Koronavirus təhlükəsi: Bakıda 2 nəfər müalicə alır - RəsmiAzərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Axar.az-a daxil olan məlumatda bildirilib ki, Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, fevralın 14-ü üçün yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var:

"Pekində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı barədə məlumat verilib. Xəstəxanaya yerləşdirilən ikinci şəxs 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Pekin şəhərində işləyib. Fevralın 5-i Pekindən Moskvaya, Moskvadan İstanbula, bir neçə gün İstanbulda qaldıqdan sonra isə təyyarə ilə Tiflisə uçub. Azərbaycana avtomobillə gəlib. Hərarəti normadan bir qədər yüksək olduğu üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Bu gün saat 07:15 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.

Xəstəlik alovlanan ərazidən gələnlər isə, məlumat verdiyimiz kimi, xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada saxlanılanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Bir nəfər istisna olmaqla, qalanları bu gün evlərinə buraxılacaq. Qalan bir nəfərin karantin müddəti fevralın 18-i bitir".
Hadi Rəcəbli parlamentlə sağollaşdıMilli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentlə xudahafizləşib.

Report-un əldə etdiyi məlumata görə, H.Rəcəbli artıq Milli Məclisdəki kabinetindən əşyalarını çıxarıb.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının dünən keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədlər Bəşirov Rəvan və Əzizxan Əzizovun müraciətinə baxılıb. İclasda Hadi Rəcəblinin lider olduğu dairənin 27 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilib və 74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələri ləğv edilib.

Xatırladaq ki, 1947-ci il təvəllüdlü H.Rəcəbli ilk dəfə 1985-ci ildə 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1990-cı ildə onu səlahiyyət müddəti bitib. Növbəti dəfə parlamentə (bu dəfə Milli Məclisə) 1995-ci ildə üzv olan H.Rəcəbli həmin vaxtdan indiyədək deputat idi.
Əzizov yeni mətbuat katibi təyin etdiBakı Şəhər İcra Hakimiyyətində (BŞİH) kadr dəyişikliyi olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmrilə qurumun mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov başqa vəzifəyə təyinat alıb.

Bu səbəbdən də BŞİH-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə Mətin Adil oğlu Hüseynov təyinat alıb.

İsrafil Kərimov isə İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini təyin olunub.

Bakı Şəhər İcra Hakimiyyətindən faktı təsdiqləyiblər.
Koronavirusun müalicə üsulu tapıldı
Çin həkimləri tərəfindən tətbiq olunmuş plazmanın köçürülməsi metodikası COVID-19 koronavirusuna yoluxmuş pasiyentlərin müalicəsində effektivliyini sübut edib.

Bu barədə yerli həkimlərə istinadən "Sinxua" agentliyi xəbər verib.

Uhan Xəstəxanasının rəhbəri Çjan Dinyu keçirdiyi mətbuat konfransında müalicənin yeni metodunun effektivliyi haqqında bildirib.

Ekspertlər izah ediblər ki, xəstəlikdən sağalmış bəzi insanların orqanizmində anticismlər (orqanizmdə yad cismlər, bakteriyalar - red) aşkarlanıb. Məhz anticismlər koronavirusla mübarizəyə kömək edirlər.

Xatırladaq ki, Hubey əyalətində koronavirusa yoluxan 242 nəfər ölüb. Yeni yoluxma hallarının sayı artaraq 14 840 nəfər olub. Virusa yoluxanların sayı 48 min nəfərdən çoxdur. /Report.az
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görəXəbər verdiyimiz kimi, 74 saylı Lənkəran kənd seçki dairəsindən Hadi Rəcəbli, 35 saylı Xətai üçüncü seçki dairəsindən Rauf Abbasov (Arifoğlu), 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Çingiz Qənizadənin, 33 saylı Xətai birinci seçki dairəsindən Hüseynbala Mirələmovun lider olduğu nəticələr ləğv edilib.

Unikal.org xəbər verir ki, sadalanan dairələrdə səsvermənin nəticələrinin ləğv olunması bəzi icra başçılarını çıxılmaz vəziyyətə salıb. Belə ki, verilən qərar həmin dairələrdə seçkilərdə qanun pozuntusu ilə bağlıdır. Heç kəsə sirr deyil ki, seçkilərin saxtalaşdırılması ilə bağlı tapşırıq icra başçıları tərəfindən verilir. Bu tapşırıqlar isə dairə və məntəqə sədrləri tərəfindən həyata keçirilir. Bu dairələrin nəticələrinin ləğv olunması DSK sədrləri və icra başçılarını hədəfə gətirib. Hətta onlardan kimlərinsə həbs təhlükəsiylə üz-üzə qala biləcəyi də vurğulanır.

Qeyd edək ki, Prezident İlham Əliyev dünənki çıxışında seçkidə qanun pozuntularına yol verənlərin cəzalandırılacağını bildirmişdi. Görünən odur ki, Prezidentin bu bəyanatından sonra MSK daxil olan müraciətləri daha dərindən araşdıraraq 4 dairənin nəticələrini ləğv edib.

Bu gün keçirilən iclasda çıxıç edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, vəzifəsinin öhdəsindən gələ bilməyənlərin cəzalandırılması vacibdir. Onun sözlərinə görə, insanlarda narazılıq doğuran şeylər yersiz hərəkət etməkdir.

Qeyd edək ki, Beyləqanın icra başçısı Asif Ağayev, Lənkəranın icra başçısı Taleh Qaraşov, Xətainin icra başçısı Rafiq Quliyev, İmişlinin icra başçısı Vilyam Hacıyevdir.
Arvadının boğazını kəsdi, dərisini soydu Meksikada 46 yaşlı Robledo adlı şəxs həyat yoldaşını dəhşətli yolla qətlə yetirib.

