Heç bir yeni qayda tətbiq olunmayacaq - Rektorİbrahim Cəfərov
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru

Əziz tələbələr, hörmətli izləyicilər, son günlər sosial şəbəkələrdə heç bir hüquqi əsası olmayan yeni qaydaların tətbiqi ilə bağlı saxta məlumatlar paylaşılır, Aqrar universitetin rektoru olaraq tam məsuliyyətimlə bəyan edirəm ki, tədris zamanı tələbənin bu və ya digər dərəcədə mənafeyinə toxunan heç bir yeni qayda tətbiq olunmayacaq, əvvəlki illərdə olduğu kimi imtahanlarımız test, şifahi və yazlı üsullarla keçiriləcək və bütün imtahan formalarında bütün imtahan sualları tələbələrə veriləcəkdir.

Tələbələrdən tələb olunan isə yüksək nizam intizam, dərsə davamiyyət və yüksək səviyyəli mütəxəssis olmaq üçün bütün tədris vasitələrindən istifadədir. Bir daha qeyd edirəm ki, yeganə amalımız aqrar sahə üçün bazar rəqabətli kadrlar hazırlamaqdır. Daim tələbəmin yanındayam, onun bütün problemlərinin həlli üçün ürəklə çalışıram və çalışacağam, təki Siz normal təhsil alın.

Hər birinizə uğurlar arzusu ilə statusu tamamlayıram.

Yaşasın ADAU və onun gül ürəkli tələbələri!!!
MSK 3 dairədən daxil olan şikayətləri geri qaytarıb
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bir neçə dairə üzrə müraciətlər qeyd edilən vaxt bitdiyinə görə geri qaytarılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə MSK üzvü Validə Kazımova məlumat verib. Komissiyanın ekspert qrupunun ümumi rəyinə əsasən 78 saylı Lerik, 108 saylı Ağstafa, 6 saylı Culfa-Babək seçki dairələri üzrə daxil olan şikayətlər geri qaytarılıb.

Xatırladaq ki, 78 saylı Lerik seçki dairəsindən İqbal Məmmədov, 108 saylı Ağstafa seçki dairəsindən Nizami Cəfərov və 6 saylı Culfa-Babək seçki dairəsinsən Ülviyyə Həmzəyeva qalib elan olunub.
Pakistanda partlayış: 14 ölü, 500 yaralı
Pakistanın Kəraçi şəhər limanında qaz sızmasından baş verən partlayış nəticəsində 14 nəfər ölüb. Eləcə də 500-dən çox insan müxtəlif xəsarətlərlə əlaqədar xəstəxanalara müraciət edib.

Axar.az xəbər verir ki, limanda qaz sızmasının mənbəyini hələ ki, müəyyənləşdirmək mümkün olmayıb.

Mütəxəssislər qaz sızmasının yerinin müəyyənləşdirilməsi istiqamətində iş aparırlar.
Zərif amerikalı senatorla gizli görüş keçirib - Şok
Münhen Təhlükəsizlik Konfransı zamanı İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə ABŞ Demokratlar Partiyasının senatoru Kris Mörfi arasında gizli görüş olub.

Axar.az xəbər verir ki, bu barədə “Federalist” qəzeti məlumat yayıb.

“Senatorun bu görüşü xarici hökumətlə gizli danışıqlar aparmaq mənasına gəlir. Bu da Prezident Donal Tramp kimi ittihamlara məruz qalmaq deməkdir”, - qəzet bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Rusiya ilə gizli görüşünün üstünün açılması onu çətin vəziyyətə salmışdı.

Bu məntəqələrin nəticələri ləğv edildi
MSK-nın iclasında daha sonra 32 saylı Suraxanı seçki dairəsindən daxil olmuş şikayətə baxılıb.

Avrasiya.net xəbər verir ki, MSK üzvü İlkin Şahbazov bildirib ki, 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizəd Fikrət Cəfərli və digər bir namizəd MSK-ya şikayət edib.

Onun sözlərinə görə pozuntu aşkar edilmiş məntəqələrin sayı 3-dür:

“Bunlar 4, 8 və 9 saylı seçki məntəqələridir. Bu məntəqələrdə seçicilərin iradəsini ifadə etməsi mümkün olmayıb”.

