Rusiyaya məxsus təyyarə Suriyada 5 türk əsgərini şəhid edib
Türkiyə Müdafiə Nazirliyindəki mənbə fevralın 3-də İdlib vilayətində ordu karvanına hücumu Rusiya təyyarəasinin həyata keçirdiyini bildirib.

Türkiyənin “Yeni Akit” qəzeti xəbər verir ki, orudakı mənbə bütün texniki prosedurların və araşdırmaların hücumun Rusiya tərəfindən gerçəkləşdiyini ortaya qoyur.

Həmin insident zamanı 5 türk əsgəri və 3 mülki şəxs həyatını itirmişdi. Hücum zamanı avtomobildəki ciddi zədələr və regionda yerləşdirilən radarlar da hücumun təyyarə ilə gerçəkləşdiyini ortaya qoyur.

Amma mənbə buna görə Moskvanı ittiham etməyin strateji baxımdan düzgün olmamasına görə Suriya rejiminin baiskar elan olunduğunu söyləyib. Türkiyə hücum barədə Rusiyaya məlumat verən zaman iki ölkə birgə araşdırma barədə razılıq əldə etmişdi və bu araşdırma rus təyyarəsinin insidentə səbəb olduğunu sərgiləmişdi.

Mənbə Rusiya KİV-də dron vasitəsilə Türkiyəyə məxsus hərbi karvanın keçidi əks olunan videokadrları yada salıb. Həmin kadrlarda dron zirehli texnikanı hədəfə aldığını imitasiya edir. Bununla Moskva sanki “istədiyimiz vaxt qisas ala bilərik” mesajı verir. Suriyada Türkiyə ordusuna hücum bütün Yaxın Şərq konsepsiyasını dəyişir.

Qarşıdakı müddətdə Ankara Moskva ilə yaranan mübahisələr zamanı öz planını həyata keçirəcək. Bu isə Suriyada daha qlobal müharibənin başlanmasına səbəb ola bilər. Modern.az
Ordu hücuma hazır vəziyyətə gətirildi
Ukrayna hərbçilərinin separatçılarla Novotoşkovsk, Orexovo, Krımskoe və Xutor Volnıy yaxınlığındakı döyüşü başa çatıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Qüvvələrinin Əməliyyat Qərargahı məlumat yayıb.

Məlumata görə, Ukrayna hərbçiləri vəziyyətə tam nəzarət edirlər.

“Silahlı Qüvvələrin ehtiyat hissələri tam hazır vəziyyətdədir”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu gün Donbasdakı separatçı rejim Ukrayna ordusunun Novotoşkovsk, Orexovo, Krımskoye, Xutor Volnıy yaşayış məntəqələrindəki mövqelərinə hücum edib.

Hücum nəticəsində Zoloto yaxınlığında Ukrayna ordusunun mövqelərini itirdiyi və itkilərin olduğu barədə məlumat yayılıb. İddiaya görə, hücumda rus muzdluları da iştirak edib.
Bankirin oğlu anasının vurduğu iynədən ölüb - RƏSMİ
Bakıda 15 yaşlı oğlan anasının vurduğu iynədən sonra dünyasını dəyişib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-a verilən məlumata görə, 15 yaşlı oğlan anasının ev şəraitində vurduğu iynədən sonra anafilaktik şok keçirib:

"Təcili tibbi yardım briqadası çağırışa gedərkən, ananın uşağa antibiotik vurduğu məlum olub. Daha iki briqada isə özəl xəstəxanadan çağırılıb. Həkimlərin səyinə baxmayaraq, oğlanı həyata qaytarmaq mümkün olmayıb".
"İlham Əliyev Paşinyanı rəzil etdi"
"İlham Əliyev məntiqli arqumentləri və ağıllı diplomatik gedişilə Paşinyanı nokauta saldı. Uzun müddət Paşinyanın bu zərbədən ayıla biləcəyinə ümid etmirəm".

