Paşinyan Münhendə rüsvay olduİlham Əliyev onu fakt qarşısında qoydu

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri Qarabağ münaqişəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masaya qatılıblar.
Azərbaycan prezidenti İlham Əliyev işğalçı Ermənistanın lideri Paşinyanı məntiqli faktlar qarşısında qoyub. İlham Əliyev müzakirələr zamanı bu gün Azərbaycan hərbçisinin şəhid olunmasına diqqət çəkib. Prezident qeyd edib ki, Ermənistan sülhdən danışır amma bu gün erməni snayperinin atəşi nəticəsində Azərbaycan əsgərinin öldürülməsini necə izah edə bilər?.

Prezident daha sonra Paşinyana Qarabağdakı qanunsuz rejimin heç kəs tərəfindən tanınmadığını xatırladıb: “Beynəlxalq Birlik Ermənistana təzyiqləri artırmalıdır. Onlar Ermənustan anlatmalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Heç kim Qarabağdakı o qanunsuz quruluşu tanımır”.

Politoloq Mirsamir Məmmədovun fikrincə, bütün beynəlxalq tədbirlərdə prezident İlham Əliyev həmişə Ermənistan liderlərini susdurub: “Prezidentimizin məntiqli arqumentləri qarşısında həmişə çıxılmaz vəziyyətlərdə qalıblar. İşğalçı ölkə rəhəri həmişə tutuquşu kimi eyni ifadələr işlədib. İşğal faktını gizlətmək, ondan yayınmağa cəhdlər göstərib. Amma faktlar qarşısında aciz qalıb. Bu dəfə də eyni vəziyyətlə üzləşən Paşinyan Əliyev qarşısında susmaq məcburiyyətində qaldı”.
Onu da qeyd edək ki, İ.Əliyev paşinyanın nzərəinə çatdırıb ki, Ermənistan təkcə Dağlıq Qarabağda deyil, ətraf 7 rayonda da azərbaycanlıların etnik təmizləməsini həyata keçirib:“Onlar Azərbaycanda azərbaycanlıların irsini məhv edib, Dağlıq Qarabağda Ermənistanın irsi yoxdur. Dağlıq Qarabağda təxminən 180 min insan yaşayırdı ki, onların da 130 mini erməni, 48 mini isə azərbaycanlı olub. Amma ermənilər azərbaycanlıları oradan qovublar”.

İlham Əliyev həmçinin ermənilərin Qarabağda bütün tarixi toponimlərin adlarını dəyişdiyini deyib.
“Azərbaycan sülh yolu ilə torpaqların qaytarılmasına ümidini heç zaman itirməyib. Amm erməni tərəfinin ucbarından danışıqlar pozulsa, cavab addımları atılacaq. Biz status-kvonu qoruyub-saxlamağa çalışan işğalçı Ermənistanla danışıram” - deyə prezident deyib.

ALDP sədri Fuad Əliyevin fikrincə, İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətiyyətli mövqe nümayiş etdirib: “Sözsüz ki, bütün dünya və beynəlxalq təşkilatlar, münaqişənin həllində vasitəçilik edən Minsk qrupunun həmsədrləri və həmsədr ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Amma Ermənistana təzyiq mexanizmlərini işə salmaqdan çəkinirlər. Söhbət işğalçı ölkəyə beynəlxalq sanksiyaların tətbiqindən gedir. İşğalçı Ermənistan münaqişənin həllində maraqlı deyil. Ona status-kvonun bu vəziyyətdə dəyişməz qalması qane edir”.

F.Əliyev qeyd edib ki, prezidentin qeyd etdiyi kimi, münaqişənini həlli ilə bağlı sülh danışıqları səmərə verməzsə, rəsmi Bakı silaha əl atmaq məcburiyyətində qalacaq.
Onu da qeyd edək ki, İlham Əliyev Qarabağ münaqişəsinin həlli yolunu da göstərib.

“İlk mərhələdə torpaqların işğalçı ordudan azad olunması. İkinci mərhələ - Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırması. Düşünürəm ki, hər iki tərəf buna hazırdı amma torpaqlar azad olunmadan bu mümkün deyil. Həmişə dediyimiz kimi, Azərbaycan çoxmillətli ölkədir və ermənilər də milli azlıq kimi milli çoxluğun saghib olduğu hüquqlara malik olacaq. Ona görə münaqişənin həlli üçün Ermənistab ordusu Qarabağödan çıxarılır, Azərbaycana ərazi iddialarından imtina olunur, azərbaycanlılar tarixi torpaqlarına qayıdır”.

