Əliyev-Paşinyan debatından erməni mediası nələr yazır?
Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın panel müzakirələri Ermənistanda şok effekt yaradıb.

Axar.az xəbər verir ki, erməni mediası Nikol Paşinyanın səriştəısizliyi və qeyri-peşəkarlığı nəticəsində Azərbaycan liderindən ağır zərbələr aldığını şərh etməkdədir.

Erməni KİV-lərində yer alan sitatlardan bəzilərini diqqətinizə çatdırırıq:

“Münhendə hər şey açıq-aydın bəlli oldu: oyun qaydalarını kim diktə edirdi, kim isə ağ bayraq qaldırmışdı”.
“Paşinyan özünə yer tapa bilmirdi. Çıxışı boyu hərarətlə əl-qolunu oynadırdı. İzləyicilər üçün gülməli personaja çevrilmişdi”.
“Paşinyan çox sönük və özünü itirmiş görünürdü. Sanki dərsini oxumamış tələbədir. İlham Əliyevdən qorxduğu açıq-aydın görünürdü”.
“Erməni xalqını yetəri savada və psixoloji dayanıqlığa malik olmayan insanın təmsil etməsi üzücüdür”.
“Paşinyan sadəcə müzakirəyə hazır deyildi və hiss edilirdi ki, boş demaqoqluqdan savayı deməyə sözü yoxdur”.
“İlham Əliyev müzakirənin predmeti ilə bağlı öz mövqeyini qəti şəkildə ortaya qoydu: “Azərbaycan xalqı Şuşaya və digər işğal olunmuş bölgələrə qayıtmalıdır”.
“Daha bir vacib məqam: İlham Əliyev bir daha qeyd etdi ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Paşinyansa öz növbəsində buna veriləcək bir cavab tapmadı”.
“Paşinyanın göstərdiyi “şou” erməni xalqına ağır psixoloji zərbə oldu”.
Videoları yayılan meyxanaçı həbs edildi - FotoAbşeron rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Mehdiabad polisi sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən şəxsi ələ keçirib.

Belə ki, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Məmmədli kənd sakini, 54 yaşlı Abidin Məhərrəmov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə yanaşı, həmçinin "Facebook" və "İnstaqram" sosial şəbəkələrində meyxana sədaları altında onun təbliğini həyata keçirib.

A.Məhərrəmov "İnstaqram"da açıq-aşkar narkotik vasitənin təbliğini özündə əks etdirən video görüntüdə paylaşıb. Mehdiabad Polis bölməsinin əməkdaşları, dərhal A.Məhərrəmovun yerini müəyyən edərək onu saxlayıb. Üzərinə və yaşadığı Məmmədli kəndindəki evinə baxış keçirilən zaman oradan xüsusi bükümdə narkotik vasitə hesab edilən, təqribən, çəkisi 2 kq-a yaxın marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

54 yaşlı kişi bu kimi faktlarla polis bölməsinə gətirilərək istintaqa təhvil verilib. Saxlanılan şəxs narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.(Report)
Narkoloji Mərkəzdə dəhşət: Xəstə özünü asdı
Bakıda intihar hadisəsi baş verib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə Respublika Narkoloji Mərkəzində qeydə alınıb. Orada müalicə alan, Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Şahverdiyev Seymur Şahverdi oğlu otaqda özünü asıb.



Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.
AZE Nakhcivan-Köln SK Futbol Klubu rəsmən fəaliyyətə başladı
Almanyanın Köln şəhərində fəaliyyət göstərən AZE Nakhcivan-Köln SK Futbol Klubunun təqdimat mərasimi keçirilib. Klubun bazasında baş tutan açılış mərasiminə Türkiyə mediası da diqqət ayırıb. Tədbirdə Türkiyə və Azərbaycanın idman sahəsində işbirliyinin önəmi vurğulanıb.