Daha sonra 3 məntəqədə səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə dair qərar qəbul edilib.
Paşinyan güc strukturlarını təcili topladı: Qarabağdakı ölümlər
Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağda erməni əsgərlərinin ölümünə görə iclas keçirib.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan baş nazirinin mətbuat xidməti yayıb.

İclasda Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan, Müdafiə naziri David Tonoyan, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Eduard Martirosyan, Baş Qərargah rəisi Artak Davtyan, Baş prokuror Artur Davtyan, İstintaq Komitəsinin rəhbəri Ayk Qriqoryan iştirak edib.

“Past” qəzeti oxşar iclasın Qarabağda keçirildiyinə dair məlumat yayıb. Məlumata görə, iclas 4 saat davam edib.

Bununla bərabər Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan parlamentə dəvət edilib. Parlamentdə Davtyana Qarabağda erməni əsgərlərinin qeyri-döyüş şəraitində ölməsi ilə bağlı suallar verilib. O, Ermənistan ordusunda kadr dəyişikliklərinin gerçəkləşdiriləcəyini bildirib. Davtyan həmçinin tutduğu vəzifədən də istefa verməyəcəyini söyləyib.

Qeyd edək ki, bundan öncə qondarma Qarabağ rejiminin müdafiə naziri istefaya gedib. Buna səbəb kimi Qarabağda erməni hərbçilərinin qeyri-döyüş şəraitində ölmələri göstərilib.

2020-ci ildə Qarabağda qeyri-döyüş şəraitində ölən erməni hərbçilərin sayı 13-ə çatıb.
Razi Nurullayevin qalib olduğu dairədə seçkilər yenidən keçiriləcək? Mərkəzi Seçki Komissiyasının iclasında növbədənkənar parlament seçkiləri ilə əlaqədar 79 saylı İmişli seçki dairəsi üzrə daxil olan müraciətlərə baxılıb. Avrasiya.net xəbər verir ki, bu dairə üzrə müraciətlər haqqında MSK üzvü Baxşeyiş Əsgərov məlumat verib. O qeyd edib ki, həmin dairədən qeydə alınmış bir neçə namizəd müraciət edərək, bəzi məntəqələrdə seçkinin şəffaf keçirilmədiyini diqqətə çatdırıblar. Namizədlər dairə üzrə nəticələrin ləğvi ilə bağlı MSK-ya müraciət ediblər. Komissiyanın ekspert qrupunun rəyi əsasında şikayət qismən təmin edilib. Beləliklə, həmin dairə üzrə 5 məntəqənin (14,16, 21,23,25) nəticələri ləğv edilib. Xatırladaq ki, Seçki Məcəlləsinə əsasən dairə üzrə məntəqələrin 1/4-nün nəticələri ləğv edilirsə, bu dairə üzrə nəticələr etibarsız sayılır. 79 saylı seçki dairəsində bu yetərsay təmin olunmadığından dairənin ümumi nəticələri ləğv edilmir. Xatırladaq ki, bu dairədən qalib namizəd Razi Nurullayevdir. Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası bundan öncə 80 saylı İmişli-Beyləqan seçki dairəsinin də nəticələrini ləğv edib.
İlham Əliyev Vüsal Kərimlini qəbul etdi - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib.

Avrasiya.net xəbər verir ki, Prezident İlham Əliyev son illər şəhər nəqliyyatı ilə bağlı görülmüş işlərdən danışıb:

- Bakı Nəqliyyat Agentliyi keçən ili yaxşı nəticələrlə başa vurub, görülən işlərin bir hissəsi ilə mən şəxsən tanış olmuşam. Hesab edirəm ki, Agentlik üçün keçən il uğurlu olubdur. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, hələ görüləsi işlər çoxdur.

Son beş il ərzində şəhərimizə yüzlərlə yeni avtobus gətirilib. Bu avtobusların hamısı dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Bu, bizim şüurlu seçimimizdir. Çünki Bakıda ən müasir texnologiyalar tətbiq edilməlidir, o cümlədən nəqliyyat vasitələrinin dünyanın ən yüksək standartlarına cavab verməsi əsas şərtlərdən biridir. Onu da bildirməliyəm ki, beş il bundan əvvəl Bakıya gətirilmiş ilk xarici istehsal olan avtobuslar, hətta o avtobusların istehsal olunduğu ölkələrdə hələ xətlərə çıxmamışdı. Yəni, ən müasir avtobuslar gətirilir. Əlbəttə ki, bu, şəhər nəqliyyatının böyük dərəcədə yaxşılaşdırılması istiqamətində çox önəmli addımdır. Mənim göstərişimlə hər il dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayrılır və hər il orta hesabla 300 avtobus Bakı Nəqliyyat Agentliyinin xətti ilə şəhərimizə gətirilir. Beləliklə, biz avtobus parkını tədricən müasirləşdiririk. Eyni zamanda, mənim özəl şirkətlərə də tövsiyəm ondan ibarət idi ki, onlar da öz avtobus parklarına yenidən baxsınlar. Görürəm ki, bəzi şirkətlər bu istiqamətdə önəmli addımlar atırlar.

