Ağstafada 77 yaşlı qadın qızına görə intihar etdi
Ağstafa rayonunda qızının xəstə olduğunu bilən ana intihar edib.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, hadisə Zəlimxan kəndində baş verib.

Həmin kəndin sakini, 77 yaşlı Gülşən Əliyeva özünü həyətindəki yardımçı tikilidə asıb.

Ahıl qadının intiharına səbəb isə qızının səhhətində yaranan problemlərlə əlaqədar olub. O, övladının boğazında şiş olmasını eşidib. Bundan sonra qadın depressiyaya düşərək intihar edib.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.
Bu dərman ömrü uzadırABŞ alimləri sübut ediblər ki, ucuz və populyar şəkərli diabet dərmanı “metformin” orqanizmdə metabolik balansını bərpa edir, sağlamlığı möhkəmləndirir və həyatı uzadır.

Publika.az bildirir ki, araşdırmanın nəticələri "Cell Reports" jurnalında dərc olunub.

Metformin orqanizmdə stress yaradır ki, bu stressin nəticəsində sensorlar yaş artdıqca pozulan maddələr mübadiləsinin balansını bərpa edir.

Araşdırmalar davam edir.


Şikayət olunan dairələrin tam siyahısı
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 4 dairənin nəticələri ləğv olunub.

Avrasiya.net-in məlumatına görə, bunlar Hüseynbala Mirələmovun lider olduğu 33 saylı Xətai birinci seçki dairəsi, Rauf Arifoğlunun lider olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi, Hadı Rəcəblinin lider olduğu 74 saylı Lənkəran Kənd Seçki dairəsi və Çingiz Qənizadənin lider olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsidir.

Bundan başqa, iclasda bir sıra dairələrdən daxil olmuş müraciətlərə baxılması üçün aidiyyatı üzrə Dairə Seçki Komissiyalarına geri göndərilib.

"Qafqazinfo"nun məlumatına görə, bu dairələrin liderlərinin əksəriyyəti 4, 5, 6-cı çağırış deputat seçilənlərdir:

10 saylı Binəqədi: Madər Musayev (partiyasız) 6 çağırışdır ki, deputatdır

11 saylı Qaradağ: Aydın Hüseynov (YAP) 5, 6-cı çağırışdır ki, deputatdır (2 dəfə)

14 saylı Xəzər seçki dairəsi Soltan Məmmədov ( bitərəf)

15 saylı Yasamal: Ülvi Quliyev (partiyasız) 3, 4, 5, 6-cı çağırışdır ki, deputatdır (4 dəfə)

18 saylı Nərimanov-Nizami: Rasim Musabəyov (partiyasız) 4, 5, 6-cı çağırışdır ki, deputatdır (3 dəfə)

28 saylı Sabunçu: Eldar Quliyev (partiyasız) 2, 3, 4, 5, 6-cı çağırışdır ki, deputatdır (5 dəfə)

42 saylı Sumqayıt: Tahir Mirkişili (YAP) 5, 6-cı çağırışdır ki, deputatdır (2 dəfə)

45 saylı Abşeron: Oqtay Əsədov (YAP) 2, 3, 4, 5, 6-cı çağırışdır ki, deputatdır (5 dəfə)

57 saylı Kürdəmir seçki dairəsi Əminə Ağazadə (bitərəf)-

60 saylı Salyan-Neftçala: Fəzail Ağamalı (AVP) 6 çağırışdır ki, deputatdır

67 saylı Cəlilabad şəhər: Malik Həsənov (YAP) 4, 5, 6-cı çağırışdır ki, deputatdır (3 dəfə)

72 saylı Yardımlı-Masallı: Musa Qasımlı (partiyasız) 4, 5, 6-cı çağırışdır ki, deputatdır (3 dəfə)

73 saylı Lənkəran şəhər: Rüfət Quliyev (partiyasız) 3, 4, 5, 6-cı çağırışdır ki, deputatdır (4 dəfə)

79 saylı İmişli seçki dairəsi Razi Nurullayev (bitərəf)- işsiz

81 saylı Beyləqan: Şahin İsmayılov (YAP) 5, 6-cı çağırışdır ki, deputatdır (2 dəfə)

