İsrail İranı Dəməşqdə vurdu
İsrail hərbi təyyarələri Suriya paytaxtı Dəməşqə aviazərbələr endiriblər.

Axar.az xəbər verir ki, bu məlumatı İsrail mətbuatı yayıb. Məlumata görə, hücum zamanı İrana məxsus hərbi anbarlara zərbə endirilib.

Suriya mətbuatı isə Dəməşqə Qolan təpələrindən raketlərin atıldığını bildirib. Raketlərin qarşısını Suriya hava hücumundan müdafiə sistemlərinin aldığı vurğulanıb.
Dövlətə xəyanətdə ittiham olunan Fəxrəddin Abbasova 16 il HƏBS VERİLDİ
Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Avrasiya.net-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs F. Abbasov 16 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlunun Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması), 274-cü (Dövlətə xəyanət) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək, bu əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilib.

Səbail rayon məhkəməsinin 14 iyul 2018-ci il tarixli qərarı ilə Abbasov Fəxrəddin Fərman oğlunun barəsində həbs qətimkan tədbiri seçilib.

Abbasov Fəxrəddin Fərman oğlu Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin deportasiya haqqında qərarı icra olunarkən 28 fevral 2019-cu ildə Bakı şəhəri Beynəlxalq Hava Limanında Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib.

Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlunun Ermənistan Respublikasına səfərləri, özünün də bildirməsinə görə Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, Ermənistan Respublikasında keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan Respublikası və onun ərazi bütövlüyü əleyhinə çağırışlar edib.
Azərbaycanda kişi həmkəndlisini güllələdi
Göygöldə güllələnmə hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, fevralın 13-də Göygöl rayonunun Əlmədətli kəndi ərazisində Samux rayon sakini, əvvəllər məhkum olunmuş Y.Musayevin münaqişə zəminində tüfəngdən açıdığı atəşlə həmyerlisi Şaiq Əhmədova xəsarət yetirməsi barədə Göygöl RPŞ-yə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Musayev Samux RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “TOZ-M” markalı tüfəng ondan götürülüb.



Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Almaniyada qaçqın düşərgəsində qıza görə dava - Azərbaycanlı ağır yaralandı Almaniyada qaçqın kampında baş verən davada Azərbaycan vətəndaşı xəsarət alıb.

“Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, hadisə Bavariya əyalətinin Deggendorf şəhərində yerləşən və sığınacaq axtaranların deportasiya mərkəzi kimi istifadə olunan kampda qeydə alınıb.

Belə ki, kampın yeməkxanasında Azərbaycan vətəndaşı ilə seneqallı arasında mübahisə yaranıb. Mübahisəyə səbəb isə seneqallının bir neçə gün öncə azərbaycanlı xanıma sataşması olub. Yemək növbəsində duran zaman T.M. (kimlik məlumatları açıqlanmır) adlı Azərbaycan vətəndaşı 35 yaşlı seneqallıdan etdiyi hərəkətə görə xanımdan üzr istəməsini tələb edib. Bir qədər sonra iki şəxs arasında yaranan mübahisə davaya çevirilib.

Əlbəyaxa dava zamanı kənardan bir nəfər əlindəki şüşə butulkanı azərbaycanlıya atıb. T.M. başından aldığı xəsarət nəticəsində yerə yıxılıb. Davaya kampın təhlükəsizlik xidmətinin əməkdaşları müdaxilə etsələr də, butulka ataraq azərbaycanlının yaralanmasına səbəb olan şəxs hadisə yerində qaça bilib.

Azərbaycan vətəndaşı təcili yardım avtomobili ilə yaxınlıqdakı hospitala çatdırılıb və onun baş nahiyəsinə 4 tikiş vurulub. Həkimlər onun vəziyyətinin normal olduğunu bildiriblər.

Deggendorf şəhər polis təşkilatı əməkdaşlarının əməliyyatı nəticəsində azərbaycanlıya xəsarət yetirən 28 yaşlı Nigeriya vətəndaşı ərazidəki marketə daxil olan zaman saxlanılıb.

Hazırda faktla bağlı Deggendorf şəhər polis təşkilatında araşdırma aparılır.

Qeyd edək ki, hadisənin baş verdiyi kamp deportasiya ediləcək əcnəbilərin müvəqqəti qalması üçün nəzərdə tutulub. Bu kampda tez-tez kütləvi davaların baş verdiyi bildirilir.
İlham Əliyev Almaniyaya getdiFevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 56-cı Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfəri başlayıb.

Avrasiya.net xəbər verir ki, bu gün Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri, “Veridos GmbH” şirkətinin baş icraçı katibi Andreas Reşmayer ilə görüşüb.
Ərdoğanın möhtəşəm Pakistan çıxışı: UnutmayacağıqBiz özümüzü burada əsla yad hiss etmirik. Hazırda öz evimizdə sizinlə bir yerdəyik. Türkiyə ilə Pakistan arasındakı qardaşlıq əlaqələri dünyada çox az ölkəyə nəsib olur.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan parlamentində çıxışında deyib.