Klubun prezidenti Aydın Karaca tədbirdə çxışında Almanyada yeganə Azərbaycan klubunun açılışını həyata keçirməkdən məmnunluğunu ifadə edib: “Biz Türkiyə türkləri Azərbaycanın qardaş toplumu olduğumuz üçün idman sahəsindəki bilgi və təcrübəmizi onlarla paylaşmaq istəyirik. Hədəfimiz uşaq futboluna diqqət ayırmaq, peşəkar və səviyyəli gənc futbolçular yetişdirməkdir. Azərbaycanlı övladlarımızın yüksək səviyyəli futbolçu olaraq yetişməsi bizim üçün vacib məsələdir. Çalışırıq ki, azərbaycanlı istedadlar daha yüksək səviyyəli məşq prosesindən keçsin. Uşaqlarımızın inkişaf etməsi və onların səslərinin Avropanın adlı-sanlı klublarından gəlməsi bizim üçün qürurdur”.
Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri və AZE Nakhcivan-Köln SK Futbol Klubunun vitse-prezidenti Rəşad Quliyev Avropadakı Azərbaycan türklərinin bir futbol klubu olmadığı üçün bu qərarı verdiklərini bildirib.
AZE Nakhcivan-Köln SK Futbol Klubu rəsmən fəaliyyətə başladı
Rəşad Quliyev klubun adının Naxçıvan olmasını xüsusi olaraq istədiklərini ifadə edib: “Bilirsiniz ki, Naxçıvan Türkiyə ilə sərhəddə muxtar respublikadır. Naxçıvanı və Naxçıvanın timsalında Azərbaycanı Avropada tanıtmaq, eyni zamanda Azərbaycan futboluna dəstək vermək üçün bu klubun açılmasına qərar verdik. Bilirsiniz ki, Almaniya futbolu reytinqinə görə dünyada 3-cü yerdədir. Burada uşaq futboluna fərqli yanaşma var. Hesab edirəm ki, Almaniya məktəbinin xüsusiyyətlərini mənimsəmək Azərbaycan futbolunun inkişafına müsbət təsir edəcək. Çox ciddi planlarımız var. Bu planların həyata keçirilməsi üçün var gücümüzlə çalışacağıq. Bu həm də bir milli məsələdir”.
Qeyd edək ki, iki illik fəaliyyətdən sonra açılışı həyata keçirilən AZE Nakhcivan-Köln SK Futbol Klubu rəsmən fəaliyyətə başlayıb.
Paşinyan çətin ki, bu zərbədən tezliklə ayılsınYeni Azərbaycan Partiyası ( YAP ) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov

Bu bir reallıqdır ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri və Ermənistanın işğalçılıq siyasətini dünyaya çatdırmaq üçün daim beynəlxalq tribunalardan öz kəskin və qətiyyətli mövqeyini ifadə edib. Dövlətimizin başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm açıqlamalarına hər zaman məqamında, daha uyğun məkanda cavab verməyi üstün tutur. Bununla da Prezident İlham Əliyev hücum taktikasından istifadə edərək, işğalçı Ermənistanın rəhbərliyinə siyasi kürsülərdən bir-birinin ardınca zərbələr vurmaqda davam edir.

Bildiyimiz kimi, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın mövqeyi tamam fərqlidir və söz sahibi Azərbaycandır. 15 fevral 2020-ci il tarixdə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ətrafında panel müzakirələr zamanı Azərbaycan Prezidenti İlham Əliyev konkret sənədlərə, tarixi faktlara və dəlillərə istinad edərək tutarlı və diplomatik çıxışı ilə Ermənistanın baş naziri Nikol Paşinyana növbəti sərt sillə vurmuş oldu. Ölkə başçısının çıxışı çox qətiyyətli, tarixi, həm də gözlənilən idi. Paşinyan çətin ki, bu zərbədən tezliklə ayılsın. Yenidən Azərbaycan dövlətinin hücum taktikası Ermənistanı və onun baş nazirini iflic halına saldı. Bu çıxışa cavab verməyə cəhd göstərən Ermənistan baş naziri Nikol Paşinyanın gülünc və cəfəng fikirləri isə Prezident İlham Əliyev tərəfindən cavab çıxışı ilə böyük ustalıqla darmadağın edildi. Yəqin ki artıq Ermənistan hökumətinin başçısının bu fikirləri hətta Ermənistanın özündə belə gülüş və məsxərə obyektinə çevrilib. Paşinyanın səsləndirdiyi fikirlər isə onun yalan və militarist ritorikadan çıxış etdiyini, siyasətdən xəbərsiz olduğunu, tarixi faktları isə hələ də dərindən araşdırmadığını bir daha təsdiqlədi. Ümumiyyətlə, Ermənistan baş naziri Nikol Paşinyan işğalçı ölkənin rəhbəridir və istənilən bəyanatlarla da çıxış edə bilər. Sadəcə olaraq heç buna ehtiyac da yoxdur. Çünki Paşinyanın bəyanatları o qədər təzadlıdır ki, o ciddi bir siyasətçi kimi qəbul olunmur. Hansı bəyanatla çıxış etməsindən asılı olmuyaraq işğalçı ölkənin baş naziri ancaq öz ölkəsinə və öz nüfuzuna zərər gətirir.