91 saylı Ucar seçki dairəsi Ramil Həsən (YAP) -müvəqqəti işsiz

92 saylı Zərdab-Ucar seçki dairəsi: Əliyeva Jalə Fazil

95 saylı Tərtər: Sahib Alıyev (partiyasız) 4, 5, 6-cı çağırışdır ki, deputatdır (3 dəfə)

109 saylı Balakən: Nəsib Məhəməliyev (YAP) 5, 6-cı çağırışdır ki, deputatdır (2 dəfə)

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd: Elman Məmmədov (YAP) 2, 3, 4, 5, 6-cı çağırışdır ki, deputatdır (5 dəfə)

125 saylı Zəngilan-Qubadlı: İmamverdi İsmayılov (YAP) 6 çağırışdır ki, deputatdır.
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
ABŞ Rusiyanın 3 şirkətinə sanksiya tətbiq edib.

Modern.az xəbər verir ki, bu barədə məlumat Dövlət Departamentinin Federal reyestrində dərc olunub.

Sanksiyaya məruz qalan şirkətlər Tula şəhərindəki Şipunov adına Cihazqayırma Konstruksiya Bürosu, Maşınqayırma Elmi-İstehsalat Birliyi və "Kumertausk Aviasiya istehsalı müəssisəsi" Açıq Səhmdar Cəmiyyətidir.
Niyaməddin Orduxanlı sosial şəbəklərdə təhqir olunan müəllimləri müdafiə etdi
Fevralın 9-da keçirilən Parlament seçkilərindən sonra sosial şəbəklərdə müəllimlərin təhqir olunmasına etirazını bildirən BAXCP sədrinin müavini, tanımış QHT sədri, politoloq Niyaməddin Orduxanlı baş vermiş hadisəyə kəskin etirazını bildirib:" Müəllimlərə qarşı aparılan bu cür kampaniyanı şiddətlə qınayıram.

Bu yolverilmədir! Nəinki müəllimə, heç kimi təhqir etmək olmaz! Azərbaycan xalqı zəngin mənəviyyata sahib bir xalqdır. İmkan vermək olmaz ki, mental dəyərlərimizə zərbə dəysin. 20 ildən artıqdır ki, siyasətlə məşğulam və dördüncü dəfə idi ki, deputat seçkilərində iştirak edirdim. 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən BAXCP-nin namizədi kimi iştirak edirdim. Hər kəs açıq şəkildə gördü ki, yüksək səviyyəli seçki kampaniyası apardıq. Bir dəfə də olsun heç bir rəqibimə etıraz etmədim, onların əleyhinə hər hansı bir fikir bildirmədim, nə də vəkillərim rəqiblərim haqqında hər hansı bir mənfi fikir bildirmədi. 16 namizədin hər birinə hörmətlə yanaşdım.

Təbii ki, sonda YAP namizədi qalib gəldi. Bu seçki marafonu idi. Seçi bitəndən bu günə qədər də hər hansı bir mənfi fikir bildirməmişəm. Ən əsası da odur ki, mən elə fevralın 9-da, seçki günü axşam saat 19:00-da , təvazükarlıqdan kənar olsada deyim ki, ölkədə yeganə siyasətçi namizəd oldum ki, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsində hər hansı bir qanun pozuntusunun, müdaxilənin, maneənin olmadığını bəyan etdim. Bu açıqlamam ölkənin bir çox saytalrında, sosial şəbəkədə geniş yayıldı. "

Niyaməddin Orduxanlının fikirincə, bir qrup şəxs var ki, xüsusən xaricdən tapşırıqla idarə olunanlar və fitlə idarə olunan radikal müxalifət nümayəndələri müəllimlərin təhqir olunması kampaniyasını həyata keçirdirlər:" Bu gün minlərlə izləyici olduğum facebook səhifəmdə müəllimlərin müdafiəsi ilə bağlı "Müəllim olmasaydı yer üzünün bütün insanları cahil, hər yerdə də cəhalət hökm sürərdi! Bütün müəllimlərimin qarşısında baş əyirəm! Müəllimlərə qarşı yazılan təhqirləri şiddətlə qınayıram və təkrar yazıram: Allah olmasaydı, Müəllimə Allah deyərdim!!!" statusu yazmışam. Bu statusumu yüzlərlə insan dəstəkləyib və xeyli tannmış şəxslər dəstəkləyib. Bir daha qeyd etmək istəyirəm ki, heç kimi təhqir etmək olmaz və bunun təşkil edənlərin də məkirli planları var!"
50 saylı Abşeron-Qobustan seçki dairəsinin seçiciləri narazıdırlar
Abşeron və Qobustanda saxtalaşdırılmış seçki ilə bağlı sakinlər hüquqlarının tapdalandığını və Ölkə başçısına müraciət ünvanladıqlarını və bunu bütün ictimaiyyətə bəyan edəcəklərini bildiriblər.

