"İrəvana hər gün tabutlar getməlidir" - Qüdrət Həsənquliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsinin sədri, millət vəkili Qüdrət Həsənquliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə Erəmənistanın baş naziri Paşinyan arasında keçirilən debatla bağlı müsahibə verib.

Avrasiya.net müsahibəni təqdim edir:

- Həmin debat Ermənistanın işğalçı dövlət kimi növbəti ifşası və Azərbaycanın böyük diplomatik qələbəsi idi. Bu debatdan sonra İlham Əliyevi Qarabağla bağlı ittiham edən rəqibləri belə onun diplomatik bacarığını, siyasi gücünü və milli maraqları müdafiə edərkən, qətiyyətli və güzəştsiz mövqeyini etiraf etməli oldular.

Təkcə bizimkilərin deyil, Ermənistan, Türkiyə, Rusiya və regionda marağı olan digər ölkələrin siyasətçiləri və siyasi ekspertləri də Əliyevin Paşinyandan təhsil, ingilis dilində fikirlərini ifadə etmək qabiliyyəti və öz mövqeyini müdafiə etmək bacarığı baxımından çox yüksəkdə dayandığını qeyd etdilər. Hamı bir daha əmin oldu ki, Ermənistan işğalçı dövlətdir və müxtəlif bəhanələrlə mövcud status-kvonu qoruyub saxlamaq istəyir.

Yeri gəlmişkən, Ermənistan baş nazirinin öz kütbeyinliyini göstərən "Azərbaycan müstəqil ölkə olaraq Sovet İttifaqının ərazi bütövlüyünə hörmət etmişdimi? Azərbaycan Sovet İttifaqını tərk etdiyi kimi, eyni yolla Dağlıq Qarabağ da Sovet İttifaqını tərk edib" fikri barədə onu demək istəyirəm ki, SSRİ-ni təşkili haqqında 30 dekabr 1922-ci tarixli "İttifaq Müqaviləsi"nin 26-cı maddəsinə görə, hər bir respublikanın SSRİ-nin tərkibindən çıxmaq hüququ var idi. Bu, SSRİ-nin sonuncu - 1977-ci il Konstitusiyasının 72-ci maddəsində də nəzərdə tutulmuşdu. Bu hüquq SSRİ-nin 1924 və 1936-cı il Konstitusiyalarında da mövcud idi.1977-ci il Konstitusiyasının 76-cı maddəsində hər bir respublikanın suveren dövlət olması qeyd olunurdu. 80-ci maddədə isə qeyd olunurdu ki, hər bir respublika xarici ölkələrlə əlaqə qura, beynəlxalq təşkilatların üzvü ola bilər.

Təsadüfi deyil ki, Ukrayna və Belarus da BMT-nin üzvü idi. Amma nəinki muxtar vilayətlər, hətta muxtar respublikalar üçün belə bir hüquq nə SSRI, nə də Müttəfiq Respublikaların Konstitusiyalarında nəzərdə tutulmuşdu. Ona görə də Çeçenistan Respublikasının Rusiya Federasiyasından ayrılmaq cəhdi uğursuzluğa düçar oldu, ona baha başa gəldi.

- Paşinyanın Xocalı soyqırımı barədə dediklərinə münasibətiniz necədir?

- İlham Əliyev Paşinyanın yalan danışdığını sübut etməklə yanaşı, həm də dünya ictimaiyyətinə mesaj verdi ki, dünya erməniləri xarici ölkələrin mətbuatında necə böyük yalanlar dərc etdirib, həqiqəti ört-basdır etmək istəyirlər. Prezident bəyan etdi ki, Xocalı soyqırımını azərbaycanlıların özünün törətməsi barədə Mütəllibovun hansısa müsahibəsinə istinad etmək absurddur, çünki Mütəllibov sağdır və o, dəfələrlə belə bir söz demədiyini bəyan edib.

- Bu görüşün Azərbaycan üçün əhəmiyyəti nədən ibarət oldu?