Beləliklə, bu faktlar, bir daha göstərir ki, Paşinyanın yürütdüyü siyasət qeyri-adekvatdır. Onun atdığı addımlar da peşəkar siyasətçiyə yaraşmır. O, ümumi siyasi prinsiplərə zidd olan addımlar atmaqda davam edir. Əsas məqam odur ki, Prezident İlham Əliyevin çox mühüm yüksək səviyyəli siyasi, peşəkar çıxışı Paşinyan üzərindəki növbəti üstün həlledici zərbə oldu. Bununla da qeyd etmək olar ki, cənab İlham Əliyev növbəti dəfə təkcə Paşinyan üzərində deyil, Ermənistan üzərində ciddi siyasi qələbəsini qazandı.
MSK bu gün yenidən toplanir -Bu dairələr üzrə qərar veriləcək
9 fevral tarixində keçirilən parlament seçkilərinin nəticələri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) bu gün yenidən toplanır.

Bu gün MSK sədri Məzahir Pəhanovun sədrliyi ilə keçiriləcək toplantıda bir sıra qərarlar veriləcək. Qeyd edək ki, fevralın 13-da və 15-də MSK-nın keçirilən iclasında 40-dən çox seçki dairəsi ilə bağlı daxil olan şikayətlər yenidən baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib. MSK bunların bəzilərindən daxil olan müraciətlərə baxılacağı gözlənilir:

Araşdırılan 40-dan çox seçki dairəsi:

- 91 saylı Ucar seçki dairəsi

- 81 saylı Beyləqan seçki dairəsi

- 72 saylı Yardımlı-Masallı seçki dairəsi

- 95 saylı Tərtər seçki dairəsi

- 42 saylı Sumqayıt ikinci seçki dairəsi

- 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi

- 15 saylı Yasamal birinci seçki dairəsi

- 28 saylı Sabunçu üçüncü seçki dairəsi

- 79 saylı İmişli seçki dairəsi

- 60 saylı Salyan-Neftçala seçki dairəsi

- 8 saylı Binəqədi Birinci,

- 12 saylı Qaradağ-Binəqədi,

- 13 saylı Xəzər-Pirallahı,

- 15 saylı Yasamal Birinci,

- 16 Yasamal İkinci,

- 17 saylı Yasamal Üçüncü,

- 18 saylı Nərimanov-Nizami,

- 22 saylı Nəsimi İkinci,

- 23 saylı Nəsimi-Səbail,

- 29 saylı Səbail,

- 31 saylı Suraxanı İkinci,

- 32 saylı Suraxanı Üçüncü,

- 34 saylı Xətai İkinci,

- 40 saylı Kəpəz İkinci,

- 46 saylı Şirvan,

- 47 saylı Mingəçevir,

- 56 saylı Xaçmaz Kənd,

- 60 saylı Salyan-Neftçala,

- 63 saylı Sabirabad Birinci,

- 72 saylı Yardımlı-Masallı,

- 79 saylı İmişli Şəhər,

- 82 saylı Ağcabədi,

- 84 saylı Füzuli,

- 91 saylı Ucar,

- 94 saylı Bərdə Kənd,

- 88 saylı Göyçay,

- 98 saylı Şəmkir Şəhər,

- 106 saylı Tovuz-Qazax-Ağstafa,

- 107 saylı Qazax,

- 112 saylı Qax,

- 118 saylı Ağdam Şəhər Seçki dairələri.

-120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi.

(Unikal.org)
Əsədə GÜCLÜ ZƏRBƏ: yüzlərlə əsgəri və silahı məhv edildi
Suriyanın İdlib şəhərində dinc sakinlərə hücum edən Dəməşq rejimi Türkiyə Silahlı Qüvvələri ilə yanaşı, son dövrlərdə hərbi müxaliflərdən də zərbə üstünə zərbə alır.

