54 əməkdaş məsuliyyətə cəlb olunub - Baş prokurorÖtən il səkkiz nəfər prokurorluq əməkdaşı tutduğu vəzifədən azad edilib.

Avrasiya.net xəbər verir ki, bu sözləri Baş prokuror Zakir Qaralov fevralın 14-də prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, 2019-cu ildə xidməti, icra və əmək intizamının pozuntusu hallarına qarşı, işində və xidmətdən kənar fəaliyyətində qanunsuzluqlara münasibətdə prinsipial mübarizə xətti davam etdirilib. Müxtəlif pozuntulara yol verdiklərinə görə 54 əməkdaşın intizam məsuliyyətinə cəlb olunduğu, onlardan 44 nəfərə töhmət və şiddətli töhmət elan edildiyi, 8 əməkdaşın tutduğu vəzifədən azad edildiyi, prokurorluqda xidmətlə bir araya sığmayan kobud qanunsuzluqlara yol verdiklərinə görə 2 əməkdaşın prokurorluq orqanlarından xaric edildiyi qeyd olunub.

Xidməti, icra və əmək intizamının daim diqqət mərkəzində saxlanıldığını bildirən Baş prokuror mənfi təzahürlərə, qeyri-prosessual münasibətlərə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək neqativ hallara, qanun pozuntusu və nöqsanlara, prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verən prokurorluq işçiləri barədə ciddi cəza tədbirlərinin görüləcəyini xüsusi vurğulayıb.
Hökumətlərarası iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın iclası keçirilib
Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiya”nın 7-ci iclası keçirilib.

Nazirlikdən Avrasiya.net-ə verilən məlumata görə, iclasda Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

İclasdan əvvəl S.Babayevlə Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyyarto arasında ikitərəfli görüş olub, ikitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Komissiyanın 7-ci iclasında Azərbaycan-Macarıstan əlaqələrinin ildən-ilə inkişaf etdiyini vurğulayan S.Babayev iki ölkənin dövlət başçıları tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsində mühüm addım olduğunu qeyd edib. Bildirib ki, xüsusilə də Bəyannamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini əks etdirən müddəaların yer alması Azərbaycan və Macarıstan arasında yüksək səviyyəli siyasi dialoqun və strateji tərəfdaşlığın daha bir göstəricisidir.

Prezident cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin ölkəmizdə bütün sahələrdə dinamik inkişafı təmin etdiyini vurğulayan S.Babayev, eyni zamanda, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi qəbul olunduğunu, xarici ölkələrlə qarşılıqlı maraqlar əsasında uğurlu əməkdaşlıq əlaqələrini daim genişləndirdiyini diqqətə çatdırıb.

Nazir Macarıstanla da ötən dövrdə imzalanan əməkdaşlıq sənədlərinin əlaqələrin hüquqi bazasının formalaşdıraraq genişlənməsinə zəmin yaratdığını deyib. O, xüsusilə enerji sahəsində Macarıstanla fəal əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əməkdaşlığın davam etdirilməsinin, eləcə də bərpa olunan enerji sahəsində əməkdaşlıq potensialının araşdırılmasının əhəmiyyətini qeyd edib.

İqtisadi əməkdaşlıqda ticarət əlaqələrinin önəmindən bəhs edən S.Babayev 2019-cu ildə Azərbaycanın Macarıstan ilə ticarət dövriyyəsinin həcminin 35,70 mln. ABŞ dolları təşkil etdiyini bildirib. Ticarət əlaqələrinin inkişafı məqsədilə aparılan işləri, həmçinin ölkəmizin ixrac missiyasının Macarıstana səfərinin, Macarıstan da daxil olmaqla Mərkəzi Avropa üzrə Azərbaycanın ticarət nümayəndəsinin təyin edilməsinin və s. mühüm rolunu diqqətə çatdırıb. O, ticarət, nəqliyyat, kənd təsərrüfatı, xidmət sahələri üzrə Macarıstan şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyətini, investisiya sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. O, iki ölkə arasında əməkdaşlıq üçün mövcud olan potensialın əlaqələrin daha geniş miqyasda və daim yüksələn xətt üzrə inkişafına imkan yaratdığını bildirib.