Avrasiya.net xəbər verir ki, bunu Avrasiya Kombat Ciu-Citsu Federasiyası və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyin prezidenti Aqil Acalov Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransında baş tutan panel müzakirələrinə münasibətində deyib.

A.Acalaov qeyd edib ki, bütün beynəlxalq tədbirlərdə prezident İlham Əliyev həmişə Ermənistan liderlərini susdurub: “Prezidentimizin məntiqli arqumentləri qarşısında həmişə çıxılmaz vəziyyətlərdə qaldıqlarından işğalçı ölkə rəhbəri tutuquşu kimi eyni ifadələr işlədiblər. İşğal faktını gizlətmək, ondan yayınmağa cəhdlər göstəriblər. Amma tarixi və hüquqi faktlar qarşısında aciz qaldıqlarından özlərini dolaşdırıblar. Bu dəfə də eyni vəziyyətlə üzləşən Paşinyan Əliyev qarşısında sındı, rəzil oldu".

A.Acalov onu da vurğulayıb ki, Paşinyanın Əliyev qarşısında rəzil olduğu faktını Ermənistan mediası yazıb, erməni politoloqları bunu baş nazirin naşılığı və savadsızlığı, problemin mahiyyətini dərk etmədiyini bildiriblər: "Prezidenti İlham Əliyev konkret sənədlərə, tarixi faktlara və dəlillərə istinad edərək tutarlı və diplomatik çıxışı ilə bir daha Paşinyana sərt və güclü sillə vurdu. İlham Əliyevin hüquqi arqumentləri və tarixi faktları Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bir daha sübut etdi. Paşinyan dünyanın gülüş və məsxərə obyektinə çevrilib. İlham Əliyev bütün debatlarda, bütün görüşlərdə ermənilərə sarsıdıcı zərbələr endirməkdədir. İlham Əliyev Münhendəki arqumentləri ilə bir daha dünyaya mesaj verdi ki, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır, əzəli və əbədi. Paşinyan prezidentimizin arqumentləri qarşısında dili söz tutmurdu, topuq vururdu. Özünü o dərəcədə itirmişdi ki, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu etiraf etdi, sonradan "səhv"ini düzəltdi".

Federasiya prezidenti sonda qeyd edib ki, işğalçı Ermənistan rəhbərliyi Dağlıq Qarabağla bağlı bundan öncəki müzakirələrdən müxtəlif bəhanələrlə qaçmaq istəyiblər və çox vaxt buna nail olublar: "Münhen diskussiyasına da əvvəlcə razılıq verməyiblər. Sonradan panel müzakirələrdə iştiraka məcbur olublar. İlham Əliyevlə üz-üzə gəlməkdən ehtiyatlanıblar, çəkiniblər, qorxublar. Axı İlham Əliyev həmişə görüşlərdə bütün parametrləri ilə onları üstələyib. Azərbaycan prezidentinin çox inamlı görünüşü və səlist diksiyası həmişə nəzərəçarpacaq dərəcədə üstün olub. Bu dəfə də Paşinyan hiyləgər görünüşü və fikirləri ilə yadda qaldı. Amma İlham Əliyev onun söylədiyi hər fikrini məntiqli cavabı ilə alt-üst etdi. Paşinyanın daha bir səhvi isə Gornaboy rayonunu Dağlıq Darabağ ərazisi adalnadırması oldu ki, Azərbaycan prezidenti dərhal bu iddiya cavab verərək Paşinyanın yalanını üzə çıxartdı. Sonda Paşinyan səhvinə görə üzr istədi”.
İran 8 ABŞ casusuna hökm oxudu
İran ABŞ-ın xeyrinə casusluqda ittiham etdiyi 8 nəfərə hökm oxuyub.

Axar.az xəbər verir ki, bu barədə İran Ali Məhkəməsinin sədri Qulamhüseyn İsmaili jurnalistlərə açıqlamasında deyib.

İsmailinin sözlərinə görə, həmin şəxslər ABŞ hökuməti ilə əməkdaşlıqda ittiham olunaraq 6 ildən 10 ilədək həbs cəzalarına məhkum olunublar.