Bu ərazidə yaşayan sakinlər 09.02.2020 tarixində keçirilmiş VI çağırış növbədən kənar Parlament seçkilərinin legitimliyini tanımadıqları və seçkinin nəticəsinin ləğvi ilə bağlı petisiya üçün minlərlə imza topladıqlarını müraciətlərində qeyd ediblər. 50 saylı Abşeron-Qobustan seçki dairəsində saxtakarlıqların pik həddi bu ərazidə yaşayan seçiciləri hiddətləndirib. Soyuq havada səs verməyə gedən sakinlər, sonunda saxtakarlıqla üz-üzə gəliblər.Onların səs verdiyi namizədin əvəzinə digər namizəd qalib çıxıb. Ölkə başçısı Cənab Prezident İlham Əliyevə, Birinci vitse prezident Mehriban xanım Əliyevaya və Mərkəzi Seçki Komisiyyasının sədri Məzahir Pənahova ünvanlanmış məktubun mətnində, seçki prosesində saxtakarlıq faktlarının bir neçəsi, sakinlərin narahatlıqları öz əksini tapmışdır.

Abşeron-Qobustan sakinləri saxtalaşdırılmış seçkidən, bu ərazidə yaşayan vətəndaşların konstitusion hüquqlarının pozulduğundan, bütün bu saxtakarlıqların günü-gündən inkişaf edən ölkəmizin maraqlarına xələl gətirməsindən, müəyyən qara qüvvələrin hətta seçkidən öncə məqsədli şəkildə onların tanımadıqları namizədin xeyrinə təbliğat-təşviqat proseslərinin aparılması ilə narahatçılıqlarını Ölkə başçısına çatdırıblar. Bir toplu sakin İcra strukturu nümayyəndələrinin, məktəb direktorların, müəllimlərinin və s digər Dövlət strukturlarında çalışanların seçkilərə müdaxilə etməsindən, onların səslərinin oğurlanmasından gileyləniblər.
Cənab Prezidentin Xalqa müraciəti, 2019-cu ilin sonlarında Parlamentin buraxılması və digər islahatlar Abşeron-Qobustan sakinlərini də hər kəs kimi ümüdləndirmişdir. Ümüdləri puç olmuş toplu öz haqqlarını tələb etmək üçün icazəli mitinqlərə qoşulacaqlarını və əsasəndə ‘’Saxta seçkilərə yox’, “Ölkə başçısının tapşırıqlarına əməl etməyənlər cəsalansın”, “Aldandıq”kimi şüarlar səsləndirəcəklərini redaksiyamıza bildiriblər. Məktubun məzmunundan göründüyü kimi Abşeron-Qobustan sakinləri keçirilmiş parlament seçkilərindən narazıdırlar, və haqq-ədalət bərqərar olmayana qədər sona qədər mübarizə aparacaqlarını bildiriblər. Ölkə başçımızdan razılıq edən Xalq , məmurların onları hiddətləndirdiyini və müxtəlif yollarla aldatdıqlarını,hədələyərək seçkilərin saxtalaşdırılmasını bildiriblər. Daima Ölkə başçısından və Birinci vitse-prezidentdən qayğı görən xalq, icra başçıları və msk məntəqə sədrlərindən narazıdırlar.Haqq-ədalət bərpa olunmayana qədər mübarizə aparacaqlarını bildirərək, Ölkə başçısının ədaləti bərpa edəcəyinə güvənirlər və buna əmindirlər.Ardı var...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına 50-saylı Abşeron-Qobustan seçki dairəsin ərazisində yaşayan seçicilərin müraciətini sizlərə təqdim edirik.