P.Siyyarto ölkəsinin Azərbaycanla dost münasibətləri əsasında əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu deyib. O, iqtisadi sahədə əməkdaşlıq istiqamətləri üzrə əldə olunan təcrübəni qeyd edib. Birgə səylər nəticəsində bu əlaqələrin ildən-ilə genişlənəcəyinə, əməkdaşlıqda yeni müsbət nəticələrin olacağına əminliyini ifadə edib.

İclasda enerji sahəsində əməkdaşlığın davam etdirilməsi, bərpa olunan enerji sahəsində əməkdaşlıq potensialının araşdırılması, ticarət və investisiya, qeyri-neft mallarının ixracı məsələləri müzakirə olunub. Macarıstan şirkətlərinin Azərbaycanın sənaye parklarında, eləcə də aqroparklarında, startapların Macarıstan və Azərbaycanda keçirilən sərgi, konfrans və forumlarda iştirak imkanları, Macarıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması, iki ölkənin biznes birlikləri arasında əlaqələrin və qarşılıqlı investisiya qoyuluşlarının həcminin genişləndirilməsi və s. məsələlərlə bağlı fikir mübadilələri aparılıb.

Təhsil və elm sahəsində əlaqələrin genişləndirilməsi, eləcə də ikili diplom proqramlarının hazırlanması və tətbiqi, müəllim və tələbə mübadiləsinin, ali təhsil müəssisələri arasında ortaq araşdırmaların təşviqi və s. məsələlər nəzərdən keçirilib. Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq, bu sahələrdə idxal və ixracın mövcud potensiala uyğun artırılması, səhiyyə, mədəniyyət, nəqliyyat sahələri üzrə əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub. Azərbaycanın turizm imkanları haqqında Macarıstanda məlumatlılığın artırılmasının, məlumat turlarının təşkilinin, turizm sahəsində təcrübə mübadiləsinin hər iki ölkə üçün önəmi qeyd edilib. Əmək bazarının tənzimlənməsi, məşğulluğa dəstək proqramlarının hazırlanması, sosial xidmətlərin göstərilməsi, tibbi-sosial reabilitasiya, gənclər və idman sahələrində gələcək əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

Hər iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin də iştirakı ilə aparılan müzakirələrin yekununda həmsədrlər tərəfindən Komissiyanın 7-ci iclasının Protokolu imzalanıb. Sənəddə iki ölkənin qeyd edilən sahələrdə gələcək əməkdaşlıq istiqamətləri ifadə olunur.
Prezident Münhendə Dilqəm və Şahbazdan danışdıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, görüşdə dövlət başçısı Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd edib. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda “hamının hamıya” prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin vacibliyini vurğulayıb.

Ramiz Mehdiyev direktoru işdən azad etdiAzərbaycan Milli Elmlər Akademiyası Neft və Qaz İnstitutunun direktoru vəzifəsindən azad edilib.

AMEA-nın Rəyasət Heyətinin iclasında akademik İbrahim Quliyev öz ərizəsi ilə institutun direktoru vəzifəsindən azad edilib.

İnstitutun direktoru vəzifəsinin icrası akademik Fəxrəddin Qədirova həvalə edilib.
Çingiz Abdullayevdən təbrik“Ölkəmizi Avropada təmsil etmək şərəfli və məsuliyyətli işdir”