Publika.az xəbər verir ki, son 15 gündə İdlib və Hələbdəki hücumlarda yüzlərlə rejim əsgəri öldürülüb. Rejimin 3 hərbi helikopteri, 25 tankı, 14 avtomobili, 3 zirehli daşıyıcı avtomobili, 2 pilotsuz uçuş aparatı, 8 təyyarə əleyhinə raketi və 5 rampası məhv edilib. Bundan başqa, müxaliflər 5 tank, 1 yüngül zirehli “Şilka”, 1 iş aparatı və 106 mm-lik top ələ keçirib.

Qeyd edək ki, 2018-ci ilin avqust ayında Rusiya ilə Türkiyə arasında Soçi memorandumunun imzalanmasından etibarən rejim və dəstəkçilərinin İdlibə hücumları nəticəsində 1800-dən çox dinc sakin həlak olub. 2019-cu ilin yanvar ayından bəri Suriya-Türkiyə sərhədinə köç edənlərin sayı 1 milyon 794 minə çatıb.
Koronavirus şübhəsi ilə bağlı Bakıda 2 nəfər müalicə alır
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Avrasiya.net xəbər verir ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə fevralın 17-si üçün yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var.

Belə ki, bu şəxslər Çinin Çançun şəhərində təhsil alan 1994-cü il təvəllüdlü və Çinin Uhan şəhərində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşlarıdır.

Qeyd edilən tələbələr fevralın 1-i Uhan-Ankara aviareysi ilə Ankara şəhərinə gəliblər və orada karantinə yerləşdiriliblər. Karantin müddətində Türkiyədə alınan analizlərin cavabları mənfi olub, yəni onların səhhətində heç bir problem aşkarlanmayıb. Karantin müddəti bitdikdən sonra Bakıya qayıdan zaman bədənlərinin hərarəti normadan bir qədər yüksək olduğu üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Bu gün saat 07:30 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.

Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada 1 nəfər qalır. Onun karantin müddəti fevralın 18-i bitir. Vəziyyəti normaldır heç bir şikayəti yoxdur.

Amerikalı professordan Nikolu darmadağın edən - Sual
Amerikalı professor Brenda Şaffer Ermənistanın Baş naziri Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransında “Dağlıq Qarabağ Ermənistandan ayrı bir subyektdir” bəyanatını şərh edib.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, bunu professor öz Tvitter səhifəsində yazıb.

“Nikol Paşinyan, siz Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağın Ermənistandan ayrı bir subyektdir deyirsiniz. O zaman niyə sizin öz oğlunuz Dağlıq Qarabağda hərbi xidmətə gedib?” - B.Şaffer bildirib.

Qeyd edək ki, Brenda Şaffer Corctaun Universitetinin professorudur. O, xarici siyasət və energetika siyasəti üzrə mütəxəssisdir. Həmçinin professor Massaçusets Texnologiya İnstitutunda (MIT) nəşr edilmiş “Sərhədlər və qardaşar: İran və azərbaycanlı kimliyinin formalaşması" kitabının müəllifidir.
Nikolun Münhendə Xocalı yalanına Sərkisyanın cavabı
Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan panel müzakirələrində diqqət çəkən ən mühüm məqamlardan biri də Xocalı soyqırımı ilə bağlı erməni tərəfinin səsləndirdiyi fikirlər oldu.

Nikol Paşinyan bu soyqırımda “azərbaycanlıların əlinin olması” barədə Ayaz Mütəllibovun vaxtilə dediklərinə istinad etməyə uğursuz bir cəhd etdi və əlbəttə, cavabını da aldı. Bu cavablar sırasına Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun rəsmi açıqlamasını dərhal əlavə etməklə məsələni bağlamaq olardı, ancaq…

Məsələ burasındadır ki, bu fikir – yəni Ayaz Mütəllibovun Xocalı qətliamını azərbaycanlıların törətdiyi barədə mövqeyi bugün meydana gəlməyib. Ayaz Mütəllibov vaxtilə Xocalı faciəsindən onun hakimiyyətdən devrilməsi üçün istifadə edildiyini bildirmişdi. Həmin vaxt böyük qalmaqala səbəb olan açıqlaması zamanı AXC-ni onu bu qətliamın qarşısını almağa mane olmaqda və ya qətliama imkan verməkdə suçlamışdı.

Adi bir açıqlama idi: böyük bir faciə, qətliam baş vermişdi, ölkə rəhbəri müxalifəti ona mane olmaqda, müharibə aparan respublikanı iflic etməkdə suçlayır, bütün uğursuzluqlarında AXC-ni günahkar görürdü, AXC isə əksinə, bu qətliama Ayaz Mütəllibovun səriştəsizliyinin səbəb olduğunu bildirirdi.

