100 mindən çox insan Türkiyə sərhədinə köçmək məcburiyyətində qalıb.

İran, Rusiya və Əsədlə razılıq


Qərbi Hələbə hücumdan əvvəl terror təşkilatı Əsəd rejimi, Rusiya və İran ilə bazarlıq edib. Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Mixail Boqdanov tərəfindən başladılan müzakirələr Hmeymim Rusiya hərbi bazasında baş tutub. Görüşlərə Əsəd adına kəşfiyyat şefi Əli Məmlük, PKK/YPG adına İlham Amed və Əldər Xəlil qatılıb. Görüşlərdə PKK/YPG İdlib və Hələbdə rejimə dəstək vermək qarşılığında Afrin məsələsində yardım istəyib. Rejim, İran və Rusiyanın bu təklifə nə cavab verdiyi maraq dairəsindədir.

Türkiyə tədbirləri davam etdirir


Türkiyə Silahlı Qüvvələri (TSQ) İdlibdəki müşahidə məntəqələrinə tank, zirehli daşıyıcılar, top və ağır sursatlar yığıb. Türkiyənin fərqli birliklərindən göndərilən 150 avtomobillik konvoy Hatayın Reyhanlı rayonunda dayanıb. Konvoy təhlükəsizlik tədbirləri altında İdlibdəki müşahidə məntəqələrinə göndərilmək üzrə yola çıxıb.

Rejimin hücumları nəticəsində Türkiyə ilə sərhədə köç edən qaçqınların sayı 2 milyona yaxınlaşır.
“Sədərək”də dəhşətli yanğın: helikopterlər qaldırıldı - Foto/VideoSədərək Ticarət Mərkəzində yanğın başlayıb.

Avrasiya.net xəbər verir ki, birinci cərgədə mağazaların birinin tavanında başlayan yanğın qısa müddətdə qonşu mağazalara keçib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

***

Sədərək Ticarət Mərkəzində baş verən yanğın məhdudlaşdırılıb.

***

“Sədərək” Ticarət Mərkəzində 1 000 kvadratmetrdən çox ərazi yanıb.

Hadisə yerinə helikopter də cəlb olunub.

***

“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

Hazırda Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Yanğınla əlaqədar qərargah yaradılıb.
Ağdaşda gənc qız xaşdan zəhərləndiAğdaş rayonunda zəhərlənmə hadisəsi baş verib.

Report-un xəbərinə görə, hadisə fevralın 16-da, saat 23 radələrində rayonun Yuxarı Ləki kəndində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü A.Səmədova yaşadığı evdə xaş yedikdən sonra anidən səhhəti pisləyib. Daha sonra gənc qız qıcolma olub və həmin vaxt təcili yardım çağırılıb. O, Ağdaş Rayon Mərkəzi Xəstəxanasıın reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanada A.Səmədovaya ilkin olaraq “Meningit” diaqnozu qoyulub. O, müayinə və müalicə edilib. Lakin qızın vəziyyəti yaxşılaşmayıb və fevralın 17-də valideynləri A.Səmədovanın dərman içərək zəhərlənə biləcəyini dedikdən sonra onun mədəsi yuyulub.

Həmin gün A.Səmədovanın vəziyyətinin ağırlığı ilə bağlı o, Bakı şəhərindəki xəstəxanaların birinə göndərilib.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.
Alimlər ömrü uzadan qidanı tapdılarElm adamlarının çili bibəri barədə apardığı araşdırma maraqlı məqamı ortaya çıxarıb. Alimlər hesab edir ki, çili bibərinin qəbulu insanın ömrünü uzada bilər.

Publika.az xəbər verir ki, əslində söhbət çili bibərinin insanın ağır xəstəliyə yoluxmasının qarşısını almasından gedir. Bildirilir ki, çili bibərindən müntəzəm qəbul etdikdə insanın ürək-damar sistemi xəstəlikləri və nəfəsalma problemləri ilə üzləşmə təhlükəsi azalır. Bu da insan həyatını 12-14% uzatmağa yardım edə bilər.

Alimlər yaşı 30-79 arasında olan 487 375 insanın sağlamlıq göstəriciləri haqqında məlumatları araşdırıblar. Məlum olub ki, çili bibəri qəbul edən insanlar arasında uzunömürlülərin sayı 14% daha çoxdur.