Politoloq Elxan Şahinoğlunun fikrincə, bu görüş bir daha göstərdi ki, danışıqlardan heç bir müsbət nəticə gözləməyə dəyməz: “Paşinyan həyasızcasına deyir ki, Qarabağ erməni torpağı, onun ətrafındakı rayonlar Qarabağa təhlükəsiz zolağıdır. Aydındır ki, bu tərzdə danışıqlar heç bir nəticə verə bilməz. İlham Əliyev də vurğuladı ki, danışıqlar nəticə verməzə, biz öz tədbirlərimizi görəcəyik. Mənə elə gəlir ki, həmin tədbirlərin görülməsi vaxtıdır”.

Onu da bildirək ki, görüşdə İ.Əliyev dünya birliyinin də Qarabağı Azərb aycan ərazisi kimi tanıdığını söyləyib: “Münaqişə mərhələli şəkildə həll olunmalıdır. Əsas torpaqların azad olunması və qaçqınların geri qayıtmasıdır. Dağlıq Qarabağın statusu növbəti mərhələdə həll oluna bilər. Startus Azərbaycanın ərazi bütövlüyünə zidd olmamalıdır”.

Politoloq Kamran Sultanlının
fikrincə Münhen Təhlükəsizlik Konfransı dünyada baş verən böhranların və qlobal risklərin müzakirə edilməsi və tərəflər arasında dialoq baxımından böyük əhəmiyyət kəsb edir: “İlk dəfə idi ki, bu il İlham Əliyev və Paşinyan arasında debat təşkil edildi. Bu disskursiya paneli tarixi həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edirdi. İlham Əliyev və Paşinyan arasında debatda Prezident ortaya detallı faktlar qoydu. Paşinyan daha çox populist və heç bir reallığı əks etdirməyən fikirlər səsləndirdi. Prezident isə onu məhz arqumentlərlə və Paşinyanın bütün ritorikalarına faktlara söykənən arqumentlərlə cavablar verdi. Düşünürəm ki, bu debatın və Prezidentin cavanlarının tarixi həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından mühüm əhəmiyyəti var. Paşinyanın cavabları gülünc obyekti olacağıq dəqiqdir”.

Politoloq Vasif Əfəndi də Prezidentin münhen görüşündə paşinyana sərt sillə vurduğunu söyləyib: “İlham Əliyevin ən kəsərli sözü "nə zaman dövlət qurmaq istəsəniz başqa ərazilər seçin” ifadəsi oldu.

Paşinyanın Qafqazda yalnız gürcülər və ermənilər olub iddasına isə 20-ci əsrin əvvəllərində İrəvanın əhalisinin 70 faizi türklər olub cavabını verdi. İlham Əliyev bu dinləmdə bütün parametrləri ilə Paşinyanı üstələyirdi. Azərbaycan prezidentinin çox inamlı görünüşü və səlist diksiyası nəzərəçarpacaq dərəcədə üstün idi.
Paşinyan isə hər zamankı kimi hiyləgər görünüşü və fikirləri ilə yadda qaldı. Bu diskussiyanı izləyən hər kəs ingilis dilini bilməsə belə İlham Əliyevin davranışında onun inamlı olmasını görməyə bilməz”.

V.Əfəndi onu da vurğuladı ki, Paşinyanın daha bir səhvi isə Gornaboy rayonunu Dağlıq Darabağ ərazsi adalnadırmaq oldu. Azərbaycan prezidenti isə dərhal bu iddiya cavab verərək Paşinyanın yalanını üzə çıxartdı: “Prezident İlham Əliyevin isə dərhal buna reaksiya verib: "Şaumyan Dağlıq Qarabağa daxil deyil". İfadəsindən sonra Paşinyan bundan sonra mövzudan yayınmağa çalışsa da, İlham Əliyev bir daha ona Şaumyanın Dağlıq Qarabağa aid olmadını xatıradıb. Bundan sonra isə Paşinyan səhvinə görə üzr istəyib”.
İlham Əliyev Paşinyanı bu səhvinə görə üzrə məcbur etdiMünhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən debatda gülməli vəziyyət yaşanıb.

Axar.az xəbər verir ki, panel müzakirəsində N.Paşinyan çıxışında keçmiş Şaumyan rayonunun (Gülüstan) Dağlıq Qarabağa aid olduğunu deyib.

Prezident İlham Əliyev isə dərhal buna reaksiya verib: "Şaumyan Dağlıq Qarabağa daxil deyil".

