Mənsimovdan Əliyev-Paşinyan debatına: Milçək kimi...
Dünən Münhendə ermənilər rəzil oldular, onlar dünyanın gözü qarşısında özlərini biabır etdilər.

Avrasiya.net xəbər verir ki, bu sözləri azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ötən gün Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı panel müzakirələrinə münasibət bildirərkən deyib.

“Sözün düzü, ilk dəfə idi ki, belə həzz alırdım. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həm tarixi arqumentləri, həm də beynəlxalq hüquq baxımından Ermənistanın baş dığası Paşinyanı diz çökdürdü. Paşinyan məcbur edildi ki, o, bir tərəfdən Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini etiraf etsin, ikincisi, özünün savadsızlığını və səriştəsizliyini nümayiş etdirsin”, - M.Mənsimov bildirib.

Azərbaycanlı milyarder qeyd edib ki, bu hadisə 2007-ci ildə Putinlə birgə bağlı qapılar arxasında keçirilən görüşdə İlham Əliyevin sözlərini yadına salıb:

“Mən o vaxt qürur duymuşdum, hətta buna görə sayın Əliyevə öz minnətdarlığımı da bildirdim. Və dünən Münhendə İlham Əliyev Paşinyanı milçək kimi tapdaladı, Paşinyan isə bir siyasətçi və elə bir sivil insan kimi də bitdiyini rəsmən bəyan etdi. İlham Əliyev Azərbaycanın dövlət başçısı kimi onun dərsini çox əla şəkildə verdi və tək ermənilərə yox, bütün dünyaya açıq mesaj verdi ki, ermənilər ikinci dəfə dövlət qurmaq üçün başqa yer tapsınlar, Azərbaycanda yox. Bu söz Paşinyana vurulan ağır sillə və xəbərdarlıq idi ki, Azərbaycan mövcud vəziyyətlə barışmaq və artıq buna dözmək niyyətində deyil. İnşallah, 2020-ci il Azərbaycan xalqının Qarabağımızı aldığı, millətimizin öz tarixi ata-baba yurdlarına qovuşduğu, bizim ZƏFƏR İLİMİZ olacaq. Mən buna əminəm”.

Əliyevlə debatda Paşinyan sarsıldı - ZakaryanMünhendəki Paşinyan-Əliyev debatı məni məyus etdi.

Avrasiya.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş Müdafiə naziri Artak Zakaryan öz feysbuk səhifəsində yazıb. O, Ermənistanın Baş naziri Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə uduzduğunu deyib:

“Mən heç vaxt Paşinyandan Qarabağ məsələsində müsbət irəliləyiş və ya həll gözləmirdim və bu barədə deyirdim. Münhendə baş verənlər - bu qeyri-mütəşəkkil, yarımçıq söhbət, yumşaq desək, olan bütün ümidləri sarsıtdı.

Aydındır ki, Paşinyan hətta Qarabağ məsələsinin həlli ilə bağlı fasiləyə belə tab gətirə bilmir. İlham Əliyev danışıqlar prosesində məsələni mərhələli həll yoluna yönəltdiklərini bir daha qeyd etdi”.

Keçmiş nazir hesab edir ki, Paşinyan İlham Əliyevin fikirlərinə tam cavab verə bilməyib:

“Birtəhər Düşənbə haqqında danışdı. Buna hətta Məmmədyarov da güldü. İlham Əliyev bizə öz müqəddəratımızı təyin etmək üçün başqa bir yer tapmağı tövsiyə edərkən, Paşinyan niyə yenidən Tiqran dövrünə qayıdır və orada olanlarda gülüş doğurur? Keçmiş xatirələrə və tarixi mübahisələrə nə ehtiyac var axı?”
Əliyev hamının önündə Paşinyanı əzdi – Rusiyadan baxışAzərbaycan və Ermənistan spikerlərinin tam fərqli düşüncə tərzi Qarabağ məsələsinin həlli yollunun qaranlıqdan çıxmasını qəlizləşdirir. Bir tərəfdən biz və bütün dünya Azərbaycan prezidentinin məntiqli və dəqiq mövqeyini, o biri tərəfdən isə Ermənistan baş nazirinin populist və cəfəng, heç bir intellekt çərçivələrinə sıxmayan çıxışını gördük.