Nəticə özünü çox gözlətmədi və bu qətliamdan bir həftə sonra Ayaz Mütəllibov istefa verdi.

O ərəfədə faciənin dəhşəti fonunda qarşılıqlı ittihamlar normal sayılmalıdır və əlbəttə ki, burda qətliamı törətməkdən yox, onun qarşısını almaqdan, daxili mübarizəyə başı qarışanların ciddi səhvlərindən söhbət gedirdi, bunun uşaq, qoca, qadın demədən, yüzlərlə insanı güllələyən erməni vəhşiliyinə heç bir aidiyyəti yoxdur.

Ancaq təəssüf ki, illərlə bu qarşılıqlı siyasi ittihamlar birilərinin əlində sui-istifadə vasitəsinə çevrildi. İş o yerə çatdı ki, kimə və hara işlədikləri bəlli olmayan Azərbaycandakı bəzi media orqanları Ayaz Mütəllibovun həmin açıqlamalarını kontekstdən çıxararaq, məqalələrinə saldılar və rusca tirajlanan bu məqalələr dərhal erməni mediasında manşetlərə daşındı. Nə qədər təəssüfverici olsa da, bu məqalələr hazırda da ermənilərin aktivliyi sayəsində internet resurslarında ciddi surətdə yayılıb.

Halbuki bütün bunların yalan, qarşılıqlı siyasi ittihamlardan doğan suçlamalar olduğunu hamı yaxşı bilirdi – elə o məqaləni yazanlar da.

Ancaq 1992-ci ildə isə Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edən Serj Sərkisyanın 2000-ci ildə rəsmi müsahibəsi nə siyasi ittiham idi, nə də kiməsə cavab: bu, Xocalı ilə bağlı erməni düşüncəsinin ifadəsi idi.

Və bu müsahibə heç də erməni və ya rus jurnalistə verilməmişdi - məşhur ingilis jurnalisti, politoloqu, Karnegi Fondunun proqram direktoru Tomas de Vaala verilmişdi.

Müsahibə 2000-ci ilin dekabrın 15-də alınmışdı, o zaman Serj Sərkisyan Ermənistanın müdafiə naziri idi. De Vaal bu müsahibəni 2003-cü ildə Nyu Yorkda ingiliscə, 2005-ci ildə Sankt-Peterburqda rusca nəşr edilən “Qarabağ – qara bağ” kitabına daxil etmişdi.

Dərhal əlavə edək ki, kitab və orda əksini tapan məqamlar qətiyyən Azərbaycan və azərbaycanlıların mövqeyindən deyil. Bir çox məqamda Tomas de Vaal ciddi şəkildə xristian təəssübkeşliyi də nümayiş etdirir. Məsələn, Albaniya knyazı Həsən Cəlalı erməni kimi təqdim edir, Qandsazar məbədini alban tarixi abidəsi deyil, erməni məbədi sayır və Qarabağın "erməni knyazları və yepiskoplarının tarixi sığınacağı, müsəlman-türk dünyası qarşısında xristian sivilizasiyasının sonuncu forpostu" olduğunu yazır…

Əslində erməni liderlərin danışdığı kitabda Tomas de Vaalın əvvəldə vəd etdiyi “bitərəf qalmaq istəyinə” görə deyil, Sərkisyanın müsahibəsində işlətdiyi sözlərə görə bu kitab Azərbaycan həqiqətlərinin ifadəsinə çevrildi. Yalnız Sərkisyanın o sözünü biz dünyaya fakt kimi təqdim edəndə ermənilər “ayıldılar”və Tomas de Vaala qarşı hücuma keçərək, onu təhrif etməkdə, yalan tirajlamaqda ittiham etdilər.

De Vaal isə bunun ardınca Sərkisyanla müsahibənin tam mətnini dərc etdi və heç bir yanlış və təhrifə yol vermədiyini rəsmən elan etdi.

De Vaalın Sərkisyanla müsahibəsinin həmin hissəsini bir daha oxuculara təqdim etməklə, növbəti xatırlatmanı edək: nə vaxtsa azərbaycanlıların Xocalı qətliamında iştirakı ilə bağlı yalanı tirajlayan və bununla erməni mediasının “əsaslandığı mənbəsinə” çevirənlər heç olmasa bu gün ortaya çıxıb, o zaman bu addımı nəyin qarşılığında atdıqlarını mütləq deməlidirlər ki, tarixdə yalan qalmasın – nəvə-nəticələrimiz üçün ermənilərlə üz-üzə gələndə daha çox fakt olsun.