Avtobusların ölkəmizə gətirilməsi, əlbəttə ki, işlərin bir hissəsidir. Bütün yol-nəqliyyat infrastrukturu müasir tələblərə cavab verməlidir və bu istiqamətdə kompleks tədbirlər görülür. Yol infrastrukturuna görə Azərbaycan dünya miqyasında 27-ci yerdədir. Bu da Davos Forumunun hesabatında əksini tapıbdır.

Şəhər nəqliyyatı ilə bağlı digər tədbirlər də görülür və görüləcəkdir. Eşitmək istərdim ki, keçən il görülmüş əsas işlər nədən ibarət idi? Bu il neçə yeni avtobus gətiriləcək və şəhər nəqliyyatında hansı yeniliklər olacaq?

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli dedi:

-Çox sağ olun, cənab Prezident. Keçən il Bakı şəhərində fəaliyyət göstərən 2200 avtobusla 801 milyon sərnişin daşınıb. Ümumi daşıyıcıların sayı 65-dən 37-yə endirilib. Yəni, iki avtobusu olan şəxslər var idi ki, onlar da fəaliyyət göstərmək istəyirdilər. Aydın məsələdir ki, onlar insanların rahatlığı üçün deyil, öz maraqları naminə fəaliyyət göstərirdilər. Biz onların sayını müəyyən tələblər əsasında 65-dən 37-yə endirdik. Ümumilikdə, beş il ərzində 855 avtobus yenilənib. Bunlardan 600-ü Sizin tapşırığınızla xarici ölkələrdən gətirilib. Daşıyıcılar tərəfindən də Bakı Nəqliyyat Agentliyinin tələbləri əsasında 295 müasir avtobus gətirilib. Ümumilikdə bu günədək avtobus parkı 40 faizə yaxın yenilənib. Sizin tapşırığınıza əsasən hər il 300 avtobus gətirilməklə yaxın üç ildə parkın yenilənməsini 100 faizə çatdırmağı planlaşdırırıq.

Eyni zamanda, məlumat üçün bildirim ki, bizim gətirdiyimiz yeni avtobuslar ətraf mühitə daha az zərər verən sıxılmış təbii qazla (STQ) işləyir. Dünyanın bir sıra böyük şəhərlərində STQ ilə az sayda avtobus işləyir. Məsələn, Vyanada STQ ilə işləyən avtobuslar, ümumiyyətlə, yoxdur. Berlində bu istiqamətdə pilot layihənin tətbiqinə başlanılıb. Moskvada 6475 avtobusdan 319-u, İstanbulda isə 3070 avtobusdan 239-u STQ ilə işləyir. Amma bizdə 2200 avtobusdan 600-ü artıq STQ ilə fəaliyyət göstərir. Daşıyıcılara da göstəriş verilib ki, STQ ilə işləyən avtobuslar gətirsinlər. Çünki benzinlə və dizel yanacağı ilə işləyən avtobuslar şəhərdə orta sürətlə hərəkət etdiyi üçün ətraf mühitə daha çox ziyan vurur.

Bu il üçün daha bir yenilik müxtəlif yerlərdə avtobuslar üçün habların yaradılması olacaq. Siz keçən ilin sentyabr ayında “Koroğlu” habının açılışında bu barədə tapşırıq vermisiniz.

Avtobus sürücüləri ilə bağlı əsas problemlərdən biri onların peşə hazırlığına və iş rejiminə daşıyıcılar tərəfindən ciddi nəzarət olunmamasıdır. Biz bu problemin üzərində işləyirik. Bu məqsədlə Sürücü Təlim Mərkəzi yaradılıb və Siz onun açılışında iştirak etmisiniz. İndiyədək 2800-dən çox avtobus sürücüsü Mərkəzdə təlim keçib.