Publika.az xəbər verir ki, qatil 25 yaşlı həyat yoldaşı İnqridi öldürəndən sonra onun dərisini soyub. Ardınca cəsədi hissələrə parçalayan qatil, qalıqları drenaj borusuna atarkən polis tərəfindən həbs edilib. İlkin araşdırmalara görə, spirtli içkinin təsiri altında olan qatil, əvvəlcə həyat yoldaşı ilə mübahisə edib.

Ardınca ona zərbələr endirib. 46 yaşlı şəxsin sözlərinə görə, o polisdən yaxa qurtarmaq üçün cəsədi parçalayıb.

ƏTRAFLI
Raffle Tower
Qeyd edək ki, bəzi mənbələr tərəflərin bir müddət əvvəl boşandığını yazır. Dəhşətli qətl ölkəni ayağa qaldırıb. Aksiyalar təşkil olunub.

Anar Türkeş
Tramp İrana müharibə elan edə bilməyəcək - Qarşısı alındı
ABŞ Senatı Prezident Donald Trampın İrana qarşı müharibə elan etmək səlahiyyətini əlindən alıb.

Axar.az xəbər verir ki, Konqresin qəbul etdiyi qətnamə layihəsinə əsasən, Tramp Konqresin razılığı olmadan sözügedən səlahiyyətindən istifadə edə bilməyəcək.

ABŞ Senatının Baş Assambleyasında keçirilən səsvermədə 55 senator qanun layihəsinin lehinə, 45 senator isə əleyhinə çıxıb.

Ağ Evdən verilən məlumata görə, Tramp qətnaməyə veto qoymaq niyyətindədir.

Gürcüstanda da növbədənkənar seçkilər keçirilə bilər
Gürcüstanda növbədənkənar parlament seçkiləri keçirilə bilər. Ölkə qanunvericiliyində buna imkan verən mexanizm var.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın Mühafizəkarlar Partiyasının sədri Zviad Dzidziquri "Palitranyus” televiziya kanalındakı çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, növbədənkənar parlament seçkiləri aprel və ya may ayında keçirilə bilər.

Qeyd edək ki, Z.Dzidziquri 2016-cı ilin noyabrından parlamentin sədr müavini, 2017-ci ilin martından isə Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri vəzifəsini tutub. 2019-cu ilin noyabrında isə o, bu vəzifədən istefa verib.
MSK açıqladı: Hələ 100-ü qalıb..
Biz dəfələrlə demişik ki, seçicinin harada qeydiyyatda olması qanun pozuntusu deyil. Seçicinin qeydiyyatda olmadığı seçki məntəqəsində səs verməsi qanun pozuntusudur.

Avrasiya.net xəbər verir ki, bunu MSK-nın sədri Məzahir Pənahov bu gün keçirilən iclasda bildirib.

O qeyd edib ki, MSK sosial şəbəkələrdə yayılan bütün dairələrdən olan məlumatları araşdırır. Onun sözlərinə görə, araşdırmalarda sosial şəbəkələrin böyük rolu var:

“Komissiya nədən şübhələnirsə, onu çox ciddi şəkildə araşdırır”.

MSK üzvü Rövzət Qasımov isə indiyədək 200-ə yaxın video araşdırdıqlarını bildirib.

Qeyd edək ki, MSK katibi Mikayıl Rəhimov Mərkəzi Seçki Komissiyasının seçki pozuntusu ilə bağlı sosial şəbəkələrdə yayılan 300 videonu araşdırdığını bildirmişdi.
Ləğv edilən və araşdırılan dairələrin - Tam siyahısı
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında müvafiq qərar qəbul olunub.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov

Bundan başqa, iclasda bir sıra dairələrdən daxil olmuş müraciətlərə baxılması üçün aidiyyatı üzrə Dairə Seçki Komissiyalarına geri göndərilib.

10 saylı Binəqədi (Dairənin lider namizədi Madər Musayev)

11 saylı Qaradağ (Dairənin lider namizədi Aydın Hüseynov)

14 saylı Xəzər (Dairənin lider namizədi Soltan Məmmədov)

15 saylı Yasamal (Dairənin lider namizədi Ülvi Quliyev)

18 saylı Nərimanov-Nizami (Dairənin lider namizədi Rasim Musabəyov)

28 saylı Sabunçu (Dairənin lider namizədi Eldar Quliyev)

42 saylı Sumqayıt (Dairənin lider namizədi Tahir Mirkişili)

45 saylı Abşeron (Dairənin lider namizədi Oqtay Əsədov)

57 saylı Kürdəmir (Dairənin lider namizədi Əminə Ağazadə)

60 saylı Salyan-Neftçala (Dairənin lider namizədi Fəzail Ağamalı)

67 saylı Cəlilabad şəhər (Dairənin lider namizədi Malik Həsənov)

72 saylı Yardımlı-Masallı (Dairənin lider namizədi Musa Qasımlı)

73 saylı Lənkəran şəhər (Dairənin lider namizədi Rüfət Quliyev)

79 saylı İmişli (Dairənin lider namizədi Razi Nurullayev)

81 saylı Beyləqan (Dairənin lider namizədi Şahin İsmayılov)

91 saylı Ucar (Dairənin lider namizədi Ramil Həsən)

92 saylı Zərdab-Ucar (Dairənin lider namizədi Jalə Əliyeva)

95 saylı Tərtər (Dairənin lider namizədi Sahib Alıyev)

109 saylı Balakən (Dairənin lider namizədi Nəsib Məhəməliyev)

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd (Dairənin lider namizədi Elman Məmmədov)

125 saylı Zəngilan-Qubadlı (Dairənin lider namizədi İmamverdi İsmayılov).