Axar.az xəbər verir ki, bu sözləri İlham Əliyev və Nikol Paşinyanın Münhendəki debatını şərh edən məşhur rusiyalı politoloq İqor Korotçenko deyib. Onun sözlərinə görə, bunun adı Paşinyanın çıxışının adı demoqogiya və mövqesizlikdir.

“Nikol hər yerdə özünü piar etməklə məşğuldur. Amma o bilməlidir ki, bu, kənardan sezilir, xüsusən də bu tip mötəbər tədbirlərdə bu tip hərəkətlər gülünc görünür. O, dünya ictimayətinin gözünə toz üfürməyə çalışırdı”, - deyə Korotçenko qeyd edib.

O əlavə edib ki, İlham Əliyev Paşinyandan fərqli olaraq, özünü dünya mediası önündə əsl diplomat və orator kimi yenidən göstərə bildi:

“Burada qeyri-adi bir şey də yoxdur. Əliyev təhsilini Moskvanın ən nüfuzlu ali məktəblərindən birində - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda alıb. O, ingilis dilini səlis bilir. Nikol onunla danışanda özü də utanır. İlham Əliyev beynəlxalq diplomatiya, müasir tarix biliklərinə malik olduğunu, dəqiq və sistematik arqumentlərlə çıxış etməyi yüksək səviyyədə bacardığını sübut etdi. Təsadüfü deyil ki, onun çıxışına baxan azərbaycanlılar fəxr edir, ermənilər isə öz liderlərinə görə utanc hissi keçirdiklərini gizlətmirlər. Paşinyan öz karyerasını küçədə düzənləyib. Onun başı bu saat ancaq öz kreslosundan bərk-bərk yapışmaga, bu yolda qarşısına çıxanlara qarşı İrəvanda cinayət işi açmağa qarışıb. Ermənistanda ağalıq edən Nikol ölkədən kənara çıxan kimi başaşağı olur”.

“Əliyev bu dəfə də Paşinyanı əzə bildi və bunun şahidi milyonlar oldu. İlham Əliyev bu qalibiyyətlə Münhen konfransı iştirakçılarının rəğbətini qazandı”, - deyə rusiyalı ekspert qeyd edib.
Türkiyənin dəstəklədiyi qüvvələr Əsəd ordusuna hücuma keçdiSuriyada Türkiyənin dəstəklədiyi müxalif qüvvələr Suriya ordusuna qarşı hücumalara başlayıb.

Axar.az xəbər verir ki, müxaliflər Hələb və İdlib bölgələrində Suriya ordusunun irəliləməsinin qarşısını almaq üçün əks həmlə edib.

Hazırda Kefer Hələb-Meyzenaz bölgəsində şiddətli toqquşmalar davam edir.

Məlumata görə, döyüşlər zamanı çox sayda suriyalı hərbçi həlak olub. Suriya ordusunun hücumlarının qarşısı alınıb.

Qeyd edək ki, Rusiya və İranın dəstək verdiyi Suriya ordusu son 24 saat ərzində 6 məntəqəni ələ keçirib.
İran portalı Xocalıdan yazdıİranın pool news.ir portalında Xocalı soqırımının 28-ci ildönümü ilə əlaqədar material yerləşdirilib.

Axar.az xəbər verir ki, yazıda Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər haqqında məlumat verilir. Qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri ağır hərbi texnika ilə Azərbaycanın Xocalı şəhərinə daxil olaraq dinc sakinləri amansızcasına qətlə yetirmişlər. Şəhər yerlə yeksan edilmiş, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılmış və yandırılmışdır. Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilmiş, yüzlərlə mülki insan ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür.

Bu soyqırımı törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ilə yanaşı, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını da işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min azərbaycanlının həyatına son qoyulmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların hüquqları kobudcasına pozulmuşdur.

Yalnız ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan edib.

Məqalədə vurğulanır ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Ermənistan Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin mümkünlüyünü vurğulayıb və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasının və soyqırımı törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edib.
Azərbaycan və İran arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanıb
Fevralın 15-də Tehranda İran və Azərbaycan üzrə ikinci ixtisaslaşdırılmış turizm simpoziumu keçirilib.

Avrasiya.net xəbər verir ki, Azərbaycanın İrandakı səfirliyi ilə “Aysan Pərvaz” şirkətinin təşkil etdiyi simpoziumda İranda fəaliyyət göstərən turizm şirkətlərinin rəhbərləri, İqtisadi Əməkdaşlıq Təşkilatının əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ölkəmizin turizm potensialı haqqında məlumat verib. O qeyd edib ki, ölkələrimizin coğrafi yaxınlığı ikitərəfli əlaqələrin inkişafı üçün böyük imkanlar yaradıb.