Yol infrastrukturu üzrə də bir sıra işlər görülüb. Avtobusların, təcili tibbi yardım və yanğınsöndürən maşınların tıxaclarda qalmaması, eyni zamanda, fasiləsiz hərəkətini təmin etmək üçün yollarda xüsusi zolaqlar ayrılıb. Bundan əlavə, 2018-ci ildə taksi xidmətinə dair yeni tələblər müəyyənləşdirilib. Bu tələblərdə şəhərdə və hava limanında hansı növ taksilərin fəaliyyət göstərməsi, tariflər əksini tapıb. Cənab Prezident, biz bu ilin birinci yarısında bütün marşrut xətlərində işləyən avtobuslarda ödənişin kart sistemi ilə aparılmasını təmin edəcəyik. Bu isə Sizin tapşırdığınız kimi, kölgə iqtisadiyyatının, eyni zamanda, qeyri-formal iş rejiminin aradan qaldırılmasına, sürücülərin 8 saatdan artıq işləməsinin qarşısının alınmasına, ictimai nəqliyyatdakı dövriyyənin şəffaflaşmasına imkan yaradacaqdır.

Ümumilikdə bizim əsas məqsədimiz sərnişinlərin daha az vaxt sərf edərək mənzil başına rahat, təhlükəsiz çatmasıdır. Bunun üçün nəinki Bakı Nəqliyyat Agentliyi, eyni zamanda, ictimaiyyət də fəal olmalıdır. Çünki şəxsi nəqliyyat vasitəsilə bir nəfər, avtobusda isə 70-80 nəfərə qədər sərnişin olur. O bir nəfər avtomobilini yolda qeyri-qanuni park etdiyinə görə, avtobusun hərəkəti üçün çətinliklər yaradır. Son zamanlar parkinqlə bağlı cərimələrə görə insanların müəyyən narazılıqları olur. Amma Bakı paytaxt şəhərimizdir, bütün ölkələrin paytaxt şəhərlərində olduğu kimi, bizdə də insanlar avtomobillərini istədikləri yerlərdə park edə bilməzlər. Çünki əsas ictimai nəqliyyatdır, biz gün ərzində 2 milyon 200 sərnişin daşıyırıq. Sakinlər, əsasən, ictimai nəqliyyatdan istifadə edirlər. Ona görə, Sizin tapşırığınıza əsasən, biz ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığını təmin etməyə çalışırıq.

Prezident İlham Əliyev: Əlbəttə, şəhər nəqliyyatının təkmilləşdirilməsi hər bir böyük şəhər üçün önəmli məsələdir. Şadam ki, son illər ərzində Bakı şəhərində görülmüş işlər kompleks xarakterlidir və bu işlər nəqliyyatla bağlı bütün sahələri əhatə edir. Çox yaxşı haldır ki, hazırda bütün nəqliyyat növləri arasında koordinasiya işləri də aparılır. Hesab edirəm ki, taksi, metro və avtobus xidmətləri növbəti mərhələdə bir-biri ilə daha da sıx əlaqədə olmalıdır. Əsas məsələ tıxacların azaldılmasıdır. Əlbəttə ki, bunun üçün təkcə yeni yolların çəkilişi, yeni qovşaqların tikintisi ilə işimizi məhdudlaşdıra bilmərik. Amma o da həqiqətdir ki, əgər son 10-12 il ərzində Bakıda böyük yol infrastrukturu layihələri icra edilməsəydi, bu gün şəhər nəqliyyatı tıxacdan tərpənə bilməzdi. Bu, həqiqətdir. Sadəcə, 10 il bundan əvvəl mövcud olan mənzərəyə qayıtmaq lazımdır ki, bunu hər kəs görsün və bilsin. Bizim əsas nəqliyyat damarlarımız demək olar ki, tamamilə iflic vəziyyətdə idi. Şəhəri hava limanı ilə birləşdirən əsas yol, baxmayaraq ki, dördzolaqlı sayılırdı, əslində, ikizolaqlı idi və bu yol boyunca bir neçə dairə mövcud idi. Ancaq bu gün bir dənə də dairə yoxdur, yəni hava limanından şəhərə çox rahat gəlmək üçün bütün imkanlar var. Təkcə bu deyil, hava limanına digər avtomobil yolunun çəkilişi də böyük əhəmiyyət daşıyır. Zığ istiqamətindən hava limanına, ümumiyyətlə, yol yox idi. O vaxt biz təşəbbüs göstərərək onu icra etdik və bu, bir çox məsələləri həll etdi. Eyni zamanda, deyə bilərəm ki, son illərdə Bakı şəhərində görülmüş işlərin, tikilmiş körpülərin, yol qovşaqlarının bəlkə də misli-bərabəri yoxdur.