- Belə bir debat ilk dəfə keçirildiyi üçün ona çox böyük beynəlxalq diqqət yönəlmişdi. Bu görüş Ermənistanda böyük mənəvi və psixoloji sarsıntı yaradıb. Dünya Ermənistanın yalançı, beynəlxalq hüquqa hörmət etməyən, işğalçı, amma rəzil durumda olmasını bir daha gördü. Hamı əmin oldu ki, kənar dəstək olmasa, rəhbəri Azərbaycan Prezidenti qarşısında pişiyə dönmüş bu ölkə 30 il ərzində bizim torpaqları işğal altında saxlaya bilməz. Bu cür açıq debatın bağlı qapılar arxasında keçirilən danışıqlara mütləq təsiri olacaqdır. Azərbaycan islahatları genişləndirməklə beynəlxalq nüfuzunu yüksəltməli, iqtisadiyyatını və ordusunu gücləndirməklə Ermənistana təzyiqləri artırmalıdır.

Paşiyan danışıqlarda konstruktiv mövqe tutmadığı üçün ona ayrılmış vaxt artıq bitib. Biz çalışmalıyıq ki, işğalçı ordunun əsgərlərini, hələlik geniş hərbi əməliyyatlara başlamasaq da, hər gün öldürək.

İrəvana tabutlar getməlidir. Ermənistan başa düşməlidir ki, işğala son qoymasa, ona güc tətbiqi qaçılmaz olacaq.
11 azərbaycanlı namizəd 1 namizəd ətrafında birləşdi
Fevralın 21-i İranda keçiriləcək parlament seçkilərinə Sulduz şəhərindən namizəd olan azərbaycanlıların sayının 12-yə çatması şəhər ziyalıları arasında narahatlıq doğurub.

Bu sözləri Axar.az-a açıqlamasında milli-mədəni fəal Nadir Sulduzlu deyib. O bildirib ki, namizədlərin sayı çox olarsa, azərbaycanlılar seçkidə lazımi səsi toplamaya bilər:

“Hər kəs anlayırdı ki, 10-11 namizəd olarsa, azərbaycanlı namizəd məclisə getmək üçün yetərli sayda səs toplaya bilməyəcək, səslər bölünəcək. Bu səbəbdən Sulduzun ağsaqqalları və ziyalıları birlik yaradaraq toplantılar keçirdilər. Toplantılar çərçivəsində namizədlərlə danışıqlar aparıldı. Nəhayət, birliyin sonuncu iclasında namizədlər aralarından birinin namizədliyini irəli sürməyə, digərlərinin isə geri çəkilməsinə qərar verdilər. Qərara əsasən, Əli Zəncaninin namizədliyi irəli sürüldü”.

Fəal vurğulayıb ki, şəhərin qeyri-azərbaycanlı əhalisi arasında birlik var:

“Onların önündə durmaq, Məclisə azərbaycanlı namizədimizi göndərmək üçün bu birliyin yaradılması mütləq idi. Səbəb isə kürd namizədin 8 il boyunca məclisdə Sulduzu kürdləşdirməyə çalışmasıdır. Buna görə istəyirik ki, azərbaycanlı (türk) namizədimizi qalib edək və bu şəxs vasitəsilə Sulduzun Azərbaycan türklərinin olduğunu hər kəsə çatdıraq. İran məclisində 290 nəfər nümayəndədən yalnız biri Sulduzu təmsil edir. Sulduz deyərkən burada Sulduz-Üçnəviyə-Mohəmmədyar-Nalos adlanan 4 məntəqədən söhbət gedir”.

O bildirib ki, Sulduzda 1980-ci ildə Azərbaycan türklərilə kürdlər arasında qarşıdurmaya görə bu seçkilər bölgə üçün siyasi missiyaya çevrilib:

“Sulduzda 1980-ci ildə türklərlə kürdlər arasında qarşıdurma baş verdi. O vaxtdan bəri türklərlə kürdlər arasında bu dava davam edir. Bu səbəbdən də sözügedən seçkilər çox mühüm əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, fevralın 21-də İranda parlament seçkiləri keçiriləcək.

Azərbaycanlı jurnalistin Quzey Kıbrıs haqqında kitabı çap olunub
Kitab Azərbaycan dili ilə yanaşı, ingilis və türk dillərində də oxuculara təqdim olunacaq.

Jurnalist Böyükağa Mikayıllının “Dünyanın Kıbrısı, Kıbrısın dünyası” adlı kitabı çapdan çıxıb.