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənablarına

Surəti: Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevaya

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri
cənab Məzahir Pənahova

Azərbaycan Respublikası
Prezident Administrasiyasının rəhbəri
cənab Samir Nuriyevə



09.02.2020 tarixli VI çağırış növbədənkənar Parlament seçkilərinsaxtakarlıqla keçirilməsinə dair 50-saylı Abşeron-Qobustan seçki dairəsin ərazisində yaşayan seçicilərin

Müraciəti

Ölkəmizdə, son dövrələrdə aparalan uğurlu islahatlar, kadr və struktur dəyişikliyin müsbət təsiri, Respublikamızın bütün regionlarında hiss olunmaqdadır.
Biz Abşeron, Qobustan rayon sakinləri Sizin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərinizi, yürütdyünüz siyasəti, uğurlu islahatları, xalqın yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün göstərdiyiniz fəaliyyəti daima yüksək qiymətləndirir və buna görə Sizə öz dərin minnətdarlığımızı bildiririk.

2019-cu ilin sonunda Parlamentin buraxılması və 09.02.2020 tarixli VI çağırış növbədənkənar Parlament seçkilərin keçirilməsi ilə əlaqədar sərəncamınız,gələcək deputatların xalqın içindən, seçicilərin öz güvəndiyi namizədi seçməsi üçün şəraitin yaradılması ilə bağlı göstərişləriniz, hamımızı sevindirdi və keçiriləcək seçkilərə böyük inam yaratdı .
Bir məslələni diqqətinizə çatdırmaq istəyirik.Seçki təşviqat-təbliğat ərəfəsində bəzi Dövlət məmurları görünür sizin humanistliyinizdən və onlara güvəninizdən istifadə edib ,verdiyiniz göstərişlərə məhəl qoymamağı üstün tutdu və bu sakinlər arasında böyük narazılığa səbəb oldu və olmaqdadır.
Yaşadığımız ərazidə biz hələ təbliğat-təşviqat kompaniyasının başladığı ilk günlərdən dövlətin inzibati-resurslarından istifadə etməklə açıq-aşkar namizədlərdən biri olan Şahin Seyidzadənin təbliğatının təşkil edilməsinin şahidi olduq.Dövlət qurumlarında çalışanlar (kənd və qəsəbə icra nümayəndələri, məktəb direktorları, uşağ baxçalarının müdürləri, musiqi məktəblərinin direktorları, müəllimlər, tibb məntəqələri və xəstəxanalırın baş həkimləri və s.) bir-başa olaraq görüşlərdə boş zalları doldurmaqla və Şahin Seyidzadənin şəkillərini təşviqat lövhələrinə vurulması ilə məşğul olurdular.
Seçkidən bir-iki gün öncə Şahin Seyidzadənin adından sakinlərə danışıq konturları paylanılıb (məs;Aşağı Güzdək qəsəbəsi), Hökməli və Novxanı məktəblərində valideyinlərin şəxsiyyət vəsiqələri toplanılmağa başlandı.Yaşadığımız ərazidə Şahin Seyidzadənin artıq seçildiyi şayələri, təbliğatın başlandığı gündən sakinlər arasında dolanmağa başladı. Müəllimlər telefonlarda Whatsapp proqramı üzərindən valideynlərə Şahin Seyidzadəyə səs verməyə çağırışları etdilər.