Paşinyan bundan sonra mövzudan yayınmağa çalışsa da, İlham Əliyev bir daha ona Şaumyanın Dağlıq Qarabağa aid olmadını xatıradıb.

Bundan sonra isə Paşinyan səhvinə görə üzr istəyib.
Prezidentdən Münhendə Paşinyana: Heç vaxt!..Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar. Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdırlar. İşğal olunmuş torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar hesab edirlər ki, bu torpaqları həmişəlik saxlaya bilərlər. Heç vaxt!

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə söyləyib.

Dövlətimizin başçısı deyib ki, biz bu münaqişəni mərhələli şəkildə həll etməliyik - ərazilərin bir hissəsinin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması. Dağlıq Qarabağın statusu sonra müəyyənləşdirilə bilər. Status məsələsi Azərbaycanın ərazi bütövlüyü ilə qarışdırılmamalıdır.
“Səni axtarıram”ın “nömrə 1”-i TV-də göründüyü kimi deyilƏliosman Qədimbəyli – “Medera” hospitalının neyrocərrahı. Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişinin “nömrə 1”-i. Sən demə, heç də orada təriflənən kimi deyil. Verilişin aparıcısı Xoşqədəm Hidəyatqızının göylərə qaldırdığı Ə.Qədimbəyli hospitalda başqa adammış. Düzdür, onun haqqında mediada mənfi fikirlər az da olsa yazılıb, elə onun qurbanına çevrilən xəstələrin özləri tərəfindən... eşitdiklərim də çox olub. Yazılanlara çox da inanmırdım. Qəsdən ola bilər, ittiham ola bilər, gözdən salmaq üçün söylənilən fikirlərola bilər deyə düşünürdüm.

Amma gördüklərim həm yazılanların, həm də eşitdiklərimin düz olduğunu üzə çıxardı. Həm də Ə.Qədimbəylinin TV-də göründüyü kimi olmadığını göstərdi.

Doğmalarımdan biri Ə.Qədimbəylinin pasiyentidir. Birinci dəfə sentyabr ayında onun yanında olub. Analizlər, rentgen, dərman.. haradasa 2500 manat xərci çıxıb. Amma heç bir faydası olmayıb, əksinə vəziyyəti daha da ağırlaşıb. 15 gün öncə ikinci dəfə Ə.Qədimbəylinin qəbuluna yazılıb. Növbədə 16-cı pasiyent olduğunu deyərək fevralın 13-də saat 13.00-da hospitalda olması mesajı alıb.

Nə isə... Onu mən apardım hospitala. İlk dəfəydi ora gedirdim. Ə.Qədimbəylinin qəbul otağı pasiyentlər və onlarla gələnlərlə dolu idi. Saat 1 idi, hələ 6-cı pasiyenti qəbul edirdi. Sən demə, Ə.Qədimbəylinin qəbuluna düşmək Çin səddini keçməkdən çox çətin imiş...

Qəbula gələnlərin narazılığı ilk olaraq məndə təəssürat yaratdı ki, “Səni axtarıram”da bəh-bəhlə təriflənən Ə.Qədimbəyli, o, deyil. Narazılıq əvvəlcə sistemsiz şəkildə pasiyent qəbulu ilə bağlı oldu. Qəbula yazılan manitor söndürülmüşdü. Kənar şəxslərin həkim tərəfindən qəbul edilməsi 15 gün əvvəlcədən yazılan pasiyentlərin haqlı narazılığına səbəb olduğundan hay-küy qopdu. Əvvəlcə Xocalıdan qaçqın düşən bir yaşlı qadın gileyləndi: “Hələ gəlməmişdən qabaq dedim ki, ay qızım, təzyiqli, qoca adamam, gəlib orada çox gözləməyim. Həm də ağrıyıram, otura bilmirəm. Dedi, yox, saat 9-da burada olun. 5 saatdır gəlmişəm amma hələ də gözləyirəm”.

Dəhlizə təzə çıxmışdım ki, bir oğlanın daha ucadan etirazıni eşidib qayıtdım qəbul otağına: “Pulumu da verim, canımı da verim. Bir xəstəlik sağalmamış o birini verirsiz, bəsdirin də. Saat 9-da gəlirik, deyirlər həkim əməliyyatdadır. Milləti yığmayın da boğaza...”

Bizim də aqibətimizin belə olacağını, saatlarla burada gözləyəcəyimizi göz önünə alıb mən də səsimi ucaltdım, özü də tamam başqa formada.