F.Nağıyev həmçinin vurğulayıb ki, Azərbaycan ilə İran arasında turizm əlaqələri genişlənməkdədir. Ötən il İrandan Azərbaycana gələn turistlərin sayı 255 min nəfərdən çox olub ki, bu da 2018-ci illə müqayisədə 6,3 faiz çoxdur. İran Azərbaycan vətəndaşlarının ən çox ziyarət etdikləri ölkələrdən biridir.

Novruz bayramında İrandan Azərbaycana xüsusilə çox turist gəlir. Hazırda Azərbaycana gəlmək istəyən turistlərin səfərlərinin daha da asanlaşması istiqamətində iş aparılır. Ötən ilin dekabr ayının 1-dən İran vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına səfərlərini asanlaşdırmaq məqsədi ilə viza rejimi ləğv edilib. Tehran ilə Bakı arasında hər gün birbaşa təyyarə reysləri təşkil edilib.

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə isə İran ilə Azərbaycanın əlaqələrinin səmimi dostluq və qardaşlıq xarakteri daşıdığını söyləyib. O, ölkələrimiz arasında bütün sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb.

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov isə çıxışında bildirib ki, Azərbaycan ilə İranın münasibətləri müştərək tarixə, qədim dostluq və qardaşlıq ənənələrinə əsaslanır. Ötən 7 il ərzində Azərbaycan və İran prezidentlərinin 13 görüşü olub, yüksək səviyyəli nümayəndə heyətlərinin 150-dən çox qarşılıqlı səfərləri həyata keçib və 75-dən artıq sənəd imzalanıb.

Simpoziumda İranın “Aysan Pərvaz” turizm şirkətinin direktoru Möhsün Dəsmalçi, Naxçıvan Muxtar Respublikası turizm departamentinin rəhbəri Əkbər Novruzov, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev, İran Turizm Agentlikləri Assosiasiyasının sədri Hörmətullah Rəfii və başqaları çıxış edərək turizm əlaqələrinin inkişafı istiqamətindən danışıblar.



Sonra Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə İranın Turizm Agentlikləri Assosiasiyası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Erməni mətbuatı Paşinyanı göyərçinə bənzətdi
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında dünən Münhen Təhlükəsizlik Konfransında müzakirələr baş tutdu.

Modern.az xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı keçirilən panel müzakirələr həm Azərbaycanda, həm Ermənistanda geniş müzakirələr yol açdı.

Hələ heç vaxt iki ölkə rəhbəri münaqişə ilə bağlı ictimai müzakirə aparmamışdılar. İlham Əliyevin 45 dəqiqəlik müzakirələr zamanı Paşinyandan daha arqumentli danışması, onun üzərində psixoloji üstünlük əldə etməsi Ermənistan mətbuatının diqqətindən də yayınmayıb

Ölkənin “Tert.am” saytı bir neçə aparıcı ekspertin iştirakı ilə debatlarda Paşinyanın və İlham Əliyevin arqumentlərini incələyib.

“İlham Əliyevin özünü aparması, periodik olaraq Paşinyanın çıxışlarına təbəssümü, bəzən isə açıq şəkildə gülməsi müharibədə məğlub olan tərəfin biz olduğu təəssüratı yaradırdı. Hətta Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Nikol Paşinyana güldü və bu nazirin hökumət rəhbərimizə, həm də dövlətimizə hörmət etmədiyinin göstəricisi idi. Əslimdə özü ilə bu cür davranmağa şərait yaradan Paşinyan bu vəziyyətə görə təqsirkardır.

İndi təsəvvür edirsiniz bağlı qapılar arxasında nələr baş verir? Münhendə hamı gördü ki, kulis arxasında kim diktə edir, kim isə baş əyir.

Azərbaycan tərəfi ənənəvi arqumentlərini təkrarladı. Paşinyan görünür ki, buna hazır deyildi və mənasız “münaqişə hər üç xalqın :Azərbaycan, Ermənistan və Qarabağ maraqlarına cavab verməlidir” tezisindən başqa heç nə deyə bilmədi.