“Biz sizi sevməyib, kimi sevəcəyik? Kimə məhəbbət göstərəcəyik? Pakistan xalqının Qurtuluş müharibəsi zamanı tikəsindən kəsib göndərdiyi yardımları heç vaxt unutmadıq, unutmayacağıq da! Dünən Çanaqqala, bu gün Kəşmir! Türk millətini tək qoymayan qardaşlarımızı unutmayacağıq. Pakistanla qardaşlığımızı əbədi olaraq qoruyacağıq. Bizim dostluğumuz maraqlardan deyil, sevgidən gəlir. Pakistanın kədərini kədərimiz, sevincini sevincimiz, uğurunu da uğurumuz kimi görmək istəyirik”, - Ərdoğan bildirib.
Boris Conson ABŞ-a səfərini ləğv etdiBritaniya Baş naziri Boris Conson ABŞ-a səfərini ləğv edib.

Axr.az xəbər verir ki, bu məlumatı “San” qəzeti öz mənbələrinə istinadən yayıb. Məlumata görə, Consonun ABŞ Prezidenti Donald Trampla görüşü iyuna qədər təxirə salınıb.

Görüşün 10-12 iyun arasında keçirilən G-7 sammiti çərçivəsində Kemp-Deviddə baş tutacağı vurğulanıb.

Consonun Britaniyanı daxili gündəmlə məşğul olmaq üçün ABŞ-a getmədiyi bildirilib.
Ermənistan ordusunda əcaib ənənə... - BabayanErməni hərbçilərin qətlinə görə məsuliyyəti Ermənistan Baş naziri Nikol Paşinyan və Müdafiə naziri David Tonoyan daşıyır.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Arutyun Babayan deyib. O, Ermənistan ordusunda cinayət “submədəniyyəti”nin olduğunu və Paşinyanla Tonoyanın bunu həll edə bilmədiyini söyləyib. Babayan bu məsələ ilə bağlı Tonoyanla müzakirələr apardığını bildirib:

“Mən nazirə “elit hərbi hissə” barədə sual verdim, amma təəssüf ki, onun cavabı məni qane etmədi. Düşünürəm ki, bizim çox işimiz var, ona görə ki, ordunun hansısa əcaib ənənənələri mövcuddur. Biz bunun barəsində dayanmadan danışmalıyıq. Heç bir məsələ gizli saxlanmamalıdır. Erməni elitası susmamalıdır”.
Türkiyə analoqsuz raketlərini işə salırSuriyanın İdlib şəhərində Bəşər Əsəd rejiminin 63 ünsürü məhv edilib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumat İdlibdəki yerli qaynaqlardan əldə edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “bu gündən etibarən əsgərlərimizə qarşı hücum olunarsa, rejim qüvvələrini her yerdə vuracağıq. Quruda və havada nə lazımdırsa, edəcəyik” açıqlamasından sonra Rusiyanın hava məkanını nəzarətdə saxladığı İdlibdə türk ordusunun necə bir yol qət edəcəyi gündəm mövzusu olub.

İdlib şəhərinin coğrafi baxımdan Türkiyəyə yaxın yerləşməsinin böyük üstünlük olduğunu bildirən hərbi mütəxəssislər 20-120 km mənzilə sahib, həssas atış edə bilən, yerli istehsallı “KAPLAN” raketlərinə diqqəti çəkir. Çoxməqsədli Raket Sistemi platformalar üzərindən atıla bilən raketlər kəskin dəqiqlik sayəsində topçu və havadan müdafiə sistemləri radiolakasiya mövqeləri, toplanış bölgələri, logistika məkanları, nəzarət, idarəetmə və xəbərləşmə sistemləri kimi hədəfləri vura bilir.

Türkiyə ordusu İdlibdə hərəkat başladarsa, SOM, Slam Er, Popeye raketləri, qurudan-quruya atıla bilən İldırım və BORA ballistik raketi kimi əhəmiyyətli silahlarından istifadə edə bilər.

Mütəxəssislərin sözlərinə görə, Əsəd rejimi hava məkanından yaxşı istifadə edə bilmir. Xüsusilə, suriyalı müxaliflərin əlində olan və çiyindən atıla bilən MANPADS raket sistemi helikopter və alçaqdan uçan təyyarələri rahatlıqla vura bilir.

Bundan başqa, Türkiyə Hərbi Hava Qüvvələrinin Suriya əməliyyatlarından istifadə etdiyi KORAL elektron hərbi sistemi hazırda meydanda aktiv şəkildə istifadə olunur. Hərbi avtomobillərə quraşdırılan və geniş ultrasəs dalğalarını təqib edən bu radar sistemi 200 km sahədə düşmənin radarlarına və xəbərləşmə kanallarına müdaxilə edə bilir.
Rusiyanın Türkiyədəki səfiri hədələnirRusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov hədələnib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, sosial şəbəkələrin Türkiyə seqmentində çıxan məlumatlarda ünvanına birbaşa hədələrin daxil olduğunu söyləyir.

“Mən birbaşa hədələr alıram”-deyə Yerxov açıqlama verib. Səfir hədələrin Suriyadakı gərginliklə birbaşa bağlı olduğunu əlavə edib.

Rusiyalı diplomat sələfi Andrey Karlov kimi öldürülə biləcəyindən qorxur. 2016-cı il dekabrın 19-da Ankaranın Müasir İncəsənət Mərkəzində səfir Andrey Karlov polis əməkdaşı Mövlud Altıntaş tərəfindən öldürülmüşdü.