“Neftçi” Futbol Klubunun Müşahidə Şurasının Sədri, Azərbaycan Xalq Yazıçısı Çingiz Abdullayev Klubumuzun açılışı ilə əlaqədar bizi təbrik edib. Təbrikdə deyilir: “Hörmətli dostlar! Sizi AZE NAKHCHIVAN-KÖLN SK Futbol Klubunun açılışı münasibəti ilə təbrik edirəm. Ölkəmizi Avropada təmsil etmək hər zaman şərəfli və məsuliyyətli işdir. Dövlətimizi Almaniya kimi futbol ölkəsində təmsil etmək xüsusi bir məsuliyyətdir. Sizə bol uğurlar, çoxlu qələbələr və böyük inkişaf arzu edirəm. Siz öz tarixi Vətəniniz üçün çox vacib bir iş görürsünüz”.
Türkiyə 400 komandosu da İdlibə göndərdiTürkiyə sərhəddəki qüvvələrə dəstək üçün 400 xüsusi təyinatlını İdlibə göndərib.

Axar.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti yayıb.

“400 xüsusi təyinatlı İdlib zonasındakı sərhədyanı ərazilərdə qoşunlara dəstək vermək üçün göndərilib”, - qəzet bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Türkiyə Suriya istiqamətinə çoxlu sayda zirehli texnika və canlı qüvvə göndərmişdi.
Ərəblər İranla gizli danışıqlara başladı – ABŞ fiaskosu2019-cu il sentyabrın sonunda Əbu-Dabidə regional stabillik üçün BƏƏ və İran nümayəndələri məxfi danışıqlar aparıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Nyu York Tayms” yayıb. Məlumata görə, bu hadisə ABŞ və İran arasında gərginliyin pik həddə çatması fonunda baş verib.

Tərəflər arasında məxfi danışıqların Ədu-Dabinin regionda gərginliyin azaldılmasında unikal rol oynayacağını güman etdikdən sonra başladığı bildirilib. İranla birbaşa danışıqların BƏƏ-nin geniş regional strategiyasının bir hissəsi olduğu vurğulanıb.

“Nyu York Tayms” həmçinin Boltonun istefaya göndərilməsindən sonra BƏƏ hakimiyyətinin Tramp administrasiyasına daha az güvəndiyini qeyd edib.

Tərəflər arasında görüşün Vaşinqtonun məlumatı olmadan baş tutduğu bidrilib. Görüş Ağ Evdə narahatlıq yaradıb.

BƏƏ ilə bərabər, Səudiyyə Ərəbistanı da İranla gizli danışıqlara cəhd edib. Belə ki, Ər-Riyadın bu işdə İraq və Pakistandan olan vasitəçilərdən istifadə etdiyi vurğulanıb:

“İran diplomatlarının və SEPAH üzvlərinin məlumatına əsasən, general Süleymani hər iki monarxiya ilə danışıqların aparılmasında mühüm rol oynayıb. Tramp administrasiyasının formalaşdırmağa cəhd etdiyi antiiran alyansı silkələnməyə başlayıb”.
Dairələr niyə və necə ləğv edildi? – MSK-nın şok mesajı2020-ci il 9 fevral seçkiləri bir çox parametrlərinə görə ölkə tarixinə düşəcək.

Əvvəla ona görə ki, bu seçkilərə ümid böyük idi və çoxsaylı namizəd seçkiyə qatılmışdı. İlkin mərhələdə iddiaçıların sayı hətta 2400-ü aşırdı, ən sonda isə 1314 nəfər namizəd olaraq seçkiyə qatıldı.

125 mandat uğrunda bu qədər şəxsin mübarizə aparması fərqli bir mənzərə ortaya çıxarır.

İkinci, namizədliyini geri çəkmək istəyənlərə MSK sədri səviyyəsində dəfələrlə müraciət olundu, onlardan az qala xahiş edilirdi ki, seçkiyə girsinlər. Mərkəzi Seçki Komissiyası həm də dairələrin qeydə almadığı namizədlərlə də bağlı olduqca pozitiv addımlar atdı: xırda qüsurlara belə göz yumuldu və namizədliklər qeydə alındı.

Namizədlərin çox olması seçki ab-havası, seçicilərin fəallaşması və taleyüklü məsələdə xalqın rəyinin ifadəsi baxımından önəmlidir və hesab etmək olar ki, bu qərar ölkənin birinci şəxsinin iradəsi idi.