İnsafən, Neyrocərrahiyə şöbəsində əyləşən işçilər hadisələri kənardan sakitliklə seyr edirdilər.

Ə.Qədimbəylinin xəstələri qəbul etməsi prosesi divara vurulan bildiriş xarakterli məlumatlar kimiydi...
“Səni axtarıram”ın “nömrə 1”-i TV-də göründüyü kimi deyil
Saat 13.00-dan 17.00-dək 5 xəstə qəbul olundu. Deməli, Ə.Qədimbəyli saatda 1 xəstəni qəbul edir.

Narazılıqlar get-gedə çoxalırdı, özü də rayondan gələnlər tərəfindən. Ə.Qədimbəyli isə burada baş verənləri ancaq kabinetində rahat oturub monitor vasitəsilə seyr edə bilirdi.

Qapıda dayanan oğlandan soruşduq ki, səsimiz doktora gedib çıxırmı, yəni, burada danışdığımızı monitor vasitəsilə eşidirmi? Cavab verdi ki, yox, ancaq görüntünü izləyir. Təəssüfləndik. Ona görə ki, istəyirdim özü bu narazılıqları eşitsin və pasiyentlərini incitməmək üçün fikirləşsin.

Saatlarla həkimin qəbulunu gözləyənlərdən biri də Masallının Türkoba kənd sakini Elmar Şirvanlının anası, qardaşı və bir də oğlu idi. Ana dedi ki, iki gündür yollardadırlar: “Həkimin özü ilə danışmışam. Sonra Nüsrətə (pasiyentlərin qəbulunu aparan şəxs) zəng vurmuşam. Dedilər ki, gəl. Saat 9-da gəlmişəm, amma deyirlər ki, adın yoxdur qəbula gələnlərin siyahısında. Hətta 50 manat da ödəniş etmişəm. Əslində ödəməli deyiləm. Təkrar Maqnit rezonans tomoqrafiya (MRT) etdirsəm saat 11-ə çəkəcək”.

Elmarı da söhbətə çəkdik. Sən demə, 6 ay öncə Ə.Qədimbəyliyə 6 min manat pul verib boyun nahiyəsindən əməliyyat olunub: “6 min ora verdim, 4 min manat da dərmanlara. 6 ayda 10 min manatım çıxıb, amma vəziyyətim ağır olaraq qalır. Tikintidə fəhlə işləyirdim, boynumda ağrılar vardı, gəldim bura əməliyyat olundum. Bir qolum tutulub, ayağım işləmir... Bura gələndə top kimi idim... Deyirlər ki, bir il belə olacaq, sonra düzələcək. Bilmirəm, necə olacaq”.

Söhbətə onun dayısı (uca səslə narazı olanlardan biri), sonradan anası qoşuldu. Anasının dediklərindən: “Həkim deyir ki, Allaha dua, şükür et ki, sağalsın. Mən də bütün günü dua edirəm. Qohum, əqrabadan boc almışam, kasıb adamam...”. Maraqlı sual yarandı – Allaha eilən dua ilə xəstəlik sağalacaqdısa, daha xəstələr Ə.Qədimbəylinin yanına niyə gəlirlər ki?

...Bir neçə saatdan sonra onlar Ə.Qədimbəylinin qəbulunu düşə bildilər. Kabinetdən çıxanda Elmarın anası: “Həkim dedi ki, hələ 4-5 il belə olacaq”... Elmarın anasının üzündən narazılıq açıq-aşkar hiss edilirdi.

Bir müddətdən sonra Ə.Qədimbəyli “qeybə” çəkildi. Qəbula gələn pasiyentlər işçilərdən onu soruşduqda, dedilər ki, təcili əməliyyata gedib. Hansı qapıdan çıxdığını görən olmadı. Yarım saatdan sonra yenidən kabinetində peyda oldu. Bir pasiyenti qəbul etdikdən sonra, qapılar yenə üzümüzə bağlandı. Bu dəfə namaz qıldığı söylənildi...

Saat 7 olardı, hələ qəbulda 5 pasiyent gözləyirdi. Nüsrət dedi ki, həkim də narazılıq edib ki, bu qədər adamı niyə çağırmısız bura, amma hamını saat 9-adək qəbul edəcək. Resepşində əyləşən xanım isə sabaha qəbula gələcək pasiyentlərə bir-bir zəng edirdi. Bu zaman yenə dilim dinc dayanmadı: “Ay xanım, onları da çağırıb yığacaqsız bura və bizim kimi incidiləcəklər. Olmazmı ki, 10 pasiyenti yazasız qəbula, onlar da rahatlıqla həkimin qəbuluna düşsünlər və buradan incik, narazı getməsinlər... Sizin həkim, vətəndaşların hüquqlarını niyə pozur, TV-də dini ayələr, rəfayətlər, ibratamiz fikirlər söyləyir. Amma burada xəstələri incidir, belə həkim olmaz...”