Ancaq bununla yanaşı, nəqliyyat vasitələrinin sayı artır. Bu da əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasından xəbər verir. Statistika var, hər il ölkəmizə gətirilən və artıq hazırda ölkəmizdə istehsal olunan nəqliyyat vasitələrinin sayı artmaqdadır. Əhalimiz artır, Bakı şəhərinin əhalisi artır. Ona görə, şəhər nəqliyyatımız bu artıma uyğun şəkildə inkişaf etməlidir və bu artımla uzlaşmalıdır. Odur ki, bundan sonra metro tikintisi, yeni qovşaqların inşası, Bakı dairəvi dəmir yolunun çəkilişinin başa çatdırılması, avtobus nəqliyyatının səmərəli fəaliyyəti - bütün bu nəqliyyat seqmentləri vahid bir mexanizm kimi işləməlidir. Əsas məsələ insanların yola sərf edəcəyi vaxtın azaldılmasıdır.

Bununla bərabər, bəlkə də bundan daha vacib məsələ təhlükəsizlikdir, sürücülərin hazırlanmasıdır, onların tibbi müayinəsi və iş qrafikidir. Mən bu yaxınlarda bildirdim ki, heç kim gündə 8 saatdan artıq işləməməlidir. Əgər kimsə işçiləri qanunsuz işlədirsə, istismar edirsə, cəzasını alacaq. Əlbəttə, əminəm ki, Bakı Nəqliyyat Agentliyində çalışan sürücülər bu meyarlara riayət edirlər. İnsanların rahatlığı da vacib məsələdir. İnsanlar müasir avtobuslarda özlərini çox rahat hiss edirlər. Prinsip etibarilə elə bir avtobus xidməti olmalıdır ki, hətta şəxsi nəqliyyat vasitəsi olan insanlar da şəhər nəqliyyatı ilə hərəkət etməyə üstünlük versinlər. Hesab edirəm ki, biz bu hədəfə yaxınlaşırıq. Əlbəttə, növbəti illərdə avtobus parkının təzələnməsi istiqamətində əlavə tədbirlər görüləcək və eyni zamanda, şadam ki, hazırda ölkəmizə gətirilən yeni avtobuslar ekoloji cəhətdən çox təmizdir. Çünki sirr deyil ki, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir. Sənaye müəssisələri, ticarət obyektləri deyil, - bunun statistikası var, - nəqliyyat vasitələridir. Ona görə həm iki ildən sonra Azərbaycanda istehsal olunacaq “Avro-5” markalı benzinin bazara daxil olması bu sahədə çox böyük irəliləyişə səbəb olacaq, eyni zamanda, sıxılmış qazla və elektrik enerjisi ilə işləyən avtobusların ölkəmizə gətirilməsi, bunun üçün müvafiq infrastrukturun yaradılması zəruridir. Ona görə bu istiqamətdə əlavə addımlar atılmalıdır.

Bir də maraqlanmaq istəyirəm, - indi şəhərin mərkəzi hissələrində avtobus xidməti kifayət qədər səmərəlidir, - qəsəbələrdə vəziyyət necədir? Qəsəbələrdə avtobus nəqliyyatı ilə bağlı hər hansı bir problem varmı? Varsa, onların həlli üçün nə etmək lazımdır?

Vüsal Kərimli: Cənab Prezident, son zamanlar qəsəbələrdə bəzi evlərin yollara yaxın tikilməsi yol infrastrukturunda bir az çətinliklər yaradıb. Biz bu ilin doqquzuncu ayından sonra qəsəbələri onların yol ölçülərinə, dönmə dərəcələrinə görə mərhələli şəkildə avtobuslarla təmin edəcəyik. Çünki 12 metrlik avtobuslar bəzi qəsəbələrin yollarında hərəkət edə bilmir. Sizin tapşırığınıza əsasən bu il alınacaq 415 avtobusdan 115-i artıq sifariş edilib, 300-ü isə tenderə çıxarılacaq. Orada biz 8 və 9 metrlik avtobuslar da nəzərdə tutmuşuq ki, qəsəbələrətrafı və qəsəbələrdaxili hərəkət üçün daha təhlükəsiz, onların yoluna uyğun olsun. Eyni zamanda, mart ayında daşıyıcılar tərəfindən də 50-yə yaxın avtobusun gətiriləcəyi gözlənilir. Bu avtobusların qəsəbələr istiqamətində xətlərə buraxılması nəzərdə tutulur. Qəsəbələrin yol infrastrukturuna dair layihələri biz Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə hazırlayırıq. Bu istiqamətdə də işlər yekunlaşacaq.