Seçki prosesi və seçki günü bu qəti siyasi iradənin necə icra edildiyi barədə müzakirələr açmaq olar, fakt odur ki, seçkiyə bu əhvalla girildi.

Seçkiyə namizədlər hazır idimi?

Seçki axşamı MSK sədri Məzahir Pənahovun bu vaxta qədər sezilməyən, görünməyən bir baxış ortaya qoyması göstərdi ki, bu seçki əvvəlkilərdən tamamilə fərqli bir mənzərə yaradıb.

Məzahir Pənahov bildirdi ki, MSK-ya seçki pozuntusu ilə bağlı müraciətlər 100-ü aşmır, onların da böyük əksəriyyəti texniki səbəblərlə bağlıdır və yerindəcə həll edilib: məsələn, adının seçici siyahısında olmaması, müşahidəçinin seçki qutusunu normal görə bilməməsi və s.

Ancaq M.Pənahovun sosial şəbəkələrdə yayılan seçki pozuntusuna aid görüntüləri rəsmi müraciət olmasa belə, araşdırmaya alacaqlarını və həddən artıq diqqətlə izləyəcəklərini bildirməsi yeni baxış idi.

Bəli, MSK bu seçkilərə tamamilə fərqli baxış ortaya qoydu. Bu faktı deyəsən, əksəriyyət nəzərdən qaçırmışdı və sosial şəbəkələrin imkanlarını diqqətə almamışdılar.

MSK nəyi sübut etdi?

4 dairə ləğv olunub, 20-yə qədər şikayət araşdırılması üçün dairələrə göndərilib və həmin dairələrdə bəzi məntəqələrin ləğvi, hətta lider namizədin dəyişməsi ehtimalı istisna deyil.

Ləğv olunan dairələrdən biri 35 saylı Xətai üçüncü seçki dairəsidir – Rauf Arifoğlu və İqbal Ağazadənin “savaş” meydanı.

Bu dairə nəticəsi ləğv edilən digər dairələrdən kəskin fərqlənir. Hesab edirəm ki, 35-ci dairə - bir sınaq meydanı idi və məncə, 2025 və yaxud 2030-cu ilə hazırlıq məqsədi daşıyır.

Bu dairədə iki nüfuzlu şəxsin toqquşması zamanı ortaya çıxdı ki, hələ dairə və məntəqə seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri seçkiyə hazır deyillər – onları çox rahatlıqla “almaq” mümkündür. Yəni dairə və məntəqənin dövlətdən maaş alan üzvü namizədlərdən birinin girovuna çevrilə bilərmiş (Bu barədə ayrıca yazıya ehtiyac var).

Ümid edək ki, nəticələri ləğv ediləndən sonra yenidən təşkil ediləcək dairə və məntəqələrdəki üzvlər daha diqqətlə seçiləcək və yaxud onlarla iş daha mükəmməl qurulacaq.

Nəticəsi ləğv edilən digər 3 dairə ilə bağlı qərarda isə MSK daha ciddi siyasi iradəyə tabe olduğunu nümayiş etdirdi: sübut olundu ki, “ən uzaqvuran toplara” belə yeni seçki sistemində güzəşt olmayacaq.

Bu, MSK-nın 2025 mesajıdır: seçkiyə girənlər hansı düşərgədə olmasından və necəliyindən asılı olmayaraq, ilk növbədə seçicinin dəstəyini almalıdırlar, ondan sonra YAP-ın dəstəyinə arxalana bilərlər.

MSK-nın daha bir mesajı xalqa idi: faktları əks etdirən istənilən görüntü bundan sonra hesaba alınacaq. Və Məzahir Pənahov sosial şəbəkə istifadəçilərinə dönə-dönə təşəkkür etməklə, seçki pozuntusu ilə üzləşmiş bütün namizədlərin ağzını hüquqi müstəviyə yönəltdi.