Abşeron və Qobustan rayonlarının rəhbərliyin göstərişi və şəxsən iştiraklarıyla sakinlərə Şahin Seyidzadəyə səs vermədiyimiz halda torpaqlarımızı əlimizdən alacağıqları kimi təhdidlər olub və “Şahin Seyidzadə yuxarıdan tapşırılıb və onsuzda seçiləcək” kimi psixoloji təsir etməklə təbliğat aparılmağa başlanıldı.
Biz bir qrup sakin ölkə prezidentinə bu qanunsuzluqlar barədə müraciət etmək qərarına gəlsəkdə, sonda beynəlxalq arenada ölkəmizin imicinə zərər vura bilər və eyni zamanda ölkə prezidentinin icra başçılarına seçkilərin şəffaf keçirilməsi tapşırıqlarını eşidib bir ümüdlə bəlkədə seçkilər şəffaf keçiriləcək deyə bu addımdan vaz keçdik.
Lakin, seçki günü mümkün ola biləcək bütün saxtakarlıqlardan istifadə edildi.Nümunə olaraq Hökməli kəndində dəfələrlə bir şəxsin iki dəfə səs verdiyi məlum oldu. Baxça müdirəsinin öz işçiləri ilə birlikdə hər məntəqədə səs verdiyinin şahidi olduq. Nemət adlı şəxs məlumatımıza əsasən 20 manat pul müqabilində (“Vüsal” şadlıq sarayının sahibi) “At yalı” yaşayış massivindən xüsusi tutulmuş maşınlarla insanları dəstə-dəstə gətirərək karuseldə iştirak etdiridi.Yenə Nemət gedib özü Hökməli qəsəbə icra nümayəndəliyində əyləşərək adamları tərəfindən At yalından gətirilmiş insanları qeydiyyatı olmadığı üçün təcili arayış verdirərək Şahin Seyidzadəyə səs vermələri üçün karuselə cəlb etdi.Bütün bunları Bakı–Şamaxı yolunda markalarını deyəcəyimiz maşınların hərəkətlərini kameralardan izləməklə müəyyənləşdirmək mümkündür.
Ceyranbatan qəsəbəsində işləyən 1 saylı orta məktəbin bir neçə müəllimiAbşeron rayonunda qeydiyyatda olmamağlarına baxmayaraq Ceyranbatan qəsəbəsində olan hər üç məntəqələrdə Şahin Seyidzadəyə səs vermək üçün Ceyranbatan qəsəbə 1 saylı orta məktəbinin direktoru təşkil etdiyi “karuseldə” iştirak ediblər.
Həmçinin, seçki günü qeydiyyatda olmayan sakinlərə kütləvi arayışların verilməsi, Qobustanda icra nümayyəndələrinin qapı-qapı gəzərək sakinlərə hədə-qorxu gəlməklə Şahin Seyidzadəyə məcbur qayda da səs verməsi hamımızı məyus etdi.
Pirəkəşkül kəndinin ərazisində yerləşən hərbi hissədə keçirilən səsvermədə ümumiyətlə hərbi xidmətdə olmayan namizəd Şahin Seyidzadəyə MSK-nin saytında yerləşdirilən protokola əsasən 1000 yaxın səs verilib, lakin Qarabağ Qazisi Mehdi Mehdiyevə 148, digər hərbi xidmət keçmiş və müharibə iştirakçısı olan namizədlərə 0-80 səs verilib. Halbuki, heç bir namizədə hərbi hissədə təbliğat aparmağa imkan yaradılmamışdır.Bu çox gülünc rəqəmlərdir və şübhəsiz ki, saxtakarlığın zirvəsidir.
Yuxarda göstərilən və digər neqativ faktlar və saxtakarlıq haqqında dəfələrlə MSK-nin 115 “ Qaynar xətt” inə və Dairə Seçki Komissiyasına dəfələrlə müraciətlər edilmiş, lakin heç bir tədbir görülməmişdir.
Bütün bunlar seçkilərin ədalətsiz və saxtakarlıq şəraitində keçirildiyinin əyani sübutudur. Biz 50-saylı Abşeron-Qobustan seçki dairəsindən seçkilərin legitimliyini tanımadığımızı və yeni seçkilərin keçiriləcəyinə qədərdə tanımayacağımızı bəyan edirik.