Tarixi mübahisələri kənara qoysaq, Əliyev növbəti dəfə danışıqlar tələbini açıq ortaya qoydu, Paşinyan isə növbəti dəfə yox...

Rəsmi Bakı Qarabağı öz tərkibində görmək, Şuşa və digər yaşayış məntəqələrini qaytarmaq istəyir. Bütün bunlara Əliyev mərhələli həll variantını: ətraf 7 rayonun qaytarılmasını, məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasını və s. istəyir.

Paşinyan isə İlham Əliyevin şahin kimi göründüyü müzakirələrdə Qərbin dəstəyini almaq üçün özünü sülh göyərçini kimi təqdim edirdi. Amma bu çox təhlükəli oyundur, xüsusən Münhendə”-deyə məqalədə deyilir.

Sonda Paşinyanın baş nazir statsuna layiq olmadığı və bu məsuliyyəti dərk etmədiyi əlavə olunub.

“Beynəlxalq auditoriya qarşısına demokrat imici ilə çıxan Paşinyan növbəti dəfə sübut etdi ki, dövlət başçısı üçün tikilən kostyum onun əyninə böyükdür”.
Bərdədə gənc oğlan dəm qazından zəhərlənərək öldü
Bərdədə 23 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.

Avrasiya.net-in "Report"a istinadən verdiyi məlumata görə, hadisə rayonun Kələntərli kəndində baş verib.

Kənd sakini İsgəndərov Elməddin İsgəndər oğlu gecə qaz sobasını yanılı qoyaraq yatıb. Nəticədə o, boğularaq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
İrandan Bakıya yeni reyslər açılır
Bu il Novruz bayramında Tehran ilə yanaşı Təbriz, Məşhəd və İsfahan şəhərlərindən də Bakıya çarter reysləri təşkil olunacaq.

Avrasiya.net xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında İranın “Aysan pərvaz” turizm şirkətinin baş direktoru Seyid Məhəmməd Mirrzayi deyib. O bildirib ki, ötən il şirkət 25 min nəfərin Azərbaycana səfərini təşkil edib. Qarşıdan gələn Novruz bayramında isə İrandan Azərbaycana 15 mindən çox turistin səfəri planlaşdırılıb.

Şirkət rəhbəri nəzərə çatdırıb ki, Azərbaycan İranın ən yaxın qonşusudur və dövlətlərimiz arasındakı qarşılıqlı münasibətlərin inkişafı turizmin də inkişafına təkan verir. Xalqların qohumluq əlaqəsi, eyni milli və dini dəyərlərə malik olması İran turistlərinin Azərbaycana səfərlərini şərtləndirir. Onun sözlərinə görə, indiyə kimi heç bir turist Azərbaycandan narazı qayıtmayıb.

İranlı turistlər yalnız Bakı şəhərinə səfər etməklə kifayətlənmirlər. “Aysan pərvaz” şirkətinin Bakıda “Bakı star” filialı fəaliyyət göstərir. Filial Bakıda səfərdə olan turistlərin Azərbaycanın rayonlarına səfərlərini təşkil edir. Turistlər Qəbələyə, Xınalığa, Nabrana və digər görməli və gəzməli məkanlara aparılır.

Gələcək planlarından danışan S.M.Mirrezayi Naxçıvan Muxtar Respublikasına da çarter reyslər təşkil etmək niyyətində olduqlarını da bildirdi. Hazırda bu istiqamətdə iş aparılır. Eyni zamanda Azərbaycandan İrana turist səfərlərinin təşkil edilməsi üçün də planlar mövcuddur.

Baş direktor onu da nəzərə çatdırdı ki, Bakının gözəlliyi, tarixi abidələrlə zəngin olması və insanların qonaqpərvərliyi iranlı turistlərin diqqətini daha çox cəlb edir.
Bir daha erməni yalanlarının ifşasını gördük – Hacıyev
Bildiyiniz kimi, ötən gün Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr təşkil olundu. Əvvəllər Münxen Təhlükəsizlik Konfransının Təşkilat Komitəsi tərəfindən Azərbaycan dövlətinin rəhbərliyi ilə Ermənistan dövlətinin rəhbərliyi arasında Qarabağ münaqişəsinin müzakirəsi məsələsi irəli sürülsə də, Ermənistan tərəfi bu təklifdən yayınırdı. Bu dəfə isə razılıq verdilər. Nəticə etibari ilə, Prezident İlham Əliyev tərəfindən Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bütün aspektləri, yəni tarixi, siyasi, hüquqi və münaqişənin həlli prosesi prinsipial, qəti, əzmli və əsaslandırılmış bir formada Münhen Təhlükəsizlik Konfransı iştirakçılarının diqqətinə, həmçinin də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Bunun fonunda dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini və yalana əsaslanan tezislərinin darmadağın olduğunu, eləcə də ifşasını aydın şəkildə gördü.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev Prezident İlham Əliyevin “mən buraya gəlmişəm həqiqəti söyləməyə” fikrinə toxunaraq qeyd edib ki, sözün əsl mənasında, münaqişənin həlli istiqamətində əsl həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Bunun fonunda Ermənistan baş nazirinin özünü müdafiə edəcək formada çıxışlarını və bu çıxışlarla özünü gülünc formaya salmasını, özü-özünü ifşa etməsini bir daha görmüş olduq.