Seçki prosesinə qatılan namizədlər dünənə qədər MSK-nın önünə gəlməyə və yaxud küçəyə çıxmağa meyilli idilərsə, dünən onlar üçün fərqli bir mənzərə açıldı: Niyə pozuntular aktlaşdırılmayıb? Niyə DSK-lara vaxtında müraciət edilməyib? Niyə müşahidəçilərlə peşəkar iş aparılmayıb?

Hazırda namizədlərdən bir çoxunun gecəni də yatmadan, bu faktları sistemləşdirməyə çalışdığı və şikayətləri hüquqi prosedura uyğun hazırladığı haqda tam səhih məlumatlarımız var. Onlar etiraf edirlər ki, MSK-nın bu baxış bucağını gözləmirdilər, belə olacağını bilmirdilər...

Hazırlıqsız, hüquqi baxımdan “silahlanmayan” namizədlərin qarşısına hüququn qapısının taybatay açılması 9 fevral 2020 seçkisinin tarixi əhəmiyyətidir.

MSK-nın münasibəti göstərdi ki, siyasi iradə də, istək də var, qalır dairə və məntəqə seçki komissiyalarında seçki təsəvvürünün dəyişməsi və seçkiyə girən namizədlərin mükəmməl şəkildə hüquqi prosesləri mənimsəməsi.

Bu da 2025-ə bir mesajdır yəqin ki!


Etiraf edək ki, bu seçkinin qalibi Mərkəzi Seçki Komissiyasıdır – nə dairələr, nə də məntəqələr, nə də namizədlər.

Deyəsən, doğrudan da bizdə “katarsis” YUXARIDAN başlayıb – Birinci şəxsin iradəsi və seçki komissiyalarının ali orqanından.

Bu prosesin davamlı olması üçünsə o uduzan namizədlər də daxil olmaqla, ümumilikdə bütün intellegensiya özünü dəyişməlidir...
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Qarabağ məsələsini birtərəfli fəaliyyətlə həll etmək mümkün deyil. Əgər hansısa Ermənistan hakimiyyəti birtərəfli addımlar atsa belə, bu, problemi həll etməyəcək, onu daha da dərinləşdirəcək.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Fridrix Ebert Fondunda çıxışı zamanı deyib. Paşinyan çıxışı zamanı guya yenilik edərək, Qarabağ məsələsində ərazi iddialarının gündəmə gətirilməməsi gərəkdiyini bildirib:

“Azərbaycanda ərazilər haqqında danışmağı çox sevirlər, amma bizim təhlükəsizlik haqqında danışdığımızı anlamaq çox vacibdir”.

Paşinyan qondarma Qarabağ rejiminin güzəştlərə hazır olmadığını söyləyib:

“Qarabağ dünyanın başqa ölkələri kimi öz təhlükəsizliyini güzəştə getməyə hazır deyil. Hansı ölkə öz təhlükəsizliyini güzəştə getməyə hazırdır? Situasiyanın həlli təhlükəsizliyə zəmanətlə bağlı ola bilər”.

Erməni baş nazir yenidən Madrid prinsiplərinə zidd bəyanatlarını təkrarlamağa və öz bəyanatına haqq qazandırmağa davam edib:

“Əslində “Qarabağ – Ermənistandır və nöqtə” bəyanatının çox sadə açıqlaması var. Biz dedik ki, Azərbaycanın Qarabağa hücumunu Ermənistana hücum kimi qəbul edəcəyik. Ermənistan Qarabağın təhlükəsizliyinin zəmanətçisidir. İrəvan Azərbaycan tərəfindən danışıqlar prosesində heç bir konstruktiv addım görməyib”.
Bakıda bu xəstəxanada bir ayda 19 nəfər ölüb... - Ekspert
Yanvar ayı ərzində Ağciyər Xəstəlikləri İnstitutunda ölüm hallarının yaşanması müəyyən narahatlıq və sual yaradıb: Görəsən, Azərbaycanda da koronovirus var? Yoxdursa, Ağciyər Xəstəlikləri İnstitutunda ölüm hallarının kəskin artmasının səbəbi nədir?