Cənab Prezident,
Sizin apardığınız siyasətə, sizin göstərişlərinizə məhəl qoymayan , inamınızdan sui istifadə edən icra strukturu nümayyəndələrinin cəzalandırılmasını və 9 fevral 2020-ci il tarixində keçirilən seçkilərdə 50-saylı Abşeron-Qobustan seçki dairəsin nəticələrini ləğv etmənizi xahiş edirik.

Biz sizə güvənir, sizi daima dəstəkləyir və inanırıq ki, qısa müddət ərzində haqq-ədalət sayənizdə bərqərar olacaqdır.

IMZALAR: CƏMİ 3896 NƏFƏR
Onların lider olduğu dairələrdən şikayətləri DSK-lar ARAŞDIRACAQ
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 20-ə yaxın dairə üzrə daxil olmuş müraciətlərin baxılması üçün Dairə Seçki Komissiyalarına (DSK) göndərilməsi qərara alınıb.

Modern.az-ın məlumatına görə, bunlar 91, 81, 60, 95, 72 , 42, 125, 14, 15, 11, 79, 92, 10, 57, 45, 67, 109, 124, 18 saylı seçki dairələridir.

Prosedur qaydalarına görə, adıçəkilən dairələrdən MSK-ya daxil olmuş müraciətlər aidiyyəti üzrə araşdırılması üçün müvafiq DSK-lara göndərilib.

Qeyd edək ki, yuxarıda adı çəkilən dairələr üzrə 9 fevralda keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərin nəticələrinə görə lider namizədlər aşağıdakılardır:

91 saylı Ucar seçki dairəsi - Ramil Həsən

81 saylı Beyləqan seçki dairəsi - Şahin İsmayılov

60 saylı Salyan-Neftçala seçki dairəsi - Fəzail Ağamalı

95 saylı Tərtər seçki dairəsi - Sahib Alıyev

72 saylı Yardımlı-Masallı seçki dairəsi - Musa Qasımlı

42 saylı Sumqayıt ikinci seçki dairəsi - Tahir Mirkişili

125 saylı Zəngilan-Qubadlı seçki dairəsi - İmamverdi İsmayılov

15 saylı Yasamal birinci seçki dairəsi - Ülvi Quliyev

14 saylı Xəzər seçki dairəsi - Soltan Məmmədov

11 saylı Qaradağ seçki dairəsi - Aydın Hüseynov

79 saylı İmişli seçki dairəsi - Razi Nurullayev

92 saylı Zərdab-Ucar seçki dairəsi - Jalə Əliyeva

10 saylı Binəqədi üçüncü seçki dairəsi - Madər Musayev

57 saylı Kürdəmir seçki dairəsi - Əminə Ağazadə

45 saylı Abşeron seçki dairəsi - Oqtay Əsədov

67 saylı Cəlilabad şəhər seçki dairəsi - Malik Həsənov

109 saylı Balakən seçki dairəsi - Nəsib Məhəməliyev

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi - Elman Məmmədov

18 saylı Nərimanov-Nizami seçki dairəsi - Rasim Musabəyov
İsgəndər Həmidovun səhhəti yenidən ağırlaşdı
İsgəndər Həmidovun vəziyyəti yenidən ağırlaşıb.

Avrasiya.net xəbər verir ki, bu barədə sabiq daxili işlər naziri İsgəndər Həmidovun qardaşı oğlu Şəhriyar Məcidzadə məlumat verib.



Qeyd edək ki, 24 yanvar tarixində təxminən saat 17.00 radələrində bayır gəzintisi zamanı İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Xəstəxanaya yerləşdirilən İsgəndər Həmidovun səhhətində az yaxşılaşma olsa da, sonradan yenidən pisləşib.
Bu dairələrdə parlament seçkiləri təkrar keçiriləcək - SİYAHI
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasda 4 Seçki Dairəsi üzrə nəticələri ləğv etdi.

Avrasiya.net xəbər verir ki, bu dairələr - 33 saylı Xətai birinci, 74 saylı Lənkəran kənd, 35 saylı Xətai üçüncü, 80 saylı İmişli- Beyləqan seçki dairələridir.

Seçki Məcəlləsinin tələblərinə əsasən bu dairələrdə yenidən seçki keçiriləcək.

Xatırladaq ki, 9 fevral parlament seçkilərində 33 saylı Xətai birinci seçki dairəsindən Hüseynbala Mirələmov, 35 saylı Xətai üçüncü seçki dairəsindən Rauf Abbasov (Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsindən Hadı Rəcəbli, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Çingiz Qənizadə qalib elan olunmuşdu.
Hüseynbala Mirələmovun da dairəsinin nəticələri LƏĞV OLUNDU
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 33 saylı Xətai birinci Seçki dairəsindən namizəd Fuad Abbasovun şikayətinə baxılıb.

Avrasiya.net xəbər verir ki, MSK-ya müraciət edən namizəd Fuad Abbasov həmin dairədə bir neçə məntəqədə pozuntuların baş verdiyini iddia edərək, seçki nəticələrinin ləğvini tələb edib.

MSK-nın ekspert qrupu Fuad Abbasovun müraciətinin təmin olunmasını qərara alıb.

Qeyd edək ki, bu dairədən qalib Hüseynbala Mirələmov idi.