Qəbula gələn qadınlardan biri: “Ay müəllim, bir az yavaş danış, bura özəldir...”

Elə hamının eşidə biləcəyi uca səslə dedim ki, özəl də olsa, Ə.Qədimbəylinin pasiyentlərin hüquqlarını pozmağa, onları incitməyə, narazı salmağa haqqı yoxdur: "Mən haqqımı tələb etməyim, siz etməyəsiz. Susaq, nədən? Pul verib müayinəyə, müalicəyə gəlirik, nədən haqqımızı tələb etməyək. 7 saatdır ayaq üstəyəm. Rayonda körpəsini qonşuya qoyub gələn var. Bu gecə vaxtı necə qayıtsın evinə, harada qalsın..."

Təbii ki, hamının ürəyindən keçən fikirlər söylədiyimdən razılıqla qarşılandı.

Hə, bu arada onu da deyim ki, həmin şöbəyə, hər bir xəstəxanada olduğu kimi alverçi də gəldi. Hər iki əli dolu sumkalarla. Əvvəlcə Resepşində mallarını nümayiş etdirdi, daha sonra Ə.Qədimbəylinin otağına daxil oldu. Bir saata yaxın orada qaldı... Daha bilmədik, həkimlə alver edirdi, yoxsa oradakı tibb işçiləri ilə.

Qəbula gələnlərdən biri ilə həmsöhbət olduq. İmişlidən gələn Əliyeva Aygün. Aygün xanım bacısı ilə gəlmişdi və bacısı da əsəbləşmişdi. Gecəni burada yatacağını, heç yerə getməyəcəyini deyirdi.

Axı neyləsinlər, qınamaq olmur. Rayondan gəliblər, axşam saat 9-da hansı avtobus rayona işləyir ki, həm də gecə vaxtı uzaq yol getmək də qorxuludur. Bakıda da qalmağa yer yox. MRT də MTN-ni hospitalında olunmalıdır. Hospitalda bağlı. Gərək sabahı gözləsinlər. Ə.Qədimbəyli belə qayda qoyub.

Məgər, “Medera” kimi tanınmış klinikada MRT edilmir, nədən Ə.Qədimbəyli xəstələri məhz ora göndərir? Bəlkə ora göndərdiyi xəstələrin MRT-yə verdikləri pullardan da faiz götürür? Nə bilmək olar..

Aygün xanım dedi ki, “Səni axtarıram”ın göndərişi ilə (göndərişi bizə göstərdi) gəlsə də MRT-yə 320 manat pulu çıxıb: “Əliosman Qədimbəyli göndəriş yazdı ki, get MTN-ni hospitalına. Mən də getdim, elə bildim ki, pulsuz olacaq. Dedim məni “Səni axtarıram”dan göndərişlə gəlmişəm, həm də Əliosman həkim göndərib. Dedilər ki, kim göndərsə də kassaya pul ödəməlisiz. Üstümdə pulum az idi, zəng etdim gətirdilər. MRT pullu idisə daha mən niyə Xoşqədəimin verilişinə çıxırdım, niyə mənə deyirdilər ki, müayinəniz, analizləriniz pulsuz olacaq”.

Aygün xanım onu da dedi ki, amma Əliosman həkimin qəbuluna yazılmaq üçün 50 manat pul ödəməyib: “Əgər bunu nəzərə alıb hər şey pulsuzdur deyirlərsə nəyimə lazım idi ki, 50 manata görə efirə çıxım. Hələ həkim deyir ki, çanağın rentgeni sənə hədiyyədir. Məgər mən çanağımdan şikayətliyəm? Boynum və belimdə ağrılar var”.

Bu arada orada əyləşənlər hamısı dedilər ki, Ə.Qədimbəyli hamıya çanaq rentgenini hədiyyə edir.

Aygün xanım söhbətinə davam etdi: “320 manat ora verdim, İmişlidə rentgenin qiyməti 80 manatdır. Özüm Füzulidə 70 manata etdirmişəm. MTN-ni hospitalından aldığım cavablarla eynidir”.

Aygün xanım yollara bu qədər pul tökdüyündən və Medera-ya gəldiyindən peşman olduğunu dedi: “Girəcəm qəbula dərmanı da pulla yazsa, daha məndən inciməsinlər”.