Gürcüstan parlamentinin qarşısında qarşıdurma
Tbilisidə Gürcüstan parlamentinin ətrafında gərginlik yaşanır.

Müxalifətçilər və ictimai fəallar qanunverici orqanın ətrafında aksiya keçirirlər. Aksiyaçılar İrakli Şotadzenin ölkənin baş prokuroru təyin olunmasına etiraz edirlər. Etirazçılar parlamentin giriş qapılarına yaxınlaşmağa cəhd ediblər, polis onların qarşısını alıb və nəticədə qarşıdurma baş verib.

Parlamentin sədri Arçil Talakvadze bildirib ki, keçirilən etiraz aksiyası Gürcüstanda demokratiyanın olduğunu göstərir.

Qeyd edək ki, ötən gün parlamentin Hüquqi məsələlər üzrə komitəsi İ.Şotadzenin baş prokuror postuna namizədliyini təsdiqləyib. Qanunverici orqanın bugünkü plenar iclasında məsələnin səsverməyə çıxarılacağı tarix elan olunacaq. /Report
Şəkidə 37 yaşlı kişi itkin düşüb
Publika.az xəbər verir ki, rayonun Aşağı Göynük kənd sakini Sabir Avsarov polisə müraciət edərək bildirib ki, oğlu, 1983-cü il təvəllüdlü Səlim Avsarov fevralın 15-də evi tərk edib və bir daha geri qayıtmayıb. O, qeyd edib ki, oğlu evdən gedərkən ailə üzvlərinə hara getməsi barədə məlumat verməyib.

Bu ölkənin əks-kəşfiyyat rəhbəri Rusiya casusu çıxdı
Belçika əks-kəşfiyyatının rəhbəri Klement bir neçə həftə öncə müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb.

Axar.az xəbər verir ki, bu məlumatı Belçika mətbuatı yayıb. Məlumata görə, əks-kəşfiyyat rəhbəri Rusiyaya xidmətdə ittiham olunur.

Bununla belə skandalın ölkənin hərbi kəşfiyyatı və əks-kəşfiyyatı arasında olan qarşıdurma ilə əlaqədar olduğu bildirilib.

Əks-kəşfiyyat rəhbəri isə ittihamları rədd edib.

Qeyd edək ki, Belçika kəşfiyyatının məlumatına görə, Brüsseldə aktiv agentura fəaliyyəti ilə Çin, Rusiya, ABŞ və Mərakeş məşğul olur. Çinin AB-də 250, Rusiyanın isə 200 casusunun olduğu güman edilir.
Bakıda bank rəhbərinin 17 yaşlı oğlu qızdırmadan öldü
Bank Respublika ASC-nin sahibi Natiq Quliyevin 17 yaşlı oğlu qəfil dünyasını dəyişib.

Avrasiya.net Demokrat.az-a istinadən xəbər verir ki, bu gün gecə saatlarında Natiq Quliyevin oğlunun hərarəti yüksəldiyi üçün evə təcili tibbi yardım çağırılıb. Həkimlərin ilkin müdaxiləsi olsa da, ancaq gənci xilas etmək mümkün olmayıb.

Hazırda Bakının Məmməd Araz küçəsi 4 ünvanında - Azərbaycan Mətbuat Şurasının binası önünüdə Natiq Quliyevin 17 yaşlı oğlu ilə vida mərasimi keçirilir. Mərasimə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rustəmov və digər bank rəhbərləri qatılıblar.

Müəllif: Axar.az
Rusiyada azərbaycanlı qardaşlar bıçaqlaşdı
Rusiyanın Leninqrad vilayətinin Sestrosetsk şəhərində azərbaycanlılar arasında insident qeydə alınıb .

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, şəhərin Volodarski küçəsində 33 yaşlı işsiz Azərbaycan vətəndaşı saxlanılıb.

Onun içki məclisi zamanı 25 yaşlı kiçik qardaşı ilə mübahisə edib və sonda onu bıçaqlayıb. Orta ağır xəsarətlər alan azərbaycanlı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.