“Prezident İlham Əliyev tərəfindən Dağlıq Qarabağın tarixi ilə bağlı geniş bir arayış verildi. Bu proses çərçivəsində ermənilərin Dağlıq Qarabağda maddi-mədəni irsinin olmaması, Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə, Xocalı soyqırımı və digər münaqişənin həlli prosesi ilə bağlı olan məqamlar açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Eyni zamanda münaqişənin həlli ilə əlaqədar beynəlxalq auditoriya tərəfindən hər iki tərəfə suallar ünvanlandı. Dövlətimizin başçısı tərəfindən münaqişənin həlli ilə bağlı Azərbaycanın baxışı, münaqişənin məhz BMT TŞ qətnamələri əsasında mərhələli şəkildə həlli bir daha qeyd olundu. Həmçinin Ermənistan baş naziri ənənələrinə sadiq qalaraq yalanlar söyləməyə və münaqişənin əsl mahiyyətini təhrif etməyə çalışarkən, dövlətimizin başçısı o məqamda qeyd etdi ki, Ermənistanın sülh tərəfdarı və sülh iddiasında olması absurddur. Elə həmin gün Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Azərbaycan əsgərinin öldürülməsi riyakarlığın, Ermənistanın yürütdüyü riyakar siyasətin növbəti bir nümunəsi idi. Həmçinin burada Ermənistan baş naziri xalqların öz müqəddəratını təyinetmə prinsipini təhrif etməyə çalışırdı. Dövlətimizin başçısı bu prinsipin əsl mahiyyətini izah edərək qeyd etdi ki, erməni xalqı artıq bu hüququndan istifadə edərək Ermənistan adlı dövlətini yaradıb. Azərbaycan dövləti öz ərazisində bu hüququn istifadə edilməsinə imkan verməyəcək, buna lüzum da yoxdur. Ermənistan harada istəyirsə, orada bu hüququndan istifadə edə bilər”.

Hikmət Hacıyev vurğulayıb ki, Münhen Təhlükəsizlik Konfransı beynəlxalq gündəlikdə duran qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu vacib platformadır. Məhz dövlətimizin başçısı tərəfindən bu tezislər yəni münaqişənin həllini təşkil edən tutarlı arqumentlər, təhlillər Münhen Təhlükəsizlik Konfransı kimi mühüm platformada beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.

“Bunun fonunda isə biz bir daha Ermənistanın yalanlarının ifşasını görmüş olduq. Bu hər bir Azərbaycan vətəndaşının qürur duyacağı bir məqam idi. Prezidentimiz tərəfindən mühüm platformada Azərbaycan dövlətinin maraqları ləyaqətlə qorunur.

Hikmət Hacıyev əlavə edib ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi hər bir görüş məzmunlu idi: “Burada mən xüsusi ilə Dünya Bankının İcraçı Direktoru ilə olan görüşü qeyd etmək istərdim. Dünya Bankı tərəfindən ölkəmizdə keçirilən iqtisadi islahatlar iqtisadiyyatın şaxələndirilməsi, Azərbaycanda yoxsulluğun aradan qaldırılması istiqamətində ölkəmizin nailiyyətləri yüksək səviyyədə təqdir edildi. Digər dünya ölkələri üçün bir fakt kimi qeyd olundu. Həmçinin Beynəlxalq Böhran Qrupunun rəhbərliyi ilə olan görüşü də qeyd etməliyik. Bu görüşdə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni fəaliyyətlər də geniş şəkildə müzakirə olundu”.