Nəhayət, həkimin qəbuluna düşə bildik. Telefonlar əlimizdən alındı...Bircə o qalmışdı ki, üst-başımız yoxlanılsın...

Pasiyenti müalicəsinin heç bir nəticə vermədiyini, yazdığı dərmanların qəbulu zamanı halsızlıq və baş gicələnmə olduğunu nəzərinə çatdırdıqda Ə.Qədimbəyli, müalicə müddətinin 4-5 il çəkəcəyini dedi. Deməli, 4-5 il ərzində hər 4 aydan bir 50 manat verib qəbuluna yazılmalısan, 180 manat qan analizinə verməlisən, 150 manat verib MRT-dən keçməlisən, üstəlik dərmanlara verilən pullar. Hələ hər müalicə kursunda fizioterapeya xidmətini demirəm. 15 gün, hər günü 60-70 manat. Hər kursda 2 min manat xərclə. İldə 6-7 min manat, üstəlik qəbulda gözləmələr, yol xərci, əsəb, stress və s... Hələ 4 ildən sonra xəstə sağalacaq ya yox, bunu heç Ə.Qədimbəyli də təminat vermir...

Yenidən pasiyenti MTN-nin hospitalına MRT-dən keçməsini bildirdi və göndəriş yazdı. Üstəlik analizlər... Analizlər də verildi, MRT-dən də keçildi. Amma analizlərin cavabına baxıb resept yazmaq üçün Ə.Qədimbəylinin qəbulunu 15 gündən sonra düşmək lazımdır. 15 gündən sonra qəbula yazıl...

Ə.Qədimbəyliyə niyə vətəndaşların bu qədər qəbul otağında gözlətdiyinin səbəbini soruşdum. Cavabı belə oldu: “Acil əməliyyatlar olur...”Çox dərinə getmədim, həm yorğunluq, həm də qəbulda gözləyən pasiyentlər, yaxınlarını düşündüm... Otağından tez çıxdım, o qədər narazı və incik düşmüşdüm ki, heç sağollşmadım da...

Ə.Qədimbəylinin belə görüntü yaratmağı başadüşüləndir. Özünü cəmiyyətə əlçatmaz kimi təqdim etmək düzgün seçim deyil. Müalicəsinin effekt verib, verməyəcəyini bir kənara qoyuram. Bir pasiyenti, əli uşaqlı, qoca, ağbirçək, uzaqdan, yaxından gələni qapısından narazı, incik salan Ə.Qədimbəyli efirdə müqəddəslərimizdən sitatlar gətirir. Fərqə baxın. TV-də “sabah gələrsiz yanıma” deyir. Amma otağının qarşısında yapışdırılan elanda yazılıb:
“Səni axtarıram”ın “nömrə 1”-i TV-də göründüyü kimi deyil

Bax beləcə... Gördüklərimi əvvəlcə yazmaq istəmədim. Amma elə orada hamının yanında uca səslə işlətdiyim fikir yadıma düşdü: “Etirazımı bildirməliyik. Hərəmiz müxtəlif yerlərdən gəlmişik, burada üzləşdiyimiz süni əngəlləri gedib yaxınlarımıza, dostlarımıza danışmalıyıq. Belə bir yerdə vətəndaşlara verilən dəyəri ictimailəşdirməliyik. Mən də təbii ki, gördüklərimi mediada yayacam”...

Sözümü tutub yazdım. Bu, mənim vətəndaşlıq borcumdur.

Ə.Qədimbəylinin də mövqeyini dərc etməyə hazırıq.

Cavid
İlham Əliyev Paşinyanı çətin vəziyyətə saldı: Tezislər...Prezident İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyan ilə Münhen təhlükəsizlik konfransı çərçivəsində görüşü keçirilir.

Axar.az xəbər verir ki, görüş hazırda davam edir.

Qeyd edək ki, ƏIiyevlə Paşinyan birgə paneldə çıxış edəcəklər.

***

Prezident İlham Əliyevlə N.Paşinyan birgə paneldə iştirak edir.

Prezidentin çıxışından sətir başlıqlarını təqdim edirik:

- Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və ərazi bütövlüyümüz bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır.

- Bolşevik partiyasının Qafqaz Bürosu 1921-ci ildə Qarabağın Azərbaycanın tərkibində qalması barədə qərar qəbul edib.

- Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib və işğal olunmuş torpaqlarda azərbaycanlı mülki şəxslərə qarşı, o cümlədən Xocalıda etnik təmizləmə həyata keçirilib.

- ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana Dağlıq Qarabağın Ermənistanın olmadığını izah etməlidirlər. Heç bir ölkə Dağlıq Qarabağı tanımır.

- Bütün azərbaycanlılar işğal olunmuş torpaqlardan, Şuşadan qovulub, etnik təmizlənməyə məruz qalıb. İşğal edilmiş torpaqlarımızda mədəni irsimizi məhv ediblər.

- Ermənistan sülhdən danışır, amma bu gün Azərbaycan əsgərinin snayperlə öldürülməsini necə izah etmək olar?

- Dağlıq Qarabağda Ermənistanın tarixi irsi yoxdur.

- Bütün hökumət rəhbərləri status-kvonu saxlamaq üçün fərqli şəkildə çalışdılar. Azərbaycanlı məcburi köçkünlər yenidən öz ərazilərinə qayıtmalıdırlar. İşğal olunmuş ərazilərdəki silahlı qüvvələrin 80% -dən çoxu erməni əsgərləridir. Bu əraziləri əbədi saxlaya biləcəklərini düşünürlər. Heç vaxt!

- Bu münaqişəni mərhələli şəkildə həll etməliyik. Ərazilərin bir hissəsi azad edilməli və məcburi köçkünlər geri qaytarılmalıdır. Dağlıq Qarabağın statusu daha sonra müəyyən edilə bilər. Vəziyyət Azərbaycanın ərazi bütövlüyünə qarışmamalıdır.

- Paşinyan oğlunun Ermənistan silahlı qüvvələrinin sıralarında Azərbaycanın işğal olunmuş torpaqlarında xidmətdə olduğunu söyləməklə hərbi işğal faktını etiraf etdi.
Şikayətləri DSK-da baxılacaq dairələr - SİYAHIMərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında şikayətlər daxil olan dairələrlə bağlı məsələyə baxılıb. Şikayət daxil olan dairələrdən bir çoxunun müraciətləri araşdırılması üçün müvafiq Dairə Seçki Komissiyalalarına göndərilib. Bundan öncəki iclasında da MSK 4 dairədə seçkilərin yenidən keçirilməsinə, bir sıra dairələrdə isə şikayətlərin yoxlanılması barədə qərar vermişdi.

Nəticələri yenidən yoxlanılacaq dairələr və həmin dairələrdən qalib olan namizədlərin siyahısını təqdim edirik:

82 saylı Ağcabədi Seçki Dairəsi - Tahir Rzayev (61.5 %)

94 saylı Bərdə kənd Seçki Dairəsi - Zahid Oruc (69.6 %)

56 saylı Xaçmaz kənd Seçki Dairəsi - Sevil Mikayılova (43.8%)

106 saylı Tovuz Seçki Dairəsi -Qazax-Ağstafa- Ülviyyə Ağayeva (54.1%)

8 saylı Binəqədi Birinci Seçki Dairəsi- Azay Quliyev (45%)

15 saylı Yasamal Birinci Seçki Dairəsi- Ülvi Quliyev (41.8%)

34 saylı Xətai İkinci Seçki Dairəsi- Zabelin Mixail Yuryeviç (35.1%)

13 saylı Xəzər-Pirallahı Seçki Dairəsi- Rauf Əliyev (47.5%)

112 saylı Qax Seçki Dairəsi- Azər Kərimli (52.7%)

40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsi- Musa Quliyev (40%)

32 saylı Suraxanı Üçüncü Seçki Dairəsi- Afət Həsənova (64.9%)

29 saylı Səbail Seçki Dairəsi- Nigar Arpadari (42.3%)

63 saylı Sabirabad Birinci Seçki Dairəsi- Kamal Cəfərov (52.8%)

47 saylı Mingəçevir Seçki Dairəsi- Aydın Mirzəzadə (30.1%)

31 saylı Suraxanı İkinci Seçki Dairəsi- Etibar Əliyev (41.4%)

16 saylı Yasamal İkinci Seçki Dairəsi- Erkin Qədirli (35.6%)

60 saylı Salyan-Neftçala- Fəzail Ağamalı (49.2 %)

107 saylı Qazax Seçki Dairəsi- Səməd Seyidov (76.1%)

18 saylı Nərimanov-Nizami Seçki Dairəsi- Rasim Musabəyov (38.8%)

84 saylı Füzuli Seçki Dairəsi- Vüqar Bayramov (71%)

17 saylı Yasamal Üçüncü Seçki Dairəsi- Elnur Allahverdiyev (41%)