Biz qəsəbələrdə əsasən kiçik hablar yaratmaq istəyirik. Bu kiçik habları Siz qeyd etdiyiniz kimi, dairəvi dəmir yolunun ətrafında yaratmaq istəyirik ki, bir-biri ilə əlaqəli olsun. Vətəndaş haba gələndən sonra şəhərə istəsə dəmir yolu ilə, istəsə də avtobusla gedə biləcək.

Prezident İlham Əliyev: Elədir. Bir də ki, siz parkinq ilə bağlı danışdınız. Biz burada da hər şeyə ədalətli yanaşmalıyıq. Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək. Ona görə, bəzi hallarda sürücülər bu qaydaları kobudcasına pozurlar. Parkinq olan yerdə maşınları münasib olmayan yerlərdə saxlayıb, həm piyadalara maneə törədirlər, həm də nəqliyyata problem yaradırlar. Ancaq kifayət qədər böyük imkanlar, yəni, parkinq yerləri olmalıdır ki, biz sürücülərə bu tələbləri irəli sürək. Burada da heç bir qanun pozuntusu olmamalıdır. Qanun qarşısında hamı bərabərdir. Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır. Yenə də deyirəm, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə, tıxac olan yerdə. Tıxacın olmaması isə sizin əsas vəzifənizdir. Siz bundan sonra da aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə fəal olmalısınız. Ona görə, parkinqlə bağlı soruşmaq istəyirəm. Vəziyyət necədir və bu il hansı addımlar gözlənilir?

Vüsal Kərimli: Bu il biz parkinqlə əlaqədar bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq məsləhət xidmətlərini cəlb etmişik ki, Bakı şəhərində parkinq məsələsi nəinki infrastruktur cəhətdən, eyni zamanda, iqtisadi baxımdan analiz olunsun. Çünki şəhər zonalara bölünməlidir. Bunun gecə vaxtları var. Şəhərdə tıxac olan vaxtlarda açıq yolları analiz edib harada neçə yeraltı parkinqmi, küçə parkinqimi, yoxsa, xüsusilə Molların və insanların yaşadığı əsas yerlərdə modul parkinqlər tikilməlidir və onların tarifləri olmalıdır. Şəhər mərkəzinin tarifi fərqli qiymətdə olmalıdır. “B” zonası fərqli qiymətdə olmalıdır. Bununla əlaqədar biz ilin ilk yarısının yekununda görülmüş işlərin nəticələrinə dair digər müvafiq qurumlarla birgə hesabat hazırlayıb Sizə təqdim edəcəyik.

Prezident İlham Əliyev: Yaxşı, bu il görüləsi işlər çoxdur. Əminəm ki, ilin sonunda biz şəhər nəqliyyatını daha da inkişaf etmiş halda görəcəyik. Çünki bir daha demək istəyirəm, bu, insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı üçündür. Onu da bildirməliyəm ki, dövlət xətti ilə böyük məbləğə alınan avtobuslar, əlbəttə, kommersiya baxımından bəlkə də 10 il, 20 ildən sonra özünü doğruldacaq. Biz bunu ona görə edirik ki, insanlar şəhər nəqliyyatından, avtobuslardan təhlükəsizlik şəraitində və rahat şəkildə istifadə etsinlər.
Almaniyada Ümumavropa Qarabağ mitinqi keçiriləcəkDünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə fevralın 22-si saat 13:00-da Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçiriləcək.

Avrasiya.net xəbər verir ki, Aksiyaya Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvlərinin qatılacağı gözlənilir.

Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində keçirilən mitinqin iştirakçıları “Qarabağa Azərbaycandır!”, “Biz terrora yox deyirik”, “Azərbaycan ədalət tələb edir!”, “Xocalıya biganə qalma!”, “Dinc və günahsızların qatillərinə ar olsun!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandırın!”, “Qarabağ haqqımızdır!” kimi şüarlarla beynəlxalq təşkilatlara çağırış edəcəklər.