Beləliklə, Tomas de Vaalın Sərkisyanla müsahibəsindən sözügedən parça:

Tomas de Vaal: ...Məndə olan məlumata görə, 366-cı alay sizə kömək edirdi, Xocalıda sizə dəstək olub və 1992-ci ilin sentyabrında Azərbaycanın hücumunun qarşısını almaq üçün rusların yardımı olub.

Serj Sərkisyan: Mən 366-cı alayın bəzi zabitlərinin müəyyən mənada iştirakını inkar etmirəm, amma, birincisi, bu alay bizə deyil, özlərinə kömək edirdi, çünki azərbaycanlılar “Qrad”la təkcə bizə deyil, 366-cı alaya da zərbə endiriblər. Odur ki, qoy onlar öz əməlləri barədə düşünsünlər.

İkincisi, 366-cı alayda çox sayda erməni zabiti var idi, onlar komandanlıqdan xəbərsiz bizə kömək edə bilərdilər. Və belə də etdilər. Qarabağ ordusunun hazırki komandanı, general-leytenant Seyran Ohanyan orada batalyon komandiri idi. O bizə necə kömək etməyə bilərdi? Amma bir neçə zabir bizə kömək edibsə, bunun 366-cı alayla heç bir əlaqəsi yoxdur.

Tomas de Vaal: Ordunun peşəkarlaşma dərəcəsindən danışırıqsa, mən də Xocalı ilə bağlı sual vermək istəyirdim. Çünki heç kim çox sayda azərbaycanlının Xocalıdan qaçarkən həlak olduğunu və bunun Əsgəran yaxınlığındakı hansısa Qarabağ dəstələrinin işi olduğunu inkar etmir. Amma, niyə siz bunu peşəkar Qarabağ əsgərlərinin deyil, qəzəblənmiş insanların törətdiyini deyirsiniz?

Serj Sərkisyan: Bilirsiniz, belə şeylər haqqında açıq danışmırlar. Nə demək mümkündürsə, onu deyirlər. Mən də belə edəcəyəm. Birincisi, Azərbaycanın keçmiş rəhbəri deyirdi ki, bu, ermənilər deyil, azərbaycanlılar özləri idi. Amma deyim ki, həqiqət başqa ola bilər. Xocalı bir vaxtlar bütün Qarabağı çox bezdirirdi, çünki orada aeroport var idi, Ermənistanla yeganə əlaqəmiz hava nəqliyyatı ilə idi, çünki orada OMON var idi, orada nə isə araşdırırdılar, insanları həbs edirdilər.

Bundan başqa, demək olar ki, Stepanakertin (Xankəndi nəzərdə tutulur - red) tam yaxınlığında yerləşən Xocalı sakinləri oranı atəşə tutdular. Amma, zənnimcə, əsas məsələ başqa şeydədir. Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu.

Bu gənclərin arasında Bakıdan, Sumqayıtdan qaçanlar da olduğunu nəzərə almaq lazımdır. Baxmayaraq ki, mənim fikrimcə çox şey şişirdilib. Azərbaycanlılara hər-hansı yeri Sumqayıtla eyniləşdirmək üçün bəhanə lazım idi. Amma onları heç cürə müqayisə etmək olmaz. Bəli, Xocalıda da həqiqətən dinc əhali var idi. Amma dinc əhali ilə birgə əsgərlər də var idi. Və güllə uçarkən dinc sakini əsgərdən fərqləndirmir, onun gözü yoxdur. Getmək üçün gözəl imkan olmasına baxmayaraq, dinc əhali orada qalırsa, deməli o da döyüş əməliyyatlarında iştirak edir...

Tomas de Vaal: Mənə elə gəlir ki, sadəcə olaraq, siz adətən dəhliz qoyurdunuz ki...

Serj Sərkisyan: Bu, əsasən Xocalıdan sonra belə oldu. Çünki əslində bizim müharibəmiz başqalarından bir qədər fərqlənirdi. Bizdə elə alındı ki, müəyyən etnik təmizləmə gedirdi. Başqa cür ola da bilməzdi...