23 saylı Nəsimi-Səbail Seçki Dairəsi- Ziyad Səmədzadə (45.8%)

77 saylı Astara Seçki Dairəsi- Rəşad Mahmudov (57.6%)

112 saylı Qax Seçki Dairəsi- Azər Kərimli (52.7 %)

25 saylı Nizami ikinci Seçki Dairəsi- Könül Nurullayeva (57.1%)

120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi- Ceyhun Məmmədov (57.1%)

57 saylı Kürdəmir Seçki Dairəsi- Əminə Ağazadə (64.8%)

95 saylı Tərtər Seçki Dairəsi- Sahib Alıyev (40.3%)

46 saylı Şirvan Seçki Dairəsi- İltizam Yusifov (49.5%)

78 Lerik Seçki Dairəsi- İqbal Məmmədov (50.4%)

12 Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi- Səbinə Xasayeva (48.5%)

79 saylı İmişli şəhər Seçki Dairəsi- Razi Nurullayev (20.9%)

91 saylı Ucar Seçki Dairəsi- Ramil Həsən (51.7%)

11 saylı Qaradağ Seçki Dairəsi- Aydın Hüseynov (59.2%)

85 saylı Şamaxı Seçki Dairəsi- Tamam Cəfərova (48.9 %)

19 saylı Nərimanov Birinci Seçki Dairəsi- Hikmət Məmmədov(43%)

70 Masallı şəhər Seçki Dairəsi- Məşhur Məmmədov (64.8%)

81 saylı Beyləqan Seçki Dairəsi - Şahin İsmayılov (62.7 %)

42 saylı Sumqayıt İkinci Seçki Dairəsi - Tahir Mirkişili (50.1%)

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi - İmamverdi İsmayılov (40.3%)

14 saylı Xəzər Seçki Dairəsi- Soltan Məmmədov (47.2%)

92 saylı Zərdab-Ucar Seçki Dairəsi - Jalə Əliyeva (51.9%)

10 saylı Binəqədi üçüncü seçki dairəsi - Madər Musayev (64.6%)

57 saylı Kürdəmir seçki dairəsi - Əminə Ağazadə (64/8 %)

45 saylı Abşeron seçki dairəsi - Oqtay Əsədov (67.7%)

67 saylı Cəlilabad şəhər seçki dairəsi - Malik Həsənov (65.2%)

109 saylı Balakən seçki dairəsi - Nəsib Məhəməliyev (65.3%)

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi- Elman Məmmədov (60.7%)

28 saylı Sabunçu üçüncü seçki dairəsi - Eldar Quliyev (49.2%)
Hərbi qulluqçumuz şəhid olduFevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.
ABŞ Yaxın Şərqə bədbəxtlik gətirib - ÇinABŞ-ın Yaxın Şərqdəki fəaliyyəti təhlükəsizlik və stabilliyin təmininə yox, öz maraqlarının müdafiəsinə yönəlib.

Axar.az xəbər verir ki, bunu “Röyter”ə müsahibəsində Çin Xarici İşlər naziri Van Yi deyib.

“ABŞ son on illikdə Yaxın Şərqdə nə qədər müharibə yaradıb? Bu, nə qədər zərərə səbəb olub? Bu, Yaxın Şərq ölkələrinə nə qədər bədbəxtlik gətirib? Bütün bunlar Yaxın Şərqdə təhlükəsizliyin təminatı üçündürmü? ABŞ-ın yanaşması təkcə təhlükəsizlik və stabilliyin dəstəklənməsinə xidmət etmir, əksinə, yoxsulluq və sonsuz silkələnmələrlə regionu yükləyir”, – deyə o bildirib.
MSK Elza Seyidcahanın şikayətinə baxdı – QərarMərkəzi Seçki Komissiyasının hazırda davam edən iclasında 54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Qasımova Elza Nuru qızının (Elza Seyidcahan) şikayətinə baxılıb.

Avrasiya.net xəbər veri ki, məsələ barədə MSK-nın və Ekspert Qrupunun üzvü Qabil Orucov məlumat verib.

O qeyd edib ki, şikayət aidiyyət qaydalarının pozulması üzrə daxil olduğundan, müvafiq dairə seçki komissiyasına göndərilməlidir. Belə ki, bu şikayətlərin araşdırılma səlahiyyəti dairə seçki komissiyalarındadır.

MSK Elza Seyidcahanın şikayətinin 54 saylı Şabran-Siyəzən seçki dairəsinə göndərilməsinə dair qərar qəbul edib.