Statistika İdarəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, ötən ilin yanvar ayında Ağciyər Xəstəlikləri İnstitutunda ölənlərin sayı 6 nəfər olub. Bu ilin yanvarında isə Ağciyər Xəstəlikləri İnstitutuna 50-dən çox ağır xəstə gətirilib, onlardan 19-u ölüb.

Xəstə ölümlərinin səbəblərindən biri kimi xəstəxanada həkim-reanimatoloqların olmadığı göstərilir. Xəstəxananın baş həkimi də müsahibə və açıqlamalarında bunu təsdiqləyib.

Mövzunu Axar.az-a şərh edən tibb üzrə professor Adil Qeybulla bildirib ki, Azərbaycanda koronovirusun mövcudluğu ilə bağlı rəsmi açıqlama olmadığı üçün bu xəstəliyə yoluxma olub-olmadığı barədə söz demək çətindir:

“Rəsmi qurumlar belə bir açıqlama vermirsə, heç kəs deyə bilməz ki, Ağciyər Xəstəlikləri İnstitutunda ay ərsində bir neçə dəfə ölüm halının yaşanmasına səbəb nədir. Ağciyər ağırlaşmaları ilə xəstələr bu xəstəxanaya daxil olur. Təbii ki, orada ölüm halları olur. Ancaq bu ölümlərin konkret olaraq nədən olması indifikasiya olmalıdır. Koronavirus ilk dəfə soyuqdəymədən ölənlərin nəfəs yollarındakı yaxmalardan tapılıb. Ən azından bu il ərzində Ağciyər Xəstəlikləri İnstitutunda ölənlərin nəfəs yollarından yaxmalar götürüb identifikasiya etmək lazım idi. Deyirlər ki, bizdə hər cür laboratoriya var. Əgər belə laboratoriyalar varsa, ölən xəstələrdən yaxma götürüb araşdırsınlar. Bəlkə elə belə bir yoluxma halı var? Bunu etiraf etmək niyə həyəcan yaradır ki? Əksinə, insanların daha ehtiyatlı olmasına səbəb olar”.

A.Qeybulla bildirib ki, Ağciyər Xəstəlikləri İnstitutunda tez-tez ölüm hallarının yaşanması əslində təbiidir, ancaq istənilən halda ölüm faktları artıbsa, araşdırılmalıdır:

“AXİ-yə adətən ağciyər ağırlaşmaları zamanı gəlirlər. Belə olduğu təqdirdə ölüm halları da olur. Çünki indi vərəmin ağırlaşmış formaları var ki, müalicəyə, indiki dərmanlara tabe olmur. Bu da təbii olaraq xəstənin ölümü ilə nəticələnir. Ancaq bu il belə bir virus yayıldığı ərəfədə ölüm halları ilə bağlı məlumatların getməsi haqlı həyəcan yaradır. Məhz bu səbəbdən orada baş verən ölümlər araşdırılıb məlumat verilməlidir. Hər ölüm halını kəskin pnevmoniya adlandırmaq olmaz. Ölümlərin bir çoxu texniki səbəblərdən də yaşanır. Məsələn, bildirirlər ki, reanimotoloq çatışmır, bu çatışmır, o çatışmır. Bizdə ölümdən sonra müayinələr aparılmadığı üçün ölümlərin də hansı səbəbdən baş verdiyi məlum olmur. Bütün bu ölüm halları araşdırılıb ümumi bir statistika verilməli, təhlil getməlidir”.

Mövzu ilə bağlı Ağciyər Xəstəlikləri İnstitutunun bu ilin yanvarından tabeliyinə verildiyi TƏBİB-dən isə bildirilib ki, vəfat etmiş hər bir xəstənin ölüm səbəbləri açıqlanır.

Həmçinin əlavə edilib ki, TƏBİB bununla bağlı mətbuat konfransı keçirəcək.