Aksiya iştirakçıları 28 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırıma beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərə Ermənistanın riayət etməsini tələb edəcəklər.

Mitinq zamanı yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanılacaq.

Mitinqdə min nəfərdən çox soydaşımızın iştirakı gözlənilir. Ümumavropa Qarabağ mitinqinin sonunda yekun sənədin qəbulu və bir sıra beynəlxalq təşkilatlara ünvanlanması planlaşdırılıb.
Erməni ordusunda müəmmalı ölümlərin səbəbi – Polkovnik
Son zamanlar erməni mediasında Ermənistan ordusunda mövcud olan ölüm halları haqda çoxsaylı materiallar çap olunur.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistan ordusunda baş verən müəmmalı ölüm hallarını şərh edərkən deyib. Ekspert bildirib ki, Ermənistan cəmiyyətində gedən iqtisadi-sosial proseslər orduda da özünü büruzə verir:

“Erməni ordusunda ölüm hallarının artmasının bir səbəbi də Dağlıq Qarabağ erməniləri ilə Ermənistandan gələn ermənilər arasında qarşıdurmadır. Yəni bunlar bir-birilərini qəbul etmirlər. Oradakı hərbi hissələrdə komandirlərin çoxu Dağlıq Qarabağ erməniləri, əsgərlərin əksəriyyəti isə Ermənistandan gələnlərdir. Bunların arasında bu və digər formada gərginlik yaranır. Digər tərəfdən biz bilirik ki, Ermənistan ordusunda “dedovşina” deyilən mühit var. Bu, çox gərgin bir vəziyyətdir. Bu da öz nəticəsini göstərir”.

Ş.Ramaldanovun sözlərinə görə, qış fəslinin olması da Ermənistan ordusunda çətinlikləri artırır:

“Soyuq iqlim şəraiti, təminatın aşağı olması əlavə gərginlik yaradır. Ermənistandan gələn əsgərlər Dağlıq Qarabağda xidmət etmək istəmirlər. Ermənistan cəmiyyəti heç vaxt Dağlıq Qarabağı erməni torpağı kimi qəbul etmir. İstər əsgər anaları, istər cəmiyyəti, istər müxalifəti müəyyən vaxtlarda Dağlıq Qarabağ məsələsinin həll edilməsini tələb edirlər. Onlar Ermənistan vətəndaşlarının Dağlıq Qarabağda – özlərinin sözü ilə desək, yad torpaqlarda ölməsinə razı deyillər. Bildirirlər ki, Ermənistandan olan əsgərlər öz vətənini qorumalıdır.

Həmin əsgərlər psixoloji cəhətdən bu formada tərbiyə alır, böyüyürlər. Hərbi xidmət vaxtı gəlib çatanda onlar məcburiyyət qarşısında qalırlar və müəyyən psixoloji sarsıntı keçirirlər”.

Ermənistan ordusunda qeyri-döyüş şəraitində olan itkilərin döyüş şəraitində olan itkilərdən 3 dəfə çox olduğunu deyən hərbi ekspert vurğulayıb ki, bu, həmin problemlərin dərinliyini göstərir:

“Qarabağda göndərilən erməni əsgəri bilir ki, Azərbaycan torpağındadır. Azərbaycan ordusunun və ümumilikdə ölkəmizin gündən-günə güclənməsi, mövqeyinin möhkəmlənməsi, iqtisadiyyatının inkişafı, eyni zamanda beynəlxalq statistik vəziyyətə görə ordumuzun Ermənistan ordusundan bir neçə dəfə üstünlüyünün təsdiqi nəinki ekspertlər, hətta cəmiyyət tərəfindən qəbul edilən faktlardır. Erməni əsgəri yaxşı bilir ki, bu torpaqlar gec-tez geri qayıdacaq və azad ediləcək. Ona görə də bu münasibətlər qarşılıqlı inamsızlığa, fərariliyə, bir-birinə qarşı aqressiyaya səbəb olur”.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, yanvar ayından bəri 13 erməni əsgəri qeyri-döyüş şəraitində ölüb. Bunun nəticəsi olaraq qondarma Qarabağ rejiminin “müdafiə naziri” istefa verib.