Müəllif bu kitabda Akdənizin inci suları ilə əhatələnmiş Kıbrıs adasının tarixindən, adanın ən qədim sakinləri olan türklərin milli-mənəvi dəyərlərindən, adət-ənənələrindən, adanın dünyada tanınan görkəmli şəxsiyyətlərinin həyatından bəhs edir. Quzey Kıbrıs Türk Cümhuriyyətinin yaradılması, xüsusilə 1950-ci illərdən sonra adada baş verən siyasi hadisələr, rum millətçilərinin türklərə qarşı törətdikləri soyqırım, Türkiyə Cümhuriyyətinin həyata keçirdiyi Barış hərəkatı, Kıbrıs türklərinin öz haqları uğrunda apardıqları qəhrəmanlıq mübarizəsi aydın şəkildə, faktlara istinad edilməklə oxucuya çatdırılır.

Kitabda Barış hərəkatından sonra Quzey Kıbrıs Türk Cümhuriyyətinin həyatında müsbətə doğru baş verən dəyişikliklər, ictimai-siyasi sabitliyin bərpa olunması, ölkənin dinamik inkişaf yoluna qədəm qoyması, xüsusilə təhsil sahəsinin inkişafı, dünyanın qabaqcıl universitetləri ilə rəqabət apara biləcək ali təhsil müəssisələrinin yaradılması jurnalistin araşdırdığı əsas sahələr kimi diqqəti cəlb edir. Jurnalist Quzey Kıbrısı addım-addım gəzərək Kıbrıs türkünün məişətini, həyat tərzini, arzu və istəklərini, inancını, tarixdən bu günə yaradıcılıq imkanlarını, sarsılmaz ruhunu, bu ruhun yaratdığı, miras qoyduğu əzəmətli tarixi abidələri, mədəniyyət incilərini dünya oxucusuna göstərir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın Quzey Kıbrısa səyahət edənlər, təhsil mütəxəssisləri, müəllimlər, Kıbrısın tarixini araşdıranlar, bu ölkədə təhsil almaq arzusunda olanlar, ümumiyyətlə ürəyində Kıbrıs sevgisi yaşadanlar üçün maraqlı olacağına inanırıq.
Qeyd edək ki, kitabın Azərbaycan və ingilis dillərində versiyaları çap olunub. Yaxın günlərdə Türkcəyə uyğunlaşdırılmış variant oxuculara təqdim ediləcək.
İran Azərbaycanı uğurlu parlament seçkiləri münasibətilə təbrik etdi
İran İslam Respublikası Azərbaycanda uğurlu parlament seçkilərinin keçirilməsi münasibəti ilə Azərbaycan dövləti və xalqını təbrik edir. Bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Abbas Musəvi deyib.

Bu barədə Trend İran XİN-in informasiya portalına istinadən məlumat verib.

Nazirlik rəsmisi ümidvar olduğunu bildirib ki, iki ölkə münasibətləri daha da inkişaf edəcək.

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.
İmamverdi İsmayılovun lider olduğu dairədə nəticələr dəyişmədi
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə daxil olan şikayətə baxılıb.

Avrasiya.net xəbər verir ki, şikayət həmin dairədən deputatlığa namizəd Anar Əsədli tərəfindən verilib.

A.Əsədli şikayətində 125 saylı Dairə Seçki Komissiyasının (DSK) hərəkətsizliyini iddia edib.

Müraciət araşdırılıb və DSK-nın hərəkətsizliyi ilə bağlı iddia təsdiqini tapmadığına görə şikayət təmin edilməyib.



Qeyd edək ki, həmin dairədə lider namizəd İmamverdi İsmayılovdur.
MSK sədri: “Özünüzü təbliğ edin, amma bizi gözdən salmayın”
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov çağırış edib.

Avrasiya.net-in məlumatına görə, M.Pənahov bəzi deputatlığa namizədlərə müraciət edərək deyib ki, onlar özlərini təbliğ edə bilərlər.

Bununla belə, o bildirib:


Özünüzü təbliğ edin, amma bizi də gözdən salmayın”, - deyə M.Pənahov əlavə edib.



Onun sözlərinə görə, MSK-ya daxil olan müraciətlərin hamısına baxılır.
Ləman Ələşrəfqızı ilə Afət Telmanqızı “REAL”dan getmə səbəblərini açıqladılar
“REAL” TV-nin əməkdaşları Ləman Ələşrəfqızı, Afət Telmanqızı və İlqar Mikayıloğlu televiziyadakı işlərindən ayrılıb.

Bu barədə Modern.az-a danışan Afət Telmanqızı bildirib ki, qarşılarına qoyulan şərtə görə ikinci yolu seçmək məcburiyyətində qalıblar:

“İşdən çıxarılmağımızın səbəbi seçkilərlə bağlı sosial şəbəkədə yazdıqlarımıza görədir. Qarşımıza belə bir şərt qoyuldu. Ya statusları silməlisiniz, ya da işdən çıxarılırsız. Biz də ikinci yolu seçdik”.

Ləman Ələşrəfqızı isə “Qafqazinfo”ya açıqlamasında işdən ayrılmasına bu cür münasibət bildirib:

“Rəhbərlik müqavilənin vaxtını uzatmaqda maraqlı olmadı və mənlə işləməyi arzulamadı.Televiziya rəhbərliyi bizi istəmirsə, biz də orda işləməyi istəmirik”.



Qeyd edək ki, Afət Telmanqızı 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən, Ləman Ələşrəfqızı isə 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü.

Nazir əmr imzaladı, yeni idarələr yaradıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsi, Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi və Məhkəmə Mübahisələri ilə İş İdarəsi yaradılıb.

ƏƏSMN-dən Axar.az-a verilən məlumata görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri müvafiq əmr imzalayıb.

Belə ki, Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsi ilkin mərhələdə DSMF-nin Bakının Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Suraxanı, Xətai, Xəzər rayon şöbələri və 1 saylı Bakı şəhər Ərazi şöbəsi üzrə mühasibat uçotunu mərkəzləşdirilmiş qaydada həyata keçirəcək.

Habelə ilkin mərhələdə Fondun Bakının Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Suraxanı, Xətai, Xəzər rayon şöbələri üzrə “Əmək pensiyaları haqqında” Qanunun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyalarının, habelə (məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli şəxslərə və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla,) əhaliyə digər əmək pensiyalarının, sosial müavinətlərin, ayrı-ayrı kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdlərinin, kompensasiyaların təyinatını, yenidən hesablanmasını və bir növdən başqa növə keçirilməsini mərkəzləşdirilmiş qaydada Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi yerinə yetirəcək.

Məhkəmə Mübahisələri ilə İş İdarəsi isə Fondun Bakının Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Suraxanı, Xətai, Xəzər rayon şöbələrini və 1 saylı Bakı şəhər Ərazi şöbəsini məhkəmələrdə cavabdeh, iddiaçı və üçüncü şəxs qismində iştirak etdikləri işlər üzrə təmsil edəcək.

Nazirliyin əmri ilə həmçinin Fondun Bakı şəhər İdarəsi Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi adlandırılıb. Bu idarə DSMF-nin şəhər və rayon şöbələri üzrə sığortaedənlərin və sığortaolunanların məcburi dövlət sosial sığorta və fərdi uçot məqsədləri üçün uçotunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin edəcək.

Bu struktur islahatı DSMF-nin yerli orqanlarının fəaliyyətinin və xərclərinin optimallaşdırlmasına, habelə idarəetmənin təkmilləşdirilməsinə, əhaliyə xidmətlərin keyfiyyətinin və operativliyinin artırılmasına xidmət edir.

OBA marketin qadın satıcısı bıçaqlandı
Bakıda qadın tanışı tərəfindən bıçaqlanıb.

Report xəbər verir ki, hadisə fevralın 16-da, saat 08:30 radələrində, Xətai rayonu, General Mehmandarov küçəsi, 39C ünvanında yerləşən "OBA market"də qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Gülnar Əliyeva satıcı işlədiyi "OBA market"də aralarında yaranmış məişət mübahisəsi zəminində tanışı, 1987-ci il təvəllüdlü Taleh Məmmədov tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı Sabunçu Kliniki Xəstəxanasına yerləşdirilib və cərrahi əməliyyatı olunub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci Qəsədən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Bəzi dairələrdən şikayətlər DSK-lara göndərildi
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı bəzi seçki dairələrindən deputatlığa namizədlərin müraciətlərinə baxılıb.

Avrasiya.net-in məlumatına görə, müraciətlər barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

İclasda 88 saylı Göyçay, 46 saylı Şirvan, 54 saylı Qusar, 42 saylı Sumqayıt ikinci seçki dairələrindən edilmiş şikayətlərin baxılması üçün dairə seçki komissiyalarına (DSK) göndərilməsinə qərar verilib.